Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1393/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), təkrar və əlavə ekspertizanın keçirilməsi barədə vəsatətin nəzərə alınmaması, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Çingiz İsgəndər oğlu Əsgərovun məruzəsi ilə, Əhliman Mehman oğlu Xıdırov və Elşanə Rafiq qızı Vəliyevadan ibarət tərkibdə, İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı “əşyaların cavabdehin hesabına çıxarılması və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə d air mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)395/2024 nömrəli 2024-cü il 16 iyul tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ
1. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0039 ha (39 kv. m.) torpaq sahəsi 2023-cü il 12 may tarixində daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır.
2. Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən qeyriyaşayış sahəsi 2003-cü il 7 yanvar tarixli qeydiyyat vəsiqəsinə əsasən cavabdehin mülkiyyətindədir.
3. İddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsi qonşu olmaqla, cavabdehə məxsus qeyri-yaşayış binasının iddiaçıya məxsus torpaq sahəsi tərəfində o lan divarında pəncərə, kondisioner mühərriki və su çəni 2 metrdən artıq hündürlükdə quraşdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat 4. 2023-cü ilin avqustun 16-da iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus 0,0039 ha torpaq sahəsindən istifadəsinə mane olan 1 ədəd kondisioner mühərriki, 1 ədəd su çəni və 1 ədəd pəncərənin cavabdehin vəsaiti hesabına çıxarılması, cavabdeh tərəfindən qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına (bax yuxarıd a §1-3) istinad edilməklə onunla əsaslandırılmışdır ki, qonşuluqda yerləşən cavabdehə məxsus qanunsuz inşa edilmiş qeyri-yaşayış sahəsinə dair kondisioner mühərriki, su çəni və pəncərə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneə törədir. Bu barədə dəfələrlə cavabdehə irad bildirilsə də, cavabdeh bunu qəbul etməmiş, iddiaçıya qarşı aqressiv davranmışdır. Cavabdehə məxsus qeyri-yaşayış binasının digər üç tərəfi heç kimə mane olmur, kondisioner motorlarını və pəncərəni özünə məxsus qeyri-yaşayış binasının digər üç tərəfindən birinə quraşdıra bilər. Həmin torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuş və hazırda mülkiyyətindədir. Cavabdeh isə iddiaçıya qarşı qərəzli mövqe göstərərək, mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə və ərazidə tikinti inşa etməsinə imkan verməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının özbaşına tikili adlandırdığı qeyri-yaşayış sahəsi 2003-cü ildə qeydiyyata alınaraq, texniki pasport verilmişdir. İddiaçı isə torpaq sahəsindən uzun müddətdir istifadə etdiyini göstərsə də, 2023-cü il 12 may tarixində mülkiyyət hüququ əldə etmiş və həmin torpaq sahəsində hər hansı bir tikili mövcud deyildir. Mövcud vəziyyətdə cavabdehin qanuni istifadəsində olan tikilidə quraşdırılmış kondisioner mühərriki, su çəni və pəncərənin iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olması mümkünsüzdür. Belə ki, tikiliyə pəncərə qoyulanda torpaq sahəsi boş olmuşdur. Eyni zamanda, iddiaçı torpaq sahəsin də tikinti işlərinə imkan verilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
7. Cavabdehin məhkəməyə təqdim etdiyi, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış 2023-cü il 20 iyul tarixli məktubda bildirilmişdir ki, “Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində qeyri-yaşayış obyektinin qarşısında tikinti aparılması barədə 11 iyul 2023-cü il tarixli müraciəti Memarlıq və tikinti şöbəsində araşdırılmışdır. Araşdırma zamanı Abşeron rayon Xırdalan şəhəri, Heydər Əliyev prospektində onun istifadəsində olan obyektin qarşısında tikinti işlərinin aparılması aşkar olunmamışdır. Məktubda qeyd olunan ünvanda aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Qanunsuzluğ un təkrarlanmasına yol verilməməsi üçün ünvan nəzarətə götürülmüşdür.”
8. Cavabdehin məhkəməyə təqdim etdiyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona ünvanlanmış 2023-cü il 21 iyul tarixli məktubda bildirilmişdir ki, “... Əraziyə keçirilən baxış zamanı İddiaçı xüsusi mülkiyyətində olan (**********87 saylı reyestr nömrəli) torpaq sahəsində bir ədəd d=22 sm şam ağacının bioloji inkişafda olduğu müəyyən edilmiş, qanunsuz ağac kəsilməsi faktına rast gəlinməmişdir. Ərazi tərəflərindən nəzarətə götürülmüş və həmin ağacın qorunması mühafizə olunması ilə bağlı Xırdalan Bələdiyyəsinə məktubla müraciət olunmuşdur.”
9. Abşeron Rayon Məhkəməsinin 2(012)-4274/2023 nömrəli 2023-cü il 12 oktyabr tarixli qətnaməs i ilə iddia təmin edilməmişdir (hakim: Habil Əhmədov).
10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı cavabdeh tərəfindən qoyulmuş 1 ədəd kondisioner mühərriki, 1 ədəd su çəni və 1 ədəd pəncərənin onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə törətdiyini iddia etsə də, həmin maneənin həqiqətən də onun hüquqlarını pozmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız çıxarışları və məhkəmə aktını təqdim etməklə kifayətlənmişdir ki, həmin sənədlər iddia tələbinin əsaslılığının sübut edilməsi üçün kifayət deyildir. Odur ki, iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 152, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəlləsin in (bundan sonra –“MPM”) 14.2, 17.4, 77.1, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” və “Qavazov Bolqarıstana qarşı” işlər üzrə qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-395/2024 nömrəli 2024-cü il 16 iyul tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, iddiaçının mülkiyyətində olan 0,0039 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən 1 ədəd kondisioner mühərriki və 1 ədəd su çəninin cavabdehin vəsaiti hesabına çıxarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (sədrlik edən hakim: Fuad Məmmədov, hakimlər: Lalə Rəhimli və İlqar Dəmirov).
14. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsində hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üzrə obyektiv nəticəyə gəlmək üçün xüsusi bilik tələb edən sualları izah etmək üçün ekspertiza təyin etməmişdir.
15. Apellyasiya baxışında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 2024-cü il 18 aprel tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 27 may tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “[iddiaçı] tərəfindən naturada tanıdılan torpaq sahəsi **********87 reyestr nömrəli çıxarışla [iddiaçının] sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə uyğunluq təşkil edir. [Cavabdehin] istifadəsində olan 1 ədəd kondisioner mühərriki və 1 ədəd su çəni tam olaraq [iddiaçının] mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşir.”
16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında qeyd olunan qurğuların yerləşdirilməsi ilə bağlı hər hansı razılıq mövcud olmamış, iddiaçı həmin qurğuların onun torpaq sahəsi hüdudlarında yerləşməsinə etiraz və çıxarılmasını tələb e tmişdir; mülkiyyətçi olan iddiaçının bu hərəkətlərə son qoymağı tələb etmək hüququ vardır; iddia tələbi iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşən 1 ədəd kondisioner mühərriki və 1 ədəd su çəninin cavabdehin vəsaiti hesabına çıxarılması hissəsində əsaslıdır.
17. Məhkəmə kollegiyası öz mövqeyini Konstitusiyanın 13, 29-cu, MM-in 152.1, 157.4, 173.1, 173.2-ci və MPM-in 14.1, 14.2, 77.1, 77.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində bildirilir ki, MM-in 152.1 və 157.4-cü maddələri düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən tam sərbəst şəkildə istifadə edir. Su çəni və kondisioner mühərriki cavabdehin mülkiyyətində olan tikilinin üzərində, yer səthindən 3 m 40 sm hündürlükdə yerləşir və 20 ildən çoxdur ki, istismar olunur. İddiaçı isə torpağa mülkiyyət hüququnu 2023-cü ildə əldə etmiş və ona torpaq sahəsinin satılmasına qərar verilərkən Nazirlər Kabinetinin 72 nömrəli 2014-cü il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Ara məsafələri ilə bağlı müfəssəl Qaydaları”n 9-cu bəndinin tələblərinə əməl olunmamışdır. Odur ki, ara məsafəsi gözlənilmədiyi üçün cavabdehə məxsus tikilin üzərində quraşdırılmış su çəni və kondisioner mühərrikinin çıxarılması qanunsuzdur.
20. Bundan əlavə, Şəhərsalma və Tikinti Məc əlləsinin 69.4-cü maddəsinin tələbi pozulmuşdur. Həmin maddəyə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. İddiaçıya torpaq sahəsi ayrılarkən cavabdehə məxsus mövcud tikilinin divarının hündürlüyü nəzərə alınmamışdır.
21. MPM-in 14, 77, 88 217-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı hüquqlarının pozulması barədə istinad etdiyi halları sübut edə bilməmişdir. Belə vəziyyətdə isə istinad olunan prosessual normalar baxımından iddia rədd olunmalı idi. Eyni zamanda, iş üzrə alınmış ekspert rəyi natamam olduğu üçün təkrar mühəndis-tikinti ekspertizasının təyin olunması vəsatət versə də, məhkəmə tərəfindən vəsatəti əsassız olaraq təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA BAXİ ŞİNİN HƏDLƏRİ
23. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Konstitusiyasının müvafiq müddəalarında “Maddə
13. Mü lkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....” “Maddə
29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir....”
26. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və on a dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.” Maddə
173. Çıxıntılı binalar 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər.” “Maddə
238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.”
27. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-c ü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddianı təmin etməklə, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilərək iddia rədd edilməlidir.
29. Nəzərə alınmalıdır ki, İnsan hüquqlarına dair Avropa Konvensiyasına 1 nömrəli Protokolunun 1-ci maddəsində mülkiyyət hüququnun üzv-dövlətlər tərəfindən məhdudlaşdırılması ilə bağlı müddəalar təsbit olunsa belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin müddəaları n tətbiqinə dair müəyyən etdiyi prinsiplərin hazırkı işə aidiyyəti vardır.
30. Belə ki, “Zammit və Vassallo Maltaya qarşı” işi üzrə qərarında (№43675/16, 28 may 2019-cu il, §§ 51-53), Avropa Məhkəməsi bildirmişdir ki, “Məhkəmənin bir neçə dəfə qeyd etdiyi kimi, 1 nömrəli Protokolun 1-ci maddəsi üç ayrı qaydadan ibarətdir. Birinci hissənin birinci cümləsindəki birinci qayda ümumi xarakter daşıyır və əmlakın dinc qaydada istifadə edilməsi prinsipini nəzərdə tutur; birinci hissənin ikinci cümləsindəki ikinci qayda əmlakdan məhrum etməyə aiddir və onu müəyyən hallarla şərtləndirir; ikinci hissədə qeyd olunan üçüncü qayda üzv-dövlətlərin mülkiyyətdən ümumi maraqlara uyğun olaraq istifadəyə nəzarət etmək imkanını tanıyır. Eyni zamanda, bu üç qayda bir-biri ilə əlaqəsi olmayan mənada fərqli deyil. İkinci və üçüncü qaydalar mülkiyyətdən dinc qaydada istifadə etmək hüququna müdaxilənin xüsusi hallarına aiddir və buna görə, birinci qaydada təsbit edilmiş ümumi prinsip nöqteyi-nəzərindən müəyyən olunmalıdır (bax, digər qərarlar sırasında, “James və digərləri Birləşmiş Krallığa qarşı”, § 37, seriya A № 98; və “Beyeler İtaliyaya qarşı” [BP], № 33202/96, § 98, ECHR 2000-İ). İkinci qaydanın mənası daxilində əmlakdan məhrum etmənin olub-olmadığını müəyyənləşdirmək üçün Məhkəmə yalnız qanunsuz zəbt etmə və ya rəsmi ekspropriasiyanın olub-olmadığını araşdırmaqla kifayətlənməməlidir; o, zahiri görünüşün arxasına baxmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Konvensiya “praktiki və səmərəli” hüquqların təmin edilməsi məqsədini daşıdığından, bu vəziyyətin defakto ekspropria siyaya bərabər olub-olmadığı müəyyən edilməlidir (bax, digər qərarlar sırasında “Sporrong və Lönnroth İsveçə qarşı”, 23 sentyabr 1982-ci il, A seriyası № 52, s. 24-25, § 63, və “Vasilescu Rumıniyaya qarşı”, 22 May 1998-ci il, Reports of Judgments and Decisions 1998-İİİ, s. 1078, § 51). Bununla belə, tətbiq olunan prinsiplər oxşardır, yəni, qanuni olmaqla yanaşı, əmlakdan məhrum etmə və ya əmlakdan istifadəyə nəzarət kimi, müdaxilə də mütənasiblik tələbini təmin etməlidir (bax, “Saliba və digərləri Maltaya qarşı”, №20287/13, 22 noyabr 20 noyabr 2011-ci il, § 54). Məhkəmənin dəfələrlə qeyd etdiyi kimi, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsinin tələbləri arasında ədalətli tarazlıq müəyyən edilməlidir: belə bir ədalətli tarazlığın müəyyən edilməsi bütün Konvensiyaya məxsusdur. Müvafiq şəxs fərdi və həddindən artıq yük çəkdiyi təqdirdə, tələb edilən tarazlıq əldə edilə bilməz (bax, digər qərarlar sırasında “Sporrong və Lönnroth İsveçə qarşı”, 23 sentyabr 1982-ci il, A seriyası № 52, s. 24-25, § 63, və “Brumărescu Rumıniyaya qarşı” [BP], 28342/95, § 78, ECHR 1999-Vİİ).”
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə həll edilərkən, yəni iddiaçının mülkiyyətdən istifadə etmək hüququna müdaxilənin olub-olmadığı məsələsi araşdırılarkən, ilk növbədə şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərindəki hava məkanı da həmin şəxsin mülkiyyətinə aid olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir.
32. Cuius est solum, eius est usque ad coelum et ad inferos prinsipi (torpağın mülkiyyətçisi cənnətə qədər yüksəyə və cəhənnəmə qədər dərinə m ülkiyyətçisidir) tarixən torpaq mülkiyyətçilərinə torpaq üzərindəki havaya və onun altındakı yerin təki üzərində hüquqlarını müəyyən edirdi. Müasir hüquq nəzəriyyəsində isə bu prinsip xeyli dərəcədə məhdudlaşdırılmışdır.
33. Misal üçün, Almaniya Federativ Respublikasının qanunvericiliyində müəyyən edilir ki, “əmlak sahibinin hüququ səthin üstündəki məkana və yerin altındakı yerə qədər uzanır. Bununla belə, mülkiyyətçi istisna etməkdə marağı olmadığı qədər yüksəklikdə və ya dərinlikdə həyata keçirilən müdaxilələri qadağan edə bilməz” (Bürgerliches Gesetzbuch, § 905). İngiltərə məhkəmələri yüksək hündürlükdə deyil, torpaq sahəsinin bilavasitə üstündə olan hava məkanına hüquqları tanıyır. X3 məhkəməsi müəyyən etmişdir ki, torpaq sahəsinin mülkiyyətçisi yalnız ağlabatan qaydada istifadə edə biləcək dərəcədə hava məkanına sahiblik edir (Causby işi, 1946-cı il). Rusiya Federasiyasının Mülki Məcəlləsinin 261-ci maddəsinin 3-cü bəndində müəyyən edilir ki, “torpaq sahəsinin mülkiyyətçisi, əgər yerin təki, hava məkanından istifadə haqqında və digər qanunlarla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər”.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə müvafiq olaraq, torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.
35. Göründüyü kimi, Azərbaycan Respublikasında torpaq sahəsinin mülkiyyətçisinin həmin sahənin üzərindəki hava məkanına dair mütləq (tam) hüququ yoxdur, çünki qanunvericilik yalnız istifadə etmək imkanından bəhs edir.
36. Belə olan halda, cavabdehin mülkiyyətində olan binanın divarında quraşdırılmış avadanlıqların iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində olması belə qənaətə gətirməməlidir ki, həmin avandanlıqlar mütləq çıxarılmalıdır. Əksinə, bu avadanlıqların torpaq sahəsinin sahibi üçün bu sahənin üstündə olan hava məkanından istifadəsinə maneələr törədib-törətməməsi məsələsi araşdırılmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən, iddiaçı cavabdeh tərəfindən qoyulmuş avadanlıqların onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneənin həqiqətən də onun hüquqlarını pozmasına dair hər hansı bir sübutları məhkəməyə təqdim edə bilməmişdir.
38. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçıya məxsus 39 kv.m. ölçüdə torpaq sahəsində heç bir tikili mövcud deyil, bir şam ağacı bitir və hər hansı tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır (bax, yuxarıda §§ 7 və 8). İddiaçı torpaq sahəsindən hər hansı digər məqsədlər üçün istifadə etmək niyyətini məhkəmələrə bildirməmişdir.
39. Belə olduğu halda, kondisioner mühərrikinin və su çəninin cavabdehə məxsus binanın divarında ağlabatan hündürlükdə yerləşməsi, iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç bir tikilinin olmaması, torpaq sahəsində digər məqsədlər üçün istifadəsi barədə sübutların olmaması nəzərə alınaraq belə nəticəyə gəlmək olar, hazırkı vəziyyət faktiki olaraq torpaq sahibinin hüqu qlarını pozmur, torpaq sahəsinin istifadəsinə mane olmur, təhlükə və ya zərər riski daşımır.
40. Eyni zamanda, iddiaçı özünə məxsus torpaq sahəsindən istifadə etdikdə, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş qaydada yaşayış evi və ya digər tikili inşa etdikdə, torpaq sahəsindən istifadəyə maneələr törədən çıxıntılarla bağlı qanunla müəyyən edilmiş tədbirlər görmək hüququna malikdir.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilərək iddia rədd edilməlidir.
42. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(105)-395/2024 nömrəli 2024-cü il 16 iyul tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdehə qarşı “əşyaların cavabdehin hesabına çıxarılması və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.