Məhkəmə qərarları › İş №2(102)-1340/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1340/2024

02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1340/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qanunsuz sahiblikdən geri alınması, əvvəlki vəziyyətə gətirilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi, tələbin inzibati icraata aid edilməsi, iş üzrə icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublik ası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2562/2004 nömrəli qətnaməsi ilə iddiaçılar Nümayəndə2 və X21 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayo nu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli evin və ünvan 1 küçəsində yerləşən 17 saylı evin yaşayış sahəsi 23,0 kv.m olan 2 otağının balansa götürülərək, müvafiq olaraq Nümayəndə2 və X21 adına həmin evlərə dair orderin verilməsi və onlarla mənzil kirayə müqaviləsinin bağlanması bir vəzifə kimi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

2. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 1182 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2562/2004 nömrəli qətnaməsi icra edilmiş, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli ev Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin balansına götürülmüş və Nümayəndə2 adına 4 nəfər ailə tərki bində özü, arvadı İddiaçı, oğulları X22 və X23 order verilməsi qərara alınmışdır. Sərəncam əsasında həmin evə dair Nümayəndə2 adına xx.xx.2004-cü il tarixli 037130 nömrəli order verilmişdir.

3. Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli fərdi yaşayış evi Nümayəndə2 adına özəlləşdirilmiş və bu barədə ona Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.2005-ci il tarixli 30/206785 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

4. Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/- 227 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Nümayəndə2 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/206785 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülk iyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbədə yaşayış sahəsi 101,4 kvadrat metr olan 3 otağı alıcı X15 245.000.000 (AZM) manata satmışdır. Müqaviləyə diyircəkli qələmlə düzəliş edilməklə “yaşayış sahəsi 59,0 kv.m metr olan 2 otağı”, “4 ədəd köməkçi otaq - 71,0 kv.m” qeydi yazılmışdır.

5. Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə-2261 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Nümayəndə2 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/8934 nömrəli arayışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 8-ci keçid 9A nömrəli evdən yaşayış sahəsi 38,0 kv.m olan bir otağını X17, yaşayış sahəsi 11,5 kv.m olan bir yaşayış otağı və sahəsi 3, 9 kv.m, 4,5 kv.m, 4,8 kv.m olan köməkçi sahələri X4, qalan altı otağı həyat yoldaşı İddiaçı bağışlamışdır. Yaşayış sahəsi 97,8 kv.m köməkçi sahəsi 81,3 kv.m. Müqaviləyə düzəliş edilmiş, əlavə olunmuş “Yaşayış sahəsi 97,8 kv.m köməkçi sahəsi 81,3 kv.m və yaşayış sahəsi 38,0 kv.m” düzəlişinə inanmalı qeydi yazılmışdır. 6. xx.xx.2005-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/8027 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 10 ünvanda yerləşən özünə məxsus olan 2 otaqdan - köməkçi sahəsi 22,6 kv.m və yaşayış sahəsi 17,4 kv.m olan bir otağını alıcı X7 80.000.000 (AZM) manata satmışdır.

7. Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2009-cu il tarixli 4Ə-2 /-366 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/17629 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 10 ünvanda yerləşən özünə məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağı - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/11354 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 553,7 kv.m, yaşayış sahəsi 320 kv.m olan 15 otaqlı mənzildən İddiaçı məxsus hissədən ümumi sahəsi 29,8 kv.m, yaşayış sahəsi 21,6 kv.m, köməkçi sahəsi 18,2 kv.m olan 1 otağı ilə dəyişdirmişlər.

8. DƏDRX tərəfindən X15 verilmiş MH ******* nömrəli xx.xx.2008-ci il tarixlı çıxarışda Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə X13 1 otağı ümumi sahəsi 112,6 kv.m; və digərlərinin adlarına daşınmaz əmlakın dövlət reyestrində 594 nömrəli reyestr kitabının 54594 nömrəli vərəqində qeydiyyata alınmışdır.

9. DƏDRX tərəfindən İddiaçı verilmiş MH ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa əsasən, Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 5 otaq y/s53.2 kv.mk/s-67,9 kv.m, X13 1 otağı y/s-41.6 kv.m, k/s-48,4 kv.m; və digər lərinin adlarına daşınmaz əmlakın dövlət reyestrində 594 nömrəli reyestr kitabının 54594 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. DƏDRX tərəfindən X16 verilmiş MH 022284 nömrəli xx.xx.2009- cu il tarixlı çıxarışa görə Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə X14 1 otaq y/s 28,8 kv.m, k/s-3.2 kv.m; X13 1 otağı ümumi sahəsi 112,6 kv.m. adlarına daşınmaz əmlakın dövlət reyestrində 594 nömrəli reyestr kitabının 54594 nömrəli vərəqində qeydiyyat aparılmışdır.

11. DƏDRX tərəfindən X13 adına verilmiş xx.xx.2010-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 111,51 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X13 adına xx.xx.2010-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1073 nömrəli reyestr kitabının 96935 nömrəli vərəqində qeydiyyata alınmışdır.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)3000/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, DƏDRX tərəfindən X15 verilmiş xx.xx.2010-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış və onunla əlaqədar verilmiş **********59-05101093002 nöm rəli texniki pasport ləğv edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)1183/2019 nömrəli qətnaməsi ilə üçüncü şəxs X13 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli 2(102)-1206/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli 2(103)1183/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.x x.2020-ci il tarixli 2(103)5082/2020 nömrəli qərardadı ilə üçüncü şəxs X13 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3000/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Yasamal məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 17 kv.metr, köməkçi sahəsi 22,6 kv.metr sahəsi olan 1 otağın Cavabdeh1 (bundan sonra “cavabdeh”) qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsinin cavabdehin vəsaiti hesabına təmin edilməsi, cavabdeh Azərbaycan Respub likasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən (bundan sonra “DƏDRX”) cavabdehin adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar tərtib edilmiş **********59-05101093002 nömrəli texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2562/2004 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli evin balansa götürülməsi, Nümayəndə2 adına həmin evə dair orderin verilməsi və Nümayəndə2lə mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzər inə qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 1182 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2- 2562/2004 nömrəli qətnaməsi icra edilmiş, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli ev Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin balansına götürülmüş və Nümayəndə2 adına 4 nəfər ailə tərkibində özü, arvadı (iddiaçı), övladları X22 və X23 olmaqla xx.xx.2004-cü il tarixli order verilmişdir. Sonra Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli fərdi yaşayış evi Nümayəndə2 adına özəlləşdirmiş və bu barədə ona Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.

18. Bundan sonr a Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Nümayəndə2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbədə yaşayış sahəsi 59,0 kv.m metr, köməkçi sahəsi 71,0 kv.m olan 2 yaşayış otağını cavabdehə satmışdır. Müqavilədə satılan mənzilin sahəsi səhvən “yaşayış sahəsi 101,4 kvadrat metr olan 3 otağı” kimi göstərilmişdir. Sonradan notarius bu barədə müqavilədə düzəliş etmiş və satılan sahənin “yaşayış sahəsi 59,0 kv.m metr olan 2 otağı”, “4 ədəd köməkçi otaq - 71,0 kv.m” olması barədə qeyd yazmışdır.

19. Nümayəndə2 xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, 9A nömrəli evdən yaşayış sahəsi 38,0 kv.m olan bir otağını X1 7, yaşayış sahəsi 11,5 kv.m olan bir yaşayış otağı və sahəsi 3,9 kv.m, 4,5 kv.m, 4,8 kv.m olan köməkçi sahələri X4, qalan - yaşayış sahəsi 97,8 kv.m köməkçi sahəsi 81,3 kv.m olan altı otağı arvadına (iddiaçıya) bağışlamışdır.

20. Daha sonra xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ünvan 10 ünvanda yerləşən özünə məxsus olan 2 otaqdan - köməkçi sahəsi 22,6 kv.m və yaşayış sahəsi 17,4 kv.m olan bir otağını X1. X9 və arvadı xəstəliyi ilə bağlı evin pilləkənlərini düşüb-qalxa bilməmişlər. X9 iddiaçı ilə danışaraq otaqlarını dəyişdirmək istəmişdir. Onlar bu barədə razılıq əldə etmişlər. xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən X9 ünvan 10 ünvanda 3-cü mərtəbədə yerləşən özünə məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 ot ağını iddiaçıya məxsus olan ünvan 4 ünvanda 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 29,8 kv.m, yaşayış sahəsi 21,6 kv.m, köməkçi sahəsi 18,2 kv.m olan 1 otağı ilə dəyişdirmişdir.

21. X9 iddiaçıya məxsus olan sahəyə köçsə də, iddiaçı dəyişdiyi ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağa köçməmişdir. Həmin otaq boş qalmış və onlar özləri həmin sahənin açarlarını cavabdehə vermişlər ki, oradan müvəqqəti istifadə etsin. Həmin vaxt onların bu sahəyə ehtiyacları olmamışdır. Cavabdeh onlardan Abbasla dəyişdikləri otaqdan istifadə etməyə icazə verilməsini xahiş etməmişdir. 2016-2017-ci illərdə onlar 3-cü mərtəbədə yerləşən iddiaçıya məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağı təmir etmək istədikdə, cavabde h xx.xx.2010-cu il tarixli çıxarışı göstərərək, həmin sahənin ona məxsus olduğunu bildirmiş və təmirə icazə verməmişdir. Cavabdeh otaqların arasındakı arakəsmə divarları sökməklə, iddiaçıya məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağı da öz mənzilinə qatmışdır.

22. Bundan sonra ünvan 4 ünvanında 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 111,51 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzili kimi tam mülkiyyət hüququ üzrə X13 adına xx.xx.2010-ci il tarixdə daşınmız əmlakın dövlət reyestrində 1073 nömrəli reyestr kitabının 96935 nömrəli vərəqində qeydiyyata alınmışdır.

23. Cavabdehin adına aparılmış bu qeydiyyat düzgün olmamış, iddiaçıya məxsus olan sahə də cavabdehin adına qeydiyyata alınmış dır. Belə ki, cavabdeh faktiki iki otaqdan ibarət olan mənzilini bir otaq kimi sənədləşdirməklə iddiaçının sahəsini ələ keçirmişdir. ünvan 4 ünvanda 3-cü mərtəbədə yerləşən iddiaçıya məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağın cavabdeh tərəfindən zəbt edilməsi məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli və xx.xx.2019cu il tarixli rəyləri ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən mübahisədə adı keçən ünvanda iddiaçıya məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otaq Cavabdehin qanunsuz sahibliyindən geri alınmalı, yaşayış sahəsi cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməli, cavabdehin adına verilmiş xx.xx.2010-cu il tarixli çıxarış və onunla əlaqədar verilmi ş texniki pasport ləğv edilməlidir. Cavabdeh öz mənzilinə yeni ünvan alarkən və çıxarışı ayırarkən paylı mülkiyyətdə olan digər paylı mülkiyyətçilərin razılığı alınmalı idi.

24. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişdir.

25. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, cavabdeh 2005-ci ildə 7 nəfər məcburi köçkün ilə yığışaraq ünvan 4 ünvanda öz vəsaitləri hesabına üç mərtəbəli 15 otaqlı ev tikdirmişlər. Onların pulu az olduğuna görə Nümayəndə2 da şərik qoşmuşlar. 3-cü mərtəbə bir zal, iki otaqdan ibarət mansard kimi tikilmişdir. Bina 1 bloklu idi, 1 və 2-ci mərtəbənin hər birində 3 mənzil, 3-cü mərtəbədə 1 zal, 2 otaqdan ibarət 1 mənzil (mansard) olmuşdur. Ev tikiləndən sonra sakinlər hərə öz m ənzilində yaşamışdır. Üçüncü mərtəbədə yalnız cavabdeh yaşamışdır. Sənədləşdirmənin ucuz başa gəlməsi üçün Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2562/2004 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu,8-ci keçid yaşayış sahəsində 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli ev Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin balansına götürülmüş və Nümayəndə2 adına Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 1182 nömrəli sərəncamı ilə xx.xx.2004cü il tarixli order verilmişdir. Ev bütövlükdə Nümayəndə2 adına özəlləşdiriləndən sonra, Nümayəndə2 hər birinin mənzilini öz adına alqı-satqı əsasında keçirməyi öhdəsinə götürmüşdür. Lakin sonradan Nümayəndə2 sözünə əməl etməmiş və onların arasında mübahisə yaranmışdır. Firqət, Abbas və Arif adlı şəxslər m əhkəməyə müraciət edərək mənzillərinin aldarına keçirilməsini Nümayəndə2 tələb etmişlər. Cavabdeh də öz mənzilini Nümayəndə2 məcbur edərək adına sənədləşdirməyə nail olmuş və Bakı şəhəri 19 saylı dövlət notariat kontoruna gedərək xx.xx.2005-ci il tarixdə Nümayəndə2 ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Nümayəndə2 mülkiyyətində olan Yasamal rayonu, 8-ci keçid, 15 otaqdan ibarət olan 9A ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbədə yerləşən bir zal, iki otaqdan ibarət olan mənzili alıcı olan cavabdehin adına keçirmişdir. Cavabdeh xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsini Bakı şəhəri Tİ və MHQİ-yə təqdim edərək öz adına xx.xx.2005-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Sonradan cavabdehi Bakı şəhəri Tİ və MHQİ-yə dəvət etmiş, onda olan xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsini almışlar. Bir neçə gün sonra geri qaytaranda cavabdeh xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsində “yaşayış sahəsi 59,0 kv.m metr olan 2 otağı”, “4 ədəd köməkçi otaq - 71,0 kv.m” qeydi yazılmaqla düzəliş edildiyini görmüşdür. Bu barədə öz iradını bildirməklə Bakı şəhəri Tİ və MHQİ-yə yazılı ərizə vermişdir ki, aparılmış düzəlişlə razı deyildir. Cavabdehin yaşadığı ünvan 7 ünvanda yerləşən 3-cü mərtəbə 1 zal, 2 otaq, mətbəx, hamam, tualet tikilisindən ibarət olmuşdur. 3cü mərtəbədə bundan başqa 40 kv.m ibarət əlavə otaq da var idi. Hazırkı mübahisə həmin 40 kv.m-dən ibarət əlavə otaqla bağlı yaranmışdır. Abbas Xalıqverdiyev faktiki olaraq evin 2-ci mərtəbəsində Natiqin adına olan ümumi sahəsi 29,8 kv.m, yaşayış sahəsi 21,6 k v.m, köməkçi sahəsi 18,2 kv.m olan 1 otaqlı mənzildə yaşamışdır. Nümayəndə2 Abbas Xalıqverdiyevdən 2000 manat əlavə pul alaraq, onu aldatmış və 2-ci mərtəbədəki 1 otağı Abbasın adına keçirdəcəyini bildirmiş, lakin Abbasa heç bir sənəd verməmişdir. Cavabdeh evin tikintisi zamanı X5 5.000 manat pul aldığına görə məcbur olaraq heç bir pul almadan özünə məxsus olan ünvan 7 ünvanda yerləşən özünə məxsus olan 2 otaqdan - köməkçi sahəsi 22,6 kv.m və yaşayış sahəsi 17,4 kv.m olan bir otağını xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X6 adı keçirmişdir ki, Nümayəndə2 2-ci mərtəbədə yaşayan X8 mənzilindən çıxarda bilməsin. Daha sonra Abbas Xalıqverdiyev həmin sahəni faktiki yaşadığı 2-ci mərtəbədə yerləşən sahə ilə iddiaçı ilə dəyişdirmişdir. Bundan sonra Nümayəndə2 cavabdehə bildirmişd ir ki, mənzilin üstündə yerləşən Abbas Xalıqverdiyevlə iddiaçının dəyişdirdiyi 40 kv.m olan tikilini sökəcəkdir və yerinə şifer vuracaqdır. Çünki evinin üstündə otaq istəmir. Cavabdeh formal olaraq Abbasa Xalıqverdiyevə satdığı ümumi sahəsi 40 kv.m olan tikilinin Nümayəndə2 və iddiaçı tərəfindən sökülməsinə etiraz etməmişdir. Nümayəndə2 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 40 kv.m olan tikilini sökdürmüş və onun yerinə şifer vurdurmuşdur. Hazırda həmin tikili mövcud deyildir. Abbas Xalıqverdiyev əvvəldən 2-ci mərtəbədəki mənzildə yaşayıb və 3-cü mərtəbədə yaşamayıb. Şifer cavabdehin evinin divarı ilə birləşmişdir. Həmin dövrdə "Sovetski" adlanan yer sökülməyə başlayanda onların mənzilləri də sökülməli olan evlərin sırasında idi. Bu səbəbdən iddiaçı orada evi olduğunu deyərək, cavabdehə qar şı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehə qarşı 2017- ci ildə iddia qaldıraraq, cavabdehin ünvan 7 ünvanında 3-cü mərtəbədə ona məxsus otaqdan çıxarılmasını xahiş etmişdir. Sonra iddia ərizəsinin geri qaytarılması barədə ərizə vermişdir, bu səbəbdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-576/2017 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, eyni mübahisə ilə bağlı daha əvvəl də iddiaçı iddia qaldırmışdır. İddiaçı təkrarən məhkəməyə müraciət edərək, eyni predmet və eyni əsaslarla əsassız iddia qaldırıb. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının DƏDRX-ə qarşı “çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası təmi n edilmişdir. Cavabdeh həmin qətnamədən şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs X13 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)3000/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Bun görə də hazırkı iş üzrə icraata xitam verilməlidir.

26. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə xüsusatları aydınlaşdırmaq məqsədilə məhkəmə-tikinti ekspertizası təyin etmişdir.

27. Cavabdehin nümayəndəsi evə baxış keçirilməsinə şərait yaratmadığna görə ekspertiza baş tutmamışdır.

28. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti ilə şahid X19 göstərmişdir ki, o, ünvan 7 ünvanda yerləşən 3 mərtəbəli tikilinin tikintisi zamanı cavabdehin nümayəndəsinin dəvət i ilə taxta işlərini görmüşdür. Mübahisəli otaq evlə üzbəüz duranda sol tərəf düşür. Sonradan 2009-2010-cu ildə iddiaçının əri Nümayəndə2 onun briqadasını dəvət etmiş, onlar həmin evin 3-cü mərtəbəsində yerləşən taxta tikilidən olan otağı sökmüşlər, həmin otağın sahəsi təxminən 38 kv.metr olardı. Bu otaq taxta pilləkanla 3-cü mərtəbəyə çıxanda sağ tərəfdə yerləşirdi. Orada iki qapı var idi, biri cavabdehin mənzilinə, digəri isə həmin taxta otağa açılırdı. Bu otaqdan cavabdehin mənzilinə giriş yox idi. Sökdükləri taxta otağın materiallarını aşağıya düşürüb evin həyətinə yığmışlar. Gördükəri işə görə iddiaçının həyat yoldaşı Nümayəndə2 onlara 200-250 manat zəhmət haqqı vermişdir. Otağın söküntüsü 2-3 gün çəkmişdir.

29. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-960/2023 nömrəli 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Vahid Hacıyev)

30. Birinci instansiya məhkəməsi ilkin olaraq göstərmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarış daşınmaz əmlakın dövlət reyestrində mülki-hüquqi əqd əsasında, yəni alqı-satqı müqaviləsi əsasında mənzilə dair əvvəl aparılmış qeydiyyata əsaslanmaqla, yeni ünvan alınarkən verildiyindən, hazırkı iddiaya mülki xarakterli iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

31. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi xx.xx.2017-ci il tarixli 3723 saylı və xx.xx.2019-cu il tarixli 12536 saylı ekspert rəylərinə münasibətdə göstərmişdir ki, hazırkı iş üzrə məhkəmə ekspertizasının keçirilməsi və mənzilə baxış keçirilməsi mümkün olmadığına görə, həmin ekspert rəylərinin hazırkı iş üzrə mötəb ər sübut kimi qəbul edilməsi əsasları müəyyən edilmir. Bu səbəbdən həmin rəylər iddiaçıya məxsus olan otağın cavabdeh tərəfindən zəbt edilməsi əsası kimi qəbul edilə bilməz. Həmçinin, şahid Nazar Həsənzadə bildirmişdir ki, iddiaçıya məxsus olan mübahisəli otaq taxta tikilidən ibarət olmuş və iddiaçının həyat yoldaşı Nümayəndə2 tapşırığı əsasında onun ustaları tərəfindən sökülmüş və materialları aşağıya yığılmışdır. Buna görə 200-250 manat zəhmət haqqı almışlar.

32. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzilin 1 otağı ümumi sahəsi 112,6 kv.m olan hissəsi paylı mülkiyyət hüququ üzrə cavabdehin ad ına xx.xx.2008-ci il tarixdə, sonra xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, daha sonra isə cavabdeh öz hissəsinə dair ayrıca ünvan almış və daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyata əsaslanmaqla xx.xx.2010-cu il tarixdə cavabdehin mənzilinə yeni ünvan verilmiş, ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 111,51 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə cavabdehin adına xx.xx.2010-ci il tarixdə daşınmız əmlakın dövlət reyestrində 1073 nömrəli reyestr kitabının 96935 nömrəli vərəqində qeydiyyata alınmaqla, əvvəlki qeydiyyata əsaslanan xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. Yəni, xx.xx.2010-cu il tarixdə cavabdehin adına çıxarış verilərkən və texniki paspo rt tərtib edilərkən mənzilin ölçüsündə dəyişiklik edilməmiş, sadəcə olaraq əvvəlki ölçülər əsasında yeni çıxarış verilmişdir. Başqa sözlə, reyestrin məzmununda dəyişiklik edilmədən, yeni tarixli çıxarış verilmişdir. xx.xx.2008-ci il tarixli, xx.xx.2009-cu il tarixli və xx.xx.2010-cu il tarixli çıxarışların verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrində əvvəllər aparılmış qeydiyyat yazısı qüvvədə olduğuna və mənzilin ümumi sahəsində dəyişiklik edilmədiyinə görə cavabdehin adına verilmiş xx.xx.2010-cu il tarixli reyestrdən çıxarış və texniki pasport ləğv edilə bilməz. Çünki reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrdə vətəndaşın əmlakı barədə aparılmış qeydiyyata əsaslanaraq vətəndaşa əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd kimi təqdim edilir.

33. Birinci ins tansiya məhkəməsinin mövqeyinə görə mənzilin çıxarışı və texniki pasportunun ləğv edlilməsi üçün əsaslar olmadığına görə, iddia tələbi digər hissədə də, yəni ünvan 10 ünvanda yerləşən yaşayış sahəsi 17 kv.metr, köməkçi sahəsi 22,6 kv.metr 1 otağın cavabdehin qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsinin cavabdehin vəsaiti hesabına təmin edilməsi hissəsində də rədd edilməlidir. Çünki sənəd üzərində iddiaçıya məxsus olan ünvan 7 ünvanda yerləşən yaşayış sahəsi 17 kv.metr, köməkçi sahəsi 22,6 kv.metr 1 otağın cavabdehin mülkiyyətində olan ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 111,51 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzilin sahəsinə daxil olması sübuta yetirilməmişdir.

34. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilərkən həmin sənədlərdə sonuncunun mülkiyyətində olan tikililərin sahəsi ilə bağlı məlumatların texniki pasporta düzgün daxil edilməməsi ilə bağlı mübahisə yaranmışdır. Deməli, iddiaçının tələbi ondan ibarətdir ki, ona məxsus olan mənzil – bir otaq əsassız və qanunsuz olaraq hüquqları qeydə alan orqan tərəfindən cavabdehin mənzilinə dair verilmiş çıxarış və texniki pasporta daxil edilmişdir. İddiaçının bu tələbi, əslində, həmin sənədlərin etibarsızlığı ilə bağlıdır. İddiaçı isə sənədlərin ləğvini tələb edir. Əslində, bu tələb hüquqları qeydə alan orqana qarşı yönəlmişdir. Çünki qeyd olunan, yəni ləğv olunması tələb olunan sənədləri məhz Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti vermişdir. Həmin orqan cavabdehə məxsus olmayan əraziləri də onun sənədlərinə əlavə edərək sonuncunun adına çıxarış vermişdirsə, bu hal sənədlərin etibarsız hesab olunmasına dəlalət edən haldır. Belə ki, etibarsızlığın hüquqi nəticəsi ondan ibarətdir ki, həmin sənədlər tərtib olunduğu vaxtdan qanunsuz və əsassız olmuşdur. Lakin iddiaçının tələbində göstərilən sənədin ləğv olunması belə anlama gəlir ki, həmin sənəd verilərkən qanunun tələblərinə riayət edilmiş və sonradan ortaya çıxan hallar onun ləğvini şərtləndirmişdir. Hazırkı işdə iddiaçı bildirir ki, ona məxsus olan mənzil-otaq əsassız olaraq cavabdehə verilmiş sənədlərə daxil edilmişdir. Lakin iddiaçı özünə məxsus olan 1 otağın cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

35. Birinc i instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 140, və 324-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

36. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun məzmunda əsaslandırılmışdır.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-960/2023 nömrəli 14 noyabr 2023-cü qətnaməsi qismən – iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərə findən Cavabdeh1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsinə aid hissəsində ləğv edilmiş, işin icraatına həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/-227 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Nümayəndə2 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx. 2005-ci il tarixli 30/206785 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbədə yaşayış sahəsi 101,4 kvadrat metr olan 3 otağı alıcı X15 245.000.000 (AZM) manata satmışdır. Müqaviləyə diyircəkli qələmlə düzəliş edilməklə “yaşayış sahəsi 59,0 kv.m metr olan 2 otağı”, “4 ədəd köməkçi otaq - 71,0 kv.m” qeydi yazılmışdır.

40. X10 xx.xx.2005-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 10 ünvanda yerləşən özünə məxsus olan 2 otaqdan - köməkçi sahəsi 22,6 kv.m və yaşayış sahəsi 17,4 kv.m olan bir otağını alıcı X7 80.000.000 (AZM) manata satmışdır.

41. Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2009-cu il tarixli 4Ə-2/-366 reyestr nömrəli AN-İ ******* n ömrəli daşınmaz əmlakın alqı-satqı (dəyişdirmə) müqaviləsinə əsasən X9 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/17629 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 10 ünvanda yerləşən özünə məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağı - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/11354 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 553,7 kv.m, yaşayış sahəsi 320 kv.m olan 15 otaqlı mənzildən İddiaçı məxsus hissədən ümumi sahəsi 29,8 kv.m, yaşayış sahəsi 21,6 kv.m, köməkçi sahəsi 18,2 kv.m olan 1 otağı ilə dəyişdirmişlər.

42. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, DƏDRX tərəfindən cavabdehə verilmiş MH ******* nömrəli xx.xx.2008 -ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə cavabdehin 1 otağı ümumi sahəsi 112,6 kv.m; və digərlərinin.....adlarına daşınmaz əmlakın dövlət reyestrində 594 nömrəli reyestr kitabının 54594 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən iddiaçıya verilmiş MH ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə iddiaçının 5 otaq y/s-53.2 kv.m, k/s-67, 9 kv.m, cavabdehin 1 otağı y/s-41.6 kv.m, k/s-48,4 kv.m; və digərlərinin.....adlarına daşınmaz əmlakın dövlət reyestrində 594 nömrəli reyestr kitabının 54594 nömrəli vərəqində qeydiyyata alınmışdır.

43. DƏDRX tərəfindən cavabdehin adına verilmiş xx.xx.2010-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 111,51 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə cavabdehin adına xx.xx.2010-ci il tarixdə daşınmız əmlakın dövlət reyestrində 1073 nömrəli reyestr kitabının 96935 nömrəli vərəqində qeydiyyata alınmışdır.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən mübahisəsiz qaydada müəyyən edilir ki, fərdi yaşayış evinin 3-cü mərtəbəsi ilkin olaraq iki otaq və yardımçı sahələrlə birlikdə ümumilikdə 130 kv.m olmuş və tam olaraq cavabdehin mülkiyyətində olmaqla, həm də onun faktiki istifadə və sahibliyində olmuşdur. Başqa sözlə, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə satılmış sahə (mənzil) ümumilikdə 130 kv.m (59,0 kv.m metr 2 otaq, 71,0 kv.m 4 ədəd köməkçi sahə) olmuşdur. Daha sonra xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh özünə məxsus olan 2 otaqdan birini və köməkçi sahələrin bir neçəsini (yəni 17,4 kv.m yaşayış otağı və 22,6 kv.m köməkçi sahələr, ümumilikdə 40 kv.m sahəni) alıcı X1. Belə olan halda cavabdehə məxsus sahə ümumilikdə 90 kv.m (130-40) qalmalı idi ki, bunun da 41.6 kv.m-i 1 yaşayış otağı, 48,4 kv.m-i isə köməkçi sahə təşkil etməli idi. Buna baxmayaraq DƏDRX tərəfindən cavabdehə verilmiş MH ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışda paylı mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan sahə kimi 1 otaq, ümumi sahə 112,6 kv.m göstərilmişdir.

45. DƏDRX tərəfindən iddiaçıya verilmiş MH ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışda isə cavabdehə məxsus olan sahə 1 yaşayış otağı - 41.6 kv.m və köməkçi sahə 48,4 kv.m göstərilmişdir (yəni xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 40 kv.m satıldıqdan sonra qalan sahəyə uyğun olaraq).

46. Daha sonra DƏDRX tərəfindən cavabdehin adına verilmiş xx.xx.2010-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışda isə ümumi sahəsi 111,51 kv. m, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzilin tam mülkiyyət hüququ ilə qeydiyyata alındığı göstərilmişdir. Göründüyü kimi, cavabdeh mülkiyyətində olan mənzilin bir hissəsini X2 sonra mülkiyyətində ümumilikdə 90 kv.m sahə (41.6 kv.m 1 yaşayış otağı, 48,4 kv.m köməkçi sahə) qalmalı olduğu halda, daşınmaz əmlakın dövlət reyestri xidmətinin verdiyi çıxarış və texniki pasportda hazırda onun mülkiyyətində olan mənzilin ümumi sahəsi 111,51 kv.m (32,62 kv.m yaşayış sahəsi, 78,89 kv.m köməkçi sahəsi) göstərilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ya mülki-hüquqi əqd (bağışlama, alqı-satqı və s.), ya da inzibati akt (yerli icra hakimiyyəti orqanının sərancamı və s.) əsasında aparıla bilər. Hazırki işin hallarından isə açıq şəkildə müəyyən olunur ki, cavabdehin adına yeni qeydiyyatın aparılmasına (dəyişdirilməsi nə) əsas ola biləcək nə mülki-hüquqi əqd, nə də hər hansı inzibati akt mövcud olmamışdır. Belə ki, cavabdeh binanın 3-cü mərtəbəsində yerləşən və 130 kv.m ümumi sahəsi olan mənzili 2005-ci ildə əldə etmiş və elə həmin ildə də mənzilin 40 kv.m-ni X1. Bundan sonra isə cavabdehin mülkiyətində qalan 90 kv.m ümumi sahəsi olan mənzilin ölçülərində dəyişiklik (artım) baş verməsinə əsas verən hər hansı əqd bağlanmamış, nə də inzibati akt qəbul olunmamışdır.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən müəyyən etmişdir ki, qeydiyyat aparan orqan tərəfindən aparılmış düzəlişlər nəticəsində cavabdehə məxsus sahənin genişləndirilməsinə yönəlmiş hərəkətlər edilmişdir. İddiaçı da hazırki tələbində məhz xx.xx.2010-cu il tarixli çıxarışı və onunla əlaqədar verilmiş texniki pasportu müba hisələndirərək, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən X3 və sonuncu ilə özünün arasında bağlanmış xx.xx.2009-cu il tarixli 4Ə-2/-366 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı (dəyişdirmə) müqaviləsinə əsasən onunla dəyişdirilmiş və hazırda ona məxsus olan ümumi sahəsi 40 kv.m (yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m) olan 1 otağı geri tələb etmişdir.

49. İddia ərizəsində də iddiaçı ona istinad edir ki, cavabdehin adına verilmiş çıxarış qanunsuzdur, cavabdehə çıxarış və texniki pasport verilərkən həmin sənədlərdə sonuncunun mülkiyyətində olan tikililərin sahəsi ilə bağlı məlumatlar texniki pasporta düzgün daxil edilməmişdir. Göründüyü kimi, iddiaçı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin adına yeni çıxarışın, e yni zamanda onunla əlaqədar texniki pasportun verilməsi zamanı pozuntuya yol verildiyini iddia edir və onun tələbinin faktiki əsaslarını inzibati orqanın qanunsuz qeydəalma (düzəlişlərin aparılması) ilə bağlı hərəkətləri təşkil edir.

50. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinadən göstərmişdir ki, iddiaçı hazırki iddiasında 1 saylı Bakı Ərazi İdarəsinin hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmayan ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçiridiyi faktiki xarakterli fəaliyyətin nəticəsini mübahisələndirmişdir və belə mübahisələndirilmə zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçiri libkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, elə hallar da olur ki, şəxs dövlət reyestrində qeydin aparılmasına əsas olmuş mülki-hüquqi əqdi və yaxud inzibati aktı deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirir (məsələn: iddiaçı bildirir ki, cavabdehin hüquqları qanuni şəkildə bağlanan alqı-satqı müqaviləsində nəzərdə tutulmamış yerə qeydə alınmışdır). Bu halda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə, qeydə almanın mülki-hüquqi əqd və yaxud inzibati akt əsasında aparılıb-aparılmamasından asılı olmayaraq, mübahisə inzibati orqanın özünün hərəkətləri ilə bağlı yaranıbsa, bu işə inzibati m əhkəmədə baxılmalıdır. Hazırki halda da iddiaçı məhz inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir.

52. Eyni zamanda iş materiallarına əsasən iddiaçının DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının tələbi inzibati orqanın hərəkətləri ilə bağlıdır və işi yeni apellyasiya baxışına göndərərkən kassasiya instansiya məhkəməsinin göstərişi ondan ibarət olmuşdur ki, mübahisənin məhkəmə aidiyyatı məsələsi müzakirə edilməli, mübahisənin ümumi, yaxud inzibati məhkəməyə aid olması müəyyən edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(1 03)-5082/2020 nömrəli qərardadı ilə üçüncü şəxs X13 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3000/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi, iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir. Bundan sonra, iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs X15 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X13 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)- 7227/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Ba kı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-866/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)7227/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

53. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan işin müəyyən edilmiş hallarından aşkardır ki, hazırki mübahisə mülki-hüquqi əqdə əsaslanaraq aparılmış qeydiyyatla bağlı olmayıb, qeydiyyat aparan inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində aparılmış qeydiyyatla (düzəlişlə) bağlı yaranmışdır. Odur ki, bu tələb mülki məhkəmə icraatı qaydasında baxılmalı tələb deyildir.

54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcllən in 261.0.1, İnzibatı Prosessual Məcəllənin 2.1, 2.2-ci maddələri və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

55. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və aidiyyət məsələsinin hüquqi həllinin tapılmasını xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan kserosurət arayışa (birinci instansiya məhkəməsində işə baxılarkən həmin sənəd nümunəsi mövcud olmamışdır) istinad edərək, yaşayış sahəsinin ölçülərindən bəhs edərək, həmin sənəd nümunəsi ilə tanış olmaqlarına şərait yaratmadan, bir neçə dəqiqə sonra həm qərardadı, həm də qətnaməni elan etmişdir.Bu hal qəti qəbuledilməzdir, belə ki, cavabdehin nümayəndəsi indiyə kimi keçirilmiş saysız-hesabsız məhkəmə iclaslarında müxtəlif kserosurət sənədlər təqdim edərək məhkəmədə çaşqınlıq yaratmaqla məşğul olmuş (əksər vaxtı niyyətinə müyəssər olmuşdur), sonuncu belə bir cəhdi də uğurlu alınmışdır.Halbuki, bu mübahisəli vəziyyətin bir obyektiv və real cavabı vardır, iddiaçıya məxsus yaşayış sahəsi (1 otaq) cavabdeh tərəfindən zəbt edilmişdir, yəni iddiaçya məxsus evin 3-cü mərtəbəsində yerləşən otaq hazırda cavabdehin istifadəsindədir. Apellyasiya instansiyası məhkəməsi yanlış olaraq belə bir qənaətə gəlmişdir ki, cavabdehin adına yeni qeydiyyat aparılmasına əsas ola bilə cək nə mülki-hüquqi əqd, nə də hər hansı inzibati akt mövcud olmamışdır. Həqiqətdə isə cavabdeh alqı-satqı müqaviləsi əsasında iki otaqdan birini alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satmış, sonradan satdığı bir otağın sahəsini özünə məxsus otaqla birləşdirməklə 3-cü mərtəbədə yerləşən yaşayış sahələrinə yiyələnmişdir. Göründüyü kimi, yaşayış sahələri mülki-hüuqi əqd əsasında əldə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bir az da irəli gedərək Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin məzmununu dəyişərək evin 3-cü mərtbəsində yerləşən 2 otağın cavabdehə satıldığı halıda, 3 otağın satıldığını yazmışdır. Həqiqətdə isə evin 3-cü mərtəbəsində yalnız 2 otaq arakəsmə ilə birlikdə satımışdır. Bundan əlavə, iddiaçı cavabdehə v erilmiş çıxarışın və texniki pasportun ləğv edilməsinə dair Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin 12 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tariuxli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq müəyyən qadağalar səbəbindən şikayəti davam etdirmək mümkün olmamışdır. İnzibati məhkəmələrin mövqeyi nəzərə alınaraq iddia tələbinin həcmini artırmaqla hazırki iddia verilmişdir. Beləliklə, eyni iddia tələbi üzrə həm mülki, həm də inzibati məhkəmə icraatı qaydasında işlərə baxılmış, eyni qərarlara və qanunlara istinad edən mə hkəmələr 7 ildir ki, aidiyyət məsələləri ilə bağlı olaraq mübahisənin həllini süni surətdə uzatmaqla məşğuldurlar. Buna görə də artıq mübahisənin aidiyyət məsləsinə son qoyulmalı, iddiaçının pozulmuş hüquqlarının bərpasına şərait yaradılmalıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətinə qarşı cavabdehin yazılı etiraz daxil olmuşdur. Şikayətə etiraz iddiaya etirazın dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul ed ilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Madd ə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edi lən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelly asiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 n ömrəli Qərarı: “Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir… İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzi bati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır”. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına edilmiş əlavə və dəyişikliyə əsa sən: “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciə t etmək hüququ izah olunmalıdır....Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydi yyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqa nının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılm ış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır”. Kassasiya baxışının hədləri

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

59. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

60. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iş üzrə icraata xitam verilməsi hissəsində qanuni nəticəyə gəlmişdir.

63. İddiaçının şikayət verdiyi qərardad iş üzrə icraata xitam verilməsi barədə olmuşdur.

64. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə cavabdehin adına yeni qeydiyyatın aparılmasına (dəyişdirilməsinə) əsas ola biləcək nə mülk i-hüquqi əqd, nə də hər hansı inzibati akt mövcud olmamışdır. Belə ki, cavabdeh binanın 3-cü mərtəbəsində yerləşən və 130 kv.m ümumi sahəsi olan mənzili 2005-ci ildə əldə etmiş və elə həmin ildə də mənzilin 40 kv.m-ni X1. Bundan sonra isə cavabdehin mülkiyətində qalan 90 kv.m ümumi sahəsi olan mənzilin ölçülərində dəyişiklik (artım) baş verməsinə əsas verən hər hansı əqd bağlanmamış, nə də inzibati akt qəbul olunmamışdır. Qeydiyyat aparan orqan tərəfindən aparılmış düzəlişlər nəticəsində cavabdehə məxsus sahənin genişləndirilməsinə yönəlmiş hərəkətlər edilmişdir. İddiaçı da hazırki tələbində məhz xx.xx.2010-cu il tarixli çıxarışı və onunla əlaqədar verilmiş texniki pasportu mübahisələndirərək, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən X3 və sonuncu ilə özü nün arasında bağlanmış xx.xx.2009-cu il tarixli 4Ə-2/-366 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı (dəyişdirmə) müqaviləsinə əsasən onunla dəyişdirilmiş və hazırda ona məxsus olan ümumi sahəsi 40 kv.m (yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m) olan 1 otağı geri tələb etmişdir.

65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin məhkəmə aidiyyatı ilə bağlı hazırki qərarın 39-54-cü bəndlərində əks edilən hüquqi dəyərləndirməsi və tətbiq etdiyi prosessual hüquq normaları ilə razılaşır. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olmuşdur.

66. Yaşayış sahələrinin mülki-hüquqi əqd əsasında əldə edilməsi, qeydiyyatın da mülki-hüquqi əq dlərə əsasən aprılması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, iddiaçı tələbində bildirmişdir ki, cavabdehin adına verilmiş çıxarış qanunsuzdur, cavabdehə çıxarış və texniki pasport verilərkən həmin sənədlərdə sonuncunun mülkiyyətində olan tikililərin sahəsi ilə bağlı məlumatlar texniki pasporta düzgün daxil edilməmişdir. Göründüyü kimi, iddiaçı dövlət reyestrində qeydin aparılmasına əsas olmuş mülki-hüquqi əqdi və yaxud inzibati aktı deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirmişdir ki, bu da inzbati məhkəmə icraatına aid olan tələbdir.

67. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apell yasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar