Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1394/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” MMC-yə və X5 qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 cavabdehlər “xxxx” MTK-ya, İddiaçı və X5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması, qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əqdlərin etibarsızlığı, yeni inşa olunan binada sahənin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdə n (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X6 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(105)-1238/2020 nömrəli qətnaməsindən iddiaçı (üçüncü şəxsin iddiası üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 02 mart 2007-ci il tarixli müqavilə ilə “xxxx” MMC ünvan 1ələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbəsində ümumi sahəsi 216 kv.metr olan qeyri-yaşayış sahəsini X3 verməyi öz öhdəsinə götürmüş, qe yri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 1000 ABŞ dolları olmaqla, ümumi dəyəri 216000 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 216000 ABŞ dollarının ödənildiyi qeyd edilmişdir. “xxxx” MMC-nin 02 mart 2007-ci il tarixli maliyyə arayışına əsasən X4 tərəfindən qeyd olunan sahəyə görə 216000 ABŞ dollarına ekvivalent manat olmaqla, 172800 manat tam olaraq ödənilmişdir. 06 avqust 2008-ci il tarixli müqavilə ilə “xxxx” MMC ünvan 1ələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blokunda sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsini X5 verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 1000 manat olmaqla, ümumi dəyəri 200000 manat müəyyən edilmişdir. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşay ış sahəsinin dəyəri olaraq 200000 manatın ödənildiyi qeyd edilmişdir. 10 noyabr 2009-cu il tarixli müqavilə ilə “xxxx” MMC ünvan 1ələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blokunda sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 1000 manat olmaqla, ümumi dəyəri 200000 manat müəyyən edilmişdir. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 200000 manatın ödənildiyi qeyd edilmişdir. Həmçinin “xxxx” MMC-nin 10 noyabr 2009-cu il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən qeyd olunan sahəyə görə 200000 manat ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasınin 27 iyun 2018-ci il tarixli rəyinə əsasən Abşeron rayonu, ünvan 1ələrinin kəsişdiyi ünvanda “xxxx” MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli yaşayış binasında İddiaçı satılmış qeyri-yaşayış sahəsinin situasiya planına uyğun olaraq, binanın 1-ci blokunun 1-ci mərtəbəsində lift şaxtasının qarşısında yerləşdiyi müəyyən olunmuşdur. Lakin iş üzrə cavabdeh X5 “xxxx” MMC tərəfindən satılmış qeyri-yaşayış sahəsinə dair situasiya planı müqaviləyə əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin binanın hansı hissəsində yerləşməsi və İddiaçı satılmış qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasınin 07 mart 2019-cu il tarixli rəyinə əsasən İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müqavilədə göstərilən 200 kv.metr qeyri-yaşayış sahəsi ilə “xxxx” MMC tərəfindən təqdim olunmuş sxemdə göstərilən X3 verilmiş 21 6 kv.metr qeyri-yaşayış sahəsinin 1-ci girişdə liftin qarşısında yerləşməklə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasınin 12 fevral 2019-cu il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş X4 ilə “xxxx” MMC arasında bağlanmış 02 mart 2007-ci il tarixli, 114 saylı müqavilədə “Payçı" qrafasındakı imza - X4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 10 noyabr 2009-cu il tarixli və X4 ilə “xxxx” MMC arasında bağlanmış 02 mart 2007-ci il tarixli müqavilələrdə “Direktor” qrafalarında “xxx” soyadı qarşısındakı imzalar öz aralarında - eyni şəxs tərəfindən icra olunmuşdur. “xxxx” MTK “xxxx” MMC-nin hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icr aat İddiaçı cavabdehlər “xxxx” MMC-yə və X5 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC və X8 arasında ünvan 1ələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blok, sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 06 avqust 2008-ci il tarixli müqavilənin etibarsız sayılması, ünvan 1ələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blok, sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınması vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, idd iaçı cavabdeh “xxxx” MMC qarşısında 10 noyabr 2009-cu il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, lakin sonuncu qeyriyaşayış sahəsini verməkdən imtina edir, öhdəliklərini yerinə yetirmir. Məsələnin məhkəmədən kənar həll olunması üçün cavabdehə göndərdiyi müraciətə olan 01 iyun 2017-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “xxxx” MMC-nin hüquqi varisi “xxxx” MTK-dır və satılan sahə daha əvvəl başqa şəxsə satılmışdır. Lakin onda digər şəxslə bağlanan müqaviləyə aid heç bir sənəd yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər “xxxx” MTK-ya, İddiaçı və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blokdan 200 kv.metr qeyri-yaşayış sahəsinə dair “xxxx” MTK ilə İddiaçı ar asında bağlanmış 10 noyabr 2009-cu il tarixli və “xxxx” MTK ilə X8 arasında bağlanmış 06 avqust 2008-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, 02 mart 2007-ci il tarixli alqı-satqı müqaviləsinə və tam ödənişli maliyyə arayışına əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blokundan 216 kv.metr qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, sahiblik və istifadə hüquqlarının tanınması, qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifələrinin cavabdeh “xxxx” MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin hüquqi varisi “xxxx” MTK ilə cavabdehlər İddiaçı 10 noyabr 2009-cu il tarixdə və X8 06 avqust 2008-ci il tarixdə ünvan 1 ünvanında inşa olunm uş yaşayış binasının 1-ci blokdan 200 kv.metr qeyriyaşayış sahəsinə dair alqı-satqı müqavilələri 02 mart 2007-ci il tarixdən sonra bağlanılmışdır. Üçüncü şəxslə əqd bağlanılaraq mübahisələndirilən sahə ona satıldığından 02 mart 2007-ci il tarixdən sonrakı tarixlərdə bu sahəyə dair bağlanan müqavilələr qanunvericiliyin tələbinə uyğun olaraq etibarsız hesab edilməlidir. 02 mart 2007-ci il tarixli alqı-satqı müqaviləsi hazırda qüvvədədir və ləğv edilməmişdir. Qanunvericilik normalarına əsasən cavabdeh “xxxx” MTK 02 mart 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinin ona verilməsinə dair vəzifələrin daşıyıcısıdır. Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(012)-183/2019 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı iddiası rədd edilmiş, X2 iddias ı qismən təmin edilmiş, cavabdeh “xxxx” MTK (“xxxx” MMC-nin hüquqi varisi) ilə ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blokdan 200 kv.metr qeyri-yaşayış sahəsinə dair cavabdeh İddiaçı ilə bağlanmış 10 noyabr 2009-cu il tarixli və ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 1-ci blokdan 200 kv.metr qeyri-yaşayış sahəsinə dair cavabdeh X8 ilə bağlanmış 06 avqust 2008-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı (üçüncü şəxsin iddiası üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(012)-183/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı idd ianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(105)-1238/2020 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(012)183/2019 nömrəli qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 s aylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası MM-in 152.1, 152.5, 157.2, 157.4, 157.8, 158.1.2, 158.4, 178.8, 337.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinad edərək hesab etmişdir ki, ünvan 1ələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbədə ümumi sahəsi 216 kv.metr olan qeyriyaşayış sahəsinə dair “xxxx” MMC ilə X4 arasında müqavilə 02 mart 2007-ci il tarixdə bağlandığından, X4 həmin qeyri-yaşayış sahəsinin dəyəri olaraq 172800 manat pulu tam olaraq ödədiyindən həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. “xxxx” MMC ilə İddiaçı arasında həmin qeyri- yaşayış sahəsinə dair müqavilə 10 noyabr 2009-cu il tarixdə bağlanmış və həmin müqavilə bağlanarkən mübahisəli qeyriyaşayış sahəsi artıq 2 il 8 ay əvvəl X1, X4 həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək hüququ əldə etmişdir. “xxxx” MMC ilə İddiaçı arasında 10 noyabr 2009-cu il tarixdə müqavilə bağlanarkən, həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək hüququnu 02 mart 2007-ci ildə X4 əldə etdiyi üçün “xxxx” MMC qeyri-yaşayış sahəsinin ixtiyarlı şəxsi olmamış və sahə ilə bağlı hər hansı əqd bağlamaq hüququ istisna olunduğu üçün İddiaçı arasındakı 10 noyabr 2009-cu il tarixli müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(105)-1238/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi, üçüncü şəxsin iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, X4 mübahisəli sahənin dəyərini tam ödəməmiş, ABŞ dollarının Azərbaycan manatına 2007-ci ilin məzənnəsi nəzərə alınmaqla, üçüncü şəxs 193125 manat ödəməli olmuş, üçüncü şəxs özü məhkəmələrdə iştirak etməmiş, sualları cavablandırmış, sübutl ar saxtalaşdırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh “xxxx” MTK məhkəmə kollegiyasına 07 aprel 2021-ci il tarixli məktubla müraciət edərək göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, “xxxx” MTK-dan 10 noyabr 2009-cu il tarixli müqavilə üzrə ödənilmiş 200000 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmiş, həmin qətnamə 10 aprel 2021-ci il tarixdə qüvvəyə minmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X10 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatl andırılmasına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquq i faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassasiya şikayətinin hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin iddiası qismən təmin olunsa da, həmin qətnamədən yalnız iddiaçı (üçüncü şəxsin iddiası üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya baxışının hədlərini üçüncü şəxsin iddiasının təmin olunmuş hissəsi, habelə iddiaçının iddiasının rədd olunması təşkil etmişdir. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahi sə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “X9rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsə dləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X7 və “xxxx” MMC arasında 02 mart 2007-ci il tarixli müqavilə bağlanılaraq, MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanması və təsdiq edilməsi xüsusatı iş materialları ilə müəyyən edildiyindən, həmin müqavilə bağlanılarkən hər hansı şəxsin (o cümlədən hazırki işdə olan iddiaçının) hüquqları pozulmadığından və üçüncü şəxs tərəfindən müqavilə üzrə öhdəlikləri tam icra edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən mübahisələndirilən qeyri-yaşayış sahəsinə üçüncü şəxs üstün hüquqlara malikdir. MMC-nin rəhbərliyi tərəfindən həmin müqavilə qüvvədə olduğu müddətdə üçüncü şəxsdən xəbərsiz mübahisələndirilən sahəni digər şəxslərin sahibliyinə verilməsi barədə başqa müqavilələrin bağlanması onun hüquqlarının pozuntusu kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs apellyasiya instansiyası məhkəməsində etibarnamə əsasında nümayəndəsi, vəkili ilə təmsil olunmuş və onun şəxsən məhkəməyə gəlməməsi mülki prosessual qanunvericiliyi ilə pozuntu kimi qiymətləndirilə bilməz. Həmçinin mübahisələndirilən sahənin üçüncü şəxsin sahibliyinə verilməsinə dair 02 mart 2007-ci il tarixli müqavilədə ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnənin düzgün müəyyən olunmaması işin faktiki hallarına aid olduğundan, kassasiya şikayətinin təmin olunması üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında form alaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, y əni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Şərh oluna nlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (üçüncü şəxsin iddiası üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(105)-1238/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1394/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1394/2021
12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver