Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1325/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1325/21 (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı MMC-nin vəkili Vəkil, Cavabdeh: Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)2266/2020 saylı qətnaməsindən İddiaçı MMC-nin kas asiya şikayəti üzrə işə 27 aprel 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, tələblərini belə əsaslandırıb ki, “Bakı şəhərinin rayonlarının, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı ilə Səbail rayonu üzrə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən 535 mənzildən ibarət 41 yaşayış binasının sökülməsi və yenidən qurulması qərara alınıb. Qərarın icrası ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin 29 dekabr 2016-cı il tarixli, 177 saylı Sərəncamı ilə ün van 1 ünvanda yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsü və 0,55 ha ərazidə yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi, sakinlərin köçürülməsi pilot layihə kimi İddiaçı MMC həvalə edilib. Artıq Cəmiyyət tərəfindən tikinti işlərinə başlanılıb, bir hündürmərtəbəli bina tikilib və hazırda bəzəktamamlama işləri aparılır. Ancaq cavabdehlər tərəfindən qəzalı vəziyyətdə olan evlərin boşaldılmaması bir yana, ərazidə qanunsuz tikintilərin aparılması onlara ciddi maneələr yaradır. ünvan 2 ünvanda yerləşən binalar qəzalı və yararsız vəziyyətdədir, onlar heç bir texniki normaya cavab vermir və hər an uça bilər. Bu evlər XX əsrin əvvəllərində inşa edilib. Evlər əsasən but daşdan, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilib. Təhlükəsizliklə bağlı heç bir müsbət göstərici mövcud deyil, dam örtüyü sıradan çıxıb, tavan, döşəmə işə qəzalı vəziyyətdədir. Mənzil-məişət şəraiti yox dərəcəsindədir. Bu şəraitdə sakinlərin həmin mənzillərdə yaşaması mümkün deyil. İstismar müddəti keçmiş bu yaşayış evlərinin qəzalı və təhlükəli vəziyyəti ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 26 dekabr 2016-cı ildə “ünvan 3 ünvanlarda yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti” haqqında Akt tərtib edilib. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəldiyi, fiziki və mənəvi aşınmaya məruz qaldığı, istismar üçün təhlükəli olduğu, təmir-bərpa və gücləndirmə işlərinin aparılmasının texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmədiyi və qəzalı vəziyyətlə əlaqədar bu ünvanda yerləşən yaşayış evlərinin istismarının dayandırılması və sakinlərin təcili olaraq mənzillərdən çıxarılması tədbirlərinin yerinə yetirilməsi qeyd olunub. Hazırda tikinti ərazisində istifadə olunan inşaat texnikaları, maşınlar ərazini tərk etməmiş sakinlər üçün ziyanlı nəticələrə səbəb ola bilər. Sakinlər heç bir xərc çəkmədən, onların maliyyə vəsaitinin hesabına yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilir, onlara əvvəlki mənzilləri qarşılığında 30 faiz əlavə sahə təklif edirlər. Bir sıra sakinlər razılaşma əsasında artıq öz sahələrini onlara təhvil veriblər. Cavabdehlərin ərazini tərk etməməsi isə tərəflərindən tikinti ərazisinin təhlükəsizliyini təmin etmək imkanını məhdudlaşdırır və yaranmış vəziyyət tikinti işlərinin davam etməsini, mənzillərin tikintisini vaxtında başa çatdırmağı mümkünsüz edir. Bununla digər vətəndaşların da hüquqları və qanuni mənafeləri pozulmaqda davam edir. Tikinti işləri ilə bağlı Cəmiyyət tərəfindən aparılmış hazırlıq işləri zamanı məlum oldu ki, ünvan 2 ünvanda cavabdehlərin istifadəsində olan bəzi tikililər, həm də özbaşına (qanunsuz) tikililərdir. Baxmayaraq ki, onların bəzilərinin qeydiyyat sənədləri mövcuddur, amma binalar hər hansı memarlıq-şəhərsalma qaydalarına əməl edilmədən tikilib. Ərazi üzrə torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 29 dekabr 2016-cı il tarixli, 177 saylı sərəncamı ilə, həm də 14 mart 2018-ci ildə Səbail Rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə ilə Cəmiyyətə verilib və bu müqavilə üzrə öhdəliklər daşıyırlar. “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqaviləyə əsasən Səbail rayon İcra Hakimiyyəti Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsinin əhatə etdiyi ərazidə yerləşən 5500 kv.metr torpaq sahəsini hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün Cəmiyyətə icarəyə verməyi, Cəmiyyət isə hər il 20.350 manat icarə haqqı ödəməyi öhdəsinə götürüb. Cəmiyyətin Qurban Abbasov küçəsi, 42 saylı ünvanda söküntü və tikinti işlərini apara bilməməsi normativ standartlara uyğun tikiləcək müasir və təmiz şəraitli mənzillərlə təmin olunmaq istəyən və bununla bağlı onlarla müqavilə bağlamağa hazır olan və bağlamış sakinlərin də mənafeyinə ziyan vurur, onları vaxtında və tezliklə yeni yaşayış sahəsinə köçməkdən məhrum edir. Eyni zamanda, Cavabdeh1 məhkəmədə İddiaçı MMC qarşı qarşılıqlı iddia verərək, Bakı şəhəri, ünvan 2 evin, 17 saylı mənzilində yerləşən 27 kv.metr yaşayış sahəsinin əvəzi olaraq hər kv.metri 2.000 manat məbləğində qiymətləndirilməklə, ümumilikdə 54.000 manat kompensasiyanın İddiaçı MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Həmçinin, Cavabdeh5 məhkəmədə İddiaçı MMC qarşı qarşılıqlı iddia verərək, ünvan 2 evin, 26 saylı mənzilində yerləşən 230 kv.metr yaşayış sahəsinin əvəzi olaraq hər kv.metri 2.000 manat məbləğində qiymətləndirilməklə, ümumilikdə 460.000 manat kompensasiyanın İddiaçı MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Həmçinin, Cavabdeh3 məhkəmədə İddiaçı MMC qarşı qarşılıqlı iddia verərək, ünvan 2 evin, 26 saylı mənzildə yerləşən 230 kv.metr yaşayış sahəsinin əvəzi olaraq hər kv.metri 2.000 manat məbləğində qiymətləndirilməklə, ümumilikdə 460.000 manat kompensasiyanın İddiaçı MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Bağırova) ilk iddia təmin, qarşılıqlı iddialar rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehlərin yaşadıqları evlərin yerləşdiyi torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 29 dekabr 2016-cı il tarixli, 177 saylı sərəncamı ilə, həm də 14 mart 2018-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə ilə Cəmiyyətə icarəyə verilib. Səba il rayon İcra Hakimiyyətinin 29 dekabr 2016-cı il tarixli, 177 saylı Sərəncamı ilə ünvan 1 ünvanda yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsü və 0,55 ha ərazidə yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi, sakinlərin köçürülməsi pilot layihə kimi İddiaçı MMC həvalə edilib. Artıq Cəmiyyət tərəfindən tikinti işlərinə başlanılıb, bir hündürmərtəbəli bina tikilib və hazırda bəzək-tamamlama işləri aparılır. Ancaq cavabdehlər tərəfindən qəzalı vəziyyətdə olan evlərin boşaldılmaması bir yana, ərazidə qanunsuz tikintilərin aparılması onlara ciddi maneələr yaradır. ünvan 2 ünvanda yerləşən binalar qəzalı və yararsız vəziyyətdədir, onlar heç bir texniki normaya cavab vermir və hər an uça bilər. İstismar müddəti keçmiş bu yaşayış evlərinin qəzalı və təhlükəli vəziyyəti ilə bağlı Fövqəla də Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 26 dekabr 2016-cı ildə “ünvan 3 ünvanlarda yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti” haqqında Akt tərtib edilib. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəldiyi, fiziki və mənəvi aşınmaya məruz qaldığı, istismar üçün təhlükəli olduğu, təmir-bərpa və gücləndirmə işlərinin aparılmasının texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmədiyi və qəzalı vəziyyətlə əlaqədar bu ünvanda yerləşən yaşayış evlərinin istismarının dayandırılması və sakinlərin təcili olaraq mənzillərdən çıxarılması tədbirlərinin yerinə yetirilməsi qeyd olunub. Hazırda tikinti ərazisində istifadə olunan inşaat texnikaları, maşınlar ərazi ni tərk etməmiş sakinlər üçün ziyanlı nəticələrə səbəb ola bilər. Sakinlər heç bir xərc çəkmədən, onların maliyyə vəsaitinin hesabına yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilir, onlara əvvəlki mənzilləri qarşılığında 30 faiz əlavə sahə təklif edirlər. Bir sıra sakinlər razılaşma əsasında artıq öz sahələrini onlara təhvil veriblər. Cavabdehlərin ərazini tərk etməməsi isə tərəflərindən tikinti ərazisinin təhlükəsizliyini təmin etmək imkanını məhdudlaşdırır və yaranmış vəziyyət tikinti işlərinin davam etməsini, mənzillərin tikintisini vaxtında başa çatdırmağı mümkünsüz edir. Bununla digər vətəndaşların da hüquqları və qanuni mənafeləri pozulmaqda davam edir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Torpaq Məcəlləsinin 55, 58-ci maddələrini n və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh Nəsir Məmmədovun prosessual hüquq varisi Cavabdeh7 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh2 nümayəndəsi Nəsir Məmmədov apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və Z.A.Şirinov) apelyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2019cu il tarixli qətnaməsi mübahisə ləndirilən hissədə, yəni cavabdehlər Cavabdeh2 və Nəsir Məmmədovun prosessual hüquq varisi Cavabdeh7 aid hissədə ləğv edilib, həmin hissədə iddia rədd olunub. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Nazirlər Kabinetinin yuxarıda göstərilən Qərarında, həm də Səbail rayon İcra Hakimiyyəti Başçısının Sərəncamında pilot layihəyə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitini ödəməlidir. İddiaçı cavabdehlərə mülkiyyətlərinin əvəzinə həmin ərazidə inşa ediləcək hündürmərtəbəli binada yaşayış sahəsi təklif etsə də, təklifin məzmununun cavabdehlərin mənafeyinə uyğunluğu müəyyən edilmir. Həmçinin istər irəli sürülmüş iddia tələbi, istərsə də birinci instansiya məhkəməsinin mövqeyi cavabdehlərin mülkiyyət hüququnun ədalətli əvəzi (kompensasiyası) qismində çıxış etmir, bununla da mülkiyyət hüquqlarına əsassız müdaxilə baş verib. İddiaçı qanunvericiliyin tələbləri çərçivəsində mülkiyyətçilərlə razılıq əldə etməyib. Eyni zamanda, mübahisəli yaşayış sahələrinin ölçüsünün faktiki olaraq daha artıq olmasına baxmayaraq, cavabdehlərə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəyə (25,35 kv.metr və 40,56 kv.metr) əlavə 30 faiz əlavə olmaqla yeni mənzil verilməsi barədə tələb irəli sürülmüşdür ki, bu da özü-özlüyündə mülkiyyətin əvəzinin ədalətli kompensasiyası kimi qəbul edilə bilməz. Ona görə də iddiaçı, Nazirlər Kabinetinin qərarında və Səbail rayon İcra Hakimiyyətinin Sərəncamında qeyd olunan göstərişlərə uyğun olmayan tələblər, yəni ədalətli kompensasiya ilə təmin edilmədən və mülkiyyətçilərlə razılığı müvafiq müqavilə ilə şərtləşdirilmədən hazırki tələb əsaslı hesab edilə bilməz. Əks hal, mülkiyyət hüququnun kobud surətdə pozulması ilə nəticələr bilər ki, bu da istər milli, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsinə zidd olardı. Bununla yanaşı, iddiaçının müvafiq torpaq sahələri üzərində əmlak hüquqları da dövlət qeydiyyatına alınmayıb. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 24.2.1, 28.1, 28.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın cavabdehlər Cavabdeh2 və Nəsir Məmmədovun prosessual hüquq varisi Cavabdeh7 münasibətdə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı MMC-nin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 nümayəndəsi Nəsir Məmmədli məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üç ün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Natiq Namazov, Cavabdeh4, Nəsir Məmmədovun prosessual hüquq varisi Cavabdeh7 və üçüncü şəxs Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Həmin Məcəllənin 28-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməmə si üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslə rin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı mad dəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsi nin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, ilk iddianı Cavabdeh2 və Nəsir Məmmədova münasibətdə rədd etməklə səhv nəticəyə gəlməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən 42 saylı evin 19 saylı mənzili cavabdehlər Cavabdeh2 və Nəsir Məmmədovun xüsusi mülkiyyətindədir. 22 avqust Nəsir Məmmədov “miokard infarkt”dan ölüb. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarına əsasən, Səbail Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köç ürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılıb. İşə əlavə edilmiş 14 mart 2018-ci il tarixli, 03 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən, Səbail rayon İcra Hakimiyyəti ilə “xxxx” MMC arasında bağlanmış, Səbail rayonu İcra Hakimiyyətinin 29 dekabr 2016-cı il tarixli, 177 saylı Sərəncamı ilə Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsini əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinin icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən Cəmiyyət tərəfindən ünvan 4 ünvanlarda yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş ö hdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılıb. İşə əlavə edilmiş 26 dekabr 2016-cı il tarixli ünvan 5 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında Aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 06 may 2016-cı il tarixli tapşırığına əsasən ünvan 5 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə vizual texniki baxış keçirilərək müəyyən edilib İddiaçı MMC ayrılmış 0,12 ha sahə ünvan 5 ünvanda yerləşir. Qeyd olunan ərazi 33 mənzil dən ibarətdir. Bu ərazidə yerləşən fərdi yaşayış evləri bir və iki mərtəbəli olmaqla, XX əsrin əvvəllərində inşa edilib. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilib. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsa lma tələblərinə cavab vermir. Yaşayış evləri və mənzillərin mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Yaşayış evlərində və mənzillərdə təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. 1.Yaşayış evlərinin istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; 2.Sakinlərin təcili olaraq mənzillərdən çıxarılması; 3.Qeyd olunan yaşayış binasına gələn bütün kommunikasiya xətlərinin kəsilməsi. 4.Ərazinin şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması; Binada yaranmış vəziyyətin təbii fəlakət və hadisələrlə əlaqəsi yoxdur. Birinci instansiya məhkəməsi ilk iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisəli yaşayış sahələrinin cavabdehlərin xüsusi mülkiyyəti ndə olmasına, lakin onların qəzalı vəziyyətə düşməsinə və inzibati orqanların (Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, Səbail rayon İcra Hakimiyyəti) yuxarıda qeyd olunan müvafiq Qərarlara əsaslanaraq cavabdehlərin mülkiyyətində olan yaşayış sahələrinə dair İddiaçı MMC vəsaiti hesabına aylıq kirayə haqqı verilməklə və gələcəkdə mənzillərin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 30 faiz əlavə edilərək İddiaçı MMC vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi şərti ilə cavabdehlərin mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi və İddiaçı MMC ayrılmış torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinin sökülməsinin sözü gedən Cəmiyyətə həvalə edilməsini əsaslı hesab edib. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə kasasiya şikayəti ilə eyni m əzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq düzgün olaraq qeyd edib ki, ilk iddianı cavabdehlər Cavabdeh2 və Nəsir Məmmədova münasibətdə təmin etməklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan m ülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan ilk iddia tələblərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Nazirlər Kabinetinin yuxarıda göstərilən Qərarına, həm də Səbail rayon İcra Hakimiyyəti Başçısının sözügedən Sərəncamına əsasən pilot layihəyə uyğun olaraq qəzalı vəziy yətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən iddiaçı yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitini ödəməlidir. İddiaçı cavabdehlərə mülkiyyətlərinin əvəzinə həmin ərazidə inşa ediləcək hündürmərtəbəli binada yaşayış sahəsi təklif etsə də, təklifin məzmununun cavabdehlərin mənafeyinə uyğunluğu müəyyən edilmir. Həmçinin, istər irəli sürülmüş iddia tələbi, istərsə də birinci instansiya məhkəməsinin mövqeyi cavabdehlərin mülkiyyət hüququnun ədalətli əvəzi (kompensasiyası) qismində çıxış etmir və bununla da mülkiyyət hüquqlarına əsassız müdaxilə baş verib. Bundan başqa, iddiaçı, qanunvericiliyin tələbləri çərçivəsində mülkiyyətçilərlə razılı q əldə etməyib. Eyni zamanda, mübahisəli yaşayış sahələrinin ölçüsünün faktiki olaraq daha artıq olmasına baxmayaraq, cavabdehlərə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəyə (25,35 kv.metr və 40,56 kv.metr) əlavə 30 faiz əlavə olmaqla yeni mənzil verilməsi barədə tələb irəli sürülmüşdür ki, bu da özü-özlüyündə mülkiyyətin əvəzinin ədalətli kompensasiyası kimi qəbul edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, Nazirlər Kabinetinin sözügedən Qərarında və Səbail rayon İcra Hakimiyyətinin Sərəncamında qeyd olunan göstərişlərə uyğun olmayan tələblər, yəni ədalətli kompensasiya ilə təmin edilmədən və mülkiyyətçilərlə razılığı müvafiq müqavilə ilə şərtləşdirilmədən hazırki tələb əsa slı hesab edilə bilməz. Əks hal, mülkiyyət hüququnun kobud surətdə pozulması ilə nəticələnə bilər ki, bu da istər milli, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsinə zidd olardı. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının müvafiq torpaq sahələri üzərində əmlak hüquqları da dövlət qeydiyyatına alınmamışdır (işdə bununla bağlı hər hansı sübut mövcud deyildir). İddiaçı ilə Səbail rayon İcra Hakimiyyəti arasında müvafiq müqavilənin bağlanması faktı da vəziyyəti dəyişdirmir. Çünki, Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına almır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.3-c ü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqlarn dövlət qeydiyyatına alınması məcburidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaq sahələri üzərində də hüquqların dövlət qeydiyyatına alınmalı olmasını məcburi qaydada müəyyən edib. Həmçinin, iddiaçının istinad etdiyi, inzibati orqanların müvafiq qərarları özüözlüyündə dövlət ehtiyacını (torpaqların alınmasını zəruri edən dövlət ehtiyacını və həmin torpaqları ala n orqanı müəyyən etmir) ehtiva etmir. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, iddiaçı cavabdehlərin yaşayış sahələrinin qəzalı vəziyyətdə olması ilə bağlı müvafiq Akta istinad etmiş olsa da, həmin Akt isə cavabdehlərin mülkiyyətində olan sahələrin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız olması və təhlükəli vəziyyətdə olmasını təsdiq edən sübut kimi qəbul oluna bilməz. Hətta həmin Aktın sübut kimi qəbul edilməsi mümkün hesab edildiyi halda belə hazırki iddia üzrə iddiaçının həmin əsasla iddia tələbi irəli sürməsi yolverilən deyil. Çünki həmin əsasla tələb irəli sürmək hüququ müvafiq icra hakimiyyəti orqanına aiddir. Müvafiq icra hakimiyyəti ilə bağlanmış icarə müqaviləsi tələb hüququnun hazırkı iddiaçıya keçməsinin əsası kimi qəb ul oluna bilməz. Mənzil Məcəlləsində isə qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı müvafiq hüquqi tənzimləmə müəyyən edib. Həmin Məcəlləsinin 28-ci maddəsinin tələblərinə görə, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keç irən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddə sində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Göründüyü kimi, hazırki iddia tələbi qeyd edilən hüquq normasının dispozitiv şərtlərinə uyğun olmamaqla, onunla ziddiyyət təşkil edir. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan ilk iddia tələbinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilə nlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı MMC-nin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)-2266/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1325/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1325/2021
27.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver