Məhkəmə qərarları › İş №2(102)-135/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-135/2025

11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-135/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti olmaqla) iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-14/2 024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. ünvan 1 ünvanında yerləşən ümumi tikinti alt sahəsi 126,2 kv.m olan qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətindədir;

3. Cavabdeh sifarişi əsasında"xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 15 və 17 saylı yaşayış binasının yaxınlığında yerləşən qeyri-yaşayış obyektinin eskiz layihəsi hazırlanmış, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Ba ş İdarəsinin 18/038/3342 saylı, xx.xx.2017-ci il tarixli məktubunun icrası haqqında 1 dekabr 2017-ci il tarixli sərəncamına əsasən, Cavabdeh həmin ərazidə razılaşdırılmış layihəyə uyğun qeyriyaşayış obyektinin tikintisinə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ona məxsus kafeyə aid sahədə Cavabdeh tərəfindən in şa edilmiş pilləkənin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda Cavabdeh iddiaçıya məxsus kafenin ərazisinə düşən sahədə qonşuluqda qeyri-yaşayış sahəsinin qanunsuz olaraq pilləkənini inşa etmişdir. Həmin sahə əvvəllər talvar olaraq iddiaçıya məxsus kafenin istifadəsində olmuşdur. Bir müddət əvvəl kafenin ətrafında aparılan abadlıq işləri ilə bağlı iddiaçı tərəfindən sökülərək bir müddət boş ərazi kimi istifadəsində olmuşdur. Lakin hazırda cavabdeh tərəfindən iddiaçının razılığı olmadan zəbt olunmuşdur. Həmin mübahisəli sahənin iddiaçıya məxsusluğunu təsdiqləyən sənəd kafenin Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tikinti İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şə hərsalma Kadrları İdarəsinin verdiyi xx.xx.2003-cü il tarixli texniki pasportu və xx.xx.2003-cü il tarixli 305 saylı qeydiyyat vəsiqəsidir. Bundan başqa obyektin texniki pasportunda qeyd olunmuş cizgidə də həmin mübahisəli sahənin iddiaçıya məxsusluğu təsdiqini tapır. Cavabdeh isə sənədlərlə iddiaçıya məxsus olan sahəni 2017- 2018-ci illərdə hansı yollasa sənədləşdirilmişdir. İddiaçı cavabdehin ona məxsus torpaq sahəsində inşa etdirdiyi qanunsuz pilləkəni söküb ərazsini təmizləməsini bildirsə də, cavabdeh bunu etməkdən imtina edir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, hüquq müəyyənedici sənədlər varsa, bu, mübahisə predmeti ola bilməz. Lakin iddiaçının qeyd olunan torpaq sahəsinə hü quqmüəyyənedici sənədi olmamışdır. Həmin sənəd səlahiyyətli orqan tərəfindən verilir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi kafeyə məxsus sənəd düz olmamaqla hüquqmüəyyənedici sənəd deyildir. Çünki iddiaçıya verilmiş kafeyə aid sənəd səlahiyyətsiz orqan tərəfindən verilmişdir. Bu səbəbdən də iddiaçının məhkəməyə təqdim etdiyi texniki pasport saxta olmuşdur. Mövcud olmayan talvarın altındakı torpaq sahəsinin iddiaçıya məxsus olmasından söz gedə bilməz. Talvar tikili olmamaqla, müvəqqəti qoyulmuş konstruksiyadır və istənilən vaxt sökülə bilər. Pilləkən isə evə daxil olmaq üçündür. Pilləkəni başqa bir yerdən tikmək üçün yer yoxdur. İddiaçıya məxsus obyektlə cavabdehə məxsus pilləkən arasında boş yer vardır. Sadəcə olaraq iddiaçı hazırkı iddia tələbi ilə cavabdehi incitməyə çalışır. Pillə kən və talvarın altındakı torpaq sahəsinə hüquqmüəyyənedici sənəd verilə bilməz. Ümumiyyətlə, mövcud olmayan naves mübahisələndirilə bilməz. Mübahisəli 18,9 kv.m torpaq sahəsi nə iddiaçıya, nə də cavabdehə məxsus olmuşdur. Həmin torpaq sahəsi dövlətə məxsus olmuşdur. Tərəfin iddia qaldırmaq üçün hüququ yoxdur. Belə ki, ümumi istifadədə olan torpaq sahəsinə dair iddiaçı iddia qaldıra bilməz. Çünki, mübahisələndirilən torpaq sahəsi dövlət torpağıdır. Eyni zamanda ekspertin rəyi natamamdır. Çünki rəyin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi ziddiyətli olmuşdur. Ekspert rəyi nəticə hissəsinə kimi düz yazmış, sonradan nəticə hissəsini isə başqa formada yazmışdır. Qeyd etdiyi kimi 18,9 kv.m torpaq sahəsinin iddiaçıya məxsus olması barədə sənəd mövcud deyildir. Azərbaycan Respublikası Ədliyyə N azirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza rəyi sübutedici və təsdiqedici sənədlər toplanılmadan, heç bir mütəxəssis cəlb edilmədən, rəyi vermək üçün cəlb edilməli və mütləq şəkildə aidiyyatı orqanlarda olan sənədlərə istinad edilməli olduğu halda, heç bir sənədə istinad edilməmiş, heç bir orqana müraciət edilməmişdir, aidiyyatı qurum tərəfindən verilməmiş texniki pasporta əsaslanaraq verilmiş ziddiyyətli bir rəydir. Belə ki, ekspert öz rəyində qeyd edir ki, mübahisəli pilləkən qəfəsinin yerləşdiyi sahə iddiaçının qeyri-yaşayış sahəsinin texniki pasportunun planında sahəsi 18,9 kv.m olan talvar kimi göstərilmiş, lakin eksplikasiya bölməsində əks olunmamışdır. Eyni zamanda, mübahisələndirilən pilləkən qəfəsi cavabdehin inşa etdiyi qeyri-yaşayış sahəsinə dair Ba kı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin təsdiq etdiyi eksiz layihəsində öz əksini tapmışdır. Rəydən görünür ki, iddiaçının texniki pasportunda iddiaçının mübahisələndirdiyi sahəyə dair ziddiyyətlər, yəni çəkilmiş cizgi ilə eksplikasiya arasında ziddiyətlər mövcuddur. Ekspert həmin ziddiyyətə aydınlıq gətirmədən, texniki pasportun ziddiyyətli olmasına baxmayaraq, müvafiq qeydiyyatı həyata keçirən orqanlardan bu ziddiyyətə aydınlıq gətirəcək hər hansı bir sənəd əldə etmədən, heç bir araşdırma aparmadan əssasız və sübut əhəmiyyəti kəsb etməyən qeyri obyektiv rəy tərtib etmişdir. Talvar texniki pasportda cizgi şəklində qeyd edilsə də, təsnifatda mövcud deyil, texniki pasportda cizgi şəklində göstərilsə də, talvar faktiki yerində mövcud deyildir. Həmçinin talvar bünövrəl i tikinti olmadığı üçün həmin mübahisələndirilən 18,9 kv.m torpaq sahəsi ümumi istifadədə olan dövlət torpağıdır. Cavabdehə eskiz layihəsi müvafiq məktubla icra hakimiyyətinə müraciət əsasında sərəncama əsasən Baş Memarlıq tərəfindən təsdiq edilib verilmişdir. Cavabdeh tikdiyi obyektdən mənfəət əldə edir və digər şəxsləri də burdan dolandırır. Göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş pilləkənin sökülməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 izahatında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2018-ci il tarixli 21011 nömrəli rəyinə əsasən, Cavabdeh tərəfindən inşa olunmuş mübahisəli pilləkən tikilisi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsində, İddiaçı mülkiyyətində olan sahəsi 102,4 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportun plan-sxemində 18,9 kv.m açıq sahə kimi göstərilmişdir. Mübahisəli pilləkən qəfəsinin yerləşdiyi sahə cavabdehə və iddiaçıya məxsus sənədlərdə öz əksini tapdığı üçün həmin sahənin kimə məxsus olması məhkəmə tərəfindən müəyyən edilə bilər.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə təkrar təyin edilmiş məhkəm ə texniki-mühəndis ekspertizasının 5 mart 2019-cu il tarixli rəyi ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş 18,9 kv.m-lik talvarın (naves) yerləşdiyi ərazi ilə cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının müvafiq eskiz layihəsində öz əksini tapmış pilləkən qəfəsinin üst-üstə düşdüyü və pilləkənin yerləşdiyi ərazinin ilkin olaraq (tarix baxımından) iddiaçının qeyri-yaşayış sahəsinə aid olduğu müəyyən edilmişdir.

10. Məhkəmə iclasında dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 ifadəsində bildirmişdir ki, rəydə texniki pasportun bütün məlumatları əks olunmuşdur. Texniki pasport hüquqmüəyyənedici sənəd deyildir. Texniki pasport un eksplikasiya hissəsində talvar göstərilməmişdir. Talvar sökülə bilən yüngül konstruksiyadır. Talvar əsas tikili olmadığına görə eksplikasiya hissəsində əks olunmur. Onun tərəfindən ekspertiza aparıldığı zaman talvar yerində mövcud olmamışdır. Mübahisəli talvarın yerləşdiyi ərazi Cavabdeh məxsus tikilinin pilləkəni ilə üst-üstə düşmüşdür. Mübahisəli torpaq sahəsində əvvələr talvar mövcud olmuş, lakin sonradan sökülmüşdür. İddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş 18,9 kv.m-lik talvarın yerləşdiyi ərazi ilə Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının müvafiq eskiz layihəsində öz əksini tapmış pilləkən qəfəsi üst-üstə düşmüş və pilləkənin yerləşdiyi ərazi tarix baxımından ilkin ola raq iddiaçının qeyri-yaşayış sahəsinə aid olmuşdur. Yəni iddiaçıya məxsus texniki pasport cavabdehə məxsus eskiz layihəsindən əvvəl verilmişdir. Texniki pasportun və eskiz layihəsinin düz verilib-verilməməsini müəyyən etmək onun səlahiyyətinə aid deyildir. Ekspert qarşısında qoyulan sualla bağlı iş materiallarında kifayət qədər sənədlər olmuş, araşdırma aparılmış və rəy verilmişdir.

11. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə yerində müayinə zamanı müəyyən edilmişdir ki, həmin ünvanında iddiaçıya məxsus qeyri-yaşayış sahəsi yerləşmişdir. Mübahisələndirilən 18,9 kv.m-lik talvarın yerləşdiyi ərazi iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının pilləkəni q eyd olunan ərazi ilə üst-üstə düşmüşdür.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-315/2019 nömrəli 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia təmin edilərək, ünvan 3 ünvanda İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazidə Cavabdeh tərəfindən inşa olunmuş pilləkənin Cavabdeh hesabına sökülməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni iddiaçıya məxsus olan qeyriyaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst-üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aid olmuşdur. Cavabdeh həmin ə razinin iddiaçıya aid olmadığını bildirsə də, cavabdehin inşa etdiyi pilləkənin yerləşdiyi ərazi iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunda nəzərdə tutulmuşdur və onun qanuni sahibliyində və istifadəsində olmuşdur.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 157.8, 170.1,170.2.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin tək yaşayış yeri hazırda iddiaçının mübahisələndirdiyi həmin mənzil olmuşdur ki, cavabdehin və ailə üzv lərinin həmin mənzildən başqa yaşayış yeri yoxdur. Həmin mənzildən çıxarılacağı təqdirdə sığınacağı heç bir yer olmamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə cavabdehin hüquqları ciddi şəkildə pozulmuşdur.

17. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)-848/2020 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova - sədrlik edən və məruzəçi, İ.K.Xəlilov və İ.Ə.Kərimli) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(006)315/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst-üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aiddir. Lakin cavabdeh həmin ərazinin iddiaçıya aid olmadığını bildirsə də, ekspert rəyləri və keçirilən yerində müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, cavabdehin inşa etdiyi pilləkənin yerləşdiyi ərazi iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunda nəzərdə tutulmuşdur, odur ki, iddiaçının qanuni sahibliyində və istifadəsindədir.

19. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, həmin dəlillər qətnamənin ləğv olunması və iddianın rədd olunması üçün əsas vermir. Cavab deh etirazının əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.4, 157.8, 170.1, 170.2-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Cavabdeh kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)-848/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.

22. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi iddiaçıya məxsus deyildir və həmin torpaq sahəsi ilə bağlı mü lkiyyət hüququnu təsdiq edən sənədi mövcud deyildir. İş üzrə təkrar məhkəmə ekspertizasının təyin etmək zərurəti olduğu və bununla bağlı cavabdeh vəsatət verdiyi halda, apelyasiya məhkəməsi vəsatətini təmin etməmişdir. Cavabdeh tikinti aparmaq üçün bütün hüquq müəyyənedici sənədləri toplamış və tikintini Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Eskiz layihəyə uyğun aparmışdır. Lakin məhkəmə həmin sənədləri nəzərə almamışdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(102)-3963/2020 nömrəli qərarı ilə (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva və Aqil Abbasov) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2020-ci i l tarixli, 2(103)-848/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

24. Kassasiya instansiyası məhkəməsi qərarını belə əsaslandırmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18,9 kv.m. talvar sahəsi (bünövrəsiz tikilidir) şərti olaraq texniki pasporta daxil edilməsinə baxmayaraq, təsnifata daxil edilməmişdir. Faktiki olaraq həmin talvar sahəsi mövcud deyildir. Talvar mövcud olmadığı üçün Cavabdeh müvafiq hüquq müəyyənedici sənədlərə əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir. akı şəhəri, Nəsimi rayonu, M.Hacıyev küçəsində yerləşən sahəsi 102,4 kv.m olan qeyriyaşayış binasının iddiaçının mülkiyyəti ndə olması mübahisə doğurmadığı halda, sonuncu həmin sahəyə bitişik olmuş, bünövrəsiz və artıq mövcud olmayan 18,9 kv.m.-lik talvarın da ona məxsus olduğunu iddia etmiş, lakin işə mahiyyəti üzrə baxan məhkəmələr həmin talvarın yerləşdiyi ərazinin (torpaq sahəsinin) iddiaçıya məxsusluğunu, talvarın nə vaxt və hansı səbəbdən sökülməsini araşdırmamış və cavabdehin bununla bağlı apelyasiya şikayətinin dəlillərinə və nəticə olaraq iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüquqa malik olmasına hüquqi qiymət verilməmişdir. Digər tərəfdən iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikili (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) Bak ı şəhər İcra Hakimiyyəti Başçısının 1 dekabr 2017-ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsi əsasında inşa olunmuşdur. Hüquq müəyyənedici olan həmin sənədlər maraqlı şəxslərlə mübahisələndirilməmiş və qüvvədədir. Belə olan halda, cavabdehin mübahisələndirilən torpaq sahəsində inşa etdiyi tikilinin qanuniliyinə hüquqi qiymət verilməli olduğu halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı hər hansı mövqe irəli sürülməmişdir.

25. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə əsaslandırmışdır.

26. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-794/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Tural Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 2(039)-19/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli evlə bağlı cavabdehin mülkiyyət hüququ itirildiyinə görə onun həmin evə dair hər hansı əmlak hüquqları mövcud deyildir.

28. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.2 və 203.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Təkrar apellyasiya icraatında hazırkı işin gedişatında paralel olaraq İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 318 nömrəli sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binalarının yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) etibarsız hesab edilməsi öhdəliyinin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-1(112)-3450/2023 saylı qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamış həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1430/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilməd ən saxlanılmış, sonuncu qərar Azərbaycan Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə qalmışdır.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2(103)-2024/2024 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Babayev sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, birinci instan siya məhkəməsi iddia tələbi təmin edərkən nəzərə almamışdır ki, qeyd edilən ərazidə iddiaçıya məxsus olan və üzərində mülkiyyət hüquqları rəsmi şəkildə qeydə alınan qeyri-yaşayış sahəsinin ölçüsü 102.4 kv.m. olsa da, mübahisəli 18.9 kv.m ölçülü talvar sahəsi sonradan əlavə olaraq texniki pasportda göstərilmişdir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, texniki pasport adından da göründüyü kimi əmlakın sırf texniki göstəricilərinin – ölçü, sahə və s. əks olunduğu sənəddir və həmin sənəd şəxsin əmlaka mülkiyyət hüquqlarını birbaşa təsbit edən sənəd olmamaqla bərabər bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhz bu barədə çıxarışın verilməsi ilə nəticələnir. İddiaçının ona məxsus olduğunu iddia etdiyi 18,9 kv.m. ölçülü talvar sahəsi sadəcə texniki pasportda şərti olaraq öz əksini tapmış, həmin sahəyə dair sonradan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində yeni bir çıxarışla rəsmiləşdirilməmişdir. Həmçinin, İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18,9 kv.m. bünövrəsiz tikili olan talvar sahəsi şərti və cizgi sxemi olaraq texniki pasporta daxil edilsə də, belə bir talvar sahəsi faktiki olaraq mövcud olmamış, pasportda göstərilən həmin sahə fiziki olaraq boş bir ərazini əhatə etmişdir. Cavabdeh da ona verilmiş müvafiq hüquq müəyyənedici sənədlərə əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir.

33. Bundan başqa, məhkəmə mübahisəyə baxarkən nəzərə almamışdır ki, sözügedən hüquqmüəyyənedici sənədlər, yəni Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikiliyə dair (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1 dekabr 2017-ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsi maraqlı şəxslərlə mübahisələndirilməmiş və qüvvədə olmuşdur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 318 nömrəli sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binalarının yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) etibarsız hesab edilməsi öhdəliyinin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinin məhkəmələr tərəfindən mümkün sayılmamasının hüquqi əsası kimi də, iddiaçının belə bir iddianı irəli sürməyə subyektiv hüquq daşıyıcısı olmaması göstərilmiş, buna əsas kimi iddiaçının mübahisələndirilən ərazi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədin mövcud olmaması qeyd edilmişdir.

35. Göründüyü kimi, iddiaçının hazırda sökülməsini tələb etdiyi pilləkənin yerləşdiyi əraziyə dair mülkiyyət hüquqları təsbit olunmamış, cavabdehin isə sözügedən ərazidə yerləşən tikiliyə dair (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) hüquqmüəyyən edici sənədləri qüvvədə olmaqla hazırda hansısa qanuni əsasla təkzib olunmamışdır.

36. Məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılması barədə iddiaçının vəsatətini MPM-nin 254, 254.1.4 və 255-ci maddələrinə istinad edərək əsassız hesab etmişdir.

37. Məhkəmə kollegiyası işin qeyd olunan hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli pilləkənin sökülməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik olmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Bu səbəbdən, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2 və 178.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2 024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 2-ci maddəsinin tələblərinin pozuntusu ilə qəbul edilmişdir. Belə ki, iddiaçının hüquq və mənafelərinin təsdiqi ilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış, vəsatəti təmin edilməmiş, təqdim etdiyi sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

43. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Qanuna əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 43).

53. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının hazırda sökülməsini tələb etdiyi pilləkənin yerləşdiyi əraziyə dair mülkiyyət hüquqları təsbit olunmamışdır.

54. Belə olan halda apelyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hü quqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-14/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar