Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1374/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər İsrafilova Sədaqət Srac qızına və Cavabdeh2 qarşı (X14 üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma; əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi), maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər İsrafilova Sədaqət Srac qızına və Cavab deh2 qarşı “torpaq sahəsinə çəkilmiş xərcin alınıb verilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1122/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Göyçay rayon Qızılağac Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən, Qızılağac kəndi ərazisində keçmiş Q. Qasımov adına kolxozda Aqrar islahat aparılan vaxt Qızılağac kənd sakini X7 mülkiyyət hüququna dair Dövlət Aktı JN081-lə torpaq sahəsi veriləndə ailə üzvlərinin sayı 5 nəfər olmasına baxmayaraq bir ha torpaq sahəsi az qeyd olunmuşdur. Az torpaq sahəsinin Qasımov Eldara düşməsi ilə bağlı o, X24 Komissiyasına müraciət edərək çatışmayan torpağını tələb etmişdir. X24 Komissiyası 10 iyun 2000-ci il tarixli aktla Qızılağac bələdiyyəsi ərazisindən “qarajın qabağı” deyilən sahədən 1 ha torpaq sahəsi islahat komissiyasınin DTXK-nın rayon şöbəsinin əməkdaşları ilə yer üzərində ölçülərək X7 təhkim etmişlər. Həmin 1 ha topaq sahəsinin Qızılağac kənd sakini X15 öz aralarında razılığa gələrək 02 avqust 2004-cu il tarixdə Göyçay şəhərində yaşayan İddiaçı1 mükiyyətinə DTXK-nın Göyçay rayon şöbəsinin əmakdaşlarının tərtib etdiyi akta əsasən vermişdir. Akt tərtib olunan vaxtdan torpaq sahəsindən İddiaçı1 istifadə etməyə başlamışdir. 2004-cü ilin payız və 2005-ci ilin yaz mövsümündə 300 ədəd xurma, alça və nar əkmiş, hal-hazıra kimi becərmə işləri aparmışdır.
2. İşdə olan xx.xx.2004-cü il tarixli Göyçay rayon Qızılağac kəndind ə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin müdiri N.Fərzəliyevin, İddiaçı1 və digər şəxslərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Q. Qasımov adına təsərrüfatda həyata keçirilmiş torpaq islahatı ilə əlaqədar Qızılağac kənd sakini Eldar Qasımova verilmiş 1 (bir) hektar pay torpağına “torpaqların alqı-satqısı haqqında qanunauyğunluqlara əsasən” Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 11/2 evdə yaşayan İddiaçı1 mülkiyyətinə çevrilməsi barədə 26 iyul 2004-cü il tarixdə ərizə ilə müraciət edilmişdir. Bununla bağlı naturada E.Qasımova “qarajın qabağı” adlanan ərazidən seçilmiş 1(bir) hektar torpaq sahəsini yer üzrəində ölçərək İddiaçı1 təhvil verilmiş, İddiaçı1 mülkiyyətinə çevrilmiş torpaq sahəsinin sxematik planı akta əlavə edilmişdir. Həmçinin İddiaçı1 tövsiyə edilmi şdir ki, mülkiyyətində olan torpaq sahəsinin vergisini hər il mütəmadi olaraq Qızılağac bələdiyyəsinə ödəsin.
3. Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş xx.xx.2011-ci il tarixli 4Ə-297 nömrəli alqı-satqı müqaviləsinə əsasən İsrafilova X12 rayonu Qızılağac kəndində yerləşən 1,34 ha torpaq sahəsini X1 almışdır.
4. İşdə olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən həmin torpaq sahəsinin 0,77 ha hissəsindən İddiaçı1 və İddiaçı2, 0,26 ha hissəsindən cavabdeh X18 çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı2 Məhyəddın oğlu və İddiaçı1 iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək torpaq sahəsi alınarkən X4na ödənilmiş 2000 ABŞ dollarının onun hüquqi varisi Cavabdeh2 alınıb İddiaçı1 verilməsi, torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərinin alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pulun cavabdeh İsrafilova Sədaqət Srac qızından alınıb iddiaçılara ödənilməsi, iddia ərizəsi qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavadehlərdən müştərək qaydada alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X4na ödənilmiş 2000 ABŞ dollarının onun hüquqi varisi Cavabdeh2 alınıb İddiaçı1 verilməsi, torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərinin alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pulun cavabdeh X2 alınıb iddiaçılara ödənilməsi, iddia ərizəsi qaldırılarkən ödənilmiş 3 0 manat məbləğində dövlət rüsumunun cavadehlərdən müştərək qaydada alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin həcminin azaldılmasına dair elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərinin alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pulun və iddia ərizəsi qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İsrafilova Sədaqət Srac qızından alınıb iddiaçı X8 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Razı Dursunov 02 avqust 2004-cü ildə Göyçay rayonunun Qızılağac kənd bələdiyyəsi ərazisində yerləşən Mollahacılı kəndinin “qarajın qabağı” adlanan ər azidə 1,00 hektar torpaq sahəsini X4na 2000 ABŞ dolları ödəməklə almışdır. Mərhum X3 Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinə ərizə ilə müraciət edərək ona 10 iyun 2000-ci il tarixdə Göyçay rayonu Qızılağac kəndi keçmiş Qafur Qasımov adına kolxozun X24 Komissiyasının aktı ilə verilmiş 1998-cı ildən faktiki istifadəsində olan 1,00 hektar torpaq sahəsini satmaq istədiyini bildirmiş və həmin illərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqı mexanizmi olmadığı üçün mərhum Eldar Qasımov torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt və sxematik plana əsasən İddiaçı1 satmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Torpaq sahəsini təmizlətmiş, gübrə vermiş, aqrotexniki qulluq etmiş və 300 ədəd xurma, alça, nar ağacları əkmişdir. Məhkəməyə təqdim etdiyi Göyçay rayonu Qızılağac kənd bələdiyyəsinin 01 sentyabr 2019-cu il tarixli, 189 saylı arayışında göstərilən aqrar islahatı zamanı nöqsan və çatışmamazlıqlar və yerdəyişmələrdən sui-istifadə edərək sahibliyində olan torpaq sahəsinə 2018-ci ildə mülkiyyət hüququnu qeydə aldıran cavabdeh İsrafilova Sədaqət Srac qızı 15 ildən sonra, yəni 22 aprel 2019-cu ıl tarixdə iddiaçıya və digər şəxslərə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 23 oktyabr 2020-ci il tarixli 2(046)-90/2020 saylı qətnaməsinə əsasən iddiası tə min edilmiş, Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla İsrafilova Sədaqət Srac qızının mülkiyyətinə verilmiş 1,34 ha torpaq sahəsinin 0,77 ha hissəsindən iddiaçının çıxarılması qət edilmişdir. Bu illər ərzində iddiaçı torpaq sahəsinə aqrotexniki qulluğa, torpaq vergisinə, sudan istifadə haqqına və digər işlərə aşağıda göstərdiyi məbləğdə pul xərcləmişdir:
9. Calaq meyvə ağaclarının alınmasına 220 X 5.5 manat - 1210 manat; Torpağa üzvi gübrə verilməsinə (nəqliyyat və fəhlə pulu daxil olmaqla) - 14 il ərzində cəmi 2770 manat; Torpağa mineral gübrə verilməsinə - 14 il ərzində cəmi 1,74 manat; Texnika vasitəsi ilə aqrotexniki işlərin görülməsinə - 14 il ərzində cəmi 1,29 manat; Torpaq vergis i və torpağın suvarılmasına gorə - 14 il ərzində cəmi 1,74 manat; Digər xərclərə görə (sahənin hasarlanmasına dəmir materiaalar alınması, qaynaq edilməsi, sahənin hər il təmizlənməsi, budama işləri və sair) – 3,01 manat; Nəzarətçiyə görə (bir ildə 720 manat olmaqla 14 il ərzində) – 10080 manat.
10. İddiaçının 2004-2005-ci illər ərzində torpaq sahəsinə çəkdiyi xərcləri yeni Azərbaycan manatı ilə dəyərləndirə bilmədiyi üçün iddia tələbində həmin xərcləri göstərməmişdir. Həmçinin cavabdeh İsrafilova Sədaqət Srac qızı 22 aprel 2019-cu il tarixdə torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etdikdən sonra mübahisə məhkəmə tərəfindən araşdırıldığı üçün 2020 -ci ildə torpaq sahəsinə xərc çəkməmiş və bağa nəzarətçi qoymamışdır. 16 il ərzində iddiaçının istifadəsində olan torpaq sahəsinə aqrotexniki qulluq etməklə torpaq sahəsini lazımi keyfiyyətdə saxlamış və buna görə 21840 manat pul xərcləmişdir.
11. Məhkəmə iclaslarında şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, İddiaçı2 2004-cü il tarixdə Göyçay rayonu Mollahacılı kəndində 1 hektar torpaq sahəsi almış və orada meyvə bağı salmışdır. Həmin torpaq sahəsinə yaxın ərazidə yaşadığı həmin bağa nəzarət etmiş, qarşılığında İddiaçı2 ona hər ay 60 manat pul ödəmişdir. 2006-cı il tarixdən 2020-ci il tarixədək həmin bağa nəzarət etmişdir.
12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri, a.e.ü.f.d., X13 işçisi Vahid Əliyev tərə findən təqdim edilmiş mütəxəssis rəyinə əsasən, Göyçay rayonu Mollahacılı kəndində yerləşən 1,34 ha torpaq sahəsinin 0,77 ha hissəsində aparılmış hesablamaların nəticələrinə əsasən 0,77 ha torpaq sahəsində qarışıq meyvə bağının salınmasına 824,0 manat, cavan və məhsuldar xurma, alça və nar bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) 7693 manat cəmi 8228,5 manat maliyyə vəsaiti xərclənə bilər.
13. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş xx.xx.2011 -ci il tarixli 4Ə-297 nömrəli alqı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Qizilağac kəndində yerləşən 1,34 ha torpaq sahəsi mülkiyyətinə keçmişdir. Torpaq sahəsi 2011-ci il tarixdə X1 alınmışdır. Torpaq sahəsini satın alarkən bağ mövcud idi, torpaq sahəsini bağla birlikdə alımışdır. Bun a görə satıcıya pul ödəmişdir. Həmin ağacları X14 əkmişdir. Aldığı torpaq sahəsində İddiaçı1 ağac əkməmişdir, əgər iddiaçılar həqiqətən ağac əkmişdirsə onda hazırkı, iddia ilə ona qarşı deyil, X9 qarşı iddia tələbi irəli sürə bilərlər. iddiaçılar İddiaçı1 həmin torpaq sahəsində ağac əkməsi və bağ salması barədə heç bir sübut yoxdur. İş materiallarında olan mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənə bilər, lakin 8228,5 manat xərclənməsi rəydə konkret təsdiq olunmur. Həmin məntiqlə götürsək torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməyə də bilər. Belə olan halda torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilmə sinə 8228,5 manat xərclənməsi konkret sübutlarla öz təsdiqini tapmalıdır, lakin İddiaçı1 tərəfindən torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
14. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İsrafilova Sədaqət Srac qızından 8228.5 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir.
15. Məhkəmə mütəxəssis rəyinə istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçı 20 il ərzində istifadə etm iş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1 və 1096.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
17. Qətnamədən cavabdeh İsrafilova Sədaqət Srac qızı və İddiaçı1 tərəfindən аpellyаsiyа şikаyətləri verilmişdir.
18. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsi onun mülkiyyətinə keçdikdən 10 il sonra ona qarşı pul tələbinə dair iddia qaldırılması anlaşılan deyil. İddiaçılar tərəfindən torpaq sahəsində bağın salınması na və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Tərəflər arasında olan başqa mübahisəyə dair 2(046)-90/2020 saylı işin materiallarında olan İddiaçı2 tərəfindən təqdim edilmiş ərizə ilə torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi təkzib olunur. Belə ki, 90/2020-nömrəli işin materiallarında olan İddiaçı2 tərəfindən təqdim edilmiş ərizədə qeyd olunur ki, torpaq sahəsi İddiaçı2 tərəfindən istifadə olunmur, bu səbəbdən İddiaçı2 məhkəmədən özünün cavabdehlikdən azad olunmasını xahiş etmişdir. Torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə İddiaçı1 tərəfindən 8228,5 manat xərclənməsi inandırıcı deyil. Ona görə ki, İddiaç ı1 X20 filialında işləyir, o, işdən heç vaxt ayrılmamışdır. Torpaq sahəsində bağın salınması, ağaclara aqro-texniki qulluq göstərilməsi isə kifayət qədər böyük vaxt tələb edir. Bankda işləməklə, eyni zamanda ağaclara gündəlik qulluq göstərmək faktiki olaraq mümkün deyil. İddia ərizəsində İddiaçı1 mübahisəli 1.0 ha torpaq sahəsini 2000 ABŞ dolları ödəməklə X4ndan aldığını göstərilmişdir. Lakin X4 cavabdeh İsrafilova Sədaqət Srac qızına məxsus torpaq sahəsini satmamış, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İsrafilova Sədaqət Srac qızına məxsus torpaq sahəsini zəbt etmişdir. İddiaçı1 torpaq sahəsini almasını bəhanə edərək, X4 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini deyil, başqa torpaq sahəsini, yəni cavabdeh İsrafilova Sədaqət Srac qızına məxsus torpaq sahəsini zəbt etmi şdir. Torpaq sahəsi zəbt edilərkən əkilmiş ağaclar mövcud idi. İş materiallarından və eləcə də iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından bəlli olur ki, iddiaçılarla cavabdeh arasında torpaqdan istifadəyə dair hər hansı bir razılaşma olmamışdır. Qeyd olunanlara əsasən Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən o, 20 il ərzində istifadə etmiş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişdir. İddia tələbi 14 il ərzində torpaq sahəsinə aqrotexniki qulluğa, mineral və üzvi gübrə verilməsinə, meyvə ağaclarının əkilməsinə çəkilmiş xərcə görə 21840 manat məbləğindən ibarətdir. Lakin məhkəmə zərəri 14 il üçün deyil 13 il üçün hesablamışdır. Bununla da qeyd etdiyi maddi normanın tələbi pozulmuşdur. Məhkəmə hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçının 20 il ərzində istifadə etməyini, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkməyi qənaətinə gəlsə də iş üzrə verilmiş mütəxəssis rəyinə sübut kimi istinad edərək 13 il müddət üçün torpaq sahəsinə və oradakı meyvə bağına çəkilmiş xərcin tutulmasını qət etmişdir. Həmçinin 14 il ərzində meyvə bağına nəzarət edən gözətçi Şahid ifadəsi qətnamədə elan edilsə də məhkəmə gözətçiyə aylıq pul ödəməyi halına qiymət verməmiş, iddianı həmin hissədə t əmin etməmişdir. Göründüyü kimi məhkəmə qeyd edilən sübutları tədqiq etməmiş və obyektiv qiymət verməmişdir. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. X14 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1122/2023 nömrəli iş üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (E.Hüseynov (sədrliyi və məruzəsi ilə), hakimlər G.Cavadova və V.Məlikov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmi şdir.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinin tətbiqində səhvə yol vermiş və cavabdeh İsrafilova Sədaqət Srac qızının hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir.
23. Torpaq sahələrinin aqrar islahatlar nəticəsində fiziki şəxslərin mülkiyyətinə verilməsi də, buna dair hüquq müəyyənedici sənədlərlə təsdiq olunmalıdır. Müəyyən olunur ki, iddiaçının X4na 2000 ABŞ dolları ödəməklə satın aldığını bəyan etdiyi 1 ha t orpaq sahəsi sonuncunun mülkiyyətinə nə aqrar islahat zamanı, nə də başqa əsaslarla verilmişdir. Eldar Qasımov mülkiyətində olmayan torpaq sahəsini heç bir qanuni əsas olmadan iddiaçının istifadəsinə verdiyindən sonuncunun həmin torpaq sahəsinə sahibliyinin də qanuni əsası olmamışdır. Yəni iddiaçının torpaq sahəsinə sahibliyi cavabdehə münasibətdə “vicdanlı sahib” hesab edilə bilməz.
24. Qanunun tələbinə görə, əmlaka sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibindən alındığı andan yaranır.
25. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsini 2011-ci ildə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 alqısatqı yolu ilə almış və 2018-ci ildə həmi n torpağa mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.
26. Göründüyü kimi, iddiaçı Əbülfət Osmanovun mülkiyyətində olmuş torpaq sahəsində yaxşılaşdırmalar aparmışdır. İddiaçı həmin torpaq sahəsinə yalnız 2020-ci ildə yiyələnmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə hazırkı iş üzrə cavabdeh deyil, həmin torpaq sahəsinə heç bir hüququ olmayan Eldar Qasımov tərəfindən verilmişdir. Ona görə də iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə vicdanlı sahiblik etdiyini iddia etsə də, cavabdehə münasibətdə “vicdanlı sahib” olmadığından hazırkı iddia tələbi cavabdehə yönələ bilməz.
27. Belə ki, iddiaçı ilə cavabdeh arasında torpaqdan istifadəyə dair hər hansı bir razılaşma olmamışdır. İddiaçı Dursunov X10 Sədaqət Srac qızının mülkiyyətlərində olan 1,34 ha torpaq sahəsinin bir hissəsini (qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən 0,77 ha) özbaşına zəbt etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər arasında nə müqavilələrdən əmələ gələn, nə də qanundan əmələ gələn öhdəliklər yaranmışdır.
28. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına güvənərək mübahisəli torpaq sahəsini əldə etmişdir. Yəni onun əldə etdiyi torpaq sahəsi hər hansı yüklülükdən və məhdudiyyətdən azad torpaq sahəsi olmuşdur.
29. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur.
30. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 72, Mülki Məcəlləsinin 140, 152.1, 21.1, 21.2, 135.10, 157.7, 425.1 və 1094cü, Torpaq Məcəlləsinin 84-cü, MPM-nin 14.1, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə İddiaçı1 cavabdeh Sədaqət İsrafilovaya münasibətdə “vicdanlı sahib” hesab edilə bilməməsi qənaətinə gəlmişdir. Lakin bu zaman məhkəmə cavabdeh İsrafilova Sədaqət Srac qızının İddiaçı1 atası İddiaçı2la birlikdə meyvə bağı saldığı torpaq sahəsini 2011-ci ildə alsa da, satıcı Əbülfət Osmanovun təhvil verdiyi başqa ərazidə göstərilən torpaq sahəsindən ist ifadə etdiyini, yalnız 2019-cu ildə İddiaçı2 və X11 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etdiyini, 2020-ci ildə həmin iş üzrə çıxarılmış qətnamə icra olunduqdan sonra iddiaçının maddi vəsait xərcləyib saldığı meyvə bağına sahiblənməsini nəzərə almamış, bu zaman Mülki Məcəllənin 157.6-cı maddəsinin tələblərini pozmuşdur. Həmin maddi normanın tələblərinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
33. Göyçay rayonu Qızılağac Bələdiyyəsinin və Göyçay rayon İHB-nin Qızılağac kənd bölgəsi üzrə nümayəndəliyinin vəkil sorğusuna verdikləri 20 noyabr 202 3- cü il tarixli müvafiq olaraq 328 və 5-46-29/2-65/2023 saylı cavab məktublarından görünür ki, Cavabdeh1 aldığı, X9 düşən torpaq payı Göyçay rayonu Qızılağac kəndi ərazisində “nar bağları” adlanan sahədə tanıdılmış, torpaq sahəsi cavabdehin evinin yaxınlığında yerləşdiyindən sonuncu həmin torpaq sahəsini almışdır. İddiaçı1 mərhum Eldar Qasımovdan aldığı torpaq sahəsi isə Mollahacılı kəndində yerləşir və qeyd edilən torpaq sahələri arasında təqribən 5-6 km məsafə var. Göründüyü kimi, cavabdehi vicdanlı alıcı hesab edən məhkəmə iddiaçının nə cavabdehlə, nə də sonuncuya torpaq sahəsi satan Əbülfət Osmanovla heç bir öhdəlik münasibətinin olmadığını, torpaq sahəsinin iddiaçının istifadəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmiş 02 avqust 2004- cü il tarixli akt və sxematik plana əsasən verildiyini, cavabdehin Əbülfət Osmanovla alqı-satqı müqaviləsini 2011-ci ildə bağladığını, mübahisəli torpaq sahəsindən 2020-ci ildən sonra istifadə etdiyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh İsrafilova Sədaqət Srac qızı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
37. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər...
38. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz... Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
39. Mаddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
40. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Mаddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
42. Mаddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmı ş fayda) başa düşülür.
43. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
44. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
45. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdi yi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
46. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
47. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlməmiş və maddi hüqu q normalarının tətbiqində səhvə yol vermişdir.
56. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh1 Göyçay rayonu, Qızılağac kəndində yerləşən 1,34 ha torpaq sahəsini 2011-ci il tarixdə X5 alqı-satqı yolu ilə almışdır, hazırda mülkiyyətindədir. İddiaçılar isə eyni kənddə yerləşən 1 ha torpaq sahəsini X6 almışlar. İddiaçılar onlara təqdim edilən torpaq sahəsindən 20 il ərzində istifadə etmiş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişlər. Sonradan məlum olmuşdur ki, istifadə olunan torpaq sahəsinin 0,77 hissəsinə Cavabdeh1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhz sonuncunun iddiası əsasında Göyçay Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddiaçılar həmin torpaq sahəsinin 0,77 ha hiss əsindən çıxarılmışlar.
57. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə vicdanlı sahiblik etdiyini iddia etsə də, cavabdehə münasibətdə “vicdanlı sahib” olmadığından hazırkı iddia tələbi cavabdehə yönələ bilməz.
58. Məhkəmə kollegiyası qeyd edir ki, mülki münasibətlərdə vicdansız sahib dedikdə, əmlak üzərində sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib başa düşülür. Lakin işin məhkəmələr tərəfindən araşdırılmış hallarından məlum olur ki, iddiaçılara münasibətdə vicdanlılığı istisna edən hal mövcud deyildir, iddiaçılar mübahisəli torpağın onlara satılan torpaq olduğunu güman edərək həmin sahədən istifadə etmişlər. Beləliklə, iddiaçıların Cavabdeh1 mülkiyyətində olan 0,77 ha torpaq sahəsinə sahibliyi qanunsuz, lakin vicdan lı olmuş, əşyanın mülkiyyətçisi olan Cavabdeh1 iddiaçılar tərəfindən edilmiş yaxşılaşdırmalar baxımından əsassız varlanmışdır.
59. Mülki Məcəllənin 1094-cü maddəsinə görə, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
60. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
61. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iddiaçılara “vicdansız sahib” kimi yanaşması düzgün olmamaqla yanaşı, vicdanlı olmayan sahibin belə bir iddia irəli sürə bilməməsi kimi qənaəti də MM-nin 157.6-cı maddəsinin məzmuna zidd olmuşdur. Həmin maddəyə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, iş apelyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər nəzərə alınmaqla qanuni və əsaslı qərar qəbul etməlidir.
63. Həmçinin işə yenidən baxılarkən nəzərə alınmalıdır ki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz.
64. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çev rilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir.
65. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1122/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.