Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1364/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1364/2025 (Açar sözlər: payların naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı “mülkün naturada bölünməsi və onun istifadəsinə verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-33/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil Əşrəf oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə 6 may 2025 -ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanda, 0,016 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 103,8 kv.m. olan fərdi yaşayış evi 3/4 hissə payı ilə xx.xx.2017-ci il tarixdə İddiaçı1, 1/4 hissə ilə payı isə xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adlarına qeydə alınmışdır.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2v-41 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və xx.xx.2017-ci i l tarixli 3M-168 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən İddiaçı1 (3/4 hissə) və Cavabdeh2 (1/4 hissə) payları göstərilməklə adlarına **********98-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6923/2019 nömrəli, 4 dekabr 2019cu il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, X2 və X3 qarşı “mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddianın təmin edilməməsi qət olunmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2310/2020 nömrəli, 19 avqust 20 20-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6923/2019 nömrəli 4 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-284/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, X2, X3, Bakı şəhəri 6 saylı Notariat ofisinə və Gəncə “ASAN xidməti” mərkəzi Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddianın təmin edilməməsi qət olunmuşdur.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1202/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-284/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1501/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)1202/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı1 (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,016 ha olan fərdi yaşayış evinin mülkiyyət hü ququ əsasında ona məxsus olan 3/4 hissədə payın natura qaydasında bölünərək onun istifadəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3/4 hissəsi onun, 1/4 hissəsi isə cavabdehin mülkiyyətində olmasına baxmayaraq, cavabdeh tərəf 2-ci qrup əlil olan bacısına orada yaşamağa imkan vermir. Cavabdehin payı cüzi hissəni təşkil etdiyindən onun həyat yoldaşı ondan iki otaqlı mənzil tələb edir və hazırda onun maddi imkanı cavabdehin istədiklərini təmin etməsinə imkan vermir. Eyni zamanda mübahisəli mənzildə sözügedən bağ sahəsinin ümumi sahəsi 0,016 ha təşkil edir və həmin sahənin 1/4 hissəsinin ayrılaraq istifadə olunması imka n xaricindədir.
10. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2019-cu il tarixli 6250 saylı rəyi ilə, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iki hissəyə 1/3 və 2/3 paylara uyğun şəkildə iki hissəyə bölünməsi, inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, yaşayış evinin texniki pasportda göstərilən birinci mərtəbəsində yerləşən 1, 2 və 3-cü tikililər cavabdehin istifadəsinə, 2-ci mərtəbəsində yerləşən 4, 5, 6, 7, 8 və 9 saylı tikililər iddiaçının istifadəsinə verilməlidir. Qeyd olunur ki, həyətyanı torpaq sahəsi və giriş- çıxış darvazası ümumi istifadədə saxlanılmalıdır.
11. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(044)-47/2021 nömrəli, 7 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gündüz Şirinov), iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2019-cu il tarixli 6250 saylı rəyinə uyğun şəkildə bölünməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi texniki pasportda göstərilən birinci mərtəbədə yerləşən 1, 2 və 3 saylı tikililər cavabdehin istifadəsinə, 2-ci mərtəbədə yerləşən 4,5,6,7,8 və 9 saylı tikililər iddiaçının istifadəsinə verilməsi, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazasının ümumi istifadədə saxlanılması, iş üzrə məhkəmə ekspertiza xərci 100 manatın cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və həmin rəydə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin planlı yerləşməsini, tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolunun olduğunu, evlərin və yardımçı tikililər ilə təmin olunmasını, tikililərin sayı və təyinatlığını və faktiki olaraq bölünmüş vəziyyətdə olduğundan, fərdi yaşayış evinin 1/3 və 2/3 paylara uyğun şəklində bölünməsi mümkün olduğu, bunun üçün yaşayış evinin texniki pasportda göstərilən birinci mərtəbəsində yerləşən 1, 2 və 3 saylı tikililər cavabdehin istifadəsində, 2-ci mərtəbədə yerləşən 4,5,6,7,8 və 9 saylı tikililər iddiaçının istifadəsinə verilməsi, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazası ümumi istifadədə saxlanılması müəyyən olunur. Məhkəmə iddia ərizəsində göstərilən tələbləri araşdırarkən belə nəticəyə gəlmişdir ki, verilmiş rəy iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1, 220.2 və 223.2-ci, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur. Belə ki, mülkdə yerləşən yaşayış binası yalnız “A” literdən ibarət olduğuna görə onu texniki cəhətdən bölmək mümkün deyildir. Buna baxmayaraq, məhkəmə iş üzrə verilmiş ekspert rəyini əsas götürməklə tamamilə əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Halbuki, sözügedən ekspert rəyi kifayət qədər qeyri-müəyyəndir və məhkəmə yalnız bu rəyə əsaslanaraq iddianı təmin edə bilməzdi. Çünki, uzun illərdən bəri onlar mülkdə yerləşən yaşayış binasının 2-ci mərtəbəsində yaşamış və müxtəlif vaxtlarda burada təmir işləri aparmışlar. Mülkün 1-ci mərtəbəsi isə iddiaçı tərəfin istifadəsində olmuşdur. Belə olan halda, nəyə görə mülkün məhz 2-ci mərtəbəsinin iddiaçının istifadəsinə verilməsi başa düşülən deyildir. Bu zaman ekspert mülkün faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu göstərsə də, mülkdə hər hansı bir formada bölgü aparılmamışdır. Həmçinin, sözügedən rəydə tikililərin ayrıayrılıqda giriş-çıxış yolunun olduğu göstərilməsinə baxmayaraq, faktiki olaraq bu belə deyildir. Bundan başqa, ekspert rəyində mülkdə yerləşən həyət tikililərinin də taleyinə aydınlıq gətirilməmişdir. Ona gərə də iş üzrə əlavə ekspertiza təyin edilməli idi. Lakin məhkəmə bunu etmək əvəzinə, iddianın təmin olunması barədə qətnamə çıxarmış və bununla da mülkiyyət hüquqları kobud surətdə pozmuşdur.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-33/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli mülk üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi mülkün naturada ayrılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mülkün naturada bölgüsünün mümkün olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və eksper t rəyi ilə müəyyən edilmişdir ki, naturada bölgü mümkündür. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Çünki, 23 iyul 2019-cu il tarixli 6250 nömrəli ekspertiza rəyi mübahisəli torpaq sahəsinə baxış keçirilməklə və sahənin bölgü sxeminə uyğun olaraq verilmiş, həmin rəylərin qeyri-mötəbər olması, o cümlədən torpaqla iddiaçının payının planda göstərilən koordinatlara əsasən naturada ayrılmasının qeyrimümkünlüyü barədə məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır. Göründüyü kimi, ekspertin qeyd edilən rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, mülkün naturada hansı qaydada bölünməsi açıq-aydın göstərilmişdir.
18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, eyni zamanda, iddiaçı Cavabdeh2 cavabdehlər X4, X5, Bakı şəhəri 9 saylı Notariat ofisi və Gəncə “Asan Xidmət” Mərkəzinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, bağışlanma müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-284/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddia təmin edilməmi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1202/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin 2(125)-284/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mü lki kollegiyasının 2(102)-1501/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1202/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 payı tanınmamış və həmin xüsusat qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqini tapmışdır.
19. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olaraq həm də apellyasiya şikayətinin dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi məhz həmin dəlillərə qiymət verməklə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayəti üzrə dəyişdi rmədən saxlamışdır.
20. Ekspertiza rəylərinin düzgün olmaması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası bu dəlilləri əsassız saymış və qeyd etmişdir ki, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlərini müəyyən etmişdir. Baxılan işdə mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Azərbaycan Respublikasının MPM-in 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 135.4, 152.1, 213.1, 213.2, 220.1, 220.2, 220.3-cü və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 103.1, 217.3, 218.1, 218.3, 384, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin tam və hərtərəfli araşdırılmasına imkan vermədən, təqdim edilmiş sübutlara qiymət vermədən tamamilə qanunsuz və əsassız olaraq iddiamın təmin edilməsi barədə qətnamə çıxarmış, öz növbəsində apellyasiya instansiyası məhkəməsi də bu qanunsuz qətnaməni qüvvədə saxlamışdır. Bu zaman işə baxan məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rə yini əsaslı hesab edərək iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir. Halbuki, sözügedən ekspert rəyi kifayət qədər qeyri-müəyyəndir və işə baxan məhkəmələr yalnız bu rəyə əsaslanaraq iddianı təmin edə bilməzdi. Çünki, uzun illərdən bəri Cavabdeh2 öz ailəsi ilə birlikdə mülkdə yerləşən yaşayış binasının 2-ci mərtəbəsində yaşamış və müxtəlif vaxtlarda burada əsaslı təmir işləri aparmışdır. Mülkün 1-ci mərtəbəsi isə iddiaçı tərəfin istifadəsində olmuşdur. Belə olan halda, nəyə görə mülkün məhz 2-ci mərtəbəsinin iddiaçının istifadəsinə verilməsi başa düşülən deyildir. Bu zaman ekspert mülkün faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu göstərsə də, mülkdə hər hansı bir formada bölgü aparılmamışdır. Həmçinin, sözügedən rəydə tikililərin ayrı-ayrılıqda giriş-çıxış yolunun olduğu göstərilm əsinə baxmayaraq, faktiki olaraq bu belə deyildir. Bundan başqa, ekspert rəyində mülkdə yerləşən həyət tikililərinin də taleyinə aydınlıq gətirilməmişdir. Ona görə də iş üzrə əlavə ekspertiza təyin edilməli idi. Lakin məhkəmə kollegiyası bunu etmək əvəzinə, iddianın təmin olunmalı olduğu qənaətinə gəlmiş və bununla da cavabdehin mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası sözügedən qətnaməni qəbul edən zaman maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
24. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə 135.4. Ə şyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yara dırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
30. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
31. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
32. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
33. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birin ə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.
34. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
35. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
36. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanı n bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
37. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.
38. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdi r. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 6 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli Qərardadı.
39. Bənd
29. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki,...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
40. Bənd
42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üz ərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.
41. Bənd
47. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki,...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll et mək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
48. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
49. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
50. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
51. Maddə 102.3. Məhkəmə işd ə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
52. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
53. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
54. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə ə laqədar digər hərəkətləri etməyə borcludur.
55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şika yətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
65. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda, 0,016 ha torpaq sahəsində yerləşən fərdi yaşa yış evinin 3/4 hissəsi onun, 1/4 hissəsi isə cavabdehin mülkiyyətində olmasını, həmin sahənin 1/4 hissəsinin ayrılaraq istifadə olunmasının imkan xaricində olmasını qeyd edərək, mübahisəli ünvanda yerləşən ümumi sahəsi 0,016 ha olan fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında ona məxsus olan 3/4 hissədə payın natura qaydasında bölünərək onun istifadəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
66. Birinci instansiya məhkəməsi iddianın təmin edəlməsi barədə nəticəyə gələrkən, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmasını, həmin rəydə mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin planlı yerləşməsini, tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolunun olduğunu, evlərin və yardımçı tikililər ilə təmin olunmasını, tikililərin sayı və təyinatlığını və faktiki olaraq bölünmüş vəziyyətdə olduğundan, fərdi yaşayış evinin 1/3 və 2/3 paylara uyğun şəklində bölünməsinin mümkün olduğunu, bunun üçün yaşayış evinin texniki pasportda göstərilən birinci mərtəbəsində yerləşən 1, 2 və 3 saylı tikililərin cavabdehin istifadəsində, 2-ci mərtəbədə yerləşən 4,5,6,7,8 və 9 saylı tikililərin iddiaçının istifadəsinə verilməsini, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazasının ümumi istifadədə saxlanılmasının müəyyən olunmasını qeyd edərək, verilmiş rəyin iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməli olması barədə nəticəyə gəlmiş, gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 23 iyul 2019-cu il tarixli 6250 sa ylı rəyinə əsaslanmışdır.
67. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 23 iyul 2019-cu il tarixli 6250 saylı rəyinə əsasən əmlakın naturada düzgün bölündüyünü, ekspertiza rəyini şübhə altına almaq üçün əsas olmadığını, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarının müəyyən edilmədiyini, bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas olmadığını qeyd etmişdir. 6
8. Məhkəmə kollegiyası işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən, iddiaçı və cavabdehin ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsi və torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır.
69. Belə ki, iddiaçı iddia tələbində onunla cavabdehin ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin paylarına uyğun olaraq natura şəklində bölünməsini xahiş etməklə yanaşı, evinin altında və həyətində yerləşən 0,016 ha torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərkən ekspert qarşısında - mübahisəli ünvanda tərəflərin paylı mülkiyyətdə olan evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 3/4 hissədə payın naturada bölünməsinin mümkün olub-olmaması, habelə mümkündürsə hansı qaydada mümkün olması barədə suallar qoyulmuşdur.
70. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2019-cu il tarixli 6250 saylı ekspert rəyinin əsaslandırıcı hissəsində, mübahisəli ünvandakı tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolunun olduğu, evlərin yardımçı tikililər ilə təmin olunması, tikililərin sayı və təyinatlığının və faktiki olaraq bölünmüş vəziyyətdə olduğu qeyd olunaraq fərdi yaşayış evinin 1/3 və 2/3 paylara uyğun şəklində bölünməsinin mümkün olduğu qeyd olunmuş, rəyin nəticə hissəsində isə mübahisəli ün vanda yerləşən fərdi yaşayış evinin 1/3 və 2/3 paylara uyğun şəkildə iki hissəyə bölünlməsinin texniki cəhətdən mümkün olması, bunun üçün yaşayış evinin texniki pasportda göstərilən birinci mərtəbəsində yerləşən 1, 2 və 3-cü tikililərin cavabdehin istifadəsinə, 2-ci mərtəbəsində yerləşən 4, 5, 6, 7, 8 və 9 saylı tikililərin isə iddiaçının istifadəsinə verilməli olması, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazasının isə ümumi istifadədə saxlanılmalı olması göstərilmiş, ekspert rəyində iddiaçı ilə cavabdehin ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin və torpaq sahəsinin onların paylarına uyğun olaraq 3/4 hissədə iddiaçının, 1/4 hissədə isə cavabdehin payının naturada bölünməsinin mümkün olub-olmaması barədə suala aydınlıq gətirilməmiş və cavab verilməmişdir.
71. Eyni zamanda ek spert rəyinin əsaslandırıcı hissəsində, tərəflər arasında 1/3 və 2/3 paylara uyğun bölünməsi təklif olunan birinci mərtəbəsində yerləşən 1, 2 və 3-cü tikililərin cəmi sahəsinin 40,8 kv.metr, 2-ci mərtəbəsində yerləşən 4, 5, 6, 7, 8 və 9 saylı tikililərin cəmi sahəsinin isə 82,2 kv.metr, ümumilikdə 123,0 kv.metr olması qeyd olunmuş, bununla da mübahisəli ünvanda qeydiyyatdan keçməmiş tikililərin də bölünməsi təklif edilmişdir.
72. Nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.
73. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edə bilər. MPM-in 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. 74. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır (maddə 1). Ekspert qarşısında qoyulan suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etmək hüququ vardır (maddə 12).
75. Eyni zamanda ekspert və ya dövlət orqanları tərəfindən verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün təqdim olunmuş rəyi tədqiq etməli, zərurət yaranarsa, ekspertin izahatını və mütəxəssisin məsləhət və şərhini dinləməklə həmin məsələlərə aydınlıq gətirməlidr. MPM-in 206-cı maddəsinə müvafiq olaraq zərurət olarsa məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.
76. Apellyasiya instansiyası məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, hazırkı iş üzrə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə zidd olaraq işin hallarını qiymətləndirərkən - tərəflərin ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin və torpaq sahəsinin onların paylarına uyğun olaraq 3/4 hissədə iddiaçının, 1/4 hissədə isə cavabdehin payının naturada bölünməsinin mümkün olub-olmaması barədə, xüsusi biliklər tələb edən məsələ üzrə verilmiş ekspert rəyində suala cavab verilməməsinə diqqət yetirməmiş, fərdi yaşayış evinin tərəflərin paylarına uyğun şəkildə deyil, fərqli qaydada, yəni 1/3 və 2/3 paylara uyğun iki hissəyə naturada bölünlməsinin ekspert rəyi əsasında texniki cəhətdən mümkün olmasını tərəflərlə müzakirə etmədən müəyyən etmiş, bu halda mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin çıxarışa əsasən 103,8 kv.m. təşkil etməsinə baxmayaraq, ekspert tərəfindən qeydiyyata alınmamış tikililər də daxil olmaqla ümumilikdə 123,0 kv.metr payın bölünməsini qəbul edərək, iddiaçı ilə cavabdehin ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinin paylarına uyğun olaraq natura şəklində bölünməsinin mümkün olub-olmamasını əlavə, yaxud təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmək yolu ilə yoxlamadan iddianın təmin edilməsi ba rədə birinci instansiya məhkəməsnin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir.
77. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 9 7, 99-cu maddələri). 78. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır.
79. Həmin Qanunun “Ekspertin vəzifələri” adlanan 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.
80. Həmin Qanunun 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qo yulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir.
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
82. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətində qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
83. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tər əfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
84. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahi zələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
85. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
86. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə ri ayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
87. Beləliklə, kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, lakin məhkəmə kollegiyası isə yalnız yuxarıda qeyd olunan konkret hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab etdiyindən, kassasiya şikayəti qismən təmin olunmalıdır.
88. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
89. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin m üəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən - tərəflərin ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin və torpaq sahəsinin onların paylarına uyğun olaraq 3/4 hissədə iddiaçının, 1/4 hissədə isə cavabdehin payının naturada bölünməsinin mümkün olubolmamasının müəyyən edilməsi məqsədi ilə əlavə və ya təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi məsələsini tərəflərin mövqeyini öyrənməklə müzakirə etməli, qeyd edilən ekspertizanın keçirilməsi ilə bağlı vəsatət olmadığı halda məhkəmə öz təşəbbüsü ilə bu məzmunda ekspertizanın keçirilməsini müzakirə etməli, ekspertizanın keçirilməsi barədə qərar qəbul edildiyi halda isə, ekspert qarşısında yuxarıda qeyd olunan sualla yanaşı, mübahisəli ünvanda qeydiyyatdan keçməmiş tikililərin olub-olmaması barədə, həmin tikililər nəzərə alınmadan qeydiyyatdan keçmiş ölçüdə evin və torpaq sahəsinin bölünməsinin mümkün olub-olmaması barədə, habelə araşdırmanın gedişindən asılı olaraq yaranmış başqa sualları qoymalı, araşdırmanın nəticəsindən asılı olaraq, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməs inin Mülki və Kommersiya kollegiyalarının 6 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli Qərardadında nəzərdə tutulan qaydaya uyğun, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
90. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-33/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.