Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1359/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2516/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Yevlax rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.M.Əliyev, iş № 2(039)-309/2019) iddiaçı X2 cavabdehlər X4 və Cavabdeh1 qarşı əmla k tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada hər birinin dəyəri 250 manat olmaqla 10 baş, hər birinin dəyəri 180 manat olmaqla 13 baş, hər birinin dəyəri 230 manat olmaqla 8 baş qoyunun, onlar olmadıqda qeyd olunan məbləğdə dəyərinin, habelə bir qoyunun dəyərinin yarısı kimi 115 manatın alınaraq iddiaçı X3 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Yevlax rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2018-ci ilin oktyabr ayında X5 cavabdehlər Cavabdeh1 və Əliyev (Məmmədov) Natiq İmamverdi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 onun bacısı qızı, Cavabdeh2 isə onun həyat yoldaşı olmasını, 2017-ci ilin mart ayında yaşadığı Niderlanddan Azərbaycana gələrkən bacısı qızının ailəsinin maddi cəhətdən çətinlik çəkməsi ilə əlaqədar 23 baş qoyun alıb saxlamaq və bəhərinin aralarında bölünməsi üçün onlara verməsini, hazırda heyvanların cəmi sayının 44 baş təşkil etməsini, 2018-ci ilin oktyabr ayında növbəti dəfə Azərbaycana gələrkən özü ilə gətirdiyi 4 ədəd bahalı telefonun ikisini cavabdehlərə bağışlamasını, digər iki telefonu isə satmaq üçün Cavabdeh1 verməsini və sonuncunun həmin telefonlardan birini də qızına verməsini, pula ehtiyacının olması ilə əlaqədar 4-cü telefonun pulunu istəsə də münasibətlərin pozulmasını və bununla əlaqədar cavabdehlər qoyunla rını götürməsini təklif etmələrini, lakin ona 10 baş qoyun qaytaracaqlarını bildirmələrini və s. əsas göstərməklə cavabdehlərdən hər birinin dəyəri 250 manat olan 10 baş qoyunun, hər birinin dəyəri 200 manat olan 13 baş qoyunun və hər birinin dəyəri 240 manat olan 10 baş qoyunun (artım qoyunlar) alınaraq ona verilməsinə dair qətnamə qəbul edilmnəsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kassasiya şikayəti verərək iddiaçının onlara kömək məqsədi ilə 5 baş qoyun və 5 baş quzu almasını, həmin qoyunlardan yaranmış artımların bölünməsi barədə aralarında heç bir razılaşmanın olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, onların qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında cavabdehlərin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, iddiaçı Nümayəndə cavabdehlərə cəmi 23 baş qoyun verməsini və ümumi razılaşmaya əsasən artımın onların arasında bölünməli olmasını və hazırda qoyunların artıb sayının 44 baş olmasını iddia etmiş, cavabdehlər isə iddiaçının onlara kömək məqsədi ilə yalnız 10 baş qoyun və quzu verməsini, artımın bölünməsi barədə aralarında hər hansı bir razılığın olmamasını bildirməklə biri-birini inkar edən izahatlar vermişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsaslı olmasını təsdiq edən sübut kimi məhkəməyə aralarında olan danışıqları özündə əks etdirən diskləri təqdim etmişdir. Həmin disklər tədqiq olunması üçün ekspertizaya təqdim olunmuş və ekspert tərəfindən müəy yən olunmuşdur ki, həmin danışıqlar zamanı Cavabdeh2 iddiaçının onlara 23 baş qoyun verməsini və hazırda onların sayının 40 baş olmasını təsdiq etmişdir. Cavabdehlər isə iddianı inkar etsələr də tələbin əsassız olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar iddianın qismən təmin edilməsi üçün əsas verdiyindən kollegiya həmin sübutlara əsaslanaraq qətnamə qəbul etmişdir. İşdən görünür ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təm inat vermədən icra etməyi öhdəsinə götürür. (777.1) Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. (777.2) Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vək alət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Cavabdehlər tapşırıq müqaviləsi üzrə öhdəliyinin icrasına tam əməl etmədiklərindən kollegiya hesab edir ki, iddianın qismən təmin edilməsi qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1359/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1359/2020
27.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver