Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1325/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlak üzərindən həbsin götürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1740/2025 nömrəli iş üzrə 17 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-860/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə əmlakın üzərinə həbs qoyulmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Telman Babayevin vəsatəti və Azərbaycan Respublikası Baş Prokurorun müavini Elmar Camalovun təqdimatı əsasında "xxxx" MMC şirkətinə aid təqsirləndirilən şəxs X3 məxsus 10 faiz təsis payının üzərinə həbs qoyulmuşdur. 2. 4 aprel 2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş “Təsis payının alqı-satqı m üqaviləsi”nə əsasən, X4 "xxxx" MMC-də olan 90% və X5 10% təsis payını İddiaçı satmışdır.
3. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək əldə etdiyi təsis payı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 5(005)-860/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC şirkətinə aid iddiaçı tərəfindən alqı-satqı ilə əldə edilmiş 10 faiz təsis payının üzərinə qoyulmuş həbsi ləğv etməklə həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Səbail rayon Məhkəm əsinin e-2(009)-259/2025 saylı, 23 yanvar 2025- ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlak üzərindən həbsin götürülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, iddiaçıya iddia ərizəsində göstərdiyi məsələyə dair cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət edə bilməsinin izah olunması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbində göstərdiyi dəlillərin nə dərəcədə əsaslı-əsassız olmasına baxmayaraq, onların yoxlanılması mülki mühakimə icraatının predmetı deyil, bunlar eyni cinayət mühakimə icraatında məhkəmə araşdırmasının predmeti olmalıdır. Eyni məsələlərin qanuniliyi və əsaslılığının fərqi icraatlarda ayrı-ayrılıqda yoxlanılması ə dalət mühakiməsinin məqsədlərinə də cavab vermir. Digər tərəfdən, iddia ərizəsinin məzmunundan görünmüşdür ki, o Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə cavab vermir, belə ki, cavabdeh kimi göstərilmiş Baş prokurorluğa qarşı tələb yönəldilməsi mümkünsüz sayılır.
7. İş materiallarına əsasən müəyyən edilmişdir ki, alqı-satqı predmeti olmuş "xxxx" MMC şirkətinə aid 10% təsis payının üzərinə Baş prokurorluğun yox, məhkəmənin qərarına əsasən həbs qoyulmuş və həmin qərardan cinayət mühakiməsi qaydasında şikayət verilməmişdir.
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”’ Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər.
9. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir.
10. Beləliklə, cinayət prosesinin iştira kçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.
11. Azərbaycan Respublikası Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.1, 262.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 142.1 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları pozulmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1740/2025 nömrəli iş üzrə 17 fevral 2025-ci il tarixli qərardadı ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəla, cinayət mühakimə icraatı qaydasında iddiaçının alqı-satqı müqaviləsi ilə əldə etdiyi "xxxx" MMC şirkətinə aid 10 faiz təsis payının üzərinə həbs qoyulduğu işin mübahisəsiz halıdır. Hazırki iddianın yaxud icraatın predmeti olmasa da, demək ki, cavabde h kimi göstərilən orqanın iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi təsis payının üzərinə həbs qoyulmasına dair vəsatət və təqdimatı “səhvən” olmamışdır. Başqa sözlə vəsatət və təqdimat digər əmlaklarla yanaşı iddiaçının əldə etdiyi təsis payının üzərinə cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə kifayət qədər əsas verdiyi, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsinin, həmçinin mülki iddianın, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin hesabına alınmış əmlakların özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmasının zəruriliyi ilə əsaslandırılmışdır.
17. Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üz ərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.
