Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1354/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyə icra səbəbilə xitam verilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3547/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh hər dəfə 300.000 manat olmaqla, cəmi 600.000 manat pul vəsaiti alması xx.xx.2011-ci il tarixli sadə yazılı qəbzlə və xx.xx.2012-ci il tarixli notarial borc müqaviləsi ilə rəsmiləşdirilmişdir.
2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-19/2015 saylı, xx xxxxx 2015-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
3. Cinayət işinin istintaqı zamanı Cavabdeh, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı xx.xx.2014-cü il tarixli ərizələrdə bildirmişdir ki, İddiaçı ona dəymiş ziyanı ödəmişdir, heç bir şikayəti yoxdur və gələcəkdə olmayacaq. Bundan əlavə, Cavabdeh cinayət işinin materialları ilə tanış edilməsinə d air xx.xx.2014-cü il tarixli protokolda ona dəymiş ziyan ödənildiyindən vəsatətinin, şikayətinin və tələbinin olmadığını qeyd etmişdir.
4. İddiaçı qeyd edilənlərə əsaslanaraq aşağıdakı iddia tələblərini irəli sümüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında xx xxxxxx 2011-ci il tarixli 300000 manat borc alınmasına dair əllə yazılmış müqavilənin, eləcə də xx xxxxxx 2012-ci il tarixli cavabdehdən 300000 manat borc pul alınmasına dair Bakı şəhəri 6 saylı DNK bağlanan 3m/1611 reyestr saylı borc müqaviləsinin borcu qaytararaq icra etdiyi üçün xitam verilməsi, bunun əsasında Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icraatında olan icra işinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ibtidai istintaq zamanı o, cavabdehdən iki dəfəyə aldığı 600.000 manat məbləğində pulu qaytarmışdır. Öz növbəsində Cavabdeh Baş prokurora ünvanlandığı xx.xx.2014-cü il tarixli ərizəsində ona dəyən ziyanın İddiaçı tərəfindən tam ödənildiyini, bu barədə İddiaçı qarşı hər hansı şikayəti və tələbinin olmadığını bildrimşidir. Bundan başqa, cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda zərərçəkən olaraq Cavabdeh tərəfindən imzalanmış, qeyd edilən hissədə ona dəyən ziyanın tam olaraq ödənildiyi qeyd edilmişdir. Buna baxmayaraq Gəncə Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən Cavabdeh və onun müdafiəçisinin ona dəyən ziyan ın guya İddiaçı tərəfindən ödənilmədiyi barədə vəsatət verilmişdir. Cinayət işinin materiallarında Cavabdeh adından yazılmış iki ərizə vardır. Həmin ərizələrin birində ona dəyən ziyanın tam ödənildiyi, ikincisində isə ona dəyən 500.000 manat məbləğində ziyanın tam ödənildiyi qeyd edilmişdir. Hökmlə zərərçəkənin iddiası baxılmamış saxlanılmışdır. Cavabdeh əsassız olaraq icra qeydinin icraya yönəldilməsinə nail olmuşdur.
7. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, o, iddiaçıya iki dəfəyə 300.000 manat olmaqla, cəmi 600.000 manat məbləğində borc pul vermişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı həmin puldan cavabdehə 300.000 manat qaytarılmış, ondan ərizə alınmış, hətta müstəntiq qara torbada ona nümayiş etdirərək qalan pulun da orda oldu ğunu “ərizəni yaz, qalan pulu da verəcəyik, narahat olma” deməsinə baxmayaraq, qalan 300.000 manat pul ona bu günədək də qaytarılmamışdır. Məhz bu səbəbdən Gəncə Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə cinayət işinə baxılarkən ziyanın ödənilmiş hesab edilməsi barədə zərərçəkənin ərizələrinin sübutlar siyahısından çıxarılması xahiş edilmiş, bu məhkəmədə tam araşdırılmış və belə nəticəyə gəlinmişdir ki, pulun ödənilməsi tam təsdiq olunmadığından iddia ərizəsi baxılmamış saxlanılsın. Nəticədə məhkəmədən sonra icra qeydinin icraya yönəldiməsini lazım bilmişdir. Cavabdeh onu da qeyd etmişdir ki, onun ziyanı ödənsəydi, iddiaçı barədə şikayət verməyəcəkdi də. Ziyanı ödəmək əvəzinə iddiaçı müxtəlif iddialarla məhkəməyə müraciət edir, borc müqaviləsinin etibarsızlığı barədə iddiası Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
8. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx xxx 2019-cu il tarixli, 2(012)-1352/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən cavabdehdən alınmış cəmi 600.000 manat məbləğində pulun 300.000 manat cavabdehə qaytarılan hissəsi yalnız cavabdehin özünün izahatı ilə təsdiq edildiyi halda, həmin məbləğin qalan 300.000 manat hissəsinin cavabdehə qaytarılmasını cavabdeh etiraf etmir, pulun cavabdehə qaytarılması barədə işdə hər hansı rəsmi sənəd yoxdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Məmmədov (sədrl ik edən və məruzəçi), R.Əsgərova və M.Rzayev) xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3547/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(012)-1352/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2014-eii il tarixli Cavabdeh tərəfindən yazılmış ərizə, həm də İddiaçı tərəfindən verilmiş xx.xx.2014-cti il tarixli izah at hazırki mülki iş üzrə sübut kimi qəbul edib və ona istinad edilə bilməz. İlk növbədə nəzərə alınmalıdır ki, həmin sənədlər kserosurətdir və onların əsli və ya əslinə bərabər surəti iş materiallarından mövcud deyil. Digər tərəfdən, məhkəmə iclas protokollarından aydın görünür ki, həmin sənədlər məhkəmə iclasında elan və tədqiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin izahatını əsas götürsə də, yenə də düzgün nəticəyə gəlməmişdir. İddianın rədd edilməsi əsası kimi cavabdehin izahatına istinad edərkən məhkəmə, ziyanın bir qisminin ödənilməsi, digər hissəsinin isə ödənilməməsinə istinad etmişdir. İddia tələbinin məğzi xx.xx. 2011-ci il tarixli əllə yazılmış müqaviləyə və xx.xx.2012-ci il tarixli 3m/1611 reyestr nömrəli borc müqaviləsinə xitam verilməsi olmuşdur. Belə olan halda, cavabdeh iddianı qismən etiraf edir, ona öhdəliklərdən birinin ödənildiyini qeyd edir. Lakin məhkəmə iddianı tamamilə rədd edərək maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. İddiaçı istintaq zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2014-cü il tarixli ərizələrdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək, İddiaçı ona dəymiş maddi ziyanı tam olaraq ödədiyini və ondan heç bir şikayəti olmadığını bildirmişdir. Bu fakt məhkəməyə təqdim edildiyi ittiham aktında, məhkəmə hökmündə və digər sübutlarda da öz təsdiqini tapmışdır. Həmçinin mülki iş materiallarına əlavə edilmiş Cavabdeh İddiaçı heç bir şikayət və tələbinin olmaması və ona dəymiş maddi ziyanın ödənilməsi barədə qeyd aparılmış cinayət işi materialları ilə tanış etmə haqqında xx.xx.2014-cü il tarixli protokoldan da aydın görünür ki, həm xx.xx.2011-ci il tarixli əllə yazılmış müqavilə üzrə, həm də xx.xx.2012-ci il tarixli 3m/1611 reyestr nömrəli borc müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Bütün bunlar istintaq orqanı tərəfindən nəzərə alınaraq, İddiaçı barəsində həbs qətimkan tədbiri deyil, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Əgər istintaq orqanı ziyanın ödənilməməsi qənaətinə gəlmiş olsaydı, İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri deyil, həbs qətimkan tədbiri seçilərdi. Həmçinin istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının 59-cu səhifəsində qeyd edilmişdir ki, cinayət işi üzrə zərərçəkən şəxs Cavabdeh xx.xx.2014-cü il tarixli ərizələrlə istintaqa müraciət edərək, təqsirləndirilən şəxs İddiaçı tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və bu səbəbdən ondan heç bir şikayətinin olmadığını bildirmişdir. Həmçinin, ittiham aktının 67-ci vərəqəsində tərtib olunmuş arayışda da göstərilir ki, iş üzrə mülki iddia yoxdur. Bununla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(088)-19/2015 nömrəli məktubu ilə daxıl olmuş materiallar üzrə araşdırma Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış, Cavabdeh bu barədə göstərdikləri öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar cinayət işinin materiallarına əlavə olunmuş və sübut kimi saxlanılmışdır. Ümumiyyətlə cavabdeh tərəfin söylədiyi fikirlər ağlabatan hesab edilə bilməz. Belə ki, əgər cavabdehin irəli sürdüyü kimi sözügedən xx.xx.2014-cü il tarixli ərizələr onun tərəfindən icra edilməmişdirsə, cavabdeh həmin ərizələrin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilərdi, istintaq orqanının hərəkətlərindən yuxarı instansiyalara şikayət edə bilərdi və ya cinayət işi üzrə sərbəst ifadəsində qeyd edildiyi kimi, əgər ərizələr ondan aldatma yolu ilə, təzyiq göstərilməklə alınmış olsaydı, müstəntiq barəsində AR CM-nin müvafiq maddəsi əsas ında cinayət işi başlanardı. Lakin təqdim edilən sübutlardan aydın olur ki, Cavabdeh məqsədi sadəcə artıq məbləğdə pul vəsaiti ələ keçirməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh yazılı izahat göndərərək kassasiya şikayətinə etiraz etdiyini bildirmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, iddiaya etirazın dəlillərinə uyğun izahat verərək şikayətin rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Eti barsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 19. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
20. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
21. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Hazırkı işin hallarından görünür ki, iddiaçı, cavabdehdən iki dəfə 300.000 manat olmaqla, cəmi 600.000 manat pul vəsaiti almışdır. Bu faktlar iddiaçının xx.xx.2011-ci il tarixdə verdiyi sadə yazılı qəbzlə və tərəflərin xx.xx.2012-ci il tarixdə notariat orqanında bağladıqları borc müqaviləsi ilə sənədləşdirilmişdir. Bununla əlaqədar başlanmış cinayət işinin istintaqı zamanı Cavabdeh, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı xx.xx.2014-cü il tarixli ərizələrdə bildirmişdir ki, İ ddiaçı ona dəymiş ziyanı ödəyib, heç bir şikayəti yoxdur və gələcəkdə olmayacaq. Bundan əlavə, Cavabdeh cinayət işinin materialları ilə tanış edilməsinə dair xx.xx.2014-cü il tarixli protokolda ona dəymiş ziyan ödənildiyindən vəsatətinin, şikayətinin və tələbinin olmadığını qeyd etmişdir.
31. Hazırda İddiaçı, həmin ərizələr və protokoldakı qeydlərə əsaslanaraq bildirir ki, Cavabdeh qarşısında olan öhdəliyini icra etməsi səbəbilə adları çəkilən borc sənədləri (yazılı qəbz və notarial müqavilə) üzrə öhdəliklərinə xitam verilməlidir.
32. Cavabdeh isə İddiaçı tərəfindən 300.000 manat məbləğin ona qaytarıldığını etiraf etsə də, qalan 300.000 manat pulun ödənilmədiyini, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı ərizələri aldatma nəticəsində yazdığını bildirmişdir.
33. Bu baxımdan iddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 528-ci maddəsi, cavabdehin etirazının qanuni əsası kimi həmin Məcəlləsinin 339-cu maddəsi nəzərdən keçirilə bilər (§ 20-21).
34. Beləliklə, iddiaçı pul öhdəliyinin xitam edilməsi tələbinin əsası kimi cavabdehin zərərin ödənilməsi və tələbinin olmaması haqqında ərizələrinə, habelə istintaq protokolundakı iradə ifadəsinə əsaslanır. Ona görə də, həmin iradə ifadələri tərəflər arasındakı mülki mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir.
35. Kollegiya bildirir ki, mülki hüquq münasibətlərində əqd dedikdə, bir hüquqi nəticənin əmələ gətirilməsi üçün edilmiş iradə bəyanı başa düşülür. Bu baxımdan tərəflər arasında yaranmış mülki hüquq münasibətlərində kreditor olan Cavabdeh maddi zərərlə bağlı ərizələri həmin münasibətlər çərçivəsind ə borclu İddiaçı pul öhdəliyini yerinə yetirməsi kimi hüquqi nəticə yaradan əqd olaraq qiymətləndirilə bilər.
36. Bununla belə, hər bir əqd qanunda nəzərdə tutulmuş əsaslarla, o cümlədən aldatma nəticəsində bağlanması səbəbilə mübahisələndirilə və etibarsız sayıla bilər.
37. Nəzərə alınmalıdır ki, aldatma dedikdə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltma nəzərdə tutulur. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, əqdin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz əqdin bağlanması ilə əlaqədar olmalı, əqd həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı əqd ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərt lərlə bağlanacaqdı.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.
39. O da nəzərə alınmalıdır ki, əqdin aldatma səbəblə etibarsız olmasını və qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməklə onu etibarsız hala gətirdiyini sübut etmək yükü əqdin etibarsızlığını irəli sürən tərəfin üzərinə düşür. Əgər bu hallar əqdi mübahisə edən şəxs tərəfin dən sübuta yetirilirsə, məhkəmə həmin əqdin etibarsız olması nəticəsinə gəlməklə mübahisəni ona görə həll edir. Məlum olduğu kimi, etibarsız əqd heç bir hüquqi nəticəyə yaratmır (§ 19). Bu baxımdan belə əqdə əsaslanan iddia da haqlı sayıla bilməz.
40. Göstərilən hüquqi mövqeləri hazırkı işə tətbiq etdikdə aydın olur ki, Cavabdeh, İddiaçı tələbinin əsası kimi istinad etdiyi ərizələri aldatma nəticəsinə yazdığını bildirməklə əslində onların etibarsız olmasına istinad edir. Cavabdeh əlavə olaraq bildirir ki, iddiaçının istinad etdiyi (zərərin tam ödənilməsinə dair xx.xx.2014-cü il tarixli) ərizələrin yazıldığı tarixdən bir gün sonra, yəni xx.xx.2014-cü ildə əslində ziyanın 300.000 manatının ödənilməmiş qalması haqında yeni ərizə vermişdir.
41. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məh kəməsinin xx.xx.2015-ci il tarixli, 1(088)19/2015 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh istinad etdiyi xx.xx.2014-cü il tarixli ərizə istintaq orqanı tərəfindən cinayət işinin materiallarına əlavə edilməmiş, bu hal araşdırılmamışdır. Mübahisəli olan 300.000 manat pulun həqiqətən də ödənilib-ödənilmədiyi qeyri müəyyən qalmış, məhkəmə sözügedən məsələ ilə bağlı cinayət xarakterli bu və ya digər qanun pozuntularının olmasını nəzərə alaraq, qeyd olunan xüsusatların araşdırılması üçün ərizə və müvafiq materialları Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişdir.
42. Baş Prokurorluğun xx.xx.2016-cı il tarixli, 03/132006052/205 nömrəli məktubundan görünür ki, sözügedən cinayət işi üzrə zərər çəkmiş şəxs C avabdeh ona vurulmuş ziyanın 300.000 manat hissəsinin ödənilməməsi, ibtidai istintaq zamanı ziyanın ödənilməsi barədə ərizələrin aldatma yolu ilə alınması barədə göstərdikləri ilə əlaqədar məhkəmənin xx.xx.2015-ci il tarixli məktubu ilə daxil olmuş materiallar üzrə araşdırma aparılmış, Cavabdeh bu barədə göstərdikləri təsdiqini tapmadığından Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin xx.xx.2015-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi, cavabdehin isə etiraz etdiyi ərizələrin aldatma yolu ilə alınması, habelə onların vaxtında mübahisələndirilməsi hallarının aydınlaşdırılması bu iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb edir. Buna baxmayara q, həmin xüsusatlar üzrə araşdırma aparılmaqla məsələyə lazımi hüquqi qiymət verilməmişdir.
44. Ona görə də, qeyd olunan halların tam və hərtərəfli araşdırılması üçün tərəflərə şərait yaradılmalı, onların verdikləri məlumat və sübutlar yoxlanılmalı, bu xüssuatla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin göndərdiyi materiallar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmanın materialları və nəticəsi öyrənilməli, əldə edilən və iş materiallarındakı sübutlar prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilməklə, cavabdehin xx.xx.2014-cü il tarixli ərizələrinin mülki hüquqi baxımdan nəticə yaradan əqd, yaxud onların aldatma səbəbilə vaxtında mübahisələndirilməklə etibarsız hala gətirilmiş, bu səbəbdən heç bir nəticə doğurmayan əqd olmalarına yekun hüq uqi qiymət verilməlidir.
45. Kollegiya onu da nəzərə alır ki, iddia tələbi həm xx.xx.2011-ci il tarixli yazılı qəbz əsasında 300.000, həm də xx.xx.2012-ci il tarixli notarial borc müqaviləsi əsasında 300.000 manat borc öhdəliyinin icra səbəbilə xitam edilməsi barədədir. İş materiallarından görünür ki, göstərilən məbləğlərdən birinin, yəni 300.000 manatın ödənilməsi Cavabdeh tərəfindən mübahisə edilmir. Buna baxmayaraq, iddia tələbi bütövlükdə, yəni etiraf olunan hissədə də rədd edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, əgər iddianın bu qismi ilə bağlı mübahisə və iddiaçının məhkəmə aktının çıxarılmasında haqlı bir mənafeyi yoxdursa həmin tələbə məhkəmə qaydasında baxıla bilməz. Bu hal iddia ərizəsi üzrə icraata həmin hissədə xitam verilməsi üçün əsasdır (§ 25 ).
47. Əgər sözügedən hissə ilə bağlı mübahisə və işə baxılmasında iddiaçının haqlı bir mənafeyi varsa, o zaman etiraf olunan bu hissənin rədd edilməsinin səbəbi işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmalıdır (§ 24).
48. Beləliklə, qeyd edilənlər ona dəlalət edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılarkən göstərilən maddi və prosessual hüquq normalarına əməl olunmamışdır.
49. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3547/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.