Məhkəmə qərarları › İş №2(102)-1379/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1379/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1379/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-262/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 08.02.2023-cü il tarixli “Kredit müqaviləsi”nə əsasən, Maraqlı şəxs (bundan sonra – üçüncü şəxs) İddiaçı (bundan sonra – iddiaçı) 50.000 manat borc vermişdir. İddiaçı həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 2. 21.02.2023-cü il tarixli “Kredit müqaviləsi”nə əsasən, üçüncü şəxs iddiaçıya 32.700 manat borc vermişdir. İddiaçı həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

3. Sumqayıt şəhəri 4 saylı saylı Notariat ofisi (bundan sonra – cavabdeh) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İcra qeydlərinə əsasən, üçüncü şəxsin xeyrinə iddia çıdan 50000 və 32700 manat tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-9245 reyester nömrəli və xx.xx.2024-cü il tarixli, 8İ-9246 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, hər iki icra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Kredit müqavilələri 21 fevral 2023-cü il tarixdə və 08 fevral 2023-cü il tarixdə Abşeron rayonu, 1 saylı Notariat ofisində bağlanmışdır. Amma qeyri-müəyyən səbəbdən icra qeydini Sumqayıt şəhəri 4 saylı Notariat ofisi vermişdir. Həmin kredit müqavil ələri özləri əsassızdır. Həmin pullar iddiaçıya faizlə verilmişdir. Həmin kredit müqavilələri müddət başa çatmadan ikinci dəfə yazılmışdır. Çünki iddiaçı 17300 manat faizi ödədikdən sonra ikinci dəfə guya ona 32700 manat kredit verilmişdir. Görünən odur ki, iddiaçı hələ kredit müqaviləsi başa çatmadığı halda iki həftə sonra yenidən kredit verilir. Əgər onun krediti dərhal ödəmək imkanı olsaydı onda ikinci kredit müqaviləsinə nəyə görə ehtiyac olmalı idi. Qeyd etdiyi kimi birinci müqavilə üzrə ödədiyi pullar çıxıldıqdan sonra ikinci formal müqavilə bağlanmışdır. Hər iki pul faizə yığılmış pullardır. Həmin vaxtı orada pul olmamışdır. Bu müqavilələr formal olsa da, iddiaçı sonradan müxtəlif vaxtlarda 10000 və 20000 manat məbləğində və digər məbləğlərdə pullar ödəmişdir. Bununla bağlı “Whatsap p” yazışmaları mövcuddur. İcra qeydi əsaslandırılmadan verilmişdir. Hər iki icra qeydinin verilməsinə əsas olmuş borcun məbləği dəqiqləşdirilməmişdir. Yəni bu məsələ icra qeydində aydınlaşdırıla bilməz. Buna məhkəmə araşdırması lazımdır. Borc məbləğinin təxminən bir qismi ödənilmişdir. Ancaq icra qeydində pulun hamsı tələb olunur. Bundan başqa pretenziya qaydalarına riayət etmədən notarial qaydada icra qeydi alınmışdır. İddiaçıya məlumat verilməmişdir. Hər iki icra qeydi üzrə bildiriş iddiaçıya çatmamışdır. Ümumiyyətlə göndərilməmişdir.

6. Maraqlı şəxs məhkəmədə iştirak edən zaman bildirmişdir ki, onunla iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən 50000 və 32000 manat kredit əldə edilmişdir. Pulun faizlə verilməsi barədə iddiaçı məhkəməyə sənəd təqdim etməmi şdir. İddiaçı tərəfindən işə baxılması süni şəkildə icra qeydinin icrasından yayınmaq məqsədi daşıyır. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 oktyabr 2024-cü il tarixli, e-2(060)-5241/2024 nömrəli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının nümayəndəsi Vəkil1 öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi icra qeydi əsasında tələb olunan məbləğin faiz borca hesablanmış borc olduğunu bildirsə də, bu barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddianı rədd etmişdir.

9. Məhkəmə öz mövqeyini “İ nsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın müvafiq maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 406.2, 407.2-ci maddələri, Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 76, 78, 79-cu maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 124.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayət iddia ərizəsinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qay dada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Lakin ona hər hansı bildiriş göndərilməmişdir. Notariat işində olan xəbərnaməni iddiaçı tərəf tərtib etmişdir. Ümumiyyətlə işə baxan məhkəmə heç bir araşdırma aparmamışdır. İddia tələbi göstərilən formada rədd edilə bilməz. Notariat işində onun və ailə üzvlərinin imzası olan bildiriş yoxdur. Xəbərnamə saxtadır. Məhkəməyə xəbərnaməni qəsdən elə vəziyyətdə təqd im etmişlər ki, ümumiyyətlə onu oxumaq mümkün deyildir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilkin kredit müqaviləsi üzrə borcunu ödədiyi üçün həmin müqavilənin ləğv edildiyini güman etmişdir. Lakin sonradan bəlli olmuşdur ki, hər iki kredit müqaviləsi faktiki olaraq qüvvədədir. İddiaçı həmin krediti faizi ilə birlikdə qaytarmışdır. Lakin notarius icra qeydi verərkən bu halları nəzərə almamış, ümumiyyətlə iddiaçıya icra qeydi veriləcəyi barədə xəbərdarlıq edilməmişdir. İş materiallarında olan bildirişlər isə oxunaqlı deyildir. Həmin bildirişlərdən iddiaçının yaxud ailə üzvlərinin xəbərdar olmasını təsdiq edən sübut yoxdur.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-262/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), S.A.Qafari və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə bağlanan zaman tərəflər hüquq və vəzifələri, notariat hərəkətlərinin aparılmasının hüquqi nəticələri barədə xəbərdar edilmiş, şəxsiyyətləri müəyyən edildikdən sonra heç bir təzyiq olmadan müqaviləni imzalamışlar. Borc mübahisəsiz olduğundan, borclunun tələbkar qarşısında məsuliyyəti təsdiq edildiyindən, həmçinin kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildikdən sonra cavabdeh tərəfindən icra qeydləri aparılmışdır. İddia ərizəsi və apellyasiya şikayətindən də göründüyü kimi iddiaçı onunla üçüncü şəxs arasında müqavilə bağlandığını inkar etmir, hətta müqavilələrin əsassız və formal olduğunu bildirsə belə, ödənişlər etdiyini bəyan edir.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq, iddiaçının icra qeydi verilən borc müqaviləsinin etibarsız olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin məsələ hazırkı məhkəmə baxışının predmeti olmadığından, məhkəmə həmin əqdin etibarlılığı məsələsini yoxlamır.

16. Kollegiya apellyasiya şikayətinin digər - notarius tərəfindən ona bildirişin göndərilməməsi barədə dəlilinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən notariat ofisinə sorğu ünvanlanaraq aidiyyəti no tariat işi tələb olunmuş və müəyyən edilmişdir ki, notarius tərəfindən qeyd olunan notariat hərəkəti aparılarkən borcluya “bildiriş” göndərilmiş və həmin bildiriş sonuncu tərəfindən imzalanaraq qəbul edilmişdir. Odur ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmir və birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

17. Məhkəmə tərkibi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445, 739-cu maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü bəndinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76 və 79-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kas sasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçü apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə təqdim olunmuş xəbərnamə iddiaçının bildirişi almağını təsdiq edən və bildirişin ona göndərildiyini təsdiq edən sübut sayıla bilməz. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim edilmiş icra qeydi ilə bağlı notariat işində olan bildiriş və xəbərnamələr iddiaçıya aid deyil. Bu hal apellyasiya məhkəməsində yenidən araşdırılmalıdır. Eyni zamanda notariat işinin əsli tələb olunaraq ekspertiza təy in edilməlidir. Poçt qəbzləri varsa, SS kod vasitəsilə yoxlanmalıdır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamışdır. Hazırda iş yenidən apellyasiya məhkəməsinə qaytarılaraq qeyd olunan xüsusatlar araşdırlmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Madddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərk ən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikd irməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.

25. Madddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Madddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

28. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imz adan istifadə etməklə elektron formada müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

29. Maddə

79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymətləndirilmişdir.

39. İşin məhkəmələr tərəfindən araşdırılması zamanı müvafiq icra qeydinin verilməsi zamanı qanunvericiliyin müddəalarının pozuntusu ha llarının olması müəyyən edilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Həmçinin, iş üzrə məhkəmələr tərəfindən pozulmuş heç bir maddi və ya prosessual hüquq normasına rast gəlinməmişdir.

41. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-262/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar