Məhkəmə qərarları › İş №2(103)-7681/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7681/2022

06.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7681/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7681/2022 (Açar sözlər: son haqq-hesabın ödənilməsi, işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi) Bakı şəhəri, 06 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X6, cavabdeh 2 saylı X2 baş həkimi X8 iştirakları ilə, İddiaçı cavabdeh 2 saylı X1rşı “son haqq-hesabın ödənilməsi, işə bərpa, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3748/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı cavabdeh 2 saylı X1rşı “son haqq-hesabın ödənilməsi, işə bərpa, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildən 17 mart 2022-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı “Kliniki Psixiatriya” xəstəxanasında əczaçı vəzifəsində işləmişdir. 04 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixində 2 saylı “Kliniki Psixiatriya” xəstəxanası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar xitam verildiyi üçün Azərbaycan Respublikası X14 tərəfindən xx.xx.2022-ci il tarixində İXM-nin 192.6-cı maddəsinin tələblərinə əsasən cavabdehin barəsində inzibati tənbeh verilməsi haqqında qərar qəbul etmiş və iddiaçını işə bərpa etmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə iddiaçıya son haqq-hesab ödənilmiş, lakin pul məbləği və hesablanması qaydası yalnış olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş X14 Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbi pozulmaqla xitam verilmiş, Əmək Məcəlləsinin 79cu maddəsinin tələbləri pozulmuş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab, eləcə də digər ödəmələr iddiaçıya son iş günündə ödənilməli olduğu halda xx.xx.2022-ci il tarixdə ödənilmiş və tam ödənilməmişdir. Bundan başqa, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək kitabçası ona təqdim edilməmiş, hal-hazırki günədək dəfələrlə bu barədə yazılı müraciətlər etməyinə baxmayaraq, əmək kitabçası ona təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdehin X13 məktubunda da qeyd edildiyi kimi qanunun yanlış tətbiq edilməsi nəticəsində 16 mart 2022-ci il tarixində iddiaçının barəsində verilmiş olan xitam əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsinin təmin edilməsi, xx.xx.2022-ci il tarixindən əmək kitabçasının iddiaçıya verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilməsi səbəbindən Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqının ödənilməsinin təmin edilməsi, iddiaçının 2 saylı X4 işlədiyi 1993- 2022-ci illərdə istifadə etmədiyi məzuniyyət günləri hüquqi sənədlər əsasında yenidən hesablanıb təqdim edilməsi və Əmək Məcəlləsinin 144.1-ci maddəsinə əsasən ödəniş edilməsi və ya 1993- 2022-ci iş illəri üçün istifadə etmədiyi 850 təqvim günü məzuniyyətinin pulu – 8000 AZN iddiaçıya ödənilməsi, 2 saylı X2 xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 175.5-ci maddəsinə əsasən qanunun düzgün tətbiq edilməməsi nəticəsində iddiaçıya verdiyi məbləğin məzuniyyət pullarının yenidən hesablanması zamanı nəzərə alınmamasının təmin edilməsi, iddiaçının X9 qoşulmaq istəmədiyi halda onun əmək haqqından razılığı olmadan hər ay tutulan 1%-in qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3748/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (Hakim: Rəşid Səmədov).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsində işə baxılan zaman cavabdeh tərəfindən təqdim edilmiş sənədlər elektron sistemə əlavə edilməklə deyil, yalnız nümayəndə tərəfindən məhkəmə iclas zalında kağız daşıyıcıda təqdim edilmişdir. Məhkəmə tərəfindən həmin kağız daşıyıclarda təqdim edilmiş sənədlərin surəti iddiaçıya təqdim edilməmiş, ümumiyyətlə onların məzmunu barədə məlumatsız olmuşdur. İş materiallarına nəzər yetirən zaman birinci instansiya məhkəməsi tərəfindən işin məhkəmədə hazırlanması mərhələsi başa çatdıqdan cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinin qərarı, eləcə də digər sənədlər əlavə edilmiş, məhkəmə tərəfindən isə qətnamə çıxarılan zaman həmin sənədlərə istinad edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli iclasda işə məhkəmədə baxılmağa hazırlanması mərhələsi başa çatmış, xx.xx.2022-ci il tarixə məhkəmə baxışına iclas təyin edilmişdir. Cavabdeh tərəfindən isə xx.xx.2022-ci il tarixdə həmkarlar ittifaqının sədri tərəfindən təqdim edilmiş məktub, məzuniyyət əmrləri, ödəniş tapşırıqları, əmək haqqı cədvəlinə dair sənədlər elektron sistemə əlavə edilmişdir. Halbuki, ilk gündən etibarən cavabdehin məhkəmə mübahisəsi barədə məlumatı olmuş və bütün məhkəmə iclaslarında nümayəndəsi vasitəsilə təmsil edilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə qətnaməsində iddia ərizəsinə münasibət bildirərək ödənilməmiş məzuniyyət illər üçün iddia müddətinin tətbiq edilməli olduğunu bildirmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2-ci maddələrinə istinad edərək iddiaçının qanunverici tərəfindən müəyyən edilmiş müddət çərçivəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyini, yəni xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ``e`` bəndinə əsasən işdən çıxarılmasını bilməsi, lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsini müddət pozuntusu kimi qiymətləndirmişdir. İddia ərizəsinə əlavə edilmiş həkim epikrizi və xəstəxana sənədlərindən görünür ki, xx.xx.2022-ci il tarixdən sonraki, yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək olan müddət ərzində, həyat yoldaşı X10 əməliyyat olunması, onun xəstəxanada saxlanılması, eləcə də himayəsində olan qardaşı X11 xərçəng xəstəliyindən əməliyyat olmuş və onun tərəfindən qayğı göstərilmişdir. Nəzərə almaq lazımdır ki, hər iki şəxs ağır ürək və xərçəng əməliyyatları keçirmişlər, onlar cərrahi əməliyyatdan əvvəl və sonrakı dövr üçün qayğıya ehtiyacı olan şəxslərdir. Buna baxmayaraq, məhkəmə müddətlə bağlı məsələyə toxunarkən iddiaçının müddət buraxmanın üzürlü hal olması ilə bağlı təqdim etdiyi xəstəxana sənədlərinə ümumiyyətlə qiymət verməmişdir. Hansı ki, həmin hallar Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində birbaşa nəzərdə tutulmuşdur. Bundan başqa qeyd etmək lazımdır ki, məhkəmə qətnaməsində iddiaçının xx.xx.2022-ci il tarixdə işdən çıxması ilə bağlı əmrlə tanış olmasını bir neçə dəfə qeyd etmişdir. Belə ki, qətnamədə həmin tarixdə iddiaçının əmrlə tanış olmasına istinad etmişdir. Halbuki, iş materiallarında ümumiyyətlə iddiaçıya hər hansı əmrin surətinin imza etdirilməklə və ya poçt vasitəsilə çatdırılmasına dair heç bir sübut yoxdur. İddiaçı isə özü həmin tarixdə xəstə olduğunu, xx.xx.2022-ci il tarixdə onun məlumatı olmadan işdən çıxarıldığını, hal-hazırki günədək əmək kitabçasının ona təqdim edilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi isə əmək kitabçasının surətinin təqdim edildiyni bildirmiş, bununla da əmək kitabçasının onlarda olduğunu etiraf etmiş, lakin kitabçanın surətinin hansı qaydada iddiaçıya təqdim edildiyini sübut edən hər hansı faktı məhkəməyə təqdim etməmişdir. Eyni zamdan qeyd etmək lazımdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, işçinin əmək kitabçasını aldığı gün, hüququnun pozulduğunu bildiyi gün hesab edilir. Əmək kitabçası iddiaçıya rəsmi qaydada təqdim edilməmişdirsə məhkəmə tərəfindən müddət pozulması kimi iddia ərizəsinin xx.xx.2022-ci il tarixdə təqdim edilməsinə qiymət verməsi qanunvericiliyin tələbinin pozulmasıdır. Məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilən X14 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubunun 3-cü abzasında cavabdeh 2 nömrəli X7 haqqında inzibati tənbeh edilməsi haqqında və 4- cü abzasında isə qanunvericiliyə uyğun xitam verilmədiyinə görə xitam əmrinin ləğv edilməsi haqqında qərar verildiyi bildirilmişdir. Göstərişin icra olunmaması haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nə ünvanlanmış olan müraciət əsasında ƏƏSMN-dən daxil olan xx.xx.2022-ci il **********2 nömrəli məktubda İddiaçı ilə 2 nömrəli X7 arasında olan əmək münasibətlərinin əmək qanunvericiliyinə əməl etmədən xitam verməsi haqqında əmrin ləğv edilməsi haqqındakı qərarının qüvvədə olması bildirilmişdir. Cavabdeh 2 nömrəli X7 ilə İddiaçı arasında olan əmək münasibətlərinə 17 mart 2022-ci il tarixində xitam vermişdir. Lakin xitam veriləndən hələ də əmək kitabçası təhvil verilməmişdir. Bundan başqa cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənəddə 2 saylı X2 baş həkimi özünün də imzası ilə təsdiq etmişdir ki, xx.xx.2022 tarixində İddiaçı əmək kitabçasının surəti təqdim olunub. Əmək kitabçasının əsli isə hələ də verilməyib. Əmək kitabçasının təhvil verilmədiyindən İddiaçı 7 aydan çoxdur ki, işə düzələ bilmir. Əmək kitabçasının təhvil verilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. X14 Xidmətinin Bakı şəhər idarəsinin **********2 nömrəli məktubunda göstərilən qərarına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi bildirilmişdir. Qanunun tələblərinin düzgün tətbiq olunmaması səbəbilə İddiaçı iş illəri üçün istifadə etmədiyi məzuniyyətlər kompensasiya şəklində verilmişdir. X14 Xidmətinin qərarı ilə İddiaçı işə bərpa edilmişdir. İddiaçı qanunvericiliyin düzgün tətbiq edilməsi səbəbilə ödənilmiş olan kompensasiyanı əsas tutaraq cavabdeh tərəf xx.xx.2022-ci il tarixində İddiaçı əmək müqaviləsinə xitam verən zaman iş illərinə görə istifadə etmədiyi məzuniyyət pullarının ödənişini etməmişdir. xx.xx.2022 - ci il tarixində İddiaçı ilə bağlanmış olan əmək müqaviləsi qanunvericiliyin tələbləri pozularaq - əmək qabiliyyətini müvəqqəti itirən zaman xitam verilmişdir. Bu məsələ ilə bağlı X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən cavabdeh tərəfə inzibati tənbeh tətbiq olunması və İddiaçı xitam əmrinin ləğv edilməsi haqqında məktub ünvanlansa da icra edilməmişdir. Cavabdeh tərəfin İddiaçı məzuniyyətdən istifadə etməsi ilə əlaqədar məhkəməyə təqdim etdiyi məzuniyyət əmrləri reallığı əks etdirmir. Belə ki, məhkəməyə təqdim olunan məzuniyyət əmrlərinin əksəriyyətinin verilməsindən İddiaçı xəbəri olmayıb. İddiaçı bankda olan əmək haqqı hesabından 2009-2022-ci illər üçün çıxarış etdikdə cavabdeh 2 nömrəli X5 təqdim etdiyi məzuniyyət əmrlərin verilməsi zamanı məzuniyyət pullarının ödənilməməsi aşkar edilmişdir. Burdan belə qənaətə gəlmək olar ki, cavabdeh 2 nömrəli X7 tərəfindən İddiaçı qalıq məzuniyyətlərini düzgün hesablamayaraq onun məzuniyyət hüquqlarını pozmuşdur. Qanundan göründüyü kimi Həmkarlar İttifaqına qoşulmaq könüllülük prinsipinə əsaslanmalıdır. Lakin, 2 nömrəli X7 İddiaçı Həmkarlar İttifaqına üzv olmaq istəməməsinə baxmayaraq qanuna zidd olaraq hər ay əmək haqqından Həmkarlar İttifaqına pul köçürmələri etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Baxışova və A.Məmmədova və 2 saylı X2 baş həkimi İ.Əfəndiyev iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

11. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, İddiaçı çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə 75-kv nömrəli əmrlə xitam verilmişdir.

17. Kollegiya iddia tələbinin “xx.xx.2022-ci il tarixindən əmək kitabçasının iddiaçıya verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilməsi səbəbindən Əmək Məcəlləsinin 172.6cı maddəsinə əsasən işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqının ödənilməsinin təmin edilməsi, iddiaçının 2 saylı X4 işlədiyi 1993-2022-ci illərdə istifadə etmədiyi məzuniyyət günləri hüquqi sənədlər əsasında yenidən hesablanıb təqdim edilməsi və Əmək Məcəlləsinin 144.1-ci maddəsinə əsasən ödəniş edilməsi və ya 1993-2022-ci iş illəri üçün istifadə etmədiyi 850 təqvim günü məzuniyyətinin pulu – 8000 AZN iddiaçıya ödənilməsi, 2 saylı X2 xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 175.5-ci maddəsinə əsasən qanunun düzgün tətbiq edilməməsi nəticəsində iddiaçıya verdiyi məbləğin məzuniyyət pullarının yenidən hesablanması zamanı nəzərə alınmamasının təmin edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissələrdə təmin edilməməsi doğru olmuşdur.

18. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Əmək Məcəlləsinin 143.1 və 144-cü maddələrinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 90 təqvim günü üçün işçi ilə dəqiqləşdirilmiş son haqq-hesab aparılmışdır. Eyni zamanda, xx.xx.2022ci il -xx.xx.2022-ci il tarixlərdə əmək haqqı, xx.xx.2021- xx.xx.2022-ci il tarixlərinə təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi üçün son haqq-hesab aparılmışdır.

19. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında ümumiyyətlə iddiaçıya hər hansı əmrin surətinin imza etdirilməklə və ya poçt vasitəsilə çatdırılmasına dair heç bir sübut yoxdur. İddiaçı isə özü həmin tarixdə xəstə olduğunu, xx.xx.2022-ci il tarixdə onun məlumatı olmadan işdən çıxarıldığını, hal-hazırki günədək əmək kitabçasının ona təqdim edilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi isə əmək kitabçasının surətinin təqdim edildiyni bildirmiş, bununla da əmək kitabçasının onlarda olduğunu etiraf etmiş, lakin kitabçanın surətinin hansı qaydada iddiaçıya təqdim edildiyini sübut edən hər hansı faktı məhkəməyə təqdim etməmişdir.

20. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən verilən xitam barədə əmrin surəti təqdim edilmiş, lakin İddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad olunmasını bilərək 3 günlük (17-19 mart 2022-ci il tarixlərində) xəstəlik vərəqəsi almışdır. Bundan başqa, iş materiallarında olan iddiaçının nümayəndəsi Nümayəndə Nəsimi Rayon Məhkəməsinə ünvanladığı ərizədən (i.v. 198) və apellyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı əmək kitabçasının surətini almasını etiraf edir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən məlumatı olmuşdur.

21. Kollegiya iddia tələbinin və apellyasiya şikayətinin “iddiaçının X9 qoşulmaq istəmədiyi halda onun əmək haqqından razılığı olmadan hər ay tutulan 1%-in qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

22. Belə ki, iş materiallarından görünür ki, İddiaçı işlədiyi müddət ərzində Həmkarlar İttifaqına qoşulmaması barədə heç bir məlumat verməmiş, tam əksinə Həmkarlar İttifaqının xidmətlərindən (şənliklərə biletlər və hədiyyələr, rayonlara gəzintilər, maddi yardım və s.) maksimum dərəcədə istifadə etmişdir.

23. Bundan əlavə, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

24. Yuxarıda qeyd edilən müddəalara əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

25. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».

26. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

27. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

28. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

29. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

30. İddiaçı apellyasiya şikayətində həmçinin onu da qeyd etmişdir ki, məhkəmə müddətlə bağlı məsələyə toxunarkən iddiaçının müddət buraxmanın üzürlü hal olması ilə bağlı təqdim etdiyi xəstəxana sənədlərinə ümumiyyətlə qiymət verməmişdir. Hansı ki, həmin hallar Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində birbaşa nəzərdə tutulmuşdur.

31. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən verilən xitam barədə əmrin surəti təqdim edilmiş, lakin İddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad olunmasını bilərək 3 günlük (17-19 mart 2022-ci il tarixlərində) xəstəlik vərəqəsi almışdır. Yəni, iddiaçıya əmrin surəti təqdim edildikdən sonra o, xəstəlik vərəqəsi almışdır. Qanunverici işçinin xəstə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsini istisna etmişdir. Lakin, hazırki mübahisədə əmək müqaviləsinə xitam verildikdən sonrakı tarixdə iddiaçı (işçi) xəstəlik vərəqəsini təqdim etmişdir. Belə olan halda, iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz.

32. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və vurğulayır ki, İddiaçı Cavabdehna qarşı “son haqqhesabın ödənilməsi, işə bərpa, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiasınin təmin edilməməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

33. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirlmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

36. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3748/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar