Məhkəmə qərarları › İş №2(102)-1327/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1327/2022

04.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1327/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Kiçik müəssisəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1327/22 (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma, sübut etmə yükü) Bakı şəhəri, 04 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət İddiaçı "xxxx" Kiçik müəssisəsinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2449/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnamə sindən iddiaçı "xxxx" Kiçik müəssisəsinin kassasiya şikayətinə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Kiçik Müəssisəsi 35 nömrəli Texniki Peşə Məktəbinin təsisçiliyi ilə 03.02.1992-ci tarixində yaradılmış və Sumqayıt şəhər İcra Hakimiyyətinin 13.03.1992-ci il tarixli sərəncamına əsasən dövlət qeydiyyatına alınmışdır.

2. Sumqayıt şəhər X1 Rəyasət Heyətinin "Torpaq sahəsinin ayrılması barədə" 25.03.1994-cü il tarixli, 36 saylı qərarı ilə Sumqayıt şəhər X1 torpaq komissiyasının 24.03.1994-cü il tarixli, 17 saylı protokoluna əsasən, "xxxx" Kiçik Müəssisəsinə istehsalat korpusu tikintisi üçün Sənaye zonasında 108 kv. metr torpaq sahəsi ayrılmışdır.

3. Ayrılmış torpaq sahəsində layihə-smeta sənədl ərinə müvafiq olaraq anbar, emalatxana, tambur, kabinet, dəftərxana və yardımçı sahələr inşa edilmişdir.

4. Mübahisə həmin qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması barədədir. a) Birinci instansiya məhkəməsində icraat 5. "xxxx" Kiçik müəssisəsi (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi və əlavə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən, iddiaçıya məxsus tikililərdən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, müəssisə əvvəlcə peşə məktəbinin nəzdində yaradılsa da, sonradan müstəqil olaraq fəaliyyət göstərib.

7. Həmin tikili əvvəlcə Lyuba adlı bir qadına icarəyə verilib, həmin qadın 2005-ci ilə qədə r obyekti işlədib, sonra isə cavabdehə icarəyə verib. Bütün bu müddət ərzində iddiaçı müəssisənin direktoru Nümayəndə xəstə olduğu üçün bu məsələlərə müdaxilə edə bilməyib. Həmin tikili bir mərtəbəli kiçik bir binadır. İddiaçı müəssisənin rəhbərinin xəstəliyindən istifadə edərək, cavabdeh həmin tikilini zəbt edib, oranı çayxana-kafe kimi istifadə edib. Hazırda da istifadə edir.

8. Dəfələrlə cavabdehə müəssisənin tikilisini boşaltması təklif edilsə də, cavabdeh həmin sahənin ona məxsus olmadığını bildirərək müxtəlif bəhanələrlə müəssisənin ərazisini boşaltmaqdan imtina edir.

9. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrinə istinad etmişdir.

10. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - o özü başqa bir müəssisənin rəhbəridir. Onun qeyd edilən obyektə h ər hansı aidiyyəti yoxdur; - həmin obyekti zəbt etməyib və orada hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İddiaçının nəyə görə onu məhkəməyə verməsini başa düşmür.

11. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3599/2021 nömrəli, 30 iyun 2021-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilməmişdir. (hakim Emin Abdullayev)

12. Birinci instansiya məhkəməsi qeyd edib ki, hazırkı iddianın təmin edilməsi üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi tikilinin onun mülkiyyətində və ya qanuni istifadəsində olduğunu, cavabdehin qanunsuz olaraq həmin tikilidən istifadə etdiyini sübut etməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1). İddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi tikilinin onun mülkiyyətində və ya qanuni istifadəsində olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız ona torpaq sahəsi ayrılması barədə Sumqayıt şəhər X1 Rəyasət Heyətinin 25.03.1994-cü il tarixli, 36 saylı qərarına əsaslanmışdır ki, həmin qərarda da iddiaçıya istehsalat korpusu tikintisi üçün 108 kv.metr torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi tikilinin həmin torpaq sahəsində yerləşməsi, torpaq sahəsinin və ya tikilinin yerləşmə kordinatları ilə məhkəməyə hər hansı sübut t əqdim etməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 152.1, 157.1 və 157.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmənini iddiaçı tərəfindən qeyd edilən mübahisə predmeti barədə mülkiyyət hüququnu (əslində onun gözlənilən mülkiyyət hüququ mövcuddur) təsdiq edən sübutların təqdim edilməməsi barədə dəlili ilə razılaşmaq olmaz. Çünki mübahisə predmeti torpaq sahəsi və onun üzərində olan tikili barədə deyil, həmin torpaq sahəsini qeyri-qanuni zəbt edib çayxanakafe kimi istifadə edən cavabdehin həmin s ahədən əmlakı ilə birlikdə çıxarılmasından ibarətdir; - torpaq sahəsi və eyni zamanda həmin torpaq sahəsi üzərində tikinti aparılması barədə sənədlər qanuni əsaslarla iddiaçı müəssisəyə ayrılmış və bu sənədlər ləğv edilməmişdir. Bu da onu göstərir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin və tikilnini sahibi və istifadəçisidir; - cavabdeh iddiaçının istifadəsində olan tikilidən qanunsuz istifadə etməsini birinci instansiya məhkəməsində izahat verəndə etiraf etmişdir. Məhkəmənin həmin tikilinin iddiaçıya məxsus olmaması barədə gəldiyi nəticə düzgün deyildir.

16. İddiaçı müəssisənin nümayəndəsi (direktoru) Nümayəndə apellyasiya baxışında qeyri-yaşayış sahəsində olan əmlakın kimə məxsus olmasını və kim tərəfindən istifadə olmasını dəqiq bilmədiyini göstərib.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2949/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 iyun 2021-ci il tarixli 2(060)-3599/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Telman Quliyev Lətifə Məmmədova,)

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları razılaşaraq, əlavə olaraq onu da qeyd edib ki, iddiaçının nümayəndəsi qeyri-yaşayış sahəsində olan əmlakın kimə məxsus olmasını və kim tərəfindən istifadə olmasını dəqiq bilmir. a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil Ənvər oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri: - torpaq sahəsinin iddiaçıya ayrılması barədə qərar var, həmin qərar mübahisələndirilmir; - məhkəmə həqiqətə nail olmaq üçün ekspertiza təyin edə bilərdi. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instans iyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələn ə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təm in edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mahiyyətcə qanuni nəticəyə gəlmişdir.

27. İddia tələbi cavabdehin qeyri-yaşayış sa həsindən çıxarılması barədədir.

28. İşdən görünür ki, iddiaçı müəssisənin direktoru cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılmasını xahiş etsə də, həmin qeyri yaşayış sahəsinin cavabdeh tərəfindən tutulmasını dəqiq göstərə bilmədiyini demişdir.

29. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası Sumqayıt şəhər X1 Rəyasət Heyətinin "Torpaq sahəsinin ayrılması barədə" 25.03.1994-cü il tarixli, 36 saylı qərarı ilə Sumqayıt şəhər X1 torpaq komissiyasının 24.03.1994-cü il tarixli, 17 saylı protokoluna əsasən "xxxx" Kiçik Müəssisəsinə istehsalat korpusu tikintisi üçün Sənaye zonasında 108 kv. metr torpaq sahəsi ayrılması və həmin qərarın ləğv edilməməsinə məhkəmələr tərəfindən qiymət verilməməsi barədə şikayə tin dəlilləri ilə razılaşsa da, qeyd edir ki, iddiaçının nümayəndəsi mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən tutulmasını dəqiq göstərə bilmədiyini deməklə, özü də iddiasının əsaslı olmasını istisna etdiyi üçün həmin dəlilə hazırda qiymət verilməsi də işin nəticəsini dəyişmir.

31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Kiçik müəssisəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2449/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar