Məhkəmə qərarları › İş №2(102)-1324/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1324/2022

17.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1324/2022 17.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK və s., müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1324/22 (Açar sözlər: yeni inşa edilmiş yaşayış evində qeyri-yaşayış sahələrinin satılması ilə bağlı problemlər) Bakı şəhəri, 17 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X5, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X13 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əml akın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında ver ilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X9 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 “Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə X8 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə X8 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X4 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üstüstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2037/2021 nömrəli, 17.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25 avqust 2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən 12 mərtəbəli yaşayış evinin tikintisin ə icazə verilmişdir. 2. "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 12 may 2007-ci il tarixli müqaviləyə əsasən, sözügedən yaşayış evinin 3-cü blokunda 324 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüş, Cavabdeh2 isə müqavilənin dəyəri olan 194400 (bir yüz doxsan dörd min dörd yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. 3. 12 may 2007-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 tərəfindən 324 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 194400 (bir yüz doxsan dörd min dörd yüz) manat ödənilmiş və MMC-yə borcu yoxdur. 4. "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 20 may 2010-cu il tarixli müqaviləyə əsasən, həmin yaşayış evinin 3-cü blokunda 216 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi, Cavabdeh2 isə müqavilənin dəyəri olan 118800 (bir yüz on səkkiz min səkkiz yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. 5. 20 may 2010-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 tərəfindən 216 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 118800 (bir yüz on səkkiz min səkkiz yüz) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. 6. "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış 20 may 2010-cu il tarixli müqaviləyə əsasən, həmin yaşayış evinin 3-cü blokunda 108 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi, Cavabdeh2 isə müqavilənin dəyəri olan 59400 (əlli doqquz min dörd yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. 7. 20 may 2010-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 tərəfindən 108 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 59400 (əlli doqquz min dörd yüz) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. 8. "xxxx" MMC və X3 arasında bağlanmış 13 may 2008-ci il tarixli müqaviləyə əsasən, MMC həmin yaşayış evinin 3-cü blokunda 31 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini sonuncuya verməyi, Zərnişan Abbasova isə müqavilənin dəyəri olan 22372 (iyirmi iki min üç yüz yetmiş iki) manat ödəməyi öhdəsinə götürmüşdür. 9. 2007-ci il tarixi qeyd edilmiş maliyyə arayışına əsasən, X3 tərəfindən 31 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 22372 (iyirmi iki min üç yüz yetmiş iki) manat ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. 10. "xxxx" MMC və İddiaçı arasında bağlanmış 19 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən, MMC həmin yaşayış evinin 3-cü blokunda 15 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini sonuncuya verməyi, İddiaçı isə müqavilənin dəyəri olan 4050 (dörd min əlli) manat ödəməyi öhdəsinə götürmüşdür. 11. 19 noyabr 2008-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı tərəfindən 15 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 4050 (dörd min əlli) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. 12. "xxxx" MMC və İddiaçı arasında bağlanmış 29 sentyabr 2008-ci il tarixli müqaviləyə əsasən, MMC həmin yaşayış evində ümumi sahəsi 31 kv.metr olan qarajzirzəmi sahəsini verməyi, İddiaçı isə müqavilənin dəyəri olan 8370 (səkkiz min üç yüz yetmiş) manat ödəməyi öhdəsinə götürmüşdür. 13. 29 sentyabr 2008-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı tərəfindən 31 kv.metr ümumi sahəsi olan qaraj sahəsinə görə 8100 (səkkiz min bir yüz) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. 14. "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK və İddiaçı arasında 26 aprel 2017-ci il tarixli müqaviləyə əsasən, 13 may 2008-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 MTK həmin yaşayış evinin 3-cü blokunda qeyri-yaşayış mərtəbəsində 46 kv.metr ümumi sahəni verməyi, İddiaçı isə müqavilənin dəyəri olan 26422 (iyirmi altı min dörd yüz iyirmi iki) manatı, hazırda isə 13800 (on üç min səkkiz yüz) manatı ödəməyi öhdəsinə götürmüşdür. 15. 02 oktyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı tərəfindən 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 40222 (qırx min iki yüz iyirmi iki) manat ödənilmiş və MTK-ya heç bir borcu yoxdur. Həmçinin, maliyyə arayışına sxem əlavə edilmişdir. 16. "xxxx" MMC və X8 arasında bağlanmış 30 mart 2008-ci il tarixli müqaviləyə əsasən, həmin yaşa yış evinin 3-cü blokunda 33,5 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini verməyi, X8 isə müqavilənin dəyəri olan 28475 (iyirmi səkkiz min dörd yüz yetmiş beş) manat ödəməyi öhdəsinə götürmüşdür.

17. Cavabdeh1 MTK və X8 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli müqaviləyə əsasən, həmin yaşayış evinin 3-cü blokunda 36 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi, X8 isə müqavilənin dəyəri olan 30600 (otuz min altı yüz) manatı, hazırda isə 10800 (on min səkkiz yüz) manatı ödəməyi öhdəsinə götürmüşdür. 18. 09 avqust 2017-ci il tarixli maliyyə arayışına əsasən, X8 tərəfindən 36 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 41400 (qırx bir min dörd yüz) manat ödənilmiş və MTK-ya borcu yoxdur. Həmçinin, maliyyə arayışına sxem əlavə edilmişdir.

19. Abşeron rayon Məhk əməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia tələbi təmin edilmiş, 12 may 2007-ci il tarixli Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-ci il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 324 kv.m olan qeyri-yaşayış sahəsinə dair, 20 may 2010-cu il tarixli Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin evin 3-cü blok, 1-ci mərtəbəsində ümumi sahəsi 216 kv.m olan qeyri-yaşayış sahəsinə dair, 20 may 2010-cu il tarixli Cavabdeh2 il ə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 sahiblik və istifadə hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin “Progress-2016" MTK-ya həvalə edilməsi, qeyri-yaşayış sahələrinin Cavabdeh2 təhvil verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.

20. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17.10.2018-ci il tarixli, 2-1(85)2704/2018 saylı qərarı ilə (hakim Z.Pirverdiyev) Cavabdeh2 iddiası təmin edilmiş, "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 12 mərtəbəli yaşayış binasının 3-cü girişin də yerləşən, ümumi sahəsi 324 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

21. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ünvan 4 ünvanda yerləşən 324 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində olmasına dair RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir.

22. Sonradan Cavabdeh2 həmin 324 kv.metr qeyri-yaşayış sahəsinin 108 kv.metr, 108 kv.metr və 80 kv.metr olmaqla, ümumilikdə 296 kv.metr hissələrini özgəninkiləşdirmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən yerdə qalan 28.0 kv.metr qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir.

23. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2-1(085)423/2019 saylı qərarı ilə (hakim Z.Pirverdiyev) Cavabdeh2 iddiası təmin edilmiş, Cavabdeh1 Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120.0 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abş eron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

24. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ünvan 5 ünvanda yerləşən 120.0 kv.metr qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir.

25. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ünvan 5 ünvanda yerləşən 33.5 kv.metr qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, 34.5 kv.metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli Çıxarışlar verilmişdir.

26. Sonradan ünvan 5 ünvanda yerləşən 33.5 kv.m, 34.5 kv.m və 28 kv.m qeyriyaşayış sahələri birləşdirilərək Əmlak Məsələləri Dövlət Komitəs i yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 96 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən 25.06.2019-cu il qeydiyyat tarixli Çıxarış verilmişdir.

27. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2-1(085)424/2019 saylı qərarı ilə (hakim İ.Quliyev) Cavabdeh2 iddiası təmin edilmiş, "xxxx" MMCnin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən, Cavabdeh2 "xxxx" MMC-dən 20 may 2010-cu il tarixli müqavilə ilə aldığı 216 kv.m qeyri-yaşayış sahəsinin 68 kv.m hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələ ləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

28. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakim İ.Quliyev) həmin Məhkəmənin 14 fevral 2019-cu il tarixli, 2-1(085)424/2019 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

29. İddiaçı və X8 müqavilə üzrə onlara məxsus olan qeyri-yaşayış sahələrinin Cavabdeh2 mülkiyyətində olması əsası ilə hazırki mübahisəni başlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

30. İddiaçı cavabdeh Progress-2016” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin(ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 51.3 və 53-cü maddələrinə istinad edərək ər izə ilə məhkəməyə müraciət edib Cavabdeh3, X5, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X11 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini cavabdehlər qismində cəlb olunmasını, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abş eron rayonu, Xırdalan şəhəri, X16 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X9 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi, İddiaçı ilə "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin(ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə X8 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə X8 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X4 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üstüstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. İş üzrə əhəmiyyət kəsb edən və xüsusi bilik tələb edən halların müəyyən edilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-145/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.10.2020-ci il tarixli, 3979 saylı ekspert rəyinə əsasən, Qərardadın birinci sualı üzrə: Xırdalan şəhəri, H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ünvanda yüksək mə rtəbəli yaşayış binasının inşa olunmasına dair tərtib olunmuş eskiz layihəsinə əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri binanın layihəsində qeyd olunan E-K və 5-8 saylı oxlar arasında yerləşdiyi və 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 524,4 m2 təşkil edir; Qərardadın ikinci sualı üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3- cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0m2 və 19 noyabr 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0m2 qeyri-yaşayış sahələrinə da ir cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin sahələrin (15m2 və 31m2 qeyri-yaşayış sahəsi) Cavabdeh2 mülkiyyətində olan (olmuş) 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan-sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi və 31,0 kv.m. olan zirzəmi sahəsi Cavabdeh2 mülkiyyətində olan (olmuş) 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələri ilə üstüstə düşmə diyi müəyyən olunur; Qərardadın üçüncü sualı üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0m2 və 19 noyabr 2008ci tarixli müqaviləyə əsasən satılmış 15,0m2 qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin sahələrin (15m2 və 31m2 qeyri-yaşayış sahəsi) Cavabdeh2, Cavabdeh3 və X6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi 7A ünvanında yerləşən qeyri-yaşayış sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhə ri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində verilmiş Çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 24.06.2019-cu il tarixdə **********01-05101-083011 reyestr nömrəli texniki pasportunda göstərilən 96,0m2 qeyri yaşayış sahəsinin 31,0m2 hissəsi ilə və 15m2 hissəsi isə baxış zamanı Gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0 kv.m kənarda yerləşən qeyri yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur; Qərardadın dördüncü-altıncı sualları üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərt əbəli yaşayış evinin 3- cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0m2 və 19 noyabr 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0m2 qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin qeyri-yaşayış sahələrinin (15 kv.m və 31 kv.m qeyri-yaşayış sahəsi) ayrı-ayrılıqda yerləşmə mövqeləri müəyyən etmək mümkün olmamışdır.

34. Məhkəmə prosesində iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X7 məhkəmə prosesində vermiş olduğu izahatında göstərmişdir ki, qərardadda qoyulmuş suallar əsasında tədqiqat aparmış, 31 və 15 kv.metr sahələrinin sxeminin olmadığına görə həmin sahələri müəyyən etməyin mümkün olmamış, 46 kv.metr sahəyə dair verilmiş sxemə əsasən isə həmin qeyri-yaşayış sahəsinin 31 kv.metr hissəsi Cavabdeh2, digər 15 kv.metr sahə isə gözəllik salonu ilə üstüstə düşməsi müəyyən edilmişdir.

35. Abşeron Rayon Məhkəməsinin (hakim İddiaçı) 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı Cavabdeh1 MTK-ya qarşı İddiaçı və "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv.metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə iddia tələbi təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X9, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X13 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X9 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsas ında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC və X8 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və Hayan-E MMC-nin hüquqi varisi Cavabdeh1 MTK və X8 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X4 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üstüstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərcinin cavabdeh "xxxx" MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin SAP (XİİS) hesabı X1, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

36. Məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 faktiki sahiblik və istifadəsində olması və hazırda etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr barədə çoxdan məlumatlı olmuşdur. Bununla da, iddiaçı tərəfindən MM-nin 354-cü maddəsində nəzərdə tutulmuş kə sici müddət ötürülmüşdür.

37. Məhkəmə qeyd etmişdir ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh2, Cavabdeh3 və X6, müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 isə Cavabdeh2 qarşı tələb irəli sürməsinin subyektiv hüquq nöqteyi-nəzərindən heç bir əsası yoxdur.

38. İddiaçı və müstəqil tələb irəli sürən X8 qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

39. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.Quliyev sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədova) 2(105)-2037/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbləri qismən təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələri - “İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və X4 məxsus həmin yaşayış binasının 3-cü blokunda 36,0 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi” hissəsində etibarsız hesab edilmiş, qətnamə qalan hissələrdə («Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi 7A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrind ə aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X9 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh1 MTK-ya qarşı İddiaçı ilə "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağ ıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin(ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə iddia tələbi təmin edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 Cavabdeh2 qarşı "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə X8 arasında bağlanmış 30 mart 2008- ci il tarixli, 18 saylı və Hayan-EMMC-nin hüquqi varisi Pro gress-2016MTK ilə X8 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X4 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh1 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı X1, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************») dəyişdirilmədən saxlanmışdır.

40. Apellyas iya məhkəməsi iş üzrə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, Cavabdeh2 mübahisəli yaşayış evinin 3-cü blokunda ümumilikdə 648 kv.metr sahəyə dair müqavilə bağlamışdır. Halbuki, iş materiallarında olan 16.10.2020-ci il tarixli, 3979 saylı ekspert rəyindən görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ünvanda yüksək mərtəbəli yaşayış binasının inşa olunmasına dair tərtib olunmuş eskiz layihəsinə əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsimı ümumi sahəsi 524,4 kv.metr təşkil edir. Göründüyü kimi, 3-cü blokda cəmi 524 kv.metr qeyri yaşayış sahəsi olduğu halda Cavabdeh2 648 kv.metr sahəyə dair müqavilə bağlamışdır. 324 kv.metr sahəyə dair 2007ci ildə bağlanmış müqavilə üzrə dövlət reyestrindən çıxarışlar almış və həmin sahələrdən 296 kv.metrini özgəninkiləşdirmişdir. Belə olan halda məlum olur ki, 3-cü blokda cəmi 228 kv.metr qeyri yaşayış sahəsi qalır, Cavabdeh2 əlavə olaraq 324 kv metrlik (216 və 108) 2 ədəd müqaviləsinin olması nəzərə alınarsa nəinki İddiaçı binanın 3-cü blokunda qeyriyaşayış sahəsi almış istənilən şəxsin yeri Cavabdeh2 müqavilələrindəki yeri ilə üst-üstə düşəcəkdir. Hətta ekspert rəyində belə Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1Ä küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi Cava bdeh2 mülkiyyətində verilmiş çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 24.06.2019-cu il tarixdə **********01-05101083011 reyestr nömrəli texniki pasportunda göstərilən 96,0 kv.metr qeyri-yaşayış sahəsinin 21,0 kv.metr hissəsi ilə və 15 kv.metr hissəsi isə baxış zamanı gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0 kv.metr kənarda yerləşən qeyriyaşayış sahəsi ilə üst-üstə düşdüyünün müəyyən olunduğu göstərilmişdir. Nəzərə almaq lazımdır ki, nə iddiaçıya, nə də Cavabdeh2 2007, 2008 və 2010-cu illərdə müqavilələr bağlanılan zaman hər hansı bir sxem verilməmişdir, iddiaçının müqavilələri isə Cavabdeh2 2010-cu ildə bağladığı müqavilələrdən 2 il əv vəl bağlanmışdır. Bu isə digər Cavabdeh1 MTK-nın artıq Cavabdeh2lə 2010-cu ildə 3-cü blokdakı qeyri-yaşayış sahələrinə dair müqavilə bağlamaq səlahiyyətinin olmadığını təsdiq edir. Belə ki, həmin dövrə qədər artıq 3-cü blokda bütün qeyri-yaşayış sahələri satılmışdır.

41. Bundan əlavə, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq artıq qanuni qüvvədə olmayan məhkəmə qərarlarına istinad etmişdir. Belə ki, məhkəmə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.02.2019-cu il tarixli, 21(085)-424/2019 saylı qərarına və həmin qərar əsasında Cavabdeh2 “Hayan-E" MMC-dən 20 may 2010-cu il tarixli müqavilə ilə aldığı 216 kv.metr qeyri-yaşayış sahəsinin 68 kv.metr hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istin ad etsə də, nəzərə almamışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2-1(085)-424/2019 saylı qərarı elə həmin məhkəmənin 13 dekabr 2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir.

42. Digər tərəfdən, birinci instansiya məhkəməsi MM-nin 354-cü maddəsinə istinad edərək, kəsici müddəti tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından, o cümlədən Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018- ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı həmin iş üzrə tərəf olmamış və ümumiyyətlə işdə iştirak etməmişdir, belə bir qətnamənin mövcudluğundan İddiaçı hazırkı mülki iş üzrə 25 iyul 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası zamanı xəbər tutmuş, qətnamənin surətini alaraq hüquq və vəzifələrinə toxunan şəxs qismində ap ellyasiya şikayəti vermiş, onun şikayəti icraata qəbul edilmiş və hal-hazırda mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icratındadır.

43. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini - “Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010cu il tarixdə bağlanmış müqavilələri- “İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və X4 məxsus həmin yaşayış binasının 3- cü blokunda 36,0 kv.metr ümumi sahəsi olan qeyri-yaşayı ş sahəsinin etibarsız hesab edilməsi” hissəsində rədd edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

44. Birinci instansiya məhkəməsinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi irəli sürməsi üçün subyektiv hüququ olmaması barədə mövqeyinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, X4 məxsus ünvan 7 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi hal-hazırda gözəllik salonu kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi hazırda mülkiyyət hüququ ilə X4 məxsusdur.

45. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiy a şikayətinin dəlilləri

46. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X3 arasında bağlanmış müqavilə 13 may 2008-ci il tarixli olsa da, maliyyə arayışında 2007-ci il tarixi qeyd olunmuşdur. 13 may 2008-ci il tarixli müqavilə Zərnişan Abbasovayla bağlanmış, İddiaçı həmin müqavilə üzrə tərəf olmamış, onunla müqavilə 26 aprel 2017-ci il tarixdə bağlanmışdır. İddiaçıla bağlanmış müqavilə 15 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə dair olmuş, 46 kv.m. qeyri-yaşayış sahəsinə dair olmamışdır. Cavabdeh2 qeyd edilən müqavilələrə əsasən, 68 kv.m qeyri-yaşayış sahəsi olmasına baxmayaraq, apellyasiya məhkəməsi İddiaçı münasibətdə 46 kv.m və Y.Nuqaylıya münasibətdə isə 36 kv.m qeyri-yaşayış sahəsinə, yəni necəsə ümumilikdə 82 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsini qət etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 14 kv.m qeyri-yaşayış sahəsini hardan əldə edib verməli olduğu məlum olmur. Ekspert rəyindən də görünür ki, Y.Nuqaylının Cavabdeh2 qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur, o iddia tələbini İddiaçı qarşı qaldırmalı idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:

49. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

50. Ma ddə

29. İ və İİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

51. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

52. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

53. Maddə 1 52.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

54. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

55. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş həmin icraatda yenidən baxılması üçün qaytarılmalıdır.

66. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə yalnız Cavabdeh2 qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışlar alınmış, həmin Çıxarışlar qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında verilmişdir. Digər mübahisə tərəflərinin mülkiyyət hüququnu təsdiq edən Çıxarışlarının olmaması işin mübahisəsiz hallarıdır.

67. İstər iddiaçının və istərsə də, müstəqil tələb irəli sürən şəxsin (X8) iddia tələbləri onların sahələri ilə üst-üstə düşən hissədə cavabdehin müqavilələrinin etibarsız hesab olunması və onun adına verilmiş Çıxarışın ləğv edilməsi barədə idi. Apelyasiya Məhkəməsi cavabdehin adına verilmiş müqavilələri iddiaçılara aid hissədə etibarsız hesab etsə də, Çıxarışların ləğvi ilə bağlı heç bir dəyərləndirmə aparmadı. Kassator haqlı olaraq qeyd edir ki, ona məxsus olan sahə çıxarışa əsasən etibarsız hesab olunan sahədən az sahəni təşkil edir. Belə qənaət hasil olur ki, Apelyasiya məhkəməsi icrası mümkün olmayan qətnamə qəbul etmişdir. Beləki, sahələr cavabdehin mülkiyyətində qalır, onunla 2010-cu ildə bağlanmış müqavilələr qismən etibarsız hesab olunur.

68. Qeyd olunan qətnamə icrası mümkün olmamaqla yanaşı ziddiyyətlidir. Məhkəmə cavabdehlə bağlanmış müqavilələrin konkret olaraq hansı hissələrdə etibarsız hesab olunması ilə bağlı dəqiq hüquqi mövqe sərgiləməmişdir. İddiaçıların sahələrinə aid hissədə cavabdehin müqavilələrinin etibarsız hesab olunması iş materialları ilə ziddiyyət təşkil edir. Belə ki, işin faktiki hallarına dair məhkəmələrin istinad etdiyi yeganə sübut iş üzrə keçirilmiş ekspert rəyidir. Alınmış ekspert rəyi və ekspertin birinci instansiya məhkəməsindəki iclas zamanı verdiyi izahata əsasən, ünvan 7 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən qeyri-yaşayış sahələrinin 31 və 15 kv.metr sahələrinin sxeminin olmadığına görə həmin sahələri müəyyən etm ək mümkün olmamış, 46 kv.metr sahəyə dair verilmiş sxemə əsasən isə həmin qeyri-yaşayış sahəsinin 31 kv.metr hissəsi Cavabdeh2, digər 15 kv.metr sahə isə gözəllik salonu ilə üst-üstə düşməsi müəyyən edilmişdir.

69. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, cavabdehə binada mövcud olan sahədən artıq qeyri-yaşayış sahəsi satılmış, onunla 2-ci dəfə 2010-cu ildə müqavilələr bağlanan zaman artıq bütün sahələr satılmış olduğu üçün iddiaçılarla bağlanmış müqavilələr üzrə verilmiş sahələrin sonradan cavabdehə satılması qanunsuz olmuşdur. Eyni zamanda kollegiya qənaətini onunla əsaslandırmışdır ki, müqavilələr bağlanarkən heç bir tərəfə cizgi-plan verilmədiyi üçün ehtimal olunur ki, cavabdehlə bağlanmış sonrakı müqavilələr iddiaçıların sahəsinə aid olmuşdur.

70. Nəzərə almaq lazımdır ki, məhkəmə qət naməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (§59-§60).

71. Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ehtimallar əsasında çıxarılmışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin adına qeyri-yaşayış sahəsinə dair Çıxarışlar verilmiş və hazırda da həmin sənədlər qüvvəsini saxlayır. Cavabdehin adına mülkiyyət hüququna dair Çıxarışlar qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında verilmişdir. Deməli, Çıxarışların məhz hansı sahələr üzrə verilməsi məsələsi də baxış predmeti olmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı cavabdehin adına konkret sahələr üzrə mülkiyyət hüququnu tanımışdır.

72. Ona görə Apellyasiya Məhkəməsinə lazım gəlirdi ki, cavabdehin adına verilmiş çıxarışların mövcudlu ğu faktından çıxış edərək həmin sənədlərin verilməsi əsasına dair məhkəmə mübahisələrinin başa çatıb-çatmamasını yoxlasın. Çünki, cavabdehin adına Çıxarışların mövcudluğu ona məxsus sahələrin koordinatlarının mübahisəsiz olması qənaətini formalaşdırır və məhkəmənin gəldiyi nəticə ilə ziddiyyət təşkil edir.

73. İddiaçının anasına satılmış 35 kv.m sahənin və özünə satılmış 15 kv.m sahənin koordinatları mövcud olmamışdır (bu işin mübahisəsiz halıdır). Həmin sahələrin satılan zaman hansı ərazidə yerləşdikləri (plan-ölçüsü) də müəyyən edilməmişdir. 2017-ci ildə həmin sahələrin hansı qaydada birləşdirilərək bir müqavilə ilə 46 kv.m sahə kimi vahid qeyri-yaşayış sahəsi verilməsi də aydınlaşdırılmamışdır. Ümumiyyətlə, həmin sahələrin koordinatları mövcud olmadığı halda onların hansı qaydada birləş dirilməsi, hansı əsaslarla cavabdehin sahələri ilə üst-üstə düşməsi ilə bağlı hallar da aydın deyil.

74. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından aydınlaşdırılması zəruri olan əsas məsələlər, qeyri-yaşayış sahələrinin nə vaxt kimlərə satılması ilə yanaşı (zaman etibarı ilə), kimlərə hansı sahələrin satılması ilə bağlı məsələdir. Bu məsələ ilə bağlı sübutetmə vəzifəsi bölüşdürülməli və bunun nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Həmin məsələnin aydınlaşdırılması mövcud sahələrin vaxt etibarilə ilkin olaraq kimə satılması yolu ilə mübahisənin həllinə kömək etmiş olar.

75. Kollegiya qeyd edir ki, işə yenidən baxılarkən hazırkı iş üzrə əhəmiyyət kəsb edən digər məhkəmə mübahisələrinin (qeyri-yaşayış sahələrinin təhvil verilməsi ilə bağ lı ümumi məhkəmədə olan iş, çıxarışların verilməsi öhdəliyinin qoyulması ilə bağlı inzibati məhkəmədə olan iş) yekun nəticələri öyrənilməli (əgər məhkəmə araşdırmaları davam edirsə) və bundan çıxış edərək mübahisə həll edilməlidir.

76. Eyni zamanda kollegiya hesab edir ki, aşağıdakı əsaslara görə Apellyasiya Məhkəməsinin Yaşar Nuqaylının iddiası ilə bağlı gəldiyi nəticə qanunsuz və əsassızdır.

77. İddia tələbi üzrə ilkin dəyərləndirməyə başlamaq üçün kimin kimdən hansı əsasla nə tələb etməsi ilə bağlı suallara cavab tapmaq lazımdır. İlkin olaraq, həmin sualları cavablandırmaq hakimə araşdırmanı məntiqi ardıcıllıqla başa çatdırmağa kömək etmiş olar. Hazırkı işdə Apellyasiya Məhkəməsi müstəqil tələb irəli sürən şəxsin iddiasına münasibətdə həmin qaydalara riayət edilmədiyindən iş üzrə əsassı z və qanunsuz qətnamə çıxarılması ilə nəticələnmişdir.

78. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 iddia tələbi ondan ibarətdir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələr, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə X8 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə X8 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X4 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsi etibarsız hesab edilsin və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarış ləğv edilsin.

79. Əvvəla, işdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasın da bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələr mövcud deyil. Belə müqavilələr ümumiyyətlə mövcud olmamışdır. Hətta, nəzərə alsaq ki, etibarsızlığı tələb olunan həmin müqavilələrin tarixi texniki səhv olaraq “26” aprel əvəzinə “28” aprel yazılmışdır, yenə də, həmin müqavilələrin cavabdehə aidiyyəti yoxdur. 26 aprel 2017-ci il tarixli müqavilələr cavabdehlə deyil, iddiaçı ilə bağlanmış müqavilələrdir. Hansı ki, iddiaçı həmin müqavilələrə istinad edərək hazırkı tələbi irəli sürmüşdür. Apellyasiya Məhkəməsi belə bir iddianın hansı əsasla cavabdehə yönəldilməsi, hansı əsasla belə bir iddiaya baxılmasını, hansı əsasla belə bir iddianı qismən təmin etməsini əsaslandırmamışdır. Bu iddia müqavilə tərəfi olan iddiaçıya yönələ bilər. Belə iddia qismən təmin olunarsa, yenə iddiaçı ya münasibətdə təmin oluna bilər və heç bir halda cavabdehlə bağlanmış müqavilələrin etibarsızlığı ilə nəticələnə bilməz. Bu məntiqsizdir.

80. Bundan başqa, məhkəmələr müəyyən etmişlər ki, X4 məxsus ünvan 7 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi hal-hazırda gözəllik salonu kimi fəaliyyət göstərir və onun sahibliyindədir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunur ki, cavabdehə məxsus olan sahə X4 məxsus olan 36 kv.m sahə ilə üst-üstə düşmür. Deməli, nə X8, nə də Cavabdeh2 bir-birinə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik deyillər.

81. Eyni zamanda məhkəmələr müəyyən etmişlər ki, X4 məxsus ünvan 7 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahəsi 36,0 kv.metr olan qeyri-yaş ayış sahəsi Cavabdeh1 MTK tərəfindən ona təhvil verilmiş, sonuncu orada təmir işlərini başa çatdıraraq hal-hazırda gözəllik salonu kimi ondan istifadə edir.

82. Göründüyü kimi, fərdi-müəyyən əşya artıq X4 təhvil verilmiş və onun sahibliyindədir. İddiaçının ona qarşı tələbi yoxdur. Ona görə hazırkı mübahisə ümumiyyətlə X2 mənafeyini pozmur. Onun maraqlarına toxunan yeganə hal ondan ibarətdir ki, müvafiq ekspert rəyinə əsasən iddiaçıya 26 aprel 2017-ci il tarixli müqavilələrlə ayrılmış qeyriyaşayış sahəsinin 15 kv.m hissəsi onun sahəsi ilə üst-üstə düşür.

83. Əvvəla, X4 qarşı hazırkı işdə tələb olmadığı üçün həmin tələb təmin oluna bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçıya tələb etdiyi sahəyə dair istinad nöqtələri (koordinatlar) 2017-ci ildə verilmişdir ki, həmin koordinatların da etibarlılığı yuxarıda qeyd olunduğu kimi mübahisəli olduğu üçün yenidən yoxlanmaqla hüquqi qiymət verilməlidir.

84. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§56-§58) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

85. İşə yenidən baxılarkən məhkəmə kassasiya məhkəməsinin göstərişlərini yerinə yetirməli, müvafiq nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçü n lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

86. Nəzərə almaq lazımdır ki, kassasiya məhkəməsinin hazırkı göstərişləri növbəti apellyasiya baxışı zamanı yeni sübutların tədqiqi kimi başa düşülməməlidir. Belə ki, MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 87. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkə mə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

88. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

89. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2037/2021 nömrəli, 17.09.2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar