Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1327/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X4 ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: ŞRayon Məhkəməsinin (hakim Z.İbrahimov) 14 fevral 2019-cu il tarixli, 2(018)89/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx” MMC-yə və X2 məxsus avadanlıqların İddiaçı xüsusi mülkiyyətində olan Ünvan kəndində yerləşən qeyriyaşayış binasının 3 otağından (ümumi sahəsi 65 m2) çıxarılması, həmin otaqların boşaldılaraq İddiaçı təhvil verilməsi, iş üzrə maddi ziyanın əvəzi kimi 9900 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğu üçün təmin olunmaması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(106)-1774/2019 saylı qətnaməsi ilə (hakimlər M.K.Həsənov (sədrlik edən və məruzəçi) İ.Q.Əsədov və Z.A.Zeynalov) cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək ŞRayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(018)-89/2019 nömrəli qətnamə sinin qismən, yəni iş üzrə maddi ziyan əvəzi kimi 9900 manat pulun cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilərək cavabdeh “xxxx” MMC-dən 6800 manat alınaraq iddiaçıya verilməsi, dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və iş üzrə mütəxəssiz xərcinə görə 300 (üz yüz) manatın 100 (yüz) manatının İddiaçı, 200 (iki yüz) manatı cavabdeh “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə ŞRayon Məhkəməsinə müraciət edərək, Ünvan kəndində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının 65 m2 sahəsinin (üç otağının) cavabdehlərin qanunsuz istifadəsindən alınması, həmin sahənin boşaldılaraq ona təhvil verilməsi, cavabdehlərdən 14952 manat məbləğində maddi ziyanın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” MMC və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, müraciətdə avadanlıqların köçürülməsi üçün konkret vaxt müəyyən edilmədiyindən və verilən vaxt ərzində avadanlıqların köçürülməyəcəyi təqdirdə buna görə kompensasiya nəzərdə tutulmadığından, məhkəmə qətnaməsinin bununla bağlı gəldiyi qənaəti əsassızdır. Apellyasiya şikayətinin dəlillə rinə dair sübutların təqdim edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi borcun məbləğinin 13.01.2016-cı il tarixdən, həmçinin aylıq 200 manat olmaqla hesablayaraq ümumilikdə borcun məbləğini 6800 manat müəyyən etmişdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1774/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, “xxxx” MMC-dən 3600 manat icarə haqqı pulunun tutularaq, İddiaçı ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil X7 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1774/2019 saylı 09 oktyabr 2019cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilm əsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildirişlər göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1774/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndi rilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın surəti əsasında müəyyən edilmişdir ki, Ünvan kəndində istifadədə olan 0,02214 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 360,5 m2 olan əczaçılıq təyinatlı qeyri-yaşayış binasına İddiaçı tam pay üzrə xüsusi mülkiyyət hüququ 24.05.2013cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan X3 tərəfindən İddiaçı ünvanlanmış 19.01.2016-c ı il tarixli, 2/050 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının 13.01.2016-cı il tarixli ərizəsi ilə əlaqədar bildirilir ki, 2003-cü ildə Rabitə nazirinin göstərişinə əsasən Azərbaycanın hər hansı bölgəsində “Xalq telefonu” yolu ilə yeni tipli elektron ATS-lərin alınmasına və yerli təşkilatlar tərəfindən nəzərdə tutulan binalarda yerləşdirilməsinə icazə verilmişdir. Bu kompaniyaya X kənd sakinləri də qoşularaq qabaqcadan pul vəsaiti ödəyəndən sonra Türkiyə Respublikasında Xkəndi üçün yeni tipli elektron ATS hazırlandı və kəndə gətirildi. Həmin vaxt Xbələdiyyəsinin birbaşa iştirakı ilə xalqa məxsus EATS-in kəndin mərkəzində yerləşən binada quraşdırılması tövsiyə edildi. Belə ki, yeni EATS hazır olana kimi köhnə ATS yerləşdiyi binada istismar edilməli idi. 2003-cü ilin iyun ayında yeni elektron ATS tam hazır olandan sonra abunəçilər tədricən yeni ATS-ə köçürüldü. Həmin vaxtdan bu günə qədər XEATS quraşdırıldığı binada istismar edilir. EATS-in istismarı bütün təhlükəsizlik texnikası qaydalarına əməl edilməklə aparılır. Mövcud EATS-in köçürülməsi ilə əlaqədar müraciətin icrası ŞTKQ-nin səlahiyyətində deyildir. İşdə olan X1 rəisi Cavabdeh3 hüquqşünas Xun, kadr hazırlığı üzrə mühəndis Xun və Şşəhər sakini İddiaçı iştirakı ilə tərtib olunmuş 13.03.2017-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, 13.03.2017-ci il tarixdə Şşəhər, Ünvan-da yaşayan İddiaçı NTYTN-ə müraciəti ilə əlaqədar qovşağa dəvət edildi. Müraciəti dinlənildi. Vətəndaş İddiaçı Ünvan kənd ərazisində yerləşən və şəxsi mülkiyyəti olan aptek binasının iki otağında ŞTKQ-yə məxsus XEATS avadanlıqlarının saxla nmasına icarə müqaviləsi bağlanılmaq şərti ilə razılığını bildirdi. İşdə olan “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış 16.03.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, Xkənd EATS kənd sakinlərinin telefon və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədi ilə quraşdırılmış mühüm dövlət əhəmiyyətli strateji obyektdir. EATS avadanlığı Xkəndinin icra nümayəndəsi və kənd bələdiyyəsinin bilavasitə iştirakı və köməkliyi ilə 2003-cü ilin iyun ayında kəndin mərkəzində yerləşən binada quraşdırılıb kənd əhalisinin istifadəsinə verilmişdir. Bu bina 1980-ci illərdə Xsovxozu tərəfindən tikilmişdir. Həmin bina yerləşdiyi yerin uyğunluğu nəzərə alınaraq məqsədli şəkildə seçilərək stansiya avadanlığı quraşdırılmışdır. İşdə olan müstəqil qiymətləndirici, fiziki şəxs X8 (VÖEN:**********) tər əfindən verilmiş 17.10.2018-ci il tarixli rəydə qeyd edilmişdir ki, İddiaçı məxsus Ünvan kəndində yerləşən qeyri-yaşayış binasının 65 m2 olan 3 otağından ibarət sahəsinin 1 m2-i 2,80 manat olmaqla, aylıq ödənişi 182 manat hesablanmışdır. 2016-cı ildən valyutanın dollara olan məzənnəsində artım olduğundan 1 m2 üçün 4,30 manat olmaqla, aylıq ödəniş 280 manat müəyyənləşdirildi. İşdə olan X1 baş mühəndisi X9, X1 hüquqşünası X6, ŞRayon İcra Hakimiyyəti başçısının Xkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X5 və Şşəhər sakini İddiaçı iştirakı ilə tərtib olunmuş 14 mart 2019-cu il tarixli aktda qeyd edilmişdir ki, Şrayon Xbələdiyyəsinin mülkiyyətində olan qeyri-yaşayış binasının 65 m2 sahəsində 2003-cü ildən yerləşdirilən XEATS avadanlıqlarının ŞRayon Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2(0 18)-89/2019 nömrəli qətnaməsinə əsasən mövcud binanın tam olaraq İddiaçı tərəfindən özəlləşdirilməsi ilə əlaqədar TKQ-nin balansında olan başqa binaya köçürülməsi təmin edildi. Qeyd olunan qeyri-yaşayış sahəsi ATS avadanlıqları köçürüldükdən sonra İddiaçı təhvil verildi. İddiaçı həmçinin həmin aktda qeyd etmişdir ki, Şrayon Xkəndində yerləşən aptek binasının 3 (üç) otağından boşaldılmış avadanlıqların cüzi tör-töküntüləri və əlavə olaraq 5 ədəd pəncərə 2 (iki) lay olmaqla yerinə qoyulmayıb. Qalan xırda işlərin qaydaya salınacağına söz verilib. İşdə olan “xxxx” MMC-nin 03.09.2019-cu il tarixli, 187/Mİ/19 nömrəli qiymətləndirmə rəyi əsasında müəyyən edilmişdir ki, İddiaçı məxsus Ünvan kəndində istifadəsində olan 0,0221 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 65 m2 sahəsinin (üç otağının) 24.05.2013-cü il tarixdən 14.02.2019-cu il tarixədək dövr üzrə cəmi icarə haqqı 13110 manat təşkil edir. Həmçinin həmin rəyə əlavə edilmiş icarə haqqının real bazar qiymətinin hesablanması cədvəlindən görünür ki, qeyri-yaşayış binasının 20132019-cu illərdə bir aylıq kirayə haqqı 200 manat olmuşdur. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüququnun 24.05.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını əsas gətirərək mülkiyyət hüququnun pozulması nəticəsində ona dəymiş maddi zərərin də həmin tarixdən hesablanmalı olduğunu bildirir. Lakin işdə olan X3 tərəfindən İddiaçı ünvanlanmış 19.01.2016-cı il tarixli, 2/050 nömrəli məktubdan görünür ki, iddiaçı 13.01.2016-cı il tarixdə sözügedən qeyri-yaşayış bina sının geri tələb edilməsi barədə X2 müraciət etmişdir. İddiaçı həmin tarixdən əvvəl öz əmlakını geri tələb etməsi barədə cavabdehlərə, müraciət etməsi ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının hazırki tələbinə dair iddia ərizəsi 29.11.2018-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan halda, nülkiyyət hüququnun pozulması nəticəsində iddiaçıya dəymiş maddi zərər 13.01.2016-cı il arixdən 29.11.2018-ci il tarixədək olan 34 aylıq dövr üzrə hesablanmalıdır. İşdə olan qiymətləndirmə rəyinə əsasən sözügedən qeyri-yaşayış binasının həmin müddət ərzində bir aylıq kirayə haqqı 200 manat olmuşdur. Beləliklə, mülkiyyət hüququnun pozulması nəticəsində iddiaçıya 6800 manat (34 ay x 200 manat) maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Apellyasiya kollegiya sı belə nəticəyə gəlmişdir ki, cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti qismən təmin edilməli, ŞRayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(018)-89/2019 nömrəli qətnaməsi qismən, yəni iş üzrə maddi ziyan əvəzi kimi 9900 manat pulun cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə İddiaçı iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” MMCdən 6800 manat alınaraq İddiaçı verilməli, dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməli, ŞRayon Məhkəməsinin 14 fevral 2019cu il tarixli, 2(018)-89/2019 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə bağlı aşağıdakıları qeyd etmişdir. A zərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair.sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 15 7.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu- bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başq a vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), ha belə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin dəlillərinə dair sübutların təqdim edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi borcun məbləğinin 13.01.2016-cı il tarixdən, həmçinin aylıq 200 manat olmaqla hesablayaraq ümumilikdə borcun məbləğini 6800 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mülkiyyət hüququnun pozulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin 13.01.2016-cı il tarixdən 29.11.2018-ci il ta rixədək olan 34 aylıq dövr üzrə hesablamaqla və qiymətləndirmə rəyinə əsasən sözügedən qeyri-yaşayış binasının həmin müddət ərzində bir aylıq kirayə haqqının 200 manat olmasına istinad edərək düzgün nəticəyə gəlmişdir. Belə ki, X3 tərəfindən İddiaçı 19.01.2016-cı il tarixli, 2/050 nömrəli məktubla 13.01.2016-cı il tarixdə sözügedən qeyriyaşayış binasının geri tələb edilməsi barədə X2 müraciət edilmişdir. Məhkəmə kollegiyasının qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlili maddi ziyanın məbləği ilə bağlıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1774/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1327/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1327/2020
02.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver