Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1362/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı və onun vəkili X15 oğlunun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2015/2019 saylı qərardadından verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-421/2019 saylı qətnaməsi ilə (hakim Z.A.Quliyev) iddia tələbi təmin edilmiş, «xxxx» Açıq Səhmdar Cəmiyyəti və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanmış «ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunlarına dair” 67/10 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli protokola əsasən «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisinin ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 11-İM-MF-90 saylı, xx xxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torp aq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisinin ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisinin ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunlarına dair 67/10 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli protokola əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeyd, həmin qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisinin ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması, Bakı şəhəri, Yasamal rayonu, X1 istifadədə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisinin ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)2015/2019 saylı qərardadı ilə (hakimlər: sədrlik edən və məruzəçi V.İ.Məlikov, E.Ş.Hüseynov, A.A.Mahmudov) cavabdeh “xxxx” ASC-nin idarə heyətinin sədri Doğan Tandoğan və hüquq şöbəsinin müdiri Vyaçeslav Ayvazov tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-421/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 Xöhrab oğluna, “xxxx” ASC -yə, “xxxx” MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, mənzilin yüklülüyünə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2015/2019 saylı qərardadı ilə (hakimlər: sədrlik edən və məruzəçi V.İ.Məlikov, E.Ş.Hüseynov, A.A.Mahmudov) Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki Kоllegiyаsının xx xxxx 2019-cu il tаrixli qərardadından İddiaçı və onun vəkili X15 oğlu tərəfindən verilmiş kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və ötürülmüş müddət üzürlü səbəbdən buraxılmadığından mümkün hesab edilməyərək geri qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, «xxxx» Açıq Səhmdar Cəmiyyətinə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «xxxx» Açıq Səhmdar Cəmiyyəti və «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanmış «ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunlarına dair» 67/10 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli protokola əsasən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 tərəf indən Bakı şəhəri, Yasamal rayonu, X1 istifadədə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisi -ümumi sahəsi 89,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli «hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi»nin etibarsız hesab edilməsi, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 11-İM-MF-90 saylı, xx xxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisi -ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi, xx xxxx 2011-ci il tarixli «ipoteka müqaviləsi» əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin, həmin qeyd ə sasında verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1 istifadədə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisi -ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüquqlarının bərpa olunması və müvafiq qeydin aparılmasının və çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə X13 arasında bağlanmış xx xxxx 2011-ci il tarixli, 11-KM-MF-05 saylı kredit müqaviləsinə əsasən «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən X10 18 ay müddətinə illik 22% hesablanmaqla 60.000 manat məbləğində kredit verilmiş, həm in kredit öhdəliyinin icrasının təminatı olaraq «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx xxxx 2011-ci il tarixli, 11-İM-MF-90 saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisi-ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyriyaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsi üzrə öhdəlik X13 tərəfindən icra olunmadığı üçün «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən öhdəliyin icra edilməsi məqsədi ilə X10, İddiaçı və X11 qarşı X8 «xxxx» Açıq Səmdar Cəmiyyətinə ödəməli olduğu 57.240,99 manat əsas borcunun, xx xxxxxx 2013-cü il tarixə hesablanmış 18.336,29 manat faiz borcunun, 15.019,35 manat məbləğində hesablanmış dəbbə pulunun, habelə qətnamə çıxarılan tarixdən qətnamə icra olunacaq günədək 46.043,71 manat əsas borc məbləğinə 22 faiz ilə hesablanacaq faiz borcu və 30,00 manat məbləğində dövlət rüsumunun əvəzi X6, İddiaçı və X7 müştərək qaydada «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadədə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisində 89,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi və açıq hərracdan satılması, həmçinin satışdan əldə edilmiş pul vəsaiti hesabına onların «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X1 istifadədə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisində olan ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin əmlakın boşaldılması, qeyd edilən girov predmetinin hərracda satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda, tələbin qalan hissəsinin X6, İddiaçı və X7 müştərək qaydada tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərək, X8 «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödəməli olduğu 57.240,99 manat əsas borcunun, xx xxxx 2013-cü il tarixə hesablanmış 22.988,63 manat faiz borcunu n, 19.671,69 manat məbləğində hesablanmış dəbbə pulunun, habelə qətnamə çıxarılan tarixdən qətnamə icra olunacaq günədək 57.240,99 manat əsas borc məbləğinə 22 faiz ilə hesablanacaq faiz borcunun və 30,00 manat məbləğində dövlət rüsumunun əvəzinin X6, İddiaçı və X7 müştərək qaydada «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-180/2014 saylı, xx xxxx 2014cü il tarixli qətnaməsi ilə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilərək, 57.240,99 manat əsas borcu, xx xxxx 2013-cü il tarixə hesablanmış 22.988,63 manat faiz borcu, 2.000,00 manat məbləğində hesablanmış dəbbə pulu və 30,00 manat məbləğində dövlət rüsumunun əvəzinin X6, İddiaçı və X7 müştərək qaydada «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisində ümumi sahəsi 89,8 kv.m.dən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilərək həmin əmlakın boşaldılaraq açıq hərracdan satılması və satışından əldə edilmiş pul vəsaiti hesabına “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ümumi borc məbləğinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-829/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsi apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-180/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsinin borcun İddiaçı tutulması hissəsində ləğv edilməsi, qətnamənin faiz borcuna dair hissədə dəyişdirilməsi, faiz borcun un məbləğinin 18.336,29 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisinin ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 270.000,00 manat müəyyən edilməsi və qətnamənin apellyatora münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3792/2015 saylı, xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-829/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra Bakı Apellyasiya Məhkəməsi 2(103)-829/2015 saylı, xx xxxxx 2015-ci il tarixli icra sənədi icra olunması üçün yenidən Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və icra sənədi Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin İcra məmuru Samir Osmanovun icraatına daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin İcra məmuru Samir Osmanov xx xxxxxx 2015-ci il tarixdə icra icraatına başlanması barədə qərar qəbul edərək, icra sənədinə uyğun olaraq tələbin ödənilməsi məqsədi ilə icra işi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı 01/2954 nömrəli, xx xxxxxxxx 2016-cı il tarixdə ünvalanmış olduğu məktubuna əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, X2, 7 saylı ünvanında yerləşən zirzəmisində qeyriyaşayış sahəsinin satılması ilə bağlı mövcüd qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxxxx 2016-cı il tarixli nömrəsində dərc edilmişdir. Bundan sonra, «xxxx» Açıq Səhmdar Cəmiyyəti 30 təqvim günü ərzində təklif olunan ipoteka ilə yüklü edilmiş əmlakı almaması barədə məlumatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddiaçıya bildirmiş, bundan sonra işin icra qurumuna geri-qaytarılacağı bildirilmiş, bu səbəbdən məhkəmədən qanunun tələblərinə əsasən İddiaçı mülkiyyətini təşkil edən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisində ümumi sahəsi 89,8 kv.m.dən ibarət qeyri-yaşayış üzərində olan yüklülüyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda q eyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qərardadından narazı qalaraq İddiaçı həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və onun vəkili X15 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan prosessual hüquq normaları pozulmuş, iddiaçı tərəfindən qərardad rəsmi qaydada alınmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər Cav abdeh1, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin və «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kas sasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamas ına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və onun vəkili X15 oğlu kаssаsiyа şikаyəti verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddətə riаyət etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qətnаməsindən, həmin qətnаmə işdə iştirаk edən şəxslərə rəsmi qаydаdа verildiyi gündən 2 аy müddətində verilə bilər. İşdən görünür ki, Şəki Аpelyаsiyа Məhkəməsinin Mülki Kоllegiyаsının xx xxxx 2019cu il tаrixli qərardadının surəti İddiaçı adına göndərilmiş və xx xxxxxx 2019-cu il tarixd ə almışdır. Qərardadın surətinin xx xxxx 2019-cu ildə göndərilməsi və İddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə alınması işə əlavə edilmiş reyestrdən çıxarış və qərardadın alınmasına dair xəbərnamə ilə təsdiq edilir (i/v 142). Onların qərardaddan kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix xx xxxxxx 2019-cu il olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddətdən iki aydan da cox müddət ötürüldükdən sоnrа məhkəməyə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı kаssаsiyа şikаyətini digər sənədlərlə birlikdə xx xxxxxxx 2019-cu ildə Şəki Apellyasiya Məhkəməsinə təqdim etmiş və beləliklə, kassasiya şikayətini qanunla müəyyən edilmiş iki aylıq müddətdən uzun müddət keçdikdən sonra vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -408.1.4-cü maddəsinə əsasən kаssаsiyа şikаyəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və burаxılmış müddətin bərpа edilməsinə dаir vəsаtət təmin оlunmаmışsа, kаssаsiyа şikаyəti qаytаrılır. -130.3-cü maddəsinə görə prоsessuаl müddətin bərpа оlunmаsı bаrədə vəsаtət verilməmişsə, prоsessuаl müddətlər keçdikdən sоnrа verilən şikаyətlərə və sənədlərə bаxılmır və оnlаrı verən şəxsə qаytаrılır. -402. apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam veril məsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddətə riаyət olunmadığına görə kаssаsiyа şikаyəti geri qaytarılmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu madd ələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2015/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1362/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1362/2020
13.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver