Məhkəmə qərarları › İş №2(102)-1355/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1355/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1355/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 04.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2(103)6999/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, 2020-ci ildə İddiaçı ilə Cavabdeh arasın da “isti” münasibətlər yaranıb və onlar bir müddət Türkiyə Respublikasında birlikdə yaşayıblar, xx.xx.2021-ci ildə Cavabdeh Azərbaycan Respublikasına qayıdıb və sonradan pandemiya səbəbindən Türkiyə Respublikasına gedə bilməyib, lakin buna baxmayaraq onlar arasında telefon əlaqəsi davam edib. xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2021-ci il tarixədək İddiaçı Bank vasitəsilə Cavabdeh ümumilikdə 107.000 ABŞ dolları pul göndərib. Daha sonra, İddiaçı tərəfindən əlavə olaraq Cavabdeh yenə pul göndərməklə, ümumilikdə Bank vasitəsilə hissə-hissə 181.900 manat pul göndərib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, ev almaq üçün cavabdehə verdiyi 181.900 manat pulun t utulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ilə xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasının Kayseri şəhərində tanış olmuşdur. Cavabdeh, Bakı şəhərində yaşasa da çox vaxt Türkiyə Respublikasında olmuşdur. Sonuncu dəfə təxminən 19 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra cavabdeh pandemiya ilə bağlı bir daha Türkiyə Respublikasına qayıda bilməmişdir. Cavabdeh ev almaq üçün ondan köməklik etməsini xahiş etmişdir. O, Bakıda ucuz evlərin olduğunu və təxminən 35.000-40.000 manat civarında ev almaq istədiyini, ona maddi yardım göstərməyi xahiş etmişdir. Cavabdehə ilk dəfə 20 noyabr 2020-ci ildən başlayaraq 25 noyabr 2021-ci il tarixədək ümumilikdə 107.000 ABŞ dolları pul göndərmişdi r. Cavabdeh ona zəng edərək beh üçün, sənədləşmə üçün, kommunal xidmətlərə görə və xatırlamadığı səbəblərə görə pul lazım olduğunu bildirirmiş. O, cavabdehə hissə-hissə olmaqla 181900 manat pul göndərmişdir. Həmin pulların göndərilməsi ilə bağlı Bank qəbzlərini iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh ona Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında, Özbəkistan küçəsində yerləşən "xxxx" MTK-da iki otaqlı, sahəsi 68 kv.metr olan 5 saylı evin 14 saylı mənzilini X1 aldığını bildirmişdir. Hətta mənzilin video görüntüsünü, mebellərin və mənzilin öz adına olan çıxarışının şəklini də çəkərək votsap vasitəsilə ona göndərmişdir. Mənzilin “Günay” Bankda kreditdə olduğunu və aylıq 570,37 manat ödənişlə rəsmləşdirildiyi barədə Bankın kredit müqaviləsinə əlavəsi olan cədvəlinin şəkl ini də ona göndərmişdir. Beləliklə, o, hissə-hissə cavabdehə təxminən 181.900 manat pul göndərmişdir. Bir müddətdən sonra ehtiyacı olduğu üçün cavabdehdən ondan aldığı borcu qaytarmasını tələb etsə də, dəfələrlə onu aldatmış, tez bir zamanda borcunu qaytaracağını bildirsə də, yenə də onu aldatmaqda davam etmişdir. Cavabdeh, hər dəfə ona müxtəlif yalanlarla vəd vermiş, son zamanlar isə ümumiyyətlə telefonlara cavab verməyərək onunla əlaqəsini tamamilə kəsmişdir. Hazırda özü maddi sıxıntı içərisində yaşayır və maliyyə problemləri vardır. Min bir əziyyətlə qazanıb yığdığı pulu cavabdehə kömək etmək məqsədilə versə də, özü çox pis vəziyyətə düşüb. Cavabdeh isə iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki, 3 il əvvəl İğdır şəhərində yaşayırdı. Həmin vaxt ev almaq niyyəti var idi, s onradan yaxın bir tanışı vasitəsi ilə iddiaçı ilə tanış olmuşdur. İddiaçı ona demişdir ki, vəkildir ona ev almaqda və sənədləşmə işlərində köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra, aralarında yaxınlıq münasibəti olmuş və onlar qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. Hər dəfə Azərbaycan Respublikasına gedib-gələndə onun biletlərinə kimi iddiaçı alırdı və onu yola salıb qarşılayırdı. Sonuncu dəfə Türkiyə Respublikasında olan zaman səhhətimdə problemlər yaşandığı üçün birlikdə həkimə müraciət etmişlər və orada ona bildirmişlər ki, əməliyyat olunmalıdır. Bundan sonra iddiaçı, onu Kayseri şəhərində olan evinə aparmışdır. Orada pişiyi ilə birlikdə 7 gün ac-susuz, qapalı evdə saxlanmış və ona bildirmişdir ki, evi onun adına keçirməsə, onu buraxmayacaqdır. Sonra elə oldu ki, o, çıxdı və Azərbaycan Respublikasına qayıtmışdır. Bundan sonra iddiaçı, gizlin çəkdiyi onun foto şəkillərini sosial şəbəkələrdə paylaşaraq, onun şəxsiyyətini alçaltmağa çalışmışdır. Hətta onu 18 yaşlı qızı ilə şantaj etmişdir. Düzdür iddiaçı, iddia ərizəsində qeyd olunan 107.000 ABŞ dolları məbləğində pulu 3 il ərzində hissə-hissə ona göndərmişdir. Lakin, iddiaçı həmin pul vəsaitini ona borc kimi yox, kömək məqsədi ilə göndərmiş və pulu qaytarmalı olduğunu əvvəlcədən ona bildirməmişdir. Onlar arasında yaxın münasibətlər olduğundan, iddiaçı dəfələrlə onun xahişi ilə ona pul göndərmişdir. Onun iddia ərizəsində qeyd olunan məbləğdə pulu iddiaçıya qaytarmaq fikri yoxdur. Belə ki,ondan pulu borc almamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, e-2(007)1018/2022 sa ylı qətnaməsi ilə ( hakim F.Mirzəyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, iddia olunan vəsaitin ümumi məbləğinin 181.900 manat olduğunu bildirmişdir və cavabdeh verdiyi izahatında iddiaçının ona müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul göndərdiyini etiraf etmişdir və göndərilən pulun 181.900 manata bərabər olduğunu mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul vəsaitini cavabdehə göndərmişdir. Cavabdeh həmin pulu qaytaracağı barədə vədlər versə də bunu etməmiş, heç bir qanuni əsas olmadan iddiaçının vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Belə ki, işdə olan Votsap yazışmalarından görünür ki, iddiaçı pulu əvəzsiz verməmişdir. Cavabde hin verdiyi izahatdan görünür ki, hələ Türkiyə Respublikasında olarkən tərəflər arasında sözügedən pulun qaytarılması barədə mübahisə olmuş və iddiaçı onu Kayseri şəhərində olan evinə aparmışdır. Cavabdeh orada pişiyi ilə birlikdə 7 gün ac-susuz, qapalı evdə qalmış və iddiaçı cavabdehə bildirmişdir ki, evi onun adına keçirtməsə, buraxmayacaqdır. Sonra elə olmuşdur ki, cavabdeh evdən çıxmış və Azərbaycan Respublikasına qayıtmışdır”. Cavabdehin izahatından da görünür ki, iddiaçı cavabdehə pulu qaytarmaq şərti ilə vermişdir. Cavabdeh, iddiaçıdan pulu almağını sonuncu ilə yaxın münasibətdə olması ilə əlaqələndirmişdir. Lakin, mülki işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, cavabdeh, Azərbaycan Respublikasına qayıtdıqdan sonra uzun müddət ərzində Türkiyə Respublikasına getməmiş və tər əflər canlı olaraq ünsiyyətdə olmamışlar. Pul vəsaiti həmin müddət ərzində, yəni 20 noyabr 2020-ci il tarixdən başlayaraq 25 noyabr 2021-ci il tarixədək ödənilmiş və Bank vasitəsi ilə cavabdehin hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1092.1.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eyni dəlillərlə əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2(103)6999/2022 saylı qətnaməsi ilə ( hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, X.Sarıyev və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onanla əsaslandırmışdır ki, hər iki tərəf təsdiq edir ki, pulun verildiyi zaman aralarında şəxsi (kişi-qadın) münasibətləri olub. Bu isə onu təsdiq edir ki, pulun bağışlanmasına səbəb həmin münasibətlər olub, yəni iddiaçı həmin münasibətlərə əsaslanaraq mənzil almaq üçün cavabdehə pul bağışlayıb. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edib ki, 2020-ci ildə aralarında “isti” münasibətlər yaranıb, bir müddət Türkiyə Respublikasında birlikdə yaşayıblar, xx.xx.2021ci ildə cavabdeh Azərbaycan Respublikasına qayıdıb, sonradan pandemiya səbəbindən Türkiyə Respublikasına qayıda bilməyib, buna baxmayaraq aralarında telefon əlaqəsi davam edib, cavabdeh mənzil almaqda iddiaçıya köməklik etməsini xahiş edib və sonuncu xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2021-ci il tarixədək cavabdehə Bank vasitəsilə ümumilikdə 107.000 ABŞ dolları pul göndərib. Daha sonra, iddiaçı əlavə olaraq cavabdehə yenə pul göndərib. Ümumilikdə, cavabdehə Bank vasitəsilə iddiaçı hissə-hissə 181.900 manat pul göndərib. Lakin, cavabdeh iddiaya etiraz edir, bildirir ki, iddiaçı ilə 3 il əvvəl Türkiyə Respublikasında tanış olub, iddiaçı ona vəkil olduğunu bildirib, aralarında “yaxınlıq” münasibəti olub və qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlayıblar və sonradan münasibətləri pozulub. Müna sibətləri yarandıqdan sonra iddiaçı ona bildirib ki, ev almaqda ona köməklik edəcək. İddiaçı pulu ona 3 il ərzində hissə-hissə göndərib, pulu borc kimi deyil, kömək məqsədilə verib, pulu geri qaytarmalı olduğunu əvvəlcədən bildirməyib. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı pulu cavabdehdən şəxsi (kişi-qadın) münasibətlərin pozulmasından sonra geri tələb olunub. Bu isə onu təsdiq edir ki, pul borc verilməyib. Əgər borc verilsəyidi pulun qaytarılması şəxsi (kişi-qadın) münasibətlərinin davam etdiyi zaman tələb olunardı. Pulun məhz şəxsi (kişiqadın) münasibətlərinin pozulmasından sonra geri tələb edilməsi, onu təsdiq edir ki, iddiaçı həmin münasibətlərə əsaslanaraq mənzil almaq üçün cavabdehə pul bağışlayıb. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, pul verildiyi zaman onun qaytarılacağı tarix müəyyən olunmayıb. Belə şərtlə borc verilməsi mümkündür, bu halda pulun qaytarılması (öhdəliyin icrası) tələbetmə məqamı ilə müəyyən edilir. Lakin, bu hal işin digər halları ilə birlikdə qiymətləndirildikdə onu təsdiq edir ki, pul bağışlanıb və bu səbəbdən onun qaytarılacağı tarix müəyyən edilməyib. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmayıb, ümumiyyətlə heç bir sənəd (qəbz, iltizam və sair) tərtib olunmayıb. İddiaçı hüquqşünasdır, vəkillik fəaliyyəti ilə məşğuldur. O, bilir ki, belə böyük məbləğədə pulun (181.900 manatın) borc verilməsi üçün borc müqaviləsi bağlanmalı, yaxud borc alandan ən azı iltizam və ya qəbz alınmalıdır. O cümlədən belə böyük məbləğdə pulun borc verilməsi zamanı öhdəliyin icrasının təmini üsullarından (girov, zaminlik və sair) istifadə olunması məqsədə uyğundur. Əgər qanunvericiliyi bilməyən şəxs bu qaydada başqasına pul versəyidi, borcun həqiqiliyinə şübhə yaranmazdı. Hüquqşünasın, xüsusilə də vəkillik fəaliyyəti ilə məşuğul olan şəxsin bu qaydada başqa şəxsə pul verməsi, işin digər halları ilə birlikdə qiymətləndirildikə onu təsdiq edir ki, pul bağışlanıb, bu səbəbdən də borcla bağlı heç bir sənəd tərtib olunmayıb. Eləcə də, pul hissə-hissə bank vasitəsilə göndərilib, göndərişlərin heç birində onun borc verildiyi qeyd edilməyib. Bu hal işin digər halları ilə birlikdə qiymətləndirildikdə onu təsdiq edir ki, pul borc verilməyib. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yalnız iddiaçının izahatına əsasən p ulun borc verildiyi müəyyən edilə bilməz. Pulun borc verildiyi müəyyən edilmədiyinə görə iddia əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739-cu maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırılıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassator, kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 666, 739-ci maddələrinin, habelə Ailə Məcəll əsinin 1.4, 2.3-cü maddələrinin, Azərbaycan Respublikası Mərkəzi X3 19/1 saylı qərarının tələbləri pozulmuşdur. Belə ki, pulun iddiaçı tərəfindən göndərilməsi və cavabdeh tərəfindən alınması işin mübahisəsiz hallarıdır. İşin mübahisə olan tərəfi isə ondan ibarətdir ki, iddiaçı bu pulu cavabdehə borc olaraq, yəni qaytarılması niyyəti ilə verilmişdir, cavabdeh və işə baxan məhkəmə isə bunu hədiyyə kimi qiymət vermişdir. İddiaçı pulun borc olması barədə məhkəməyə votsap vasitəsilə danışıqlarını, yazışmalarını (borc alınması barədə etiraf; borcun əlbə əl qaytarılması barədə izahat etiraf- xx.xx.2022-ci il tarixli iclas protokolu, iş materialları səhifə 38 və sair) və mesajlar təqdim etmişdir. Cavabdeh isə pulun hədiyyə olunması ilə bağlı heç bir sübut təqdim etməmiş, əksinə iddiaçıdan pulu ald ığını və qaytardığını təsdiq edən halları (aralarındakı danışıqları) qəbul etmişdir. Bütün bunlara baxmayaraq,məhkəmə bu hala əhəmiyyət verməmişdir. Məhkəmə qətnaməsinin aparıcı əsasını təşkil edən “kişi-qadın münasibəti”nə konkret olaraq aydınlıq verməsə də, iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə olan münasibətlərinə ər-arvad kimi qiymət verməsi barədə izahatına əsaslanaraq bu nəticəyə gəldiyi anlaşılır. Çünki, mülki iş materiallarında cavabdehin izahatından başqa bu halı təsdiqləyən sübut mövcud olmamışdır. İstər birinci instansiyada, istərsə də apellyasiya baxışında cavabdehdən apellyasiya şikayətinin əsasını təşkil edən ər-arvad münasibətlərinin sübut olunması ilə bağlı heç olmazsa bir ədəd bir yerdə çəkilmiş fotoşəkil təqdim etməsini istəsə də cavabdeh bunu belə təqdim edə bilməmişdi r. Bundan başqa məhkəmə, iddiaçı ilə cavabdeh arasındakı münasibətə bu cür qiymət verməsi üçün onların bir yerdə təsərrüfat aparıb-aparmamalarını, hansı müddətə bir yerdə yaşamaqlarını araşdırmalı və bundan sonra tərəflər arasında belə bir münasibətin mümkün olması qənaətinə gəlməli idi. Bütün bunlarla bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Tam əksinə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətindən məlum olmuşdur ki, cavabdehə göndərilmiş pulların çox hissəsi o, Türkiyə Respublikasında olarkən iddiaçı tərəfindən ona göndərilmişdir. (Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2020-ci ildən-xx.xx.2020-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Türkiyə Respublikasında cavabdehlə birgə yaşamı şdır. Belə ki, əgər doğrudanda qeyd edilən müddətdə cavabdeh iddiaçının yanında olsaydı təbii ki, iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, ümumilikdə 10 dəfə olmaqla 36,745 ABŞ dollar (62, 466 manat) göndərdiyi pulları ona şəxsən verərdi ki, banklarda bu vəsaitləri göndərərkən 8 faiz əlavə bank xərci ödəməzdi. (hər 1000 dollara 8 dollar bank xərci. Qəbzlərdə əks olunur). Bu da onu deməyə əsas verir ki, cavabdehlə iddiaçı arasında məhkəmənin gəldiyi nəticədəki kimi münasibət mövcud idisə, 4 ay müddətində görüşməli idilər və cavabdehin hədiyyəsi özünə verilməli idi. Burdan belə nəticəyə gəlinir ki, cavabdeh apelyasiya şikayətində göstərdiyi müddətlərdə Türkiyə Cumhuriyyətində iddiaçı ilə bərabər olduğunu iddia etsə də, həmin müddətlərdə Azərbaycan Respublikasında olmuşdur, çünki həm in müddətlərdə o, göndərilən pulları Bakı şəhərində yerləşən müxtəlif banklardan almışdır. Türkiyə Respublikasında olsa da əsaslandığı kimi iddiaçı ilə heç bir əlaqəsi olmamış və ümumiyyətlə görüşməmişdir. Yəni məhkəmənin dəyərləndirdiyi kimi tərəflər arasında kişi-qadın münasibətləri mövcud olmamışdır. Yaxud məhkəmənin qeyd etdiyi kimi, hüquqlarını bilən hüquqşünas-vəkil olan iddiaçı bunu gələcəkdə bu barədə sübutu olsun deyə etmişdir. Bu hal mübahisəli pulun hədiyyə şəklində verilmədiyini deməyə əsas verir. Qeyd olunan maddələrin tələbinə əsasən bu pula hədiyyə kimi qiymət verildiyi halda, cavabdeh tərəfindən bu heç bir cavab xidməti ilə şərtləndirilməməli idi. Qeyd edildiyi kimi məhkəmənin kişi-qadın münasibəti deyə ifadə etdiyi əsasa ailə qanunvericiliyinin qeyd etdiyimiz müddəlarına əsasən ər-arvad münasibəti kimi qiymət verilməsi yolverilməzdir. Bu ifadəyə ər-arvad deyil, “digər” mənadan yanaşsaq, o zaman mülki qanunvericiliyin hədiyyə ilə bağlı qeyd etdiyimiz tələblərinə əsasən də mübahisəli pula hədiyyə kimi qiymət verilməsi yolverilməzdir. Cünki, maddənin tələbinə əsasən hədiyyə verən (məhkəmənin qənaətinə görə iddiaçı) öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı (məhkəmənin qənaətinə görə cavabdehi) zənginləşdirir və bu cür bağışlama hədiyyə alan (məhkəmənin qənaətinə görə cavabdehi) tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməli idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 14.2, 88, 76, 77, 106.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi cavabdehlə aralarında olan “Whatsap p” sosial şəbəkəsi üzərindən səs yazılarına və mesajlarına hansı ki, həmin səs yazılarında borcun alınması cavabdeh tərəfindən etiraf, cavabdehin iddiaçını saxta çıxarışla ev almaq barədə aldatmasına borcun alındığını etiraf etsə də amma qaytarılmasına dair heç bir sübut təqdim etməməsinə və sair sübutlara qiymət verməməklə prosessual normaların tələblərini pozmuşdur. İddiaçı tələbini tam sübuta yetirmişdir. Cavabdeh isə məhkəməyə nə aralarındakı danışıqlarda pulu “əlbəəl” qaytarması, nə də hədiyyə olaraq verməsinə dair heç bir dəlil, sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 414-cü maddələrinə əsasən iş ə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüqu qunu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 740.1. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldıı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaş ır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 2020-ci ildə tərəflər arasında “isti” münasibətlər yaranıb və onlar bir müddət Türkiyə Respublikasında birlikdə yaşayıblar. xx.xx.2021-ci ildə cavabdeh Azərbaycan Respublikasına qayıdıb və sonradan pandemiya səbəbindən Türkiyə Respublikasına gedə bilməyib, lakin buna baxmayaraq onlar arasında telefon əlaqəsi davam edib. xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2021-ci il tarixədək iddiaçı, Bank vasitəsilə cavabdehə ümumilikdə 107.000 ABŞ dolları pul göndərib. Daha sonra, iddiaçı tərəfindən əlavə olaraq cavabdehə yenə pul göndərməklə, ümumilikdə Bank vasitəsilə hissə-hissə 181.900 manat pul göndərilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, hər iki tərəf təsdiq edir ki, iddia olunan pulun verildiyi zaman onların arasında şəxsi, yəni kişi-qadın münasibətləri olub. Bu isə onu təsdiq edir ki, hə min pulun bağışlanmasına səbəb həmin münasibətlər olub, yəni iddiaçı həmin münasibətlərə əsaslanaraq mənzil almaq üçün cavabdehə pul bağışlayıb. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. İddiaçı iddia ərizəsində cavabdehə ümumilikdə Bank vasitəsilə hissə-hissə 181.900 manat borc pul verdiyini göstərib, həmin pulu cavabdehdən geri tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək i zahatında göstərib ki, iddiaçı ilə 3 il əvvəl Türkiyə Respublikasında tanış olub, iddiaçı ona vəkil olduğunu bildirib, aralarında “yaxınlıq” münasibəti olub və qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlayıblar və sonradan münasibətləri pozulub. Münasibətləri yarandıqdan sonra iddiaçı ona bildirib ki, ev almaqda ona köməklik edəcəkdir. İddiaçı pulu ona 3 il ərzində hissə-hissə göndərib, pulu borc kimi deyil, kömək məsədilə verib və həmin pulu geri qaytarmalı olduğunu əvvəlcədən bildirməyib. Göründüyü kimi, iddiaçı sözügedən pul vəsaitini borc deyil, əslində cavabdehlə aralarında yaranmış isti münasibətlərə görə verib və bununla da sonuncunu zənginləşdirib. Həmçinin iddiaçının cavabdehə pul verməsi heç bir cavab xidməti ilə şərtləndirilməyib və sonuncunun pul vəsaitini qəbul etməsi ilə t ərəflər arasında bağışlama hüquqi münasibətləri yaranıb. Digər tərəfdən, işin yuxarıda müəyyən edilmiş hallarına görə sözügedən bağışlama hər hansı öhdəliklə şərtləndirilməyib və cavabdeh pul vəsaitini qəbul etməklə bağışlama artıq başa çatıb. Daha sonra, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddia olunan pul vəsaiti şəxsi, yəni kişi-qadın münasibətlərin pozulmasından sonra geri tələb olunub. Bu isə onu təsdiq edir ki, həmin pul borc verilməyib. Əgər borc verilsəyidi pulun qaytarılması şəxsi, yəni kişi-qadın münasibətlərinin davam etdiyi zaman tələb olunardı. Pulun məhz şəxsi, yəni kişi-qadın münasibətlərinin pozulmasından sonra geri tələb edilməsi, onu təsdiq edir ki, iddiaçı həmin münasibətlərə əsaslanaraq mənzil alm aq üçün cavabdehə pul bağışlayıb. Bu səbəbdən də tərəflər arasındakı münasibətlər Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmır. Həmin maddənin mənasına görə, borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki halda, cavabdehin ayrı-ayrı vaxtdarda hissə-hissə iddiaçıdan iddia olunan məbləğdə pulu məhz borc alması və həmin pulu iddiaçıya borc şəklində qaytarmağı öhdəsinə götürməsi mülki iş materialları ilə istisna olunur və tərəflər arasında borc hüquqi münasibətlərin olması mülki iş materialları ilə təsdiq olunmur. Bundan başqa, işdən görünür ki, iddia olunan pul verildiyi zaman onun qaytarılacağı tarix müəyyən olunmamışdır. Qanuna görə belə şərtlə borc verilməsi mümkündür, bu halda pulun qaytarılması (öhdəliyin icrası) tələbetmə məqamı ilə müəyyən edilir. Lakin bu hal işin digər halları ilə birlikdə qiymətləndirildikdə onu təsdiq edir ki, pul bağışlanıb, bu səbəbdən onun qaytarılacağı tarix müəyyən edilməyib. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmayıb, ümumiyyətlə heç bir sənəd (qəbz, iltizam və sair) tərtib olunmayıb. Halbuki, iddiaçı özü hüquqşünasdır, vəkillik fəaliyyəti ilə məşğuldur. O, bilir k i, belə böyük məbləğədə pulun (181.900 manatın) borc verilməsi üçün borc müqaviləsi bağlanmalı, yaxud borc alandan ən azı iltizam və ya qəbz alınmalıdır. Habelə, belə böyük məbləğdə pulun borc verilməsi zamanı öhdəliyin icrasının təmini üsullarından (girov, zaminlik və sair) istifadə olunması məqsədə uyğundur. Əgər qanunvericiliyi bilməyən şəxs bu qaydada başqasına pul versəyidi, borcun həqiqiliyinə şübhə yaranmazdı. Hüquqşünasın, xüsusilə də vəkillik fəaliyyəti ilə məşuğul olan şəxsin bu qaydada başqa şəxsə borc pul verməsi, işin digər halları ilə birlikdə qiymətləndirildikə onu təsdiq edir ki, pul bağışlanıb, bu səbəbdən də borcla bağlı heç bir sənəd tərtib olunmayıb. Mülki Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda pul hissə-hissə Bank vasitəsilə göndərilib, göndərişlərin heç birində onun borc verildiyi qeyd edilməyib. Bu hal işin digər halları ilə birlikdə qiymətləndirildikdə onu təsdiq edir ki, pul borc verilməyib. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, digər sübutlar olmadığı halda, yalnız iddiaçı tərəfin izahatına əsasən pulun borc verildiyi müəyyən edilə bilməz. Pulun borc verildiyi müəyyən edilmədiyinə görə, Mü lki Məcəllənin 739-cu maddəsinin göstərişinə əsaslanaraq belə qənaətə gəlinir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunub. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməyib. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmçinin həmin Məcəllənin 407.2-ci maddəsində göstərilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Sadalanan normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayətində həm də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edildiyi üçün kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2(103)-6999/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar