Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1386/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh qarş mülki iş üzrə QƏRARİ (Açar sözlər: icarə obyektində edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-656/2023 nömrəli, 4 dekabr 2023-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 23 aprel 2024-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 31 mart 2014-cü il tarixli, 08/03 nömrəli qərarından çıxarış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1090/2014 nömrəli, 21 yanvar 2014-cü il tarixli qərarının icrasını təmin etmək məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şosesinin sağ tərəfindən 5.000 kv.metr torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmişdir. 2. 01 iyul 2015-ci il tarixli, 2 saylı icarə müqaviləsi ilə, İddiaçı MMC (icarəyə verən) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən ümumi sahəsi 545 kv.metr olan istehsalat sexini anbar olaraq istifadə üçün Cavabdeh (icarəyə verən) aylıq icarə haqqı 500 manat olmaqla icarəyə götürmüşdür. Müqavilənin 10.01-ci maddəsinə əsasən icarə müqaviləsi 31 dekabr 2016 -cı il tarixədək bağlanmış və imzalandığı gündən qüvvəyə minmişdir. Müqavilənin 11.02-ci maddəsinə əsasən icarəyə verən və icarəyə götürən həmin müqavilənin növbəti illik müddətlərə uzadılmasına seçim hüquqları var. İcarə müddətinin bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfindən həmin müqavilənin pozulması haqda yazılı xəbərdarlıq olmadığı halda müqavilənin müddəti daha bir il uzadılmış hesab olunur. 3. 1 oktyabr 2019-cu il tarixli, 2 saylı icarə müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, tərəflər icarə müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi ilə bağlı razılığa gəlmiş, icarəyə götürülmüş sahə 545 kv.metr sahədən 1.400 kv.metr tikili sahəyə qədər artırılmış, aylıq icarə haqqı 500 manat məbləğdən 1.500 manat məbləğinə dəyişdirilmişdir 4. 4 sentyabr 2021-ci il tarixli, LS 01/09-21 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı MMC-nin direktoru tərəfindən Cavabdeh müqavilə müddətinin 1 iyul 2022-ci il tarixinədək uzadılmasını xahiş etmişdir. Həmçinin həmin məktubda direktor tərəfindən icarəyə götürülmüş sahədə xərclənmiş 145.000 manatın onun təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirilmişdir. 5. 2 dekabr 2021-ci il tarixli “yazılı xəbərdarlıq”dan qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-yə 1 yanvar 2022-ci il tarixdən icarə müqaviləsinin müddətinin artırılmamasına qərar verdiyini bildirmiş, ona məxsus torpaq sahəsində 1 iyul 2015-ci il tarixli icarə müqaviləsi bağlanandan sonrakı müddət ərzində tikilmiş əlavə tikililər və quraşdırılmış konstruksiyalar sökülməklə ümumi torpaq sahəsinin və həmin torpaq sahəsində icarəyə götürülmüş 1.4 00 kv.metr tikili sahənin 1 yanvar 2022-ci il tarixdən 10 təqvim günü müddətində təhvil verilməsi xahiş və tələb etmişdir. “Yazılı xəbərdarlıq” İddiaçı MMC tərəfindən 08 dekabr 2021-ci il tarixdə qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh ilə 01 iyul 2015-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılması və onun tərəfindən tikinti və abadlıq işlərinə xərclənmiş 145.000 manat (kanalizasiya sisteminin çəkilməsi, ümumi sahənin asfalt örtüklə bağlanması, metal konstruksiyadan talvar sistemlərinin qurulması və ümümi sahənin video nəzarət qurğuları ilə təmin olunması) tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 avqust 2021-ci il tarixdə 1 iyul 2015-ci il tarixli icarə müqaviləsinin № 2-nin və 1 oktyabr 2019-cu il tarixli müqaviləyə 1 nömrəli Əlavəsinin xitam edilməsi barədə cavabdeh tərəfindən heç bir əsas olmadan məktub göndərilmişdir. Belə ki icarə üzrə ödənişləri vaxtında, tam ödəməyinə, əraziyə və onun tikililərinə ziyan verməməyinə baxmayaraq əksinə müqavilə bağlanan müddətdən bu günə qədər şəxsi vəsait hesabına anbarda mövcud olan şəraitsizliyi aradan qaldırmaq, abadlaşdırmaq naminə və istifadə standartlarına uyğunlaşdıraraq bir çox işlər görülmüş (4700 m2 yaxın asfalt örtüyünün vurulması və 3300m2 yaxın onun alt qatının hazırlanması, kanalizasiya sisteminin çəkilməsi, video nəzarət sisteminin yaradılması, 750 m2 y axın dəmir konstruksiyadan əlavə talvar sisteminin yığılması və s.) və bu işlərə külli miqdarda şəxsi maliyyə vəsaiti xərclənmişdir (ümumilikdə 145.000 AZN-dən yuxarı pul vəsaiti xərclənmişdir, əgər göstərilmiş işlərin görülməsinə xərclənmiş vəsait şübhə doğruldarsa, həmin işlərin bu günə dəyərini təyin etmək üçün müstəqil audit şirkətinin ekspertiza rəyinin çıxarılmasına etiraz etmir). Bunları cavabdeh bilərək və nəzərə almayaraq şifahi olaraq kirayə qiymətini birdən-birə aylıq 1.500 manatdan 5.000 manata artırmaq istədiyini bazarda mövcud qiymətlərdən yüksək tutaraq bildirmişdir. O, isə cavab olaraq bazar araşdırması aparıb təhvil verdiyi şəraitdə olan anbarlar üçün real qiymətlər üzərindən cavabdehlə müqaviləni yeni qiymətə (kompromis əsasında və onun anbara etdiyi yatırımları nəzərə al araq) uzadacağını şəxsən özünə şifahi qaydada və rəsmi məktubla bildirmişdir. Müqavilənin 12-ci maddəsinin “ yarımbəndi üzrə hüququ müqavilə imzalanarkən yəqin ki, müəyyən səbəblərə görə cavabdehi özünə yaxın bilib və hər zaman kompromis tapa bilməyi düşünərək və cavabdehin şirkətə o zaman təqdim etdiyi şablona güzəştə gedilərək tərəfindən şirkət direktoru olaraq tanınmışdır. Lakin malların spesifikasını və saxlama şərtlərini nəzərə alaraq yeni anbar üçün ərazinin tapılması, onun sənədləşmə işləri üçün vaxt, həmçinin, anbarda mövcud olan 1.000 tona yaxın malın zədələnmədən və ətraf mühitə zərər vurmadan bir yerdən başqa yerə köçürülməsi, bundan başqa göstərdiyi və zamanında yazılı etirazı olmadan metal-konstruksiyadan qurulmuş tiklilərin sökülüb daşınması üçün sonra cavabdehin məktubunda g östərməyi unutduğu digər və yuxarıda qeyd etdiyi ona aid asfalt örtüyün və s. qurulmuş avadanlıqların sökülüb daşınması az olmayan maliyyə vəsaiti və bu işlərin görülməsi üçün cavabdehin göstərdiyi müddətdən daha artıq vaxt tələb olunur. Onun cavabdehin göstərdiyi müddət ərzində tələb etdiyi işləri görüb bitirmək fiziki cəhətdən mümkün deyildir. Yuxarıda göstərilən səbəblərə görə müqavilə müddətinin və onun tam boşaldılıb təhvil verilməsini 1 iyul 2022-ci il tarixinədək uzadılmasını, bazar araşdırılması zamanı ona verilən digər təkliflərə istinadən 10 sentyabr 2021-ci il tarixdən başlayaraq müqaviləyə yeni əlavə imzalanaraq təklif edilən tarixədək kirayə haqqının birdən-birə bu pandemiya şəraitində təklif etdiyi 3,5 qat deyil, maksimum iki qat artırılmasını (vergi və digər xərclərin onun t ərəfindən qarşılandığını nəzərə alaraq), hal-hazırda qeyri-yaşayış sahəsinin boşaldılması cavabdehin tələbinə əsasən mümkünsüzdür.
8. Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesinin sağ tərəfində yerləşən cavabdehə məxsus 5.000 kv.metr torpaq sahəsindən, o cümlədən ümumi sahəsi 1.400 kv.metr olan tikilidən və torpağın özbaşına zəbt olunmuş hissəsindən çıxarılması, torpaq sahəsinin və 1.400 kv.metr tikilinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 1 iyul 2015-ci il tarixli 1 saylı icarə müqaviləsinə əsasən o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesinin sağ tərəfində yerləşən və ona məxsus ümumi sahəsi 545 kv.metr olan istehsalat sexini aylıq icarə haqqı 500 manat olmaqla iddiaçıya icarəyə vermiş və müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixədək müəyyən olunmuşdur. İcarə müqaviləsinə 1 oktyabr 2019-cu il tarixli 1 №-li Əlavəyə əsasən icarəyə götürülmüş sahə 545 kv.metrdən 1.400 kv.metr tikili sahəyə qədər artırılmış, icarə haqqı isə 500 manatdan 1.500 manata dəyişdirilmiş və müqavilənin digər şərtləri olduğu kimi qalmışdır. Həmin müqavilənin 11.02-ci bəndinə görə icarəyə verən və icarəyə götürən müqavilənin növbəti illik müddətlərə uzadılmasına seçim hüquqları var. İcarə müddətinin bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfındən müqavilənin pozulması haqqında yazılı xəbərdarlıq olmadığı halda müqavilə müddəti daha 1 il u zadılmış hesab olunur. 1 iyul 2015-ci il tarixdən 31 dekabr 2016-cı il tarixədək qüvvədə olmaqla bağlanmış icarə müqaviləsinin 2017-ci ildən başlayaraq hər il onun 11.02 bəndində göstərilən qaydada növbəti 1 il müddətinə (sonuncu dəfə 31 dekabr 2021-ci il tarixədək) uzadılmışdır. O, poçtla iddiaçıya 2 dekabr 2021-ci il tarixli yazılı xəbərdarlıq göndərərək, 1 yanvar 2022-ci il tarixindən müqavilə müddətinin artırılmamasına qərar verdiyini bildirmiş, müqavilə bağlanandan sonra tikilmiş əlavə tikililər və quraşdırılmış konstruksiyalar sökülməklə icarəyə götürülmüş torpaq sahəsinin və həmin sahədəki 1.400 kv.metr tikilinin 1 dekabr 2022-ci il tarixdən 10 təqvim günü müddətində ona təhvil verilməsini tələb etmişdir. İddiaçı həmin xəbərdarlığı 8 dekabr 2021-ci il tarixdə almış və bundan sonra o na qarşı hazırkı iddianı qaldırmış, həmin xəbərdarlığı da iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, o, icarə müqaviləsinin 11.02-ci bəndinə uyğun olaraq onun müddətinin bitməsinə 15 gün qalanadək müqavilənin pozulması barədə digər tərəfi yazılı xəbərdar etdiyi üçün növbəti müddətə uzadılmış sayılmır və onun qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixdə başa çatmışdır. İcarə obyektinin təhvil verilməsi üçün verilmiş vaxt 10 yanvar 2022-ci il tarixdə başa çatsa da, lakin iddiaçı onu təhvil verməmiş və hüquqi əsas olmadan həmin obyektdən qanunsuz istifadəni davam etdirməkdədir. Bundan başqa, iddiaçı icarəyə verilən tikilinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olan və icarəyə verilən tikilidən kənarda olan hissəsini (torpağın ümumi sahəsi 5.000 kv.metr) öz başına zəbt edərək, orda sahəsi 750 kv.m-ə yaxın dəmir konstruksiyadan ibarət talvar quraşdırmışdır. Halbuki həmin torpaq sahəsi şirkətə icarəyə verilməmişdir. İcarə müqaviləsi onun müddətinin 31 dekabr 2021-ci il tarixdə başa çatması ilə əlaqədar ləğv olunmuş sayılır. Bu tarixdən sonra iddiaçının icarə obyektini qaytarmaqdan imtina etməsi və ona sahiblik etməsi qanunsuzdur. Odur ki, iddiaçı icarə obyekti olmuş 1.500 kv.metr tikilidən və onun yerləşdiyi torpaq sahəsindən məcburi qaydada çıxarılmalıdır.
10. Birinci instansiya məhkəməsində icraat zamanı təyin olunmuş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2022-ci il tarixli 10/1384 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqə di rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli qərarı ilə Cavabdeh adına rəsmiləşdirilmiş M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şosesinin sağ tərəfində yerləşən 5.000 kv.metr torpaq sahəsində iddiaçı tərəfindən kanalizasiya sisteminin çəkilməsi, ümumi sahənin asfalt örtüklə bağlanması, metal-konstruksiyadan talvar sisteminin qurulması və ümumi sahənin video nəzarət qurğuları ilə təmin olunması işləri (yaxşılaşdırmalar) görülmüşdür. Tədqiq olunan ünvanda görülmüş təmir-tikinti işlərindən cavabdehin əmlakına zərər vurmadan talvarın, quraşdırılmış elektrik avadanlıqların sökülüb götürülməsi texniki cəhətdən mümkündür. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin 2017-2018-ci illərdə orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 89.405 ma nat məbləğində müəyyən olunmuşdur.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 29 sentyabr 2022-ci il tarixli, e-2(001)-1027/2022 saylı qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi qət edilmişdir.
12. Məhkəmə ilk iddia tələbinin “müqavilənin müddətinin uzadılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, 1 iyul 2015-ci il tarixli, 2 saylı icarə müqaviləsində icarə müqaviləsinin müddəti (31 dekabr 2016-cı il tarixədək) və həmin müddətin uzadılması qaydası müəyyənləşdirilmiş və həmin qaydaya əsasən (müqavilənin 11.02-ci bəndi) icarə müddətinin bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfindən həmin müqavilənin pozulması haqda yazılı xəbərdarlıq olmadığı halda müqavilənin müddəti daha bir il uzadılmı ş hesab olunur. Cavabdeh bu qaydaya riayət edərək icarə müddətinin bitməsinə 15 gün qalanadək iddiaçını müqavilə müddətinin uzadılmaması barədə yazılı qaydada xəbərdar etmişdir.
13. Göründüyü kimi, tərəflər müqavilə müddətinin uzadılması qaydasını qarşılıqlı razılıq əsasında müəyyənləşdirmiş və bu qaydaya cavabdeh tərəfindən əməl edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və cavabdehə göndərilmiş 4 sentyabr 2021-ci il tarixli məktubda icarə müqaviləsinin müddətinin 1 iyul 2022-ci il tarixədək uzadılmasını xahiş etmişdir ki, həmin müddət də hazırkı qətnamə qəbul edilən zaman artıq bitmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, “tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması tələbi” hüquqi şəxs olaraq iddiaçı tərəfindən irəli sürülsə də, həmin hüquqi şəxsin rəhbəri tərəfindən cavabdehə göndərilmiş 4 sentyabr 2021-ci il tarixli məktubda həmin işlərin təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirilmişdir.
16. Göründüyü kimi bu tələbi İddiaçı irəli sürməyə subyektiv hüququ yoxdur.
17. Məhkəmə onu da qeyd etmişdir ki, ekspert rəyinə əsasən cavabdehin əmlakına zərər vurmadan talvarların və quraşdırılmış elektrik avadanlıqlarının sökülüb götürülməsi texniki cəhətdən mümkündür və cavabdeh də iddiaçıya ünvanladığı yazılı xəbərdarlığında əlavə tikililər və quraşdırılmış konstruksiyaların sökülməsini xahiş etmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti bitdiyinə görə cavabdeh, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 31 mart 2014-cü il tarixli, 08/03 nömrəli qə rarı ilə onun adına sənədləşdirilmiş 5.000 kv.metr torpaq sahəsindən və onun üzərində icarəyə verilmiş 1.400 kv.metr sahəsi olan tikilidən iddiaçının çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 389.1, 390.1, 399.1, 421.1, 700.1-ci maddələrinə, “İcarə haqqında” Qanunun 7.1, 7.2, 12, 13.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı, iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı iş üzrə keçirilmiş 10/546 saylı, 5 iyun 2023-cü il tarixli tikinti-texniki obyektl ərin tədqiqi ekspertizasının rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.m torpaq sahəsində və ümumi sahəsi 1.400 kv.metr olan tikilidə (obyektdə) görülmüş təmir-tikinti işlərindən zərər vurmadan talvarın, quraşdırılmış elektrik avadanlıqların tikinti texnologiyasına riayət olunmaqla sökülüb götürülməsi texniki cəhətdən mümkündür və sökülüb götürülə bilən hissələrin real bazar dəyəri təqribən 25.860 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda quraşdırılmış talvarın, elektrik avadanlıqlarının istismar dövrü və amortizasiya xərci nəzərə alınmaqla sökülüb götürülməsinin müəyyən olunmasına dair metodika olmadığı üçün, talvarın, quraşdırılmış elektrik avadanlıqlarının istismar dövrü və amortizasiya xərci nəzərə alınmaqla sökülüb götürülə bilən hissələrin real bazar dəyərini müəyyən etmək mümkün olmamışdır.
22. Həmçinin 3-16-16/2- 5/4952/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində qeyd edilmişdir ki, iş materiallarında İddiaçı MMCnin tərtib etdiyi rəydə göstərilən video müşahidə kamera sisteminin hazırkı bazar dəyəri təxminən 1020,0 manat müəyyən edilmiş, həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Bu sistemin hər hansı bir formada zərər vurulmadan sökülüb götürülməsi mümkünlüyü, tam yaxud qismən mümkündürsə, yaxud mümkün deyilsə, onda sökülüb götürülə bilən hissələrin məhkəmə-əmtəəşünaslıq ekspertizalarının səlahiyyətlərinə aid olmadığından tədqiqat aparmaq mümkün olmamışdır.
23. Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və İkram Şirinov) 4 dekabr 2023-cü il tarixli, 2(103)656/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1027/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.metr torpaq sahəsində və ümumi sahəsi 1.400 kv.metr olan tikilidə (obyektdə) görülmüş təmir-tikinti işlərinin əmlaka zərər vurmadan ondan ayrıla bilməyə n yaxşılaşdırmaların dəyəri olan 63.545 manat (89.405-25860=63.545) Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən hissədə ilkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə, yəni icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilməməsi hissəsində düzgün olmamışdır. Belə ki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxm ırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Lakin ilkin iddianı, yəni icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilmədiyi hissəsi ilə bağlı işin faktiki halları Mülki Məcəllənin və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun icarə və kirayə münasibətlərini tənzimləyən müddəalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik ilk iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından haqlı sayılırdı.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci inst ansiya məhkəməsinin “tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması tələbi” hüquqi şəxs olaraq İddiaçı tərəfindən irəli sürülsə də həmin hüquqi şəxsin rəhbəri tərəfindən cavabdehə göndərilmiş 4 sentyabr 2021-ci il tarixli məktubda həmin işlərin təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirməsinin qeyd olunması ilkin iddianın yalnız buna görə, yəni həmin tələbin İddiaçı irəli sürməyə subyektiv hüququ yoxdur qənaətinə gəlinməsi və rədd olunması üçün əsas ola bilməzdi. Çünki məhkəmə özü də iddiaçının tələblərinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilərdi. Bunun üçün məhkəmə MPM-nin 14.1-ci maddəsinə əsasən tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir. Bununl a yanaşı, apellyasiya baxışı zamanı da tərəflər, o cümlədən cavabdeh tərəf tikinti və abadlıq işlərinə çəkilmiş xərcin MMC tərəfindən deyil, onun təsisçisinin şəxsi vəsaiti hesabına çəkildiyini bildirmədilər. Demək ki yalnız məktubda göstərilən sözləri əsas götürüb subyektiv hüququn olmaması əsası ilə ilk iddianın tam rədd edilməsi açıq-aşkar düzgün nəticə olmamışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri və tərəflərin izahatları ilə təsdiq olunmuşdur ki, icarəyə götürülmüş əmlakda icarəyə verənin razılığı ilə yaxşılaşdırılmalar aparılmış, buna görə də müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, b u məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Lakin MMC-nin təsisçisinin arvadı ilə cavabdeh qardaş-bacı olduğundan, eləcə də icarəyə götürülmüş obyektdə təmirtikinti işlərinin də uzun illər ərzində aparılmasından cavabdehin xəbəri və məlumatı olmaması da inandırıcı və ağlabatan ola bilməz. Demək ki cavabdehin bu işlərin görülməsinə razılığı olmuşdur. Əgər cavabdeh tərəf bu yaxşılaşdırmaların onun razılığı olmadan aparılmasını bəyan edərsə, deməli açıq-aşkar hüquqdan başqalarına zərər vurmaq məqsədilə ilə sui-istifadə edir ki, bu da yolverilməzdir.
27. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 421.2, 405.1, 442, 448.2, 675, 680.1, 680.2, 700.1, 700.2, 700.3, 734.1, 1087.1, 1090.1, 1901.1, 1091.2,1092.1-ci maddələrinə, “İcarə haqqında” Qanunun 7, 9-cu maddəsinin 5-ci və 7-ci hissələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil1 ) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ilkin iddianın qismən təmin edilməsinə (63.545 AZN pulun Cavabdeh tutulmasına) dair hissədə ləğv olunması və həmin hissədə ilkin iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının inşa etdiyi dəmir konstruksiyalı talvarlar və əlavə gördüyü işlər (kanalizasiya sisteminin və asfalt örtüyünün çəkilməsi) icarəyə verənin razılığı olmadan tikilmiş və o, bu işlərin görülməsini icarəyə verənlə razılaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə əsassız olaraq icarəyə verənin guya belə bir razılığının olduğunu qeyd edərək göstərmişdir ki, apellyasiya baxışı zamanı tərəflərin izahatları və məlumatları ilə həmçinin təsdiq olunmuşdur ki, icarəyə götürülmüş əmlakda icarəyə verənin razılığı ilə yaxşılaşdırılmalar aparılmış, buna görə də müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Apellyasiya baxışı zamanı məhkəmə iclaslarında izahatlarında tərəflər arasında qeyd olunan işlərin görülməsində guya qarşılıqlı razılığın olmasına dair hər hansı fikir səsləndirilməyib. Əksinə, cavabdeh həm birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiaya qar şı yazılı etirazında, həm də apellyasiya baxışı zamanı verdiyi izahatında iddiaçı tərəfindən müvafiq işlərin aparılmasının onunla razılaşdırılmadığı qəti və aydın şəkildə bildirilib. Odur ki, icarəyə götürülmüş əmlakda icarəyə verənin razılığı ilə yaxşılaşdırılmalar aparılması barədə qətnamədə göstərilənlər apellyasiya məhkəməsinin gəldiyi səhv nəticəni “əsaslandırmaq” cəhdidir. Məhkəmənin bu heç bir sübutla təsdiq olunmayan qənaətinə görə təmir-tikinti işlərinin uzun illər ərzində aparılmasından cavabdehin xəbəri və məlumatı olub və o, bu işlərin görülməsinə etiraz etməyibsə, deməli razı olub (“susmaq razılıq əlamətidir”). Lakin məhkəmə cavabdehin susmasının hansı hallarda hüquqi nəticəyə səbəb ola biləcəyinə dair Mülki Məcəllənin 329.4-cü maddəsinin tələblərini nəzərə almamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının gördüyü işlər nəticəsində əmlakının yaxşılaşdırılması yolu ilə əsassız varlanıb. Varlanma o halda əsassız sayılır ki, varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur (MM-in1091-ci maddəsi). Təmir-tikinti işlərinin əmlaka zərər vurmadan ondan ayrıla bilməyən dəyəri cavabdehin əsassız varlanması kimi qiymətləndirilə bilməz. Çünki belə varlanma üçün qanuni əsas var. Belə ki, “İcarə haqqında” Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci abzasına görə icarəyə götürülmüş ərazidə icarəyə verənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyə verənə məxsusdur. Göründüyü kimi, icarəyə verənin razılığı olmadan icarəçinin öz vəsaiti hesabına tikdiyi, aparılması mümkün olmayan bina və qurğuların icarəyə verənin mülkiyyətinə keçməsi və nəticədə onun varlanması qanundan irəli gəlir. Ona görə də buna əsassız varlanma kimi baxıla bilməz. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçının vəkili Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-656/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərək əti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
33. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümi d etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
34. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
35. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyə t daşıyır.
37. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
38. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur.
39. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.
40. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifa də etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
41. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
42. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
43. Maddə 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir.
44. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya d igər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.
45. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
46. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
47. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməm iş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
48. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu
49. Maddə
7. İcarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.
50. Maddə 9 (hissə 5). İcarəyə götürülmüş əmlak icarəyə verənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, b u məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.
51. Maddə 9 (hissə 7). İcarəyə verənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
56. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
61. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. Cavabdeh kassasiya şikayətində apellyasiya ins tansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilkin iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
63. Belə ki apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə ilkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə, yəni icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilməməsi hissəsində düzgün olmamışdır.
64. Belə ki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq ma ddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Lakin ilkin iddianı, yəni icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilmədiyi hissəsi ilə bağlı işin faktiki halları Mülki Məcəllənin və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun icarə və kirayə münasibətlərini tənzimləyən müddəalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik ilk iddia üzrə cavabdehin etiraz və müdafiə hüq uqlarına görə aradan qalxmadığından haqlı sayılırdı.
65. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin “tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması tələbi” hüquqi şəxs olaraq İddiaçı tərəfindən irəli sürülsə də, həmin hüquqi şəxsin rəhbəri tərəfindən cavabdehə göndərilmiş 4 sentyabr 2021-ci il tarixli məktubda həmin işlərin təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirməsinin qeyd olunması ilkin iddianın yalnız buna görə yəni həmin tələbin İddiaçı irəli sürməyə subyektiv hüququ yoxdur qənaətinə gəlinməsi və rədd olunması üçün əsas ola bilməzdi. Çünki məhkəmə özü də iddiaçının tələblərinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilərdi. Bunun üçün mə hkəmə MPM-nin 14.1-ci maddəsinə əsasən tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir.
66. Bununla yanaşı, apellyasiya baxışı zamanı da tərəflər, o cümlədən cavabdeh tərəf tikinti və abadlıq işlərinə çəkilmiş xərcin MMC tərəfindən deyil, onun təsisçisinin şəxsi vəsaiti hesabına çəkildiyini bildirmədilər. Demək ki yalnız məktubda göstərilən sözləri əsas götürüb, subyektiv hüququn olmaması əsası ilə ilk iddianın tam rədd edilməsi açıq-aşkar düzgün nəticə olmamışdır.
67. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti texniki ekspertizalarının rəyləri ilə, habelə tərəflərin izahatları ilə təsdiq olunmuşdur ki, icarəyə götürülmüş əmlakda icarəyə verənin razılı ğı ilə yaxşılaşdırılmalar aparılmış, buna görə də müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Lakin MMC-nin təsisçisinin arvadı ilə cavabdeh qardaş-bacı olduğundan, eləcə də icarəyə götürülmüş obyektdə təmir-tikinti işlərinin də uzun illər ərzində aparılmasından cavabdehin xəbəri və məlumatı olmaması da inandırıcı və ağlabatan ola bilməz. Demək ki cavabdehin bu işlərin görülməsinə razılığı olmuşdur. Əgər cavabdeh tərəf bu yaxşılaşdırmaların onun razılığı olmadan aparılmasını bəyan edərsə, deməli açıq-aşkar hüquqdan başqalarına zərər vurmaq məqsədilə ilə sui-istifadə edir ki, bu da yolverilməzdir.
68. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabd ehin kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən, yəni ilkin iddianın icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin tutulmasının təmin edilməməsi hissəsində ləğv edərək, həmin hissədə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini r əhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 dekabr 2023-cü il tarixli, 2(103)-656/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.