Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1377/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Balakən Regional “ASAN Xidmət” Mərkəzində Not ariat Ofisi) qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-134/2025 nömrəli, 8 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X32 ilə X17 arasında xx.xx.1958-ci ildə nikah bağlanmışdır.
2. X25 ilə X7 arasında xx.xx.1984-cü ildə nikah bağlanmışdır.
3. Birgə nikahlarından X18 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur.
4. X33 xx.xx.1992-ci il tarixdə ölmüşdür. 5. xx.xx.2001-ci il tarixli vəsiyyətnaməyə əsasən Balakən rayonu, Şərif kəndində yaşayan X2 rayonu, Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsini, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini-evini X23 vəsiyyət etmişdir.
6. X19 xx.xx.2002-ci il tarixdə ölmüşdür.
7. X28 ilə X18 arasında xx.xx.2005-ci ildə nikah bağlanmışdır. 8. xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş - X10 vərəsəsi: Balakən rayonu, Şərif kəndində yaşayan oğlu - İddiaçıdir. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu, Şərif kəndində yerləşən, 1967-ci ildə tikilən, divar, beton, üstü keramit olan, yaşayış sahəsi 46.5 kv.m, ümumi sahəsi 59.1 kv.m, torpaq sahəsi 2500 kv.m, 2 otaqlı yaşayış evindən ibarətdir.
9. X25 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qey diyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan Çıxarışa əsasən Balakən rayonu, Şərif kəndində yerləşən 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı və X10 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********81 olan Çıxarışa əsasən Balakən rayonu, Şərif kəndində yerləşən 0.1444 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı və X10 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyat a alınmışdır. 12. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş - X10 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan oğlu - İddiaçıdir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci tarixdə X12 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Şərif kəndində yerləşən ümumi sahəsi 0.1665 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi * *********DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Balakən rayonu, Şərif kəndi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 13. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş - X10 vərəsəsi: ünvan 2i ünvanında qeydiyyatda olan oğlu - İddiaçıdir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X12 verilmiş **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balak ən rayonu, Şərif kəndində yerləşən ümumi sahəsi 0.1444 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Balakən rayonu, Şərif kəndi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 14. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş - X10 vərəsəsi: ünvan 2i ünvanında qeydiyyatda olan oğlu - İddiaçıdir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəha dətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X12 verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu, Şərif kəndində yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********TF34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Balakən rayonu, Şərif kəndi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********83 olan Çıxarışa əsasən Balakən rayonu, Şərif kəndində yerləşən 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 adından yazılmış 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsasla ndırmışdır ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X20 və İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar tərəfindən mülki işin materiallarına X19 tərəfindən 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnamə əlavə edilmişdir. Vəsiyyatnaməyə əsasən X19, X21 vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamənin saxtalığına əsaslı şübhələri olmuşdur. Bu səbəbdən də cavabdehlərə qarşı mövcud iddia irəli sürülmüşdür. x x.xx.2006-cı il tarixdə vəsiyyətnamə yazıla bilməzdi, o baxımdan ki, X19 xx.xx.2002-ci ildə vəfat etmişdir. Həmin vəsiyyətnamə notarial qaydada təsdiq edilməmişdir. Vəsiyyətnamədə olan möhür oxunmamışdır. Həmin vəsiyyətnamədə olan mərhum X10 və şahidlər X5 və X6 imzalarının həmin şəxslərə məxsus olub-olmamasına əsaslı şübhələr vardır. Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15 xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunduğu kimi, Balakən Rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə X10 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə oğlu İddiaçı Balakən rayonu, Şərif kəndi ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəh adətnamə verilmişdir. Bundan başqa mərhum X8 qalmış miras əmlakı faktiki olaraq birinci növbə vərəsə X25 tərəfindən qəbul edilmiş, daha sonra isə onlar tərəfindən qəbul edilmişdir. Qeyd olunan əmlaklara dair onun vərəsəlik və mülkiyyət hüququ tanınmalıdır. Əgər həqiqətən iddiaçının iddia etdiyi kimi miras əmlak X25 tərəfindən faktiki olaraq qəbul edilmiş olsaydı, onda həmin əmlaklar mərhum X16 ölümünə qədər xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi təxminən 19 il ərzində öz adına rəsmiləşdirə bilərdi. Lakin iş materiallarından məlum olmuşdur ki, X16 mirası qəbul etmək üçün kifayət qədər vaxtı olduğu halda qəbul etməmişdır. Miras qoyan X10 xx.xx.2002-ci il tarixdə vəfatından sonra birinci növbə vərəsələrdən X25 anasından qalmış miras əmlakı nə qəbul etmiş, nə vəsiyyətnamə barəd ə məlumat vermiş, nə də ki, onun qəbulundan imtina etmişdir. Bununla da mərhum X25 qanunvericiliyin tələblərinə uyğun olaraq susmuş vərəsə hesab edilir. Vərəsənin susması mirasdan imtina kimi qiymətləndirilir. Vəsiyyətnamə yazılan zaman mərhum X19 yataq xəstəsi olmuşdur. Belə olan halda vəsiyyətnamə qoyması real deyil.
18. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək, onun rədd olunmasını xahiş etmişdir.
19. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-1616/2-4/848-5/662 nömrəli rəyi ilə ekspertizaya təqdim edilmiş, xx.xx.2001-ci il tarixli vəsiyyətnamənin sonundakı “1. Şərif sakini X13 paspo rt XJQ N686602 xx.xx.1979” qrafasındakı imza – X13 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2001-ci il tarixli vəsiyyətnamənin sonundakı “2. Şərif sakini X3 pasport XVİJQ N579569 xx.xx.1981” qrafasındakı imza - X4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2001-ci il tarixli vəsiyyətnamənin sonundakı “İmza” qrafasındakı imzanın X19 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan imzanı X10 imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, adından tədqiqat aparılan şəxsin 1 ədəd imza nümunəsi təqdim edildiyindən, tədqiq olunan imza ilə nümunə arasında 20 il fərq olduğundan, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan verməmişdir ki, qəti bir (müsbət və ya mənfi) rəy ə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Tədqiqata təqdim edilmiş mülki işin 135-ci vərəqəsində olan vəsiyyətnamənin tərtib olunma vaxtını və həmin vəsiyyətnamənin kağızının tərtib edildiyi müddətini müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığına görə müəyyən etmək mümkün olmamışdır.
20. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-68/2024 nömrəli iş üzrə 3 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Zamin Tahirov).
21. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyini mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, həmin ekspertiza iddia ərizəsində alınması xahiş edilən və alınan X13 və X1 imza nümunələrinin tədqiqi əsasında keçirilmiş, ekspertiza tədqiqatı aparılarkən həmin imzalar bir-biri ilə müqayisə edilmiş, müasir tədqiqat metodları tətbiq edilməklə həmin imzaların bir-biri ilə uyğunluqları müəyyən edilmiş, bu uyğunluqların sabit və dəyərli olması və fərdi (təkrarolunmaz) məcmu təşkil etməsi göstərilməklə yekun nəticəyə gəlinmişdir.
22. Eyni zamanda məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilmişdir ki, tədqiq olunan imzanın X10 imza nümunələri ilə müqayisə edildikdə məlum olmuşdur ki, adından tədqiqat aparılan şəxsin 1 ədəd imza nümunəsi təqdim edildiyindən, tədqiq oluna imza ilə nü munə arasında 20 il fərq olduğundan, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan verməmişdir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın X19 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Bu xüsusda həmçinin məhkəmə bildirmişdir ki, iş üzrə iddiaçı tərəfindən X14 hər hansı əlavə sərbəst imza nümunəsi məhkəməyə və ekspertizaya təqdim edilməmişdir.
23. Həmin rəyin tədqiqat hissəsinin 3-cü bəndində isə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş mülki işin 135-ci vərəqəsində olan vəsiyyətnamənin tərtib olunma vaxtını və həmin vəsiyyətnamənin kağızının tərtib edildiyi müddətini müəyyən etmək üçün elmi cəhətdən işləni b hazırlanması ekspert metodikası olmadığına görə qərarda göstərilən “vəsiyyətnamənin tərtib edilmə vaxtı, vəsiyyətnamədə qeyd olunan tarix 25 may 2006-cı il yoxsa 25 may 2001-ci ildir? Həmin vəsiyyətnamənin tərtib edildiyi kağız nümunəsi neçənci ilə təsadüf edir?” sualları üzrə tədqiqat işi aparılmamışdır. Bu xüsusda məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi kifayət qədər aydın, tam və əsaslı olmuşdur. Ona görə də həmin rəyin mötəbər sayılmamasına dair heç bir tutarlı fakt və əsaslar olmamışdır.
24. Məhkəmə qeyd etmişdir ki, işdəki sübutlarla X10 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnaməsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş hallar və əsaslar mövcud olmamışdır. Belə ki, həmin vəsiyyətnamənin X19 tərəfindən deyil, başqa şəxs tərəfindən imza lanması müəyyən olunmamışdır. İş üzrə keçirilən məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə də xx.xx.2001-ci il tarixli vəsiyyətnamədəki şahid imzalarının X13 və X4 tərəfindən icra olunması müəyyən edilmişdir. Həmin xx.xx.2001-ci il tarixli vəsiyyətnamə yerli icra nümayəndəliyi tərəfindən notarial qaydada təsdiq olunmuş, reyestrə daxil edilmiş, dövlət rüsumu müvafiq qaydada ödənilmiş və həmin vəsiyyətnamədə notariat funksiyalarını həyata keçirən şəxsin imzası icra edilmişdir.
25. Məhkəmə həmin xx.xx.2001-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiqinə sənədin düzlüyü və tamlığı prezumpsiyasından yanaşaraq qeyd etmişdir ki, həmin vəsiyyətnamə notarial qaydada təsdiq olunmuş və bu zaman həm vəsiyyətnamənin, həm də onun notarial qaydada təsdiqinin qanunverici likdə nəzərdə tutulmuş qaydalarına və şərtlərinə əməl olunmuşdur. Ona görə də həmin vəsiyyətnamənin etibazsız hesab olunması üçün faktoloji hallar və hüquqi əsaslar müəyyən edilməmişdir.
26. Məhkəmə qeyd etmişdir ki, iş üzrə iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış və iddia tələbinin əsaslılığı sübut olunmamışdır. Halbuki qanuna görə iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
27. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 325, 327, 329, 331, 334, 337, 339-347, 349, 351, 354, 1133, 1145, 1166, 1167, 1179, 1184, 1190, 1220, 1223, 1225-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair» 29 iyun 2007-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd etdiyi kimi mübahisələndirilən vəsiyyətnamədə vəsiyyət edən X10 imzası onun tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Bu isə onu ehtiva etmişdir ki, vəsiyyətnamənin məzmununu ifadə edən əqdi bağlayan şəxs tərəfindən imzalanması sübuta yetməmişdir (ən azınd an imzalanmasına əsaslı şübhələr vardır). Vəsiyyətnamə yazılan zaman mərhum X19 ağır xəstə olmuşdur. Belə olan halda vəsiyyətnamə qoyması real deyil. xx.xx.2006-ci il tarixdə vəsiyyətnamə yazıla bilməzdi, o baxımdan ki, X19 xx.xx.2002-ci ildə vəfat etmişdir. Vəsiyyətnamədə olan möhür oxunmur. Belə olan halda vəsiyyətnamə qanunla müəyyən olunmuş qaydada təsdiq olunmasına əsaslı şübhələr yaradır.
30. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-134/2025 nömrəli mülki iş üzrə 8 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Və zirxan Məlikov).
31. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə yükünün bölüşdürülməsi baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan etibarsızlığını iddia etdiyi sənədin etibarsız olmasını təsdiq edəcək halları sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı halda isə, iddiaçı bu barədə sübut təqdim etməmişdir. Ekspert rəyi ilə vəsiyyətqoyanın imzasının müəyyən edilə bilməməsi iddiaçının iddianı sübut edə bilməməsi anlamına gəlmişdir. Əsaslı şübhələrə gəldikdə isə, əsaslı şübhələrdən biri olaraq təqdim edilmiş şahidlərin imzası yoxlanılmış və şübhənin əsassız olduğu müəyyən edilmişdir. Tərtibinin üzərindən 20 il keçmiş sənəddə mövcud olan möhrün üzərindəki yazının oxunmaması onun etibarlılığına əsaslı şübhə kimi nəzərdən keçirilə bilməz.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 1180 və 1183-cü maddələrinin tələbləri baxımından müəyyən edilmişdir ki, yataq xəstəsi olan şəxsin vəsiyyətnamə verməsinə heç bir məhdudiyyət mövcud deyildir. Notariusa getməsi mümkün olmayan şəxsin, vəsiyyətnaməni özü yaza bilməyən şəxsin, hətta nitq-eşitmə və görmə qabiliyyətləri tam məhdud şəxslərin vəsiyyətnamə verməsi qaydaları qanunla müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşmüşdür.
34. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 325, 327, 329, 331, 334, 337, 351, 354, 1133, 1145, 1166, 1167, 1179, 1180, 1183, 1184, 1190, 1220, 1223, 1225-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul e dilməsini xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
39. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
40. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
41. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
42. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
43. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
44. Maddə 325.3. Əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər.
45. Maddə
327. Birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin.
46. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tə rəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
47. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
48. Maddə 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.
49. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
51. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
52. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
53. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
54. Ma ddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
55. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
56. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
57. Maddə 1145. M iras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
58. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
59. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
60. Maddə 1179. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir; notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə (yerli özünüidarə orqanı) müvafiq icra hakimiyyət i orqanları təsdiqləsin.
61. Maddə 1180. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
62. Maddə 1183.1. Əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
63. Maddə 1184. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyy əti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.
64. Maddə 1190. Vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübəhənin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur.
65. Maddə 1220.0. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. nota riat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.
66. Maddə 1223.2. Notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz.
67. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
68. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.
69. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlilinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsassızdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq qeyd edir ki, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir (Mülki Məcəllənin 1180.1-ci maddəsi). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (Mülki Məcəllənin 1180.2-ci maddəsi). Vəsiyyətnamə təsdiqlənərkən notariusa bərabər tutulan q urumların siyahısı isə Mülki Məcəllənin 1181-ci maddəsində nəzərdə tutulmuşdur.
80. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgü n hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
81. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
84. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tuta raq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 yanvar 2025-ci il tarixli 2(107)134/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.