Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1381/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mikayılova Kəmalə Ənvər qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1381/22 (Açar sözlər: mənzilin təmirinə xərclənmiş pula görə maddi və mənəvi zərərin tutulması, tələbin sübuta yetirilməməsi) Bakı şəhəri, 04 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Mikayılova Kəmalə Ənvər qızının Cavabdeh qarşı mənzilin təmirinə xərclənmiş pulun alınıb verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 2(107)-1692/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Mikayılova Kəmalə Ənvər qızının kassasiya şikayətinə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mikayılova Kəmalə Ənvər qızı ilə Cavabdeh 11 oktyabr 1996-cı il tarixdə rəsmi nikah daxil olublar. Həmin vaxt İddiaçı qayınanasının mülkiyyətində olan Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilə gəlin köçüb. Tərəflərin nikah Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qətnaməsi ilə pozulub.
2. Göyçay Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 2(046)-1292/2018 saylı qətnaməsi ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddiası yuxarıda qeyd edilən mənzilin, həmin binanın həyətində yerləşən qarajın və binanın girişində yerləşən daxmanın ½ hissədə bölünməsinə aid hissədə rədd edilmişdir.
3. Hazırda mübahisə qeyd edilən əmlakların təmirinə və inşasına çəkilmiş xərcin ödənilməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Mikayılova Kəmalə Ənvər (bundan sonra “iddiaçı”) Göyçay Rayon Məhkəməsində iddia qaldıraraq (sonradan tələbi artırmaqla), Cavabdeh (bundan sonra “cavabdeh”) ilə birgə nikah dövründə, cavabdehin mülkiyyətində olan Göyçay şəhəri, M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə xərclədiyi 20000 manat pulun və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisi nə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə sərf edilmiş 6000 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edib.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı müəllimdir, repetitorluqla məşğuldur, 15 il Dövlət İmtahan Komissiyasında nəzarətçi müəllim işləyib. İddiaçı cavabdehlə birgə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzildə tam 22 il ərzində yaşamışdır. Cavabdehin mülkiyyətində olan mənzili 22 il ərzində dəfələrlə iddiaçı öz maddi vəsaiti hesabına təmir etdirib. Usta kimi cavabdeh özü işləyib və qəsdən təmir işlərini keyfiyyətsiz görərək eyni yeri bir neçə dəfə təmir etdirməyə, material almağa iddiaçını vadar edib.
6. İddiaçı 22 il ərzində mənzilin otaqları ilə yan aşı, vanna otağını, mətbəxi və ayaqyolunu da əsaslı təmir etdirib, bu əsaslı təmirdən başqa mənzilin otaqları vaxtaşırı təmir edilib, qapı və pəncərələri dəyişdirilib. Dəyişdirilən köhnə qapı-pəncərələri və digər avadanlıqları cavabdeh sataraq xərcləyib.
7. Bu təmir işlərinə 22 il ərzində iddiaçı 20000 manat vəsait sərf edib, cavabdeh isə bir manat da olsun vəsait xərcləməyib.
8. Mənzil cavabdehin mülkiyyətindədir və hazırda həmin mənzilin təmir edilmiş vəziyyətindən cavabdeh istifadə edərək yararlanır.
9. Bundan başqa, ünvan 2 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə iddiaçı 6000 manat pul xərcləyib.
10. Cavabdeh id dia tələbinə yazılı etiraz edib. Etirazın dəlilləri: - mənzilin 22 il ərzində dəfələrlə təmir edilməsini və təmirə sərf edilmiş materialların iddiaçı tərəfindən alınmasını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməyib. - qeyd edilən mənzilə, qaraja və yardımçı sahənin tikilisinə birgə nikah dövründə hər ikisinin vəsaiti hesabına təmir işləri aparıblar.
11. Birinci instansiya məhkəməsinin 29 may 2019-cu il tarxili qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında qeyd edilən ünvanda təmir işlərinin aparılıb-aparılmaması, nə vaxt aparılması və həmin dövr üçün təmirin dəyərinin müəyyən edilməsi barədə sual qoyulmuşdur.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 20.12.2019-cu il tarixli 15486 saylı rəyinə əsasən Göyçay şəhəri, M.Hüseynzadə küçəsində Cavabdeh məxsus 29 saylı evin, 51 saylı mənzilində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6255 manatdır. Təmir-tikinti işlərinin hansı dövrə müəyyən olunmasına dair metodika olmadığı üçün, qərardadda qoyulmuş sualın ikinci hissə üzrə tədqiqat aparılmayıb.
13. Birinci instansiya məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərardadı ilə yenidən məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və tələbin həcminin artırılması barədə ərizəyə uyğun olaraq, ekspertiza qarşısında ünvan 2 evin həyətində yerləşən qarajın və zirzəmidə inşa edilmiş köməkçi sahənin tikintisinə nə qədər vəsait sərf olunması barədə sual qoyulmuşdur.
14. Məhkəmə Ekspertizası Mərkəzinin 20.10.2020-ci il tarixli 10/236 saylı rəyinə əsasən Cavabdeh istifadəsində olan ünvan 3 binanın həyətində yerləşən mişar daşından inşa edilmiş qarajında və həmin binanın 6-cı girişində kərpicdən inşa edilmiş yardımçı sahədə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2054.95 manatdır.
15. Göyçay Rayon Məhkəməsinin 2(046)-32/2021 nömrəli, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İbrahim Fəttahov)
16. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı öz vəsaiti hesabına pul xərcləyərək sözügedən mənzili təmir etdiyi, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən ev 29, 51 saylı mənzilin və ünvan 3 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa e tdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə xərc çəkdiyi təsdiq olunmur. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun təmirə xərc çəkdiyini müəyyən edə bilməz. İddiaçı tərəfindən mənzilin təmiri üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin (ər-arvadın) arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz.
17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə təmir işlərinin görüldüyü zaman mənzil cavabdehə aid olan mənzil olub, arvadın öz ərinə aid olan mənzildə təmir işləri görməsi üçün əri ilə podrat, tapşırıq və ya dig ər müqavilə bağlaması ağlabatan deyil. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı təmir xərcini öz ailəsinin maraqları naminə çəkib. Belə ki, təmir işlərinin görüldüyü zaman mənzil cavabdehə aid olan mənzil olub, iddiaçı ər-arvad münasibətlərinə əsaslanaraq əri ilə birlikdə yaşayacağı mənzilin təmiri üçün xərc çəkib, belə vəziyyətdə ər arvadı üçün “özgə”, arvadı isə əri üçün “özgə işlərini tapşırıqsız aparan şəxs” hesab edilə bilməz. Cavabdeh əsassız varlanmayıb.
18. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1096.1-ci maddəsinə istinadən vurğulayıb ki, ailə münasibətlərinin xoş olduğu dövrdə ər-arvadın bir-birinin mənafeyi naminə çəkdiyi xərclər mənəvi-əxlaqi borcun icrası sayılır. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Belə ki, mülki hüquq pozunt ularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. İddiaçı Göyçay şəhəri, M.Hüseynzadə küçəsi, ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə və həmin binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə xərclədiyi pulun cavabdehdən alınaraq ona verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir.
19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 386, 1091, 1096.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apelyasiya ş ikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsini məzmununa uyğun əsaslandırılmış, şikayətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasına, ekspert rəyinin düzgün olmamasına, sübutlara düzgün hüquqi qiymət verilməməsinə istinad edilib.
22. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1692/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-32/2021 saylı, 15 aprel 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Ayaz Mahmudov)
23. Apellyasiya instansiyası müəyyən edib ki, iddiaçı 11 oktyabr 1996-cı il tarixdə cavabdehlə Göyçay rayon Qeydiyyat şöbəsində nikah qeyd etdirməklə evlənmiş, cavabdehlə evlənərkən qaynanasının mülkiyyətində olan Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilə gəlin köçmüşdür. İddiaçını cavabdehlə nikahı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Göyçay Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 2(046)1292/2018 saylı qətnaməsinə əsasən iddiaçının hazırki iş üzrə cavabdehə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddia tələbi yuxarıda qeyd edilən mənzilin, qarajın və daxmanın ½ hissədə bölünməsinə aid hissədə rədd edilmişdir. Həmin mənzildə cavabdehlə birlikdə tam 22 il ərzində yaşamışdır. Mənzil cavabdehin mülkiyyətindədir.
24. Apellyasiya i nstansiyası qeyd edib ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir.
25. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, mübah isələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri: - mənzilin təmirinə çəkilmiş pul vəsaiti birgə nikah dövründə əldə edildiyi üçün həmin yaxşılaşdırmaya sərf olunmuş pulun yarısı cavabdehdən tutulmalı idiu. Çünki iddiaçı çəkdiyi xərclərdən məhrum olmuuşdur və hazırda mənzil digər şəxslərin mülkiyyətində olmaqla iddiaçı bundan yararlana bilməmişdir. - Ailə Məclləsinin 35, MPM-in 88 və 103.1-ci maddələri pozulub. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
29. Kassasiya şikayətinə qarşı cavabdehin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsi ndə əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. K assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kas sasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərə findən tam mübahisələndirildiyindən, kollegiya qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlilləri i lə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
35. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
36. İddia tələbi birgə nikah vaxtı cavabdehin mülkiyyətində olan mənzilin təmirinə və sahibliyində olan qaraj və köməkçi sahənin inşasına sərf edilmiş pulun tutulması barədədir. İddiaçı tələbinin əsası kimi qeyd edilən əmlakların təmirinin və tikinti işlərinin onu vəsaiti hesabına aparılmasına istinad edib.
37. İşin məhkəmlər tərəfindən müəyyən edilən halına görə iddiaçı öz tələbini əsası kimi istnad etdiyi halları sübuta yetirə bilməmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
39. Belə ki, iş materiallarından görünür ki, iddiaçı istinad etdiyi hallarla bağlı işə mahiyyəti üzrə baxan məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mü lki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
41. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
42. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının MPM-in 88 və 103.1-ci maddələrinin pozulması barədə dəlilləri əsassızdır. Qeyd edilən maddələr sübutların və ekspert rəyinin qiymətləndirilməsinə aiddir. İddiaçı isə istinad etdiyi hallarla bağlı hər hansı sübut təqdim etməyib.
43. Ailə Məcəlləsini 35.1-ci maddəsinin pozulması barədə şikayətin dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, qeyd edilən norma müəyyən şərtlər daxilində ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması məsələsini nizama salır. Hazırki tələb isə cavabdehin mülkiyyətində və istifadəsində olan (məhkəmə qətnaməsi ilə bölünməsi rədd edilən) əmlakların birgə mülkiyyət sayılması barədə yox, həmin əmlakların müvafiq olaraq təmiri və inşasına çəkilmiş xərcin ödənilməsi barədədir.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Mikayılova Kəmalə Ənvər qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1692/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.