Məhkəmə qərarları › İş №2(102)-1384/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1384/2021

29.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1384/2021 29.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXX) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlak, sübutetmə yükü, tərcüməçi xidmətindən istifadə etmək hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə XXX qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və sonuncunun vəkili X8 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(105)-1117/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 2001-ci il tarixdə faktiki ər-arvad münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikahlarını xx xxx 2002-ci il tarixdə Bakı şəhəri, Səadət Sarayında qeydə aldırmaqla rəsmiləşdirmişlər. Birgə nikahdan 5 övladları doğulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(001)7266/2016 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və azyaşlı övladları ananın himayəsinə verilmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2068 ha sahədən ibarət torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2008 qeydiyyat tarixi ilə mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. X7 xx.xx.2009-cu il tarixdə ölmüşdür. xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X3 vərəsələri arvadı Cavabdeh2 və qızı Cavabdeh1 olmuş və onlar miras əmlak olan həmin torpaq sahəsindən bərabər hissələrdə miras almışlar. xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh1 vərəsəlik yolu ilə ona çatmış mübahisəli torpaq sahəsindən ona aid olan payını anası Cavabdeh2 bağışlamış və mübahisəli torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2011-ci il qeydiyyat tarixi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. xx.xx.20 16-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh2 mübahisəli torpaq sahəsini qızı Cavabdeh3 mülkiyyətinə vermiş və torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il qeydiyyat tarixi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh3 mübahisəli torpaq sahəsini 30000 manata qiymətinə Cavabdeh4 satmışdır və torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına qeydiyyata alınmışdır. Bundan başqa, mübahisəli torpaq sahəsinə dair bundan əvvəl də məhkəmə mübahisələri olmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-7898/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 X4, Cavabdeh3 və qeyrilərinə qarşı 0.2068 ha olan torpaq sahəsinə dair X6 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın, Cavabdeh1 ilə X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2780/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və ona əlavə ərizələrlə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında olan xx xxxxxx 2019-cu il tarixli, 4Ə-121 reyestr nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və qeydiyyat tarixi xx.xx.2019, qeydiyyat nömrəsi **********, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin əldə olunmasına xərclənmiş 50000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 ilə birgə nikah zamanı qazanılmış vəsait hesab edilməsi və həmin birgə nikah zamanı qazanılmış 50000 ABŞ dolları məbləğində pul vəsaitinin bölünərək ona düşən hissə nəzərə alınaraq 1/2 hissəsinin ona, 1/2 hissəsinin isə cavabdehlərə verilməsi və tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə təxminən 500000700000 manat pul vəsaiti qazanmışlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər Cavabdeh3 ilə 2001-2016-cı illər ərzində birlikdə yaşamış və birgə təsərrüfat aparmışlar. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birlikdə hərəkət edərək Cavabdeh1 ilə birgə nikah zamanı əldə olunmuş pul vəsaitlərini müxtəlif yollarla mənimsəmişlər. Cavabdehlər olan qaynanası və baldızı Cavabdeh1 aldadaraq, birgə nikah zamanı əldə olunmuş pul vəsaitlərinə bir-neçə daşınmaz əmlak almışlar. Alınan daşınmaz əmlaklar cavabdehlərin adlarına rəsmiləşdirilmiş və bununla da onlar birgə nikah dövründə qazanılmış vəsaitləri dolayısı yollarla mənimsəmişlər. Birgə nikah zamanı əldə olunmuş pul vəsaitlərdən bir hissəsinə mübahisəli torpaq sahəsini mülkiyyətçilərdə n xx xxxx 2008-ci il tarixdə, 50000 ABŞ dolları ödəməklə etibarnamə əsasında Cavabdeh1 almışdır. Bundan sonra, həmin etibarnamə ilə xx xxxxxx 2008-ci il tarixdə atası mərhum XXX XXXun (qaynatası) adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 heç bir yerdə heç vaxt işləməmişlər, pul vəsaiti qazanmamışlar. Həmçinin də, mərhum X7 avtobus sürücüsü olmuş, onun da aylıq qazancı özünə bir ay ərzində çatmamışdır. Həm Cavabdeh2 və onun qızı Cavabdeh3, həm də mərhum XXX XXX Cavabdeh1 hesabına dolanmışlar. Bundan başqa, iddiaçı bu ailə ilə qohum olanadək bu dörd nəfərlik ailənin (mərhum XXX, XXX, XXX və Cavabdeh1lar) ünvan 1 ünvanda yerləşən iki otaqlı mənzildən başqa heç bir daşınmaz əmlakları olmamışdır. Bir çox daşınmaz əmlaklar və nəğd pul vəsaiti o, bu ail əyə gəlin gəldikdən sonra əldə olunmuşdur. Həmin vəsaitləri Cavabdeh1 işləyərək qazanmışdır. Digər tərəfdən X5 yaşayan anası müxtəlif vaxtlarda Cavabdeh1 nəğd pul vəsaiti vermişdir. Bütün daşınmaz əmlakların əldə olunmasına sərf olunan vəsaitləri və Banka qoyulmuş nəğd pul vəsaitini məhkəmələrdə mübahisələndirmişdir. Cavabdeh3 onun qızı İradə vasitəsi ilə bu mübahisədən xəbər tutmuş və tələsik mübahisəli torpaq sahəsini xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh4 30000 manata satmışdır. Buna görə də hesab edir ki, həmin alqı-satqı müqaviləsi və sonuncunun adına verilmiş dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. O, Cavabdeh4 təklif edir ki, pul verib onda olan torpağı alsın. Digər cavabdehlər onun torpaqlarını müxtəlif şəxslərə ucuz qiymətə satmışlar. Həqiqətən də sözügedən torpaq sahəsinin alınmasında iştirak etmişdir. Cavabdeh4 torpağı satdığı şəxsləri tanıyır. Torpağın alınması üçün pulu o qazanmışdır, pulu satıcılara o vermişdir. Evi atasının adına sənədləşdirmişdir. Atası öldükdən sonra atasının varisi bir o, bir də anası Cavabdeh2 olmuşdur. O da özünə düşən paydan imtina etmişdir. O, məhkəməyə bağışlama müqaviləsinin ləğv olunması ilə bağlı bir dəfə müraciət etmişdir və bağışlama müqaviləsi ləğv edilməmişdir. Hazırkı işlə bağlı heç vaxt onun tərəfindən məhkəməyə müraciət olunmamışdır. Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı torpağı ondan yox, ərindən tələb etməlidir. Qızı XXX da torpağı başqasına satmışdır. Əgər varsa, Cavabdeh1 torpağı almasına dair qəbzi gətirsin göstərsin. Cavabd eh3 Cavabdeh2 izahatına uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh4 izahatında bildirmişdir ki, Cavabdeh1 ona ünvanladığı torpağın satılmasına dair təklifi ilə razı deyil. O, torpağı 30000 manata Cavabdeh3 sənədləşmə yolu ilə almışdır. Üçüncü şəxs XXXnin nümayəndəsi hazırkı mülki işlə bağlı iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-3464/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim – E.Məmmədov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uyğunluq təşkil etmir. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin, iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bundan başqa, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 225.1-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32.1-ci maddəsi də iddia tə ləbinin qanuni əsaslarını dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, iddiaçının belə bir statusa malik olması, yəni birgə nikah dövründə qazanılmış əmlaka malik olması müəyyən edilmir. Beləliklə, Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152, 225.1-ci maddələri, Ailə Məcəlləsinin 32.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1117/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) iddi açının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qüvvədə olan və istinad edilən məhkəmə qətnamələri ilə mübahisəli torpaq sahəsinə X2, ondan sonra isə Cavabdeh3 mülkiyyət hüququnun qanuniliyi bir daha təsdiq edilmişdir. Mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ isə mülkiyyətçinin qanunla qorunan müstəsna hüququdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmçinin, apellyasiya məhkəməsi iddiaçının tərcüməçi ilə təmin olunması barədə vəsatətini rədd etmiş, bu zaman nəzərə almamışdır ki, iddiaçı Macarıstan vətəndaşıdır, milliyyətcə macardır və azərbaycan dilində məişət dili səviyyəsində danışır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən veri lmiş yazılı etiraz ərizələrində kassasiya şikayətinin əsassız olduğu bildirilməklə onun təmin olunmaması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etdilər. Cavabdeh2 və onun vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdilər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına vəkilsiz gəldiklərindən, MPM-nin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilmədi. İş üzrə cavabdehlər Ca vabdeh2, Cavabdeh3 və Cavabdeh4 ayrı-ayrılıqda məhkəməyə teleqram göndərərək kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, onun təmin edilməməsini xahiş etmişlər. Sonuncu həmçinin, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən, eləcə də Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə Cavabdeh4 və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 127, X hissə Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir. Mülki Məcəllə Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Ailə Məcəlləsi Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (maddə 32.1). Ər-arvadın ümumi birgə mülkiyyətinə (maddə 32.2): onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, elə cə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2). MPM Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyət inin dilində aparılır (maddə 11.1). İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur (maddə 11.2). Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir (11.3). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarınının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya baxışı zamanı iddiaçının tərcüməçi ilə təmin olunmaması barədə dəlilə münas ibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin X hissəsində və MPM-in 11-ci maddəsində tərcüməçi ilə bağlı təminat əcnəbilər üçün deyil, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslər üçün nəzərdə tutulmuşdur. Baxılan iş üzrə iddiaçı 2001-ci ildən Azərbaycanda yaşayır və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarında birbaşa iddiaçı tərəfindən tərtib olunaraq (imzalanaraq) məhkəməyə ünvanlanmış xeyli sayda ərizə, müraciət və şikayətlər vardır, iddiaçı məhkəmə iclaslarında təkbaşına iştirak edərək Azərbaycan dilində sərbəst izahatlar vermişdir. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli iclasında Azərbaycan dilində yaxşı başa düşdüyünü və danışdığını, tərçüməçiyə ehtiyacının olmadığını bildirmişdir (İ cild, i.v. 47). Buna baxmayaraq birinci instansiya məhkəməsi tərcüməçi ilə təmin olunma barədə iddiaçının sonradan verdiyi vəsatəti ilkin olaraq təmin etmiş, məhkəmənin bütün cəhdlərinə və çoxsaylı yazışmalarına baxmayaraq macar dilli tərcüməçinin tapılması mümkün olmamışdır. Yalnız bundan sonra məhkəmə özünün yerində müşavirə etməklə çıxardığı əsaslandırılmış qərardadı ilə iddiaçının Azərbaycan dilində sərbəst bildiyini nəzərə alaraq, işə tərcüməçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışında da vəkillə birlikdə iştirak etmiş iddiaçı verdiyi izahatında öz mövqeyini Azərbaycan dilində sərbəst ifadə etmiş və verilən sualları heç bir çətinlik çəkmədən cavablandırmışdır. Bu baxımdan Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini əsassız hesab edir. Məhkəmə kolleg iyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1117/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar