Məhkəmə qərarları › İş №2(102)-1355/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1355/2024

22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1355/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və xqarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və xqarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2044/2023 nömrəli iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh x kassasiya şikayətinə 22 apr el 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "Mersedes Benz B200” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra-mübahisəli avtomobil) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X4 məxsusdur. 2. x X3 adından çıxış edərək mübahisəli avtomobili xx.xx.2022-ci il tarixli etibarnamə əsasında 11 ay 2 gün müddətinə İddiaçı etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi (sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə) ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının mübahisəli avtomobilə ödəniş şəkilində verdiyi 12000 manat, mübahisəli avtomobilin bəzi detalların ın dəyişdirməyinə çəkdiyi 850 manat, maddi ziyanın və mənəvi ziyanın əvəzi olaraq 1000 manat, cəmi 13850 manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “MMC”) və Mehdiyev Rəşad İbrahim oğlundan (bundan sonra “cavabdeh”) müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən "Cars 043" avtomobil salonundan X4 məxsus olan mübahisəli avtomobili 12000 manata almışdır. Həmin vaxt salonda avtomobili iddiaçıya təqdim edən cavabdeh olmuş və Mehparə Rzayevanın adından ona baş etibarnamə vermişdir. İddiaçı avtomobili həmin tarixdən xx.xx.2022-ci il tarixədək idarə etmişdir.

5. İddiaçı xx.xx.2022-ci il tarixdə sözügedə n avtomobillə hərəkətdə olarkən Ekoloji Nəzarət postunda yol patrul xidməti əməkdaşları onu saxlamış, sənədlərinə baxıldıqdan sonra ona verilən etibarnaməyə xitam verilməsini bildirmişlər. İddiaçı avtomobili cərimə meydançasına apararaq avtomobil salonuna getmişdir. Cavabdeh bununla bağlı X5 ilə telefon əlaqəsi yaradaraq etibarnaməyə xitam verilməsinin səbəbini soruşduqda sonuncu, avtomobili satan Mehrac adlı şəxsin avtomobilin pulunu vermədiyini, ona görə də etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Lakin iddiaçı Mehrac adlı şəxslə görüşdükdə o, avtomobilin pulunu verdiyini demiş, hətta mobil telefonunda Mehparə ilə olan yazışmasını göstərmişdir. Yazışmadan avtomobilin pulunun Mehparəyə verildiyi aydın olmuşdur.

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cərimə meydançasında olan avtomobilinə baxmaq üçün gedərkən avtomobilinin yerində olmadığını, avtomobilin mülkiyyətçisi tərəfindən aparıldığını bilmişdir. Bu barədə polisə müraciət etmiş, mübahisənin mülki xarakterli olması əsası ilə iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 425.2-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, o, “Cars 043” avtomobil salonuna satış üçün avtomobillər verir. O, həmin salonun işçisi deyildir. Alqı-satqı iddiaçı ilə onun arasında olmuşdur. Həmin avtomobili Kürdəmir rayonunda X1 almış, 12000 manata iddiaçıya satmışdır. 6-7 ay sonra iddiaçı ona zəng edərək etibarnaməyə xitam verilməsini bildirmişdir. O, iddiaçıya avtomobili tez bir zamanda adına keçirməsini bildirmişdir. İddiaçın ın məsuliyyətsizliyi bu halın baş verməsinə səbəb olmuşdur.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 avqust 2023-cü il tarixli məktubuna əsasən, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında "xxxx" MMC adlı hüquqi şəxs aşkar edilməmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2(060)-3532/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ödəniş şəklində verilən 12000 manat, mənəvi zərərə görə 500 manat və dövlət rüsumu üçün ödənilmiş 132 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. (hakim Gülnarə Tağızadə)

11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olan dır. Cavabdehin varlanmasına haqq qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalıdır.

12. İddia tələbinin MMC-yə qarşı hissəsinə münasibətə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin MMC ilə heç bir əlaqəsi yoxdur, sadəcə cavabdeh həmin avtomobil salonuna maşınlarının satılması üçün müraciət edən şəxsdir. Bundan əlavə, sözügedən avtomobilin alqı-satqısı da iddiaçı ilə cavabdeh arasında olmuşdur. Bu səbəbdən iddia tələbi üzrə cavabdeh qismində qoyulmuş MMC-yə aid edilməməlidir.

13. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubunda qeyd olunmuşdur ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında "xxxx" MMC adlı hüquqi şəxs aşkar edilməmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə təmin edilməklə, 12000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır.

16. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq birinci instansiya məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir.

17. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbini avtomobilə çəkilən əlavə xərclərə görə 850 manat maddi ziyan hissəsində təmin etməmiş və bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bu halı sübut edəcək hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2 385.1, 442, 445, 1091, 1092.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli avtomobilin mülkiyyətçisinin ona verdiyi etibarnamə əsasında səlahiyyətləri iddiaçıya ötürmüş və bunun müqabilində aldığı ödənişi də mülkiyyətçinin müvəkkil etdiyi, yəni mülkiyyətçinin göstərdiyi şəxsə vermiş, üzərinə düşən tapşırığı yerinə yetirmişdir. Bu səbəbdən də iddiaçı çəkdiyi zərərin əvəzini, ödədiyi pulun qaytarılmasını c avabdehdən deyil, avtomobilin mülkiyyətçisindən tələb etməli olduğu halda, bunu etməmiş və məhkəmə tərəfindən də bu hadisəyə obyektiv baxılmadan düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh aldığı tapşırıq üzrə üzərinə düşən öhdəliyini yerinə yetirmiş, X4 və iddiaçıya münasibətdə vicdanlı davranmışdır. Bu səbəbdən də iddiaçının cavabdehdən pul tələb etməsi əsassızdır. Mülki Məcəllənin 780.1-maddəsinə görə vəkalət alan tapşırığı vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə halı istisna olmaqla şəxsən özü icra etməlidir. Cavabdeh mübahisəli avtomobilin mülkiyyətçisi tərəfindən aldığı tapşırıq əsasında ona çatacaq pulu Mehrac adlı şəxsə vermişdir. Mehrac tərəfindən avtomobilin ödənişinin Mehparəyə çatdırılması faktını isə Mehracla Mehparə arasında olan yazışmalar əsasında da müəyyən etmək mümkündür. Birinci instansiya məhkəməsi qətnamənin hüquqi əsası kimi öhdəlik və əsassız varlanma institutu baxımından şərh vermişdir. Bu cür yanaşma və əsaslandırma maddi hüquq normasının pozuntusu hesab edilməlidir. Belə ki, qanunun tələbindən də göründüyü kimi öhdəliyin əmələ gəlməsi üçün iştirakçılar arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Tərəflər arasında olan münasibətlər mahiyyət etibarilə tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Belə olan halda məhkəmə tərəfindən əlavə olaraq da mənəvi ziyana görə cavabdehdən pul tutulması tamamilə yanlış və qanunsuzdur. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki iş üzrə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmişdir ki, iddiaçı da buna görə mənəvi iztirab və ya stress keçirsin. İddiaçı tərəfindən vaxtında avtomobilin öz adına rəsmiləşdirməməsi və bundan sonrakı hadisələr onun öz səhlənkarlığının nəticəsində əmələ gəlmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2044/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə birinci cavabdeh tərəfindən verilmiş apellya siya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov, Lalə Rəhimli)

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəflər arasında yaranan münasibətlərə yanaşmada maddi hüquq normalarını düzgün tətbiq etmədi yindən, yaranmış hüquqi münasibətləri səhv təfsir edərək, qanunsuz qərar qəbul etmişdir. Mübahisəli avtomobilin mülkiyyətçisi vəkalət verdikdən 5 ay müddət keçdikdən sonra xx.xx.2022-ci ildə cavabdehin adına rəsmiləşdirdiyi və səlahiyyətlərin iddiaçıya ötürülməsi barədə etibarnaməni heç bir xəbərdarlıq etmədən ləğv etmişdir və avtomaşına görə pulu almamasını sonradan səbəb kimi bildirmişdir. Cavabdehlə telefon danışığında onun günahsız olduğunu bildiyini, amma Mehrac Quliyevlə aralarında başqa məsələ ilə bağlı pul mübahisəsinin olduğunu bildirmişdir. Məhkəmə bu telefon danışıqlarına da hüquqi qiymət verməmişdir. Hər iki məhkəmə instansiyası yaranmış hüquq münasibətlərini düzgün qiymətləndirməmiş, tapşırıq müqaviləsi ilə öhdəlik haqqında normaları düzgün tətbiq etməyərək nəticədə səhv qərar qəbul edilməsinə səbəb olmuşlar. Məhkəmə cavabdehin irəli sürdüyü arqumentlərə obyektiv yanaşmayaraq birtərəfli olaraq yalnız iddiaçının dediklərinə əsaslanmaqla, qarşı tərəfin hüquqlarını pozmaqla qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir Maddə

646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə

647. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı cəkir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, a şağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxşının predmeti iddianın yalnız təmin edilən hissəsi olub, apellyasiya məhkəməsinin qətnaməsi də həmin hissə üzrə çıxıb, bu baxımdan, qətnaməni tam yoxlanılması dedikdə apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

31. İddia tələbi mahiyyət etibarilə avtomobilin alqı-satqısına dair etibarsız əqd üzrə verilmiş pulun əsassı z varlanma nəticəsində cavabdehdən alınması barədədir.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı cavabdehə avtomobilə görə 12000 manat pul vermişdir.

33. Avtomobilə görə iddiaçıdan 12000 manat pul almasını cavabdeh də etiraf etmişdir.

34. Mənəvi zərərlə bağlı iddianın təmin edilən hissəsi də əsaslı olmuşdur.

35. Məhkəmə kollegiyası mənəvi zərərlə bağlı iddiaçının sübut təqdim etməməsi ilə bağlı cavabdehin dəlillərini qəbul etmir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilib ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsiz liyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

37. Hüquq pozuntusuna məruz qalmış şəxsin üzərinə onun mənəvi sarsıntı keçirməsini sübut etmək vəzifəsinin qoyulması bu institutun tətbiqini mümkünsüz edərdi. Qeyd edilməlidir ki, mənəvi zərər törədilmiş hüquq pozuntusunun bilavasitə nəticəsi kimi təzahür edir və bu səbəbdən hüquq pozuntusuna məruz qalmış şəxsin üzərinə əlavə olaraq mənəvi zərərinin olmasını (sarsıntıya, iztiraba məruz qalması və s.) sübut etmək vəzifəsi qoyula bilməz.

38. Həmçinin cavabdehin tapşırıq müqaviləsi əsasında avtomobilin mülkiyyətçisi və iddiaçı qarşısında bütün öhdəliklərini yerinə yetirməsi, mübahisənin iddiaçı ilə avtomobilin mülkiyyətçisi arasında həll edilməli olması barədə kassasiya şikayətinin dəlilləri də əsaslı deyil. Belə ki, iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsi əsasında hər hansı münasibət yaranmayıb. Cavabdehin tapşırıq müqaviləsi əsasında münasibəti avtomobilin mülkiyyətçisi ilə ola bilərdi ki, bunun da hazırki işə hər hansı aidiyyəti yoxdur.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın təmin edilən hissəsində cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır.

40. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2044/2023 nömrəli iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar