Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1329/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə qarşı qarşı “əmlakların həbsdən azad edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: qərardaddan kassasiya şikayəti verilməsinin nəzərdə tutulmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər B akı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə qarşı “əmlakların həbsdən azad edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1452/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İ darəsinə və Azərbaycan Respublikası Baş prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus əmlakların – 63.000 manat dəyərində qiymətləndirilmiş “X4” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsinin; cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının, 3.215 Avronun, 5.400 ABŞ dollarının, 26.500 manatın; X1 adına olan 1.759.500 manat qiymətləndirilmiş Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X4” kompleksində 615B saylı mənzilin və 63.000 manat də yərində qiymətləndirilmiş, X1 adına Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X4” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1322/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Natavan Tağıyeva) mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. Qərardaddan iddiaçının nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv olunmasını və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini məhkəmənin prosessual qanunvericiliyi düzgün tətbiq etmədiyi, əvvəllər baxılan iddia tələbinin qanuni əsasının Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsindən, hazırda irəli sürülən iddia tələbinin qanuni əsasının isə Vergi Məcəl ləsinin 93.1-ci maddəsindən irəli gəldiyi, buna görə də işə xitam verilməsinin düzgün olmadığı arqumentləri ilə əsaslandırmışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1322/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1452/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1322/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadının (iş üzrə icraata xitam verilməsinə dair) ləğv olunması və işin, İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə qarşı (Milli Gəlirlər Baş İdarəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakların və pul vəsaitlərinin həbsdən azad edilməsi” tələbinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;
6. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya ş ikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
7. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi ic raat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
8. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.
10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
11. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şi kayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
13. Belə ki, Azərbaycan Respublikası MPM-in 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi mümkün olan qərardadların növləri dəqiq göstərilmişdir.
14. Həmin normada icra sənəd inə izah verilməsi, yaxud icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadları, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir. Mülki Prosessual Məcəllədə icra sənədinə izah verilməsi barədə əsas qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığı halda, həmin qərardaddan verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi barədə törəmə qərardaddan da kassasiya şikayətinin verilməsi mümkün olmadığı halda, apellyasiya instansiya məhkəməsi 2(103)-1452/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadının nəticə hissəsində, qərardaddan 10 gün müddətində kassasiya şikayətinin verilə bilməsini qeyd etməklə çaşğınlıq yaratmışdır.
15. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəl lənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
16. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qərardadlar kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab v erdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
17. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qərardadlara aid olub-olmamasını araşdırmalı idi.
18. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğu na görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
19. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1452/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.