Məhkəmə qərarları › İş №2(102)-1329/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1329/2023

10.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1329/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ iş № 2(102)-1329/2023 İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə Açar sözlər: qərardadda düzəliş edilməsi, işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X3 ” MMC) avtomobilin qaytarılması və ya vurulmuş zərərin əvəzinin tutulması tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2(103)-4807/2022 nömrəli iş üzrə 03 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC və işdə işdə etməyən "xxxx" QSC BOKT tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmə kollegiyasının 2(102)-1329/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin və üçüncü şəxs “X3 ” MMC-nin kassasiya şikayətləri mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Qərardadı iş materialları ilə birlikdə nəzərdən keçirdikdə məlum olur ki, həmin məhkəmə aktında texniki səhvə yol verilmiş, üçüncü şəxs “X3 ” MMC kassasiya şikayəti vermədiyi halda onun şikayəti icraata qəbul edilmişdir. İşdən görünür ki, ikinci kassasiya şikayəti "xxxx" QSC BOKT tərəfindən verilmişdir. Lakin "xxxx" QSC BOKT hazırkı işdə iştirak etmədiyi üçün o, i şdə iştirak edən digər şəxslər kimi qətnamədən kassasiya şikayəti ilə çıxış etmək hüququna malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 403-cü maddəsinə əsasən, Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər (403.1). İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mən afelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir (403.2). Məhkəmə kollegiyası bildirir ki, QSC ilə Agentlik ayrı hüquqi şəxslərdir və məhz bu statusda onlar məhkəmə mübahisələrinin müstəqil subyekti qismində çıxış edirlər. Baxmayaraq ki, təsisçisi QSC olan Agentliyin nizamnaməsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən QSC-yə keçmiş aktivlərin idarə olunmasında iştirak etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək funksiyalarını həyata keçirməsi üzrə səlahiyyətlər nəzərdə tutulmuşdur, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hüquqi şəxsin nümayəndəsi kimi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüq uqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər, bu mənada da QSC göstərilənlər sırasına daxil deyil. Odur ki, mülki-prosessual qanunvericiliyə əsasən işdə işdə etməyən QSC-nin iş üzrə üçüncü şəxs olan Agentliyin yerinə keçib onu əvəz etməsi yaxud onun səlahiyyətlərinin QSC tərəfindən həyata keçirilməsi mümkün deyil. MPM-in: Maddə 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur; Maddə 417.1. Kassasiya məhkəməs i işə baxarkən: 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 228 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: 2(102)-1329/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qərardadda buraxılmış yanlışlıq düzəldilsin. Qərardadın nəticə hissəsində ““X3 ” MMC” sözləri “"xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı” sözləri kimi oxunsun. 2(102)-1329/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qərardad "xxxx" QSC Bank O lmayan Kredit Təşkilatına aid hissədə ləğv edilsin və iş həmin hissədə kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar