Məhkəmə qərarları › İş №2(102)-1342/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1342/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1342/2022 01.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cavabdeh2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(107)-1581/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “VAZ-21725” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3950 manat sığorta ödənişi məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-58/2021 saylı, 26.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın yalnız cavabdehlər Cavabdeh1 hüquqi varislərinə münasibətdə təmin olunması, Cavabdeh2 isə mülki-hüquqi məsiliyyətdən azad edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli 2(107)1581/2021 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş Balakən Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə müna sibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin qismən Cavabdeh2 aid mübahisələndirilən hissədə ləğv olunması, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, iddiaçının mübahisələndirdiyi hissə (3980,40 manat) qanunvericilikdə nəzərdə tutulmuş iddia məbləği ndən az olduğundan, onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(107)1581/2021 say lı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar