Məhkəmə qərarları › İş №2(102)-1334/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1334/2024

14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1334/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Pul tələbi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6834/2023 nömrəli 30 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 14 ma y 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh2 və Cavabdeh3 arasında yaxın qohumluq münasibəti olmuşdur.

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20000 ABŞ dolları borc verdiyini göstərərək həmin borcu qaytarılmasını madıqlarınqaldığını tələb edir.

3. Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X1 xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və mülki mühakimə icraatı qaydasında məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qa rşı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20000 ABŞ dolları pul, Cavabdeh1 6000 ABŞ dolları və 700 manat pul, ödədiyi 244 manat dövlət rüsumu və vəkilə ödədiyi 210 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandıraraq əlavə olaraq onu da qeyd etmişdir ki, Cavabdeh3 onun keçmiş gəlini, Cavabdeh2 gəlinin bacısı, Cavabdeh1 isə Cavabdeh2 əridir. X3 anası Elmira ilə birlikdə 2018-ci ilin yayında onun yaşadığı ünvan 1 ünvana gəlmişlər. Lalə və Elmira ona bildirmişlər ki, Cavabdeh1la birlikdə bizneslə məşğul olmaq istəyirlər, onlara pul lazımdır, onu da biznes işinə şəri k edəcəklər, gəlirləri olacaq və onun qoyduğu sərmayəni qısa müddətdə qaytaracaqlar. Bunun üçün Laləyə 20000 ABŞ dolları, Elmiraya 10000 ABŞ dolları lazımdır. Ondan həmin məbləği istəmişlər. Cavabdeh3 onların həqiqətən bizneslə məşğul olduqlarını demişdir. O, onlara inanmış şifahi razılaşma əsasında Laləyə 20000 ABŞ dolları, Elmiraya 10000 ABŞ dollarını pul vermişdir. Lalənin əri Cavabdeh1 2012-2013-cü ildə ona məxsus olan Sumqayıt şəhərində yerləşən 4 ədəd qarajdan birini dostu üçün almaq istədiyini ona demişdir. Bildirmişdir ki, qarajı satandan sonra ona 13000 ABŞ dolları pul verəcəkdir. Bu söhbətdən sonra Samir qarajı sataraq ona 6000 ABŞ dolları vermişdir və demişdir ki, alıcı pulun qalanını da 5-6 aya verəcək. Aradan xeyli müddət keçməsinə baxmayaraq Samir pulun qalan hissəsini verməm işdir. O, Samirə dəfələrlə zəng edəndən sonra, Samir 1000 manat pulu onun sürücüsü X2 vasitəsilə ona göndərmişdir. Sonradan ona borclu qaldığı 6000 ABŞ dolları və 700 manatı bu günə qədər verməmişdir. Lalə də ondan aldığı 20000 ABŞ dollarını qaytarmaqdan imtina edir. Cavabdehlər onun pullarını mənimsəyərək ona qarşı dələduzluq etmişlər. Lalənin həmin pulları ondan alması barədə Samirin etirafı flaşkarta yazılmışdır. Həmin danışıq zamanı o bildirir ki, 20000 ABŞ dolları ona yox, Laləyə verilib, qarajdan qalan 7.000 ABŞ dolları isə manatla hesablanıb, ondan 1000 manatı ödədiyini, 6000 manat qaldığını bildirir. Onun Samirdə 6000 ABŞ dolları və 700 manat, Lalə və Afaq bacılarında isə 20000 ABŞ dolları pulu qalmışdır. Həmin pulların ona qaytarılması, Samirlə və Lalə ona qarşı dələduzluq etdiklə rinə görə onların barəsində qanuna müvafiq tədbir görülməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi araşdırılması üçün Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X1 icraatına verilmişdir. Araşdırma zamanı verdiyi izahatında Cavabdeh1 qaraj üçün ona 14000 manat verdiyini göstərmişdir. Halbuki, Samir ona 14000 manat verməmişdir. Araşdırma zamanı Cavabdeh2 ona hər hansı bir məbləğdə pul verdiyinin yalan olduğunu göstərsə də, onun istintaqa təqdim etdiyi 01 ədəd “CD” formatlı diskə baxış keçirilərkən onun 20000 ABŞ dolları pul verdiyi, Cavabdeh1 da həmin pulun “Afa”ya, yəni Cavabdeh3 verilməsini təsdiq etmişdir.

6. Cavabdeh1 iddia ərizəsinə qarşı izahatında qeyd etmişdir Cavabdeh2 onun arvadı, Cavabdeh3 baldızı, İddiaçı isə Cavabdeh3 qaynatasıdır. İddiaçı Sumqayıt Dövlət Universitetinin rektoru işləmişdir. Həmin dövrdə universitetin həyətyanı ərazisində yaşayış binaları və qarajlar tikilirdi. İş adamları MTK rəhbərləri iddiaçını özlərinə şərik götürmüşlər və inşa edilən tikililərin 1/3 hissəsi iddiaçıya çatırdı. O, iddiaçıyla dost olmuşdur. O, bir neçə yaxın qohumuna iddiaçıdan ucuz qiymətə mənzil almış və dəyəri iddiaçıya ödəmişdir. O, 2013-cü ildə iddiaçı dostu üçün bir ədəd qaraj almaq istədiyini bildirmişdir. İddiaçı razı olmuş və ona qiymət deməmiş, neçəyə istəsə ala biləcəyini demişdir. Həmin vaxt şərikləri qarajları təxminən 18000 manata satırdılar. O, iddiaçıya qaraj üçün 16000 manat verməyi düşünmüş və pulu 2-3 il ərzində ödəyəcəyini demişdir. 2013-cü ildən 2016cı ilə kimi 4 dəfə yə 14000 manat pulu iddiaçıya vermişdir. 2017-ci ildə iddiaçı ona bildirmişdir ki, qarajın pulundan 7000 manat ödənilib, 7000 manat qalıb. Onun verdiyi 14000 manatdan 7000 manatını almasını etiraf etməmişdir. O. qaraj alınması üçün 14000 manat pul ödəsə də, qaraj və ya qarajın sənədləri iddiaçı tərəfindən ona təqdim edilməmişdir. O, məhkəmədə qaraj almaq istədiyi dostunun adını “Babayev Yaqub” kimi demişdir ki, iddiaçının buna olan reaksiyasını öyrənsin. Bu səbəbdən iddiaçı "xxxx" MTKdan xx.xx.2023-cü il tarixli arayış alaraq məhkəməyə təqdim etmişdir ki, güya "xxxx" MTKnın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətində sakinlərə məxsus olan qarajlardan 35 nömrəli qaraj iddiaçının razılığı ilə yaxın qohumu Cavabdeh1 tərəfində n Babayev Yaqub adlı şəxsə öz aralarında razılaşma əsasında satılmışdır. Belə bir arayış verilsə də, qaraja dair sənədlər (müqavilə, ödəniş sənədi, Babayev Yaqubun şəxsiyyətini təsdiq edən sənədlər) məhkəməyə təqdim edilməmişdir. Əslində onun Babayev Yaqub adlı dostu yoxdur. Onun qaraj almaq istədiyi dostunun adı X4r. İddiaçı qarajı təhvil vermədiyinə görə, dostu məcbur olaraq xx.xx.2020ci il tarixdə özü onun vasitəçiliyi olmadan "xxxx" MTK ilə müqavilə bağlayaraq "xxxx" MTKnın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətində 32 nömrəli qarajı almış və 15.127 manat pulu "xxxx" MTK-ya ödəmişdir. Həmin müqaviləni məhkəməyə sübut kimi təqdim etmişdir. Onun iddiaçıya 6000 ABŞ dolları və 700 manat borcu yoxdur. Əksinə onun ödədiyi 1 4000 manat pulun əvəzində iddiaçı qarajı ona təhvil verməmiş, onun hesabına varlanmışdır. Həmçinin onun arvadı Cavabdeh2 heç vaxt iddiaçıdan borc istəməmiş və almamışdır. Onun borc almağa ehtiyacı da olmamışdır. İddiaçı onun və arvadı Cavabdeh2 ona borcu olmasına dair məhkəməyə hər hansı bir yazılı sübut təqdim edə bilməmişdir. İddiaçının gəlini Cavabdeh3 əri Emil Qəhramanova qarşı məhkəmədə əmlak bölgüsünə dair iddia qaldırdığına görə, iddiaçı da bu iddianı vermişdir ki, Cavabdeh3 təsir etsin və Cavabdeh3 iddia tələbindən imtina etsin.

7. Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 19 sentyabr 2023-cü il tarixli e-2(004)-3244/2023 nömrəli qətnaməsi ilə (Vahid Hacıyev) iddia rədd edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh lər Cavabdeh2 və Cavabdeh3 2018-ci ildə 20000 ABŞ dolları pul verdiyini, Cavabdeh1 2013cü ildə Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 mərtəbəli yaşayış binasının həyətindəki qarajı 13000 ABŞ dollarına satdığını, Cavabdeh1 ona 6000 ABŞ dolları və 1000 manat verdiyini, 6000 ABŞ dolları və 700 manat borclu qaldığını iddia etsə də, bu halı təsdiq edən notariat qaydasında təstiq edilmiş müqavlələri və ya sadə yazılı formada tərtib edilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanmış sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, iddiaçının "xxxx" MTK-dan xx.xx.2023-cü il tarixdə alaraq məhkəməyə təqdim etdiyi arayışda "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtə bəli yaşayış binasının həyətində sakinlərə məxsus olan qarajlardan 35 nömrəli qarajın iddiaçının razılığı ilə yaxın qohumu Cavabdeh1 tərəfindən Babayev Yaqub adlı şəxsə öz aralarında razılaşma əsasında satıldığını qeyd olunmuşdur. "xxxx" MTK tərəfindən belə bir arayış verilsə də, 35 nömrəli qaraja dair sənədlər (müqavilə, ödəniş sənədi, Babayev Yaqubun şəxsiyyətini təsdiq edən sənədlər) məhkəməyə təqdim edilməmişdir. İddiaçı Cavabdeh1 dostuna qaraj satdığını iddia etsə də, qaraja dair sənədləri, həmçinin qarajın təhvil verilməsinə dair sənədləri məhkəməyə təqdim etməmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci madələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məh kəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunnmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti işin hallarına və iddia tələbinə uyğun əsaslandırılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-6834/2023 nömrəli 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Cavabdeh1 4800 manat məbləğində pulun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20000 ABŞ dolları məbləğində pulun qətnamə icra edilən günə manatın məzənnəsinə uyğun tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin qalan hissədə rədd olunması qət edilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələblərinin əsasını təşkil edən dəlillər üzrə tam və hərtərəfli araşdırma apamamış, iddiaçının istintaqa təqdim etdiyi 01 ədəd “CD” formatlı disklə bağlı göstərilənlərə isə ümumiyyətlə qiymət verməyərək iddiaçının ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilməsini və həmin qərarda araşdırma zamanı izahatları alınmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatlarında iddiaçıya borcları olmadıqlarını və onlar dan pul tələb edilməsinin tamamilə əsassız olduğunu qeyd etmələrinə istinad etməklə kifayətlənərək iddianın əsassız olması kimi səhv nəticəyə gəlmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı tərəfindən təqdim edilmiş flaşkart tərəflərin iştirakı ilə dinlənilmiş və həqiqətən iddiaçı tərəfindən 20000 ABŞ dollar pul verilməsini, Cavabdeh1 da həmin pulun “Afa”ya, yəni Cavabdeh3 verilməsini və həmin pulun sonuncu tərəfindən onlara, yəni, Samirə və həyat yoldaşına verməsini Cavabdeh1 etiraf etmiş, hətta apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 izahatında Cavabdeh3 iddiaçıdan 50000 ABŞ dollarının alınaraq onlara ev alınması üçün verilməsini göstərmişdir.

16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma zamanı izahatları alınmış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatlarında iddiaçıya borcları olmadıqlarını göstərsələr də, həmin materialda və mülki işin materiallarında olan sözügedən flaşkartın məzmununda Cavabdeh1 iddiaçı tərəfindən 20000 ABŞ dollar pulu Cavabdeh3 verilməsini göstərməsi faktın etirafı kimi qiymətləndirilir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin iclasında da Cavabdeh1 bu pulun Cavabdeh3 vasitəsilə onlara, yəni ona və həyat yoldaşı Cavabdeh2 verməsi faktını da təsdiq edərək etiraf etmişdir.

17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin iclasında qarajın satılması ilə əlaqədar qeyd etmişdir ki, iddiaçıya 14000 manat pul verməsini, iddiaçı isə satışın manatla deyil, ABŞ dolları ilə aparılmasına razılaşaraq satış qiyməti olan 13000 ABŞ dollarından o na cəmi 6000 ABŞ dolları və 1000 manat verməsini göstərsələr də, tərəflərdən heç biri bu göstərdiklərini təsdiq edən subutlarını təqdim edə bilməmişdir.

18. Mübahisəli qarajın məhz 13000 dollara satılması barədə razılığının olması təsdiqini tapmasa da, cavabdehin də satış qiymətinin 16000 manata razılaşdırılması barədə izahatı nəzərə alınmaqla qarajın satış qiyməti məhz 16000 manat götürülməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 iddiaçıya ödədiyi 14000 manat məbləği nəzərə almaqla qarajın satış qiyməti kimi 16000 manat əsas götürülməli və iddiaçının da cavabdehdən qarajın satışına görə ona verdiyini etiraf etdiyi 6000 ABŞ dollar və 1000 manat pulu, cəmi 11.200 manatı müəyyən edilmiş satış qiyməti olan 16000 manatdan çıxılaraq qalan 4800 manat cavabdehdən iddiaçının xeyri nə tutulmalıdır.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 739.1, 739.2, 740-cı, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (vəkili Nümayəndə2) birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

21. Cavabdeh1 kassasiya şikayəti 01 mart 2024-cü il tarixli qərardadla icraata qəbul edilməsindən imtina olunmuşdur.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin tətbiq olunması barədə məhkəməyə təqdim edilən ərizəni məhkəmə əsassız və qanunsuz olaraq nəzərə almamışdır. Q eyd edilmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə təqdim olunmuş ərizəni məhkəmə yeni sübut kimi qəbul edərək qətnamdə belə əsaslandırma aparmışdır ki, “Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsinin iclasında hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf qeyd edilən ərizənin birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini izah edə bilməmişdir, buna görə də məhkəmə hazırki mübahisəyə həmin ərizənin tətbiq edilməsini məqbul saymır.”

23. Məhkəmə iddiaçının izahatındakı ziddiyyətləri araşdırmamışdır. Həm də, məhkəmə iclasında səsləndirilmiş səsin məzmununu məhkəmə qətnamədə düzgün qeyd etməmişdir. Belə ki, Cavabdeh1 səs yazısının Cavabdeh3 münasibətdə etirafın necə başa düşülm əsi ümumiyyətlə aydın deyil. Cavabdeh3 təhqiqat zamanı verdiyi izahatı məhkəməyə məlumdur və həmin izahatında o, iddiaçının özünə və bacısı Cavabdeh2 hər hansı məbləğdə pul verilməsini təkzib etmişdir. Mötəbər sübutların olmaması ilə yanaşı, bir dəfə də olsun məhkəmə prosesində və sübutların araşdırılmasında iştirak etməyən şəxs barəsində iddia tələbinin təmin edilməsi ümumiyyətlə heç bir qanun çərçivəsinə sığmır.

24. Mübahisəli flaşkart sübut kimi birinci instansiya məhkəməsinə təqdim olunmayıb, məhkəmə onu tədqiq edə bilməz və prosessual qaydaya görə öz təşəbüsü ilə tələb edə bilməz. İddiaçı tərəf öz prosessual hüquqlarından istifadə edib elektron daşıyıcıda olan həmin sübutu məhkəməyə təqdim etsəydi, məhkəmə yalnız o zaman həmin sübutu mülki işdəki digər sübutlarla əlaqəli tədqiq edə bi lərdi. Lakin, bu baş verməmişdir. Prosesual qanunvericilikdə birbaşa qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar o zaman qəbul edilir ki, işdə iştirak edən şəxslər sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

25. Əlavə olaraq şikayətçi qeyd etmişdir ki, işdə iştirak etməyən digər cavabdehlərə qarşı verilmiş iddia tələbini işdə iştirak edən digər cavabdehin qəbul etməsini məhkəmə sübut kimi qəbul edə bilməzdi.

26. Məhkəmə araşdırmaları dövründə isə iddiaçı mübahisə predmeti olan pulun borc kimi verildiyini bildirmişdir. İddiaçının izahatının bu formada dəyişməsi ona dəlalət etmişdir ki, onun tərəfindən cavabdehlərə hər hansı məbləğdə pul verilməmişdir. Qeyd olunanlara baxmayar aq, iddiaçının əvvəllər verdiyi izahatının hansı səbəbdən dəyişməsinə məhkəmə heç bir münasibət bildirməmiş, onun cavabdehlərə verdiyini iddia edən, uydurduğu pul məbləğini birgə biznes məqsədilə ilə, yaxud da borc kimi verməsi məsələsinə aydınlıq gətirməmiş və bununla MPM-nin 88-ci maddəsini təkrar olaraq pozmuşdur.

27. Kassasiya şikayəti Mülki Məcəllənin 740.2-ci maddəsinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməl idir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq oalaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya).

31. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Maddə 106.3. Tərəfin tələb və etira zlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 42. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktını iddianın təmin olunması hissədə mübahisələndirdiklərinə və i ddiaçı kassasiya şikayəti vermədyinə görə məhkəmə aktı iddianın təmin olunması hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdlıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilməli, onlardan 20000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi hissədə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə həmin hissədə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

47. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20000 ABŞ dollarının alınıb iddiaçıya verilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaətinə görə tərəflər arasında borc münasibətləri olmuşdur, iddiaçı cavabdehlərə 2018-ci iln yay aylarında 20000 ABŞ dolları borc verdiyini göstərmiş, Cavabdeh1 da iddiaçı ilə danışıqları zamanı (iddiaçı tərəfindən tədim edilmiş səs yazısına görə) həmin pulun iddiaçı tərəfindən Cavabdeh3 verilməsini və sonuncu tərəfindən isə ona və həyat yoldaşına verilməsini etiraf etmişdir. Cavabdeh1 iddiaçı tərəfindən 20000 ABŞ dollar pulu Cavabdeh3 verilməsini göstərməsi faktın etirafı kimi qiymətləndirilməli, həmçinin Cavabdeh1 bu pulun Cavabdeh3 vasitəsilə onlara, yəni ona və həyat yoldaşı Cavabdeh2 verməsi faktını da təsdiq edərək etiraf etmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı ümumiyyətlə borc almaları barədə hər hansı etirafının, yazılı müqavilənin, yaxud yazılı qəbzin olması olması, bu b arədə məhkəmədə, yaxud digər dövlət orqanlarında etirafedici izahat vermələri müəyyən edilmir.

49. İddiaçı ilə danışıqlar zamanı (iddiaçı tərəfindən tədim edilmiş səs yazısına görə) Cavabdeh1 20000 ABŞ dollar pulun Cavabdeh3 verilməsini və həmin pulun Afaq tərəfindən ona və həyat yoldaşına verilməsini deməsi məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən faktın etirafı kimi qiymətləndirilməsi də qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmin fakt bilavasitə iddiaya cavab verməli olan birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən etiraf olunduğu və Mülki Prosessual Məcəllənin tələblərinə uyğun rəsmiləşdirildiyi təqdirdə faktın etirafı kimi qəbul oluna bilərdi. 20000 ABŞ dolları pul tələbi isə Cavabdeh1 qarşı yönəlməmişdir, o həmin tələbə cavab verən şəxs deyildir. Onun tərəfin dən özünə aidiyyatı olmayan iddiaya dair iddiaçı ilə danışıqlar zamanı bildirdikləri aidiyyatı olan cavabdehlər tərəfindən faktın etirafı qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən 81, 106 və 106.4-cü maddələrinin tələblərinə uyğun deyildir.

50. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iddianın 20000 ABŞ dollar tələbinin təmiin olunması hissədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş ləğv olunmuş hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6834/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar