Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-136/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-136/2024 (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3943/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 (vəkili Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il ta rixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən X4 ona məxsus olan Xəzər rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 6 sot torpaq sahəsini 9.000 manata Cavabdeh satmış, həmin torpaq sahəsi sonuncunun adına notarial qaydada rəsmiləşdirilmişdir.
2. İddiaçı2 ilə X15 arasında Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanılmış xx.xx.2018-ci il tarixli 4Ə-172 reyestr nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,71 kv.m. olan mənzili 82.000 manata Elşad Qasımova satmış, həmin mənzil sonuncunun adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
3. İddiaçı2 oğlu İddiaçı1 ilə Cavabdeh qızı X12 23 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-532/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə X12 ilə İddiaçı1 arasında 23 iyul 2018-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2387 nömrə ilə qeydə alınmış nikahın pozulması və 07 mart 2019-cu il təvəllüdlü X2 anası X6 yanında saxlanılması qət edilmişdir.
5. Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” barədə 29 dekabr 2021-ci il tarixli qərara əsasən, toplanmış material üzrə İddiaçı1 ilə Cavabdeh arasındakı mübahisə mülki xarakterli olduğundan, yəni Cavabdeh məqsədi İddiaçı1 aldadıb pulunu ələ keçirmək olmadığından, Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri yaranmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçılar İddiaçı2 (bundan sonra iddiaçı) və İddiaçı1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsassız varlanma kimi əldə etmiş olduğu ümumilikdə 83.000 manat pul vəsaitinin alınaraq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş e tmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı olaraq uzun müddət ölkənin xaricdə maraqlarını təmsil etmişdir. 2016-cı ildə Azərbaycan Respublikasında olarkən Vəfa Həsənova ilə tanış olub ailə qurmaq məqsədi ilə elçilik mərasimi etmişdir. Məzuniyyətdən qayıdanda Vəfanın atası cavabdehlə danışaraq fərdi ev tikdirmək istədiyini ona bildirmiş və sonuncunun göndərəcəyi pul vəsaiti müqabilində evin tikintisinə nəzarət etməyinə razılaşmışlar. Xidməti zərurətlə əlaqədar Bakı şəhərinə yenidən gələ bilmədiyi üçün cavabdehə poçt vasitəsilə 10.000 manat göndərərək torpaq sahəsi almasını xahiş etmiş və xx.xx.2016-cı ildə Xəzər rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 6 sot torpaq sahəsi, göndərdiyi pulun 9.000 manat ına alğı-satqı yolu ilə alınaraq cavabdehin adına notarial qaydada rəsmiləşdirilmişdir. Həmin ilin oktyabr ayında tərəfindən cavabdehə 4.000 manat Bank vasitəsilə göndərilmiş və evin tikilişinə başlanılmışdır. Həmçinin, qeyd edilən səbəbə görə evin çertyoj-plan sənədi cavabdehin adına sifariş olunmuşdur. Tikintinin gedişatı ilə bağlı şəkillər cavabdeh və nişanlısı tərəfindən mütəmadi olaraq ona telefon vasitəsi ilə göndərilmişdir. Ümumilikdə evin tikiliş və təmirinə torpaq sahəsi ilə birlikdə 124.000 manat sərf etmişdir. Pulun 50.000 manatını hissələrlə Bakıya səfər edən tanışları, poçt, bank və ya özü vasitəsilə cavabdehə çatdırılmışdır. 83.000 manatı isə 2018-ci ilin fevralında və ona məxsus olan Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən iki otaqlı mənzilin satışından əldə oluna n pul vəsaiti digər iddiaçı olan anası İddiaçı2 tərəfindən evi alan Elşad Qasımovun və digər şahidlərin iştirakı ilə evin tikintisinə sərf etmək üçün cavabdehə verilmişdir. 2018-ci ilin iyul ayında Vəfa Həsənova ilə rəsmi nikaha daxil olmuş, 2020-ci ilin iyun ayından ailədaxili münaqişələr səbəbindən ayrı yaşamağa başlamışlar. 2020-ci ilin oktyabr ayında isə Vəfa evin atasının adına olduğundan istifadə edib onu polislə hədələmiş, himayəsində olan anasını da götürüb kirayə evdə yaşamağa başlamışdır. Bundan sonra, ona dəfələrlə ev məsələsini həll etməyi təklif etmiş, cavabdeh evin nikahdan əvvəl tikilməyinə baxmayaraq evi satıb yan hissəsini onlara verəcəyini demişdir. Sözdə razılıq versə də, evə real alıcılar çıxanda bəhanələr gətirərək evi satmaqdan imtina etmişdir. Kirayədə yaşadığını, bo rca düşdüyünü, aliment ödədiyini, bütün bunların çətinliyini nəzərə alıb evin satılmasını tələb etmiş, cavabdeh isə razılaşmamış və onun pul vəsaitlərini mənimsəmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsinə iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi onun vəsaiti hesabına tikilmişdir. Belə ki, hər zaman müəyyən qazancı olmuşdur və bu qazancla da torpaq sahəsi alaraq fərdi yaşayış evi tikdirmək qərarına gəlmişdir. İddia tələbində göstərilən İddiaçı1 tərəfindən müəyyən pul vəsaitlərinin evin tikilməsi məqsədilə dostları, tanışları və digər vasitələrlə ona göndərildiyi iddiası da həqiqəti əks etdirmir. Eyni zamanda, guya iddiaçılara məxsus mənzilin satılaraq pulunun ona verilməsi barədə göstərdiyi fikirlər də həqiqəti əks etdirmir. Çünki iddiaçı lar normal hüquq qabiliyyətli insanlardır, bu qədər vəsaitin iddiaçıya verilməsi ağlabatan deyil. Digər tərəfdən iddiaçıların öz iddia ərizəsində göstərdikləri kimi hal baş versəydi halhazırki dövrə qədər məhkəməyə müraciət etməli idilər. Lakin bu hal baş verməmişdir. İddia ərizəsində göstərilən digər hal, guya onun tərəfindən iddiaçının polislə hədələməsi ilə bağlı iddia doğru deyildir. Çünki iddiaçı özü dediyi kimi ali təhsilli, dövlət qurumunda çalışan şəxsdir. O bilməlidir ki, bu kimi məsələlərdə polisin müdaxiləsi həm qanunla, həm də təcrübə baxımından mümkünsüzdür. Belə ki, bu kimi mübahisələr mülki iş kateqoriyasına daxil olduğundan hüquq mühafizə orqanlarının qarışması halı istisnadır.
9. Birinci instansiya məhkəməsinin icraatı gedişində iddiaçıların nümayəndəsinin ərizəsinə əsasən iddia ərizəsi İddiaçı1 münasibətdə geri qaytarılmışdır.
10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, oğlu İddiaçı1 cavabdehin qızı olan Vəfa Həsənova ilə nişanlandıqdan sonra oğlu işi ilə əlaqədar xarici ölkədə olduğundan oradan evin tikintisi ilə bağlı pul göndərəcəyi, cavabdehin isə tikinti işlərinə nəzarət edəcəyi barədə aralarında razılaşmışlar. Daha sonra, oğlu İddiaçı1 göndərdiyi pul ilə cavabdeh torpaq sahəsi almışdır. Torpaq sahəsinin alınması, evin tikintisi və təmir xərclərinin hamısını oğlu İd diaçı1 qarşılamışdır. O, da, bəzi vaxtlarda həmin yerə gedib tikinti işləri ilə maraqlanmışdır. Oğlu 2018-ci ilin may ayında xarici ölkədən xidməti ezamiyyətini başa çatdırıb qayıtdıqda ev hələ də hazır deyildi. Buna görə də, oğlu ilə məsləhətləşərək evini satıb həmin pulu evin tikintisini tamamlamaq məqsədi ilə cavabdehə vermişdir. O, da, yeni evdə oğlu ilə birlikdə yaşamağı düşünmüşdür. Yeni evin tikintisi başa çatmış, toy olmuş və həmin evə köçmüşlər. Təxminən 1 il 6 ay müddətində birlikdə həmin evdə yaşamışlar. Oğlunun cavabdehin qızı ilə nikahından övladı dünyaya gəlmişdir. Sonradan, oğlu ilə həyat yoldaşı arasında münasibətlər pozulmuş və onlar boşanmışlar. Həmçinin, cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, 83.000 manat pulu iddia ərizəsində göstər ilən tarixdə, notariat ofisində evini satdığı şəxsin və onun anasının yanında cavabdehə vermişdir. Pulu cavabdehə verərkən oğlu Azərbaycanda deyildi. O, öz evində evi satdığı şəxs və anası ilə görüşmüşdür. Cavabdeh də orada idi. Bir müddət keçdikdən sonra, notariat ofisinə getmişlər və evinin alğı-satqısı nəticəsində əldə etdiyi pulu notariat ofisində cavabdehə vermişdir. Onlar uşağa görə evin alğı-satqısı nəticəsində əldə edəcəkləri pulun yarısını onlara verəcəkləri barədə razılaşmışlar. Cavabdehin qızı ata evinə çıxıb getmişdir. Evə real alıcılar çıxdıqda onlar evi satmaqdan imtina etmişlər. Daha sonra, cavabdehin qızı oğluna zəng edərək, onları evdən çıxmayacaqları təqdirdə polislə hədələmiş, onlar da evdən çıxaraq kirayə evdə yaşamağa başlamışlar.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, İddiaçı1 cavabdeh ilə whotsap yazışmalarında cavabdeh, ev satıldıqdan sonra pulu verəcəyini bildirmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı ona məxsus olan evi oğlu X1. İddiaçı cavabdehi onlara qohumu kimi təqdim etmişdir. İddiaçı notariat ofisində evinin alğı-satqısı nəticəsində əldə etdiyi pulu paketə bükmüşdür. Pulu götürəndə cavabdeh orada olmuşdur. Daha sonra, iddiaçı pulu çöldə olan “Jiquli” avtomobilinin yanında cavabdehə vermişdir. İddiaçı özü də həmin maşına minmiş, cavabdehin qızı da həmin maşında idi. Şahid iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı oğlunu evləndirdiyindən evini satdığını bildirmişdir. Cavabdehin n ümayəndəsi və vəkilinin sualına cavab olaraq isə bildirmişdir ki, notariat ofisi Yasamal rayonunda yerləşən 528 nömrəli notariat ofisi idi. İddiaçı pulu cavabdehə göy rəngli “Jiquli” avtomobilinin yanında vermişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, 2018-ci ilin fevralında iddiaçıdan ev almışdır. İddiaçı alğı-satqı işlərindən başı çıxmadığından qardaşını da çağırmışdır. İddiaçının qardaşı kimi təqdim etdiyi Səlim və ya Salman adlı şəxs də gəlmişdir. İddiaçı ilə aralarında ona məxsus olan mənzillə bağlı alğı-satqı müqaviləsi bağlanmışdır. X5 küçəsində yerəşən notariat ofisində bağlamışlar. Alğı-satqı iki gün çəkmişdir. Birinci gün evin sənədləri təqdim olunmuş və onlar ödənişi etmiş, onlara bununla bağlı qəbz verilmişdir. İkinci gün isə həmin qəbzi notariat orqanına təqdim etmiş və onlara evin sənədləri verilmişdir. Qəbz də Almaz xanıma verilmişdir. Hər iki gün o, anası, Səlim adlı şəxs və iddiaçı notariat ofisinə getmişlər. İddiaçı Səlimlə birlikdə pulu götürərək maşına minib getmişlər. İddiaçı oğlunun ailə qurması ilə əlaqədar evi balaca olduğundan satdığını, torpaq alıb daha geniş ev tikəcəklərini bildirmişdir. Şahid cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, notariat ofisi Ələsgər Ələkbərov küçəsində yerləşirdi. Pulu iddiaçı Səlimə vermiş və onlar göy rəngli maşına minib getmişlər. O, həmin evi öz adına almışdır, anası həmin evdə qeydiyyatdadır. Şahid sədrlik edənin sualına cavab olaraq isə bildirmişdir ki, o, pul olan paketi Səlimin əlində görmüşdür.
15. Birinci instans iya məhkəməsinin iclasında cavabdeh izahatında bildirmişdi ki, şahid ifadələri iddiaçının izahatı ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı izahatında pulu cavabdehə notariat ofisində, şahidlər isə notariat ofisindən kənarda avtomobilin yanında verdiyini bildirmişlər.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-1048/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd olunmuşdur.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddia tələbi üzrə qanuni əsas mövcud deyildir. Belə ki, iddiaçı cavabdehlə iddiaçının oğlu İddiaçı1 arasındakı razılaşmaya əsasən, cavabdehin iddiaçının oğlu İddiaçı1 üçün ev tikdirdiyini və həmin evin tikintisini tamamlamaq üçün öz evinin sa tışından əldə edilən pulu cavabdehə verdiyini iddia edir. Qeyd edilənlər yalnız iddiaçının İddiaçı1 ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin yaranması qənaətinə gəlməyə əsas verir. Bununla belə, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibəti və digər münasibətlər yaranmamış, cavabdehin iddiaçı qarşısında hər hansı müstəqil öhdəliyi mövcud olmamışdır.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehdən tələb etdiyi 83.000 manat pulun cavabdehə verilməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə mötəbər və inandırıcı sübut təqdim olunmamışdır.
19. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələrinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, şahid ifadə ləri iddiaçının izahatı ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı izahatında pulu cavabdehə notariat ofisində, şahidlər isə notariat ofisindən kənarda avtomobilin yanında verdiyini bildirmişlər. Bu baxımdan həmin ifadələrin “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilməsi mümkün deyildir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Avropa İnsan hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmas ını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi şahidlərin məhkəmədə verdiyi ifadələrlə bağlı ziddiyyətin olması qənaətinə gəlməsi digər sübutlarla təkzib edilir. Bu sübutlar bir-birini təsdiq edir və tamamlayır. Pulun həqiqətən mövcudluğu və cavabdeh tərəfindən qəbul edilməsi mübahisəsiz qəbul edilən hallardır. Məhkəmə, iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə münasibətdə isə göstərməsə də iddiaçıya məlum olan vaxt dedikdə obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxt cavabdehin vəkilini göstərdiyi kimi 2020-ci ilin oktyabr ayından deyil, iş materiallarına əlavə edilmiş 10 fevral 2021-ci il tarixli Yasamal Rayon Məhkəməsinin nikaha xitam verilməsi barədə qətnaməsi ilə müəyyən olunmalıdır. Cavabdeh hü quqi əsas olmadan iddiaçının 83.000 manat məbləğində pulunu alınması iş materialları ilə sübuta yetirilir. İddianın hüquqi əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Qanunvericiliyin tələbindən də görünür ki, öhdəliyin yaranma əsaslarından biri də əsassız varlanmadır. İş materiallarına əlavə edilmiş iddiaçının oğlunun cavabdehlə arasında olan whotsap yazışmalarında 07 yanvar 2021-ci il yazışmasında qeyd etdikləri cavabdehin həqiqətən iddiaçıya borcunun etirafıdır. Cinayət işinin başlanmasının rədd qərarından da göründüyü kimi, iddiaçı oğlu ilə bərabər hələ toydan qabaq Hövsan qəsəbəsində onların vəsaiti hesabına tikilmiş mənzildə yaşamışlar. Bu baxımdan, iddianın hüquqi əsasını təşkil edən əsassız varlanma ilə bağlı tətbiq edilən maddi hüquq normaları işin h allarına uyğun olmuşdur. İddiaçı1 xx.xx.2016-cı il tarixdə Ərəb Əmirliyindən göndərmiş olduğu 197-687-0278 kodu ilə 5.000 ABŞ dolları və xx.xx.2016-cı il tarixdə 081-685-6722 kodu ilə 1.200 ABŞ dollar vəsaitinin alıcısının müəyyənləşdirilməsi üçün Azərbaycan Republikası Mərkəzi Bankına sorğu verilməsinə dair vəsatətlər məhkəmə tərəfindən əsassız olaraq rədd edilmiş, bununla da iddiacının sübutların təmin edilməsinə dair MPM-in 87-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdehin məhkəmə baxışında şəxsən iştirakının təmin edilməsinə dair verilmiş vəsatətə münasibət bildirməmişdir. Hakimdən şahid ifadələrinin yerində yoxlanılmasına dair vəsatətin təmini xahiş olunsa da verilmiş şifahi vəsatətlərə baxılmaması Mülki Prosessual Məcəllənin 184 və 87-ci maddəsinin tələblərinin pozulması kimi qiymət ləndirilməlidir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3943/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə iddiaçının oğlu İddiaçı1 arasındakı razılaşmaya əsasən, cavabdehin iddiaçının oğlu İddiaçı1 üçün ev tikdirdiyini və həmin evin tikintisini tamamlamaq üçün öz evinin satışından əldə edilən pulu cavabdehə verdiyini iddia edir. Qeyd edilənlər yalnız iddiaçının İddiaçı1 ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətl ərin yaranması qənaətinə gəlməyə əsas verir. Bununla belə, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibəti və digər münasibətlər yaranmamış, cavabdehin iddiaçı qarşısında hər hansı müstəqil öhdəliyi mövcud olmamışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi üzrə qanuni əsas mövcud deyildir.
25. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirak çılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
26. Hazırkı halda iddiaçı cavabdehdən tələb etdiyi 83.000 manat pulun cavabdehə verilməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə mötəbər və inandırıcı sübut təqdim olunmamışdır. Halbuki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nət icə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilmə bilməz.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Avropa İnsan hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 372.6 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti, iddia ərizəsi və apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin məhkəmə baxışında şəxsən iştirakının təmin edilməsinə dair verilmiş vəsatətə münasibət bildirməmişdir. Hakimdən şahid ifadələrinin yerində yoxlanılmasına dair vəsatətin təmini xahiş olunsa da verilmiş şifahi vəsatətlərə baxılmaması Mülki Prosessual Məcəllənin 184 və 87-ci Maddəsinin tələblərini pozulması kimi qiymətləndirilməlidir. Cavabdehin vəkili təqdim etdiyi etirazda və məhkəmə baxışında qeyd edilən tələblə bağlı faktları təkzib üçün heç bir dəlil göstərə bilməmiş, əksinə etirazında ümumi yanaşma göstərərək iddia tələbinə müddətin tətbiq edilməsi ilə dolayısı ilə iddianı qəbul et mişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 1091.1, 1091.2 və 1092-ci maddələri ilə əsaslandırmaması maddi hüquq normalarının pozulmasıdır. İşin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Şəhriyar küçəsi, ev 2 ünvanında yerləşən 2 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu, Şəhriyar küçəsi, 24, M1, m2) X8 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Başqa sözlə, cavabdeh hüquqi əsas olmadan iddiaçının 83. 000 manat məbləğində pulunu alması iş materialları ilə sübut olunur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz verilərək, kassasiya şikayətinin dəlillərinin əsassız olması qeyd edilməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən kassasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. saxlanılması, Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Ma ddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
34. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
35. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğv edilməsini iddianın təmin edilməsini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsi tərəfindən tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdik ləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.
51. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitiv lik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.
52. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlə rin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
53. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzr ə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə q ətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
57. İşin faktik i hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3943/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.