Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-134/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-134/2023 Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Bakı şəhəri, 16 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1714/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 04 iyul 2020-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) məxsus “Sobsan” boya fabrikində yanğın baş vermiş və yanğın nəticəsində İddiaçı1 məxsus olan əmlaka zərər dəymişdir.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin İstintaq şöbəsinin müstətiqi, leytenant X21 tərəfindən qəbul edilən 30 iyul 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllədə yerləşən cavabdehə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğında cinayət hadisəsi olmadığı üçün cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərarda müəyyən edilmişdir ki, yanğın nəticəsində İddiaçı1 ümumilikdə 23.227 manat ziyan dəymişdir.
4. İddiaçı1 tərəfindən 04 iyul 2020-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində ona dəymiş 23.227 manat maddi ziyanın cavabdeh tərəfindən tam ödənildiyi və ona dəymiş ziyanla əlaqədar şikayətinin və iddiasını olmadığı barədə notarial qaydada təsdiq olunan xx.xx.2021-ci il tarixli ərizə imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı2 xeyrinə 50000 manat və İddiaçı1 xeyrinə 50000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişl ər.
6. İddia onunla əsaslandırılmışdır ki, 04 iyul 2020-ci il tarixində saat 20 radələrində Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən cavabdehə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 2,4 ha olan boya fabrikinin 9500 kv.m ərazisində olan inzibati bina, anbar və istehsalat sahələrinin içərisində olan mallar və avadanlıqlarla birlikdə yanğının təsirindən yanaraq məhv olmuşdur. Bundan başqa baş vermiş yanğın genişlənərək qonşuluqda olan İddiaçı1 fərdi yaşayış evinə keçmişdir. Nəticədə ona daşınar və daşınmaz əmlak üzrə 100000 manatdan çox zərər dəymişdir. İddiaçı1 vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı hüquq və tələblərinin bir hissəsini İddiaçı2 güzəşt etmişdir. Bu barədə cavabdehə bildiriş göndərilmişdir.
7. Məhkəmə iclasında iştirak ed ən İddiaçı1 izahatında əlavə olaraq bildirmişdir ki, ona dəymiş zərərin miqdarı ilə bağlı cədvəl tərtib etmişdir. Cavabdeh tərəfindən ona 23227 manat ödəniş edilmişdir. Lakin vurulan zərər ödənilən məbləğdən xeyli çoxdur. Ona daha sonra yenidən ödəniş ediləcəyi deyildiyindən həmin ərizəni imzalamışdır.
8. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı etiraz verərək göstərmişdir ki, 04 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən, cavabdehə məxsus “Sobsan” boya fabrikində yanğın hadisəsi baş vermişdir. Həmin baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin Baş müstəntiqi mayor Cəmaləddin İdrisov tərəfindən AR Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə xx/xx-02181 saylı cinayət işi açılm ışdır. Həmin cinayət işi zamanı baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti X6, tikinti üzrə ekspert X10, İqtisad ekspertizalar şöbəsinin böyük eksperti X2, iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, foto çəkilişlər aparılmış, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülərək protokola əlavə edilmiş, məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq və məhkəmə fizikikimyəvi ekspertizaları təyin edilərək rəyləri alınmış, dindirmələr aparılmış, sorğular vermiş, sənədlər götürülmüş, digər istintaq hərəkətləri aparılmışdır. O cümlədən “Sobsan” boya fabrikinin qonşuluğunda yerləşən, İddiaçı1 ailə üzvləri ilə birlikdə yaşadığı evin həyəti nə baxış zamanı müəyyən olunmuşdur ki, dik taxtadan konstruktiv elementlərdən ibarət, metal gövdəli, müxtəlif həcmli maye qaz balonlarının, dəmirdən olan çəlləklərin, vedrələrin, tutumların (kanistrların), arabaların, qatlama və çarpayının, velosipedin, şüşə bankaların qalıqları müşahidə edilsə də hər-hansı elektron məişət cihazlarının, yataq və mebel dəstlərinin, xalça və ya palazların qalıqları müşahidə edilməmişdir. Buna baxmayaraq istintaq zamanı İddiaçı1 ifadəsində göstərmişdir ki, 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi gələrək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllə ünvanında məskunlaşmışdır. 2003-cü ildə həmin sahədə fərdi yaşayış evi, 2009-cu ildə isə taxta materiallarından və dik lövhələrdən istifadə etməklə yarım tikili inşa etmişdir. Fərdi yaşayış evinə və həyətdə inşa etdiyi tikiliyə dair hər-hansı sənədi olmasa da, həmin tikililər ona məxsus olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində səs-küy eşidərək çölə çıxmış, qonşuluqda yerləşən “Sobsan” boya fabrikində yanğın baş verdiyini görmüş, bir müddətdən sonra yanğın genişlənərək ona məxsus həyətdə taxta materiallardan inşa olunmuş tikiliyə keçmişdir. Amma ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə keçmədiyini qeyd etmişdir. Həmin taxtadan hazırlanmış tikilinin yanması nəticəsində ona 100000 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2020-ci il tarxli 9/2337 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən c avabdehə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində zərərçəkmiş şəxs İddiaçı1 yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə olan 51 adda əşyalara dəymiş ziyan 14081,00 (on dörd min səksən bir) manat məbləğində müəyyən edilmişdir. Bundan başqa İddiaçı1 istintaqa təqdim etdiyi siyahıda baş vermiş hadisədə əmlakının yanması nəticəsində ona 61730 manat maddi ziyan dəyməsini göstərmişdir. Lakin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində İddiaçı1 14081 manat ziyan dəyməsi göstərilmişdir. Ekspertiza rəyində göstərilən maddi ziyanın məbləği ilə zərərçəkmiş şəxs təqdim edilmiş maddi ziyanın məbləği arasında ziddiyyət olduğu üçün, ekspertin öz sahəsi üzrə ixtisaslaşmasını, cinayət prosesində marağı olmadan, tərtib etdiyi rəydə materialları, əmlakı onların ölçü vahidini, mi qdarını, məbləğini daha dəqiq göstərildiyini nəzərə alaraq, hadisə nəticəsində əmtəə üzrə dəymiş maddi ziyanın məbləği məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində olduğu kimi qəbul edilməlidir. Ümumiyyətlə hadisə yerinə baxışla, şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə, ekspertiza rəyləri ilə, habelə istintaq zamanı toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, normativ aktların, o cümlədən yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair tələblərin pozulması müəyyən edilməmiş az ağır, və ya ağır xəsarət alan olmamış, yanğın ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi mayor Cəmaləddin İdrisov tərəfindən xx.xx.2020-ci il tarixdə xx/xx-02181 saylı cinayət işinə xitam verilmişdir. Lakin İddiaçı1 və onun vəkili X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi X3 “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 04 dekabr 2020-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, sözü gedən cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqan A.M.Alməmməd oğluna 97 697 manat məbləğində dəymiş zərər üzrə heç bir prosessual hərəkət etməmişdir. Əvəzində yaranmış bu cür ağır nəticələri gizlətmişdir. xx.xx.2020-ci il tarxli FHN Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi, mayor X8 tərəfindən qəbul olunmuş cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunması nı xahiş etmişdirlər. Nərimanov Rayon Məhkəməsinin hakimi Tural Ələkbərov şikayəti təmin edərək, AR FHN Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi X3 “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 04 dekabr 2020-ci il tarixli qərarı qanunsuz hesab edərək, yenidən araşdırılmasını təmin etmişdir. Yenidən sonuncu dəfə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin müstəntiq leytenantı Elnur Aslanov tərəfindən xx/xx-05563 nömrəli cinayət işi üzrə araşdırma aparılmışdır. Cinayət işinin istintaqı zamanı İddiaçı1 baş vermiş yanğın nəticəsində əmtəə və tikinti üzrə dəymiş ziyanın yeridən müəyyən edilməsi məqsədi ilə təkrar əmtəəşünaslıq və əlavə tikinti-texniki ekspertizaları təyin edilərək ekspert rəyləri alınmış, sorğular vermiş, cavablar alınmış və digər istintaq hərəkətləri aparılmışdır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X11 Stansiyası” Publik Hüquqi şəxsinin 23 iyun 2021-ci il tarixli 155 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixdən bu vaxta qədər BŞT və TTYS- nin “103” xidmətinə İddiaçı1 adına çağırış daxil olmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi X5” Publik Hüquqi şəxs “X20” Publik Hüquqi şəxsinin 22 iyul 2021-ci il tarixli 635nömrəli məktubuna əsasən İddiaçı1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi xəstəxanaya müraciət etməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi X5” Publik Hüquqi şəxs Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli 742 nömrəl i məktubuna əsasən İddiaçı1 xx.xx.2021-ci il tarixdən bu günə kimi institutun ambulator, stasionar və arxiv qeydiyyat jurnallarında adı yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi X5 Klinik X25 Hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli X5 Klinik X25 Hüquqi şəxsinin xx.xx.2021ci il tarixdə “Sobsan” boya fabrikində baş vermiş yanğınla əlaqədar Alməmmədov X1 şöbəsinin stasionar və məsləhət jurnallarında qeydiyyatdan keçməmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci tarixli 10/2911 nömrəli məhkəmə əlavə tikinti-texniki ekspertizası rəyinə əsasən 30 noyabr 2020ci il tarixli 10/1567 saylı ekspert rəyinin məlumatlarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən cavabdehə məxsus “Sobsan” boya fa brikində baş vermiş yanğın zamanı İddiaçı1 məxsus tikililərdə yaranmış qüsurların aradan qaldırılması üçün, görülməli təmir-bərpa işlərinin, mövcud bazar qiymətlərinə uyğun olaraq, ümumi dəyərinin təqribən 5606,0 manat olduğu müəyyən edilib. Əlavə olaraq xx.xx.2020-ci il tarixində baş vermiş yanğın nəticəsində İddiaçı1 sağlamlığına hər hansı ziyanın dəyməsi müəyyən edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin müstəntiqi, leytenant Elnur Aslanov tərəfindən xx.xx.2020-ci il tarixdə xx/xx-05563 saylı cinayət işinə xitam verilmişdir. 03 mart 2021-ci il tarixdə İddiaçı1 həyat yoldaşı dəymiş ziyanla bağlı cavabdehin hüquqşünası Pərviz Hüseynovla görüşmüş və hüquqşünasdan 23227 manat pul almışdır. İddiaçı1 Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariatında **********782 nömrəli ərizə verərək 23227 manat pul alma faktını rəsmən təsdiq etmişdir. Həm AR FHN-nin Əməliyyat-İstintaq qərarlarından, həm Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası qərarlarından, həm sorğu-cavablarından, həm də Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariatında **********782 nömrəli ərizədən görünür ki, İddiaçı1 04 iyul 2020-ci il tarixdə Bakı şəhər Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğınla bağlı dəymiş ziyanı aldığını və ziyanla əlaqədar hər hansı şikayət və iddiasının olmadığını göstərmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 2(001)-6970/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi q əbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cinayət işinin istintaqı zamanı aparılmış müvafiq ekspertizalar müəyyən etmişdir ki, İddiaçı1 23.227 manat məbləğdən artıq ziyan dəyməmişdir. Həmin zərər cavabdeh tərəfindən İddiaçı1 artıq ödənilmişdir. Odur ki, iddiaçılar vurulmuş zərərin məbləğinin 23.227 manatdan çox olduğunu iddia edirlərsə bunu sübut etməlidirlər, baxmayaraq ki cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarda zərərin məbləği müəyyən edilmişdir. Lakin iddiaçılar tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ( bundan sonraMPM) 77.1, 77.3, 78.1, 78.2, 80, 82.4, 88, 119.1-ci maddələrinə istinadla ə saslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, həqiqətin müəyyən edilməsi üçün ekspertiza keçirilməli idi. Məhkəmə iddiaçının təqdim etdiyi müstəqil ekspert rəyinə qiymət verməmiş, bununla bağlı hər-hansı ekspertiza da keçirməmişdir.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 əlavə olaraq bildirmişdir ki, ona zərərin əvəzi ödənilməsi barədə ərizənin məzmununu oxumadan, məlumatsız şəkildə imzalamışdır. Onu aldatmışlar. Həmin prosesdə onun vəkilinin də iştirakı olmuş, o da onu aldatmışdır. Həmçinin tələb hüququnun yarısını İddiaçı2 adlı şəxsə güzəşt etməmişdir. Həmin adamı ümumiyyətlə tanımır. Bu prosesdən də məlumatsız olmuşdur.
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçıya dəymiş ziyan onlar tərəfindən tərəflərin qarşılıqlı razılaşması əsasında tam olaraq ödənilmiş, iddiaçı özü notariat qaydasında ərizə yazaraq bunu təsdiq etmiş və hər hansı tələbinin olmadığını bildirmiş, onun hazırkı iddası əsassızdır, iddiaçının olmayan tələbinin bir hissəsinin kiməsə güzəşt etməsinin nə onlara, nə də ki, ümumiyyətlə işin mahiyyətinə hər hansı aidiyyəti və təsiri ola bilməz. 16. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində İddiaçı1 məxsus olan əmlak və əşyalara dəymiş ziyanın məbləği 23.092 (iyirmi üç min doxsan iki) manat müəyyən edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X19 (sədrlik edən və məruzəçi), X14 və X9) 2(103)-1714/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6970/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında xx.xx.2021-ci il tarixli ərizənin aldadılaraq yazı lmasını bildirsə də, buna dair məhkəməyə sübut verə bilməmişdir.
19. Məhkəmə kollegiyası iddiaçının tələb hüququnun başqa şəxsə güzəşti barədə məhkəmə iclasında bidirdiklərinə münasibətdə isə qeyd etmişdir ki, həmin hal iddiaçı tərəfindən ayrıca icraatda mübahisələndirilməli məsələ olduğundan və hazırkı mübahisənin mahiyyəti üzrə həllinə təsir etmədiyindən, onun xüsusi olaraq araşdırılmasına zərurət yoxdur.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə gəldiyi nətic əni Mülki Məcəllənin 21.1-21.3, 386.1, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1115-ci, MPM-in 14.2, 76, 77.1, 119.1, 384-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı1 (vəkil- Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi 04 iyul 2020-ci il tarixdə Binəqədi rayonu, 7-ci mkr 3126-cı məhəllədə yerləşən cavabdehə məxsus "SOBSAN" boya fabrikində baş vermiş yanğın nəticəsində İddiaçı1 daşınar əmlak üzrə 67 747 manat və daşınmaz əmlak üzrə 29 950 manat, ümumilikdə 97 697 (doxsan yeddi min altı yüz doxsan yeddi) manat məbləğində zərər (ağaclar daxil olmaqla) dəyməsinə dair Azərbaycan Respublikasinin Mərkəzi Bankının siğorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil olmuş X4 tərəfindən hazırlanmış rəyə sübut kimi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza keçirərək, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyini əsas götürsə də, yuxarıda qeyd edilən rəyin sübut kimi qəbul edilməməsinin səbəblərini göstərməmişdir.
24. Həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2021-ci il tarxili ərizənin hansı şəraitdə yazılmasını, ümumiyyətlə ərizədə göstərilən məbləğin hansı əmlaklara yəni, daş ınar və ya daşınmaz əmlaklara aid olduğunu araşdırmamışdır. Qeyd edilən ərizə iddiaçının iradə ifadəsi olmayaraq həqiqəti əks etdirmir.
25. Bundan başqa göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı1 tələbin güzəşt edilməsi ilə bağlı dəlillərinin hazırkı işə aidiyyəti olmadığından araşdırılmasına zərurət olmadığını vurğulasa da nəzərə almamışdır ki, həmin müqavilə xx.xx.2021-ci ildə ləğv edilmişdir və ona görə də İddiaçı1 ödənilməli olan məbləğ 50000 manat deyil 100000 manat məbləğində olmalıdır. Belə ki, İddiaçı2 hazırkı iş üzrə heç bir statusu yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış, iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını, eləcə də, iddiaçı nın məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin geri göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə:
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər ( əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Kassasiya şikayətində qətnamə İddiaçı1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası əvvəlcə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, işə kassasiya qaydasında baxmağa prosessual əsaslar olması yoxlanılmış, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət icraata qəbul edilmişdir.
45. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbi q olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarını n araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1714/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.