Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1339/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2800/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 02 mart 2022-ci il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,1154 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 251,1 kv.metr olan 1248 k saylı bağ evi 05 noyabr 2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus olmuşdur. 11 noyabr 2014-cü il tarixdə həmin bağ evinə dair İddiaçı1 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış və sonuncunun həmin evə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 24 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında göstərilən bağ evi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış və sonuncunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 19 may 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında bağ evi Cavabdeh2 tərəf indən Cavabdeh3 satılmış və sonuncunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla həmin ev hazırda onun istifadəsindədir. 2016-cı ildə İddiaçı1 anası İddiaçı2 Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək 2014-cü ilin noyabr ayında övladının səhhətində yaranmış problemin həll edilməsi üçün Cavabdeh1 aylıq istifadə dərəcəsi 4 faiz olmaqla 120.000 manat məbləğində borc alıb oğlu İddiaçı1 adına olan bağ evini borc ödənildikdən sonra qaytarılması şərti ilə Cavabdeh1 adına keçirməsini, 2015-ci ilin avqust ayında əsas məbləğdən 20.000 manat borcunun qaldığı halda sonuncunun dolların məzənnəsinin bahalaşmasını əsas göstərərək ondan 40.000 manat tələb etməsini, həmin dövrdə Cavabdeh1 onu aldadaraq bağ evini ondan xəbərsiz başqa şəxsə satmasını əsas göstərməklə evinin qaytarılmasında ona kömək lik göstərilməsini xahiş etmişdir. İddiaçı2 həmin şikayəti uzun müddət istintaq araşdırmasının predmeti olmuş, dəfələrlə şikayət üzrə qəbul edilmiş qərarlar ləğv edilmiş, son nəticədə istintaqçının 20 may 2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin fevral ayında İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Sumqayıt 5 saylı Asan Xidmətin Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladının səhhətində yaranmış problemlə bağlı Cavabdeh1 2014-cü ilin noyabr ayında aylıq 4 faiz olmaqla 120.000 manat məbləğində borc alıb oğlu İddiaçı1 məxsus bağ evini borc ödənild ikdən sonra geri qaytarılması şərti ilə Cavabdeh1 adına keçirməsini, lakin sonuncunun həmin evi Cavabdeh2, onun da Cavabdeh3 satmasını, Cavabdeh1la alqı-satqı müqaviləsinin əslində borcun təminatı kimi bağlanmasını, onların arasında borc münasibətinin olmasını, dəyəri 400.000 manat təşkil edən evin dəyərindən 2 dəfə ucuz satılmasının ağlabatan olmamasını əsas göstərməklə və bu zaman qanuni əsas kimi Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad etməklə bağ evinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız sayılması və onların əsasında verilmiş dövlət reyestrindən çıxarışların ləğv edilməsi, İddiaçı1 evə mülkiyyət hüququnu təsdiq edən 05 noyabr 2014-cü il tarixli qeydiyyatın bərpa edilməsi, Cavabdeh3 və onunla yaşayan şəxslərin evdən çıxarılıb onların həmin evə köçürülməsinə dair qətn amə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2559/2021 nömrəli, 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim: E.A.Abdullayev) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək iddiaçıların alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə tələblə Mülki Məcəllənin 354-cü maddəsində müəyyən olunmuş bir illik müddəti ötürməklə müraciət etmələrini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh2 apellyasiya şikayəti verərək İddiaçı2 alqısatqı müqaviləsi üzrə tərəf olmamaqla hazırkı iddia ilə məhkəməyə müra ciət etmək üçün subyektiv hüquqa malik olmamasını, əqdin etibarsızlığı barədə tələbin Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətin ötürülməklə irəli sürülməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2800/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(060)-2559/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzr ə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Cavabdeh3 kassasiya şikayətini əsaslandırarkən mübahisəli bağ sahəsini alarkən onun mübahisəli olduğundan məlumatsız olmaqla vicdanlı alıcı olmasını və bunun evdə apardığı təmir işlərinə xeyli miqdarda pul vəsaitini sərf etməsi ilə təsdiq olunmasını, evə görə ödədiyi 210.000 manatın onun real dəyərinə uyğun olmasını, evin ucuz qiymətə alınması barədə göstərilənlərin onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas verməməsini, evi alarkən onun mübahisəli olmasını bilməsi barədə apellyasiya instansiyası məhkəməsinin göstərdiklərinin həqiqətə uyğun olmamasını, evi alarkən onun Cavabdeh2 mülkiyyə tində olmasını və müqavilədən sonra mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla ona münasibətdə aparılmış dövlət reyestrinin məzmununun qeyridəqiqliyinin sübuta yetirilməməsini, mübahisəli evi qanuni əsaslarla əldə etməklə müqavilənin etibarsız sayılması üçün qanuni əsasların olmamasını, lakin işə baxan apellyasiya instansiyası məhkəməsinin işin həmin hallarına düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 kassasiya şikayətini əsaslandırarkən iddiaçının qanunda müəyyən olunmuş müddəti ötürməklə əqdin etibarsız hesab edilməsi barədə tələb irəli sürməsini, mübahisəli evi notariusun bankdakı depozit hesabına 195.000 manat köçürməklə notariatda tə sdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçılar kassasiya şikayətlərinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəy ə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya məhkəməsi mübahisə ilə bağlı yekun nəticəyə gələrkən İddiaçı1la Cavabdeh1 arasında borc münasibətinin olmasını təsdiq edən iddiaçıların izahatlarına, şahidlərin ifadələrinə və İddiaçı2 şikayəti əsasında aparılmış istintaq zamanı alınmış ifadələrə və tərəflərin arasında olan səs yazılarına istinad etmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət vermədən və maddi hüquq normalarını düzgün tətbiq etmədən gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarş ılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Mübahisə predmeti olan bağ sahəsinin alqı-satqısına dair bir neçə müqavilə bağlansa da, mübahisənin kökündə Cavabdeh1la bağlanmış müqavilə durduğundan və sonrakı müqavilələr bilavasitə onunla əlaqədar olduğundan ilk növbədə həmin müqavilənin qanunsuz olması barədə məhkəmə kollegiyasının gəldiyi nəticəyə qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsinə görə həmin şəxslər arasında borc münasibəti olmuş, alqı-satqı müqaviləsi həmin əqdin pərdələnməsi məqsədi ilə bağlanmışdır. İş materialları ilə tərəflər arasında borcun verilməsi barədə danışıqların olması istisna olunmur. Lakin, məhkəmə kollegiyası hesab edir ki, həmin halın mövcudluğu müqavilənin əhəmiyyətsiz əqd sayılıb etibarsız hesab edilməsi üçün əsas verməmişdir. Çünki tər əflər son nəticədə notariat kontorunda borc müqaviləsi deyil, alqı-satqı müqaviləsi bağlamışlar. İşdən görünür ki, tərəflərin öz münasibətlərini borc müqaviləsi ilə rəsmiləşdirmələrinə mane ola biləcək heç bir səbəb olmamış və Cavabdeh1 tərəfindən İddiaçı1 və yaxud onun nümayəndəsi olan anasına bununla əlaqədar hər hansı bir təsir və təzyiq göstərilməmiş və işdə bunu təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəməyə təqdim olunmuş iddia ərizəsində və iddiaçıların məhkəmə instansiyalarında verdikləri izahatlarında da belə bir dəlil irəli sürülməmişdir. İddiaçıların şikayəti əsasında başlanaraq uzun müddət istintaq olunmuş cinayət işi üzrə çıxarılmış cinayət təqibi orqanının qərarı ilə barələrində şikayət edilmiş nə Cavabdeh1, nə də, Cavabdeh2 İddiaçı2 aldatmaları təsdiq olunmamışdır. Yuxar ıda qeyd olunanlar təsdiq edir ki, tərəflər razılığa gələrək sərbəst iradə ifadəsi göstərməklə könüllü olaraq bağ evinin alqı-satqısına dair müqavilə bağlamışlar. Əgər Cavabdeh1 verəcəyi borcun müqabilində təminat vasitəsi tələb edirdisə, iddiaçılar bunu qanunda müəyyən olunmuş qaydada, yəni bağ evini ipoteka qoymaqla həll edə bilərdilər. Belə olduqda isə alqı-satqı müqaviləsinin bağlanmasına lüzum qalmazdı. Eyni hallar Cavabdeh2la da bağlanmış alqı-satqı müqaviləsinə münasibətdə qeyd olunmalıdır. İşə baxan məhkəmələr işin faktiki halları ilə bağlı məsələlərə cinayət təqibi zamanı tədqiq edilmiş sübutlarla məcmu halında qiymət vermək əvəzinə, hadisədən altı il sonra ifadələrini öz tələblərinə uyğunlaşdıran iddiaçıların və onların qohumlarının izahatları əsasında müəyyən etməklə MPM-in 88-c i maddəsinin tələblərini pozmuşlar. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1la borc müqaviləsinin bağlanmasını təsdiq edən sübut kimi Cavabdeh2 cinayət işinin istintaqı zamanı verdiyi ifadəsinə əsaslanarkən nəzərə almamışdır ki, Cavabdeh2 həmin ifadəsində mübahisəli bağ evini İddiaçı2 xahişi ilə almasını göstərmişdir. İddiaçı2 da həmin halı təkzib etməmişdir. Həmin ifadəyə görə İddiaçı2 bağ evinin ucuz qiymətə satılmasını bildirərək almasını və sonradan həmin evi ondan geri alacağını Cavabdeh2 xahiş etdiyi uçun o, bağ evini İddiaçı2 xahişi ilə almışdır. Lakin İddiaçı2 bağ evini ondan almağa təşəbbüs göstərmədiyi üçün onu Cavabdeh3 satmışdır. Həmin ifadədən həmçinin görünür ki, İddiaçı2 Bakı şəhərindəki evini də eyni qaydada, yəni borc aldıqdan sonra başqasına satmış və həmin evin də ucuz qiymətə satılmasını bildirərək almasını və həmin evi sonradan ondan artıq qiymətə alacağını Cavabdeh2 bildirmişdir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında borc deyil, alqısatqı müqaviləsindən yaranan münasibətlər olmuşdur. Cavabdeh1 da ona pul lazım olduğu üçün bağ evini Cavabdeh2 satmasını təsdiq etmişdir. İddiaçılar Cavabdeh1 120.000 manat məbləğində borcu övladlarının xəstə olması ilə əlaqədar almasını iddia ərizəsində göstərsələr də yuxarıda göstərilən Cavabdeh2 ifadələrindən görünür ki, İddiaçı2 həm bağ evini, həm də Bakı şəhəri Yasamal rayonu ərazisindəki evini tibbi avadanlıqların alınması və əldə edəcəyi gəlir hesabına sonradan geri alacağı niyyəti ilə satmışdır. Eyni zamanda məhkəmələrin tədqiqat obyekti olmuş İddiaçı2 polis idarəsinə vermiş olduğ u ilkin şikayətdə o, Cavabdeh1 evi Cavabdeh2 onun xəbəri olmadan satdığını bildirmişdir, hansıki, həmin məlumatın sonradan həqiqət olmadığı təsdiq olunmuşdur. Apellyasiya məhkəməsi hadisə ilə bağlı iddiaçı tərəfin yuxarıda qeyd olunan və birbirini təkzib edən məlumatları nəzərə almaqla sübutlara onların mötəbərliliyi baxımından digər sübutlarla birlikdə məcmu halda qiymət verməli idi. Alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün qanuni əsas kimi qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Əvvəla, Cavabdeh1la bağlanmış əqdin yalan əqd olması ilə bağlı məhkəmələrin istinad etdiyi hallar qeyd olunan normanın dispozisiya şərtlərinə uğun gəlmir. Çünki, iddiaçı yalan əqd bağlanmasını israr edirsə, onda əslində hansı əqdi bağlamağa iradə ifadə etdiyini açıq göstərməlidir. İddiaçılar bununla bağlı aydın fikir bildirmirlər, onlar israr edirlər ki, Cavabdeh1 və Cavabdeh2 onları aldatmışlar. Hansıki, cinayət təqibi orqanı bu halı təkzib etmişdir. Bundan başqa, əgər iddiaçılar müəyyən məbləğdə pulun müqabilində evlərini Cavabdeh1 və Cavabdeh2 qarşısında ipoteka ilə yüklü etməyi razılaşmışdılarsa, onda həmin əqdlərin şərtlərinə aydınlıq gətirməli, nə qədər vəsait hesabına əmlaklarını ipoteka qoyduqlarını, kimdən nə qədər pul aldıqlarını, kimə nə qədər pul qaytardıqlarını sübut etməli idilər. İddia tələbində bununla da bağlı aydın fikir yoxdur, məhkəmə baxışı zamanı da həmin hallara dair sübut edilmiş faktlar müəyyən edilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi yalan əqdə dair normanın tələbləri tətbiq edilməklə etibarsız hesab edilirsə, həmin normada müəyyən olunduğu kimi tərəflərin əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmunu yalan əqdin etibarsız hesab edilməsini deyil, pərdələnmiş əqdə dair qaydaların tətbiqini tələb edir. Həmçinin, mülki qanunvericilik etibarsız əqdin hüquqi nəticələrini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 337.5. maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əq d üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin, apellyasiya məhkəməsinin qətnaməsində bununla bağlı da heç bir əsaslanma yoxdur. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin göstərdiyi əsaslarla Cavabdeh1la İddiaçı1 arasında bağlanmış müqavilənin yalan əqd olması nəticəsinə gəlmək üçün əsaslar yoxdur. İşdən görünür ki, alqı-satqı müqaviləsi bilavasitə tərəflərin iştirakı ilə notariatda təsdiq edilməklə bağlanmış, tərəflər müqaviləni imzalamaqla orada göstərilənlərin və bütövlükdə müqavilənin həqiqiliyini və etibarlılığını təsdiq etmiş, evin dəyəri not ariusun bankda olan depozit hesabına keçirilməklə ödənilmişdir. Müqavilənin məzmununa və evin ödənilmiş dəyərinə dair satıcı tərəfindən heç bir irad bildirilməmiş və müqavilədə evin satıcı tərəfindən borcun ödənildikdən sonra qaytarılacağı barədə heç bir şərt nəzərdə tutulmamışdır. Müqavilə bağlanarkən eyni zamanda notarius tərəfindən tərəflərə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah olunmuşdur. Bundan başqa, iddiaçıların israr etdiyi qaydada, müəyyən məbləğdə pulun müqabilində evi Cavabdeh1 satmaları, sonradan eyni qaydada Cavabdeh2 sataraq maraqlarını təmin etmələri və əmlak üçüncü dəfə satıldıqdan sonra əqdin yalan əqd olması əsası ilə etibarsız hesab olunaraq heç bir əvəz ödənilmədən əmlakın iddiaçılara qaytarılması mülki dövriyyənin sabitliyini pozan hal kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında deyilir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini ta pan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın alqı-satqı qaydalarını və onların hüquqi nəticələrini də qiq müəyyən etmişdir. Hazırkı işdə, mübahisəli ev Cavabdeh1 satılmış və iddiaçılar bu hərəkətin hansı nəticəyə səbəb olmasını aydın surətdə dərk etmişlər. Bundan sonra, əmlak Cavabdeh2 satılmış və həmin hərəkətin də hansı hüquqi nəticələrə səbəb olmasını iddiaçılar dərk etmişlər. Nəhayət, əmlak 3-cü dəfə tərəflərin heç biri ilə əvvəlcədən bir-birini tanımadığı, rəsmi elan əsasında evi alan Cavabdeh3 satıldıqdan sonra bütün əqdlərin etibarsız hesab olunaraq evin iddiaçılara qaytarılması hüquqi müəyyənlik prinsipinə uyğun gəlmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə tərəflərin münasibətinə uyğun olmamışdır. Bundan başqa, işdən görünür ki, Cavabdeh1la alqı-satqı müqaviləsi 2014-cü ilin noyabr ayında bağlandığı ha lda onun etibarsızlığı barədə tələb 2021-ci ilin fevral ayında, yəni 6 ildən artıq müddət keçdikdən sonra irəli sürülmüşdür. Hər iki məhkəmənin cavabdehlərin iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsi barədə ərizələri ilə bağlı dəyərləndirmələri eyni olmuşdur. Məhkəmələr qeyd etmişlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsində iddia müddətinin şamil edilmədiyi tələblərin siyahısı öz əksini tapmışdır. Belə ki, 384.0.4-cü maddəyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Hazırkı iddia tələbi mülkiyyətçinin, yəni İddiaçı1 mülkiyyətində olan əmlakın onun iradəsinə zidd olaraq mülkiyyətindən çıxması, bununla da onun mülkiyyət hüquqlarının pozulması nə ticəsində mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan məhkəmə hesab etmişdir ki, hazırkı tələbə iddia müddəti şamil edilə bilməz. Hətta tələbə iddia müddəti şamil edilməli olsa belə mübahisəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən Cavabdeh1 satıldıqdan sonra İddiaçı1 bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti nəticəsində cinayət işi başlanmış və uzun sürən istintaq prosesindən sonra 2020-ci ildə cinayət işi üzrə icraata xitam verilmişdir. Yalnız bundan sonra iddiaçılar öz hüquqlarının pozulduğunu başa düşmüş və mülki iddia ilə məhkəməyə müraciət etmişlər. Belə ki, Mülki Məcəlləyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. (37 7.1.) Apellyasiya məhkəməsinin gəldiyi nəticə mülki qanunvericiliyin tələblərinə ziddir. Əvvəla, həmin tələblərin Mülki Məcəllənin 384-cü maddəsində nəzərdə tutulan iddia müddətinin şamil edilmədiyi tələblər olması ilə bağlı məhkəmənin mövqeyi əsassız olmaqla maddi hüquq normasının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, hazırkı iddia tələbi Mülki Məcəllənin 384.0.4-cü maddəsinin təsir dairəsinə daxil olan tələblər deyil. Qeyd olunan normada mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərindən söhbət gedir. Hazırkı işdə iddiaçılar əqdlərin etibarsızlığını tələb edənlərdirlər. Onlar hesab edirlər ki, əqdlərin bağlanması ilə onların hüquqları pozulmuşdur. Qanunvericilikdə müxtəlif mübahisələr üzrə fərqli idd ia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Əqdlərin etibarsız hesab olunması ilə bağlı tələbin irəli sürülməsi üçün mülki qanunvericilik bir sıra müddətlər müəyyən etmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Elə həmin qərarda deyilir: İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Cavabdeh1la bağlanmış alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi yuxarıda göstərilən səbəblərdə n əsaslı olmadığından, kollegiya hesab edir ki, işə təkrar baxılarkən Mülki Məcəllənin 354.2-ci maddəsinin tətbiqi imkanına qiymət verilməlidir. Bundan başqa, Cavabdeh3 vicdanlı alıcı olmaması ilə əlaqədar apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyil. Həmin məsələ ilə bağlı apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh3 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Cavabdeh3 evi alarkən evlə bağlı hansısa problemin olduğunu təxmini bilmiş, lakin hüquqi cəhətdən savadlı adamlarla məsləhət etdikdə ona hər hansı problemin olmayacağını bildirmişlər. Buradan görünür ki, Cavabdeh3 həmin evlə bağlı hər hansı mübahisənin olduğunu bilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə Cavabdeh3 vicdanlı alıcı olması ilə bağlı məsələyə maddi hüquqi baxımdan düzgün qiymət verm əmişdir. Belə ki, hətta, alıcının müəyyən məsələlərlə bağlı şübhələri olsa belə, bu hələ onun vicdanlı alıcı olmasını aradan qaldıran hal deyil. Qanunverici vicdanlılığı o halda istisna edir ki, alıcının bildiyi və bilməli olduğu məlumatlar əqdin legitimsizliyi, həmin əmlaka 3-cü şəxsin hüququnun olması ilə bağlı olsun. Özü də alıcının əqd bağlayarkən belə məlumatlara malik olmasını sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Hazırkı işdə iddiaçılar belə sübutlar təqdim etməmişlər, işin halları isə Cavabdeh3 əqd bağlayarkən belə məlumatlara malik olmasını istisna edir. Nəzərə alınmalıdır kı, həmin əmlak uzun müddət rəsmi elanla satışda olmuş və məhz həmin elan əsasında aşkar edilərək alqı-satqı barədə razılığa gəlinmişdir. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkə məsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hə r hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. "N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbayca n Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 13.07.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin”. Bund an başqa, kollegiya qeyd edir ki, işə yenidən baxılarkən Cavabdeh1la bağlanmış əqd və sonrakı əqd (Cavabdeh2la bağlanmış əqd) etibarlı əqd kimi qəbul olunduğu təqdirdə Cavabdeh3 vicdanlı alıcı olub-olmaması ilə bağlı dəyərləndirmə aparılmasına zərurət aradan qalxır. Çünki hesab olunur ki, o, bağ evini onun əvvəlki qanuni mülkiyyətçisindən etibarlı əqd üzrə almışdır. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxıldığından qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən mübahisənin düzgün və qanuni həlli üçün əhəmiyyəti olan bütün sübutlara obyektiv, qərəzsiz qiymət verilməklə qanuni və əsaslı qərar qəbul olunmalıdır. Şərh olunanl ara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2800/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1339/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1339/2022
02.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mənzilə köçürmə - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver