Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1387/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinə və 42 saylı Mənzil Kommunal İstismar Sahəsi cəlb edilməklə) ilk, Cavabdeh1 İddiaçı1 qarşı birinci qarşılıqlı və Cavabd eh2 İddiaçı1 və İddiaçı2 qarşı ikinci qarşılıqlı iddia ərizələri üzrə iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, subyektiv hüquq hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhliman Xıdırov (məruzəçi - hakim), Mehparə Əhmədova və Abiddin Hüseynovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinə və 42 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı “aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair birinci qarşılıqlı və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasına mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5775/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabde hlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, M. İbrahimov küç. 5 saylı bina 1912-ci ildə tikilib istifadəyə verilmişdir. Bina 2 mərtəbəlidir, İ mərtəbədə yaşayış mənzilləri, İİ mərtəbə otel kimi istifadə olunur.
2. Bakı şəhəri, Yasamal rayonu, M. İbrahimov küçəsi, 5 saylı 2 mərtəbəli binanın ikinci mərtəbəsində 10/11 ünvanında yerləşən mənzillər İddiaçı1 mülkiyyətindədir. Həmin mənzil icarə hüququ əsasında Soltan Mustafayevə verilmişdir və xarici qonaqların qarşılanması və müvəqqəti yerləşdirilməsi üçün istifadə olunur.( «Prestije» otel).
3. Həmin binanın 4 saylı mənzili İddiaçı2 mülkiyyətindədir. Qeydiyyat da olsa da, lakin həmin mənzildə yaşamır.
4. Binanın 1-ci mərtəbəsində yerləşən mənzil Cavabdeh3 adınadır və orada X17 qeydiyyatdadır. 5. ünvan 1 ünvanında yerləşən binanın çardağına həyətindəki pilləkəndən (blokdan) və İ. Səfərli 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndan daxil olmaq olur. Lakin İ. Səfərli küçəsi 12/123 saylı binadan çardağ hissəsinə giriş texniki pasportda öz əksini tapmamışdır.
6. Binanın ümumi istifadə sahəsi olan çardağın 15,0 kv. m sahəsi İddiaçı1 və İddiaçı2 Abdulrəhman qızının istifadəsindədir. İddiaçı1 məxsus olan mənzilin dam örtüyünə dəmir barmaqlıqlarla məhdudiyyətlər qoyulmuşdur.
7. Çardağa əsas giriş iş üzrə digər iddiaçı olan İddiaçı2 Abdulrəhman qızına məxsus mənzilin girişi ilə eynidir. Binanın ümumi istifadə sahəsi olan çardağına İddiaçı2 Ab dulrəhman qızının girişindən məhdudiyyət qoyulub, yəni dəmir barmaqlıqla arakəsmə var. Çardağın qeyd edilən hissəsinə artıq istifadə olunmayın əşyalar yığılmışdır.
8. Çardağın qalan hissəsindən Cavabdeh3 və X17, həmçinin “MƏCLİS” X3 istifadə edirlər.
9. Həmin Assosiyanın qanuni təmsilçisi X9r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh1 və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından mühafizə Xidmətinə qarşı aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir.
11. İlkin iddia üzrə iddiaçı mövqeyini belə əsaslandırmişdır ki, İddiaçı1 ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Həmin mənzil icarə hüququ əsasında Soltan Mustafayevə verilmişdir və xarici qonaqların qarşılanması və müvəqqəti yerləşdirilməsi üçün istifadə olunur. İddiaçı2 ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Belə ki, qeyd edilmiş qonşular mülkiyyətlərində olan binanın ümumi sahələlərindən istifadə etmək imkanlarından məhrum ediliblər. Həmin binanın ümumi istifadədə olan sahələri cavabdeh tərəfindən zəbt olunmuşdur (mənzillərarası pilləkən meydançası, pilləkənlər, şaxtalar, dəhliz, çardaq, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıqlar). Cavabdeh həmin sahələri bağlayıb və kilidləmişdir. Buna görə də həmin ərazilərə daxil olmaq belə mümkün deyildir. Yaşayış üçün nəzərdə tutulmayan həmin sahələrdə cavabdeh yanğın təhlükəsizliyi qaydaları əleyhinə qurğu və avadanlıqlar quraşdırmış, yaşayış məqsədlərinə cavab verməyən həmin sahəni yaşayış məqsədləri üçün istifadə edir. Nəticədə, ümumi istifadədə olan binanın həmin sahələrindən nəinki ümumi şəkildə istifadə etmək, həmin bağlı sahələrə daxil olmaq belə mümkün deyildir. Ən əsası budur ki, cavabdehin bu hərəkətləri iddiaçıların mülkiyyətində o lan mənzillər üçün real dağıntı təhlükəsi yaradır. Belə ki, cavabdehin qeyd edilmiş hərəkətləri nəticəsində iddiaçıların mənzilləri üçün daima yanğın, su sızması və nəticədə mənzillərin dağıdılması ilə nəticələnən tavanın uçması və s. əmlak ziyanı ilə nəticələnə bilən təhlükələr vardır. Cavabdeh zəbt etdiyi sahələrdə həmin sahələr üçün nəzərdə tutulmayan su xətləri çəkib. Həmin xətlərin çəkilməsi binanın konstruksiyasına uyğun olmadığına görə iddiaçıların mənzillərinə daima su sızır. S. Məmmədovun mülkiyyətində olan mənzilin tavanı həmin su sızmaları nəticəsində bərbad vəziyyətə düşmüşdür. Su sızma nəticəsində yüksək səviyyədə təmir edilmiş mənzilin su sızmaya məruz qalan otaqları tamamilə yararsız vəziyyətə düşmüşdür. Su sızmasına görə qopub tökülən təmir-tikinti materialları adi yaşayış imkanlarını məhdudlaşdırır. Nəticədə S. Məmmədovun təmirli mənzilinə xeyli miqdarda ziyan dəymişdir. Buna baxmayaraq cavabdeh binadan qanunsuz istifadəni davam etdirir. Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M. İbrahimov küçəsində yerləşən 5 saylı evdə mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdə, binanın çardağında və digər sahələrində aparılmış tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi; yuxarıda qeyd edilmiş və binanın konstruksiyasına və dayanıqlığına mənfi təsir edən cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi; cavabdeh tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və iddiaçıların mənzillərinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi; İddiaçı1 dəymiş mənəvi ziyana görə 10.000, maddi ziyana görə 10.000 manat, cəmi 20.000 manat pulun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi; Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdən, binanın çardağından və digər sahələrindən istifadə etmək, həmin əraziyə daxil olmaq Cavabdeh1 qadağan edilməsi; Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, M. İbrahimov küçəsində yerləşən 5 saylı evdən, həmin evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər sahələrindən çıxarılması, həmin sahələrin iddiaçıların istifadəsinə verilməsi, iddiaçıların həmi n sahələrdən sərbəst istifadə etmək imkanlarıın təmin edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M. İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər ümumi istifadə üçün nəzərdə tutulan sahələrindən istifadə etmələrinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğuların, qapıların sökülməsi, bağlı kilidlərin açılması, cavabdeh tərəfindən həmin əraziyə qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyinin Cavabdeh1 həvalə edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M. İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və ümumi istifadə üçün nəzərdə tutulmuş digər sahələrindən istifadə etmələrinə maneəçilik törətməyin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
12. İlkin iddia üzrə iddiaçılar ilkin iddia ərizəsinə dəyişiklik edərək təqdim edərək, cavabdehlər: Cavabdeh1, Cavabdeh3 və X17 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdə mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdə, binanın çardağında və digər sahələrində aparılmış tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi; yuxarıda qeyd edilmiş və binanın konstruksiyasına və dayanıqlığına mənfi təsir edən cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onlar ın nəticələrinin sökülməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X17 tərəfindən M.İbrahimov küçəsi, 5 saylı binanın ümumi istifadə sahəsi olan İ. Səfərli küçəsi, 12/123 saylı binanın çardağ hissəsinə açılmış giriş-çıxış sahəsi bağlanılması, bununla bağlı aparılmış tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işləri qanunsuz hesab edilməsi və sökülməsi; cavabdehlər tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və iddiaçıların mənzillərinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi; İddiaçı1 dəymiş mənəvi ziyana görə 10.000, maddi ziyana görə 10.000 manat, cəmi 20.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi; Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerlə şən 5 saylı evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdən, binanın çardağından və digər sahələrindən istifadə etmək, həmin əraziyə daxil olmağın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X13 qadağan edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X17 Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdən, həmin evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər sahələrindən çıxarılsınlar, həmin sahələr idiaçıların istifadəsinə verilməsi, iddiaçıların həmin sahələrdən sərbəst istifadə etmək imkanlarının təmin edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər ümumi istifadə üçü n nəzərdə tutulan sahələrindən istifadə etmələrinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğuların, qapıların sökülməsi, bağlı kilidlərin açılması, cavabdeh tərəfindən həmin əraziyə qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh3, X17, Cavabdeh1 əğluna həvalə edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və ümumi istifadə üçün nəzərdə tutulmuş digər sahələrindən istifadə etmələrinə maneəçilik törətmək cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İlkin iddia ərizəsinə dəyişik lik onunla əsaslandırılmışdır ki, üçüncü şəxs 42 saylı MKİS-dən daxil olan məlumatlara əsasən M.İbrahimov küçəsi 5 saylı binanın ümumi istifadə sahəsi olan İ.Səfərli küçəsi, 12/123 saylı binanın çardağ hissəsinə giriş-çıxış mövcuddur. Həmin giriş-çıxış Cavabdeh3 və X11 istifadəsindədir. Həmin giriş-çıxış texniki pasportda öz əksini tapmamışdır. M.İbrahimov küçəsi 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzil Cavabdeh3 adınadır. X1r. Buna görə də Cavabdeh3 və X11 cavabdehlər siyahısına daxil edilməsi zəruridir.
14. Qaşrılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və maneənin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
15. Qarşılıqlı iddiaçı Cavabdeh1 iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı1 iddia ərizəsi ilə ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının çardağınm və digər ümumi istifadədə olan sahələrinin Cavabdeh1 tərəfindən zəbt etməsini iddia etmişdir. Bununla yanaşı İddiaçı1 Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməsi və ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Lakin mübahisəli sahəyə yerində baxış keçirən zaman binanın həyətində yerləşən yanğın pilləkəninin üzərində qıfıl vurulduğunu aşkar etmək olar. Qeyd etmək lazımdır ki, həmin pilləkən yanğın çıxışı olmaqla yanaşı həm də binanın çardağına daxil olmaq üçün yeganə vasitədir. Sözügedən pilləkən İddiaçı1 və onunla birlikdə çoxmənzilli yaşayış binasının daxilində mehmanxana (otel) işlədən Soltan Mustafayev adlı şəxs tərəfindən zəbt edilərək qıfıllanmışdır. Beləliklə də İddiaçı1 və Mustafayev Soltan binanın yanğın pilləkənini öz şəxsi mülkü kimi yalnız otelin ehtiyacları üçün istifadə edirlər. Belə olan halda binanın dəhlizlərinin, çardağının və digər sahələrinin Cavabdeh1 tərəfindən zəbt edilməsindən söhbət belə gedə bilməz çünki həmin sahələrə giriş-çıxış ilkin iddia üzrə iddiaçı tərəfindən qanunsuz məhdudlaşdırılmışdır. Beləliklə də hesab edir ki, İddiaçı1 hərəkətləri qanunsuz hesab edilməli və ünvan 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin girişinə asılmış qıfıllar ləğv edilməlidir. Göstərilənlərə əsasən İddiaçı1 ünvan 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin girişini bağlamaqla zəbt etməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhəri M.İbahimov küçəsi, ev 5 ünvanmda yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin girişinə asılmış qıfıl və kilidlərin məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
16. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Vəkil3 qarşılıqlı iddia tələbinə əlavə təqdim edərək, cavabdeh İddiaçı1 vicdansızcasına əsassız iddia qaldırması nəticəsində vurulmuş mənəvi ziyana görə 5000 manat və cavabdeh İddiaçı1 vicdansızcasına əsassız iddia qaldırması nəticəsində vaxt itkisinə görə 10000 manat məbləğində kompensasiyanın iddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Qarşılıqlı iddia tələbinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı və müstəqil tələb irəli sürməyən d igər üçüncü şəxslər tərəfindən təqdim edilmiş maddi sübutlarda və sənədlərdə hər hansısa hərəkətin Cavabdeh1 tərəfindən törədildiyi göstərilməmişdir. Bununla yanaşı, əksinə işin bir çox halları Cavabdeh1 həmin binaya heç bir aidiyyətinin olmadığına, hər hansı sahənin zəbt etmədiyinə və iddiaçılara qarşı hər hansı ziyan vurmadığına dəlalət edir. İş materiallarından göründüyü kimi Cavabdeh1 qarşı iddia tələbi bütövlükdə fərziyyələrə əsaslanır, heç bir maddi sübutla təsdiq olunmur, iddia olunan hüquqi nəticələrlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqə sübuta yetirilməmişdir. Buna baxmayaraq iddiaçı Cavabdeh1 cavabdehlər sırasından çıxarmamış və ona qarşı iddia tələbləri irəli sürməyə davam etməkdədir. Beləliklə də hesab edirlər ki, İddiaçı1 vicdansızcasına əs assız iddia verməsinə dair hərəkətləri Cavabdeh1 iş vaxtının itirilməsi və mənəvi iztirablar keçirməsi ilə nəticələndiyi üçün qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyan ödənilməlidir.
18. Qarşılıqlı iddia üzrə iddiaçı X17 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
19. Qarşılıqlı iddia üzrə iddiaçı X11 qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli sahəyə yerində baxış keçirən zaman binanın həyətində yerləşən yanğın pilləkəninin üzərində qıfıl vurulduğunu aşkar etmək olar. Qeyd etmək lazımdır ki, həmin pilləkən yanğın çıxışı olmaqla yanaşı həm də binanın çardağına daxil olmaq üçün yeganə vasitədir. Sözügedən pilləkən İddiaçı1 və X5 tərəfindən zəbt edilərək qıfıllanmışdır. Beləliklə də İddiaçı1 və X5 binanın yanğın pilləkənini, blokunu və çardağın giriş qapısını öz şəxsi mülkü kimi yalnız otellərinin ehtiyacları üçün istifadə edirlər. Belə olan halda binanın dəhlizlərinin, çardağının və digər sahələrinin Cavabdeh2 və ya digər şəxslər tərəfindən zəbt edilməsindən söhbət belə gedə bilməz, çünki həmin sahələrə giriş-çıxış ilkin iddia üzrə iddiaçı tərəfindən qanunsuz məhdudlaşdırılmışdır. Beləliklə də hesab edir ki, İddiaçı1 və X2 hərəkətləri qanunsuz hesab edilməli və ünvan 6 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin girişinə və həmin binanın çardağının qırış qapısına asılmış qıfıllar məcburi qaydada sındırılaraq qoyulmuş süni maneələr ləğv edilməlidir.
20. Qarşılıqlı iddia üzrə iddiaçı X11 nümayəndəsi qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri M.İbahimov küçəsi, ev 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin, blokun və çardağın giriş qapısının dəmir bağlamaqla zəbt etməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi; ünvan 6 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin, blokun və çardağın giriş qapısına asılmış qıfıl və kilidlərin məcburi qaydada sökülməsi və qanunsuz hərəkətlər nəticəsində vurulmuş mənəvi ziyana görə 10000 manat məbləğində kompensasiyanın cavabdeh İddiaçı1 və İddiaçı2 birgə qaydada tutularaq iddiaçı Cavabdeh2 barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir.
21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2(004)-1163/2021 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) hər üç iddia rədd edilmişdir.
22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə iddiaçılar mülkiyyətlərində olan binanın ümumi sahələlərindən istifadə etmək imkanlarından məhrum edilməsini göstərsələr də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, binanın çardağ hissəsinə blokdan giriş İddiaçı2 məxsus olan mənzilin qapısında olan dəhlizdən olmaqla, iddiaçılar çardağın əsas giriş qapısından (blokdan) daxil olmaqla çardağın 15,0 kv. m hissəsindən istifadə edirlər. Məhkəmə hesab etmişdir ki, ilkin iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, ev 5-in çardağ ından istifadə etmələrinə dair məhduddiyyətlər yaradılmasına dair tələbləri əsassızdır.
23. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçıların cavabdehlərin binanın çardağından bu və ya digər formada istifadələri zamanı onların mülkiyyətində olan mənzillər üçün real dağıntı təhlükəsi yaranmasına dair dəlilləri də əsaslı sayıla bilməz. Belə ki, iddiaçılar mənzilləri üçün daima yanğın, su sızması və nəticədə mənzillərin dağıdılması ilə nəticələnən tavanın uçması və s. əmlak ziyanı ilə nəticələnə bilən təhlükələr yarana bilməsi, eləcə də, İddiaçı1 mülkiyyətində olan mənzilin tavanı həmin su sızmaları nəticəsində bərbad vəziyyətə düşməsi, su sızma nəticəsində yüksək səviyyədə təmir edilmiş mənzilin su sızmaya məruz qalan otaqları tamamilə yararsız vəziyyətə düşməsi, nəticədə sonuncunun təmirli m ənzilinə xeyli miqdarda ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübutlar təqdim etməmişlər.
24. Məhkəmə həmçinin hesab etmişdir ki, ilkin iddiaçıların mübahisəli evin çardağında qanunsuz tikinti işləri aparılmasına dair dəlilləri 42 saylı MKİS-nin iş materiallarında olan arayışının məzmunu ilə təkzib edilir.
25. Məhkəmə qeyd etmişdir ki, ilk iddiaçının cavabdehlərdən 10000 manat maddi ziyan tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassız olduğundan rədd edilməlidir.
26. Məhkəmə ilk iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Çünki, əsas tələb vurulmuş maddi ziyanın ödənil məsi ilə bağlı olmaqla, həmin hissədə iddia tələbi rədd edildiyindən, əlavə tələb kimi çıxış edən vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə də iddia rədd edilməlidir.
27. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh1 iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, iddia rədd edilməlidir. Belə ki, işin materiallarından da görünür və Cavabdeh1 da iddiasında etiraf edir ki, Yasamal rayonu, M. İbrahimov küçəsi, 5 saylı binaya heç bir aidiyyəti olmamışdır. Belə olan halda onun hazırki iş üzrə iddia qaldırmağa subyektiv hüququ olmamışdır.
28. Qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddiasına hüquqi qiymət verərək bu iddianın da dəlillərinin əsassız olması qənatinə gəlmiş və göstərmişdir ki, o, iddiasında İddiaçı1 və X4 binanın yanğın pilləkənini, blokunu və çardağın giriş qapısını öz ş əxsi mülkü kimi yalnız otellərinin ehtiyacları üçün istifadə etmələrini göstərməklə onun həmin sahələrə girişçıxının qanunsuz olaraq məhdudlaşdırılmasını iddia etsə də, işin materiallarında olan 42 saylı MKİS-nin məktub və aktlarından aydın olur ki, 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İ. Səfərli küçəsi 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndən giriş-çıxış üçün Cavabdeh3 və Cavabdeh2 istifadə edir. Bunula da məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia üzrə idiaçının onun istifadəsində olan çardağın digər hissəsinə sərbəst şəkildə giriş-çıxışı olduğundan, iddiaçılar tərəfindən çardağın məhz onların istifadələrində olan hissəsinə giriş olan tərəfdən qapısının bağlanılması, qarşılıqlı iddia üzrə iddiaçının maraqlarına toxunmur.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 35.1-ci maddələri, Cavabdeh1 qarşılıqlı iddiasına münasibətdə Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı, Cavabdeh2 qarşılıqlı iddiasına münasibətdə Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhk əməsindəki birinci icraat
30. İddiaçı X18 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2(004)-1163/2021 nömrəli qətnaməsinin qismən, ilk iddianın təmin olunmadığı hissədə ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(103)-11770/2021 nömrəli qətnaməsi ilə (hakim Namiq Cəfərovun sədrliyi və məruzəsi ilə hakimlər Xəyal Sarıyevdən və Emin Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2(004)-1163/2021 nömrəli qətnaməsi İddiaçı1 ilk iddiasının rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli bina çoxmənzilli bina sayılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın ümumi əmlakına dair qərar qəbul etmək sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətinə aiddir. Ümumi yığıncağın keçirilməsi qaydası qanunla müəyyənləşdirilmişdir. Lakin iddiada qeyd olunan məsələ ilə bağlı ümumi yığıncaq keçirilməmişdir. Odur ki, əvvəlcə ümumi yığıcaq çağırılmalı və bu məsələ müzakirə olunaraq qərar qəbul edilməli idi. Belə qərarlar məcburi sayılır.
33. İddiaçılar çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağını çağırmadan yığıncağın səlahiyyətinə aid olan məsələni məhkəmədə qaldırmışlar. Ümumi yığıncağın qərarı olmadığına görə də hesab olunur ki, iddiaçılar hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyillər, birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı rədd etmişdir.
34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1, 43.2, 44, 45.5, 45.6-cı maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
35. İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(103)11770/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aq il Abbasov) xx.xx.2022ci il tarixli 2(102)-2645/2022 saylı qərarı ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(103)11770/2021 nömrəli qətnaməsi ləğv edilmişdir və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
37. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya məhkəməs inin də göstərdiyi kimi, iddiaçılar ümumilikdə 9 tələb irəli sürmüşdür. Həmin tələblər iddiaçıların mülkiyyətlərində olan yaşayış sahələrinin üstündə yerləşən, mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahədə (çardaqda) cavabdehlər tərəfindən yenidənqurma və tikinti işlərinin qanunsuz hesab edilməsindən, həmin işlərin nəticələrinin sökülməsindən, binanın sökülmüş konstruktiv elementlərinin bərpa edilməsindən və s. ibarət olmuş və əsas kimi göstərilmişdir ki, cavabdehlərin çardaqdan istifadə etmələri nəticəsində iddiaçıların mənzillərinə və mənzillərin yerləşdiyi binaya təhlükə yaradılır, mənzilə su axıdılır və s. Birinci instansiyası məhkəməsi iddianı o əsasla rədd etmişdir ki, iddiaçılar tələbini sübut edə bilməmişlər. İddiaçı1 birinci instansiya məhkəməsinin bu mövqeyini apellya siya qaydasında mübahisələndirsə də, apellyasiya məhkəməsi ümumiyyətlə hesab etmişdir ki, iddiaçının bu iddiaları irəli sürməyə subyektiv hüququ yoxdur.
38. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi Mənzil Məcəlləsinin 43, 44 və 45-ci maddələrini düzgün tətbiq etməyərək, iddiaçının hazırki iddianı yalnız sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarını aldıqdan sonra irəli sürmək hüququna malik olması qənaətinə gəlmişdir.
39. Hazırki iddia tələblərinin əsas hissəsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətinə aid deyildir. Belə ki, iddiaçılar çoxmənzilli binanın yenidən qurulması, tikili və qurğuların inşa edilməsi, təmiri, ümumi əmlakın istifadəyə verilməsi ilə bağlı deyil, zəbt olunduğunu, mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırdığı və ona zərər vu rması ilə nəticələnməsini iddia etdiyi hərəkətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması ilə əlaqədardır.
40. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin onun mülkiyyətinə ziyan vurulması ilə nəticələnən digər şəxslərin hərəkətlərin qarşısının alınması üçün ilk olaraq sahə mülkiyyətçisinin ümumi yığıncağının çağırılması, binanın idarəetmə orqanının qərarının qəbul edilməsi, yalnız həmin qərar icra olunmadığı halda məhkəməyə müraciət etməsindən ibarət apellyasiya məhkəməsinin mövqeyi iddiaçıların hüquqlarının pozulması ilə nəticələnir. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
41. Məhkəmə kollegiyası qətnamənin ləğvinin hüquqi əsası kimi, AR Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 43.2, 152.1, 152.5 və 157.4-ci, Mənzil Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
42. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X10(sədrlik edən və məruzəçi) X20 və X16,) xx.xx.2022-ci il tarixli 2(103)-5775/2022 nömrəli qətnaməsi ilə, ilkin İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin etmişdir və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1163/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinə dair hissədə ləğv etmişdir, həmin hissədə ilkin iddia qismən etmişdir. İ.Səfərli küçəsi, 12/123 nömrəli binanın ümumi istifadə sahəsi olan çardaq hissəsinə açılmış giriş-çıxış sahəsinin bağlanması, iddiaçıların binanı n mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən (çardağından və s.) istifadə etməsinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğu və qapıların sökülməsi, bununla bağlı aparılmış tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi və sökülməsi, bağlı kilidlərin açılması, həmin əraziyə cavabdehlər tərəfindən qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X13 həvalə edilmişdir.İlkin iddia tələbi qalan hissədə təmin edilməmişdir.
43. Apellasiya instansiya məhkəməsi qeyd edilməsini zəruri hesab edir ki, məhkəmə icraatı zamanı İddiaçı1 mülkiyyətçisi olduğu mənzili anası İddiaçı3 bağışladığından, əsl iddiaçı kimi İddiaçı1 əvəzinə İddiaçı3 tanınmışdır.
44. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi ilkin iddiaçının iddia tələbində göstərdiyi 9 halın yerində araşdırılması məqsədilə mübahisəli sahəyə yerində baxış keçirmişdir. Mübahisəli yerə yerində baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində qismən haqlı olmuşdur. Belə ki, kollegiya iş materialları, tərəflərin izahatları, Ali Məhkəmənin göstərişləri və yerli baxışın nəticələrinə əsaslanaraq qeyd edir ki, cavabdehlər tərəfindən binanın ümumi istifadə sahəsi olan, İ.Səfərli küçəsi, 12/123 nömrəli binanın çardaq hissəsinə açılmış giriş-çıxış sahəsinin bağlanılması, bununla bağlı aparılmış tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi və sökülməsi, eyni zamanda, iddiaçıların binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən (çardağından və s.) istifadə etməsinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğu və qapıların sökülməsi, bağlı kilidlərin açılması, həmin əraziyə cavabdehlər tərəfindən qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi hissəsində ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
45. Kollegiya mövqeyini yuxarıda qeyd edilən hallar ilə əsaslandırıb və vurğulayıb ki, hazırda mübahisələndirilən çardaq binanın ümumi istifadə sahəsi olmaqla bütün sakinlərin ümumi istifadəsindədir. Belə olan halda, sakinlərin hər hansı birini n digərinin həmin sahədən istifadə etməsinə mane olan hərəkətlər etməsi onların hüquqlarının pozulmasına gətirib çıxarır. Hazırki iş üzrə cavabdehlərin binanın ümumi istifadə sahəsi olan, İ.Səfərli küçəsi, 12/123 nömrəli binanın çardaq hissəsinə açılmış giriş-çıxış sahəsini bağlaması, tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərini aparması, binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən (çardağından və s.) istifadə etməsinə imkan verməyən maneələr yaratması, orada qanunsuz tikinti, qurğuların inşa edilməsi, qapılar qoyması, kilidlər vurması, qanunsuz əşya və qurğuların yerləşdirilməsi binanın digər sakinlərin ümumi istifadədə olan sahədən istifadəsini məhdudlaşdırmışdır. Bu səbəbdən də, həmin məhdudiyyətlər cavabdehlər tərəfindən aradan qaldırılmalıd ır.
46. Kollegiya ilkin iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edib ki, həmin hissədə qeyd edilən hallar kollegiya tərəfindən həmin sahəyə baxış keçirilən zaman aşkar edilmədiyindən təmin edilməməlidir.
47. Hazırki iş üzrə iddiaçı 10000 manat mənəvi, 10000 manat maddi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə həmin məbləğin hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya hesab edir ki, maddi və mənəvi zərərin ödənilməsi tələbi rədd edilməlidir.
48. Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 43.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. Cavabdeh1 (Vəkil3), cavabdeh X17 (Vəkil3), Cavabdeh3 (Vəkil3) ayrı ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5775/2022 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdilər.
50. Cavabdeh1 şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən hallar işin materiallarına uyğun de yil, cavabdeh şəxslərin hüquq pozuntularının hərəkətlərinin (hərəkətsizliklərinin) yaranma əsasları və mexanizmi məhkəmə tərəfindən araşdırılmayıb, onların yol verdiyi pozuntuların və ya kənarlaşmaların hüquqi əsasların təyin edilmədən onların üzərinə öhdəlik qoyulmuşdur. Məhkəmə öz qətnaməsində iddiaçılar üçün ümumi sahədən istifadə rejimi müəyyən etməklə faktiki olaraq digər mənzil və sahə mülkiyyətçilərinin hüquqlarını pozmuş olur, çünki maddəsinin imperativ tələblərinə əsəsən bu səlahiyyət mənzil mülkiyyətçilərinin ümumi, yəni kollegial səlahiyyətidir. Apellyasiya məhkəməsi qətnamə ilə faktiki olaraq sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid məsələ üzrə qərar qəbul etməklə, qanunvericiliyin müvafiq normasını düzgün tətbiq etməmişdir. Prosessual pozuntulara gəldikd ə isə, iş materiallarında olan bəzi MKİS arayışlarına istinad etsə də digərlər arayışları nəzərə almamış və həmçinin sübutların mötəbərliyinin hansı səbəbdən şübhə altına aldığını əsaslandırmamışdır. İdiaçıların maraqlarının pozulması ilə bağlı yaranan halların məhz cavabdeh şəxlərin hərəkətləri nəticəsində yaranması məhkəmə qətnaməsində göstərilməmiş və bu halların nədən ibarət olması, hansı sübutlarla təsdiq edilməsi göstərilməmişdir, iddia tələbi üzrə 3 fiziki şəxs cavabdeh qismində müəyyən edilsə də məhkəmə araşdırılması zamanı həmin şəxslərin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı iddiaçıların hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması arasında səbəbli əlaqə aşkar edilməmişdir.
51. Birinci kassator şikayyətinin hüquqi əsası kimi AR Mənzil Məcəlləsinin 35.2, 43.2.2-ci madd ələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə, AR Mülki Prosessual Məcəlləsi 9.1, 9.3, 50.3, 77.1., 88-ci maddələrinə istinad etmişdir.
52. Cavabdeh X17 şikayətini Cavabdeh1 şikayətinə uyğun əsaslandırmış və şikayətinin hüquqi əsası kimi birinci kassatorun istinad etdiyi müvafiq maddələrə istinad etmişdir.
53. Cavabdeh3 da şikayətini digər iki cavabdehin kassasiya şikayətlərinə uyğun əsaslandırmış və şikayətinin hüquqi əsası kimi digər iki kassatorun istinad etdiyi müvafiq maddlərə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 55. 13-cü maddəs inə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 56. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 57. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
58. Maddə 152.1-ci mülkiyyət hüququ – subyektin ona mənsub əml aka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
59. Maddə 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
60. Maddə 157.4-cü əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərə kətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
61. Maddə 35.1-ci yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
62. Maddə 35.2-ci çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam v erir.
63. Maddə 43.2 çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsəl ələr. 64. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər v uran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. 65. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mö vqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkət sizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
66. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
67. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.
69. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
73. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 76. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxla ya bilər. Kassasiya baxışının hədləri
77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
78. Hazırkı kassasiya şikayətiləri ilə qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
79. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ka ssasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
81. Cavabdeh1 ilkin olaraq tərəflər arasındakı mübahisəli hüquq münasibətinə aid faktiki halları qarşılıqlı iddia ərizəsində göstərməklə qarşılıqlı iddia verməklə iş üzrə cavabdehliyini qəbul etmişdir. Onun mübahisələndirilən bina ilə faktiki əlaqəsinin sənədlərlə təsdiqlənməsinə isə ehtiyac yoxdur.Şəxs faktiki hərəkətləri ilə başqa şəxslərin hüquqlarını pozarsa, hüquqları pozulan şəxslər pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər və məhkəmə də həmin pozulmuş hüquqları müdafiə etməyə borcludur.
82. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, onun hazırki iş üzrə iddia qaldırmağa subyektiv hüquq u olmamışdır. Apellyasiya instansiyası məhkəməsi ilkin iddiaya münasibətdə Cavabdeh1 da cavabdeh qismində müəyyənləşdirmiş və ona qarşı da iddianı qismən təmin etmişdir. Cavabdeh1 qarşılıqlı iddia verməyə subyektiv hüququnun olmaması o deməkdir ki, həmin binada Cavabdeh1 qanunla qorunan hüquqları yoxdur. Bu isə o demək deyil ki, faktiki hərəkətləri ilə başqalarının hüquqlarını pozarkən də cavabdehlik daşımayacaq. Cavabdeh1 detallı əsaslandırılma qeyd etməklə qarşılıqlı iddia ərizəsi verməklə cavabdehliyini qəbul etmişdir.Digər şəxslərin cavabdehliyi isə apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilən müvafiq sənədlərlə təsdiq edilir.Yəni, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin hər üçü tərəfindən iddiaçıların qanunla qorunan mənafelərini pozmaları müəyyənləşdirilərkən hər hansı bir maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir.
83. Kassasiya şikayətinin dəlillərində qeyd olunan digər hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
84. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olan dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 407.2-ci və 416.1-ci maddələrinə müvafiq olaraq hazırkı icraa t çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
86. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
87. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 258.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, X17 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri t əmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli 2(103)-5775/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.