Məhkəmə qərarları › İş №2(102)-1382/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1382/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1382/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh YYYoğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7153/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qasımov X9 rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, arvadının iş yerini dəyişmək üçün ƏlCavabdeh 10.000 manat pul verdiyini, lakin sonuncunun ona verdiyi vədi yerinə yetirmədiyini bildirmişdir.

2. İddiaçı həmin müraciəti əsasında araşdırma aparılmış və Bakı şəhəri Qaradağ RPİ-nin müstəntiqinin HK-1-116 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı aldığı 10000 manat pulu, onun arvadının işə düzəldilməsi üçün tanışı X4 vermişdir. X7 təhqiqat zamanı verdiyi izahatında bildirmişdir ki, Cavabdeh İddiaçı arvadını işə düzəltmək üçün 10000 manat pul almışdır və xx.xx.2021-ci il tarixdə Tovuz rayonuna gedərək, bu işlə bağlı İddiaçıla görüşmüş, sonra işi alınmamışdır. İddiaçı ondan pulun qaytarılmasını tələb etmiş, lakin həmin pulu öz müalicəsinə xərclədiyinə görə qaytara bilməmişdir. 2021-ci ilin dekabr ayında İddiaçı hesabına 480 manat pul köçürmüşdür. O, Cavabdeh həmin puldan verməmişdir.

3. Həmin qərarda qeyd olunmuşdur ki, pulun verilməsində Cavabdeh maddi marağı olmamış, Zakir Hüseynov əldə etdiyi 10000 manat puldan ona verməmişdir. Belə olan halda Cavabdeh əməlində cinayət tərkibi yoxdur. Zakir Hüseynovun əməlində cinayət tərkibi vardır. O, İddiaçı 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və geri qaytarmamışdır.

4. Bakı şəhəri Qaradağ RPİ-nin müstəntiqinin HK-1-116 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə toplanmış mat erial üzrə cinayət işi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2 (əməldə cinayət tərkibi olmadıqda) və 39.1.5-ci (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə)) maddələrinə əsasən rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul, maddi və mənəvi zərərin əvəzi olaraq 5.000 manat olmaqla, ümumilikdə 15.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırıb ki, 2021-ci ilin sentyabr ayında tanışı Cav abdeh 10.000 manat pul vermişdir. Cavabdeh ondan həmin pul məbləğini həyat yoldaşı Mehriban Vəliyevanın işlədiyi məktəbdə direktor vəzifəsinə təyin edilməsini təmin edəcəyi adı ilə almışdır. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh onu aldatmışdır. Bundan sonra ona verdiyi pulun geri qaytarılmasını tələb etməsinə baxmayaraq, bu günədək həmin məbləğdən heç bir ödəniş etməmişdir. İşlə bağlı Bakı şəhəri Qaradağ RPİ-yə müraciət edilmiş və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda cavabdehin qeyd edilən pul məbləğini aldığını etiraf etməsi əksini tapıb. Bundan başqa, cavabdehin onu aldatması, bu günədək də pulunu geri qaytarmaqdan yayınması onun, həmçinin ailə üzvlərinin mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Belə ki, cavabdehə verdiyi pul məbləğinin bir hissəsini qohumundan borc götürmüş, digər qismini isə bankdan kredit götürməklə cavabdehə vermişdir. Hazırda həmin borcları ödədiyi üçün də maddi vəziyyəti pisləşmiş, bu da əlavə olaraq əziyyət çəkməsinə səbəb olmuşdur. Cavabdehə pulun verilməsindən bir ilə yaxın vaxt ərzində cavabdehin onu aldatması, cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq aldığı pulu qaytarmaması, tələblərinə etinasız yanaşması, vəkilə və hüquq mühafizə orqanlarına müraciət etməsi, bu məqsədlə vaxt itirməsi, vəsait sərf etməsi əsəb gərginliyi keçirməsinə səbəb olmuş, nəticədə ona maddi və mənəvi ziyan dəymişdir.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 329, 427.2, 443.1, 445.1, 448.1, 449.1, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh məhkəmə iclasında iddian ı qəbul etməyib və izahatında bildirib ki, iddiaçı ona pulu üçüncü şəxsə təqdim etməsi üçün vermişdir. O da iddiaçıdan aldığı pulu üçüncü şəxsə təqdim etmiş, hər hansı maddi maraq güdməmiş, iddiaçının verdiyi 10.000 manat hesabına pul vəsaiti əldə etməmiş, hər hansı digər qaydada faydalanmamışdır. Buna əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-1868/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Bakı şəhəri Qaradağ RPİ İŞ-nin HK-1-116 nömrəli cinayət işi başlanmasının rədd olunması barədə 16 fevral 20 22-ci il tarixli qərarından görünür ki, iddiaçının həyat yoldaşını məktəb direktoru təyin edilməsi niyyəti ilə cavabdehə verdiyi 10.000 manat pul vəsaiti X4 verilmiş, Cavabdeh hər hansı maddi marağı olmamış, X1 Əkbərovdan aldığı 10.000 manat pulun hamısını özü xərcləmiş, həmin puldan 1 manatını belə Cavabdeh vermədiyini bildirmişdir. İddiaçı Cavabdeh pulu üçüncü şəxsə təqdim etməsi üçün vermiş, cavabdeh də iddiaçıdan aldığı pulu üçüncü şəxsə təqdim etmiş, hər hansı maddi maraq güdməmiş, iddiaçının verdiyi 10.000 manat hesabına pul vəsaiti əldə etməmiş, hər hansı digər qaydada faydalanmamışdır. Cavabdeh əməlində cinayət tərkibi olmamış, X3 əməlində cinayət tərkibi olmuşdur. X2 24 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Cavabdehin əməlində cinayət tərkibi olmadığından, X7 isə vəfat etdiyin dən onların barəsində cinayət işi başlanması rədd edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmamışdır. Əsas tələb təmin edilmədiyindən, əsas tələbdən irəli gələn digər tələblər də təmin edilə bilməz.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası MPM-nin 9.1, 9.3, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində iddiaçının əvvəlki dəlilləri təkrarlanmaqla yanaşı qeyd olunmuşdur ki, məhkəmənin istinad etdiyi yeganə sübut olan Bakı şəhəri Qaradağ RPİ İŞnin baş müstəntiqinin cinayət işi başlanmasının rədd olunması barədə 16 fevral 2022-ci il ta rixli qərarında qeyd edilmişdir ki, Cavabdeh hər hansı pul məbləği almamışdır. Bu zaman məhz hazırki iş üzrə cavabdehin öz ifadəsi əsas götürülmüşdür. Faktiki olaraq, həmin qərarda pul əldə etdiyini, götürdüyünü məhkəmə nəzərə almamışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7153/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılar kən maddi hüquq norması ümumiyyətlə tətbiq edilməmişdir.

16. Apellyasiya instansiya məhkəməsi hesab edib ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından tərəflər arasında yaranmış öhdəliyin əsası qismində mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulu cavabdehin əldə etdiyinə dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. İş materialları ilə cavabdehin əsassız varlanması təsdiq olunmur.

17. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ İŞ-nin baş müstəntiqinin qəbul etdiyi cinayət işi başlanmasının rədd olunması barədə 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, iddiaçının həyat yoldaşının məktəb direktoru təyin edilməsi niyyəti ilə cavabdehə verdiyi 10.000 manat pul vəsaiti X4 verilmiş, Cavabdeh hər hansı maddi marağı olmamış, X1 Əkbərovdan aldığı 10.000 manat pulun hamısını özü xərcləmiş, həmin puldan 1 manatını belə Cavabdeh vermədiyini bildirmişdir.

18. İddiaçı şikayəti üzrə Bakı şəhəri Qaradağ RPİ İŞ-də aparılmış araşdırma zamanı izahat vermiş İddiaçı izahatında bildirmişdir ki, “...Kərimulla onun yanında kiminləsə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin vaxtı Kərimulla mobil telefonunu mikrofona qoymuş və onların arasında danışılan söhbəti eşitmişdir...”, “...o, da həmin şəxslə, yəni adı ona so nradan məlum olan X6 danışığını eşitdikdən sonra Kərimullaya bildirmişdir ki, heç bir problem yoxdur, pulu tapıb düzəldər...”, “...Bir müddət sonra X11 rayonuna yaşadığı kəndə qonaq gəlmişdir. Zakir ona demişdir ki, Kərimulla ilə danışıb rayona gələrkən, təhsil şöbəsində məsələni həll edəcək. Həmin gün Zakir ona demişdir ki, təhsil şöbəsinə gedəcəkdir. O, Zakiri Tovuz rayonunda qarşılayarkən ona demişdir ki, təhsil şöbəsindən gəlir, işi danışıbdır...”, “...Aralarında olan söhbət zamanı Zakir demişdir ki, pulu geri qaytaracaqlar. Zakir Hüseynov onun banka olan kreditinin dekabr ayı üçün nəzərdə tutulmuş bir hissəsini, yəni 480 manatını banka ödəmişdir...”.

19. İzahatı alınmış Zakir Hüseynov izahatında bildirmişdir ki, “...20 oktyabr 2021-ci il tarixdə Tovuz rayonuna getmiş, bu işlə bağlı Və li ilə görüşmüşdür...”, “...O, pulu öz müalicəsi üçün xərclədiyindən ona görə Vəliyə qaytara bilməmişdir...”, “...o, həmin puldan Kərimullaya 1 manat da verməmişdir...”.

20. Göründüyü kimi hazırki mülki mübahisə üzrə daha öncə Bakı şəhəri Qaradağ RPİ İŞ-də aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 10.000 manat pulun Zakir Hüseynova verildiyi, həmin Puldan Cavabdeh hər hansı bir məbləğ çatmadığı təsdiq olunmuşdur.

21. Yuxarıda qeyd edilən araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh əməlində cinayət tərkibi mövcud deyildir. X3 əməlində cinayət tərkibi vardır. Çünki o, cinayətin törədilməsindən məlumatı və marağı olmayan Cavabdeh vasitəsilə İddiaçı 10.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və geri qaytarmamışdır. Lakin, Zakir Hüseynov öldüyündən hazırda onun əməlinə q iymət verilməsi mümkün deyildir.

22. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə iş materiallarında olan sübutlarla Cavabdeh İddiaçı hər hansı pul vəsaiti əldə etməmiş, cavabdehdən aldığı 10.000 manat pulu isə Zakir Hüseynova vermişdir. Cavabdeh həmin puldan heç bir fayda götürməmiş və nəticə olaraq varlanmamışdır. İddiaçının pul tələbi ilə bağlı tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, həmin tələbdən irəli gələn tələbinin digər hissələri də təmin edilməməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 1091.1, 1092.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək ap elyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb və əlavə olaraq qeyd edilib ki, iddia tələbi əsassız olaraq təmin edilməmişdir. İş materiallarından, elə apellyasiya məhkəməsində məhkəmə iclasının videoyazısından da görünür ki, həmin iş üzrə cavabdeh pulun qarşılığı olaraq iddiaçıya borca mütənasib şəkildə evin verilməsini təklif etmişdir. Bununla da cavabdeh əsassız varlandığını və bunun qarşılığını vermək istəyini faktiki olaraq göstərir. Məhkəmə isə bu xüsusatı faktiki olaraq qəbul etməyib və ötəri yanaşaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edib. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyekti v araşdırılması aparılmayıb, MPM-nin 14.1-ci maddəsinin tələbləri pozulub. Bundan əlavə iddiaçı tərəfdə səs yazıları mövcuddur və məhkəmə iclasında bununla bağlı iddiaçı ifadələrini bildirmiş, telefonunda göstərmişdir. Məhkəmə isə işi tam və hərtərəfli araşdırmaq əvəzinə birbaşa iddianın rədd olunmasına dair qətnamə çıxarmaqla kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin rədd edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunve ricilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

32. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

37. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, Mülki Məcəllənin 6.1.8 və 6.1.9-cu maddələrinə görə pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyinin prinsipləri sayılır.

44. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (MM-nin 6.2-ci maddəsi).

45. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM-nin 3 85.1-ci maddəsi).

46. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (MM-nin 386.1-ci maddəsi).

47. Göründüyü kimi, öhdəliyin yaranması üçün əsaslar qismində: zərər vurulması; əsassız varlanma; tərəflər arasında bağlanmış müqavilə; Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar çıxış edir.

48. Baxılan mübahisədə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi Cavabdeh, İddiaçı hər hansı pul vəsaiti əldə etməmiş, aldığı 10.000 manat pulu isə Zakir Hüseynova vermişdir.

49. İddiaçının cavabdehlə razılaşması, cavabdeh üçün pulu Zakir Hüseynova vermək öhdəliyini yaratmışdı və cav abdeh aldığı pulu Zakir Hüseynova vermişdir. Cavabdehin əsassız olaraq varlanması halı müəyyən olunmur.

50. Apellyasiya instansiya məhkəməsi də qeyd etmişdir ki, cavabdeh aldığı 10.000 manat pulu Zakir Hüseynova vermiş, həmin puldan heç bir fayda götürməmiş və nəticə olaraq varlanmamışdır. İddiaçının pul tələbi ilə bağlı tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, həmin tələbdən irəli gələn tələbinin digər hissələri də təmin edilməməlidir.

51. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 52. “Cavabdehin pulun qarşılığı olaraq iddiaçıya borca mütənasib şəkildə evin verilməsini təklif etməsi, bununla da əsassız varlandığını və bunun qarşılığını vermək istəyini faktiki olaraq göstərməsi” barədə kassatorun dəlili qətnamənin ləğvinə əsas vermir. Çünki cavabdeh məhkəmə iclasında bu cür razılığını ifadə etməmişdir. Bundan başqa, hətta əvvəllər cavabdehin iddiaçı ilə razılığa gəlməyə səy göstərməsi, özlüyündə tələbin hüquqi əsasını təşkil etmir.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şə rait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7153/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar