Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1393/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3, Cavabdeh1 vəkili Şükürov Tural İsfəndiyar oğlunun iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Bakı Apelyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qafarova, iş 2(009)-738/2019) iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-9955/2019) İddiaçı Sığorta Şirkəti ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-738/2019 saylı mülki iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Sığorta Şirkəti ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Şükürov Tural İsfəndiyar oğlu izahatında göstərmişdi r ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı” Sığorta Şirkəti ASC-nin nümayəndəsi X8 oğlunun izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halla rın yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Fiat Albea” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalıya PAT********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi verilmişdir. 02.08.2017-ci il tarixdə Cavabdeh1 həmin nəqliyyat vasitəsini idarə etdiyi zaman Salyan yolunda hərəkət edərək manevr etmə qaydasını pozaraq sağdan sola yerdəyişmə aparmış, nəticədə eyni istiqamətdə düzgün hərəkət edən “BMW 523” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhəri Səbail rayon Dövlət Yol Polisi İdarəsinin 03.08.2017-ci il tarixli 100658 saylı inzibati tənbeh verməhaqqında qərarı ilə X5 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (manevr etmə qaydalarının pozulması) yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. “xxxx” MMC- nin təqdim etdiyi yekun defekt aktına uyğun olaraq, “BMW 523” markalı ** TT *** dövlə: qeydiyyat nişanlı avtomobilə 2720 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 041790 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 2720 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı bildirmişdir ki, hadisədən sonra Cavabdeh1 avtomobili yol vərəqəsi olmadan idarə etməsi məlum olmuşdur. Ona görə də ödənilmiş 2720 manat sığorta ödənişi subroqasiya qaydasında cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Cavabdeh1 iddiaçının istinad etdiyi kimi İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 332.2-ci (Nəqliyyat vasitəsi idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələri ilə deyil, İnzibati Xətalar Məcəlləsinin məhz 327.1-ci maddəsi ilə, yəni manevr etmə qaydalarının pozulması nəticəsində inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail rayon Polisi İdarəsindən göndərilmiş inzibati materia ldan görünür ki, Cavabdeh1 həmin nəqliyyat vasitəsini Cavabdeh2 MMC tərəfindən ona verilmiş müvafiq yol vərəqəsi ilə idarə etmiş, yəni onun həmin nəqliyyat vasitəsini idarə etməyə hüququ olmuşdur. Göründüyü kimi hazırki işdə ‘”İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin dispozitiv şərtləri mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının cavabdehlərə qarşı ümumiyyətlə subroqasiya hüququ yaranmamışdır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hes ab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1393/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1393/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver