Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1365/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1365/21 (Açar sözlər: aliment üzrə borcları ödəməkdən azad edilmə, aliment borcunun silinməsi) Bakı şəhəri, 12 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Məmmədov Kamran Məmmədmövsüm oğlunun, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcları ödəməkdən azad edilmə və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2161/2020 nömrəli, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1150/19 saylı 02 aprel 2019-cu il tarixli qətnamə ilə İddiaçı 04.12.2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 127 manat alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir.
2. Qətnamə icraya yönəlib. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehn qarşı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 2(067)-1150/19 saylı icra sənədinə əsasə n ondan tutulacaq aliment borcunun silinməsi və aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılıb ki, Xaçmaz rayon məhkəməsinin 2(067)1150/19 saylı icra sənədinə əsasən iddiaçıdan övladı X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 127 manat aliment alınaraq cavabdehə verilməlidir.
5. İddiaçı cavabdehlə aliment borcunun ödənilməsi barədə razılığa gəlmiş və uşağın 18 yaşına çatana kimi bütün aliment borcunu, yəni 21717 manat pulu cavabdehə ödəmişdir. Bununla bağlı cavabdehin Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı notarial qaydada təsdiq edilmiş 25.09.2019-cu il tarixli ərizəsi də vardır. Həmin ərizədə cavabdeh aliment tələbinin olmayacağını bildirib, icra işinin icraatına xitam verilməsini xah iş etmişdir.
6. Cavabdehə olan aliment borcunun hamısını ödəsə də, bundan 4 ay sonra, yəni 05.12.2019-cu il tarixdə cavabdeh həmin ərizənin ləğv edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş, notarius isə qanunsuz və əsassız olaraq qeyd olunan ərizəni ləğv etmişdir.
7. Bundan sonra cavabdeh icra şöbəsinə müraciət edərək yenidən iddiaçıdan aliment tələb etmiş, icra məmuru da cavabdehi icra şöbəsinə çağırıb iddiaçıya aliment ödəməli olduğunu bildirmişdir. Halbuki aliment borcunu əvvəlcədən ödəyib.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 94.1, 94.2, 94.3, 95.1-95.4, 107.1 və 107.2-ci maddələrinə istinad etmişdir.
9. Cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, cavabdeh pulun ödənilməsi barədə ərizə versə də, əslində, pul ödənilməyib. İddiaçı uşağa münasibə tdə valideynlik hüququndan imtina barədə 25 sentyabr 2019-cu il tarixdə ərizə vermiş, cavabdeh də eyni tarixli ərizə ilə iddiaçının ona aliment borcu qalmaması barədə ərizə verib.
10. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 nömrəli, 13.05.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Anar Sadıqov)
11. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə aliment saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı halda isə bu məsələyə dair tərəflər arasında mübahisə mövcuddur.
12. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, hazırki işdə aliment məhkəmə qətnaməsi əsasında müəyyən edildiyi üçün iddia tələbinin hüququ əsası kimi çıxış edən Ailə Məcəl ləsinin 107.1 və 112-ci maddələrində nəzərdə tutulan halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir.
13. Birinci instansiya məhkəməsi iddianı qeyd edilən əsaslara görə təmin etməmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 107.1 və 112-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətində işin faktiki halları sadalanmaqla yanaşı, işə cavabdehin iştirakı olmadan, xüsusi karantin rejiminin qüvvədə olduğu vaxt baxılmasına istinad edilmişdir.
16. Cavabdeh apellyasiya şikayətinə etiraz etmiş, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 127 manat sabit pul məbləğində alimenti ödəmədiyi üçün 2237 manat borcu yaranmışdır. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəməyə baxılması üçün göndərilmişdir. Lakin İddiaçı borcundan 200 manat ödəmiş, qalan borcu ödəyə bilmədiyini bildirmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçının 2200 manat borcu ödəməyə imkanı olmadığı halda, 21717 manat pulu bir dəfəyə ödəməsi mümkün deyil. Məsələnin əsl mahiyyəti isə ondan ibarətdir ki, aliment borcunu ödəyə bilməyəcəksə, İddiaçı uşağa olan hüquqlarından imtina etməsi, valideynlik hüququndan məhrum edilməsinə razılıq verməsi barədə ərizə verməli, bunun müqabilində isə cavabdeh aliment borclarını tam şəkildə aldığına dair sənəd verməli idi. Bu barədə tərəflər razılaşmışlar. Lakin iddiaçı real olaraq pul verməmişdir.
17. Sumqayıt Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2161/2020 nömrəli, 11 sentyabr 2020 il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 nömrəli, 13.05.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi) Gülnarə Tağızadə, Telman Məmmədov)
18. Apellyasiya məhkəməsi apellyasiya baxışı zamanı aliment tələbi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsindən icra işini tələb edib, iddiaçının rəhbər tutduğu 21717 manat pulun ödənilməsi barədə cavabdehin ərizəsinin sonradan notarial qaydada ləğv edildiyi işdə olan sübutlarla təsdiq edilib.
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının aliment borcunu ödəməkdən azad edi lməsi tərəflərin qarşılıqlı razılığı əsasında, yaxud da buna aliment ödəyən şəxsin üzrlü səbəbləri olduqda mümkündür. Lakin iddia tələbini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. İddiaçının aliment borcunu tam ödəməsinə dair tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı qətnamədən kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinə, apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olma mışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Məmmədova Məmmədov Kamran Məmmədmövsüm oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
24. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrü bəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində iddiaçı qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin dəlill əri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
29. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
30. İddia tələbi iddiaçının aliment borcunu tam ödəməsi əsası ilə aliment borcunu ödəməkdən azad edilməsi barədədir.
31. Apellyasiya instansiyası qeyd edib ki, qanunvericiliyin tələbinə görə iddiaçının aliment borcunu ödəməkdən azad edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında, yaxud da buna aliment ödəyən şəxsin üzrlü səbəbləri olduqda mümkündür. Hazırki işdə aliment qarşılıqlı razılıq əsasında deyil, məhkəmə qətnaməsi əsasında tutulur, üstəlik, iddiaçı aliment borcunu tam ödəməsinə dair tutarlı sübut təqdim edə bilməmişdir.
32. Məhkəmə kollegiyası iddianın rədd edilməsi üçün t ətbiq edilən maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına əsasən iddianının təmin edilməsini istisna etmişdir.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmaldır.
34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2020 il tarixli 2(105)-2161/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.