Məhkəmə qərarları › İş №2(102)-1359/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1359/2021

29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1359/2021 29.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ləğv prosesində olan “xxxx” ASC və Cavabdeh3) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutetmə yükü, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh1 vəkili X3, üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(103)-2163/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bunda sonra – iddiaçı) ilə Cavabdeh3 (bundan sonra - üçüncü şəxs və ya Cavabdeh3) arasında bağlanmış xx.xx.2012-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən iddiaçı, Cavabdeh3 xx.xx.2012-ci il tarixdə 110000 manat borc pul aldığını etiraf etmiş və həmin borcu xx.xx.2013-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli, 240F4 №-li kredit müqaviləsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) 4 №-li filialı tərəfindən hazırkı iş üzrə iddiaçıya 24 ay müddətinə, illik 24 faiz ödənilməsi şərti ilə istehlak məqsədi ilə 110.000 manat kredit verilməsi razılaşdırılmış və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalana məxsus fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixdə Bankla iddiaçı arasında “borcun hissə-hissə ödənilməsinə dair” saziş imzalanmış və sazişin şərtlərinə görə tərəflər 110.000 manat məbləğində əsas borcun və 18.418,49 manat məbləğində faiz borcunun ödənilməsi barədə razılığa gəlmişlər. Həmin sazişə əsasən həmçinin iddiaçı öhdəsinə götürmüşdür ki, saziş imzalandığı tarixdən etibarən 24 ay müddətində bərabər hissələrə bölməklə hər ay 5.0006.000 manat pulu Banka ödəyəcək və borc məbləğinin ödənilməsi qaydasını və şərtlərini bir dəfə pozarsa bu saziş öz qüvvəsini itirəcəkdir. Sonradan iddiaçı sözügedən kredit müqaviləsi üzrə bankdan 110.000 manat kredit məbləğini 2012-ci ildə almasını və xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əlavə edilən və bank tərəfindən verilən xx.xx.2012-ci il tarixli ödəniş cədvəlinə əsasən kredit məbləğini 2014-cü ilin may ayınadək tam məbləğdə banka ödəyəcəyini əsas tutaraq məhkəmədə Banka qarşı “xx.xx.2012-ci il tarixli, 240F4№-li kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2012-ci il tarixli 240/1F4 №-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsi” barədə iddia qaldırmış, lakin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onun iddia tələbləri əsassız olduğundan təmin edilməmişd ir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də, məhkəmə aktı dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. İddiaçının xx.xx.2012-ci il tarixli, 240F4№-li kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsası ilə Bank iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-608/2018 saylı iş üzrə xx.xx.2018ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıdan cəmi 124.094,64 manat məbləğində kredit borcunun Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2119/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 88.273 manat (onun tərəfindən ödənilmiş 38295 manat və motor yağının dəyərini təşkil edən 49978 manat) və cavabdehlərin hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir avtomobil motoru yağının alqı-satqısı ilə məşğuldur. İşi ilə əlaqədar maliyyə vəsaitinə ehtiyac yarandığından 2012-ci ildə kredit borcu götürmək qərarına gəlmiş, bunun üçün “xxxx” ASC-nin 4 saylı filialına müraciət etmişdir. Bankdan götürmək istədiyi borc üçün təminat i stəmişlər. İpotekaya qoymaq istədiyi ünvan 1 ünvanında yerləşən evinin xx.xx.2011-ci il tarixli çıxarışını notariusa təqdim etmişdir. Notarius çıxarışa baxdıqdan sonra bildirilmişdir ki, evə dair yeni çıxarışın verilməsi nəzərdə tutulmuşdur, buna görə də ipoteka müqaviləsi çıxarış təzələndikdən sonra bağlana bilər. Bu səbəbdən də ipoteka müqaviləsinin bağlanması bir neçə ay yubanmalı olmuşdur. Bankın 4 saylı filialının müdiri, iş üzrə cavabdeh olan Cavabdeh1 təklifinə əsasən evin sənədləri düzələnə kimi ona bankın işçisi kimi təqdim etdiyi baş mühasib hazırkı iş üzrə üçüncü şəxs Cavabdeh3 ilə xx.xx.2012-ci il tarixdə formal olaraq 110.000 manat məbləğində borcun etirafı müqaviləsi bağlanmışdır. Bu, bir növ verilən borca dair zəmanət xarakteri daşımış, Cavabdeh3 ona hər hansı pul verməmiş dir. Pul bank tərəfindən ona verilmiş, lakin bununla bağlı qəbz verilməmişdir. Cavabdeh1 sanki bu pulun verilməsi üçün qəbz əvəzi kimi bu etiraf müqaviləsini ona bağlatdırmışdır. İddiaçı qeyd etmişdir ki, o, əvvəllər Cavabdeh3 tanımamışdır. Bankın filial müdiri Cavabdeh1 göstərişi ilə bankdan borc götürmək üçün onunla müqavilə bağlamışdır. Daha sonra ipoteka müqaviləsinin bağlanmasının mümkünlüyü ilə maraqlanmış, notarius onda həmin çıxarışla müqavilə bağlaya biləcəklərini bildirmişdir. Bank onunla xx.xx.2012-ci il tarixdə kredit müqaviləsi bağlamış, ona istehlak məqsədilə 24 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 110.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Bunun üçün o, ünvan 1 ünvanında yerləşən evini də bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bank ona hər ay 5.8 15,82 manat olmaqla aylıq ödənişlərini müəyyən edən ödəniş cədvəlini də tərtib edib vermişdir. Onunla kredit müqaviləsinin 2012-ci ildə bağlanmasına baxmayaraq, borc Mərkəzi Kredit Reyestrində xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. Həmin tarixə kimi isə o, borcuna məsuliyyət daşıyaraq ödənişlərini Cavabdeh1 göstərdiyi kimi, Q.XXXova ödəmiş, Cavabdeh1 iddiaçını inandırmışdır ki, həm əlbəəl verdiyi 38.295 manat, həm 49.978 manat dəyərində motor yağının satışından əldə edilən pul onun banka olan borcundan çıxılacaqdır. Bankın işçisi, filial müdiri bankdan verdikləri pulu Mərkəzi Kredit Reyestrində qeydə aldırmadan verdiklərindən ödənişlərini bu cür əlbəəl almışlar. Krediti rəsmiləşdirənə qədər pulları kassaya versə də, Bankın işçiləri pulunu ələ keçirmişlər. O, polis orqanına bu məsələ ilə bağlı şikayət etmiş, orada cavabdehlərin izahatları alınmışdır. Hazırda cavabdeh Q.XXXov bildirir ki, həmin pul üçüncü şəxs Cavabdeh3 pulu üçün ödənişləri qəbul etmişdir. Onun özü də yaxşı bilir ki, həmin pul Bankın puludur. Cavabdeh3 ona pul verməmişdir. Daha sonra Bank ona qarşı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia tələbi Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə yekunlaşmışdır. Bu qərardan sonra başa düşmüşdür ki, ödədiyi pullar və verdiyi mal mənimsənilmişdir. Bu səbəbdən o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh Q.XXXov iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, həmin Bankda mühasib vəzifəsində çalışmışdır. İddiaçını tanışı mərhum XXX adlı şəxsin vasitəsi ilə tanımışdır. İdd iaçıya pul lazım olduğundan ona kömək etmək istəmişdir. Həm də iddiaçı bildirmişdir ki, motor yağının alqı-satqısı ilə məşğuldur. Ona da bu işlə məşğul olmağı təklif etmiş, qazanclı olacağını bildirmişdir. Ona təcili pul lazım olduğundan iş yoldaşı baş mühasib Cavabdeh3 ona borc pul tapmasını xahiş etmişdir. Cavabdeh3 iddiaçıya 110.000 manat borc pul vermiş, onlar arasında borcun etirafı müqaviləsi bağlanmışdır. İddiaçının verdiyi həmin pullar, məhz bu borcun ödənişləri olmuşdur. İddiaçı Bankdan həmin borcu ödəmək məqsədilə Gəncə şəhərində olan evi ipotekaya qoymaqla 110.000 manat borc pul istəmiş, Bank ilə kredit xətti müqaviləsi bağlamışdır. Lakin həmin kredit xəttindən istifadə etməmişdir. 2014-cü ildə Bankdan krediti götürərək Cavabdeh3 olan borcunu bağlamışdır. İddiaçı borcunu qaytara bilmədiyindən onun təklifinə əsasən motor yağını öz tanışları vasitəsilə satmış, pulunu borc əvəzinə qəbul etmişdir. İddiaçıya yardımı sırf yaxşılıq etmək məqsədilə etmişdir. Üçüncü şəxs Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, o, Bankda baş mühasib vəzifəsində işləmişdir. İddiaçı Bankdan borc pul istəmiş, ondan təminat təqdim edilməsi təklif edildikdə o, Gəncə şəhərində yerləşən evini təklif etmiş, əvvəlcə Bank tərəfindən həmin təminat qəbul edilməsə də, sonradan götürmüşlər. Hələ bankdan borcu götürməzdən əvvəl iş yoldaşı Q.XXXov iddiaçıya borca pul tapmasını xahiş etmişdir. O da özünün pulunu və qaynanasından aldığı pulu cəmi 110.000 manat olmaqla iddiaçıya aylıq 2 % ödəmək şərtilə xx.xx.2012-ci ildə vermiş, xx.xx.2012-ci il tarixdə notarial qaydada borcun etirafı müqaviləsi imzalamışlar. İddiaçı, onun borcunu Bankdan kredit götürərək 2 ilə tam qaytarmışdır. Motor yağının satışına da borcu ödəyə bilsin deyə, köməklik etmişdir. Ona olan borc faizi ilə birlikdə tamam ödənilmişdir. Digər üçüncü şəxs olan Bankın nümayəndəsi X8 iddianın Banka aidiyyəti olmadığından Bankın işdə iştirak edən şəxs qismindən çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X5 da iddia tələbinin rədd edilməsini xahiş etmiş, göstərmişdir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilməmiş, yalnız öz mülahizələrinə istinad etməklə kifayətlənmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-5035/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 29430 manat ödənilmiş pulun və satılan motor yağının dəyəri olaraq 49014,4 manat məbləği olmaqla, 78444,04 manat pul, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 15 manat hissədə əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə prosesində cavabdeh Q.XXXov etiraf etmişdir ki, həmin pulları qəbul edərək üçüncü şəxs Cavabdeh3 vermişdir. Lakin həmin borcun nə üçün Banka olan borcun ödəniş hərəkətlərini özündə təsdiq edən cədvəldə qeyd etməyini onunla izah etmişdir ki, bu cədvəlin Banka olan borc ilə bağlılığı yoxdur. Məhkəmə cavabdehin bu verdiyi ifadəni səmimi hesab etməyərək qeyd etmişdir ki, həmin cədvəlin Banka olan borc barəsində Bankın təqdim etdiyi ödəniş cədvəli olması danılmazdır. Həmçin in cavabdeh Q.XXXovun qeydlərində 1065 manat Bankın kassasına ödənişin edilməsini özü şəxsən qeyd etməsi də göstərir ki, həmin ödənişlər məhz borcun etirafı müqaviləsinə görə edilmiş ödəniş deyildir. Yaxud da bu faktın doğurdan da “Cavabdeh3 ilə bağlanmış borcun etirafı müqaviləsi”nin görünüş üçün bağlanmış əqd olmasını təsdiq edir. Həmin borc üçüncü şəxs Cavabdeh3 tərəfindən öz pulu kimi iddiaçıya verilmiş olsa idi, borcun ödənişi ilə Banka olan ödəniş ilə bu şəkildə qarışdırılmaz, anlaşılmaz vəziyyət yaradılmazdı. Üçüncü şəxs Cavabdeh3 bildirir ki, ona olan borc faizi ilə birlikdə tamam ödənilmişdir. İddiaçı isə israrla bildirir ki, Cavabdeh3 ona pul verməmiş, bu bankdan götürdüyü puldur. Məhkəmə qeyd etmişdir ki, məhkəmə prosesində cavabdeh Q.XXXova akt göstərilmiş, o, təsdiq etmişdir k i, iddiaçının göndərişi ilə Əsgər adlı şəxsdən həmin motor yağları təhvil verilmişdir. İddiaçı bildirir ki, 14416 litr motor yağı xaric, qalan motor yağını qaytarmışlar. Q.XXXov əlyazma cədvəl təqdim edərək motor yağlarının qalanını qaytardıqlarını təsdiq etmişdir. Qalan motor yağı satılaraq borca hesab edildiyini bildirmişdir. İddiaçı bildirir ki, həmin motor yağının 1 litinin dəyəri 3.40 manatdır. Bu hesabla cavabdeh tərəfdən satılan motor yağının dəyəri 14416 x 3.40 = 49014,4 manatdır. Məhkəmə prosesində iddiaçı isə bunun 2 dəfə (xx.xx.2014 və xx.xx.2015-ci il tarixlərdə) qaytarılmasını təsdiq etsə də, onlar arasında xx.xx.2015-ci il tarixdə motor yağının geri qaytarılması hissəsində fikir ayrılığı var. Cavabdeh Q.XXXov bildirir ki, xx.xx.2015-ci il tarixdə 11000 litr motor yağı Əsgər a dlı işçisinə təhvil verilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Q.XXXov bildirmişdir ki, iddiaçı borcun qarşılığı olaraq motor yağı verməmişdir. Lakin hazırkı məhkəmə çəkişməsi zamanı isə Q.XXXov bildirmişdir ki, iddiaçıya borcunun ödənilməsi üçün motor yağının satışında köməklik göstərmişdir. Məhkəmə hər iki izahat arasındakı ziddiyəti nəzərə alaraq qeyd etmişdir ki, Q.XXXov izahatında səmimi deyildir. Məhkəmə prosesində başqa cür, təhqiqat orqanında başqa cür izahat vermişdir. Hazırda isə iddiaçıya yaxşılıq etmiş kimi onun motor yağının satışında iştirak etdiyini bildirir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdeh Q.XXXova digər Cavabdeh1 göstərişinə əsasən 38295 manat məbləğində pul ödənilmiş, 49978 manat məbləği dəyərində motor yağı isə satılmaq adı ilə qəbul edilmişdir. Həmin 38295 manat puldan 7800 manat motor yağının dəyəri olduğu, 1065 manat isə banka ödənilən pul olması nəzərə alınsa, 38295-7800-1065=29430 manat pul ödənilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlər hüquqi əsas olmadan və iddiaçının borcunun əvəzinin ödənilməsini əsas gətirərək onun əmlakını əldə etmişlər. Bankın iddiaçıya qarşı borc tələbi barədə iddiası bankın xeyrinə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə yekunlaşmışdır. İddiaçı bildirir ki, onun ödənişlərinin bank tərəfindən nəzərə alınacağını həmin sonuncu qərar çıxarılanadək inanmışdır. Cavabdehlərin hərəkətlərindən polis orqanına isə 2019-cu ilin iyulunda şikayət vermiş, xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanmas ı rədd edilmiş, cavabdehlər iddiaçının əmlakı sayəsində əsassız varlanmışlar. İddia tələbinin mənəvi zərər hissəsinin həlli ilə bağlı Məhkəmə, cavabdehin üzərinə maddi ziyanın ödənilməsi vəzifəsinin qoyulmasını iddiaçının ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab etmiş və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.7, 23, 386.1, 1091, 1092.1-ci maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məh kəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2163/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddəsinə istinadla qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilir ki, Bank tərəfindən iddiaçıya 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 110.000 manat kredit verilməsi barədə tərəfl ər arasında xx.xx.2012-ci il tarixdə 240F4 №-li kredit müqaviləsi bağlanmışdır. Bankın xx.xx.2014-cü il tarixli sərəncamına əsasən iddiaçıya sözügedən kredit müqaviləsi üzrə 110.000 manat məbləğində tranşın verilməsi barədə qərar qəbul edilmişdir. Bank tərəfindən iddiaçıya 107.910 manat pul xx.xx.2014-cü il tarixdə verilmiş, iddiaçı bununla bağlı kassa məxaric orderinə imza etmişdir. Hazırda iddiaçı, iddia ərizəsinə əlavə etdiyi əl ilə yazılmış sənədlərə, o cümlədən ödəniş qrafikinin arxasındakı yazılara əsaslanaraq, sənədlərdə əks olunmuş ödənişlərin məhz onunla Bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə aparılmış ödənişlər olmasına, lakin həmin pulların cavabdehlər tərəfindən Banka ödənilmədiyinə, kredit borcunun ondan Bankın xeyrinə tutulması barədə artıq qa nuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına istinad edərək hesab edir ki, qəbzlər üzrə ödədiyi cəmi 88.273 manat məbləğində pul və borcun əvəzi olaraq təhvil verdiyi motor yağının dəyərini təşkil edən 49.978 manat məbləğində pul cavabdehlərdən onun xeyrinə tutulmalıdır. İddiaçının bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla iddiaçının təqdim etdiyi və istinad etdiyi əl ilə yazılmış sənədlər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki, kredit təşkilatlarına pulun mədaxili və məxarici ciddi hesabat sənədləri hesab olunan mədaxil və məxaric orderləri əsasında həyata keçirilir. İddiaçının istinad etdiyi əl yazısı ilə tərtib olunmuş sənədlər ciddi hesabat sənədləri üçün qoyulan tələblərə cavab vermir, habelə bu sənədlərin atributlarını özündə əks etdirmir. İddiaç ı həmin sənədlərin ciddi hesabat sənədlərinə aid olmaması barədə məlumatlı olmuşdur. Belə ki, iş materiallarında iddiaçının kredit müqaviləsi üzrə ümumilikdə 31.700 manat məbləğində ödəniş etdiyini təsdiq edən xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli mədaxil qəbzləri mövcuddur. Bu səbəbdən məhkəmə kollegiyası əlyazmalarda əks olunmuş məbləğlərin məhz xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə aparılan ödənişlər qismində qəbul etmir. Bununla yanaşı, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Bank və iddiaçı arasındakı kredit müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlansa da, sonuncuya kredit borcu yalnız xx.xx.2014-cü il tarixdəverilmişdir. İddiaçının istinad etdiyi əl ilə yazılmış sənədlərdə qeyd e dilən ödənişlərin isə 2012-ci ildən, yəni Bank tərəfindən iddiaçıya hələ borc verilməzdən təxminən 2 il əvvəl həyata keçirilməsinə başlanmış və bu ödənişlər 2014-cü ilədək davam etmişdir. Bundan başqa işdə olan xx.xx.2012-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, üçüncü şəxs Cavabdeh3 xx.xx.2012-ci il tarixdə iddiaçıya 110.000 manat məbləğində borc vermiş, borcun qaytarılması müddəti xx.xx.2013-cü il tarixədək müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının bildirdikləri inandırıcı və həqiqətəuyğun deyil. Çünki, iddiaçının, borcun etirafı müqaviləsi üzrə Cavabdeh3 pul almadığı, həmin müqavilənin gələcəkdə alacağı borca təminat qismində çıxış etdiyini bildirməsi, əslində müqavilənin etibarsız olmasına dəlalət edir. Lakin sözügedən müqavilənin bağlandığı 2012-ci ildən bu günədək müqavilənin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilməmiş, həmin müqavilə məhkəmə qaydasında ləğv və ya etibarsız hesab edilməmişdir; müqavilə hazırkı gün də qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının istinad etdiyi əl ilə yazılmış sənədlərdə əks olunmuş və cavadeh Q.XXXov tərəfindən qəbul edilərək üçüncü şəxs Cavabdeh3 verilmiş ödənişlər Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə deyil, iş üzrə üçüncü şəxs Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli borcun etirafı müqaviləsi üzrə aparılmış ödənişlərdir. Çünki iddiaçı bu halları təkzib edən halları sübuta yetirə bilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi xx.xx.2014-cü il tarixli təhviltəslim aktına, həmin akta əsasən cavabdeh Q.XXXovun iddiaçının göndərişi ilə Əsgər adlı şəxsdən həmin motor yağlarını təhvil almasını təsdiqləməsini, bununla da təhvil verilmiş və sonradan motor yağlarının bir hissəsinin qaytarıldığını nəzərə alaraq satılan motor yağının dəyəri olaraq 49014,4 manatın iddiaçıya verilmədiyi üçün həmin pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Halbuki bu zaman məhkəmə cavabdeh Q.XXXov tərəfindən həqiqətən də iddiaçı ilə üçüncü şəxs Cavabdeh3 arasında bağlanmış borcun etirafı müqaviləsi üzrə yaranmış borclarını ödəmək məqsədilə iddiaçıya motor yağlarının satışı ilə bağlı yalnız köməklik göstərdiyini nəzərə almamışdır. Qeyd olunmalıdır ki, Q.XXXov tərəfindən motor yağının satılmasında köməklik göstərilməsinin etiraf olunması həmin motor yağının satışından əldə olunan pul vəsaitinin Q.XXXov tərəfindən mənimsənilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iş üzrə aparılan araşdırmalar zamanı Q.XXXov verdiyi izahatlarda təhvil verilən motor yağının satışından əldə olunmuş vəsaitin qeyd edilən “borcun etirafı müqaviləsi” üzrə olan borcun ödənilməsinə yönəldildiyini bildirmişdir. Məhkəmə kollegiyası MPM-in 77.1 və 14.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, hazırkı işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdeh Q.XXXova etdiyi ödənişlərin onunla Bank arasında bağlanmış kredit müqaviləsi üzrə borclara aid olduğunu, təhvil verdiyi motor yağlarının satışından əldə olunmuş pul vəsaitinin isə əsassız olaraq cavabdehlərdə qalmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 1091, 1092-ci maddələrinin tələblərindən çıxış edərək hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının bilavasitə cavabdeh Q.XXXova etdiyi ödənişlər və təhvil verilən motor yağının satışından əldə olunan pul vəsaitləri xx.xx.2012-ci il tarixli borcun etirafı müqaviləsi üzrə iddiaçının üçüncü şəxs Cavabdeh3 olan borcundan çıxılmasına yönəldildiyi üçün iddiaçı və cavabdeh Q.XXXov arasında əsassız varlanmadan söhbət gedə bilməz. Bu baxımdan Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdeh Q.XXXova qarşı pul tələbinə dair (qətnamə ilə təmin olunmuş pul tələbi) iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası iddianın digər Cavabdeh1 qarşı təmin olunmuş hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə də birinci instansiya məhkəməsi düzgü n nəticəyə gəlməmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı və Cavabdeh1 arasında hər hansı şəxsi öhdəlik münasibətləri mövcud olmamışdır. Başqa sözlə, hazırkı işdə Cavabdeh1 bilavasitə iddiaçıdan hər hansı əmlakı əldə etməmiş, yaxud da iddiaçı bilavasitə Cavabdeh1 hər hansı əmlak verməmişdir. Cavabdeh1 iddiaçının hesabına əsassız varlanması üçün əsas yaradacaq hər hansı hərəkəti də olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya məxsus pul vəsaiti hesabına Cavabdeh1 əsassız varlanması iş materialları ilə təsdiqini tapmadığından, iddiaçı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən həmin cavabdehə qarşı da iddiası qətnamə ilə təmin olunmuş hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, mə hkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qə rar qəbul olunmasını xahiş etdi. Cavabdeh1 vəkili və Bankın vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh X4 və üçüncü şəxs Cavabdeh3 hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir (maddə 14.2.7). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş di gər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (maddə 1092). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları s übut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. İddianın dəlilləri ilə eyniyyət təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş sübuta münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya baxışında işə mahiyyəti üzrə baxılmır, işin halları araşdırılmır, yeni sübutlar qəbul olunmur və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən aktların qanuniliyi, yəni maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsi yoxlanılır. Kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəm əsi işi deyil, qərarı mühakimə edir” (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il və 18 mart 2019-cu il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2163/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar