Məhkəmə qərarları › İş №2(102)-1367/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1367/2020

02.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1367/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Dəmirov İlqar Kamal oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) xx.xx.2019-cu il tarixli, 2(019)-*****/2019 nömrəli qətnaməsi ilə İddi açı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən və torpaq sahəsindən cavabdehlərin çıxarılması” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0.2391 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-*****/2019 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən və torpaq sahəsindən cavabdehlərin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn öhdəliklərini icra etməməsinə görə 8600 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini araşdırmamış, yeganə olaraq tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsinə hüquqi qiymət verərək iddia tələbini təmin etmişdir. Lakin iddiaçı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin mülkiyyətçisi olmuş Qarayev X1 sağlamlıq vəziyyətindən, yaşından istifadə etməklə X1 ın əmlakını gizli olaraq ələ keçirmək məqsədi güdmüş, onun pensiya kartını aldadıb əlindən almış, uzun müddət istifadə etmişdir. Onlar bundan sonradan xəbər tutmuş, çünki heç vaxt onun evinə, torpağına göz tikməmişlər. Buna görə də onun pensiya kartı ilə maraqlanmamışlar. Cavabdehin qardaşı X1 qonşu İddiaçı evində ölmüşdür. xx.xx.2019-cu il tarixində qardaşı vəfat etdikdən sonar o və oğlanları onu dəfn etmiş, yas mərasimlərini keçirmiş, o yeganə vərəsə olduğundan notariusa müraciət etmişdir. Həmin vaxt məlum olmuşdur ki, qardaşı X1ın əmlakı hal-hazırda qonşu İddiaçı adınadır. Əslində alqı-satqı müqaviləs inə X1 tərəfindən imza edilməmişdir. Sənədlərdən, o cümlədən şəxsiyyət vəsiqəsindəki imzadan da görünür ki, X1 həmin sənədlərdəki imzası ilə alqı-satqıdakı X1 imzası eyni deyildir. Nə qədər oxşadılmağa çalışılsa da buna nail olunmamışdır. İddiaçı X1la alqı-satqı müqaviləsində göstərilmiş məbləğ, yəni İddiaçı tərəfindən X1a məxsus 0,24 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində dövlət tərəfindən yeni tikilmiş 3 otaqlı, mətbəxli və hər cür şəraiti olan evin 15000 manata alınması da həqiqətə uyğun deyildir. Yəni torpaqla birlikdə ev həmin qiymətə satıla bilməz. Bu da özü özlüyündə alqı-satqı müqaviləsinin ləğv olunmasına əsasdır. Hesab edirlər ki, İddiaçı ilə Qarayev X1 arasında "bağlanmış" formal xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməlidir. Beləliklə, apelyas iya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. M əhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlayan apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşay ış evinin və torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını, cavabdehlərin həmin əmlaklara heç bir hüquqları olmadığı halda oranı zəbt edərək iddiaçının oradan istifadə etməsinə imkan verməmələrini, bununla da iddiaçının mülkiyyət hüququnu pozmalarını nəzərə alaraq apelyasiya kollegiyası hesab etmişdir ki, apelyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0.2391 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apelyasiya şikayətinin dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bi r növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddianın əsaslılığı məhk əməyə təqdim edilmiş sübutla öz təsdiqini tapmış, cavabdeh isə bunun əksini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya yoxlaması zamanı isə apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar