Məhkəmə qərarları › İş №2(102)-1320/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1320/2025

16.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1320/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: kirayə haqqının ödənilməsi tələbi. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası: hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3269/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları

1. Kreditor X6 ilə borc alan Cavabdeh arasında 170.000 manat məbləğdə kredit verilməsi barədə 16 avqust 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Borc alan krediti 16 avqust 2020-ci il tarixədək kreditora qaytarmağı öhdəsinə götürmüşdür.

2. Həmin tarixdə - 16 avqust 2019-cu ildə Cavabdeh X1 ilə ipoteka müqaviləsi bağlayaraq, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.9 kv.m. yaşayış sahəsi 82.1 kv.m olan 3 otaqlı mənzil yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün ipotekaya qoymuşdur.

3. Cavabdeh 24 avqust 2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 nömrəli mənzilini İddiaçı 180000 manata satmışdır. Müqavilənin şə rtlərində göstərilir ki, həmin məbləğin 170000 manat hissəsi satıcının borcunun ödənilməsi məqsədi ilə X3, qalan 10000 manat isə satıcıya ödənilmişdir. Sözügedən mənzilin üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26 avqust 2020-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Eyni zamanda həmin gün - 24 avqust 2020-ci il tarixdə qeyd olunan mənzilə dair yeni mülkiyyətçi İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, mənzil aylıq 700 manat icarə haqqı ödənilmək şərti ilə bir il müddətinə Cavabdeh icarəyə verilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(006)5763/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh və X2rşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan q aldırılması və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin olunaraq, Cavabdeh və X4 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh və X4 həmin mənzildən çıxarılması qət edilmişdir. 6. 12 may 2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(006)-5763/2021 nömrəli qətnaməsi üzrə icra baş tutmuş, mənzil borclu Cavabdeh tərəfindən tələbkara təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.757,49 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilini Cavabdeh satın almışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin dəyəri mənzildəki əşyalar daxil 250.000 manat müəyyən edilmiş, cavabdehin xahişi ilə həmin mənzilin dəyərinin 70.000 manatını ona nağd şəkildə, digər hissəsini isə bağlanmış alğı-satqı müqaviləsi əsasında ödəmişdir. Həmin mənzil Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Eyni zamanda 24 avqust 2020-ci il tarixli icarə müqaviləsinə əsasən mənzili cavabdehə icarəyə vermişdir. Müqavilə şərtlərinə əsasən müqavilənin müddəti 1 il, aylıq icarə haqqı 700 manat təşkil edirdi. Buna baxmayaraq, cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilməmişdir. Belə ki, cavabdeh alğı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən mənzildə icarə müqaviləsinə əsasən yaşamasa da, alğısatqı müqaviləsinin 13-cü bəndinə əsasən 20 noyabr 2020-ci il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmamış, formal olaraq orada qeydiyyatda qalmışdır. Həmçinin tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən aylıq ödənilməli olan icarə haqqını vaxtında ödəməmişdir. Cavabdeh icarə haqqına görə cəmi 1400 manat pul ödəmiş, lakin sonradan müxtəlif bəhanələrlə aylarla ödənilməli olan icarə haqqından boyun qaçırıb. Haqlı narazılığını dəfələrlə cavabdehə bildirs ə də, qarşı tərəf nə icarə haqqını ödəməyə, nə mənzili boşaltmağa, nə də qeydiyyatdan çıxmağa razılıq verib. Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinə müvafiq olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət ərzində xüsusi mülkiyyətindən istifadə edə bilməyib, bunun nəticəsində iddiaçıya maddi ziyan dəyib. Cavabdeh mənzilini könüllü boşaltmaqdan imtina etdiyindən, məcburiyyət qarşısında qalaraq iddiaçı cavabdehlər Cavabdeh və X2rşı pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarına xit am verilməklə mənzildən çıxarılmaları, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mən zilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh və X4 həmin mənzildən çıxarılmaları, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan imtina etmiş və nəhayət məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədinin Nəsimi rayon İcra şöbəsi tərəfindən 12 may 2023-cü il tarixində icra edilməsi mümkün olmuşdur. Mülkiyyətində olan mənzil iddiaçıya təhvil verildikdən sonra cavabdeh iddiaçıya qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 24 avqust 2021-ci il tarixli AN-İ №0870860 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız olması barədə qətnamə çıxarılması nı xahiş etmişdir. Həmin mülki iş Nəsimi Rayon Məhkəməsinin hakiminin icraatında baxılmaqdadır. Cavabdeh ona avqust və sentyabr ayları üzrə ümumilikdə 1400 manat icarə haqqə ödəsə də, sonradan həmin icarə haqqı məbləğlərini ödəməkdən, həmçinin mənzilini boşaltmaqdan imtina etmişdir. Cavabdeh mənzili 12 may 2023-cü il tarixində boşaltdığından, 24 oktyabr 2020-ci il tarixindən 24 aprel 2023-cü il tarixinədək 30 ay üzrə 21000 manat, 24 aprel 2023-cü il tarixindən 12 may 2023-cü il tarixinədək yarım ay olduğundan 350 manat, ümumilikdə isə 21350 manat ödənilməmiş icarə haqqı məbləği qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış 24 avqust 2020-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndinə əsasən, aylıq icarə haqqı 700 manat təşkil edir.

9. Cavabdehin iddiaya etirazında bildirilmişdir ki, 2021 -ci ildə İddiaçı Cavabdeh qarşı pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 s aylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5763/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, cavabdehlər Cavabdeh və X4 həmin mənzildən çıxarılması və iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Göründüyü kimi, iddiaçı 2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində icarə haqqının tutulması ilə bağlı iddia qaldırmış, lakin sonradan iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək bu hissədə olan iddiadan imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən 1 illik icarə müqaviləsi üzrə pulun iddiaçıya ödənilməsi səbəbindən iddiaçı bu hissədə iddiadan imtina etmişdir. Tərəflər arasında icarə müqaviləsi 1 il müddətinə bağlanmış və icarə müqaviləsinin müddəti artırılmamışdır. Bu səbəbdən də cavabdehdən icarə pulunun tələb edilməsi qanunsuz və əsassızdır. Tərəflər arasında borc pulla bağlı mübahisə olmuş, mənzilin alğı-satqısı formal olması səbəbindən Nəsimi Rayon Məhkəməsində iddiaçı tərəfindən iddia qaldırılmış və bununla bağlı məhkəmə icraatı davam edir. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehdən kirayə pulunun tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. 12 may 2023-cü il tarixdə icra məmurları və iddiaçı, cavabdeh, hal şahidlərinin iş tirakı ilə təhvil-təslim aktı tərtib edilmiş, qeyd olunan aktda kirayə pulu ilə bağlı iddiaçının hər hansı bir iradı olmamışdır. Bu səbəbdən də hesab edir ki, iddia tələbləri formaldır, iddiaçı Cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsində alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı iddia qaldırıldıqdan sonra məhkəməyə bu iddia verilmişdir. Halbuki, bir neçə il ərzində bu tələblə bağlı hər hansı bir danışıq, pretenziya və digər sənəd qarşı tərəfə göndərilməmiş, bu xüsusatda iddianın qarşı tərəfdən əvəz çıxılması məqsədilə verilməsini bir daha sübut edir. İddiaçı tərəfdən 1400 manat pulun cavabdehin ödəməsi qeyd olunsa da, digər məbləğlərin ödənilməməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)699/20 24 nömrəli qətnaməsi ilə (hakim V.Musayeva) iddia tələbi təmin edilərək, 24 avqust 2020-ci il tarixli icarə müqaviləsi üzrə 21.350 manat və ödənilmiş dövlət rüsumuna görə 154,05 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi onunla cavabdeh arasında bağlanmış və hazırda cavabdeh tərəfindən qəbul edilməsə də, həmin an cavabdehin iradəsini ifadə etmiş icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş icarə haqlarının ödənilməsindən ibarətdir. İddiaçı tərəfindən təqdim edilmiş icarə müqaviləsi mahiyyəti etibarilə mənzilin kirayəyə verilməsinə dair müqavilədir və həmin müqavilə üzrə aylıq ödəniş məbləği 700 manat müəyyən edilmişdir. Tərəflər arasında icarə müqaviləsi var və həm in müqavilənin mövcudluğu öhdəliyə əsas verməklə, icarəyə verəndən icarəçiyə qarşı ödənilməmiş icarə haqqlarını tələb etməyə əsas verir. Müqavilənin forma, məzmun, subyektiv tərkib və iradə ifadəsi nöqteyi-nəzərindən etibarsızlıq şərtlərinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh həmin müqavilənin onun iradəsini ifadə etməməsinə dair irəli sürdüyü məqamlar isə yalnız şifahi şəkildə bildirilən fikirlərdən ibarət olmuş və hər hansı mötəbər sübuta əsaslanmamışdır.

12. Məhkəmə cavabdehin icarə müqaviləsinin onun iradəsini ifadə etmədiyi barədə dəlilinə münasibətdə bildirib ki, tərəflər arasında real olaraq bu və ya digər münasibətin olmasına, onlar arasında bağlanmış alğı-satqı və icarə müqavilələrinə əsasən qiymət verilməlidir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsin dən irəli gələn mənzildən çıxarılma ilə bağlı tələbə baxılaraq həmin alqı-satqı müqaviləsinə hüquqi qiymət verilmişdir. Bu baxımdan tərəflər arasında münasibətlərin alqı-satqı və icarə müqavilələrindən fərqli xarakter daşımasına dair daha mötəbər sübutlar mövcud deyildir.

13. Cavabdeh tərəfindən irəli sürülən digər dəlil - hazırki iş üzrə iddiaçının daha əvvəl cavabdehə qarşı mənzildən çıxarılma iddiası ilə müraciət edərkən eynilə icarə müqaviləsi üzrə yaranmış borcun da ödənilməsini tələb etməsi, lakin sonradan iddia tələbinin həcmini azaltması, bununla da iddiadan imtina etməsi barədə mövqeyi ilə bağlı məhkəmə qeyd edib ki, tərəfin məhkəmədə irəli sürdüyü tələbin həcmini artırıb-azaltması onun prosessual hüququdur və bu hüquqdan istifadə edilməsi sonradan onun eyni tələblə çıxış etməsi nin qarşısını almır. Yəni cavabdehin bildirdiyi kimi cavabdeh alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra hazırki iş üzrə iddiaçının icarə müqaviləsinə əsasən ödənilməmiş borcun tələb edilməsinə dair iddia irəli sürməsi qanunla yol verilən prosessual hüquqlardan adi qaydada istifadə edilməklə həmin hüquqların bərpasına yönəlmiş bir davranışdır.

14. Habelə məhkəmə cavabdehin icarə müqaviləsinin 1 il müddətinə bağlanması barədə dəlili ilə bağlı qeyd edib ki, icarə müqaviləsinin müddətinin 1 il müəyyən edilməsi hərfi mənada qəbul edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə icarənin 1 il müəyyən edilməsinə baxmayaraq işin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər 1 ildən sonra da dav am etmişdir. Hətta 1 ildən sonra hazırki iş üzrə iddiaçı cavabdehin mənzildən çıxarılması tələbi ilə müraciət etsə də, tərəflər arasında məhkəmə mübahisələri davam etmiş və yalnız xx.xx.2023-cü il tarixdə cavabdeh mübahisəli mənzili tərk etmişdir.

15. Mənzilin xx.xx.2023-cü il tarixdə təhvil verilməsi zamanı iddiaçının təhvil-təslim aktını imzalaması və cavabdehə qarşı heç bir tələb irəli sürməməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə bildirmişdir ki, hüququn ümumi prinsiplərinə əsasən bu və ya digər hüquqdan istifadə edilməməsi birbaşa qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, həmin hüquqlara xitam verilməsinə səbəb olmur. Odur ki, hazırki işdə də iddiaçının icarə müqaviləsi üzrə tələblərindən daha əvvəl istifadə etməməsi onun hazırki iddianın qaldırması hüququnu itirmə sinə əsas hesab edilə bilməz.

16. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasında müraciət etməməsi barədə cavabdehin dəlili ilə bağlı məhkəmə bildirib ki, tərəflər arasında kifayət qədər uzun müddət məhkəmə mübahisələri davam etməkdədir. Cavabdeh daha əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçının icarə müqaviləsindən irəli gələn pulu tələb etməsini bilmiş, lakin həmin məhkəmə mübahisəsi zamanı iddiaçı iddia tələbinin həcmini azaltdığı üçün icarə müqaviləsindən irəli gələn tələbə baxılmamışdır. Yəni hazırda cavabdehin irəli sürdüyü məhkəməyə qədər pretenziya qaydasına riayət olunması formal tələbdir, zatən cavabdeh belə bir tələbin daha əvvəl də irəli sürüldüyünü bilmişdir.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 15.2, 16.1, 324.1, 324.2, 324.5, 331.1, 385.1, 386.1, 389.1, 389.2, 389.3, 390.1, 404.1, 425.1, 425.2, 442, 445, 448.1, 700.1, 700.2, 700.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh (vəkili Vəkil1) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış icarə müqaviləsinin formal olub-olmamasını araşdırmamış, Mülki Məcəllənin tələblərini pozmaqla bağlanmış müqaviləyə görə cavabdehdən pul məbləğinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, tərəflər arasında icarə münasibətləri ümumiyyətlə olmamış, bu xüsusatı cavabdehin mənzildən icra məmurlarının iştirakı ilə çıxarılarkən tərtib olunmuş akt sübut edir. Belə ki, həmin təhvil-təslim aktında icarə pulu ilə bağlı hər hansı bir öhdəlik nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış əqd formal xarakterli olmuş və daha əvvəl iddiaçı tərəfindən götürülmüş borc məbləğinin təminatı kimi uydurma əqd kimi bağlanmış alqı-satqı müqaviləsinin davamı olmuşdur. Halbuki, iddiaçı tərəfindən icarə müqaviləsi üzrə heç bir haqq ödənilməmiş, lakin birinci instansiya məhkəməsi bu xüsusatları araşdırmadan qətnamə qəbul etmişdir. Bu hal Mülki Məcəllənin tələblərinə ziddir. Belə ki, icarə müqaviləsində tərəflər arasında Xan Şuşinski küçəsində yerləşən mebe lli ofisin icarəsi qeyd olunmuş, mənzil icarəsi nəzərdə tutulmamışdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuş və icarə müqaviləsi qanuna zidd olduğundan etibarsızdır. Mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 avqust 2024-cü il tarixli, 2(103)-3269/2024 saylı qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv e dilərək, iddia təmin edilmiş, 21.350 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət etmişdir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında sadə yazılı formada icarə müqaviləsinin bağlanmış, həmin müqavilə üzrə aylıq icarə haqqının məbləğinin 700 manat müəyyən edilmişdir və buna görə də icarədarın icarəçidən ödənilməmiş icarə haqqlarını tələb etmək üçün subyektiv hüququ vardır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müqavilənin forma, məzmun, subyektiv tərkib və iradə ifadəsi nöqteyi-nəzərindən etibarsızlıq şərtlərinə əsas verən hər hansı hal müəyyən edilməmişdir, cavabdehin həmin müqavilənin onun iradəsini ifadə etməməsinə dair irəli sürdüyü məqamlar isə yalnız şifahi şəkildə bildirilən fikirlərdən iba rət olmuş və hər hansı mötəbər sübuta əsaslanmamışdır. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mənzildən çıxarılma ilə bağlı tələbə baxılaraq həmin alqı-satqı müqaviləsinə hüquqi qiymət verilmişdir, bu baxımdan tərəflər arasında münasibətlərin alqı-satqı və icarə müqavilələrindən fərqli xarakter daşımasına dair daha mötəbər sübutlar mövcud deyildir.

22. İddiaçının icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə əvvəl verdiyi iddia tələbinə baxılarkən iddia tələbinin həcmini azaltmasə barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfin məhkəmədə irəli sürdüyü tələbin həcmini artırıb-azaltması onun prosessual hüququdur və bu hüquqdan istifadə edilməsi sonradan onun eyni tələblə çıxış etməsinin qarşısını almır.

23. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquqi əsaslandırma aparılarkən yalnız icarə müqaviləsi ilə bağlı normalara istinad etməsi, tutulmalı olan məbləği icarə haqqı kimi tutması, icarənin müddətinin 1 il müəyyən edilməsinə baxmayaraq tərəflər arasında münasibətlərin 1 ildən sonra da davam etməsinə icarə müqaviləsi üzrə münasibətlərin davam etməsi kimi qiymət verməsi ilə razılaşmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarından göründüyü kimi icarə müqaviləsi bağlandıqdan sonra 2 aylıq icarə haqqı ödənilmiş, bundan sonra iddiaçı tərəfindən mənzildən çıxarılma, istifadə hüququnun itirilmiş hesab edilməsi, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətna məsi ndən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə qarşı digər tələblərlə (mənzildən çıxarılma, istifadə hüququnun itirilmiş hesab edilməsi, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması) yanaşı 7000 manat məbləğində pul vəsaitinin tutulması barədə tələb də irəli sürülmüşdür və bu hissədə iddia onunla əsaslandırılmışdır ki, 2 aylıq icarə haqqı -1400 manat ödənildikdən sonra 10 aylıq icarə haqqı ödənilməmişdir. Sonradan isə iddia tələbinin həcmi azaldılaraq bu tələb iddiadan çıxarılmışdır. Qeyd olunanlar bu qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında icarə müqaviləsi üzrə münasibətlər davam etdirilməmiş, hətta iddiaçının tələbi əsasında cavabdehin həmin mənzildən çıxarılması ilə bağlı qanuni qüvvəyə minmiş yekun qərar mövcuddur və bu qərar 12 may 2023-cü il tarixdə icra ol unmuşdur.

24. Məhkəmə kollegiyası bu qənatə gəlib ki, 12 may 2023-cü il tarixə kimi olan müddət ərzində tutulmalı olan pul vəsaiti icarə haqqı kimi tutula bilməz. Əvvəla, əmlakın mülkiyyətçi iddia irəli sürərək özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmişdir və bu barədə tələbi təmin edilmişdir. Bu halda cavabdeh artıq Mülki Məcəllənin 157.5-ci maddəsinin məzmununda nəzərdə tutulduğu kimi vicdansız sahibdir və bu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir.

25. Əgər cavabdehin vicdansız sahib olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilibsə, bu zaman əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb etmək iddiaçının hüququdur. Cavab dehin mənzildən çıxarılması ilə bağlı qətnamə 12 may 2023-cü il tarixdə icra olunduğuna görə ondan iddiaçının xeyrinə məbləğin tutulması üçün hüquqi əsas kimi Mülki Məcəllənin 157.5, 1091.1, 1091.2, 1092.1 və 1092.1.1-ci maddələrinə istinad olunmalıdır. Yəni, cavabdehin bu müddət ərzində mənzildən istifadə etməsi üçün heç bir hüquqi əsas olmadığından əsassız varlanma halı mövcud olmuşdur və qeyd olunan normaların məzmununa əsasən qətnamənin icra olunduğu günə kimi hesablanmış məbləğ ondan tutularaq iddiaçıya ödənilməlidir.

26. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 157.5, 390.1, 404.1, 425.1, 425.2, 442, 445, 448.1, 700.1, 700.2, 700.3, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 384.0. 2, 385.1.1, 387.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə şifahi razılaşma əsasında mənzilin iddiaçıdan götürdüyü borcu qaytaracağı təqdirdə onun özünə qaytarılacağını bilməməsi səbəbindən bu mübahisədə əsassız varlanmadan söhbət belə gedə bilməz. Tərəflər arasında danışıqlar sübut qismində məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmələr tərəfindən bu xüsusata hüquqi qiymət verilməmişdir. Cavabdeh 252.000 manat borcu qayt aracağı təqdirdə mənzilin ona qayıdacağını düşünmüş və bu səbəbdən də mənzildə yaşamağa davam etmişdir.

29. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Əldə edilənlərdən götürülən faydaya (bu qayda sadəcə əsassız varlanan şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu hallara (vicdansız sahib) aiddir. S. Yusubova vicdansız sahib olmamış, əmlakını hər bir halda geri qaytaracığnı düşünmüş və bununla bağlı - əqdin etibarsızlığı ilə bağlı müvafiq məhkəmədə iddia qaldırmışdır. Belə olduğu halda isə apellyasiya məhkəməsinin bu qənaəti öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıd ır. Cavabdeh S. Yusubova burada varlanmış şəxs deyil, əmlakından məhrum olunmuş şəxsdir, lakin məhkəmə tərəfindən qeyd olunan xüsusatlar dərindən araşdırlmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

33. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərə kət etməlidir.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

39. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrıayrı zaman hissələrinin sonunda ödənilir.

40. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

41. Maddə 693.2. Yaşayış otağının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilə üzrə hüquq münasibətləri aşağıdakı hallarda qeyrimüəyyən müddətə uzadılır: 693.2.1. əgər kirayə müddəti bitdikdən sonra kirayəçi otaqdan istifadəni davam etdirirsə və iki həftə ərzində kirayəyə verən və ya kirayəçi əks niyyətdə olduğu barədə müvafiq olaraq digər tərəfə bildiriş vermirsə. Kirayəçi üçün müddət istifadənin davam etdiyi andan, kirayəyə verən üçün bu davametmənin ona məlum olduğu andan başlanır; 693.2.2. əgər ləğvetmə bu Məcəllənin 692-ci maddəsinin göstərişlərinə uyğun həyata keçirilmirsə.

42. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

43. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdi rilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.

44. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəlləni n əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normasının tətbiqində səhvə yol verilmişdir. Buna görə də apelyasiya instansiyası məhkəm əsinin qətnaməsi ləğv edilməli, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

55. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin mahiyyəti üzrə həlli üçün müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, Cavabdeh 24 avqust 2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 nömrəli mənzilini İddiaçı 180000 manata satmış, alıcı tərəfindən mənzilin pulu ödənilmiş, eyni zamanda həmin gün - 24 avqust 2020-ci il tarixdə qeyd olunan mənzilin yeni mülkiyyətçi İddiaçı ilə Cavabdeh arasında bağlanmış kirayə müqaviləsinə əsasən mənzil aylıq 700 manat icarə haqqı ödənilmək şərti ilə bir il müddətinə Cavabdeh icarəyə verilmişd ir. Cavabdeh kirayə haqlarını tam ödəməmiş, kirayə müddəti başa çatdıqdan sonra mənzili təhvil verməmiş, buna görə də İddiaçı iddiası əsasında Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh və X4 həmin mənzildən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamə 12 may 2023-cü il tarixdə icra edilmiş, mənzil Cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Kirayə müqaviləsi bağlanan 24 oktyabr 2020-ci il tarixindən mənzil təhvil verilən 12 may 2023-cü il tarixinədək cavabdehin iddiaçıya 21350 manat kirayə borcu yaranmışdır.

56. İşin müəyyən olunan bu halları tədqiq olunmuş sübutlara uyğundur. Məhkəmə kollegiyası, cavabdehin apelyasiya şikayətində irəli sürdüyü (habelə kassasiya şikayətində təkrarladığı) dəlillərinin rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır.

57. Lakin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etməsinə baxmayaraq, iddianın maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 1091-ci maddəsinə istinad etməklə səhvə yol vermişdir.

58. Belə ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, 12 may 2023-cü il tarixə kimi olan müddət ərzində tutulmalı olan pul vəsaiti icarə haqqı kimi deyil, cavabdehin bu müddət ərzində mənzildən istifadə etməsi üçün heç bir hüquqi əsas olmadığından əsassız varlanma normaları əsasında tutulmalıdır.

59. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırki mübahisəyə Mülki Məcəllənin 1091-ci maddəsi tətbiq edilə bilməz. Çünki Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin yaranması üçün 3 əsas müəyyə n edilmişdir: 1. zərər vurulması; 2. əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar; 3. tərəflər arasında bağlanan müqavilə.

60. Göründüyü kimi 2-ci qrupda müəyyən olunan əsas, özündə iki müstəqil əsası əsassız varlanmanı və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsasları nəzərdə tutur.

61. Əsassız varlanma Mülki Məcəllənin “Qanundan əmələ gələn öhdəliklər”ə aid olan LVİİİ fəslində əksini tapmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

62. Nəzərə alınmalıdır ki, əsassız varlanmaya aid 1091-ci maddəyə o halda istinad edilə bilər ki, öhdəliyin yaranması üçün Mülki Məcəllənin 386.1-ci maddəsində sadalanmış digər əsaslar mövcud olmasın. Ha zırki işdə tərəflər arasında kirayə müqaviləsi üzrə münasibətlər mövcud olub və kirayəçi öhdəliyini pozduğuna görə indiki mübahisə yaranıb. Ona görə də mübahisənin maddi-hüquqi əsasını müəyyən etmək üçün ilk növbədə Mülki Məcəllənin kirayə hüquq münasibətlərini tənzimləyən XXXİİİ fəslinə aid normalar nəzərdən keçirilməlidir.

63. Həmçinin iddia tələbinin hüquqi əsasının müəyyən edilməsi üçün diqqətə alınmalı hal eyni zamanda ondan ibarətdir ki, iddiaçının tələb etdiyi 21350 manat kirayə haqqının bir hissəsi kirayə müqaviləsinə xitam verilənədək yəni, 24 oktyabr 2021-ci il tarixədək hersablanmış kirayə borcu, qalan hissəsi isə kirayə müqaviləsinə xitam verildikdən sonra mənzil kirayəyə verənə qaytarılanadək yəni, 24 oktyabr 2021-ci il tarixdən 12 may 2023-cü il tarixədək olan dövr üçün hesab lanmış borcdur.

64. Mülki Məcəllənin həmin fəslinə aid 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

65. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir (Mülki Məcəllənin 684.1-ci maddəsi).

66. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir (Maddə 689.1).

67. Göründüyü kimi iddia tələbinin kirayə müqaviləsinə xitam verilən tarixədək kirayə haqqının tutulması hissəsində iddia tələbi müqavilə öhdəliyinə əsaslanır və bu hissədə iddianın maddi hüquqi əsasını məhz Mülki Məcəllənin 675 və 684.1-ci maddələri təşkil edir.

68. Kirayə müqaviləsinə xitam verildikdən sonrakı dövr üçün kirayə haqqının ödənilməsi tələbi isə Mülki Məcəllənin 697.1 və 697.2-ci maddələrinin işığında təhlil olunmalıdır. Mülki Məcəllənin 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

69. Kirayəçi bu öhdəliyi icra etmədiyi halda mülkiyyətçinin hüquqlarının müdafiəsi üçün qanunla xüsusi üsul müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayə yə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər.

70. İddia tələbinin 24 oktyabr 2021-ci il tarixdən (kirayə müqaviləsinə xitam verildiyi tarixdən) sonra mənzil kirayəyə verənə qaytarılanadək yəni, 12 may 2023-cü il tarixədək olan dövr üçün kirayə haqqının ödənilməsi tələbi üzrə işin müəyyən edilən faktik halları, Mülki Məcəllənin 697.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğundur. Göründüyü kimi iddia tələbinin bu hissədə hüquqi əsasını təşkil edən hüquq norması kimi Mülki Məcəllənin 697.2-ci maddəsi çıxış edir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir.

71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418.1 və 418.2-ci m addələrinin tələblərinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

72. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya insta nsiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

73. Hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar və sübutlar, yeni qərar çıxarılmasına imkan verir.

74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 7 avqust tarixli 2(103)-3269/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 21350 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 154,05 manat məbləğində pul vəsaiti Cavabdeh tutula raq İddiaçı ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar