Məhkəmə qərarları › İş №2(102)-1342/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1342/2023

03.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1342/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh 2 saylı X3 (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı tələbi barədə iş üzrə QƏRARİ ( Açar sözlər: pul, işə bərpa, dəymiş maddi və mənəvi zərər tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 2 saylı X3 (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı son haqq-hesabın ödənilməsi, işə bərpa, dəymiş maddi və mənəvi zərərin ödənilməsi t ələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 dekabr 2022-ci il tarixli 2(103)-7681/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1993-cü ildən 17 mart 2022-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı “Kliniki Psixiatriya” xəstəxanasında əczaçı vəzifəsində işləmişdir. 2. 2 saylı X2 75-kv nömrəli əmri ilə iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, 16 mart 2022-ci il tarixində iddiaçının barəsində verilmiş olan xitam əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsinin təmin edilməsi, xx.xx.2022-ci il tarixindən əmək kitabçasının iddiaçıya verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilməsi səbəbindən Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqının ödənilməsinin təmin edilməsi, iddiaçının 2 saylı X4 işlədiyi 1993- 2022-ci illərdə istifadə etmədiyi məzuniyyət günləri hüquqi sənədlər əsasında yenidən hesablanıb təqdim edilməsi və Əmək Məcəlləsinin 144.1-ci maddəsinə əsasən ödəniş edilməsi və ya 19932022-ci iş illəri üçün istifadə etmədiyi 850 təqvim günü məzuniyyətinin pulu – 8000 AZN iddiaçıya ödənilməsi, 2 saylı X2 xx.xx.2022-ci il tarixində Əmək Məcəllə sinin 175.5-ci maddəsinə əsasən qanunun düzgün tətbiq edilməməsi nəticəsində iddiaçıya verdiyi məbləğin məzuniyyət pullarının yenidən hesablanması zamanı nəzərə alınmamasının təmin edilməsi, iddiaçının X8 qoşulmaq istəmədiyi halda onun əmək haqqından razılığı olmadan hər ay tutulan 1%-in qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində 2 saylı “Kliniki Psixiatriya” xəstəxanası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar xitam verildiyi üçün Azərbaycan Respublikası X14 tərəfindən xx.xx.2022-ci il tarixində İXM-nin 192.6-cı maddəsinin tələblərinə əsasən cavabdehin barəsində inzibati tənbeh veri lməsi haqqında qərar qəbul etmiş və iddiaçını işə bərpa etmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə iddiaçıya son haqq-hesab ödənilmiş, lakin pul məbləği və hesablanması qaydası yalnış olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş X14 Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbi pozulmaqla xitam verilmiş, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulmuş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab, eləcə də digər ödəmələr iddiaçıya son iş günündə ödənilməli olduğu halda xx.xx.2022-ci il tarixdə ödənilmiş və tam ödənilməmişdir. Bundan başqa, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək kitabçası ona təqdim edilməmiş, hal-hazırki g ünədək dəfələrlə bu barədə yazılı müraciətlər etməyinə baxmayaraq, əmək kitabçası ona təqdim edilməmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 baş həkimi X12, nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığı üçün İddiaçı əmək müqaviləsinə 75-kv nömrəli əmrlə xitam verilmişdir. ƏM-nin 143.1 və 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 90 təqvim günü üçün işçi ilə dəqiqləşdirilmiş son haqq-hesab aparılmışdır. Eyni zamanda, xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixlərdə əmək haqqı, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərinə təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi üçün son haqq-hesab aparılmışdır. İşçi i şdən xaric edildikdə yalnız son ilin məzuniyyətinə ərizə əsasında çıxa bilərdi, yerdə qalan məzuniyyətlər kompensasiya şəklində təqdim edilir. İddiaçı 184 gün məzuniyyətə çıxmağı tələb edirdi, bu isə heç bir qanunda əks olunmayıb. Eynilə kompensasiya hesablanarkən yalnız əsas günlər verilir, əlavələr heç bir yerdə kompensasiya şəklində təqdim olunmur. Bundan əlavə, İddiaçı işlədiyi müddət ərzində Həmkarlar İttifaqına qoşulmaması barədə heç bir məlumat verməmiş, tam əksinə Hİ-nın xidmətindən maksimum dərəcədə istifadə etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər.

6. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X13 iddia tələbinin təmin edilməməsi barədə qətn amə çıxarılmasını xahiş etdi.

7. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 sentyabr 2022-ci il tarixli, e-2(006)-3748/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Əmək Məcəlləsinin 143.1 və 144-cü maddələrinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 90 təqvim günü üçün işçi ilə dəqiqləşdirilmiş son haqq-hesab aparılmışdır. Eyni zamanda, xx.xx.2022-ci il -xx.xx.2022-ci il tarixlərdə əmək haqqı, xx.xx.2021- xx.xx.2022-ci il tarixlərinə təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi üçün son haqqhesab aparılmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən verilən xitam barədə əmrin surəti təqdim edilmiş, lakin İddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad olunmasını bilərək 3 günlük (17-19 mart 2022-ci il tarixlərində) xəstəlik vərəqəsi almışdır. Məhkəmə iddia tələbinin “iddiaçının X8 qoşulmaq istəmədiyi halda onun əmək haqqından razılığı olmadan hər ay tutulan 1%-in qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı işlədiyi müddət ərzində Həmkarlar İttifaqına qoşulmaması barədə heç bir məlumat verməmiş, tam əksinə Həmkarlar İttifaqının xidmətlərindən (şənliklərə biletlər və hədiyyələr, rayonlara gəzintilər, maddi yardım və s.) maksimum dərəcədə istifadə etmişdir. Bundan əlavə araşdırmalar zamanı müəyyən olun du ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür..

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 və 296.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsində işə baxılan zaman cavabdeh tərəfindən təqdim edilmiş sənədlər elektron sistemə əlavə edilməklə deyil, ya lnız nümayəndə tərəfindən məhkəmə iclas zalında kağız daşıyıcıda təqdim edilmişdir. Məhkəmə tərəfindən həmin kağız daşıyıclarda təqdim edilmiş sənədlərin surəti iddiaçıya təqdim edilməmiş, ümumiyyətlə onların məzmunu barədə məlumatsız olmuşdur. İş materiallarına nəzər yetirən zaman birinci instansiya məhkəməsi tərəfindən işin məhkəmədə hazırlanması mərhələsi başa çatdıqdan cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinin qərarı, eləcə də digər sənədlər əlavə edilmiş, məhkəmə tərəfindən isə qətnamə çıxarılan zaman həmin sənədlərə istinad edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli iclasda işə məhkəmədə baxılmağa hazırlanması mərhələsi başa çatmış, xx.xx.2022ci il tarixə məhkəmə baxışına iclas təyin edilmişdir. Cavabdeh tərəfindən isə xx.xx.2022-ci il tarixdə həmkarlar ittifaqının sədri tər əfindən təqdim edilmiş məktub, məzuniyyət əmrləri, ödəniş tapşırıqları, əmək haqqı cədvəlinə dair sənədlər elektron sistemə əlavə edilmişdir. Halbuki, ilk gündən etibarən cavabdehin məhkəmə mübahisəsi barədə məlumatı olmuş və bütün məhkəmə iclaslarında nümayəndəsi vasitəsilə təmsil edilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə qətnaməsində iddia ərizəsinə münasibət bildirərək ödənilməmiş məzuniyyət illər üçün iddia müddətinin tətbiq edilməli olduğunu bildirmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2-ci maddələrinə istinad edərək iddiaçının qanunverici tərəfindən müəyyən edilmiş müddət çərçivəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyini, yəni xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən işdən çıxarılmasını bilməsi, lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsini müddət pozuntusu kimi qiymətləndirmişdir. İddia ərizəsinə əlavə edilmiş həkim epikrizi və xəstəxana sənədlərindən görünür ki, xx.xx.2022-ci il tarixdən sonraki, yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək olan müddət ərzində, həyat yoldaşı X9 əməliyyat olunması, onun xəstəxanada saxlanılması, eləcə də himayəsində olan qardaşı X10 xərçəng xəstəliyindən əməliyyat olmuş və onun tərəfindən qayğı göstərilmişdir. Nəzərə almaq lazımdır ki, hər iki şəxs ağır ürək və xərçəng əməliyyatları keçirmişlər, onlar cərrahi əməliyyatdan əvvəl və sonrakı dövr üçün qayğıya ehtiyacı olan şəxslərdir. Buna baxmayaraq, məhkəmə müddətlə bağlı məsələyə toxunarkən iddiaçının müddət buraxmanın üzürlü hal olması ilə bağlı təqdim etdiyi xəstəxana sən ədlərinə ümumiyyətlə qiymət verməmişdir. Hansı ki, həmin hallar Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində birbaşa nəzərdə tutulmuşdur. Bundan başqa qeyd etmək lazımdır ki, məhkəmə qətnaməsində iddiaçının xx.xx.2022-ci il tarixdə işdən çıxması ilə bağlı əmrlə tanış olmasını bir neçə dəfə qeyd etmişdir. Belə ki, qətnamədə həmin tarixdə iddiaçının əmrlə tanış olmasına istinad etmişdir. Halbuki, iş materiallarında ümumiyyətlə iddiaçıya hər hansı əmrin surətinin imza etdirilməklə və ya poçt vasitəsilə çatdırılmasına dair heç bir sübut yoxdur. İddiaçı isə özü həmin tarixdə xəstə olduğunu, xx.xx.2022-ci il tarixdə onun məlumatı olmadan işdən çıxarıldığını, hal-hazırki günədək əmək kitabçasının ona təqdim edilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi isə əmək kitabçasının surətinin təq dim edildiyni bildirmiş, bununla da əmək kitabçasının onlarda olduğunu etiraf etmiş, lakin kitabçanın surətinin hansı qaydada iddiaçıya təqdim edildiyini sübut edən hər hansı faktı məhkəməyə təqdim etməmişdir. Eyni zamdan qeyd etmək lazımdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, işçinin əmək kitabçasını aldığı gün, hüququnun pozulduğunu bildiyi gün hesab edilir. Əmək kitabçası iddiaçıya rəsmi qaydada təqdim edilməmişdirsə məhkəmə tərəfindən müddət pozulması kimi iddia ərizəsinin xx.xx.2022-ci il tarixdə təqdim edilməsinə qiymət verməsi qanunvericiliyin tələbinin pozulmasıdır. Məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilən X14 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubunun 3-cü abzasında cavabdeh 2 nömrəli X7 haqqında inzi bati tənbeh edilməsi haqqında və 4- cü abzasında isə qanunvericiliyə uyğun xitam verilmədiyinə görə xitam əmrinin ləğv edilməsi haqqında qərar verildiyi bildirilmişdir. Göstərişin icra olunmaması haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nə ünvanlanmış olan müraciət əsasında ƏƏSMN-dən daxil olan xx.xx.2022-ci il **********2 nömrəli məktubda İddiaçı ilə 2 nömrəli X7 arasında olan əmək münasibətlərinin əmək qanunvericiliyinə əməl etmədən xitam verməsi haqqında əmrin ləğv edilməsi haqqındakı qərarının qüvvədə olması bildirilmişdir. Cavabdeh 2 nömrəli X7 ilə İddiaçı arasında olan əmək münasibətlərinə 17 mart 2022-ci il tarixində xitam vermişdir. Lakin xitam veriləndən hələ də əmək kitabçası təhvil verilməmişdir. Bundan başqa cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənəddə 2 saylı X 2 baş həkimi özünün də imzası ilə təsdiq etmişdir ki, xx.xx.2022 tarixində İddiaçı əmək kitabçasının surəti təqdim olunub. Əmək kitabçasının əsli isə hələ də verilməyib. Əmək kitabçasının təhvil verilmədiyindən İddiaçı 7 aydan çoxdur ki, işə düzələ bilmir. Əmək kitabçasının təhvil verilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. X14 Xidmətinin Bakı şəhər idarəsinin **********2 nömrəli məktubunda göstərilən qərarına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi bildirilmişdir. Qanunun tələblərinin düzgün tətbiq olunmaması səbəbilə İddiaçı iş illəri üçün istifadə etmədiyi məzuniyyətlər kompensasiya şəklində verilmişdir. X14 Xidmətin in qərarı ilə İddiaçı işə bərpa edilmişdir. İddiaçı qanunvericiliyin düzgün tətbiq edilməsi səbəbilə ödənilmiş olan kompensasiyanı əsas tutaraq cavabdeh tərəf xx.xx.2022-ci il tarixində İddiaçı əmək müqaviləsinə xitam verən zaman iş illərinə görə istifadə etmədiyi məzuniyyət pullarının ödənişini etməmişdir. xx.xx.2022 - ci il tarixində İddiaçı ilə bağlanmış olan əmək müqaviləsi qanunvericiliyin tələbləri pozularaq - əmək qabiliyyətini müvəqqəti itirən zaman xitam verilmişdir. Bu məsələ ilə bağlı X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən cavabdeh tərəfə inzibati tənbeh tətbiq olunması və İddiaçı xitam əmrinin ləğv edilməsi haqqında məktub ünvanlansa da icra edilməmişdir. Cavabdeh tərəfin İddiaçı məzuniyyətdən istifadə etməsi ilə əlaqədar məhkəməyə təqdim etdiyi məzuniyyət əmrləri reallığ ı əks etdirmir. Belə ki, məhkəməyə təqdim olunan məzuniyyət əmrlərinin əksəriyyətinin verilməsindən İddiaçı xəbəri olmayıb. İddiaçı bankda olan əmək haqqı hesabından 2009-2022-ci illər üçün çıxarış etdikdə cavabdeh 2 nömrəli X5 təqdim etdiyi məzuniyyət əmrlərin verilməsi zamanı məzuniyyət pullarının ödənilməməsi aşkar edilmişdir. Burdan belə qənaətə gəlmək olar ki, cavabdeh 2 nömrəli X7 tərəfindən İddiaçı qalıq məzuniyyətlərini düzgün hesablamayaraq onun məzuniyyət hüquqlarını pozmuşdur. Qanundan göründüyü kimi Həmkarlar İttifaqına qoşulmaq könüllülük prinsipinə əsaslanmalıdır. Lakin, 2 nömrəli X7 İddiaçı Həmkarlar İttifaqına üzv olmaq istəməməsinə baxmayaraq qanuna zidd olaraq hər ay əmək haqqından Həmkarlar İttifaqına pul köçürmələri etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin mülki koll egiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7681/2022 saylı mülki iş üzrə 6 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi kimi iş materiallarında ümumiyyətlə iddiaçıya hər hansı əmrin surətinin imza etdirilməklə və ya poçt vasitəsilə çatdırılmasına dair heç bir sübut olmaması, iddiaçı isə özü həmin tarixdə xəstə olması, xx.xx.2022-ci il tarixdə onun məlumatı olmadan işdən çıxarılması, hal-hazırki günədək əmək kitabçasının ona təqdim edilməməsi əmək kitabçasının onlarda olduğunun etiraf edilməsi deməkdir. Cavabdehin nümayəndəsi isə əmək kitabçasının surətinin təqdim edildiyni bildirmiş, lakin kitabçanın surətinin hansı qaydada iddiaçıya təqdim edildiyini sübut edən hər hansı faktı məhkəməyə təqdim etməmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən verilən xitam barədə əmrin surəti təqdim edilmiş, lakin İddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad olunmasını bilərək 3 günlük (17-19 mart 2022-ci il tarixlərində) xəstəlik vərəqəsi almışdır. Bundan başqa, iş materiallarında olan iddiaçının nümayəndəsi Nümayəndə Nəsimi Rayon Məhkəmə sinə ünvanladığı ərizədən (i.v. 198) və apellyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı əmək kitabçasının surətini almasını etiraf edir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən məlumatı olmuşdur. İddiaçı apellyasiya şikayətində həmçinin onu da qeyd etmişdir ki, məhkəmə müddətlə bağlı məsələyə toxunarkən iddiaçının müddət buraxmanın üzürlü hal olması ilə bağlı təqdim etdiyi xəstəxana sənədlərinə ümumiyyətlə qiymət verməmişdir. Hansı ki, həmin hallar Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində birbaşa nəzərdə tutulmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən verilən xitam barədə əmrin surəti təqdim edilmiş, lakin İddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad olunmasını bilərək 3 günlük (17-19 mart 2022-ci il tarixlərində) xəstəlik vərəqəsi almışdır. Yəni, iddiaçıya əmrin surəti təqdim edildikdən sonra o, xəstəlik vərəqəsi almışdır. Qanunverici işçinin xəstə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsini istisna etmişdir. Lakin, hazırki mübahisədə əmək müqaviləsinə xitam verildikdən sonrakı tarixdə iddiaçı (işçi) xəstəlik vərəqəsini təqdim etmişdir. Belə olan halda, iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz.

14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 və 296.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi hissəsinin 31-ci maddəsində qeyd olunanlar əsassızdır. Belə ki, cavabdeh tərəf Əmək Məcəlləsinin 83.2 bəndində göstərilən müddəaların heç birinə əməl etmədən əmək münasibətlərinə xitam vermək istədiyi gündən 1 gün əvvəl xitam əmri vermişdir. Qətnamənin bu bəndində məhkəmənin “əmək müqaviləsinə xitam verildikdən sonrakı tarixdə iddiaçı (i şçi) xəstəlik vərəqəsini təqdim etmişdir” ifadəsi qanuna ziddir. Belə ki, işçinin əmək qabiliyyətinin olmaması haqqında sənədini xəstələndikdən sonra təqdim etməsi təbii haldır. Ancaq işəgötürənin işçinin işdə olmadığını və xəstə olduğunu bilə-bilə onun əmək müqaviləsinə xitam verməsi qanunaziddir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qətnamənin 20-ci bəndində İddiaçı onun əmək müqaviləsinə xitam verildiyini bildiyi halda xəstəlik vərəqəsi aldığını qeyd etməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 102-ci maddəsi işəgötürənin faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparm ağa borclu olması göstərilir. Bu məcəllənini 79-cü maddəsi isə əmək qabiliyyətini itirən işçinin əmək müqaviləsinin ləğv edilməsini qadağan olmasını bildirir Hansı ki, iddiaç İddiaçı 17 mart tarixində işdə olmamış və bu haqda cavabdeh işəgötürəni məlumatlandırmışdır. Bu haqda Azərbaycan Respublikası X1idd verilən xitam əmrinin ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixində qərarı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin 22-ci maddəsində İddiaçı həmkarlar İttifaqına qoşulmaması barədə heç bir məlumat verməməsi səbəbindən ondan vəsaitin tutulmasının qanuni olması qeyd olunması tamamilə qanunaziddir. Belə ki, Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının qərarına əsasən Həmkarlar ittifaqına qoşulma və vəsaitin tutulması könüllülük prinsipi əsasında həyata keçirilmə lidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müəssisədə çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam edilmişdir. Əmək Məcəlləsinin 143.1 və 144-cü maddələrinin ikinci hissəsinə əsasən, iddiaçı tərəfindən istifadə edilməyən 90 günlük əmək məzuniyyətinə görə və xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixlərdə əmək haqqı, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərinə təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi üçün son haqq-hesab aparılmışd ır. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarən verilmə xitam barədə əmrin surəti almışdır. Bunu bilərək, iddiaçı qəsdən xx.xx.2022-ci il tarixindən başlayaraq 3 günlük (17-19 mart 2022-ci il tarixlərində) xəstəlik vərəqəsi almışdır. İddiaçının nümayəndəsi həmin faktı birinci instansiya məhkəməsində baxışı zamanı da etiraf etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

19. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

20. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfi ndən baxılmağa qəbul edilir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi

22. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi öz ünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəa liyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

23. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya ins tansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 dekabr 2022-ci il tarixli 2(103)7681/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar