Məhkəmə qərarları › İş №2(102)-1348/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1348/2024

21.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1348/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 MMC-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 Şəxsi və "xxxx" MMC-yə və birləşdirilmiş iş üzrə iddiaçı Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" MMC-yə qarşı tələbi barədə iddiasına dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ipoteka, ipotekaya xitam verilməsi, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (m əruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər “Azərbaycan Beynəlxalqı Bankı” açıq səhmdar cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ipotekaya xitam verilməsi, protokol və çıxarışın etibarsız hesab edilməsi və sair” tələblərinə və birləşdirilmiş iş üzrə üzrə iddiaçı Maraqlı şəxs1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbi nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2048/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən birinci iş üzrə cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC, birinci iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 və birinci iş üzrə maraqlarına toxunan şəxs və ikinci iş üzrə iddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci iş üzrə:

1. Y-187 nömrəli, xx.xx.2019-cu il tarixli hərracın nəticələrinə dair protokoldan görünür ki, İddiaçı ogluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V. Seryogin küçəsində yerləşən 20 nomrəli fərdi yaşayiş evi Maraqlı şəxs2 tərəfindən “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən 212500 manata almışdır.

2. Mülki iş materiallarında olan 2(003)-1052/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh X1 173200 manat əsas, 115005 manat faiz, 3000 manat dəbbə pulu, cəmi 291205 manat manat pul, 120500 ABŞ dollar əsas, 78937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ipoteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250000 manat müə yyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda X2 və X4 ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. Xəzər rayon Məhkəməsinin qeyd olunmuş Qətnaməsi icraya yönəldilmiş və Xəzər rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi verilmişdir. 3. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 1 aprel 2016-cı il tarixli, 1316 nömrəli bildirişindən görünür ki, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 04 may 2016-cı il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi 250000 manat olmaqla hərraca çıxarmışdır. 4. "xxxx" MMC-nin Xəzər rayon İcra Şöbəsinin rəisinə ünvanladı ğı 08 may 2017-ci il tarixli məktubunun surətindən görünür ki, sifariş məktubu əsasında keçirilmiş hərracda alıcı olmadığı üçün əmlak satılmamış və uyğun qərar qəbul etmək üçün iş Xəzər rayon İcra şöbəsinə geri qaytarılmışdır.

5. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi hərrac vasitəsi ilə satılmamışdır.

6. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 214.6 kv.m yaşayış, 556.4 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşın maz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 8790 nömrəli vərəqində qeydiyyata alınmışdır. 7. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 31 may 2019-cu il tarixli, 610 nömrəli bildirişindən görünür ki, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 25 iyun 2019-cu il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi 250000 manat olmaqla hərraca çıxarmışdır. 8. "xxxx" ASC xx.xx.2021-ci il tarixli tərəfin əvəz edilməsinə dair ərizəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququnun xx.xx.2017-ci il tarixli müqavilə əsasında Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsini nəzərə alaraq, cavabdeh "xxxx" ASC-nin M araqlı şəxs1 QSC Bank olmayan Kredit Təşkilatı ilə əvəz olunmasının və mülki işə cavabdeh qismində Maraqlı şəxs1 QSC Bank olmayan Kredit Təşkilatının cəlb olunmasını xahiş etmişdir.

9. Bakı Şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2300/2021 saylı sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********20 saylı ünvana dair məlumatın və sənədlərin surətinin verilməsi barədə məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi, 20 saylı evi İddiaçı adına xx.xx.2008-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)1052/2013-cü il tarixli qətnaməsinə, Hərracın nəticələri haqqında Y-187 nömrəli protokoluna, Hərrac ın yekunları üzrə əmlakın alğı-satqı barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Maraqlı şəxs2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

10. Bakı Şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 355 saylı Sərəncamından görünür ki, Buzovna qəsəbəsində vətəndaş İddiaçı tikdiyi 2 mərtəbəli, zirzəmilli, mansardalı 7 yaşayış otağa sahəsi-214,6m2, köməkçi sahə-556,3m2, zirzəmi-106,1m2, kürsü-17,1m2, torpaq sahəsinin tikili olmayan cəmi torpaq sahəsi400m2 –dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmış. Bakı şəhər XDS İK-nin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, vətəndaş İddiaçı adına reyestrdən çıxarış və texniki pasport verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin Bakı Ərazi İdarəsindən xahiş edilmişdir.

11. Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsindəki nümayəndəliyinin xx.xx.2008-ci il tarixli, 263 saylı arayışından görünür ki, V.Seryogin küçəsi ev 20 ünvanındakı mülk İddiaçı məxsusdur.

12. Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 10 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, Xəzər rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında İddiaçı məxsus ünvan 3 ünvanındaki əmlak Maraqlı şəxs2 satılmışdır. Əmlakın ilkin satış qiyməti 250000 manat müəyyənləşdirilmişdir. Əmlakın satılmış son qiyməti 212500 manat olmuşdur. 13. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin Hərracın nəticələri haqqında Y-187 nömrəli protokolundan görünür ki, Xəzər rayon İcra və Probasiya şöbəsinin sifarişi və “Əmlak İxtisaslaşdırılm ış Hərrac Mərkəzi" MMC-nin təşkilatçılığı ilə İddiaçı məxsus ünvan 3 ünvanındaki əmlak Maraqlı şəxs2 satılmışdır. Əmlakın ilkin satış qiyməti 250000 manat müəyyənləşdirilmişdir. Əmlakın satılmış son qiyməti 212500 manat olmuşdur.

14. Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 9253/11B saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlandığı məktubundan görünür ki, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin Y-187 saylı, xx.xx.2019-cu il tarixli nömrəli protokoluna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi hərracda qalib alıcı Maraqlı şəxs2 tərəfindən alınmışdır. Ona görə də, məktubda xahiş olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sery ogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi İddiaçı adından çıxarılıb Maraqlı şəxs2 adına rəsmiləşdirilsin.

15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 185993 saylı Çıxarışından görünür ki, ünvan 3 ünvanındakı əmlak Maraqlı şəxs2 adına rəsmiləşdirilmişdir. İkinci iş üzrə

16. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarın surətindən görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-1052/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır.

17. Xəzər rayon İcra Şöbəsi tərəfindən borclu X3, surəti borclu İddiaçı, tələbkar "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2014-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-1052/2013 saylı. xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən X1 173200 manat məbləğində əsas kredit borcu, 115005 manat məbləğində faiz borcu, 3000 manat məbləğində dəbbə pulu, cəmi 291205 manat məbləğində pul, 120500 ABŞ dolları məbləğində əsas kredit borcu 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu cəmi 201467 ABŞ dolları məbləğində borc həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Tutma İddiaçı tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. Həmin ev İddiaçı sahibliyindən alınaraq açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, evin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 250000 manat müəyyən edilməli, evin satışından əldə olunmuş vəsaitdən 173200 manat məbləğində əsas kredit borcu 115005 manat məbləğində faiz borcu 3000 manat məbləğində dəbbə pulu cəmi 291205 manat məbləğində borc, bundan başqa 120500 ABŞ dolları məbləğində əsas kredit borcu 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu,cəmi 201467 ABŞ dolları məbləğində borc həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nə ödənilməlidir.

18. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə bildirişin surətindən görünür ki, Banka kredit borcu olan X2, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində ye rləşən 20 nömrəli evi keçirilən hərraclar zamanı satılmamışdır (evin ilkin satış qiyməti - 250.000 manat, satış qiyməti – 159.375 manat). AR Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və “İpoteka haqqında” AR Qanununun 43.7,43.8-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanılması banka təklif olunur. “İpoteka haqqında” AR Qanununun 43.8ci maddəsinə əsasən “ipotekasaxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir”. Bildirirlər ki, xx.xx.2016-cı il tarixədək əmlakı almadığı halda iş sifarişçi icra şöbəsinə qaytarılacaqdır. AR Mülki Məcəlləsinin 319.3-cü və 398-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan alıcı qismində çıxış etdiyi üçün icra işini icra şöbəsinə qaytarma tarixinə qədər hərr ac təşkilata xidmət haqqı ödəməlidir. 19. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlandığı xx.xx.2016cı il tarixli 2427 saylı bildirişdə “X24” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 saylı evin, Şəmkar şəhəri, C.Cabbarlı küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinin və Quba rayonu, 2 Nüqədi kəndində yerləşən 1,36 ha torpaq sahəsinin alınması üçün müqavilələrinin bağlanması Banka təklif olunmuşdur. Nəzərinə çatdırırlar ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazları yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməsi xahiş edilmişdir. 20. "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit X5 sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə aşağıdakı məzmunda xx.xx.2016-cı il tarixli 13/2573 nömrəli məktub göndərilmişdir: "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlandığı xx.xx.2016-cı il tarixli 2427 saylı bildirişdə “X24” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 saylı evin, Şəmkar şəhəri, C.Cabbarlı küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinin və Quba rayonu, 2 Nüqə di kəndində yerləşən 1,36 ha torpaq sahəsinin alınması üçün müqavilələrinin bağlanması Banka təklif olunmuşdur. Nəzərinizə çatdırırıq ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazı yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməyinizi xahiş edirik.” 21. "xxxx" MMC tərəfindən Banka verilən məlumata əsasən, bankın xx.xx.2021-ci il tarixli məktublarına cavab olaraq bildirmişlər ki, daxili arxiv qaydalarına uyğun olaraq 2016-cı ilin qəbzləri (həmçinin 836690 kodlu qəbz) məhv edilmişdir, lakin şirkətin informasiya sistemindən əldə olunan məlumata əsasən, 836690 nömrəli qəbz "xxxx" ASCdən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15.00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

22. AR DiN Baş Dövlet Yol Polisi İdarəsinə xx.xx.2023-cü il tarixli, 3-xxxx/299462/2023 nömrəli cavab mektubundan aydın olur ki, yuxarıda qeyd olunmuş "X24" markalt, 90- RC-579 dovlet qeydiyyat nişanlı avtomobil 17.07.2012-ci il tarixde gömrük bəyannaməsi 455330 nömrəli hesab-arayış əsasında X6 adına qeydiyyata alınaraq "Azərbaycan Beynalxalq Bankı" SKB-nin Sənaye filialının xeyrinə yüklü edilmiş və "Azərbaycan Beynalxalq Bankı" SKB-nin xx.xx.2016-cr il tarixli 19/1868 nömreli mektubu esasında ipotekadan azad edilmiş və həmin gün Y-292 nömrəli hərrac protokolu əsasında X6 adından qeydiyyatda n çıxarılaraq X9 adına rəsmiləşdirilmişdir.

23. DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, hərrac təşkilatının banka teklif etdiyi ipoteka predmetlerinden digəri – ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evine dair daşınmaz əmlakın dövlet reyestrində 2016-2018-ci illər ərzində mülkiyyət huququ barədə dövlət qeydiyyatı aparılmamış, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3096/2022 nömrəli qərarı və JN-185A saylı "Torpağın mülkiyyətə verilmesine dair şəhadətnamə esasında 15 fevral 2023-cü il tarixli ümumi birge mülkiyyet hüququnu təsdiq edən çıxarış verilmişdir.

24. Gəncə İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(114)-3096/2022 saylı qərarından görünür ki, yuxarıda qeyd olunmuş daşınmaz əmlakla bağlı artıq xx.xx.2013-cü il tarixdə Y-304 nömrəli protokol imzalanmış və həmin daşınmaz əmlak ipoteka saxlayan "xxxx" ASC-nin mülkiyyətinə keçmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-153/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə daşınmaz əmlakla bağlı artıq xx.xx.2013-cü il tarixdə Y-304 nömrəli protokol və hərracın yekunlarına dair əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat

25. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ogluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması eyni zamanda Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y187 saylı Protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Maraqlı şəxs2 ogluna verilmiş mülkiyyət hüququna dair çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2016-cı ildə keçirilmiş hərrac üzrə Bank ipoteka predmetini əldə etmədiyindən ipoteka qoyan kimi onun “İpoteka haqqında” Qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam v erilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İcra şöbəsi isə qanuna zidd olaraq xx.xx.2019-cu il tarixli məktubla ipoteka predmeti ilə bağlı təkrar hərrac keçirilməsi barədə yenidən sifariş vermiş və hərrac təşkilatı da həmin sifariş əsasında xx.xx.2019-cu il tarixdə ilkin və xx.xx.2019-cu il tarixdə təkrar hərrac keçirmişdir. Nəticə etibarı ilə, ipoteka predmeti qeyri-qanuni olaraq xx.xx.2019-cu il tarixli hərracın nəticələri barədə protokolla Maraqlı şəxs2 satılmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan hər hansı əsasla yeni hərracın keçirilməsi qanuna zidd hesab edilməlidir.

27. Bank 4 oktyabr 2021-ci il tarixli ərizə ilə məh kəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən problemli kreditlər üzrə tələb hüququnu Aqrarkredit QSC-yə güzəşt etdiyini bildirmiş, özünün əsl cavabdeh Maraqlı şəxs1 QSC ilə əvəz edilməsini xahiş etmişdir. 4 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin təmin olunmasına etiraz edərək, Bank tələb hüququnu versə belə, əmlakın sənədlərdə onun adına yüklü olunduğunu bildirmişdir. Cavabdehin əsl cavabdehlə əvəz olunmasına iddiaçının razılığı olmadığından məhkəmə tərəfindən ərizə təmin olunmamışdır.

28. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, X3 məxsus kredit dosyesi X12 Kreditə 22 yanvar 2018-ci ildə ötürülmüşdür. Bu dosye ötürülən zaman birinci hərracla bağlı sənədlərin içərisində he ç bir sənəd olmamışdır və hal-hazırda da yoxdur. Onlarda yalnız 2019-cu ildə baş tutmuş hərracla bağlı sənədlər var.

29. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 arasında tərtib olunmuş Y-187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

30. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “İpoteka haqqı nda” Azərbaycan Respublikasının Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarın da beh ödəməlidir. (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). İpoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər (maddə 43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı. İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulm uş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunu n tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır.

31. Məhkəmə həmçinin qeyd etmişdir ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir.

32. Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Məhkəmə qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddia tələbləri bi-biri ilə bağlı olan tələblər olduğu üçün qeyd edilən tələbə, yəni alğı satqı müqaviləsinin etibarsızlığının nəticələri ilə bağlkı 1 illik müddət şamil edilməməlidir.Həmçinin məhkəmə hesab etmişdir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı qətnamənin surətini əldə edərək ipoteka üzərində dövlət qeydiyyatının ləğvi barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinə müraciət etməli, əgər inzibati orqan bundan imtina edərsə, onun üzərinə müvafiq vəzifə qoyulması ilə bağlı inzibati icraat qaydasında iddia qaldıra bilər. Eyni qaydada, hazırkı qətnamə ilə ipoteka müqaviləsinə xitam verildiyindən sənədlərin geri qaytarılması ilə bağlı Banka müraciət edilməli, əgər bundan imtina edilərsə müvafiq iddia qaldırılmalıdır.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 317.1, 317.2, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42, 43.1.1, 43.1.3, 43.1.4, 43.4-43.8, 48-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci iş üzrə icraat

34. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmu şdur ki, qeyd etmişdir ki, ipoteka predmetləri ilə bağlı iki dəfə hərrac təyin edilmiş, daha sonra hərrac mərkəzi xx.xx.2016-cı il tarixli, 2427 nömrəli bildirişdən müəyyən edilir ki, "xxxx" ASC-yə ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə məlumat verilərək bildirirlmişdir ki, xx.xx.2016-cı il tarixədək əmlakın alınmadığı halda işin sifarişçi icra şöbəsinə geri qaytarılması barədə xəbərdarlıq edilmiş, həmin məktuba cavab olaraq "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubala "xxxx" MMC-yə bildirilmişdir ki, “sözügedən əmlakların qeyd olunmuşqiymətlərlə,yəni təkrarhərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə Bank tərəfindən alınmasına heç bir etiraz yoxdur. Bundan başqa Bank həmin məktubda “Bank tərəfindən ipoteka predmetlə rinin əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilmiş, lakin müqavilə hərrac mərkəzi tərəfindən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı bir müqavilə təqdim edilməmişdir. Belə olduğu təqdirdə də Xəzər Rayon Məhkəməsinin qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı Xəzər Rayon İcra Şöbəsi tərəfindən lazımi tədbirlər görülməyərək icra işi başa çatdırılmamışdır. Bundan sonra borclu şəxs X3 dair sənədlər S-FK-1179 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən Maraqlı şəxs1 QSC -yə verilmiş, araşdırma aparılarkən, icra sənədi icra edilmədiyindən onların ərizəsi əsasında təkrar icra şöbəsinə göndərilmiş və hərrac keçirilmişdir. Hesab edir ki, hərrac qanunun tələblərinə uyğun olmuşdur. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

36. Cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC də qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

37. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, birinci dəfə keçirilmiş iki hərracda əmlak satılmadığından hərrac təşkilatı tərəfindən Banka müqavilənin bağlanılması təklif olunmuş, həmin bildirişə cavab olaraq bank tərəfindən xx.xx.2016-cı il tarixdə "xxxx" Mərkəzi MMC-yə ipoteka predmetlərinin əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixinin müəyyənləşdirilib Banka rəsmi məlumat ve rilməsi ilə bağlı məktub göndərilmişdir. Əlavə olaraq, onlar tərəfinfən xx.xx.2021-ci il tarixdə “Famko Kuryer və Kargo" Məhdud Məsuliyyətli Cəmiyyəti-nə “xx.xx.2016-cı il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən "xxxx" MMC-yə 836690 nömrəli qaimə ilə məktub göndərilmişdir. Hal-hazırda məhkəmə mübahisəsində yaranmış zərurətlə əlaqədar olaraq, həmin qaimənin çatdırılma qəbzini Banka göndərilməsi ilə bağlı” məktub göndərilmiş, adı çəkilən şirkət tərəfindən verilən məlumata əsasən məktub "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuriyer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15:00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Məlumdur ki, “İpoteka haqqında” qanunda qeyd edilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmeti nin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, "xxxx" ASC-nin qanunvericiliyin tələblərinə tam əməl edərək, hərrac təşkilatına müvafiq protokolun imzalanması ilə bağlı məktub ünvanlamasına baxmayaraq, "xxxx" MMC öz üzərinə düşən öhdəliyi icraetməmiş, icra etməməsinin səbəbləri barədə hər hansı məlumat daxil olmadığından, Bank ipoteka predmeti olan əmlakı almaq imkanından məhrum olmuşdur. Həmçinin əmlakın ipotek ilə yüklü edildiyi kredit müqaviləsinə əsasən, tələb hüququ Maraqlı şəxs1 QSC-yə keçdiyindən, hesab etmişdir ki, hal-hazırda həmin mənzillə bağlı hər hansı hüququn mübahisələndirilməsi "xxxx" ASC-nin marağında olmadığından, "xxxx" ASC bu mülki iş üzrə əsl olmayan cavabdehdir. Xəzər rayon icra və probasiya Şöbəsindən qeyd olunan icra işinin məhkəməyə göndərilməsinə dair vəsatət verilsə də, məhkəmə zamanı həmin icra işinin göndərilib-göndərilməməsi əhəmiyyətli faktor kimi nəzərə alınmamışdır.

38. Maraqlı şəxs1 QSC BOKT apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia tələbinə baxılarkən maraqlarına toxunan tərəf olaraq nə Maraqlı şəxs1 QSC BOKT, nə də ki Maraqlı şəxs2 işə cəlb olunmamışdır. Həmçinin digər iki cavabdehlər Cavabdeh2 MMC və "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin apellyasiya şikayətlərinə uyğun olaraq "xxxx" MMC tərəfi ndən "xxxx" ASCnin xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubuna heç bir cavab verilmədiyinə, bunun nəticəsində ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş sübyektiv hüququnu həyata keçirə bilməməsinə istinad etmişdir.

40. Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə, ona qarşı iddia tələbini təmin etmiş, onunla bağlı hərracı, tərəf olduğu alğı-satqı müqaviləsini, onun konstitusion hüququnu - mülkiyyət hüququnu (çıxarışını) etibarsız hesab etməklə ləğv etmiş, ancaq, onu işə cəlb etməmiş, ciddi prosessual p ozuntularla düzgün olmayan qətnamə çıxarmışdır. O, vicdanlı alıcıdır.

42. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3288/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Banka yönələn hissəsi ilə bağlı qeyd etmişdir ki, Bank tələb hüququnu Maraqlı şəxs1 QSC-yə güzəşt etdiyindən iş üzrə cavabdeh məhz həmin QSC-dir. Bank cavabdehin əvəz edilməsi ilə bağlı ərizə vermiş, lakin məhkəmə ərizəni nəzərə almamışdır. Halbuki, hər hansı iddia tələbi yalnız həmin iddiaya cavab verməli ol an şəxsə qarşı irəli sürüldükdə təmin edilə bilər. Əgər iddia əsl olmayan cavabdehə qarşı verilmişdirsə, birinci instansiya məhkəməsi bu zaman həmin hüquqi məsələni tərəflərlə müzakirə edərək iddiaçının razılığı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll edə bilər. İddiaçı buna razı olmadıqda isə məhkəmə irəli sürülmüş tələblər üzrə işə baxmalıdır (MPM-in 54-cü maddəsi). Hazırkı işdə iddia əsl olmayan cavabdehə qarşı verilmiş, məhkəmə isə bu məsələni tərəflərlə müzakirə etmədən prosessual hüquq normalarını pozmaqla əsl olmayan cavabdehə qarşı verilmiş iddianı təmin etmişdir. Odur ki, iddia buna cavab verməli olmayan şəxsə qarşı verildiyi üçün həmin hissədə rədd edilməlidir.

44. Məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı halda ipoteka müqaviləsinə xitam verilməsi üçün ü mumiyyətlə əsas yoxdur. Belə ki, Hərrac Mərkəzinin xx.xx.2016-cı il tarixli, 2427 nömrəli bildirişindən müəyyən edilir ki, Banka ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə məlumat verilərək, xx.xx.2016-cı il tarixədək əmlakın alınmadığı halda işin sifarişçi İcra şöbəsinə qaytarılacağı bildirilmiş, Bank tərəfindən isə xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı qiymətlərlə alınmasına heç bir etiraz yoxdur, alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilir. X23 tərəfindən Banka hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı müqavilə göndərilməmişdir. Göründüyü kim i, Bank “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka predmetinin əldə olunması ilə əlaqadər öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi halda, Hərrac Mərkəzi və ya icra məmurunun hərəkətsizliyi nəticəsində bunun baş verməməsi ipoteka saxlayanın ziyanına təfsir edilərək ipotekaya xitam verilə bilməz. Bu baxımdan, sonrakı hərracların keçirilməsi iddiaçının deyil, tələbkar olaraq ipoteka saxlayan Bankın (hazırkı halda isə Maraqlı şəxs1 QSC-nin) hüquqlarının pozulması ilə nəticələnmiş olur.

45. Digər tərəfdən, Maraqlı şəxs1 QSC tərəfindən Bankdan problemli aktivlərin satın alınması ilə bağlı borcluya dair sənədlər təhvil alındıqdan sonra xx.xx.2018-ci il tarixdə QSC-nin törəmə müəssisəsi olan Cavabdeh2 MMC tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli icra s ənədi icra edilməmiş və İcra şöbəsi tərəfindən “İcra Haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. İcra sənədinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq, borclu tərəfindən heç bir üzrlü səbəb olmadan sözügedən qətnamə icra edilməmişdir. Adı çəkilən MMC xx.xx.2018-ci il tarixli, 1472 nömrəli məktubla məhkəməyə müraciət edərək, sözügedən icra vərəqəsinin təkrarən icraya yönəldiməsini xahiş etmiş və məhkəmə tərəfindən icra vərəqəsi yenidən icraya yönəldilmişdir.

46. Bundan başqa, birinci instansiya məhkəməsi hərracın yekunları barədə Y-187 saylı protokolun və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməklə ləğv edilməsi nəticəsinə gələrkən nəzərə almamışdır ki, iş üzrə belə bir tələb olmamışdır. Tələb hərrac protokolunun və hərracın hüquqi nəticələrini n etibarsız hesab edilməsi barədə olmuşdur. Əqdin etibarsızlığının və ləğvinin hüquqi nəticələrinin fərqli olmasına baxmayaraq, məhkəmə bu hala ümumiyyətlə aydınlıq gətirməmişdir. Halbuki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

47. Məhkəmə kollegiyası vurğulamışdır ki, qanunvericiliyin tələbi baxımından ipoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə, ipoteka əqdin bir növü olduğuna gör ə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir.

48. Kollegiya, həmçinin qeyd etmişdir ki, Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərrac qanunsuz hesab edilmiş olsa belə, Maraqlı şəxs2 mənzili əldə etməsi qanunsuz hesab edilə bilməz, ona görə ki, həmin şəxsin hərracın qanunsuz olub-olmamasından məlumatı ola bilməzdi. Odur ki, Maraqlı şəxs2 hazırki işin halları baxımından vicdanlı əldə edən şəxs olduğundan onunla Hərrac Mərkəzi arasında tərtib olunmuş Y-187 saylı protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilə bilməz. Belə olan halda, həmin p rotokol əsasında daşınmaz əmlakın dövlət reyestrindən onun adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğvi üçün də hər hansı əsas mövcud deyil.

49. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 317.2, 324.1, 324.2, 329.1, 329.2, 331.1, 337.1, 337.3, 337.4-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 42.1 və 43-cü maddələrinə, “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci iş üzrə icraat

50. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

51. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin kredit borcunun güzəşt edilməsinə görə Bankın hazırkı iddia üzrə cavabdehlik daşımaması barədə mövqeyi əsassız olmuşdur. Belə ki, iddia tələbi kredit borcunun silinməsi ilə deyil, ipotekaya xitam verilməsi ilə bağlı olduğundan və dövlət reyestrində ipoteka saxlayan kimi Bank qeydiyyata alındığından məhz Bank özü bu tələb üzrə cavabdehlik daşıyır. Digər tərəfdən, məhkəmə X13 təklifinə cavab məktubunu əsas götürərək, onun tərəfindən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinin pozulmadığını bildirsə də, Qanunun 46.1-ci maddəsində “ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə olunması” anlayışına izah verilmişdir. Normadan da göründüyü kimi, “ipoteka predmetini əldə etmək” termini məhz alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunması və ya təkra r hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun imzalanmasını ehtiva edir. Bankın formal olaraq təklifə bu formada cavab yazması ipoteka predmetinin əldə olunması kimi başa düşülə bilməz. Bu, həm də hüquqdan sui-istifadədir. Belə ki, Bankın kifayət qədər vaxtı olsa da, yekun protokolun bağlanması üçün heç bir təşəbbüs göstərməməsi, əksinə hərəkətsizlik nümayiş etdirməsi ancaq hüquqdan sui-istifadə ola bilər.

52. Apellyasiya məhkəməsinin hərrac təşkilatını və icra məmurunu hərəkətsizlikdə ittiham etməsi də tamamilə absurd yanaşmadır. Əvvəla, Hərrac Mərkəzinin təklif məktubunu göndərməsi ilə kredit borcunun Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsi arasında 1 ildən çox vaxt olmuşdur ki, bu müddət ərzində Bankın hər hansı səla hiyyətli nümayəndəsinin hərrac təşkilatına gedə bilməməsi inandırıcı deyil. İcra məmuruna gəldikdə isə, nə hərracın nəticələrinə dair yekun protokola, nə də yekun alğı-satqı müqaviləsinə icra məmuru imza etmir. İcra məmuru yalnız hərracın sifarişçisidir, onun hərracla bağlı məsuliyyəti yalnız bundan ibarətdir. Həmçinin, apellyasiya məhkəməsi Maraqlı şəxs2 əmlakı vicdanlı əldə edən kimi təqdim etsə də, məhkəmə iclasında tərəfindən həmin şəxsin Bankla və ona aidiyyəti şəxslə bağlılığı haqqında məlumat verilmiş, lakin məhkəmə kifayət qədər ciddi olan bu fakta heç bir əhəmiyyət verməmişdir. Eyni zamanda, Bankın xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubunun surəti məhkəməyə təqdim olunmamış, məhkəmə isə kifayət qədər ciddi prosessual pozuntuya yol verərək, həmin məktubu sübut kimi qəbul etmişdir.

53. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4553/2022 nömrəli, 21 dekabr 2022ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Vəliyeva (məruzəçi), A.Abbasov və E.Şamayev) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

54. Kassasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bankın iddiası üzrə kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra keçmiş mülkiyyətçinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk e tmədikdə oradan məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 2016-cı ildə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, tələbkar da onu əldə etməmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixli məktubla icra vərəqəsini “İcra haqqında” Qanunun 23.1.5-ci və “İpoteka haqqında” Qanunun 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır.

55. Bank qeyd olunan icra vərəqəsi üzrə tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSC-yə güzəşt etmiş, bundan sonra həmin QSC-nin müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilmiş və İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla icra sənədi hərrac keçirilməsi üçün hərrac təşkilatına göndərilmiş, Hərrac Mərkəzi tərəfind ən ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2019-cu il tarixə təyin edilmiş ilk hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 15% aşağı salınaraq 212.500 manat müəyyən olunmaqla, xx.xx.2019-cu il tarixə təyin edilmiş təkrar hərracda əmlak Maraqlı şəxs2 tərəfindən əldə olunmuş, həmin tarixdə bu barədə Y-187 saylı hərracın yekunları barədə protokol tərtib edilməklə alqı-satqı müqaviləsi bağlanmış və əmlak xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir.

56. Hazırda iddiaçı - ipoteka qoyan 2016-cı ildə keçirilmiş hərracın baş tutumamış elan edilməsindən sonra ipoteka predmetin tələbkar – ipoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş müddət ərizində əldə olunmadığını və eyni əmlakla bağ lı 2019-cu ildə yenidən keçirilmiş hərracın qanunsuz olduğunu bildirərək, həmin hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və ipoteka xitam verilməsi barədə mübahisə açmışdır.

57. Cavabdeh Bankın iddaya qarşı etirazları həmin icra sənədi üzrə tələb hüququnu güzəşt etdiyindən iş üzrə əsl cavabdeh olmadığı və 2016-cı ildə keçirilmiş hərrac baş tutmadıqdan sonra hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifinə qanunla müəyyən edilmiş müddətdə razılıq məktubu göndərməsinə baxmayaraq, hərrac təşkilatının hərəkətsizliyi ucbatından müqavilə bağlanmasının mümkün olmadığı yönündə olmuşdur.

58. Apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazları ilə razılaşaraq, iddianı rədd edərkən hazırkı iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına, Bank 2016-cı ildə keçirilmiş hərrac üzrə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka predmetinin əldə olunması ilə əlaqadər öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi, alqı-satqı müqaviləsinin Hərrac Mərkəzi və ya icra məmurunun hərəkətsizliyi nəticəsində bağlanmadığına istinad edərək, hazırkı halda ipoteka xitam verilməsi üçün ümumiyyətlə əsaslar olmadığı, sonrakı hərracların keçirilməsinin isə iddiaçının deyil, tələbkar olaraq ipoteka saxlayan Bankın (hazırkı halda isə Maraqlı şəxs1 QSC-nin) hüquqlarının pozulması ilə nəticələnmiş olması nəticəsinə gəlmişdir.

59. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

60. İlk növbədə qeyd olunmalıdır ki, MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

61. Həmin Məcəllənin 54.1 və 54.2-ci maddələrinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

62. İddiaçı hazırda daşınmaz əmlakın dövlət reystrində ipoteka saxlayan kimi Bankın qeyd olunduğuna istinad edərək, ipotekaya xitam verilməsi tələbini ona qarşı, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbini isə Hərrac təşkilatına qarşı qaldır mışdır.

63. Apellyasiya məhkəməsi Bankın tələb hüququnu Aqrarkredit QSC-yə güzəşt etdiyinə istinad edərək iş üzrə əsl cavabdehin həmin QSC olduğunu bildirsə də, nəzərə almamışdır ki, ipoteka məhdud əşya hüququ olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla əmələ gəldiyindən, reyestrdə bununla bağlı dəyişiklik edilənədək adına qeydiyyat aparılan şəxs həmin hüququn sahibi olmaqla, bu hüquqla bağlı qaldırılmış istənilən iddia üzrə cavabdeh də həmin şəxs hesab edilir.

64. Baxılan işdə Bankın tələb hüququn güzəşt edilməsindən sonra ipotekaya dair adı çəkilən QSC-nin xeyrinə dövlət reyestrində qeydiyyat aparılıb-aparılmadığı istiqamətində hər hansı araşdırma aparılmamış, məhkəmə yalnız cavabdeh Bankın etirazının dəlillərini əsas götürməklə ipoteka xitam verilməsi tələbinin əsl olmayan c avabdehə qarşı qalıdırıldığı qənaətinə gəlmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur.

65. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən ipoteka haqqında qanunvericilikdə yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin qanuna zidd hesab edilməlidir. Bəzən təcrübədə müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təsadüf edilir. Plenum, bununla bağlı qeyd etmişdir ki, təkrar hərrac adı i lə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar.

66. Hazırkı işdə 2016-cı ildə keçirilmiş iki hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə tələbkar tərəfindən əldə edilməmiş və icra sənədi icra olunmadığından məhkəməyə geri qaytarılmışdır. Lakin 2019-c u ildə icra sənədi yenidən icraya yönəldilərək, ipoteka predmeti üzrə yeni hərraclar keçirilməklə, əmlak satılmışdır ki, bu da yuxarıda qeyd olunan hüquqi mövqelərə ziddir.

67. Bu qənaətə gələrkən, Kollegiya onu da vurğulamışdır ki, eyni ipoteka predmetinə dair iki hərracın keçirilməsindən sonra yeni hərracın nəticələri yalnız o halda etibarlı hesab edilə bilər ki, əvvəl keçirilmiş hərraclar etibarsız olmuş olsun. Baxılan işdə isə ipoteka saxlayan tərəfindən nə əvvəllər bu istiqamətdə hər hansı məhkəmə mübahisəsi açılmamış, nə də ona qarşı yönəlmiş ipoteka xitam verilməsi barədə hazırkı iddiaya qarşı tələb və ya etiraz olaraq bu istiqamətdə hər hansı dəlillər irəli sürülməmişdir. Belə ki, Bankın etirazının dəlilləri 2016-cı ildə keçirilmiş hərracların qanuni olub-olmadığı ilə deyil, Hərr ac təşkilatının bundan sonrakı hərəkətləri ilə bağlı olmuşdur.

68. Məhkəmə kollegiyası 2016-cı ildə keçirilmiş hərrac baş tutmamış hesab edildikdən sonra ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş müddətdə əldə edib-etmədiyi barədə mübahisənin maddi hüquqi həlli ilə bağlı isə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan Qərardadındakı hüquqi mövqelərə əsasən bildirmişdir ki, qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.

69. Baxılan işdə olduğu kimi, ə gər ipoteka saxlayan əmlakın əldə edilməsinin qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmadığına istinad edirsə, belə hallarda ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər.

70. İpoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüs usi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz.

71. Apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd edərkən, həm də ipoteka predmetini 2019-cu ildə keçirilmiş təkrar hərracdan əldə etmiş Maraqlı şəxs2 vicdanlı əldə edən olmasına istinad etmiş, lakin bu hissədə də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

72. Vicdanlılıq reyestr məlumatlarına güvənərək əşya hüququ qazanan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmişdir. Hazırkı halda isə əldə edən reyestr məlumatlarına deyil, hərrac təşkilatı tərəfindən keçirilən hərracın qanuniliyinə güvənərək hüquq əldə etmişdir ki, bu halda hərracın məhkəmə tərəfindən etibarsız hesab edilməsi onun vicdanlı əldə edən kimi tanınmasını istisna etməklə, etibarsız əqdin nəticələrinin tətbiq olunması və düşdüyü zərərin əvəzini tələb etmək hüquqlarını əmələ gətirir.

73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

74. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə müvafiq araşdırma aparılmalı və düzgün məhkəmə aktı qəbul edilməlidir.

75. Məhkə mə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3, 42.1, 43.1, 43.2, 43.3, 43.5, 43.6, 43.7-1, 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. ç) Birləşdirilmiş iş üzrə birinci instansiya məhkəməsində icraat

76. İddiaçı Maraqlı şəxs1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi İddiaçı tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləçən 20 nömrəli fərdi yaşayış evinin hazırki ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

77. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli, 2(003)-1052/2013 saylı qətnaməsi əsasında ipoteka predmeti əvvəlcə "xxxx" MMC tərəfindən 2016-cı ildə iki dəfə hərraca çıxarılmış, hər iki hərrac baş tutmamış, sonda ipoteka predmeti banka təklif olunmuş, bununla bağlı ona təklif məktubu da göndərilmiş, bank da öz növbəsin də xx.xx.2016-cı il tarixli məktubla təklifə müsbət cavab vermiş, lakin tərəflər arasında nə alqı-satqı müqaviləsi, nə də yekun protokol bağlanılmamışdır. xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin X3 qarşı tələb hüququ Maraqlı şəxs1 QSC BOKT-a keçmişdir. Maraqlı şəxs1 QSC BOKT sonradan Xəzər Rayon Məhkəməsinə məktub ünvanlayaraq icra vərəqəsinin təkrarən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Nəticədə icra vərəqəsi təkrarən icraya yönəldilmiş, yuxarıda göstərilən ipoteka predmeti xx.xx.2019-cu il tarixdə üçüncü dəfə hərraca çıxarılmış, həmin hərracda da satılmamış,xx.xx.2019-cu il tarixdə dördüncü dəfə hərraca çıxarılmış, bu dəfə isə 212500 manata Maraqlı şəxs2 satılmışdır. Bununla bağlı xx.xx.2019-cuil tarixli hərracın nəticələrinə dair yekun protokol imzalanmış və Maraqlı şəxs2 m ülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

78. Bundan sonra ipoteka qoyan İddiaçı cavabdehlər "xxxx"ASC-yə, Cavabdeh2 MMC-yə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin 2(009)2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, hazırda həmin qətnamədən cavabdehlər Cavabdeh2 MMC, "xxxx"ASC və maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 QSC və Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

79. Bütün qeyd olunanlar bir daha onu göstər ir ki, həmin qətnamənin icrası ilə bağlı hərrac təşkilatı tərəfindən 2016-cı ildə hərrac keçirilərkən “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinin tələblərinə düzgün riayət edilməmiş, "xxxx" ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka əmlakını əldə etmək və bununla bağlı protokol imzalamaq barədə razılığı olmasına və bu barədə Hərrac təşkilatına yazılı şəkildə məktub göndərilməsinə baxmayaraq, həmin razılıq məktubuna Hərrac təşkilatı tərəfindən heç bir münasibət bildirilməmiş, "xxxx" ASC ilə protokol imzalanmamış, son nəticədə Hərrac təşkilatı həmin protokolu imzalamaqdan yayınmışdır.

80. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən X2 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ "xxxx" ASCdən Maraqlı şəxs1 QSC- yə ötürüldüyü andan həmin borcun təminatı olan ipoteka üzrə tələb hüququ da "xxxx" ASC-dən Maraqlı şəxs1 QSC-yə ötürülmüşdür, yəni, X2 borcunun təminatı olaraq ipotekaya qoyulmuş və Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutmanın yönəldiyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi ilə bağlı tələb hüququ artıq Maraqlı şəxs1 QSC-yə məxsusdur.

81. Səbail Rayon Məhkəməsinin 2(009)-795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə iddia təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər r ayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırki ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokol cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilmişdir.

82. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, 127-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 317.2, 372.1, 372.2, 373.1, 373.3, 373.4, 415.5-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 43.3, 43.4, 43.7-1, 43.8, 48-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Birləşdirilmiş iş üzrə qətnamədən apellyasiya şikayəti və onun dəlilləri:

83. Həmin qətnamədən 3-cü şəxs İddiaçı apellyasiya ş ikayəti vermiş və apellyasiya şikayətinə əlavə verərək, şikayətinin dəlili kimi qeyd etmişdir ki, hazırkı iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, guya ki, 2016-cı ildə hərrac təşkilatı tərəfindən “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti "xxxx" ASC-yə təklif olunmuş, bank tərəfindən həmin təklifə müsbət cavab verilmiş və yekun protokolun və alqı-satqı müqaviləsinin imzalanması üçün konkret tarix müəyyənləşdirilməsi xahiş olunmuşdur. Ona görə də iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırki ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilmişdir.

84. Hesab edir ki, Səbail Rayon Məhkəməsinin hazırkı qətnaməsi və ümumiyyətlə, mübahisənin mahiyyətinə yanaşması ilə həm Mülki Məcəllənin, həm “İpoteka haqqında” qanunun müddəalarını, həm Konstitusiya Məhkəməsi Plenumunun sahəvi qanunvericiliyin şərhi ilə bağlı qərarlarını və ən əsası da Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqeyi şübhə altına almış, tamamilə əsassız bir nəticəyə gəlmişdir. Ümumilikdə, q ətnamə saysız-hesabsız və kobud maddi və prosessual pozuntulara yol verilməklə çıxarılmışdır.

85. Birincisi, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Maraqlı şəxs1 QSC BOKT-un bu cür iddia tələbi ilə çıxış etmək hüququ yoxdu, çünki, hazırkı işdə ipoteka saxlayan "xxxx" ASC-dir. Əgər bu cür iddia qaldırmaq hüququ qanunvericilikdə nəzərdə tutulmuşdursa belə, bu hüquq Maraqlı şəxs1 QSC-yə deyil, Beynəlxalq Banka aiddir. Ali Məhkəmə (sədrlik edən hakim Elşanə Vəliyeva) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsini ləğv edərkən həmin qətnamədə yol verilmiş prosessual hüquq pozuntularından biri olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi Bankın tələb hüququnu Maraqlı şəxs1 QSC-yə güzəşt etdiyinə istinad edərək iş üzrə əsl cavabdehin həmin QSC olduğunu bildirsə d ə, nəzərə almamışdır ki, ipoteka məhdud əşya hüququ olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla əmələ gəldiyindən, reyestrdə bununla bağlı dəyişiklik edilənədək adına qeydiyyat aparılan şəxs həmin hüququn sahibi olmaqla, bu hüquqla bağlı qaldırılmış istənilən iddia üzrə cavabdeh də həmin şəxs hesab edilir. Baxılan işdə Bankın tələb hüququn güzəşt edilməsindən sonra ipotekaya dair adı çəkilən QSC-nin xeyrinə dövlət reyestrində qeydiyyat aparılıb-aparılmadığı istiqamətində hər hansı araşdırma aparılmamış, məhkəmə yalnız cavabdeh Bankın etirazının dəlillərini əsas götürməklə ipoteka xitam verilməsi tələbinin əsl olmayan cavabdehə qarşı qaldırıldığı qənaətinə gəlmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur (Qərarın 64, 65, 66, 67, 68 və 69-cu bəndləri). Nəticə etibarilə, Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin vaxt daşınmaz əmlakın dövlət reyestrində ipoteka saxlayan kimi "xxxx" ASC qeydiyyatdan keçmişdir və nə qədər ki, Beynəlxalq bank ipoteka saxlayandır, o vaxta qədər də bu cür iddia ərizəsi ilə çıxış etmək hüququ ona məxsusdur. Göründüyü kimi, Səbail Rayon Məhkəməsi də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində yol verdiyi pozuntunu təkrarlamış, Ali Məhkəmənin bu pozuntunu aşkara çıxaran qərarını nəzərə almamışdır. Halbuki, MPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Belə olan halda Səbail Rayon Məhkəməsi həm də hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuş olur.

86. İkincisi, aydın məsələdir ki, hazırda iddiaçının bu cür iddianı qaldırmasında əsas Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadıdır (konkret olaraq qərarın 4-cü bəndi). MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı İddiaçı vəkili iddiaçının nümayəndəsinə konkret olaraq sual vermişdir ki, onlar, yəni iddiaçı 2016-cı ildə yekun protokolun imzalanmamasının hərrac təşkilatının səhlənkarlığı nəticəsində olmasını nə ilə sübut edirlər. Təbii ki, iddiaçı məhkəməyə bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının əsaslandığı yeganə hal ondan ibarətdir ki, hərrac təşkilatının ipoteka predmetinin əldə olunması ilə bağlı xx.xx.2016-cı il tarixli təklifinə bank xx. xx.2016-cı il tarixli məktubla müsbət cavab vermişdir. Səbail Rayon Məhkəməsi məhz bu halı əsas götürərək hesab etmişdir ki, protokolun imzalanmaması hərrac təşkilatının səhlankarlığı nəticəsində baş vermişdir. Təəssüf ki, məhkəmə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadını düzgün tətbiq etməmişdir. Belə ki, həmin qərardadda bununla bağlı məsələlər aydın şəkildə tənzimlənir. Qərardadın 59-cu bəndində konkret olaraq qeyd olunur ki, protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin ye kun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. Göründüyü kimi, Ali Məhkəmə bu tip iddia qaldırılarkən ipoteka saxlayanın formal əsaslarla deyil, məhz qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməsi halında iddianın təmin olunmasını mümkün hesab edir. İddiaçı özü bildirir ki, hərracın təklifi banka 2016-cı ilin iyun ayında daxil olmuşdur. İddiaçı onu da bildirir ki, X3 aid kredit portfeli xx.xx.2018-ci ildə Maraqlı şəxs1 QSC-yə təhvil verilmişdir. Sual yaranır ki, aradan keçən 1 il 8 aylıq uzun bir müddət ərzində bankın hər hansı nümayəndəsi hərrac təşkilatına yaxınlaşıb protokolun i mzalanması ilə bağlı hər hansı təşəbbüs göstərmişdirmi?! Əgər doğurdan da hərrac təşkilatının protokolu imzalamaqdan imtina etmək kimi bir niyyəti var idisə və bu “imtina” banka məlum idisə, niyə bank qeyd olunan müddət ərzində bununla bağlı nə məhkəmədə iddia qaldırmamış, nə də ki, hərracın sifarişçisi olan icra qurumuna, yaxud icra vərəqəsinin icrasına nəzarəti həyata keçirən Xəzər Rayon Məhkəməsinə, yaxud ən azından hərrac təşkilatının özünə bir xəbərdarlıq, yaxud məlumat xarakterli bir məktub göndərməmişdir. Sual doğuran daha iki məqam ondan ibarətdir ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi niyə onun marağında olsun?! Əgər hərrac təşkilatının belə bir marağı var idisə, onda Maraqlı şəxs1 QSC-nin adından çıxış edən Cavabdeh2 MMC-nin 2019-cu il tarixli müraciəti əsas ında niyə həmin ipoteka predmeti yenidən hərraca çıxarıldı?! Təbii ki, hazırki iddianın mahiyyətini aşkara çıxaran bütün bu suallara iddiaçının nümayəndəsi cavab verməli olsa da, cavab vermir. Onu da qeyd edilir ki, iş materiallarından göründüyü kimi, iddiaçı 2019-cu ildə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmetinin məhz yenidən hərraca çıxarılmasını xahiş etmişdir. Başqa sözlə, iddiaçının nümayəndəsi məhkəməyə düzgün ifadə verməmiş və bildirmişdir ki, guya ki, Maraqlı şəxs1 QSC-nin 2016-cı ildə keçirilmiş hərracdan məlumatları olmamışdır. Bu həm də onu sübut edir ki, iddiaçı 2016-cı ildə təşkil olunmuş hərracın bu formada yekunlaşması ilə razı olmuş və ipoteka predmetinin "xxxx" ASC tərəfindən əldə olunmasında maraqlı olmamışdır. Əks təqdirdə həmin hərracın nəticələrinin e tibarsız sayılması barədə məhkəmədə iddia qaldırardı.

87. Üçüncüsü, Ali Məhkəmənin sözügedən qərardadının 61-ci bəndində bu cür iddia qaldırılarkən ipoteka saxlayanın müddət məsələsinə və vicdanlılığa əməl etməsi şərti xüsusilə vurğulanmışdır. Həmin bənddə qeyd olunur ki, bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir. İddiaçı 2019-cu ildə məhkəməyə müraciət edərək, ipoteka predmetinin təkrarən hərraca yönəldilm əsini xahiş etmişdir. Yəni 2019-cu ildə baş tutmuş hərracın nəticələrindən razı olduğunu etiraf etmiş və hal hazırda 7 il sonra əqdin bağlanılmış hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə, iddiaçı vicdanlılıq prinsiplərindən kənara çıxmaqla məhkəmədə əsassız iddia qaldırmışdır. Diqqətlə nəzər yetirilsə görünər ki, Ali Məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı “hərracın nəticələrinə dair yekun protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində bağlanılması barədə” iddianın məhz o halda qaldırılmasını mümkün sayır ki, qanuni keçirilmiş hərrac baş tutmasın, ipoteka saxlayan yekun protokolun imzalanması üçün bütün zəruri tədbirləri görsün, hərrac təşkilatı qəsdən protokolu imzalamaqdan yayınsın, bundan sonra ipoteka saxlayan yuxarıda qeyd olunmuştələblə məhkəm əyə müraciət etsin. Hazırda isə iddiaçı öz istəyi ilə ipoteka predmetinin təkrarən hərraca çıxarılmasını təmin etmiş və 2019-cu ildə keçirilmiş hərracın nəticələrinin etibarsızlığı ilə bağlı hər hansı iddia qaldırmamışdır. Yəni bu halın mövcudluğu Maraqlı şəxs1 ASC-yə bu cür iddia qaldırmağa əsas vermir. Səbail Rayon Məhkəməsi isə Ali Məhkəmənin qərardadını bütün digər hissələrdə nəzərə almadığı kimi, bu hissədə də nəzərə almamışdır.

88. Hazırkı iddia ona görə qeyri-mümkündür ki, Maraqlı şəxs1 QSC tamamilə başqa iki müstəqil kommersiya hüquqi şəxsinin arasında hər hansı əqdin bağlanılmış hesab olunmasını məhkəmədən xahiş edir. Belə bir əqdin bağlanılmış hesab olunması üçün ən azı "xxxx" ASC-nin iradə ifadəsi zəruridir ki, bank da bu cür tələblə çıxış etməmişdir. Belə olan halda Səbail Rayo n Məhkəməsinin iddianı mümkün hesab etməsi anlaşılan deyil və mülki qanunvericiliyin əqdlərlə bağlı müddəalarının kobud pozuntusu deməkdir. Hazırda məhkəmədə irəli sürülmüş tələb bir tərəfdən ipoteka saxlayan "xxxx"ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanılmış ipoteka müqaviləsindən, digər tərəfdən hərrac təşkilatı ilə "xxxx" ASC arasında mövcud olmuş və “İpoteka haqqında” qanunun tələblərindən irəli gələn hüquq münasibətləri ilə bağlıdır. Maraqlı şəxs1 QSC yuxarıda qeyd olunmuş hüquq münasibətlərinin heç birində tərəf deyil və onun üçün bu münasibətlərdən irəli gələn hər hansı öhdəlik mövcud olmadığı kimi, heç bir hüquq (hüquqi ixtiyar) da nəzərdə tutulmamışdır. Qeyd olunan əsasla hesab edir ki, Maraqlı şəxs1 QSC-nin hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

89. Hesab etmiş dir ki, məhkəmə iddia müddətinin tətbiqinə dair 3-cü şəxs İddiaçı ərizəsini təmin etməli idi. Hazırda iddiaçı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə çıxış edir. Eləcə də tələb daşınmaz əmlakla bağlıdır. Məhkəmə əsassız olaraq qeyd etmişdir ki, hazırkı tələb hərracın nəticələrinə dair yekun protokolun imzalanmış hesab edilməsi ilə bağlı olduğundan, bu münasibətə ümumi iddia müddətinin (10 il) tətbiq edilməli olması nəzərə alınmaqla qiymət verilməlidir. Məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, hərracın nəticələrinə dair yekun protokol özü də müqavilədir və tərəflər üçün hüquq və öhdəliklər yaradır. Deməli, hazırki mübahisəyə müqavilə tələbləri üzrə 3 illik iddia müddəti, ən pis halda isə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddəti tətb iq edilməlidir.

90. İddiaçı 2016-cı ildə "xxxx" MMC ilə "xxxx" ASC arasında hərracın nəticələrinə dair yekun protokolun bağlanmış hesab olunmasını məhkəmədən xahiş edir, ancaq həmin protokolun məhz hərrac təşkilatının səhlənkarlığı (hərəkət və ya hərəkətsizliyi) üzündən baş verdiyini sübut edən dəlilləri məhkəməyə təqdim edə bilmir. Məhkəmənin diqqətinə bir daha çatdırırıq ki, iddia tələbini təsdiq edən halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Səbail Rayon Məhkəməsi bu hala diqqət yetirməmişdir və nəticədə aşkar prosessual pozuntuya yol vermişdir.

91. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-795/2023 saylı qətnaməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Səbail Rayon Məhkəməsinin hazırda mübahisələndirdikləri qətnaməsi hüquqi müəyyənlik prinsipinə həm də ona görə ziddir ki, iddianın təmin olunacağı təqdirdə İddiaçı 2021-ci ildə cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh2 MMC-yə qarşı qaldırdığı iddia rədd olunacaqdır. Məlumdur ki, həmin iddia ərizəsində tələblərdən biri də 2019-cu ildə hərrac təşkilatı ilə Maraqlı şəxs2 arasında bağlanmış Y-187 saylı hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi və onun adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsidir. Nəticədə hər iki hərracın nəticələri qanuni sayılacaq və ipoteka predmetinin hüquqi taleyi həll olunmaz qalacaqdır. Bununla da məhkəmə qətnaməsi mövcud vəziyyətə aydınlıq gətirmək əvəzinə, onu daha da mürəkkəb vəziyyətə gətirəcəkdir.

92. Həmçinin apellyasiya şikayətinə əlavədə qeyd etmişdir ki, hazırkı tələbə ümumi məhkəmədə baxılması yol verilm ezdir. Çünki hem iddiaçı "xxxx" QSC, həm də cavabdeh hərrac təşkilatı kommersiya fəaliyyəti hətata keçirən, VÖEN-i olan hüquqi şəxsdir. Odur ki, MPM-in 26.1-ci maddəsinin tələbləri baxımından hesab edir ki, hazırkı tələbə Səbail Rayon Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxılmalı idi.

93. Mülki iş materiallarına diqqətlə nəzər yetirilsə görünür ki, "xxxx" MMC-nin "X8" ASC-ye gonderdiyi xx.xx.2016-cı il tarixli, 2427 nömrəli məktubunda yalnız hazırda mübahisəsi gedən daşınmaz əmlakın deyil, ümumilikde 4 əmlakın əldə olunması təklif olunur ki, bunlardan da biri "X24" markalı, **-RC-*** dovlət qeydiyyat nişanlı avtomobil, ikincisi, Şəmkir şəhəri, C.Cabbarlı küçəsinde yerləşən 19 saylı fərdi yaşayış evi, üçüncüsü isə Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,36 ha torpaq sahəsi dir. Onlar tərəfindən AR DİN Baş Dövlet Yol Polisi İdarəsinə ve Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinə yuxarıda qeyd olunmuş ipoteka predmetlerinin özgəninkiləşdirilməsi ile bağlı hər hansı qeydin aparılıb-aparılmaması haqqında sorğular gondərilmiş və sorğulara cavab verilmişdir. Beləliklə, cavab məktubundan aydın olur ki, yuxarıda qeyd olunmuş "X24" markalt, **-RC-*** dovlet qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə gömrük bəyannaməsi 455330 nömrəli hesab-arayış əsasında X6 adına qeydiyyata alınaraq "Azərbaycan Beynalxalq Bankı" SKB-nin Sənaye filialının xeyrinə yüklü edilmiş və "Azərbaycan Beynalxalq Bankı" SKB-nin xx.xx.2016-cı il tarixli 19/1868 nömreli məktubu əsasında ipotekadan azad edilmiş və həmin gün Y-292 nömrəli hərrac protokolu əsasında X6 adından qeydiyyatdan çıxarılaraq X9 adına rəsmiləşdirilmişdir. Bele çıxır ki, banka teklif olunan əmlaklardan biri ilə bağlı qanunsuz da olsa, yekun protokol tərtib olunaraq, həm hərrac mərkəzi, həm də bank tərəfindən həmin protokol imzalanmış, həmin protokol əsasında avtomobil qanunsuz olaraq üçüncü bir şəxsin adına rəsmiləşdirilmişdir. Sual olunur ki, əgər hərrac təşkilatı bir təklif məktubunda qeyd olunmuş ipoteka predmetlərindən biri ilə bağlı keçirilmiş hərracın nəticələrinə dair yekun protokolu imzanlanması üçün banka təqdim etmişdirsə, digər əmlaklarla bağlı keçirilmiş hərrac protokolunu niyə təqdim etməməli idi? Deməli hərracın nəticələrinə dair yekun protokolların imzalanması yalnız "xxxx" ASC-nin iradəsindən asılı olmuşdur. Bank hərrac xərclərini ödəmək istədiyi ipoteka predmetl erini əldə etmiş, digərlərini isə qanunsuz olaraq üçüncü bir şəxsin adına protokollarla rəsmiləşdirmiş və hərrac xərclərini də ona ödətmişdir. Eləcə də DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, hərrac təşkilatının banka təklif etdiyi ipoteka predmetlərindən digəri – ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 2016-2018-ci illər ərzində mülkiyyət huququ barədə dövlət qeydiyyatı aparılmamış, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)3096/2022 nömrəli qərarı və JN-185A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 15 fevral 2023-cü il tarixli ümumi birgə mülkiyyet hüququnu təsdiq edən çıxarış verilmişdir, Gəncə İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il ta rixli, 2-1(114)3096/2022 saylı qərarından görünür ki, yuxarıda qeyd olunmuş daşınmaz əmlakla bağlı artıq xx.xx.2013-cü il tarixde Y-304 nömrəli protokol imzalanmış və həmin daşınmaz əmlak ipoteka saxlayan "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Göründüyü kimi, bankın qarşısında təklif olunan ipoteka predmetlərini əldə etməsi üçün heç bir maneə olmamışdır və "xxxx" QSC BOKT-un iddia ərizəsində qeyd etdiyi kimi - "hərracın nəticələrinə dair yekun protokolun hərrac təşkilatının səhlənkarlıq səbəbindən imzalanmaması” həqiqətə uyğun gəlmir. Beləliklə, məhkəmə həmin halları hərtərəfli və obyektiv surətdə araşdırmamışdır.

94. Bu səbəbdən, hazırkı iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

95. Bakı Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının 2(103)-5240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı 2(103)-5240/2023 nömrəli mülki işin 2(103)2048/2023 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. e) Apellyasiya instansiyası məhkəməsində hər iki iş üzrə icraat

96. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2048/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), K.Əkbərov və E.Kazımov) Birinci iş üzrə cavabdehlər Cavabdeh2 MMC, “Azərbaycan Beynəlxalq Bankı" ASC, Maraqlı şəxs1 QSC BOKT və Maraqlı şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisəl əndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməsi, ikinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Səbail Rayon Məhkəməsinin 2(009)-795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

97. Apellyasiya instansiyası məhkəməsi Birinci iş üzrə:

98. Kollegiya ilk növbədə qeyd edir ki, birinci işə apellyasiya qaydasında təkrar baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 99. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

100. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

101. Hazırkı işin mübahisəsiz halları ondan ibarədir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bankın iddiası üzrə kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra keçmiş mülkiyyətçinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə oradan məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 2016-cı ildə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, tələbkar da onu əldə etməmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixli məktubla icra vərəqəsini “İcra haqqı nda” Qanunun 23.1.5-ci və “İpoteka haqqında” Qanunun 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır.

102. Bank qeyd olunan icra vərəqəsi üzrə tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSC-yə güzəşt etmiş, bundan sonra həmin Maraqlı şəxs1 QSC-nin müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilmiş və İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla icra sənədi hərrac keçirilməsi üçün hərrac təşkilatına göndərilmiş, Hərrac Mərkəzi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2019-cu il tarixə təyin edilmiş ilk hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 15% aşağı salınaraq 212.500 manat müəyyən olunmaqla, xx.xx.2019-cu il tarixə təyin edilmiş təkrar hərracda əmlak Ma raqlı şəxs2 tərəfindən əldə olunmuş, həmin tarixdə bu barədə Y-187 saylı hərracın yekunları barədə protokol tərtib edilməklə alqı-satqı müqaviləsi bağlanmış və əmlak xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir.

103. Hazırda iddiaçı - ipoteka qoyan 2016-cı ildə keçirilmiş hərracın baş tutumamış elan edilməsindən sonra ipoteka predmetin tələbkar – ipoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş müddət ərizində əldə olunmadığını və eyni əmlakla bağlı 2019-cu ildə yenidən keçirilmiş hərracın qanunsuz olduğunu bildirərək, həmin hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi barədə mübahisə açmışdır.

104. Cavabdeh bank, agentlik və Maraqlı şəxs1 QSC-nin apellyasiya şikayətinin əsas dəlili ondan iba rətdir ki, 2018-ci ildə bankın kredit müqaviləsi üzrə tələb hüququnu (hazırkı əmlak həmin kredit müqaviləsinə əsasən ipoteka ilə yükül edilmişdir) Maraqlı şəxs1 QSC-yə güzəşt etmişdir, ona görə də hazırkı iddia tələbi üzrə o, əsl olmayan cavabdehdir.

105. Apellyasiya məhkəməsinin öncəki qətnaməsinin ləğv edilməsi barədə Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-4553/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 68-ci bəndində qeyd edilir ki, apellyasiya məhkəməsi Bankın tələb hüququnu Aqrarkredit QSC-yə güzəşt etdiyinə istinad edərək iş üzrə əsl cavabdehin həmin QSC olduğunu bildirsə də, nəzərə almamışdır ki, ipoteka məhdud əşya hüququ olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla əmələ gəldiyindən, reyestrdə bununla bağlı dəyişiklik edilənədək adına qeydiyyat aparılan şəxs həmi n hüququn sahibi olmaqla, bu hüquqla bağlı qaldırılmış istənilən iddia üzrə cavabdeh də həmin şəxs hesab edilir.

106. Qərarın 69-cu bəndində göstərilir ki, baxılan işdə Bankın tələb hüququn güzəşt edilməsindən sonra ipotekaya dair adı çəkilən QSC-nin xeyrinə dövlət reyestrində qeydiyyat aparılıb-aparılmadığı istiqamətində hər hansı araşdırma aparılmamış, məhkəmə yalnız cavabdeh Bankın etirazının dəlillərini əsas götürməklə ipoteka xitam verilməsi tələbinin əsl olmayan cavabdehə qarşı qalıdırıldığı qənaətinə gəlmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur.

107. Kollegiya bununla bağlı bildirir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən təqdim edilmiş DƏRX-nin ******* nömrəli çıxarışından məlum olur ki, İddiaçı məxsus ipotek a ilə yüklü edilmiş əmlakın Maraqlı şəxs1 QSC BOKT-un xeyrinə yüklü edilməsi barədə qeyd yalnız xx.xx.2019-cu il tarixdə aparılmışdır.

108. Demək ki, 2016-cı ildə keçirilmiş iki hərracın baş tutmaması, ipoteka predmetinin qanunla müəyyən edilmiş müddətdə tələbkar tərəfindən əldə edilməməsi zamanı həmin əmlak Bankın xeyrinə ipoteka ilə yüklü olmuşdur. Bu mənada qeyd edilməlidir ki, iddia tələbi 2016-cı ildə keçirilmiş iki hərrac baş tutmaması və ipoteka predmetinin qanunla müəyyən edilmiş müddətdə tələbkar tərəfindən əldə edilməməsinə əsaslandığından, həmin vaxt hüququn daşıyıcısı Bank olduğundan hazırkı iddia tələbinə də cavabdeh Bankdır.

109. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən ipoteka haqqında qanunvericilikdə yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin qanuna zidd hesab edilməlidir. Bəzən təcrübədə müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təsadüf edilir. Plenum, bununla bağlı qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur.Belə ki, təkrar hərracın baştutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət Qanunun 43.8-cimaddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticə lənir.Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar.

110. Göründüyü kimi, 2016-cı ildə keçirilmiş iki hərrac baş tutmadığından və ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə bank tərəfindən əldə edilmədiyindən, Maraqlı şəxs1 QSC-nin ərizəsinə əsasən, 2019-cu ildə icra sənədinin yenidən icraya yönəldilərək, ipoteka predmeti üzrə yeni hərraclar keçirilməklə, əmlak satılması yuxarıda qeyd olunan hüquqi mövqelərə zidd olmuşdur.

111. Qanuna görə, 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

112. İ ddiaçı da hazırda həmin tələblə çıxış edir və onun tələbi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə, əsaslıdır.

113. Maraqlı şəxs2 apellyasiya şikayətinin iki əsas dəlili var. Birincisi, onu işə cəlb etmədən, hazırkı tələbə baxılmış, ikincisi, o vicdanlı alıcıdır.

114. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin işə onu cəlb etmədən baxılması barədə qeyd edir ki, işin hallarından görünür ki, bu belədir. Bununla belə, qeyd edilməlidir ki, MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

115. Hazırkı halda, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci ma ddəsinin imperativ göstərişinə əsasən, 2016-cı ildə keçirilmiş iki hərracın baş tutmaması və ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə bank tərəfindən əldə edilmədiyindən ipotekaya xitam verilməsini tələb edir. Üçüncü şəxs Maraqlı şəxs2 qanunun tələbinə görə artıq xitam verilmiş ipoteka predmetini Maraqlı şəxs1 QSCnin ərizəsinə əsasən, 2019-cu ildə icra sənədinin yenidən icraya yönəldilərək, ipoteka predmeti üzrə yeni qanunsuz hərraclar keçirilməsi nəticəsində əldə etmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs Maraqlı şəxs2 cəlb edilməməsinə, yəni prosessual hüquq normasının pozulmasına baxmayaraq, nəticədə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilməmişdir.

116. MPM-in 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqtey i-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

117. Üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayətinin onun vicdanlı alıcı olması barədə dəlili üzrə isə, Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-4553/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 77-ci bəndində qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd edərkən, həm də ipoteka predmetini 2019-cu ildə keçirilmiş təkrar hərracdan əldə etmiş Maraqlı şəxs2 vicdanlı əldə edən olmasına istinad etmiş, lakin bu hissədə də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

118. Belə ki, Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrində reyestr məlumatlarının həqiqiliyinə güvənməklə əşya hüquqlarını vicdanlı əldə edən şəxsin qorunduğu açıqc a təsbit olunmuşdur. Həmin maddələrə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır (bənd 78).

119. Beləliklə, Ali Məhkəmənin həmin mövqeyi ilə razılaşaraq Məhkəmə Kollegiyası bildirir ki, vicdanlılıq reyestr məlumatlarına güvənərək əşya hüququ qazanan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmişdir. Hazırkı halda isə əldə edən reyestr məlumatlarına deyil, hərrac təşkilatı tərəfindən keçirilən hərracın qanuniliyinə güvənərək hüquq əldə etmişdir ki, bu halda hərracın məhkəmə tərəfindən etibarsız hesab edilməsi onun vicdanlı əldə edən kimi tanınmasını istisna etməklə, etibarsız əqdin nəticələr inin tətbiq olunması və düşdüyü zərərin əvəzini tələb etmək hüquqlarını əmələ gətirir.

120. Məhkəmə kollegiyası birinci işdən apellyasiya şikayəti vermiş Maraqlı şəxs1 QSC-nin və Maraqlı şəxs2 apellyasiya şikayətinin işə onları cəlb etmədən baxılması barədə dəlili üzrə bildirir ki, onların bu dəlili formal olmaqla işin hallarına və mahiyyətinə aid deyildir. Əvvəla ona görə ki, Cavabdeh2 MMC iş üzrə cavabdeh olmuşdur, həmin Agentliyin isə məhz Maraqlı şəxs1 QSC-nin təmsil etmək üçün yaradıldığı onun nizamnaməsində birbaşa qeyd olunmuş, bütün məhkəmə işlərində olduğu kimi hazırkı işdə də Agentlik məhz Maraqlı şəxs1 QSC-nin səlahiyyətli təmsilçisi kimi cavabdeh olaraq göstərilmişdir. Demək ki, Maraqlı şəxs1 QSC-nin işə cəlb olunmaması barədəki dəlili qətnamənin əsassız olması qənaətinə gəlinm əsi və ləğvi üçün ola bilməz. İkincisi isə, mülki işin materiallarından bəli olur ki, Bankın və Agentliyin nümayəndələrinin iddiaya etiraz dəlilləri və bütün izahatları Maraqlı şəxs1 QSC və vicdanlı alıcı hesab etdikləri Maraqlı şəxs2 hüquqlarının müdafiəsinə yönəlmişdir. Birinci iş üzrə Bankın, Agentliyin, Maraqlı şəxs1 QSC-nin və eləcə də Maraqlı şəxs2 verdiyi şikayətləri mahiyyət etibarı ilə eyni məzmunlu olması da onu göstərir ki, onu hüquqları ilə bağlı məsələ müzakirə olunmuş və məhkəməyə bu hal məlum olmuşdur, demək ki, Maraqlı şəxs2 rayon məhkəməsində işə baxılmasına cəlb edilməməsi formal baxımdan pozuntu olsa da, onun iştirakı mahiyyət etibarı ilə fərqli nəticəyə gətirib çıxarmayacaqdı. MPM-in 385.2-ci maddəsinə görə də belə olan hal qətnamənin mütləq ləğvinə əsas olmur.

121. Məh kəmə kollegiyası birinci iş üzrə cavabdeh Bank, Agentlik və maraqların toxunan şəxs Maraqlı şəxs1 QSC-nin apellyasiya şikayətlərinin "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubuna heç bir cavab verilmədiyinə, bunun nəticəsində ipoteka saxlayanın, yəni bankın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməməsi barədə dəlillərinə ikinci iş üzrə münasibət bildirəcəkdir.

122. İkinci iş üzrə:

123. Kollegiya qeyd edir ki, birinci işə yenidən apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2048/2023 nömrəli, xx.xx.2023-cü il tarixi qərardadı ilə iddiaçı Maraqlı şəxs1 QSC BOKT-un cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Xəzər Rayon İcra Şöbəs i, X10, X3 qarşı “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-795/2023 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.

124. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı 2(103)-5240/2023 nömrəli mülki işin 2(103)-2048/2023 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır.

125. İkinci iş üzrə iddiaçı Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" MMC-yə qarşı protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi İddiaçı tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırkı ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi bardədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

126. Xəzər Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli, 2(003)-1052/2013 saylı qətnaməsi əsasında ipoteka predmeti əvvəlcə "xxxx" MMC tərəfindən 2016-cı ildəiki dəfə hərraca çıxarılmış, hər iki hərrac baş tutmamış, sonda ipoteka predmeti banka təklif olunmuş, bununla bağlı ona təklif məktubu da göndərilmiş, bank da öz növbəsində xx.xx.2016-cı il tarixli məktubla təkl ifə müsbət cavab vermiş, lakin tərəflər arasında nə alqısatqı müqaviləsi, nə də yekun protokol bağlanılmamışdır. İddiaçı hesab edir ki, bank hərrac təşkilatının təklifinə müsbət cavab versə də, alqı-satqı müqaviləsi, yekun protokol bağlanılmaması hərrac təşkilatının yayınması nəticəsində baş vermişdir.

127. İddiaçı Maraqlı şəxs1 QSC iddia edir ki, həmin vaxt ipoteka saxlayan olan banka hərrac mərkəzi xx.xx.2016-cı il tarixli bildirişlə ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə məlumat vermiş, bank da xx.xx.2016-cı il tarixli cavab məktubu vermişdir ki, əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazları yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predm etlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməsi xahiş edilmişdir.

128. İddiaçı Maraqlı şəxs1 QSC həmin vaxt ipoteka saxlayan olan bankın qeyd edilən xx.xx.2016-cı il tarixli cavab məktubuna istinad edərək əmlaka dair alqı-satqının bağlanmış hesab edilməsini tələb edir.

129. Kollegiya hesab edir ki, iddia tələbi tamamilə əsassızdır.

130. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərardadının 57-ci bəndinə görə, bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipo teka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər

131. Qərardadın 59-cu bəndində qeyd edilir ki, protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş m üddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

132. Həmin qərardaddan göründüyü kimi bu iddianın təmin edilməsi üçün məhkəmə ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edilməlidir.

133. Hazırkı halda iddiaçınnın istinad etdiyi yeganə sübut bankın qeyd edilən xx.xx.20 16-cı il tarixli əmlakın razılıq barədə cavab məktubudur. İddiaçı qanunla nəzərdə tutulmuş müddət, söhbət 30 günlük müddətdən gedir ki, o vaxtkı ipoteka saxlayan bankın ipoteka predmetinin əldə edilməsi üçün bütün zəruri tədbirləri görməsi barədə başqa bir sübut təqdim etməmişdir.

134. Apellyasiya şikayətində üçüncü şəxs bankın qeyd edilən cavab məktubunun hərrac təşilatına çatdırılması barədə məlumatın-sübutun səhilhiyini mübahisələndirmişdir.

135. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən Banka verilən məlumata əsasən, bankın xx.xx.2021-ci il tarixli məktublarına cavab olaraq bildirmişlər ki, daxili arxiv qaydalarına uyğun olaraq 2016-cı ilin qəbzləri (həmçinin 836690 kodlu qəbz) məhv edilmişdir, lakin şirkətin informasiya sistemindən əldə olunan məlumat a əsasən, 836690 nömrəli qəbz "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15.00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

136. Kollegiya qeyd edir ki, arxiv sənədləri məhv olduğu halda 836690 nömrəli qəbzin "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülərək, xx.xx.2016-cı il saat 15.00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilməsi barədə sistemdən alındığı qeyd edilən məlumatın hansı sistemdən alınması, ən azından bunun təsdiqi kimi hər hansı bir çıxarış əlavə edilmədiyindən üçüncü şəxsin həmin məlumatın qeyri-dürüst olması barədə dəlillərinin aşkar əsassız olmadığı qənaətinə gəlməyə əsas verir.

137. Bundan başqa üçüncü şəxs apellyasiya şikayətində q eyd edir ki, "xxxx" MMCnin "xxxx" ASC-ye göndərdiyi xx.xx.2016-cı il tarixli, 2427 nömrəli məktubunda yalnız hazırda mübahisəsi gedən daşınmaz əmlakın deyil, ümumilikde 4 mlakın əldə olunması təklif olunur ki, bunlardan da biri "X24" markalı, **-RC-*** dovlet qeydiyyat nişanlı avtomobil, ikincisi, Şəmkir şeheri, C.Cabbarlı küçesinde yerleşen 19 saylı ferdi yaşayış evi, üçüncüsü ise Quba rayonu, 2-ci Nügədi kendinde yerləşən 1,36 ha torpaq sahesidir.

138. Onlar tərəfindən AR DİN Baş Dövlet Yol Polisi İdarəsinə ve Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinə yuxarıda qeyd olunmuş ipoteka predmetlerinin özgəninkiləşdirilməsi ile bağlı her hansı qeydin aparılıb-aparılmaması haqqında sorğular gonderilmiş və sorğulara cavab verilmişdir.

139. Beləliklə, cavab mektubundan aydı n olur ki, yuxarıda qeyd olunmuş "X24" markalt, 90- RC-579 dovlet qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixde gömrük bəyannaməsi 455330 nömrəli hesab-arayış əsasında X6 adına qeydiyyata alınaraq "Azərbaycan Beynalxalq Bankı" SKB-nin Sənaye filialının xeyrinə yüklü edilmiş və "Azərbaycan Beynalxalq Bankı" SKB-nin xx.xx.2016-cı il tarixli 19/1868 nömreli mektubu esasında ipotekadan azad edilmiş və həmin gün Y-292 nömrəli hərrac protokolu əsasında X6 adından qeydiyyatdan çıxarılaraq X9 adına rəsmiləşdirilmiş, Eləcə də DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, hərrac təşkilatının banka teklif etdiyi ipoteka predmetlerinden digəri – ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evine dair daşınmaz əmlakın dövlet reyestrində 2016-2018-c i illər ərzində mülkiyyət huququ barədə dövlət qeydiyyatı aparılmamış, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3096/2022 nömrəli qərarı və JN-185A saylı "Torpağın mülkiyyətə verilmesine dair şəhadətnamə əsasında 15 fevral 2023-cü il tarixli ümumi birgə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir, Gəncə İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(114)-3096/2022 saylı qərarından görünür ki, yuxarıda qeyd olunmuş daşınmaz əmlakla bağlı xx.xx.2013-cü il tarixde Y-304 nömrəli protokol imzalanmış və həmin daşınmaz əmlak ipoteka saxlayan "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir.

140. Üçüncü şəxs qeyd etmişdir ki, bankın qarşısında teklif olunan digər ipoteka predmetlərini əldə etməsi, lakin İddiaçı məxsus ipoteka predmetini isə əldə etməməsi "xxxx" QSC BOKT- un iddia ərizəsində qeyd etdiyi kimi - "hərracın nəticələrinə dair yekun protokolun hərrac təşkilatının səhlənkarlıq səbəbindən imzalanmaması” həqiqətə uyğun gəlmir.

141. Bununla bağlı araşdırma aparılarkən, bank tərəfindən təklif olunan digər ipoteka predmetləri əldə edilsə də, məhz bu ipoteka predmetinin əldə edilməməsi barədə hər hansı bir tutarlı əsas göstərilməmişdir.

142. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçı Maraqlı şəxs1 QSC hazırkı iddia tələbini qaldırmaqla, onun ərizəsi əsasında icra vərəqinin yenidən icraya yönəldilməsi, təkrar hərracda ipoteka predmetinin Maraqlı şəxs2 satılması barədə birinci iş üzrə mübahisələndirilən hərracın qanunsuz keçirilməsini də bir növ qəbul etmişdir.

143. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haq qında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərardadının, 39-cu bəndində göstərilir ki, o da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.

144. Həmin Qərardadın 60-cı bəndində qeyd edilir ki, bu zaman qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hərracın yekunlarına dair protokolu əvəz etməklə, “Daşınmaz əmlakın dö vlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasını təşkil etdiyi üçün məhkəmə qətnaməsində əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, bu cür məhkəmə qətnamələri ilə ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir.

145. Kollegiya qeyd etmişdir ki, iddiaçı QSC 2016-cı ildə iki dəfə keçirilən hərracın baş tutmaması nəticəsində hərrac təşkilatının hərəkətsizliyi nəticəsində protokolun bağlanmış hesab edilməsi barəd ə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni yeddi il sonra müraciət etmişdir.

146. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərardadındakı ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir ifadəsi qətiyyən hazırkı işdə olduğu kimi bu qədər uzun müddət sonra, yəni yeddi il sonra ipotekanın bağlanmış hesab edilməsini nəzərdə tutmur.

147. Çünki başqa cür yanaşma Qanunun 43.8-ci maddəsində olan ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir müddəasına zidd olardı.

148. Həmin qərardadın 55-ci maddəsind ə qeyd ediliyi kimi, məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir.

149. Üçüncü şəxsin apellyasiya şikayətinin digər dəlili hazırkı iddianı qaldırmaq üçün Maraqlı şəxs1 QSC-nin subyektiv hüququ olmaması, çünki protokolun imzalanmış hesab edilməsinin tələb edildiyi dövrdə ipoteka saxlayanın bank olması ilə bağlıdır.

150. Kollegiya hesab etmişdir ki, bu dəlil də əsaslıdır. Çünki ipoteka müqaviləsi üzrə bank tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSCyə güzəşt etmiş, ilk iki hərrac isə 2016-c ı ildə keçirilmişdir ki, həmin vaxt ipoteka saxlayan bank olmuşdur.

151. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.

152. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

153. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

154. Məhkəmə kollegiyası ikinci iş üzrə apellyasiya şikayətinin iddiaçı və cavabdehin, yəni hər iki tərəf hüquqi şəxs olduğundan işə kommersiya məhkəməsində baxılmalı olması barədə dəlili üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir.

155. Belə ki, bununla bağlı aparılmış müzakirələr zamanı ikinci iş üzrə apellyator İddiaçı nümayəndəsi və vəkilindən başqa məhkəmə prosesinin bütün iştirakçıları ikinci işin də birinci işlə birlikdə baxılmalı olduğunu bildirmiş və bu mövqelərini izahatlarında müvafiq qaydada əsaslandırmışlar. Sonuncu məhkəmə iclasında isə ikinci işin kommersiya məhkəməsinə aid olmasına dair şikayətinin dəlilinə münasibətdə İddiaçı vəkili aparılmış müzakirələrin nəticəsi olaraq (həmin mövqeyinin formal olaraq əsaslı olsa da) mahiyyət etibarı ilə digər proses iştirakçıların mövqelərini qəbul etdiyini və ikinci işə də birləşmiş ilkin işlə bir icraatda baxıl masının daha düzgün və prosessual qənaət, eləcə də işlərə ağlabatan müddətlərdə baxılması kimi vacib prinsiplər kontekstindən daha səmərəli olduğunu bildirmişdir.

156. Bununla bağlı qeyd edilməlidir ki, birləşmiş işlər üzrə ikinci işin məhkəmə aidiyyəti ilə bağlı uzun-uzadı müzakirələr aparılmış və nəhayətdə işlərin birlikdə baxılması qənaətinə gəlinmişdir. Məhkəmənin bu qənaətə gəlməsi əsassız olmamışdır. Bu vaxt hazırkı işin xüsusi halları, o cümlədən: birinci işin 2 (iki) il 5 (beş) ay icraatda olması; birinci işə apellyasiya və kasassiya qaydasında bir dəfə baxıldıqdan sonra, ikinci apellyasiya baxışı zamanı onun icraatının məhz ikinci işə görə dayandırılması; ikinci iş rayon məhkəməsində baxıldıqdan sonra, məhz apellyasiya mərhələsində onun birinci işə birləşdirilməsinə dair qərardadı n çıxarılması; bundan sonra ikinci işin aidiyyət pozuntusuna görə ləğv edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi; bu halda birləşmiş işlərin yenidən ayrılmalı olması və birinci işin icraatının yenidən, həm də ikinci iş üzrə yekun məhkəm aktı qəbul olunanadək dayandırılmasının zəruriliyi, bunun isə o qədər də mürəkkəb olmayan birinci işin baxılmasının ağlabatan hesab edilməyən və həddən artıq uzun müddət çəkməsinə səbəb olacağı nəzərə alınmışdır. Bu zaman Məhkəmə Kollegiyası həm də məhkəmə aidiyyəti ilə bağlı aparılmış araşdırmalar zamanı son olaraq bütün proses iştirakçılarının, xüsusən də həmin dəlilin müəllifi olan ikinci iş üzrə apellyatorun da ikinci işə də onun birləşdirildiyi birinci işlə birlikdə baxılmasına dair vahid mövqedə olmalarını nəzərə almı şdır.

157. Məhkəmə bu qənaətə gələrkən, həm də ədalət mühakiməsinin işlərə baxılmasında ağlabatan müddət, prosessual qənaət, eləcə də səmərəlilik kimi fundamental prinsiplərə əsaslanmışdır.

158. Məhkəmə mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3, 42.1, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.7-1, 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tari xli Qərardadına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri 159. ”X14 Edilməsi Agentliyi” MMC (Vəkil5) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının xx.xx.2023-cü il, tarixli 2(103)-2048/2023 saylı qətnaməsini ləğv edib, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçı Maraqlı şəxs1 QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbinin təmin edilməsinə, İddiaçı isə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

160. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir. İş m ateriallarında olan sənədlərdən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar X2 "xxxx" ASC-yə olan 291205,0 manat və 201437 ABŞ dolları məbləğində borcu və buna dair sənədlər S-FK1179 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" ASC-dən Maraqlı şəxs1 QSC-yə təhvil verilmişdir. Təhvil-təslim sənədlərinə əsasən, ümumilkdə 632.000 (altı yüz otuz iki min) manatdan artıq borc üzrə tələb hüququ Maraqlı şəxs1 QSC-yə güzəşt edilmişdir. Yuxarıda qeyd olunan Fərmanın və Nazirlər Kabinetinin Sərəncamının icrası ilə əlaqədar həmin borcların qaytarılması üçün müvafiq tədbirlərin görülməsi Maraqlı ş əxs1 QSC qarşısında vəzifə olaraq qoyulmuşdur. Qeyd olunmalıdır ki, borc üzrə tələb hüququ Maraqlı şəxs1 QSC-yə ötürüldüyü üçün ipoteka ilə bağlı tələb hüququ da Maraqlı şəxs1QSC-yə keçmişdir. Apellyasiya instansiyası məhkəməsi 2016- cı ildə keçirilmiş 1-ci hərrac prosesi zamanı təkrar hərrac baş tutmamış elan edildikdən sonra həmin vaxt ipoteka saxlayan ("xxxx"ASC) tərəfindən 30 gün müddətində ipoteka əmlakı əldə edilmədiyinə görə ipotekaya xitam verilməsi qənaətinə gəlmişdir. Halbuki apellyasiya məhkəməsi nəzərə almamışdır ki, 2016-cı ildə keçirilmiş hərracda ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə edilməsi ilə bağlı hərrac protokolunun imzalanmaması, ipotekasaxlayanın təqsiri nəticəsində deyil, məhz hərrac təşkilatının təqsiri nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipoteka əmlakının bank tərəfindən 30 gün müddətində əldə edilməsini əngəlləmişdir. Bunu iş materiallarında olan sənədlər təsdiq edir. Belə ki, Xəzər Rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı 2016-cı ildə keçirilmiş hərracda X16 ünvanlanmış ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə xx.xx.2016-cı il tarixli, 2427 nömrəli bildiriş məktubu "xxxx"ASC tərəfindən xx.xx.2016-cıiltarixli, 13/2573 nömrəli məktubla cavablandırılaraq Hərrac Mərkəzinə bildirilmişdir ki,“sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etiraz yoxdur. Bundan başqa Bank həmin məktubda Bank tərəfindən ipoteka predmetlərini əld ə edilməsi üçün alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilmişdir. X23 tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7.1-ci maddəsinin tələblərinə düzgün riayət edilməmiş, "xxxx"ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka əmlakını əldə etmək və bununla bağlı protokol imzalamaq barədə razılığı olmasına baxmayaraq, həmin razılıq məktubuna Hərrac Mərkəzi tərəfindən heç bir münasibət bildirilməmiş, bankla heç bir protokol imzalamamış, son nəticədə Hərrac Mərkəzi həmin protokolu imzalamaqdan yayınmışdır. Bunun nəticəsində ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir.

161. Qeyd edilməlidi r ki, borc və ipoteka üzrə tələb sahibi olan Maraqlı şəxs1 QSC tərəfindən cavabdeh "xxxx"nə qarşı ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsi bank tərəfindən Hərrac Mərkəzinə ipoteka əmlakının əldə edilməsi üçün göndərilmiş məktubuna razılıq verilməsi və alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi barədə məktubunu mötəbər sübut saymamışdır. Məhkəmə kollegiyası sözügedən məktubun "xxxx" MMC tətrəfindən14 nömrəli kuryer vasitəsilə Hərrac Mərkəzinə çatdırılmasını və xx.xx.2016-cı il tarixdə saat 15.00-da "xxxx"MMCdə “Quliyev”soyadlı şəxs tərəfindən qəbul edilm əsinə dair sübutu şübhə altına alaraq, həmin məlumatların qeyri-dürüst olması qənaətinə gəlmişdir. Halbuki həmin sənədin (yəni məktubun çatdırılması barədə sübutun) saxta və qeyri-səhih olması iş üzrə cavabdeh Hərrac Mərkəzi tərəfindən təkzib edilməmiş və ya bu sübutun saxtalığı barədə məhkəməyə cavabdeh və digər şəxslər tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Hesab edirlər ki, bununla bağlı apellyasiya instansiyasının gəldiyi qənaət tam əsassızdır. Apellyasiya instansiyası bankın ipoteka əmlakını əldə etmək barədə xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubuna şübhəsini əsaslandırmaq və həmin sübutu təkzib etmək məqsədilə İddiaçı nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyası məhkəməsində təqdim olunmuş sübutlara istinad etmişdir ki, bu da yolverilməzdir. Halbuki həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli və tərəflərin iştirakı ilə araşdırılmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi nədənsə buna göz yummuş və İddiaçı vəkili və nümayəndəsi tərəfindən apellyasiya məhkəməsində təqdim olunmuş sübutlara istinad etmişdir. İddiaçı nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyasına təklif məktubunda göstərilmiş digər 3 əmlakla bağlı təqdim edilmiş sənədlərin heç birində bankla Hərrac Mərkəzi arasında hərrac protokolunun imzalanmasını təsdiq edən sübutlar yoxdur. Belə ki,apellyasiya məhkəməsinin istinad etdiyi banka təklif olunan X6 adına olan “X24” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracdan bank tərəfindən deyil, X17 tərəfindən alınmış və Y-292 nömrəli hərrac protokolu Hərrac Mərkəzi ilə həmin şəxs arasında imzalanmışdır. Bank hərrac protokolu imzalamış olsaydı bu halda avtomobilin bankın adına keçməsini təsdiq edən mülkiyyət sənədləri olmalı idi. Bu barədə sənədlər isə yoxdur. Buradan da göründüyü kimi, apellyasiya instansiyasının banka təklif olunan digər əmlakların əldə etməsi barədə gəldiyi qənaət tam əsassızdır. Qeyd olunmalıdır ki, hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir, məhkəmə qətnaməsinin icrası isə öz növbəsində məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə müdafiəsi hüququnun realizəsi zamanı hüquqi müəyyənlik prinsipinə əməl olunmalıdır. Hərrac Mərkəzinin hərəkətsizliyi tələbkarın ipoteka əmlaklarının əldə etmək və müqavilə bağlamaq barədə razılıq məktubunu cavabsız qoymasıdır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müə yyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. (Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8,48- ci maddələrininşərh edilməsinə dair 28 oktyabr 2014- cü iltarixli qərarı). Buna görə də ipotekasaxlayan, təkrar hərrac baştutmadığı halda, ipoteka əmlakını əldə etmək istəyində olarsa, 30 gün müddətində əmlakı əldə etmək üçün zəruri hərəkətlər etməlidir. Bu hərəkətlərin nədən ibarət olması, yaxud əmlakı “əldə etməzsə” ifadəsinin hansı hərəkətləri ehtiva etməsi qanunda konkret olaraq göstərilməmişdir. Əgər iddiaçı əmlakı əldə etməzsə, anlayışının hərracın nəticələri barədə protokol tərtib edilməməsi kimi qəbul edilirsə, o halda nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunda bu barədə birbaşa göstəriş yoxdur. Həmin qanunda hərracın nəticələri haqqında protokolun ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitamverilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunması qeyd olunsa da, (Qanunun 42.8-cimaddəsi), hərracın nəticələri haqqında protokolun hərracı udmuş şəxslə bağlanması nəzərdə tutulmuşdur (Qanunun 42.6- cı maddəsi). Qanunun 43.8-ci maddəsinə əsasən də ipoteka predmetini əldə etmənin dəqiq proseduru nəzərdə tutulmamışdır. “İpoteka haqqında” Qanunun 42.6-cımaddəsində hərracın nəticələri haqqında protokolun müqavilə qüvvəsinə malik olduğu müəyyən edildiyinə görə Qanunun 43.8-ci maddəsi üzrə hərrac Mərkəzi ilə tələbkarın münasibətləri müqavilə bağlanmasının qa ydalarını tənzimləyən normalar əsasında təhlil olunmalıdır. Təkrar hərracın baş tutmamasından sonra hərrac mərkəzinin yazdığı 17.06. 2016- cıil tarixli 2427 saylı təklifi – ofertadır və Mülki Məcəllənin 325.1 və 408.1- ci maddələrinə müvafiq olaraq birtərəfli əqd olmaqla, qarşı (yönəldiyi)andan hüquqi nəticə doğurur. Tələbkar hərrac mərkəzinin göndərdiyi ofertanı almış, dərhal cavab verərək ipoteka predmetini təklif olunan qiymətlə razılaşıb əldə etmə niyyətində olduğunu bildirmiş, əmlakın rəsmiləşdirilməsini xahiş etmişdir. Məhz tələbkarın bu hərəkəti ofertanın aksept olunmasıdır və Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilənin bağlanması kimi nəticə törədir. Bakı Apellyasiya Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, iddiaçı ”Aqrarkredit” QSC 2016-cı ildə iki dəfə keçirilən hərracın baş tutmaması nəticəsində hərrac təşkilatın hərəkətsizliyi nəticəsində protokolun imzalanmış hesab edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2023- cü il tarixdə, yəni yeddi il sonra məhkəməyə mürciət etdiyini, Ali Məhkəmənin yuxarıda qeyd olunan qərardadındakı ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu halın həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hər hansı ziddiyyət təşkil etmir ifadəsi qətiyyən hazırkı işdə olduğu kimi bu qədər uzun müddət sonra, yəni yeddi il sonra ipotekanın bağlanmış hesab edilməsini nəzərdə tutmur. Apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmaq olmaz, ona görə ki, 30 günlük müddət ərzində tələbkar əmlakın əldə etməklə bağlı hərrac mərkəzinə razılıq məktubunu göndərib, iradə ifadəsini bildirib və qarşı tərəf də həmin məktubu alıb, burada hər hansı kəsici müddətdən söhbət gedə bilməz. İddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməmiş və məhkəməyə müraciət etmişdir. Bundan başqa, məhkəmə kollegiyası üçüncü şəxs İddiaçı apellyasiya şikayətinin dəlilini əsaslıhesab edərək hazırkı iddianı qaldırmaq üçün Maraqlı şəxs1 QSCnin subyektiv hüququnun olmaması qənaətinə gəlmiş və bunu tələb hüququnun Maraqlı şəxs1 QSC-yə xx.xx.2017- ci il tarixli müqaviləyə əsasən güzəşt edildiyini, ilk iki hərracın isə 2016-cı ildə keçirildiyini və həmin vaxtı isə ipotekasaxlayanın "xxxx"ASC olması ilə izah etmişdir. Hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət əsassızdır. Belə ki, “İpoteka haqqında” AzərbaycanRespubli kası Qanunun 28.1-ci maddəsinə görə İpoteka ilə təmin edilmiş tələb başqasına keçdikdə, həmin tələbin təminatı olan ipoteka ona keçir. Tələbin keçdiyi şəxs ipoteka saxlayanın hüquq və vəzifələrini əldə edir. Hazırkı mübahisədə üçüncü şəxs kimi çıxışedən "xxxx" ASC tərəfindən ipoteka saxlayanın hüquq və vəzifələri Maraqlı şəxs1 QSC-yə ötürüldüyündən iddia qaldırmaq hüququ da məhz Maraqlı şəxs1 QSC-yə məxsusdur. İddiaçı tərəfindən qaldırılmış iddia ərizəsindəMaraqlı şəxs1 QSC cavabdeh qismində qoyulmamış, birinci instansiya məhkəməsinə cavabdeh qismində cəlb edilməmiş, hətta"xxxx" ASC-nin bu barədə ərizəsi olsa belə, həmin ərizə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, borc və ipoteka üzrə tələb hüququ Maraqlı şəxs1 QSC-yə ötürüldüyündən, o, həmin işdə cavabdeh qismində cəlb olunmalı idi. Lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 2021-ci ildə işə baxılarkən bu cür ciddi qanun pozuntusuna yol verilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən bu hallar nəzərə alınmamışdır. Birinci iş üzrə əmlakı 2-ci hərrac prosesi zamanı hərracdan əldə etmiş şəxs Maraqlı şəxs2 da cavabdeh qismində işə cəlb olunmalı olduğu halda, Səbail rayon Məhkəməsi (hakim Şəhla Süleymanova) tərəfindən buna lüzum görülməmişdir. Apellyasiya Məhkəməsi nədənsə işin bu halına da göz yummuşdur. Birinci iş üzrə İddiaçı tərəfindən 2019- cu ildə keçirilmiş hərracın nəticələrinin,alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 2021-ci ildə müraciət olunmuşdur. Halbuki 2019-cu ildə ipoteka qoyulmuş əmlak hərracdan alınmış v ə həmin vaxtdan alıcı Maraqlı şəxs2 həmin əmlak üzərində mülkiyyət hüququ əldə edərək, əmlakla bağlı sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmişdir. Bu hal həmin vaxtı birinci iş üzrə İddiaçı məlum olmuş, lakin o, 2 il sonra, yəni 2021-ci ildə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi (hakim Ş.Süleymanova) həmin məsələyə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddia tələbləri birbiri ilə bağlı olan tələblər olduğu üçün, qeyd edilən tələbə, yəni alqı-satqı müqaviləsinin etibarsızlığı üçün tələbə iddia müddəti şamil edilməməlidir. Göründüyü kimi 1-ci instansiya məhkəməsi həmin iş üzrə tətbiq edilməli olan AzərbaycanRespublikası Mülki Məcəlləsinin 354.1- ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir. Apellyasiya instansiyası məh kəməsi isə işin bu hallarını ümumiyyətlə araşdırmamış, buna qətnamədə heç bir münasibət bildirməmişdir.

162. Cavabdeh tərəf müqavilənin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi həm borcalan, həm də ipoteka qoyan tərəfindən müqavilə üzrə öhdəsinə düşən vəzifəni vicdanla icra etməmişdir.

163. Bakı Apellyasiya Məhkəməsi tərəfindən həriki iş üzrə verilmiş apellyasiya şikayətlərinə baxılarkən mülki prosessual hüquq normalarının pozulması hallarılna yol verilmişdir. Məhkəmə qətnamələrindən apellyasiya şikayəti verilmiş 2 iş bir icraatda birləşdirildikdən sonra apellyasiya məhkəməsi işdə iştirak edən şəxslərin diqqətini İddiaçı nümayəndəsinin və vəkilinin apellyasiya şikayətində göstərdiyi aidiyyat məsələsinə yönəldərək bu mə sələyə məhkəmə tərəfindən qiymət verildikdən sonra, işə mahiyyəti üzrə baxılıb - baxımayacağının elan ediləcəyini və buna görə iclasın təxirə salınmalı olduğunu bildirdi. Məhkəmə bununla bağlı iclası çox qısa müddətə təyin edərək, həmin gün qəbul ediləcək qərarın elan olunacağını bildirdi. Eyni zamanda bildirdi ki, telefonla da katiblə əlaqə saxlayıb elanın nəticəsini öyrənmək olar. Elan olunan gün tərəflərdən yalnız 2- si iştirak edirdi. Məhkəmə aidiyyatla bağlı hər hansı bir qərara lüzum olmadığını və işin bu məhkəmədə baxılacağını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən digər şəxsləri dəvət etmədən və onları dinləmədən, işdə olan sübutları onların iştirakı ilə araşdırmadan, çəkişmə prinsipini kobud şəkildə pozaraq işi yekunlaşdıraraq həmin günü də iş üzrə qətnamə qəbul etdi. Ape llyasiya instansiyası iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmadan və həmin sübutlara obyektiv qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası bankın ipoteka əmlakını əldə etmək barədə xx.xx.2016cı il tarixli, 13/2573 nömrəli məktubuna şübhəsini əsaslandırmaq və həmin sübutu təkzib etmək məqsədilə İddiaçı nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyası məhkəməsində təqdim olunmuş sübutlara istinad etmişdir ki, bu da yolverilməzdir. Halbuki həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli və tərəflərin iştirakı ilə araşdırılmalı idi. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarınıaraşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüq uqi qiymət verməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir Hesab edirlər ki, hazırki iş üzrə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur.

164. Kassasiya şikayəti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7, 43.7.1, 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8, 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9,1,9.2,9.3,88, 372.1,372.6,372,7, 386, 387,2-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.

165. Maraqlı şəxs2 (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2048/2023 saylı qətnaməsinin İddiaçı cavabdehlər "xxxx"ASC-yə, Cavabdeh2 MMC-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 Şəxsi və "xxxx" MMC-yə qarşı “ipotekaya xitam verilməsi, protokol və çıxarışın etibarsız hesab edilməsi və sair” tələbinə dair hissədə ləğv edilməsi və iş üzrə iddiaçının iddia tələblərinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

166. Kassasiya şikayəti onunla əsaslandırılımışdır ki, işə baxan məhkəmə kollegiyası öz qətnaməsini əsaslandırarkən qətnamədə qeyd olunan bəndlərlə göstərmişdir ki, İşə Bakı Apellyasiya Məhkəməsi tərəfindənt əkrar baxılarkən, "xxxx" QSCnın DƏDRX-in təqdim etdiyi ******* nömrəli çıxarışdan da məlum olduğu kimi, İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş əmlakın "xxxx" QSC BOKT-un xeyrinə yüklü edilməsi barədə qeyd xx.xx.2019-cu il tarixdə aparılmışdır. Yəni, mübahisəli əmlak xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs2 tərəfindən əldə edilən zaman artıq "xxxx"QSC-nin əmlak üzərindəki yüklülük hüququ mövcud olmuşdur. Maraqlı şəxs2 həmin hərrac keçirilərkən də "xxxx" QSC-nin əməkdaşları tərəfindən,bu reyestr çıxarışı ilə tanış edilmiş, bu da onun vicdanlı alıcı olduğunu istisna etmir. Həmin çıxarışdan da aydın olduğu kimi, "xxxx" QSC-nin mübahisəli əmlakı özgəninkiləşdirmək səlahiyyəti var idi və reyestrdə buna qarşı hər hansı bir etiraz qeydə alınmamışdı. Digər tərəfdən qeyd olunmalıdır ki, işə baxan apellyasiya məhkəməsinin qətnaməsində əks olunan “birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs Maraqlı şəxs2 cəlb edilməməsinə, yəni prosessual hüquq normasının pozulmasına baxmayaraq, nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilməmişdir” kimi yanaşması da tam absurddur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə bir başa Maraqlı şəxs2 hüquqlarına toxunub. Onun hüquqları qanunlarla və ən əsası Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunmasına baxmayaraq, onun bir mülkiyyətçi kimi hüquqları məhkəmə tərəfindən pozulur və buna yuxarı instansiya məhkəməsi fikir bildirməklə göstərir ki, “prosessual hüquq normasının pozulmasına baxmayaraq, nəticədə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilməmişdir”. Dövlətin adından qətnamə çıxaran məhkəməni n bu cür yanaşması qəbul edilməzdir və bu yanaşma sıravi bir vətəndaşlarda dövlətimizə və qanunlarımıza olan inamının itirilməsinə gətirib çıxarır.

167. Hazırki işə baxan apellyasiya məhkəmənin qətnaməsində əks etdirdiyi halları və yanaşmasını əsassız hesab edirlər və onunla razılaşa bilməzlər. Belə ki, Maraqlı şəxs2, ipoteka predmeti olan əmlakla bağlı "xxxx" ASC tərəfindən əvvəllər neçə dəfə hərracın keçirilməsi barədə məlumat əldə etməsi mümkün deyildi, ümumiyyətlə, onun həmin məlumatlara giriş imkanı olmamışdı. İpoteka predmeti olan əmlakın hərracdan satılması zamanı dövlət orqanlarının yol verdiyi pozuntuları aşkar edə bilmək üçün imkanları olmayan (və ya Plenumun qərarında qeyd edildiyi kimi məhdud imkanlara malik olan) şəxslərin vicdanlı alıcı kimi qəbul edilməməsi onların Konstitus iya ilə təminat verilən mülkiyyət hüququnun kobud pozuntusunu təşkil edir. Hərracın nəticələrinə dair yekun protokol və müqavilə səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən Maraqlı şəxs2 həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamı qorunmalıdır. Məhkəmələr ipoteka predmeti ilə bağlı keçirilmiş hərracı qanunsuz hesab etmiş olsa da belə, vicdanlı alıcı olan Maraqlı şəxs2 mənzili əldə etməsini qanunsuz hesab edə bilməzdi. Məhkəmə iddiaçının iddia tələblərini rədd etməklə, Maraqlı şəxs2 deyil, məhz bank qarşısında borcun ödənilməsinə əmlakı ilə zəmanət vermiş və bununla bağlı üzərinə öhdəliklər götürmüş X7 ona vurulmuş ziyanın əvəzini almaq hüququnun olduğunu izah etməli idi.

168. Qanunun tələbləri pozulmaqla keçirilən hərracın nəticələrinə dair mü qavilə də məhz mübahisələndirilən əqdlərə aiddir.İşin hallarından da aydın olduğu kimi, mübahisəli əmlak xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs2 adına qeydiyyatdan keçmiş və bundan sonra o mübahisəli əmlaka sahiblənmiş və onu idarə etməyə başlamışdır. X10 öz hüquqlarının pozulduğunu həmin an artıq bilirdi.

169. Lakin onun tərəfindən hərracın yekunlarına dair protokolun və müqavilənin etibarsızlığı barədə iddia ilk dəfə 2021-ci ilin avqust ayının 21-də məhkəmədə qaldırmışdır. İddiaçı qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Həmin müddət kəsici müddət olduğundan onun hər hansı səbəbə görə bərpa edilməsi də mümükün deyildir. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmamış və qanunla müəyyən edilmiş bu hallara ümumiyy ətlə, qiymət verilməmişdir

170. Məhkəmə tərəfindən xx.xx.2023- cü il tarixinədək iclaslarda yalnız 2(103)5240/2023 saylı mülki işin aiddiyyət məsələsi ilə bağlı qaldırılmış vəsatətlərə qiymət verilmiş, işlərin məhkəmə aidiyyəti müzakirə olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən iclasda hakim İkram Şirinov 3 gün sonraya məhkəmə iclasını təyin etmiş, işlərin aidiyyət məsələsi ilə əlaqədar qərardadı elan edəcəyini bildirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində keçirilən iclasın sonunda hakim İkram Şirinov tərəflərə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə keçiriləcək iclasda iştiraklarına zərurət yoxdur, yəni işə sədrlik edən qeyd etmişdir ki, “gəlmiyə bilərsiniz aidiyyat məsələsinə baxılacaqdır”. Hakimin “gəlmiyə” bilərsiniz sözü xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclası nın audio-video yazısında öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixlison iclasda tərəflərdən yalnız Maraqlı şəxs1QSC BOKT-un nümayəndəsinin iştirak etməsinə baxmayaraq, həmin gün yekun qətnamə qəbul edilmişdir. Qeyd olunmalıdır, iş Ali Məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmə, ümumiyyətlə, işin mahiyyəti üzrə hər hansı araşdırma aparmamış, tərəflərin izahatını dinləməmişdir.

171. Tərəflərin məhkəmə iclasına gəlməmələri və iclasın çəkişmə prinsipinə uyğun olaraq aparılmaması, kəsici müddətin tətbiq edilməsinə dair fikirlərin bildirilməməsi işə baxan hakimə sərf etdiyindən, özü də xx.xx.2023-cü il tarixli iclasın formal xarakter daşıyacağını və yalnız aidiyyət məsələsinə toxunulduqdan sonra növbəti iclasın təyin ediləcəyini xx.xx.2023-cü il tarixli məh kəmə iclasının sonunda tərəflərə bidlirmişdir. Bunların hamısı onu göstərir ki, işə baxan hakimişin iddiaçının xeyrinə həlledilməsində maraqlı idi.

172. İşlərin məhkəmə aidiyyətini yalnız Mülki Prosessual Məcəllə müəyyən edir və onun hər hansı yolla, hətta tərəflərin qarşıqlı razılığı ilə, proses iştirakçıları tərəfindən dəyişdirilməsi mümkün deyildir. Lakin Bakı Apellyasiya Məhkəməsinin mövqeyindən belə anlaşılır ki, işin məhkəmə aidiyyəti ilə bağlı tərəflərin mövqeyi qanunun tələblərindən üstündür (belə olduğu təqdirdə, onda gərək bütün işlərdə aidiyyət məsələsi tərəflərin iradəsinə uyğun olaraq həll edilsin, qanuna hər hansı bir zərurət qalmasın). Həmçinin Mülki Prosessual Məcəlləyə əsasən bir-biri iləəlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digə rləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. İşlərə ağlabatan müddət, prosessual qənaət prinsiplərinə uyğun baxılması barədə mövqe də tamamilə əsassızdır, çünkü prinsiplər qanunun məcburi tələbindən yayınmaq üçün istifadə edilməməlidir. "xxxx" QSC BOKT-un cavabdeh"xxxx" MMC-yə qarşı “Protokolun qanunla müəyyən edilmiş 30 gün müddət ərzində imzalanmış hesab edilmiş hesab edilməsi”tələbinə dair iddiası üzrə məhkəmə iclasında işin ümumi məhkəməyə aid edilməsi ilə bağlı fikir bildirilsə də, göründüyü kimi, bu mübahisə hər 2 tərəfin kommersiya fəaliyyətindən irəli gəlir və qanunun tələbinə müvafiq olaraq həmbu işə, həm də ilkin iddiaya kommersiya məhkəmələri tərəfindən baxılmalıdır.

173. Bu tipli işlərdə Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, id diaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən (onların halında iddiaçı bunu artıq xx.xx.2019-cu il tarixində bilirdi) bir ilərzində əqdi mübahisə edə bilər. Göstərilən maddə ilə müəyyən edilmiş müddət mahiyyət etibarı ilə kəsici müddət olduğuna görə, həmin müddətin ötürülməsi əqdin etibarsızlığını mübahisələndirməyə mane olan haldır. Hazırki işə baxan apellyasiya məhkəməsi iddianı təmin etməklə və kəsici müddətini tətbiq etməməklə məhkəmə təcrübəsinin vahidliyinin pozuntusuna yol vermişdir.

174. Hesab etmişdir ki, ipoteka predmetini əldə edən vicdanlı üçüncü şəxslərin hüquq və mənafelərini qorumaq məqsədilə ipoteka qoyanın ipotekaya xitam verilməsi barədə iddia qaldırmaq hüququnun həyata keçirilməsi özü də müəyyən bir müddətlə məhdudlaşdırılmalıdı r. Hal-hazırkı işdə olduğu kimi ipoteka qoyan İddiaçı özü də "xxxx" ASC tərəfindən 2016-cı ildə keçirilmiş hərraclardan və onun nəticəsindən xəbərdar olmuşdur. Lakin buna baxmayaraq, yalnız bunun üstündən 5 il keçdikdən sonra (2021-ci iliniavqust ayının 21-də) ipotekaya xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Belə çıxır ki, bu müddət ərzində ipoteka qoyanın özünə əmlakının taleyi maraqlı olmamışdır. Əgər “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyırsa, ipoteka qoyan üçün də oxşar müddətin müəyyən edilməsi vacibdir. Aparılan gedişatdan da göründüyü kimi, işə baxan məhkəmə sanki iddiaçının hüquqlarını qoruyan bir vəkil kimi işə yanaşaraq, məhkəmə tərəfindən əmlakın əvvəlki mülkiyyətçisinə istədiyi zaman keçirilmiş hərracların nəticələrini ləğv edilməsi ilə bağlı iddia qaldırmaq, ipotekaya xitam verilməsini tələb edə bilmək hüququnu vermişdir ki, bu da yeni mülkiyyətçinin və onun kimi digər mülkiyyətçilərin də (vicdanlı üçüncü şəxslərin) hüquqlarının kobud pozuntusunu təşkiledir.

175. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 354.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 25, 30, 77, 88, 379, 417, 418-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. 176. "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2048/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və İddiaçı cavabdehlər "xxxx"ASC-yə, "X14 Edilməsi Agentliyi" MMC-yə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və "xxxx" MMC-yə qarşı “ipotekaya xitam verilməsi və.s” tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

177. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvimgünü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Lakin hazırki iş üzrə materiallardan da g öründüyü kimi 2016-cı ildə keçirilmiş hərracda ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə edilməsi ilə bağlı hərrac protokolunun imzalanmaması, ipotekasaxlayanın təqsiri nəticəsində deyil, məhz hərrac təşkilatının təqsiri nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipoteka əmlakının bank tərəfindən 30 gün müddətində əldə edilməsini əngəlləmişdir. Belə ki, iş materiallarında olan dəlillərdən də göründüyü kimi birinci dəfə keçirilmiş iki hərracda əmlak satılmadığından hərrac təşkilatı tərəfindən Banka müqavilənin bağlanılması təklif olunmuş, həmin bildirişə cavab olaraq bank tərəfindən xx.xx.2016-cı il tarixdə "xxxx" Mərkəzi MMC-yə ipoteka predmetlərinin əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixinin müəyyənləşdirilib Banka rəsmi məlumat verilməsi ilə bağlı məktub göndərilmişdir. Əlavə olaraq, onlar tərəfinfən xx.xx.2021-ci iltarixdə “Famko Kuryer və Kargo" Məhdud Məsuliyyətli Cəmiyyəti-nə “xx.xx.2016-cı il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən "xxxx" MMC-yə 836690 nömrəli qaimə ilə məktub göndərilmişdir. Hal-hazırda məhkəmə mübahisəsində yaranmış zərurətlə əlaqədar olaraq, həmin qaimənin çatdırılma qəbzini Banka göndərilməsi ilə bağlı” məktub göndərilmiş, adı çəkilən şirkət tərəfindən verilən məlumata əsasən məktub "xxxx" ASCdən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuriyer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15:00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Göründüyü kimi,"xxxx" ASC-nin qanunvericiliyin tələblərinə tam əməl edərək, hərrac təşkilatına müvafiq protokolun imzalanması ilə bağlı mə ktub ünvanlamasına baxmayaraq,"xxxx" MMC öz üzərinə düşən öhdəliyi icra etməmiş, icra etməməsinin səbəbləri barədə hər hansı məlumat daxil olmadığından, Bank ipoteka predmeti olan əmlakı almaq imkanından məhrum olmuşdur.

178. İlkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Hazırki işdən məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyultarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylıSərəncamının icrası ilə əlaqədar X2 "xxxx" ASC-yə olan 291205,0 manat və 201437 ABŞ dollarıməbləğində borcu və buna dair sənədlər S-FK-1179 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslimaktına əsasən "xxxx"ASCdən Maraqlı şəxs1 QSC-yə təhvil verilmişdir. Təhviltəslim sənədlərinə əsasən, ümumilkdə 632.000 (altı yüz otuz iki min) manatdan artıq borc üzrə tələb hüququ Maraqlı şəxs1 QSC-yə güzəşt edilmişdir. Yuxarıda qeyd olunan Fərmanın və Nazirlər Kabinetinin Sərəncamının icrası ilə əlaqədar həmin borcların qaytarılması üçün müvafiq tədbirlərin görülməsi Maraqlı şəxs1 QSC qarşısında vəzifə olaraq qoyulmuşdur. borc üzrə tələb hüququ Maraqlı şəxs1 QSC-yə ötürüldüyü üçün ipoteka ilə bağ lı tələb hüququ da Maraqlı şəxs1 QSC-yə keçmişdir

179. Qeyd edilən maddəyə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığ ıilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəzedə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qeyd edilən normaya istinad edərək bildiririk ki, məhkəmə bu hissədə səhvə yol vermişdir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfə qarşı qətnamənin qəbul edilməsi mübahisənin qanuni və əsaslı həllinə mane o lmuşdur. Hesab edirik ki, iddiaçının tələbinin yönəldiyi "xxxx" Açıq SəhmdarCəmiyyəti tələb hüququnu Maraqlı şəxs1 QSC-yə güzəşt etdiyindən iş üzrə cavabdeh məhz "xxxx" QSC BOKT-dur. Belə ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanına uyğun olaraq, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə Maraqlı şəxs1 QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsinə dair” xx.xx.2017-ci iltarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin tələblərinə uyğun olaraq X2 (ipoteka predmeti qisminə İddiaçı mübahisələndirdiyi mənzil çıxış edir) problemli borcu - 291205 manat və 201437 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC-yə Dövlət tərəfindən ödənilmişdir. İş materiallarından göründüyü kimi "xxxx"Açıq Səhmdar Cəmiyyəti tərəfin əvəz edilməsi ilə bağlı ərizə vermiş olsa da məhkəmə ərizəni nəzərə almamışdır. Bundan başqa, iş materiallarında olan Maraqlı şəxs1 QSC tərəfindən təqdim edilmiş RX seriyalı,1486653 nömrəli Çıxarışdan göründüyü kimi, mübahisəli ipoteka predmeti Bakı şəhəri,Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində yerləşən 20 saylı fərdi yaşayış evi Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Halbuki, hər hansı iddia tələbi yalnız həmin iddiaya cavab verməli olan şəxsə qarşı irəli sürüldükdə təm in edilə bilər. Əgər iddia əsl olmayan cavabdehə qarşı verilmişdirsə, birinci instansiya məhkəməsi bu zaman həmin hüquqi məsələni tərəflərlə müzakirə edərək iddiaçının razılığı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll edə bilər. İddiaçı buna razı olmadıqda isə məhkəmə irəli sürülmüş tələblər üzrə işə baxmalıdır (MPM-in 54-cümaddəsi). Hazırki işdə isə iddia əsl olmayan cavabdehə qarşı verilmiş, öz növbəsində də məhkəmə bu məsələni tərəflərlə müzakirə etmədən prosessual hüquq normalarını pozmaqla əsl olmayan cavabdehə qarşı verilmiş iddianı təmin etmişdir. Ona görə də, iddia buna cavab verməli olmayan şəxsə qarşı verildiyi üçün həmin hissədə rədd edilməlidir

180. Qeyd edilən normaya əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi bank tərəfindən Hərrac Mərkəzinə ipoteka əmlakının əldə edilməsi üçün göndərilmiş məktubuna razılıq verilməsi və alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi barədə məktubunu mötəbər sübut saymamışdır. Məhkəmə kollegiyası sözügedən məktubun "xxxx" MMC tətrəfindən 14 nömrəli kuryer vasitəsilə Hərrac Mərkəzinə çatdırılmasını və xx.xx.2016-cı il tarixdə saat 15.00-da "xxxx"MMC-də “Quliyev”soyadlı şəxs tərəfindən qəbul edilməsinə dair sübutu şübhə altına alaraq, həmin məlumatların qeyri-dürüst olması qənaətinə gəlmişdir. Halbuki həmin sənədin (yəni məktubun çatdırılması barədə sübut un) saxta və qeyri-səhih olması iş üzrəcavabdeh Hərrac Mərkəzi tərəfindən təkzib edilməmiş və ya bu sübutun saxtalığı barədə məhkəməyə cavabdeh və digər şəxslər tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Hesab edirik ki, bununla bağlı apellyasiya instansiyasının gəldiyi qənaət tam əsassızdır. Bundan başqa, apellyasiya instansiyası bankın ipoteka əmlakını əldə etmək barədə xx.xx.2016-cı iltarixli, 13/2573 nömrəli məktubuna şübhəsini əsaslandırmaq və həmin sübutu təkzib etmək məqsədilə İddiaçı nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyası məhkəməsində təqdim olunmuş sübutlara istinad etmişdir ki, bu da yolverilməzdir. Halbuki həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli və tərəflərin iştirakı ilə araşdırılmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi nədənsə buna göz yummuş və İddiaçı vəkili və nümayəndəsi tərəfindən apellyasiya məhkəməsində təqdim olunmuş sübutlara istinad etmişdir. İddiaçı nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyasına təklif məktubunda göstərilmiş digər 3 əmlakla bağlı təqdimedilmiş sənədlərin heç birində bankla Hərrac Mərkəziarasında hərrac protokolunun imzalanmasını təsdiq edən sübutlar yoxdur. Belə ki, apellyasiya məhkəməsinin istinad etdiyi banka təklif olunan X6 adına olan “Jeep GrandCherokee” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracdan bank tərəfindən deyil, X17 tərəfindən alınmış və Y-292 nömrəli hərrac protokolu Hərrac Mərkəzi ilə həmin şəxs arasında imzalanmışdır. Bank hərrac protokolu imzalamış olsaydı bu halda avtomobilin bankın adına keçməsini təsdiq edən mülkiyyət sənədl əri olmalı idi. Bu barədə sənədlər isə yoxdur. Buradan da göründüyü kimi, apellyasiyainstansiyasının banka təklif olunan digərəmlakların əldəetməsi barədə gəldiyi qənaət taməsassızdır.

181. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196-cı maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54 və 88-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. 182. "xxxx" QSC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il, tarixli2(103)-2048/2023 saylı qətnaməsini ləğv edib, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçı Maraqlı şəxs1 QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbinin təmin edilməsinə, İddiaçı is ə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

183. Şikayət ”X14 Edilməsi Agentliyi” MMC-nin kassasiya şikayətinə uyğun əsaslandırılmaqla bərabər qeyd edilmişdir ki, İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2- ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin bu hallarını ümumiyyətlə araşdırmamış, buna qətnamədə heç bir münasibət bildirməmişdir.

184. Şikayət “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.1, 42.6, 43.7, 43.7.1, 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 325.1, 354.1, 354.2, 407.1, 408.1, 409.1, 425.1, 425.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3, 78.1, 88, 372.1, 372.6, 372,7, 386 -cı, 387.2, 387.2.4-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

185. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2048/2023 saylı qətnaməsindən "xxxx" ASC, Cavabdeh2 MMC, Maraqlı şəxs1 QSC və Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

186. Maddə 41.2 (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məm uru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.

187. Maddə 41.2. (2019-cu ildə qüvvədə olan redaksiyada) Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

188. Maddə 4 1.3.Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

189. Maddə 42.1. (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

190. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti v ə qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

191. Maddə 43.1. (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

192. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

193. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

194. Maddə 43.4. (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutm adıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

195. Maddə 43.5. (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

196. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

197. Maddə 43.7. (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə i poteka saxlayan ipoteka predmetini təkrar hərracdakıilkinsatış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

198. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli Qərardadı

199. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informa siya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur.

200. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. 201. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

202. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

203. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

204. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

205. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

206. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

207. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.

208. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

209. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

210. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya b axışının hədləri

211. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

212. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

213. Məhkəmə kollegiyası hesab edir ki, işin düzgün və obyekti araşdırılması məqsədilə əvvəlcə ikinci iş üzrə iddiaçı Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" MMC-yə qarşı protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin əsalandırması və gəldiyi nəticəyə münasibət bildirilməsi məqsədəuyğundur.

214. Məhkəmə kollegiyası ikinci iş üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin apellyasiya şikayətinin digər dəlili hazırkı iddianı qaldırmaq üçün Maraqlı şəxs1 QSC-nin subyektiv hüququ olmaması, çünki protokolun imzalanmış hesab edilməsinin tələb edildiyi dövrdə ipoteka saxlayanın bank olması ilə bağlıdır. Kollegiya hesab edir ki, bu dəlil də əsaslıdır. Çünki ipoteka müqaviləsi üzrə bank tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSC-yə güzəşt etmiş, ilk iki hərrac isə 2016-cı ildə keçirilmişdir ki, həmin vaxt ipoteka saxlayan bank olmuşdur. Kassasiya kollegiyası həmin əsaslandırma ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi müvafiq tələb hüququnun "xxxx" ASC tərəfindən Maraqlı şəxs1 QSC BOKT-a 21 aprel 2017-ci il tarixli müqavilə ilə güzəşt edilməsi və Maraqlı şəxs1 QSC BOKT-un mübahisə predmeti olan daşınmaz əmlak üzərində ipoteka hüququnun 06 mart 2019-cu il tarixində qeydə alınması halına mülki prosessual hüquq normalarının tələbi nə uyğun hüquqi qiymət verilməmişdir. 215. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən ipoteka ilə təmin edilmiş tələb başqasına keçdikdə həmin tələbin təminatı olan ipoteka ona keçir. Tələbin keçdiyi şəxs ipoteka saxlayanın hüquq və vəzifələrini əldə edir.

216. Həmin Qanunun 28.2-ci maddəsinin tələbin güzəşt edildiyi vaxt qüvvədə olmuş redaksiyasına əsasən tələbin başqa şəxsə keçməsi ilə əlaqədar ipoteka müqaviləsinə müvafiq dəyişikliklər edilməli və bu Qanuna müvafiq qaydada ipotekanın dövlət qeydiyyatı orqanında əlavə dövlət qeydiyyatına alınmalıdır (ipoteka kağızı ilə tələbin başqasına keçməsi bu Qanuna uyğun olaraq həyata keçirilir). Bu şərtə əməl edilmədikdə tələbin keçməsi etibarsız hesab olunur.

217. Apellyasiya instansiyası məhkəməsi qeyd etmiş dir ki, hazırkı halda iddiaçının istinad etdiyi yeganə sübut bankın qeyd edilən xx.xx.2016-cı il tarixli əmlakın əldə edilməsinə razılıq barədə cavab məktubudur. İddiaçı qanunla nəzərdə tutulmuş müddət, söhbət 30 günlük müddətdən gedir ki, o vaxtkı ipoteka saxlayan bankın ipoteka predmetinin əldə edilməsi üçün bütün zəruri tədbirləri görməsi barədə başqa bir sübut təqdim etməmişdir.Kassasiya kollegiyası həmin əsaslandırma ilə razılaşmır. Əvvəla bank da xx.xx.2016-cı il tarixli cavab məktubu vermişdir ki, əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazları yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixin i müəyyənləşdirib rəsmi məlumat verməsi xahiş edilmişdir. "xxxx" MMC-nin həmin məktubu almasını təkzib etməsi iş materialları ilə təsdiq edilmir. Həmçinin apellyasiya instansiyası məhkəməsi müvafiq məktubun "xxxx" MMC tərəfindən alınmadığını kifayət qədər əsaslandıra bilməmişdir.Digər tərəfdən bankın hansı tədbirlər görməli olması da əsaslandırılmamışdır.

218. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin "xxxx" ASC-yə göndərdiyi xx.xx.2016-cı il tarixli, 2427 nömrəli məktubunda yalnız hazırda mübahisəsi gedən daşınmaz əmlakın deyil, ümumilikdə 4 əmlakın əldə olunması təklif olunur ki, bunlardan da biri "X24" markalı, **-RC-*** dovlet qeydiyyat nişanlı avtomobil, ikincisi, Şəmkir şəhəri, C.Cabbarlı küçəsində yerləşən 19 saylı ferdi yaşayış evi, üçüncüsü ise Quba ray onu, 2-ci Nügədi kendinde yerləşən 1,36 ha torpaq sahesidir. Göstərilənlərlə əlaqədar hüquqi qiymətləndirmə aparan apellyasiya instansiyası məhkəməsi müvafiq əsaslandırma apararaq belə qənaətə gəlmişdir ki, bank tərəfindən təklif olunan digər ipoteka predmetləri əldə edilsə də, məhz bu ipoteka predmetinin əldə edilməməsi barədə hər hansı bir tutarlı əsas göstərilməmişdir. Kassasiya kollegiyası həmin qənaətlə də razılaşmır.Çünki bildirişdə göstərilən əmlakların hamısının bank tərəfindən əldə edilməsi iş materialları ilə təsdiqlənmir.

219. Apellyasiya instansiyası məhkəməsi müvafiq məktubun məzmununda ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair yazılmış məlumata və ümumiyyətlə məktubun məzmununa "xxxx" ASC-nin məsuliyyət daşıyıb-daşımaması halına da hüquqi qiymət verilməmişdir.

220. Ap ellyasiya instansiyası məhkəməsi göstərilən məsələ ilə əlaqədar sübutları nəyə görə apellyasiya baxışında qəbul etdiyini də əsaslandırmamışdır.

221. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin müvafiq protokolu imzalamaqdan yayınıb-yayınmamsı halını ətraflı araşdırıb hüquqi qiymət verməmişdir.

222. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin sübutlara qiymət verməsi Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir. Bu isə apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə qanuni və əsaslı nəticəyə gəldiyi qənaətinə gəlməyə imkan vermir.

223. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ikinci iş üzrə yuxarıda göstərilən hallar araşdırılıb hüquqi qiymət verildikdən sonra həmin iş üzrə iddianın əsaslı olması qənaətinə gəlinərsə, bundan sonra birinci iş üzrə iddiaçının müvafiq iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığına hüquqi qiymət verməklə yekun məhkəmə aktı qəbul edilməli idi.Lakin apellyasiya instansiyası məhkəməsinin araşdırması və hüquqi qiymətləndirməsi göstərilənlərə və prosessual hüquq normalarının tələbinə cavab vermədiyi üçün maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə də gəlinməsi mümkün deyil.

224. Ona görə də birinci iş üzrə cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC, birinci iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 və birinci iş üzrə maraqlarına toxunan şəxs və ikinci iş üzrə iddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 15 dekabr 2023-cü il tarixli 2(103)-2048/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

225. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh olunan nöqsanlar aradan qaldırılmalı, sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməklə maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

226. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Birinci iş üzrə cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC, birinci iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 və birinci iş üzrə maraqlarına toxunan şəxs və ikinci iş üzrə iddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2023-cü il tarixli 2(103)-2048/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar