Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-14/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X oğlu, X2 və X18 ibarət tərkibdə, XXX katibliyi, İddiaçı1, İddiaçı1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh4, vəkili Vəkil5 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 MTK-ya və qeyrilərinə qarşı “sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və maneənin aradan qaldırılması, habelə Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanan müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması” barədə ilk, Cavabdeh1 MTK-nın İddiaçı1 və qeyrilərinə qarşı “müqavilələrin və maaliyyə arayışının etibarsız hesab edilməsi və pul tələbi” barədə (3-cü şəxs İddiaçı2 MTK) qarşılıqlı, İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı (3-cü şəxslər İddiaçı1 və Cavabdeh1 MTK) “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbi barədə ilk, Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-58/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh1 MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Satıcı Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 9-cu mərtəbəsində sahəsi 78.99 kv.metr olan 2 otaqlı 2B mənzili Alıcıya satmağı, Alıcı mənzilin hər bir kv.metr sahəsinin ilkin dəyəri 600 (altı yüz) manat 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manat Satıcıya ödəməlidir.
2. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın C giriş, 9-cu mərtəbəsində sahəsi 78,99 kv.metr olan 2B otaqlı mənzilin pay dəyəri 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manat İddiaçı1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
3. xx.xx.2015-ci il tarixli Cavabdeh1 MTK-ya məxsus kassa mədaxil orderindən görünür ki, xx.xx.2015-ci il tarixli 343 saylı müqaviləyə əsasən İddiaçı1 tərəfindən kooperativ mənzil üçün 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manat ödəniş etmişdir.
4. İddiaçı2 MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı2 MTK ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 85 kv.metr olan mənzili Cavabdeh2 satmağı, Cavabdeh2 mənzilin hər bir kv.metr sahənin ilkin dəyəri 1200 (min iki yüz) manat olmaqla, ümumi 102000 (yüz iki min) manat ödəməlidir.
5. İddiaçı2 MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası İddiaçı2 MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 7-ci mərtəbəsində sahəsi 85,0 kv.metr olan 2 otaqlı mənzilin pay dəyəri 102000 (yüz iki min) manat Cavabdeh2 tərəfindən ödənilmişdir.
6. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, atası X29, anası X9r.
7. xx.xx.2015-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 Elmira Əsədulla qızına onu bütün dövlət və kommersiya banklarında təmsil etməyi, adına hesab açmağı/bağlamağı, mövcud hesablar üzərində sərəncam verməyi, hesablardan istifadə etməyi, pul məbləğləri almağı/qoymağı, mədaxil/məxaric əməliyyatlarını yerinə yetirməyi, plastik kart sifariş etməyi, almağı və ya dəyişməyi, nəğd hesablaşma etməyi, pul köçürmələri yerinə yetirməyi, bütün bank əməliyyatları aparmağı, bununla əlaqədar lazımi sənədləri toplamağı, təqdim etməyi və almağı və ərizələr yazmağı, sənədləşmə işləri aparmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 50 (əlli) il müddətinə etibar etmişdir.
8. Mülki iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 ilə X23 arasında xx.xx.2019-cu ildə rəsmi nikah bağlanmış, X17 Rüstəmli soyadı verilmişdir.
9. 20.08.2018-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 78.17 kv/metr, yaşayış sahəsi 45.07 kv/metr, yardımçı sahəsi 33.1 kv/metr olan mənzili 125000 manata X1.
10. Mülki iş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh1 MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov, ev 57, mənzil 18, təsisçisi X10, İddiaçı2 MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov, ev 57A, təsisçisi X13r.
11. Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Satıcı Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 9-cu mərtəbəsində sahəsi 78.9 kv.metr olan 2 otaqlı 2B mənzili Alıcıya satmağı, Alıcı mənzilin hər bir kv.metr sahəsinin ilkin dəyəri 500 (beş yüz) manat olmaqla, 39450 (otuz doqquz min dörd yüz əlli) manatı Satıcıya ödəməlidir.
12. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın C giriş, 9-cu mərtəbəsində sahəsi 78,9 kv.metr olan 2B otaqlı mənzilin pay dəyəri 39450 (otuz doqquz min dörd yüz əlli) manat Cavabdeh4 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 4/979 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 180-181-ci vərəqlərində “Çinar-AN MTK” ilə İddiaçı1 arasında olan 08 aprel 2015-ci il tarixli 343 nömrəli müqavilədə “Çinar-AN MTK-nın sədri Hacıyev T.” qrafasındakı imza və 179-cu vərəqində olan həmin müqaviləyə aid maliyyə arayışında “Çinar-AN MTK-nın sədri” qrafasındakı imza; 182-183-cü vərəqlərində İddiaçı2 MTK ilə Cavabdeh2 arasında olan 18 mart 2020-ci il tarixli 18 nömrəli müqavilədə İddiaçı2 MTKnın sədri Məhəmmədov T.B.” qrafasındakı imza və 184-cü vərəqində olan həmin müqaviləyə dair maliyyə arayışında İddiaçı2 MTK-nın sədri” qrafasındakı imza - X24 tərəfindən icra olunmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi, istifadəyə törədilən maneənin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilmiş Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilinə dair onunla MTK arasında 08 aprel 2015ci tarixli 343 №-li alğı-satqı müqaviləsi bağlanmış, cavabdehə (kooperativə) - müqvilədə nəzərdə tutulmuş hər bir kv.metr üçün 600 manat olmaqla 47394 (qırx eddi min üç yüz doxsan dörd) manat vəsait tərəfindən tam ödənilmiş, bu barədə cavabdeh tərəfindən ona 08 aprel 2015-ci il tarixli kassa mədaxil orderinə əsasən qəbz, həmçinin MTK-ya borcunun qalmaması barədə maliyyə arayışı verilmiş, lakin yaşayış binasının tikintisi başa çatdırılmadığından müqavilə üzrə nəzərdə tutulmuş mənzil cavabdeh tərəfindən ona təhvil verilməmişdir. Mənzildə təmir işlərinə başlamaq üçün 2019-cu ilin axırlarında müqavilədə nəzərdə tutulmuş C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilinin ona təhvil verilməsi üçün cavadehə müraciət etmiş, ilin sonuncu müxtəlif bəhanələr gətirərək bundan yayınmağa başlamış, əvvəl mənzilin hazırkı bazar qiymətinə uyğun pulunu qaytaracağını bildirsə də, sonda pulu qaytarmamış, nə də mənzili ona təhvil verməmişdir. Cavabdeh, aralarında bağlanmış Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilinə dair 08 aprel 2015-ci tarixli 343 №-li alğı-satqı müqaviləsinin İ və İİ bəndlərinin tələbini pozmaqla nəzərdə tutulan mənzili ona təhvil verməmiş, mənzilin pulunun tam ödənilməsinə baxmayaraq, orada təmir işlərinin aparılmasına maneçiliklər törədir. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
16. Sonradan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh4 cavabdeh qismində işə cəlb edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi və yaşayış sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi ilə yanaşı, həmin mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 20 avqust 2018-ci il tarixli 343/2 №-li müqavilənin etibarsız hesab edilməsi və sonuncunun adıçəkilən mənzildən çıxarılması, həmçinin Cavabdeh1 MTK-nın qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh1 MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə MTK arasında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbəsində yerləşən sahəsi 2B otaqlı 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin etibarsız hesab edilməsini, həmçinin Cavabdeh1 MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.metrlik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
18. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə İddiaçı1 arasında bağlanmış 08 aprel 2015-ci il tarixli müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə sənədlərindəki imzalar Cavabdeh1 MTK-nin direktoruna məxsus deyildir. Həmin müqavilədəki və maliyyə sənədlərindəki imzaların Cavabdeh1 MTK-nin direktoruna məxsus olmadığı müəyyən edildikdən sonra kooperativin payçıları (təsisçiləri) tərəfindən İddiaçı1 08 aprel 2015-ci il tarixli müqavilə üzrə ödənilən pul vəsaiti geri qaytarılmışdır. Pul vəsaiti hissə-hissə olmaqla Cavabdeh1 MTK-nin ofisində 4-5 dəfəyə İddiaçı1 qaytarılmışdır. Belə ki, İddiaçı1 Cavabdeh1 MTK-nin Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən ofisinə dəfələrlə gəlmiş və pul vəsaitini geri almışdır. Bu hal müşahidə kameraları vasitəsi ilə qeydə alınmış, o cümlədən ofisdə işləyən şəxslər də İddiaçı1 pul aldığını görmüşlər. Hal-hazırda isə Elmira Vəliyevə kooperativin ona etibar etməsindən (pullar verilərkən yazılı qəbzlərin alınmaması və müqavilənin əslinin geri qaytarılmaması) sui-istifadə edərək, belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı1 da bilirdi ki, onunla bağlanılan müqavilə etibarsızdır və mənzil başqa şəxsə məxsusdur. İddiaçı1 öz razılığı ilə müqavilədə göstərilən pul vəsaiti ona geri qaytarılmışdır. Qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmiş İddiaçı2 MTK ilə Cavabdeh1 MTK-nin payçıları (təsisçiləri) arasında eyni şəxslər mövcuddur. İddiaçı1 pulun tam məbləğini istəmiş, lakin Cavabdeh1 MTK bu pul vəsaitini tam qaytara bilmədiyi üçün İddiaçı2 MTK-nın adından girov kimi mənzil müqaviləsi yazılmışdır. Belə ki, İddiaçı1 öz tanışı və qohumu olan Cavabdeh2 şəxsiyyət vəsiqəsini təqdim edərək, onun adına mənzil yazılmasını tələb etmişdir. Bu səbəbdən də İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv.metr mənzilə dair 18 saylı müqavilə bağlanmış və həmin müqavilə əsasında guya mənzilin dəyərinin ödənilməsinə dair arayış verilmişdir. Əslində isə İddiaçı2 MTK həmin müqaviləni Cavabdeh1 MTK-nın öhdəliyinin təminatı kimi bağlamış, həmin müqaviləyə görə İddiaçı2 MTK-ya heç bir ödəniş edilməmişdir. Cavabdeh2 hətta həmin mənzili belə görməmiş və müqavilə bağlanılan zaman iştirak etməmişdir. Pərvanənin əvəzinə müqaviləyə İddiaçı1 imza etmişdir. Başqa sözlə, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv.metr mənzilə dair bağlanmış 18 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı uydurma olmaqla əhəmiyyətsizdir və görüntü üçün rəsmiləşdirilmişdir.
19. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşılıqlı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia yalnız iddiaçıya qarşı verilməkdənsə (çünki cavabdeh qarşılıqlı iddianı ona qarşı iddia qaldırmış şəxsə qarşı verə bilər), digər şəxsə - Cavabdeh2 qarşı da verilmişdir. Halbuki, həmin şəxsin cavabdehə qarşı hər hansı iddia tələbi yoxdur və ona qarşı qarşılıqlı iddia tələbi yönələ bilməz. Belə olan halda onların hərəkətləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən qiymətləndirilməli və cavabdehdən işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş şəxs olaraq dövlətin xeyrinə müəyyən məbləğdə pul tutulmalıdır. İkincisi, vəkil və nümayəndə qeyd edir ki, İddiaçı1 Cavabdeh1 MTK-nın ofisinə dəfələrlə getmişdir və orada ona mənzilə görə ödədiyi pulu bir neçə dəfəyə qaytarıblar. İddiaçı1 dəfələrlə cavabdehin ofisinə getmişdir, mənzilin ona verilməsini, verilmədiyi təqdirdə isə ödədiyi pulun qaytarılmasını tələb etmişdir. Hər dəfə ona bir müddət sonra pulun qaytarılacağı bildirilsə də, bu edilməmiş və sonda məcbur olub hazırkı iddianı qaldırmışdır. Əgər cavabdehin İddiaçı1 pulun qaytarılması barədə sübutları varsa, buyursun təqdim etsin. Ümumiyyətlə, ona verilən bütün sənədləşməni imzalayan və möhürləyən cavabdeh MTK-nın hər hansı sənəd tərtib etmədən və İddiaçı1 imzalatmadan pulun guya ona qaytarılması gülüncdür. Belə sənəd olmasa da, İddiaçı1 olan sənədləri geri ala bilərdilər ki, sonradan MTK-ya qarşı hər hansı tələb irəli sürə bilməsin. Və nəhayət, əgər pulu qaytarıblarsa, bu MTK-nın mühasibatlıq sənədlərində və vergi hesabatlarında əks olunmalıdır, çünki külli miqdarda pulun qaytarılmasının mühasibatlıq sənədlərində və vergi hesabatlarında əks olunmaması artıq qanun pozuntusudur və bu cür hərəkətlər aşkar edildikdə məhkəmə iş üzrə xüsusi qərardad çıxarmalı və Baş prokurorluğa göndərməlidir. Üçüncüsü, cavabdeh qeyd edir ki, imzalar MTK-nın direktoruna məxsus deyil. Belədirsə, onda MTK ilə həmin tarixlərdə digər şəxslərlə bağlanılan müqavilələr təqdim edilsin, həmin müqavilələrə kimin qol çəkdiyinə baxılsın. Bundan əlavə, MTK-nın möhürü saxta imzalar çəkən şəxsdə nəyə görə olmalı idi? Və nəhayət, əgər MTK-nın daxilində belə saxtakarlıqlar edən şəxs varsa, onun saxtakarlıqları ilə bağlı, vətəndaşların etibarından sui-istifadə etməklə saxta müqavilələr bağlama faktları ilə bağlı MTK hüquq-mühafizə orqanlarına müraciət edibmi? Əgər edilməyibsə, məhkəmədən xahiş edir ki, iş üzrə xüsusi qərardad çıxardaraq bu faktların araşdırılması üçün Baş Prokurorluğa göndərsin. Dördüncüsü, cavabdeh qeyd edir ki, guya pul məbləğini tam qaytara bilmədiklərinə görə İddiaçı2 MTK ilə girov müqaviləsi bağlanmış və guya İddiaçı2 MTK tərəfindən mənzil girov qoyulmuşdur. Bildirir ki, bəli, İddiaçı2 MTK ilə hüquqlarını etibarnamə əsasında təmsil etdiyi, imza səlahiyyətləri olduğu şəxs ararsında 18 mart 2020-ci il tarixdə müqavilə bağlanmış, maliyyə arayışı verilmişdir. Artıq İddiaçı1 şübhə yaranır ki, İddiaçı2 MTK tərəfindən də Cavabdeh1 MTK kimi aldanır, çünki hazırda müəyyən olunur ki, onların təsisçiləri eyni şəxslərdir. AR MM-nin 296-cı maddəsinə əsasən daşınmaz əmlak girov yox, ipoteka qoyula bilər. Bundan əlavə, həmin Məcəllənin 309-cu maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Cavabdeh tərəf həmin məzilin ipoteka ilə (və ya öxü dediyi kimi girovla) yüklü edilməsi barədə sənədlər təqdim etsin. Əgər Cavabdeh1 MTK İddiaçı1 47394 manat ödəməlidirsə, niyə İddiaçı2 MTK onunla 102000 manat dəyərində digər müqavilə bağlayır? Niyə öz adına yox, başqa adamın adına müqavilə bağlayır? Beşincisi, AR MM-nin 354-cü maddəsinə əsasən əqdin mübahisələndirilməsi üçün 1 illik kəsici müddət müəyyən edilmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yəni, məhkəmə əgər əqdi etibarsız sayacaqsa, o zaman cavabdeh ödədiyi pulları mənə qaytarmalıdır.
20. Cavabdeh2 Cavabdeh1 MTK-nın iddia ərizəsinə etiraz edərək bildirdimişdir ki, İddiaçı1 onun anassıdır və Cavabdeh2 tərəfindən ona 50 (əlli) il müddətinə adından imza etmək səlahiyyəti verilməklə 21 fevral 2015-ci il tarixli etibarnamə verilmişdir. Onun xahişinə əsasən anası İddiaçı1 həmin etibarnamə əsasında Cavabdeh2 adından İddiaçı2 MTK-nın ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində 2 otaqlı mənzili almaq üçün 18 mart 2020-ci il tarixli, 18 nömrəli müqaviləni imzalamış, 102000 manat məbləğində ona məxsus vəsaiti İddiaçı2 MTK-ya ödəmiş və Cavabdeh2 adına maliyyə arayışı verilmişdir. Həmin müqavilənin Cavabdeh2 adından bağlanmasına anası İddiaçı1 səlahiyyəti olmasa və ya belə səlahiyyət aşılsa belə, həmin müqaviləni bəyənir və heç zaman mübahisələndirməmişdir. Bundan başqa, İddiaçı2 MTK tərəfindən 18 mart 2020-ci il tarixli müqavilənin və maliyyə arayışının imzalanması və möhürlənməsi onu göstərir ki, onun adından çıxış edən İddiaçı1 səlahiyyətləri yoxlanılmış və bununla bağlı hər hansı irad bildirilməmişdir. Hazırda Cavabdeh1 MTK tərəfindən başqa MTK ilə onun arasında bağlanmış müqavilənin mübahisələndirilməsi sadəcə olaraq ilkin iddia üzrə məsuliyyətdən yayınmaq məqsədi daşıyır. AR Mülki Məcəlləsinin 309-cu maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin cavabdeh-qarşılıqlı iddiaçı belə sənəd məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, əgər Cavabdeh1 MTK İddiaçı1 47394 manat məbləğində pul ödəməlidirsə, niyə İddiaçı2 MTK 102000 manat dəyərində girov müqaviləsi bağlasın və başqa MTK-nın məsuliyyətini öz üzərinə götürsün? Mülki qanunvericiliyə əsasən Cavabdeh1 MTK və İddiaçı2 MTK ayrı-ayrı hüquqi şəxslərdir və öz öhdəlikləri üçün müstəqil şəkildə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
21. Qarşılıqlı iddiaçının vəkili-nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə arasında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbəsində yerləşən sahəsi 2B otaqlı 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin etibarsız hesab edilməsini, Cavabdeh1 MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı1 200 000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
22. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşılıqlı iddia ərizəsinin həcminin arıtılması barədə ərizəyə etiraz edərək bildirmişdir ki, cavabdehin ərizəsindən görünür ki, nə iddianın predmeti və ya əsası dəyişmiş, nə də ki, iddia tələbinin həcmi artırılmışdır. Məsələn, iddiaçı 200 000 manat məbləğində pulun tutulması ilə bağlı məhkəməyə iddia ilə müraciət etsəydi, sonradan isə həmin məbləği artıraraq 300 000 manat tələb etsəydi, bu iddia tələbinin həcminin artırılması olardı və Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin təsiri altına düşərdi. Cavabdeh hazırkı ərizəni verməklə məhkəmə icraatı zamanı yeni iddia tələbi irəli sürmüşdür ki, bu da mülkiprosessual qanunvericiliyin tələblərinə ziddir. Konstitusiyon hüququndan istifadə etməklə hüquq-mühafizə orqanlarına müraciət etmişdir və onun şikayəti əsasında cinayət işi açılmış və Nərimanov Rayon Məhkəməsində araşdırma aparılır. Ona məxsus mənzilin ikinci dəfə satılması faktı artıq həmin araşdırma zamanı təsdiqini tapmışdır. Onu da qeyd etmək istəyir ki, cavabdeh ilk iddiaçının şikayəti əsasında onun işgüzar nüfuzuna xələl gətirildiyini, onun potensial müştərilərini qaçırtdığını, şirkətə zərər vurduğunu bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdehin vəkili və nümayəndəsi özü qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, İddiaçı1 ilə MTK arasında bağlanmış sənədlərdə olan imzalar MTK-nın direktoruna məxsus deyil. Hazırda hansı işgüzar nüfuzun ləkələnməsindən söhbət gedə bilər ki, MTK özü etiraf edir ki, onun daxilində belə saxtakarlıqlar edən şəxslər var, onlar vətəndaşların etibarından sui-istifadə etməklə saxta müqavilələr bağlayır.
23. İddiaçı2 MTK Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” iddia tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv.metr mənzilə dair bağlanmış 18 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının uydurma olmaqla etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 ilə İddiaçı1 arasında Xırdalan şəhəri, Bakı - Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbəsində yerləşən 2B otaqlı 78,99 kv.metr sahədən ibarət mənzilə dair 08 aprel 2015-ci il tarixdə, 343 saylı müqavilə bağlanmışdır. Sonradan Cavabdeh1 MTK-nin payçıları (təsisçiləri) tərəfindən İddiaçı1 08 aprel 2015-ci il tarixli müqavilə üzrə ödənilən pul vəsaiti geri qaytarılmışdır. Pul vəsaiti hissə-hissə olmaqla Cavabdeh1 MTKnin ofisində 4-5 dəfəyə İddiaçı1 qaytarılmışdır. Belə ki, İddiaçı1 Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən ofisinə dəfələrlə gəlmiş və pul vəsaitini gəri almışdır. İddiaçı2 MTK-nin təsisçilərindən Şahid və X26 ilə Cavabdeh1 MTK-nın payçısı X27 doğma qardaşdırlar. İddiaçı1 pulun tam məbləğini istəmiş, lakin Cavabdeh1 MTK bu pulu vəsaitini tam qaytara bilmədiyi üçün İddiaçı2 MTK-nın adından girov kimi mənzil müqaviləsi yazılmışdır. Belə ki, İddiaçı1 öz tanışı və qohumu olan (sonradan məlum olmuşdur ki, qızıdır) Cavabdeh2 şəxsiyyət vəsiqəsini təqdim edərək, onun adına mənzil yazılmasını tələb etmişdir. Bu səbəbdən də İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv.metr mənzilə dair 18 saylı müqavilə bağlanmış və həmin müqavilə əsasında guya mənzilin dəyərinin ödənilməsinə dair arayış verilmişdir. Əslində isə İddiaçı2 MTK həmin müqaviləni Cavabdeh1 MTK-nın öhdəliyinin təminatı kimi bağlamış, həmin müqaviləyə görə İddiaçı2 MTK-ya heç bir ödəniş edilməmişdir. Cavabdeh2 hətta həmin mənzili belə görməmiş və müqavilə bağlanılan zaman iştirak etməmişdir. Pərvanənin əvəzinə müqaviləyə İddiaçı1 imza etmişdir. Başqa sözlə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv.metr mənzilə dair bağlanmış 18 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı uydurma olmaqla əhəmiyyətsizdir və görüntü üçün rəsmiləşdirilmişdir.
25. İddiaçı2 MTK-nın iddia ərizəsinə həmin iş üzrə üçüncü şəxs İddiaçı1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, onunla Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 nömrəli müqaviləyə əsasən MTK ona məxsus Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “C” blokunun doqquzuncu mərtəbəsində yerləşən 2 otaqlı, 78,99 kv.metr sahəsi olan 213 nömrəli mənzilin dəyəri onun tərəfindən tam ödənildikdən sonra mülkiyyətinə verir. Həmin mənzilin tam dəyəri - 47394 manat məbləğində vəsait İddiaçı1 tərəfindən müqavilə imzalanarkən həmin MTK-ya ödənilmiş və bununla bağlı MTK tərəfindən ona kassa mədaxil qəbzi və maliyyə arayışı təqdim edilmişdir. Sonradan müəyyən olunmuşdur ki, həmin mənzil başqa şəxsə satılmış və o, bunu bildikdən sonra Cavabdeh1 MTK-ya qarşı Abşeron Rayon Məhkəməsində “həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbi barədə iddia qaldırmışdır, hazırda iş hakim Cəmilə Səfiyevanın icraatındadır. Eyni zamanda, Cavabdeh1 MTK-nın rəhbərliyi barədə cinayət işinin qaldırılması barədə Baş Prokurorluğa müraciət etmişdir, hazırda müraciəti əsasında Nərimanov Rayon Prokurorluğunda həmin MTK barədə araşdırma aparılır. Hazırda İddiaçı2 MTK Cavabdeh1 MTK-nın qanunsuz əməllərini ort-bastır etmək üçün qızına qarşı iddia ilə məhkəməyə müraciət etmişdir.
26. Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, İddiaçı2 MTK tərəfindən ona qarşı qaldırılmış iddianı rədd edib, qarşılıqlı iddianı təmin etməklə, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MTK-nın üzrərinə ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində 2 otaqlı, 85 kv.metr sahəsi olan mənzilin ona təhvil verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir.
27. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası İddiaçı1 ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 nömrəli müqaviləyə əsasən, MTK ona məxsus Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “C” blokunun doqquzuncu mərtəbəsində yerləşən 2 otaqlı, 78,99 kv.metr sahəsi olan 213 nömrəli mənzilin dəyəri anası tərəfindən tam ödənildikdən sonra onun mülkiyyətinə verir. Həmin mənzilin tam dəyəri - 47394 manat məbləğində vəsait anası tərəfindən müqavilə imzalanarkən həmin MTK-ya ödənilmiş və bununla bağlı MTK tərəfindən ona kassa mədaxil qəbzi və maliyyə arayışı təqdim edilmişdir. Anası İddiaçı1 özünə məxsus və ailəliklə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 67/71, 157 saylı mənzili 20 avqust 2018-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmiş müqavilə əsasında X5 125000 manata satmışdır. Satışdan əldə olunan məbləğin bir qismini ona hədiyyə etmişdir. Anasından həmin məbləğə uyğun elə həmin ərazidə onun adına ev almağı xahiş etmişdir və o, satılan evin yaxınlığında İddiaçı2 MTK tərəfindən ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1- ci blok, 7-ci mərtəbəsində 2 otaqlı, 85 kv.metr sahəsi olan mənzilin dəyərini İddiaçı2 MTK-ya 102.000 manat məbləğində tam ödəmiş və MTK tərəfindən onun adına maliyyə arayışı da verilmişdir. Satılan ev ilə İddiaçı2 MTK-dan alınan evin arasında məsafə piyada 5-10 dəqiqə təşkil edir. Bu da onu göstərir ki, böyüyüb başa çatdığı mənzilin yerləşdiyi ərazidə yenidən mənzil almaq istəmişdir. Həmin müqaviləni anası onun adından imzalamış və buna səlahiyyətli olmağı barədə İddiaçı2 MTK-ya etibarnamənin surətini təqdim etmiş, MTK da buna heç bir etiraz etməyərək müqaviləni imzalayaraq pulu anasından qəbul etmişdir. Bundan sonra, anası qalıq məbləğ ilə Cavabdeh1 MTK tərəfindən müqavilə əsasında aldığı mənzili təmir etmək üçün ora getdiyi zaman müəyyən olunmuşdur ki, həmin mənzil başqa şəxs tərəfindən təmir edilmiş və orada artıq yaşayış var. Bununla bağlı anası Cavabdeh1 MTK-ya qarşı Abşeron Rayon Məhkəməsində həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbi barədə iddia qaldırılmışdır. Həmin işdə Cavabdeh1 MTK onu da cavabdeh qismində cəlb etməklə hazırkı iddia tələbini orada da irəli sürmüşdür. Eyni zamanda, Cavabdeh1 MTK-nın rəhbərliyi barədə anasına məxsus mənzilin yenidən başqa şəxsə satılması ilə bağlı cinayət işinin qaldırılması barədə Baş Prokurorluğa müraciət edilmiş, hazırda həmin müraciət əsasında Nərimanov Rayon Prokurorluğunda bu faktla bağlı araşdırma aparılır. Hazırda İddiaçı2 MTK Cavabdeh1 MTK-nın qanunsuz əməllərini ört-bastır etmək üçün ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 MTK və Cavabdeh1 MTK ayrı-ayrı hüquqi şəxslərdilər və hər biri öz öhdəlikləri üçün müstəqil şəkildə məsuliyyət daşıyırlar. Eyni zamanda, onların təsisçiləri və payçıları olan qardaşlar (iddiaçının bildirdiyinə görə), həmin MTK-ların öhdəlikləri üçün cavabdehlik daşımırlar. Əgər bir qardaş digər qardaşa maddi cəhətdən kömək edərək onun əməllərini ört-bastır etmək istəyirsə, niyə onun əvəzinə öz öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan İddiaçı2 MTK müqaviləyə bağlayır? Anası İddiaçı1 onun adından etibarnamə əsasında çıxış etmiş və həmin etibarnamənin surəti İddiaçı2 MTKya müqavilə bağlanarkən təqdim edilmiş, MTK həmin etibarnamə əsasında da müqaviləni izmalamışdır. İddiaçı2 MTK ilə arasında müqaviləyə anası onun adından ona görə imza etmişdir ki, ona tərəfindən etibarnamə verilmişdir. Məhkəmə hər hansı səbəbdən iddianın təmin edilməsi qənaətinə gəldikdə, o zaman mənzilin dəyərinə görə ödənilmiş 102000 manat məbləğində vəsaitin İddiaçı2 MTK tərəfindən ona və ya anasına qaytarılması məsələsini həll etməlidir. Tərəfindən İddiaçı2 MTK-ya ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7- ci mərtəbəsində 2 otaqlı, 85 kv.metr sahəsi olan mənzilin dəyəri (pay haqqı) tam ödənildiyinə görə həmin mənzilə onun dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ yaranmışdır. Hazırda İddiaçı2 MTK öz iddiası ilə onu əsassız olaraq bu hüququndan məhrum etmək istəyir.
28. Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(008)-3108/2021 saylı qərardadı ilə İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə 2(008)-3108/2021 saylı mülki iş, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)- 267/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.
29. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-6323/2021 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair mülki işlə İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki işlər bir icraatda birləşdirilmişdir.
30. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-58/2022 nömrəli qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 MTK-ya və qeyrilərinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilindən sahiblik hüququnun tanınması, mənzilin ona təhvil verilməsi, yaranan maneçiliyin aradan qaldırılmasının MTK-ya həvalə edilməsi, həmin mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış müqavilənin etibarsız sayılması və sonuncunun adıçəkilən mənzildən çıxarılması”na dair ilkin iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı qeyd edilən mənzilə görə ödənmiş pul məbləğinin Cavabdeh1 MTK və Şahid tələb etmək hüququnun izah edilməsi, Cavabdeh1 MTK-nın “cavabdeh İddiaçı1 ilə MTK arasında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbəsində yerləşən sahəsi 2B otaqlı 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin, həmçinin Cavabdeh1 MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.metrlik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi və 200 000 manat pul tələbi” barədə qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməsi, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında ünvan 6 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli binanın 1-ci blok 7-ci mərtəbəsində yerləşən 18 saylı müqavilə və maliyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).
31. Abşeron Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair MTK ilə İddiaçı1 arasında 08 aprel 2015-ci il tarixli müqavilə bağlanandan sonra MTK ilə Cavabdeh4 arasında xx.xx.2018-cİ il tarixli alğı-satqı müqaviləsi bağlanmasından dərhal sonra ilkin iddiaçının məlumatı olmasına baxmayaraq, 2020-ci ilin iyun ayında hazırkı iddia ilə, 23 dekabr 2021-ci il tarixdə isə iddia tələbini artıraraq Zakir Sadiqova qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmaqla ötən müddət ərzində hərəkətsizliyi Zakir Sadiqov üçün mübahisəli mənzilə sahiblənmək, ondan faydalanmaq imkanı yaratdığından MM-nin 452.1 maddəsinin tələbləri baxımından İddiaçı1 Cavabdeh1 MTK-ya və qeyrilərinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilindən sahiblik hüququnun tanınmasını, mənzilin ona təhvil verilməsini, yaranan maneçiliyin aradan qaldırılmasının MTK-ya həvalə edilməsinin, həmin mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış müqavilənin etibarsız sayılması və sonuncunun adıçəkilən mənzildən çıxarılmasına dair ilkin iddia tələbi təmin edilməsini istisna edir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh1 MTK-ya və qeyrilərinə qarşı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh1 MTK-nın İddiaçı1 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə dəlilləri iş materialları ilə təsdiq olunmadığından, həmçinin Cavabdeh1 MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə tələbi üzrə Cavabdeh1 MTK ilə İddiaçı2 MTK arasında mübahisəli mənzil üzrə hər hansı bir öhdəlikləri olmadığından İddiaçı2 MTK-ya aid binadakı mənzilin Cavabdeh1 MTK tərəfindən mübahisələndirilməsi üçün onun subyektiv hüququ olmadığından, bu əsasda İddiaçı1 200 000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 MTK-ya ödənilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ olmadığından qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı2 MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı2 MTK ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 85 kv.metr olan mənzili Cavabdeh2 satmalı, Cavabdeh2 mənzilin hər bir kv.metr sahənin ilkin dəyəri 1200 (min iki yüz) manat olmaqla, ümumi 102000 (yüz iki min) manat ödəməlidir.İddiaçı2 MTK tərəfindən verilmiş maliyyə arayışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası İddiaçı2 MTK-na məxsusdur. Bu binanın 1-ci giriş, 7-ci mərtəbəsində sahəsi 85,0 kv.metr olan 2 otaqlı mənzilin pay dəyəri 102000 (yüz iki min) manat Cavabdeh2 tərəfindən ödənilmişdir. Həmin müqavilə Cavabdeh2 əvəzinə anası İddiaçı1 tərəfindən imzalanmışdır. Pəvanə Rüstəmli həmin imzanı mübahisələndirmir, əqdi bəyənir. İstər İddiaçı2 MTK və istərsə də Cavabdeh1 MTK-nın hər ikisinin hüquqi ünvanı Bakı şəhərində eyni ünvan olub, İddiaçı2 MTK –nın təsisçiləri Şahid, X26 və başqaları, Cavabdeh1 MTK-nın təsisçiləri isə X24 və qeyriləridir. İş materiallarından göründüyü kim adları şəkilən təsisçilər qardaşlardır. İlkin İddiaçı1 izahatına görə istər İddiaçı2 MTK və istərsə də Cavabdeh1 MTK- ilə mübahisəli mənzillərə dair bağlanan müqavilələr onun tərəfindən imzalanmışdır. Hər iki mənzilə görə pul məbləğləri onun tərəfindən şəxsən Şahid verilmişdir. Şahid də öz növbəsində müqavilələri və maliyyə arayışlarını ona təqdim etmişdir. İşin materiallarında olan məhkəmə sorğusuna əsasən Bakı Şəhəri Nərimanov rayonu Prokurorluğundan istintaq işi materiallarından İddiaçı1 və Şahid ifadə və üzləşmə protokollarından göründüyü kimi (3-cü cild səh. 102-154) İddiaçı1 izahatına görə onun Şahidlə mütəmadi görüş və telefon əlaqələrinin səbəbi mübahisəli mənzilin kommunal xidmətlərin qiymətlərinin öyrənilməsi ilə bağlı olduğunu bildirdiyi halda, Şahid izahatına görə isə bu əlaqənin səbəbinin mübahisəli mənzilə görə ödənmiş pulun hissə-hissə İddiaçı1 geri qaytarılması olmuşdur. İşin bu halına hüquqi qiymət verərkən həmin görüş və telefon əlaqələrinin məhz İddiaçı1 təşəbbüsü ilə Cavabdeh1 MTK-dakı mənzil mübahisəsi ilə əlaqədar olduğu təsdiqini tapdığı, bununla bağlı nə mənzili, nə də mənzilə görə ödəmiş olduğu pulu geri almadığı halda, yenidən Şahid adlı şəxsə 102000 (yüz iki min) manat pul verərək, İddiaçı2 MTK-nın ofis binasına belə getmədən qeyd edilən müqaviləni bağlaması inandırıcı deyildir. Habelə, işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 4/979 nömrəli rəyindən göründüyü kimi İddiaçı2 MTK ilə Cavabdeh2 arasında olan 18 mart 2020-ci il tarixli 18 nömrəli müqavilədə İddiaçı2 MTK-nın sədri Məhəmmədov T.B.” qrafasındakı imza və 184cü vərəqində olan həmin müqaviləyə dair maliyyə arayışında İddiaçı2 MTK-nın sədri” qrafasındakı imza - HACİYEV TARİYEL ƏHMƏD oğlu tərəfindən icra olunmuşdur. İş materiallarından göründüyü kimi X25 Cavabdeh1 MTK-nın təsisçilərindən biri olub, İddiaçı2 MTK-nın qanuni təmsilcisi, yəni müqavilə bağlamağa səlahiyyətli şəxsi deyildir. Məhkəmə iclasında İddiaçı2 MTK-nın nümayəndəsi X19 isə izahatında bildirdi ki, İddiaçı2 MTK-da hazırda da sədr olaraq işləyir. İddiaçı1 tanımır. Müqavilə və maliyyə arayışındakı imza ona məxsus deyil. Pandemiya dövründə o, aylarla işə gəlməmişdir. Həmin vaxt təsiçilərdən biri Şahid ola bilsin ki, onun adından müqaviləyə imza atıb. Lakin onun bundan məlumatı yoxdur. Nofələ və başqalarına etibarnamə verməmişdir. Nofəl tikinti işləri ilə bağlı alğı-satqıları həyata keçirirdi. Onun icazəsi olmadan heç bir mənzil satılmamışdır. 2020-ci ildə mənzillərin alğı-satqısı olmamışdır. Göründüyü kimi, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında bağlanmış olan 18 mart 2020-ci il tarixli 18 nömrəli İddiaçı2 MTK-nın adından Şahid tərəfindən onun “Çinar-AN" MTK-dakı mənzillə bağlı İddiaçı1 arasında yaranan mübahisəni pərdələmək üçün səlahiyyətsiz şəxs olaraq görünüş üçün hazırlanmış müqavilədir, hüquqi nəticə yaratmır.
32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, AR Mülki Məcəlləsinin 452.1, 337.1, 337.2, 386.1, 389.1, 390.1, 399.1, 152.1, 152.5, 157.2, 157.4, 178.8, 752.1, 752.2, 390.1, 340.2 və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
33. Qətnamədən ilk iddia üzrə İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
34. İlk iddia üzrə İddiaçı1 Abşeron Rayon Məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi, ona qarşı İddiaçı2 MTK-nın iddiasının isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İlk iddia üzrə İddiaçı1 apellyasiya şikayətinin dəlilləri
36. İşin faktiki halları ondan ibarətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilmiş Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilinə dair İddiaçı1 ilə MTK arasında 08 aprel 2015citarixli 343 №-li alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin dəyəri 47394 manat tərəfindən tam olaraq ödənilmiş və ona bu barədə həmin tarixli kassa mədaxil orderi və maliyyə arayışı verilmişdir. Müqavilə və digər sənədlər ekspert rəyinə əsasən MTK-nın rəhbəri X24 tərəfindən imzalanmışdır. O, mənzili alarkən bina hələ tikilirdi və orada heç kim yaşamırdı. Həmin mənzilə baxış keçirilməsi məqsədilə 2019-cu ilin dekabr ayının ortalarında getdikdə, binanın komendantı tərəfindən ona həmin mənzilin başqa şəxsə satıldığı, habelə həmin mənzilə həmin şəxs tərəfindən giriş qapısı və qıfıl quraşdırıldığı bildirilmişdir. Bununla bağlı MTK-nın Nərimanov rayonunda yerləşən ofisinə müraciət etdikdə, orada Nofəl adlı şəxs tərəfindən mənzilin dəyərinin qaytarılacağı bildirilmişdir. İddiaçı1 buna razı olduğunu bildirdikdə bir neçə günə ödəniş edəcəyini bildirdi. Lakin uzun müddət keçməsinə baxmayaraq, nə mənzil ona təhvil verilmiş, nə də ki, ödədiyi məbləğ cavabdeh MTK tərəfindən ona geri qaytarılmışdır. Sonra məlum olunmuşdur ki, İddiaçı1 satılmış mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında 30 avqust 2018-ciİl tarixli alğı-satqı müqaviləsi bağlanmış və mənzil 39450 manata Cavabdeh4 satılmışdır. Bundan sonra İddiaçı1 həm məhkəməyə, həm də hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmənin müəyyən etdiyi aşağıda göstərilən işin hallarını qəbul etmir ki, 2018-ci ilin əvvəllərindən mütəmadi olaraq Şahidlə telefon əlaqəsində olmağı, müxtəlif vaxtlarda, müxtəlif ünvanlarda görüşlərinin olması məhz mübahisəli mənzilə görə ödənilmiş pul məbləğinin geri tələb edilməsi olmuşdur. Məhkəmə bu qənaətə gəlir ki, İddiaçı1 həmin vaxt artıq mənzilin satılmış olmasından məlumatı olmuşdur və bu iş materialları ilə təsdiq olunur. Lakin bunlar həqiqəti əks etdirmir. Belə ki, İddiaçı1 mənzil alarkən binada tikinti işləri gedirdi. Həmin vaxtdan mütəmadi olaraq yaşadığı məzilin yanında yerləşən (işdə olan sənədlərdən, o cümlədən alğı-satqı müqaviləsindən İddiaçı1 yaşadığı mənzilin MTKnın ofisinin yanında yerləşdiyi təsdiq olunur) Cavabdeh1 MTK-nın ofisində Şahidlə mütəmadi görüşlərinin, telefon zənglərinin binanın tikintisinin nə vaxt yekunlaşacağı, nə vaxt təhvil veriləcəyi, kommunal xərclərin, qaz, su, işıq ilə təchiz olunması barədə məlumatlar almaq olmuşdur. Mənzilin 30 avqust 2018-ci il tarixdə Cavabdeh4 satılması barədə məlumatı olsaydı, elə həmin vaxt gözləmədən məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət edərdi. Məhkəmə düzgün nəticəyə gəlməmiş və qanunvericiliyin tədbiqində səhvə yol verilmişdir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. İddiaçı1 ilə MTK arasında müqavilə bağlanarkən qüvvədə olmuş Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, 08 aprel 2015-ci il tarixdə cavabdeh MTK-ya pay haqqı tam ödənildiyi andan İddiaçı1 mübahisəli mənzilə mülkiyyət hüququ yaranmışdır və məhkəmə qətnamə qəbul edərkən onun mülkiyyət hüququnu pozmuşdur. Hazırkı iş üzrə bu maddənin tədbiq edilməsi məhkəmənin aşağıdakı qərardan məlumatsız olduğunu göstərir. Belə ki, “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 04 mart 2015-ci il tarixli qərarında göstərmişdir ki, “eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun cavabdeh "xxxx" MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. MM-nin 452.1-ci maddəsinə görə fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Həmin maddəyə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqğ-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları düzgün tətbiq edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmiş hüquqi mövqe məhkəmə üçün məcburi olsa da, məhkəmə həmin mövqeyə əhəmiyyət verməmiş və bununla da mənim mülkiyyət hüquqlarımı pozan qətnamə qəbul etmişdir. 08 aprel 2015-ci il tarixdə cavabdeh MTK-ya pay haqqı tam ödənildiyi andan onun mübahisəli mənzilə sahiblik və istifadə hüququm yaranmışdır və daha sonra MTK-nın mülkiyyətində olmayan həmin mənzilin 20 avqust 2018-ci il tarixdə Cavabdeh4 satılması qanunsuz olmuşdur, yəni buna səlahiyyti olmayan MTK tərəfindən satılmış və ona görə də həmin müqavilə etibarlımüqavilə sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin qərarda, həmçinin göstərilmişdir ki, “Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (MM-nin 425-ci maddəsi). MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi). Alğı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alğı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Göründüyü kimi, satıcı "xxxx" MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir”. Göründüyü kimi, İddiaçı1 tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəlik icra edilsə də, yəni mənzilin dəyəri tam olaraq ödənilsə də, cavabdeh MTK öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, mənzili mənə təhvil verməmişdir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan MM-nin 178.8-ci maddəsinə və Konstitusiya Məhkəməsinin qərarlarına uyğun qərar qəbul etməmişdir. Məhkəmə səhv nəticəyə gəlmişdir ki, 2018-ci ilin əvvəllərindən mütəmadi olaraq Şahidlə telefon əlaqəsində olmağı, müxtəlif vaxtlarda, müxtəlif ünvanlarda görüşlərinin olması məhz mübahisəli mənzilə görə ödənilmiş pul məbləğinin geri tələb edilməsi olmuşdur. Belə ki, məhkəmə niyə belə nəticəyə gəldiyini əsaslandırmamış, yalnız barəsində cinayət təqibi aparılan Şahid istintaqa verdiyi ifadəsini rəhbər tutmuşdur. Halbuki, barəsində istintaq təqibi aparılan şəxs istədiyi həqiqətə uyğun olmayan məlumatı bildirə bilər və bunun üçün məsuliyyətə cəlb olunmayacaqdır. b) İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri
37. İşin faktiki halları ondan ibarətdir ki, anası İddiaçı1 ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 nömrəli müqaviləyə əsasən MTK, ona məxsus Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “C” blokunun 9-cu mərtəbəsində yerləşən 2 otaqlı, 78,99 kv.metr sahəsi olan 213 nömrəli mənzili dəyəri anası tərəfindən tam ödənildikdən sonra onun mülkiyyətinə verir. Həmin mənzilin tam dəyəri – 47394 manat məbləğində vəsait anası tərəfindən müqavilə imzalanarkən həmin MTK-ya ödənilmiş və bununla bağlı MTK tərəfindən ona kassa mədaxil qəbzi və maliyyə arayışı təqdim edilmişdir. Anası İddiaçı1 özünə məxsus və ailəliklə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 67/71, 157 saylı mənzili 20 avqust 2018-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmiş müqavilə əsasında X5 125000 manata satmışdır. Satışdan əldə olunan məbləğin bir qismini qızına, yəni Cavabdeh2 hədiyyə etmişdir. Cavabdeh2 anasından həmin məbləğə uyğun elə həmin ərazidə adına ev almağı xahiş etmişdir və o, satılan evin yaxınlığında İddiaçı2 MTK tərəfindən ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində 2 otaqlı, 85 kv.metr sahəsi olan mənzilin dəyərini İddiaçı2 MTK-ya 102000 manat məbləğində tam ödəmiş və MTK tərəfindən onun adına maliyyə arayışı verilmişdir. Satılan ev ilə İddiaçı2 MTK-dan alınan evin arasında məsafə piyada 5-10 dəqiqə təşkil edir. Bu da onu göstərir ki, Cavabdeh2 böyüyüb başa çatdığı mənzilin yerləşdiyi ərazidə yenidən mənzil almaq istəmişdir. Həmin müqaviləni anası onun adından imzalamış və buna səlahiyyətli olmağı barədə İddiaçı2 MTK-ya etibarnamənin surətini təqdim etmiş, MTK da buna heç bir etiraz etməyərək müqaviləni imzalayaraq pulu anasından qəbul etmişdir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə belə hesab etmişdir ki, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında bağlanmış olan 18 mart 2020-ci il tarixli 18 nömrəli İddiaçı2 MTK-nın adından Şahid tərəfindən onun Cavabdeh1 MTK-dakı mənzillə bağlı İddiaçı1 arasında yaranan mübahisəni pərdələmək üçün səlahiyyətsiz şəxs olaraq görünüş üçün hazırlanmış müqavilədir, hüquqi nəticə yaratmır. Məhkəmənin gəldiyi bu nəticə tamamilə yanlışdır və heç bir hüquqi əsası yoxdur. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı2 MTK tərəfindən ona qarşı qaldırılmış iddia ərizəsində bir kəlmə olsun belə aralarında bağlanmış müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalandığı mübahisələndirilməmişdir. İddiada yalnız müqavilənin girov müqaviləsi kimi bağlandığı bildirilmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin müqavilədə girov (ipoteka) ilə bağlı bir söz, bir bənd belə yoxdur. Əgər girov müqaviləsi bağlanmışdırsa, o zaman qeyd olunardı ki, bu müqavilə nə üçün bağlanır. Əgər Cavabdeh1 MTK anası İddiaçı1 47394 manat ödəməlidirsə, niyə İddiaçı2 MTK 102000 manat dəyərində olan mənzili girov qoyur? Niyə bu “girov” adlandırdığı müqaviləni elə anası ilə yox, Cavabdeh2 adına bağlayır? AR MM-nin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Mülki qanunvericiliyin normalarından göründüyü kimi, İddiaçı2 MTK və Cavabdeh1 MTK ayrıayrı hüquqi şəxslərdilər və hər biri öz öhdəlikləri üçün müstəqil şəkildə məsuliyyət daşıyırlar. Eyni zamanda, onların təsisçiləri və payçıları olan qardaşlar (iddiaçının bildirdiyinə görə), həmin MTK-ların öhdəlikləri üçün cavabdehlik daşımırlar. Əgər bir qardaş digər qardaşa maddi cəhətdən kömək edərək onun əməllərini ört-bastır etmək istəyirsə, niyə onun əvəzinə öz öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan İddiaçı2 MTK müqaviləyə bağlayır? Özü də yuxarıda qeyd olunduğu kimi, iki qat məbləğdən yüksək məbləğdə. AR MM-nin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət, həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Vətəndaş bir MTKnın ofisinə gəlirsə və orada şəxs direktor otağında oturaraq özünü səlahiyyətli şəxs kimi təqdim edirsə və onun etibarnaməsi də vardırsa, vətəndaş bu şəraitdə onu səlahiyyətli şəxs kimi qəbul edərək onunla müqaviləni imzalayır. Həmçinin, işdə olan etibarnamədən görünür ki, İddiaçı2 MTK adından Şahid tərəfindən müqavilə bağlamağa səlahiyyəti olmuşdur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə əgər əqdi etibarsız sayırsa, o zaman qanunvericiliyə uyğun olaraq restitusiya məsələsini həll etməli idi, yəni mənim ödədiyin pulun İddiaçı2 MTK tərəfindən geri qaytarılması məsələsini həll etməli idi. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı2 MTK öz tələbinin əsası kimi istinad etdiyi müqavilənin “girov” məqsədi ilə bağlandığını, əqdin uydurma olduğunu sübut edə bilməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə olan sübutları, o cümlədən tərəflərin verdiyi ifadələri və işdə olan İddiaçı2 MTK tərəfindən Şahid verilmiş etibarnaməni araşdırmamışdır. Məhkəmə iclasında İddiaçı2 MTK-nın sədri X19 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı2 MTK-da hazırda da sədr olaraq işləyir. İddiaçı1 tanımır. Müqavilə və maliyyə arayışındakı imza ona məxsus deyil. Pandemiya dövründə o, aylarla işə gəlməmişdir. Həmin vaxt təsiçilərdən biri Şahid ola bilsin ki, onun adından müqaviləyə imza atıb. Lakin onun bundan məlumatı yoxdur. Nofələ və başqalarına etibarnamə verməmişdir. Nofəl tikinti işləri ilə bağlı alqı-satqıları həyata keçirirdi. Onun icazəsi olmadan heç bir mənzil satılmamışdır. Halbuki, işdə olan İddiaçı2 MTK tərəfindən Şahid verilmiş notarial qaydada təsdiq edilmiş 20 noyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı2 MTK onun sədri X19 şəxsində Şahid 20 noyabr 2029-cu il tarixədək səlahiyyət vermişdir ki, əmlakı idarə etsin, alğı-satqını aparsın, haqq hesabları etsin və s. Bundan başqa, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə də verilə bilər. Məhkəmə iclasında İddiaçı2 MTK-nın sədri X19 bildirmişdir ki, heç kimə etibarnamə verməmiş, aylarla işdə olmamış, onun icazəsi olmadan heç bir mənzil satılmamışdır. Lakin verilmiş etibarnamədən, ekspert rəyinə əlavə edilmiş müqavilələrdən müəyyən olunur ki, X19 yalan söyləmiş, Şahid etibarnamə vermiş, 2020-ci il və digər illərdə də X14 imzası ilə müqavilələr imzalanaraq başqa şəxslərə də mənzillər satılmışdır. Bu ekspert rəyi ilə təsdiq olunur, çünki ekspert həmin müqavilələr üzrə də təqdidat aparmış və hamısında X14 imzasını müəyyən etmişdir. Ola bilməz ki, X4 olmadan İddiaçı2 MTK-nın adından bütün müqavilələrə imza atsın. X12 yalandan heç kimə etibarnamə verməməsini bildirməsi, Şahid ona verilmiş səlahiyyətləri başqa şəxsə də ötürmək səlahiyyətinin verilməsi, iddiada müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalandığını mübahisələndirməmək onu sübut edir ki, X14 Cavabdeh2 ilə bağlanmış müqaviləni imzalamağa səlahiyyəti olmuşdur. Məhkəmə bu halların heç birini aydınlaşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, Cavabdeh2 ilə İddiaçı2 MTK arasında bağlanmış müqavilə uydurma əqddir, lakin bunu heç bir sübutla əsaslandırmamış, müqavilənin yalnız direktor tərəfindən imzalanmadığını və anası tərəfindən Şahid pulun verildiyinə inanmadığını göstərmişdir. Halbuki, yuxarıda göstərilənlərə əsasən bu belə olmamışdır. Bir şəxsin müxtəlif hüquqi şəxslərin qanuni təmsilçisi olmasına dair qanunvericilikdə qadağa yoxdur. Və ayrı-ayrı MTK-ların bir binada ofisdə yerləşməsinə də qadağa yoxdur. Yuxarıda da qeyd olunduğu kimi, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, 2 ildən çox davam edən iş üzrə qətnaməni onunla əsaslandırmışdır ki, anası İddiaçı2 MTK-nın ofisinə belə getmədən qeyd edilən müqavilənin bağlanması inandırıcı deyil. Məhkəmə necə belə qənaətə gəlmişdir, anlaşılan deyil. Ofisə getmədən necə müqavilə bağlana bilər? Müqavilə ofisdə deyilsə, harada bağlanmışdır, möhürlənmişdir, imazlanmışdır? Məhkəmə necə belə qənaətə gəlmişdir ki, anası İddiaçı2 MTK-nın ofisinə getməyib? Məhkəmənin bu nəticəyə necə gəlib? Kim bunu deyib? Bunu qətnamədən görmək olmur. Nəinki anası, qardaşı da mənzilin alınmasında İddiaçı2 MTK-nın ofisində iştirak etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
ç) Məhkəmə icraatı iştirakçılarının izahatları
39. Məhkəmə kollegiyasının iclaslarında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətlərini müdafiə edərərək onlara uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətlərinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-58/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, 19 sentyabr 2018-ci il tarixdə Nofəl adlı şəxsin vasitəçiliyi ilə Cavabdeh1 MTKdan mənzil almışdır, mənzili aldıqdan sonra, müvafiq sənədləşmə işlərini apararaq qaz, işıq və suyu adına rəsmiləşdirmişdir, mənzili təmir etməyə başlamışdır, mənzilin dəyərini tam ödəmişdir. Mübahisəli mənzili 39 500 manata almışdır, mənzil 2 otaqlıdır, evi aldıqdan altı ay sonra İddiaçı1 gələrək mənzilin ona da satıldığını bildirmişdir. O, evi alan zaman evdə heç bir əşya, qapısı belə yox idi. Mənzili təmir edib orada yaşayır. İddiaçı1 Nofəl adlı şəxsdən pulunu almaq istədiyini bildirərək ondan bununla bağlı kömək etməyini istəmişdir. Bu hadisələrdən təqribən 1 il sonra məhkəmə prosesləri barədə məlumatı olmuşdur. Nofəl adlı şəxslə danışdığı zaman ona İddiaçı1 40 000 manatını verdiyini, 7 000 manat borcu qaldığını, borcun əvəzində isə İddiaçı2 MTK-nın sənədlərini girov verdiyini bildirmişdir. İddiaçı1 isə onları pul qarşılığında aldığını bildirmişdir. Cinayət işində nəyə görə zərərçəkmiş şəxs kimi tanındığını bilmir. Heç bir şikayəti, mülki iddiası olmamışdır. İddiaçı1 2019-cu ilin sonunda görmüşdür. Mənzilin təmiri yeni bitmişdi, orada yaşayırdı. Mənzilin eyni zamanda İddiaçı1 satılması barədə məlumatı yox idi. Həmin vaxt söhbət edən zaman mənzilin ona da satılmasını bilmişdir. Məhkəmə mübahisələri barədə iki il sonra məlumatı olmuşdur. Yaşadığı binada bir mənzilin fərqli şəxslərə satılması halları olmuşdur, razılıq əldə etmişdirlər. Cavabdeh1 MTK fəaliyyət göstərir, sadəcə Şahid azadlıqdan məhrum edilmişdir. Cavabdeh1 MTK-ya müraciət etdiyi zaman ona bildirirlər ki, onların təqsiri yoxdur, mənzili Şahid satmışdır. MTK-dan ona bildirirlər ki, İddiaçı1 tanımırlar, bütün sənədlər Cavabdeh4 adınadır. Mübahisəli mənzil ona satılan zaman İddiaçı1 yazılı razılıq ərizəsi verməmişdi. Ona mənzilin ilk alıcısı olduğu bildirilmişdi. Deyilənə görə mənzil birinci İddiaçı1 satılmışdır. Şahid azadlıqdan məhrum edilməzdən öncə onunla danışdığı zaman, bildirirdi ki, İddiaçı1 ödədiyi məbləğin 40000 manatını vermişdir, 7000 manatı qalmışdır. 7000 manatı verməyə imkanı yoxdur. İddiaçı1 ilk görən zaman bildirmişdi ki, Şahid ona İddiaçı2 MTK-dan 85 kv.metr mənzil satmışdır. Mənzili 4 aya təmir edib, 2019-cu ilin dekabr ayının sonu köçmüşdür. Yanvar ayından yaşamağa başlamışdır. O, mənzilə köçən zaman qaz, işıq, su sayğacı, lift hazır idi. 2019-cu ildə qaz, işıq, su sayğacı var idi. 2019cu ilin dekabr ayında qaz sayğacı quraşdırımışdı, lakin istifadə edilməmişdi. Su və işıq sayğacı da var idi, 600 manat ödəniş də etmişdi. 2018-ci ildə binalarda usta işləyirdi. Dostu ona münasib qiymətə mənzillərin olduğunu bildirdi. Evi alan zaman ilk tanış olduğu adam Bayram adlı şəxs olmuşdur. İlk dəfə Şahid görməmişdi. Bayram adlı şəxs boş mənzillərin olduğunu bildirdi. Aşağı mərtəbədə yerləşən mənzilləri istəmədiyinə görə Firdovsi adlı şəxs mənə 9-cu mərtəbədə yerləşən mənzili göstərdi. Firdovsi adlı şəxs hazırda Cavabdeh1 MTK-nın rəhbəridir. Qiymətlə bağlı razılaşdılar, Bayram adlı şəxs ona Şahidlə danışmalı olduğunu bildirdi. Şahid kim olduğunu soruşduğu zaman mənzili satan şəxs olduğunu bildirdi. Şahid yanına getdi, ona ilk öncə 550 manat təklif etdi, razılaşmadı, bildirdi ki, evini satıb mənzili almağa gələcəkdir. İki ay sonra mənzili almaq üçün təkrar görüşdülər, beh verdi. Bu zaman başqa şəxslər ona bildirdi ki, mənzili 350 manata satırlar. Onlarla razılaşmadı, Şahid aldı. Vaxtında İddiaçı1 mənzili istədiyini bildirsəydi, Şahid pulunu tələb edərdi. Evə baxdıqdan sonra Şahid ofisinə getdi. Şahid qiyməti endirdi 500 manata razılaşdılar, 1000 manat beh verdi. Beh verdiyi Fərəc adlı şəxs hazrıda da Cavabdeh1 MTK-da işləyir. Mənzilə baxmağa getdikdə qapısı yox idi. Binada bir qonşu evini təmir edib yaşayırdı. Həmin qonşudan mənzilin başqa mülkiyyətçisi olub-olmamasını soruşdu. Mənzilin başqa mülkiyyətçisi olmadığını, heç kimin gəlib-getmədiyini bildirdi. Daha sonra Şahid pulu verdi, ona bildirdi ki, qaz, işıq və suyun pulunu ödəyib, mənzili təmir edib yaşaya bilər. İşıq və suyu öz adına rəsmiləşdirdi. Qaz verilmədiyinə görə onu öz adına rəsmiləşdirə bilmədi. Müqavilə bağlandıqdan sonra qazı öz adına rəsmiləşdirmişdir.
41. İlk iddia üzrə cavabdeh, qarşılıqıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK, ilk iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh (həmçinin 3-cü şəxs) İddiaçı2 MTK və Cavabdeh3 məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK, ilk iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh (həmçinin 3-cü şəxs) İddiaçı2 MTK və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
42. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (09 feveral 2018-ci il tarixə qədər qüvvədə olan redaksiya) Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.[ Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
45. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia tələbinin təmin edilməməsi və İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinin təmin edilməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı1 Cavabdeh1 MTK-ya və qeyrilərinə qarşı ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı1 ilkin iddia tələbi təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilməlidir.
47. Məhkəmə kollegiyası ilk öncə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşmayaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini əsaslı hesab edərək aşağıdakıları qeyd edir:
48. Mülki qanunvericiliyə əsasən, bir fərdi müəyyən əşya üzərində yalnız bir mülkiyyət hüququ mövcud ola bilər və həmin hüquq yalnız bir nəfərə (fərdi mülkiyyət) və yaxud eyni anda birdən çox şəxsə aid ola bilər (ümumi mülkiyyət). Yəni hər hansı əşya üzərində iki və ya bir neçə şəxsin tam mülkiyyət hüququnun eyni vaxtda mövcud olması mümkün deyildir. Əks yanaşma mülkiyyət haqqı sahiblərinin bu haqlarından irəli gələn səlahiyyətlərinin istifadəsini mümkünsüz edər.
49. Baxılan işin mübahisəsiz hallarından görünür ki, eyni mənzillə bağlı iki fərqli şəxslə ayrı-ayrılıqda müqavilə bağlanmış, lakin hazırda iddiaçı olan birinci alıcı mənzilə faktiki sahibliyi həyata keçirməməklə yanaşı, öz mülkiyyət hüququnu qeydə aldırmamış, ikinci alıcı (cavabdeh) Cavabdeh4 isə MTK ilə müqavilə bağladıqdan sonra, mənzili təmir etdirməklə faktiki sahibliyi həyat keçirmiş və mülkiyyət hüququnun bütün elementləri üzrə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüququ qazanmışdır.
50. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, hazırkı mübahisənin həllinə Mülki Məcəllənin 178.8-ci maddəsinin sözügedən mənzillə bağlı müqavilələr bağlanan dövrdə qüvvədə olan redaksiyasına uyğun olaraq baxılmalıdır.
51. Belə ki, MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
52. MM-in 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (178.8-ci maddənin 2018-ci il fevralın 9-dək qüvvədə olan mətni).
53. Kollegiya tərəfindən müəyyən olunmuş işin hallarına görə, mübahisəli mənzillə bağlı müqavilə İddiaçı1 ilə Cavabdeh1 MTK arasında 08 aprel 2015-ci il tarixdə, Cavabdeh4 ilə MTK arasında 30 avqust 2018-ci il tarixdə bağlanmış, hər iki şəxs tərəfindən ödənişlər də müvafiq olaraq müqavilə bağlanan dövrdə edilmişdir. Göründüyü kimi, İddiaçı1 ilə MTK arasında müqavilə 2018-ci il 09 fevral tarixdən öncə (xx.xx.2015), Cavabdeh4 ilə 2018-ci il 09 fevral tarixdən sonra (xx.xx.2018) rəsmiləşdirilmişdir.
54. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
55. Oxşar hüquqi vəziyyətə dair Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 mart 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe mövcuddur.
56. Göründüyü kimi hər iki Plenum Qərarı MM-in 178.8-ci madddəsinin birinci redaksiyasının qüvvədə olduğu dövrə təsadüf edir və bu onu deməyə əsas verir ki, sözügedən qərarlar maddənin ikinci redaksiyasına şamil olunmur.
57. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən satıcı mənzili alıcıya satmalı, alıcı mənzilin hər bir kv.metr sahəsinin dəyərini satıcıya ödəməlidir. Həmçinin, Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışı ilə mübahisə predmeti olan mənzilin dəyərinin İddiaçı1 tərəfindən tam ödənildiyi gürünür.
58. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə İddiaçı1 həmin əmlaka sahiblik və istifadə hüququ əldə etmişdir. Belə olan halda, Cavabdeh1 MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzilə dair Cavabdeh4 ilə xx.xx.2018-ci il tarixdə müqavilə bağlaması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları düzgün tətbiq edilməmişdir.
59. Kollegiya hesab edir ki, Cavabdeh1 MTK mənzilin ilk sahibinin razılığı olmadan Cavabdeh4 ilə müqavilə bağlamaqla mülki qanunvericiliyin tələblərini pozmuşdur.
60. Həmçinin, araşdırılan iş üzrə müəyyən edilən hallardan biri də odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarxili qərarı ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti və sonuncu tərəfindən apellyasiya şikayətinə verilmiş əlavə təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 1(005)-36/2023 nömrəli hökmü dəyişdirilmiş, hökmdən və ittihamdan zərərçəkmiş şəxs İddiaçı1 aid epizod xaric edilmişdir. Sözügedən qərarda qeyd edilmişdir ki, “ittihamda və məhkəmə aktında verilmiş cinayətin təsvirində Şahid zərərçəkmiş şəxs İddiaçı1 məxsus 47394 manat dəyərində olan əmlakının məhz İddiaçı1 etibarından sui-istifadə edilməsi və ya aldadılması nəticəsində əvəzsiz olaraq ələ keçirilməsi barədə nəticə, bunu təsdiq edən sübutlarla əsaslandırılmadığından, əsası olmayan mülahizə, yəni ehtimal kimi görünür. Yəni hazırkı halda qeyd edilənlərə əsasən təqsirləndirilən şəxsin İddiaçı1 münasibətdə dələduzluq etməsi, yəni şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi təsdiqini tapmamaqla sübuta yetirilmir. Belə olan halda İddiaçı1 ilə bağlı olan epizod üzrə təqsirləndirlən şəxsin təqsirli bilinməsi, o cümlədən İddiaçı1 da hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində qalması əsassızdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə hökmdən və ittihamdan İddiaçı1 ilə bağlı olan epizod xaric edilməlidir. Digər zərərçəkmiş Cavabdeh4 münasibətdə isə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının “C” blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 78,98 kvadratmetr olan 2 otaqlı 45 nömrəli mənzilin xx.xx.2015-ci il tarixdə İddiaçı1 satılmasını rəsmişləşdirilməsinə baxmayaraq, həmin mənzilin əvvəlcədən heç kəsə satılmadığını və digər hər hansı sahibinin olmadığını, mənzil almaq məqsədi ilə 2018-ci ilin avqust ayının sonunda müraciət edən Cavabdeh4 yalandan bildirib, həmin mənzili sonuncuya 39400 manata sata biləcəyini vəd verərək, onu inandırmaq üçün məzmununa cəmiyyətin ünvan 8 ünvanında yerləşən ofisində tamah niyyəti ilə mənzilin guya xx.xx.2018-ci il tarixdə Cavabdeh4 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə xx.xx.2018-ci il tarixli 165 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan Cavabdeh1 MTK-nin sədri Abbasov G.Ş” və “mühasib Mövsümov M.” yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Cavabdeh4 təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan qeyd edilən tarixdə cəmiyyətin ünvan 9 ünvanında 39400 (otuz doqquz min dörd yüz) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, Cavabdeh4 məxsus 39.400 manat pulu ələ keçirməsi barədə ittiham isə məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri və işin digər materialları ilə öz təsdiqini tapmaqla Şahid ona qarşı verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir.
61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti təmin edilməli, İddiaçı1 Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.m olan ikiotaqlı 2 B mənzilinə sahiblik hüququ tanınmalı, mənzil ona təhvil verilməli, yaranan maneçiliyin aradan qaldırılması MTK-ya həvalə edilsin, həmin mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış müqavilə etibarsız sayılmalı və Cavabdeh4 adı çəkilən mənzildən çıxarılmalıdır.
62. Qeyd olunanları nəzərə alan kollegiya qeyd edir ki, hazırkı mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında Cavabdeh4 mübahisəli mənzilə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsi ilə bağlı MTK-ya qarşı mülki qaydada tələb etmək hüququnun olması izah olunmalıdır.
63. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir:
64. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı2 MTKya qarşı “mənzilin təhvil verilməsi” barədə qarşılıqlı iddia tələbindən imtinası qəbul edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-58/2022 nömrəli qətnaməsi qismən-Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
65. Məhkəmə kollegiyası İddiaçı2 MTK-nın iddiasının təmin edilməsi hissəsində apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
66. Birinci instasniya məhkəməsi İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbini əsaslı hesab edərək təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, işin bu halına hüquqi qiymət verərkən həmin görüş və telefon əlaqələrinin məhz İddiaçı1 təşəbbüsü ilə Cavabdeh1 MTK-dakı mənzil mübahisəsi ilə əlaqədar olduğu təsdiqini tapdığı, bununla bağlı nə mənzili, nə də mənzilə görə ödəmiş olduğu pulu geri almadığı halda, yenidən Şahid adlı şəxsə 102000 (yüz iki min) manat pul verərək, İddiaçı2 MTK-nın ofis binasına belə getmədən qeyd edilən müqaviləni bağlaması inandırıcı deyildir. Habelə, işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 4/979 nömrəli rəyindən göründüyü kimi İddiaçı2 MTK ilə Cavabdeh2 arasında olan 18 mart 2020-ci il tarixli 18 nömrəli müqavilədə İddiaçı2 MTKnın sədri Məhəmmədov T.B.” qrafasındakı imza və 184-cü vərəqində olan həmin müqaviləyə dair maliyyə arayışında İddiaçı2 MTK-nın sədri” qrafasındakı imza - HACİYEV TARİYEL ƏHMƏD oğlu tərəfindən icra olunmuşdur. İş materiallarından göründüyü kimi X25 Cavabdeh1 MTK-nın təsisçilərindən biri olub, İddiaçı2 MTK-nın qanuni təmsilcisi, yəni müqavilə bağlamağa səlahiyyətli şəxsi deyildir. Məhkəmə iclasında İddiaçı2 MTK-nın nümayəndəsi X19 isə izahatında bildirdi ki, İddiaçı2 MTK-da hazırda da sədr olaraq işləyir. İddiaçı1 tanımır. Müqavilə və maliyyə arayışındakı imza ona məxsus deyil. Pandemiya dövründə o, aylarla işə gəlməmişdir. Həmin vaxt təsiçilərdən biri Şahid ola bilsin ki, onun adından müqaviləyə imza atıb. Lakin onun bundan məlumatı yoxdur. Nofələ və başqalarına etibarnamə verməmişdir. Nofəl tikinti işləri ilə bağlı alqı-satqıları həyata keçirirdi. Onun icazəsi olmadan heç bir mənzil satılmamışdır. 2020-ci ildə mənzillərin alğısatqısı olmamışdır. Göründüyü kimi, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında bağlanmış olan 18 mart 2020-ci il tarixli 18 nömrəli İddiaçı2 MTK-nın adından Şahid tərəfindən onun Cavabdeh1 MTK-dakı mənzillə bağlı İddiaçı1 arasında yaranan mübahisəni pərdələmək üçün səlahiyyətsiz şəxs olaraq görünüş üçün hazırlanmış müqavilədir, hüquqi nəticə yaratmır.
67. Kollegiya qeyd edir ki, iş materiallarında olan İddiaçı2 MTK ilə Cavabdeh2 arasında bağlanmış 18 mart 2020-ci il tarixli 18 nömrəli müqavilənin X24 tərəfindən imzalanması müqavilənin etibarsız olması anlamına gəlmir. Belə ki, X3 müqaviləni imzalamağa səlahiyyəti olmasa belə, müqavilənin məzmunundan İddiaçı2 MTK-nın rəsmi möhürü ilə təsdiq edildiyi görünür və bu hal İddiaçı2 MTK tərəfindən təkzib edilməmişdir.
68. Həmçinin, məhkəmə kollegiyası müqavilənin Cavabdeh2 əvəzinə İddiaçı1 tərəfindən imzalanması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 Elmira Əsədulla qızına onu bütün dövlət və kommersiya banklarında təmsil etməyi, adına hesab açmağı/bağlamağı, mövcud hesablar üzərində sərəncam verməyi, hesablardan istifadəı etməyi, pul məbləğləri almağı/qoymağı, mədaxil/məxaric əməliyyatlarını yerinə yetirməyi, plastik kart sifariş etməyi, almağı və ya dəyişməyi, nəğd hesablaşma etməyi, pul köçürmələri yerinə yetirməyi, bütün bank əməliyyatları aparmağı, bununla əlaqədar lazımi sənədləri toplamağı, təqdim etməyi və almağı və ərizələr yazmağı, sənədləşmə işləri aparmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 50 (əlli) il müddətinə etibar etmişdir. Həmçinin, Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan MM-in 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Qeyd edildiyi kimi, İddiaçı1 Cavabdeh2 adından imza etməyə səlahiyyəti olmasaydı belə, o sonradan sözügedən əqdi bəyəndiyinə görə müqavilə etibarlı sayılmalıdır.
69. Beləliklə, yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir.
70. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı1 Cavabdeh1 MTK-ya və qeyrilərinə qarşı ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı1 ilkin iddia tələbi təmin edilməlidir. Həmçinin, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilməlidir.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaq üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-58/2022 nömrəli qətnaməsi İddiaçı1 Cavabdeh1 MTK-ya və qeyrilərinə qarşı ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı1 ilkin iddia tələbi təmin edilsin. İddiaçı1 Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2B mənzilinə sahiblik hüququ tanınsın, mənzil ona təhvil verilsin, yaranan maneçiliyin aradan qaldırılması MTK-ya həvalə edilsin, həmin mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış müqavilə etibarsız sayılsın və Cavabdeh4 adı çəkilən mənzildən çıxarılsın. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-58/2022 nömrəli qətnaməsi İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-və İddiaçı2 MTK tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.