18. Göründüyü kimi, hazırkı iddia tələbinin faktiki halları CPM-in 253-cü maddəsi nin dispozisiya şərtlərinə uyğun gəlmir. Çünki iddiaçı qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs statusunda olmasa da, məhz həbs qoyulduqdan sonra əldə etdiyi təsis payının üzərinə səhvən həbs qoyulmamışdır. Yəni, nəinki səhvən, əksinə bilərəkdən, düşünülmüş şəkildə bu cür həbsin qoyulması məqsədilə vəsatət və təqdimat verilmişdir. Hazırkı mülki mühakimə icraatında mübahisələndirilən "xxxx" MMC şirkətinə aid 10 faiz təsis payının üzərinə həbs qoyulması faktı barədə iddiaçının məlumatı olmaması barədə dəlillər açıq-aşkar əsassız görünməyə bilər. Lakin bu hal da qeyd olunanlara əsasən şikayətin əsaslı olmasına dəlalət etmir. Məhz yuxarıda göstərilənlər iddiaçıya iddia ərizəsində göstərdiyi təsis payının həbsdən azad edilməsini bilavasitə mülki mühakimə icraatı qaydasında tələb etməy ə əsas vermirdi. Çünki həmin əmlakın həbsdən azad edilməsi üçün cinayət mühakimə icraatında bu imkandan istifadə etməmişdirsə hüququ qalır.
19. Göründüyü kimi, iddiaçı cinayət mühakimə icraatı qaydasında üzərinə məhkəmə qərarı əsasında həbs qoyulmuş təsis payının həbsdən azad olunmasına həmin icraat çərçivəsində nail ola bilmədikdən sonra yenidən və ya bu imkandan istifadə etmədən mülki mühakimə icraatı qaydasında buna nail olmağa cəhd etməməsi anlaşılan olsa da başadüşülən deyildir. Çünki iddiaçının hazırkı iddia tələbində göstərdiyi dəlillərin nə dərəcədə əsaslı-əsassız yaxud əhəmiyyətli-əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi ayrıca iddianın yaxud mülki mühakimə icraatının predmeti olmaqdansa, bunlar eyni işdə, yəni cinayət mühakimə icraatın da məhkəmə araşdırmasının predmeti olmalıdır yaxud ola bilər. Başqa sözlə eyni məsələlərin qanuniliyi və əsaslılığı müxtəlif məhkəmələr tərəfindən və ya eyni məhkəmənin müxtəlif hakimləri tərəfindən fərqli icraatlarda ayrı-ayrılıqda yoxlanılması ədalət mühakiməsinin məqsədlərinə də cavab vermir. Çünki nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir.
20. Bundan əlavə, iddia ərizəsinin məzmunundan görünmüşdür ki, o Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə də açıq-aşkar cavab verməmişdir. Çünki cavabdeh kimi göstərilən Baş prokurorluğa qarşı hər hansı bir tələb yönəlməmişdir. Bunun yönəlməsi də mümkünsüz sayılır. Çünki iddiaçının sonr adan əldə etdiyi təsis payının üzərinə prokurorluğun deyil, məhkəmənin qərarına əsasən həbs qoyulmuşdur. Məhkəmə qərarından da cinayət mühakimə icraatı qaydasında apellyasiya şikayəti verməmişdirsə belə bir hüququ mövcuddur. Bu cür vəziyyətdə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina üçün həmin Məcəllənin 153.2.1-ci maddəsində nəzərdə tutulan prosessual hüquqi əsasların da olması mübahisəsiz idi. Buna baxmayaraq, birinci instansiya məhkəməsi gec də olsa səhvini başa düşüb və sonradan işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, yəni mülki mühakimə icraatında baxılmalı olmadığına görə xitam vermişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin qərarın ın məsələn üzərinə həbs qoyulan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər və cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozularsa, o cümlədən əmlakı üzərinə həbs qoyula və məhkəmənin ittiham hökmü ilə müsadirə edilərsə belə prosessual qərar və ya hərəkətlərdən cinayət işi üzrə şikayət verə bilərlər.
22. Məhkəmə öz mövqeyini M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 8 iyun 2017-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli, “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun xx.xx.2022-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 3 aprel 2023-cü il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 6 oktyabr 2023-cü il tarixli qərarlarına, CPM-in 253-cü və MPM-in 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qə bul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti MPM-in 149.2.3-cü, CPM-in 253-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya kollegiyasının gəldiyi nəticədən belə çıxır ki, əmlak üzərinə səhvən həbs qoyulduqda CPM-in, düzgün həbs qoyulduqda isə MPM-in tələbləri tətbiq edilməlidir. Belə əsaslandırmanın heç bir hüquqi əsası yoxdur və hər hansı normativ akta dəstəklənmir. Həmçinin qərardadda qeyd edilmişdir ki, hazırkı mülki mühakimə icraatında mübahisələndirilən "xxxx" MMC şirkətinə aid 10 faiz təsis payının üzərinə həbs qoyulması faktı barədə iddiaçının məlumatı olmaması barədə dəlillər açıq-aşkar əsassız görünməyə bilər. Lakin bu hal da qeyd olunanlara əsasən şikayətin əsaslı olmasına dəlalət etmir. Məhz yuxarıda göstərilənlər iddiaçıya iddia ərizəsində göstərdiyi təsis payının həbsdən azad edilməsini bilavasitə mülki mühakimə icraatı qaydasında tələb etməyə əsas verməmişdir. Çünki həmin əmlakın həbsdən azad edilməsi üçün cinayət mühakimə icraatında bu imkandan istifadə etməmişdirsə hüququ qalır. Bu halı Azərbaycan Respublikası CPM-in 253cü maddəsi tənzimləyir. Məhz bu norma əsas götürülərək haqlı olaraq qanuni və əsaslı iddia qaldırılmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “M.İbrahimovanın şikayəti üzrə 8 iyun 2017-ci il tarixli qərarına istinadın mövcud mübahisəyə heç bir aidiyyəti yoxdur. Konstitusiya məhkəməsinin bu qərarında “apellyasiya instansiyası məhkəməsinin bir iş üzrə qəbul edilən bir-birini təkzib edən iki qətnaməsinin hüquqi müəyyənlik prinsipinə zidd olmasından, apellyasiya baxışında olmuş birinci instansiya məhkəməsinin qətnaməsindən yenidən apellyasiya şikayəti verilməsindən” bəhs edilir və hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyət kəsb etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
26. Maddə
253. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həm in şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kassasiya baxışının hədləri
28. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cinayət işi üzrə təqsirləndirilən şəxs X2 mülkiyyətində olmuş və Nərimanov Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş "xxxx" MMC şirkətinə aid 10 faiz təsis payını 4 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır.
31. İddiaçı Azərbaycan Respublikası CPM-in 253-cü maddəsinə əsasən əldə etdiyi təsis payı üzərindən həbsin götürülməsi barədə tələbə mülki icraat qaydasında baxılması üçün iddia qaldırmışdır.
32. Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinin dispozisiya şərtlərindən görünür ki, iddiaçının tələbinə qeyd edilən normaya əsasən mülki mühakimə icraatı qaydasında baxılması üçün aşağıdakı şərtlərin mövcudluğu təsdiq edilməli idi: -Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğu; -Cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə irəli sürülmüş müraciətin təmin edilmədiyi və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədiyi.
33. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC şirkətindəki 10 faiz təsis payı üzərinə həbs qoyularkən həmin pay təqsirləndirilən şəxs X3 məxsus olmuşdur. İddiaçı bu payı 4 aprel 2024-cü il tarixdə-təsis payı üzərinə həbs qoyulması barədə Nərimanov rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarı qəbul edildikdən bir neçə gün sonra-4 aprel 2024-cü il tarixdə əldə etmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi ilə razılaşır ki, hazırkı halda iddiaçı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus əmlakı üzərinə həbs qoyulduqdan sonra əldə etdiyindən əmlak üzərinə səhvən həbs qoyulduğu təsdiq olunmadığı üçün iddiaya mülki icraat qaydasında baxılması üçün CPM-nin 253-cü maddəsində nəzərdə tutulmuş qanuni əsas mövcud deyil. Göstərilənlərə əsasən iş üzrə icraata MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi qanuni və əsaslı olmuşdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiy ası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1740/2025 nömrəli iş üzrə 17 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.