Məhkəmə qərarları › İş №2(102)-1391/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1391/2025

15.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(102)-1391/2025 15.04.2026 ALI MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı iddiaçı2 cavabdeh cavabdeh3 MTK-ya və qeyrilərinə qarşı “Xırdalan şəhəri, Bakı- Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən cavabdeh cavabdeh3 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilinə sahiblik hüququnun tanınması, mənzilin ona təhvil verilməsi, yaranan maneçiliyin aradan qaldırılmasının MTK-ya həvalə edilməsi, həmin mənzilə dair MTK ilə cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız sayılması və sonuncunun adıçəkilən mənzildən çıxarılması”na dair ilkin iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, iddiaçı iddiaçı2 cavabdeh cavabdeh3 MTK-ya qarşı qeyd edilən mənzilə görə ödənmiş pul məbləğinin cavabdeh3 MTK və Şahid tələb etmək hüququnun izah edilməsi, cavabdeh3xxxx“cavabdeh iddiaçı2 ilə MTK arasında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9- cu mərtəbəsində yerləşən sahəsi 2B otaqlı 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış ## ##### 2015-ci il tarixli, *** saylı müqavilənin, həmçinin cavabdeh cavabdeh3xxxxöhdəliyinin icrasını təmin etmək məqsədi ilə iddiaçı1 MTK ilə cavabdeh4 arasında ## #### 2020-ci il tarixdə ünvan 2 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.metrlik mənzilə dair bağlanmış ** saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi və 200 000 manat pul tələbi” barədə qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, iddiaçı iddiaçı1xxxxcavabdeh4 və cavabdeh2 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməsi, iddiaçı1 MTK ilə cavabdeh4 arasında ünvan 1 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli binanın 1-ci blok 7-ci mərtəbəsində yerləşən ** saylı müqavilə və maliyə arayışının etibarsız hesab edilməsi, cavabdeh4 iddiaçı1 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir (hakim:C.Səfiyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı iddiaçı2 və cavabdeh cavabdeh4 apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı iddiaçı2 cavabdeh cavabdeh3 MTK-ya və qeyrilərinə qarşı ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmış, iddiaçı iddiaçı2 ilkin iddia tələbi təmin edilmiş, iddiaçı iddiaçı2 Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən cavabdeh cavabdeh3 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilinə sahiblik hüququ tanınması, mənzil ona təhvil verilməsi, yaranan maneçiliyin aradan qaldırılmasının MTK-ya həvalə edilməsi, həmin mənzilə dair “xxxx” MTK ilə cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız sayılması və cavabdeh1 adı çəkilən mənzildən çıxarılması, qətnamənin iddiaçı iddiaçı1xxxxcavabdeh4 və cavabdeh2 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılması, iddiaçı1xxxxcavabdeh4 və cavabdeh2 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddianın rədd edilməsi qət edilmişdir (hakimlər: Z.Məmmədov – məruzəçi, L.Rəhimli, A.Süleymanova) Cavabdeh cavabdeh1 (vəkil: vəkil1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Daha sonra, cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə təqdim edərək, kassasiya şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 410-cu maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. Işdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Belə olan halda, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 verdiyi kassasiya şikayətindən imtina qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Ərizə təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 verdiyi kassasiya şikayətindən imtina qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar