Məhkəmə qərarları › İş №2(102)-1396/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1396/2021

22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1396/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər “xxxx” ASC, Cavabdeh2 və “xxxx” MMC-nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: protokolun etibarsız hesab edilməsi və protokol əsasında verilmiş çıxarışın ləğv edilməsi (Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkib də, Əliyeva Günel İnqilab qızının katibliyi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1400/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2007-ci il tarixli çıxarışa əsasən xx nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan xx nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqusl 2014-cü il tarixli, 2(011)-xxxxx saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər olaraq onlara qarşı «kredit borcunun qaytarılması ipoteka qoyulmuş əmlakların satılması tələbinə dair» iddia tələbləri qismən təmin edilmiş, cəmi 1461043,89 manat pulun “xxxx” MMC-dən tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi, ipoteka ilə yükli edilmiş əmlakların hərracdan satılaraq əldə olunmuş məbləğ hesabına kredit borcunun qaytarılması qət edilmişdir.

4. Bakı şəhər Xətai Rayon Məhkəməsinin iddiaçı Cavabdeh1 ASCnin cavabdehlər “xxxx” MMC-yə, İddiaçı1, İddiaçı3, X3 və X1 qarşı kredit müqüaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış 01 avqust 2014-cü il tarixli, xxxxx saylı qətnaməsi 22 sentyabr 2014-cü il tarixdə icraya yönəldilmişdir

5. Həmin qətnamə əsasında ipoteka ilə yüklü edilmiş əmlaklar «xxxx» MMC tərəfindən hərracın nəticələri haqqında xx.xx.2016-cı il tarixli, xxx saylı protokolla Cavabdeh1 ASC-yə satılmış və daha sonra DƏDRX-nin müvafiq əraziləri Ərazi İdarələri tərəfindən çıxarışlar verilmişdir. 6. xx.xx.2016-cı il tarxli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “Cavabdeh1 ASC-nin xüsusi mülkiyyətindədir.

7. Bu icraatdan əvvəl iddiaçılar İddiaçı1, İddiaçı3 və X5 cavabdehlər Cavabdeh1 ASC-nə, “xxxx” MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X, XC və XA göstərilməklə hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər.

8. Nəriman ov Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, qanuni qüvvədə olan qətnaməsi ilə iddiаçılar İddiaçı1, İddiaçı3, X2 cavabdehlər “xxxx” ASC, “xxxx” MMC-nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X, XC və XA göstərilməklə hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər “xxxx” ASC, Cavabdeh2 və “xxxx” MMCnə qarşı “Hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 sifarişinə əsasən Cavabdeh3 MMC tərəfindən keçirilmiş 14 mart 2016-cı il tarixli xxx saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında “xxxx” ASC-nin adına verilmiş 07 sentyabr 2016-cı il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********03-10301), RX seriyalı, ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10. 20 fevral 2020-ci il tаixdə X6 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb оlunmа bаrədə və mübahisə predmeti barəsində üçüncü şəxsin müstəqil tələb irəli sürməsi bаrədə ərizəsini məhkəməyə göndərərək, cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2 “xxxx” ASC, Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı Cavabdeh2 sifarişinə əsasən Cavabdeh3 MMC tərəfindən keçirilmiş 14 mart 2016-cı il tarixli xxx saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında “xxxx” ASC-nin adına verilmiş 07 sentyabr 2016-cı il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********03-10301), RX seriyalı, ******* saylı reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 may 2019-ci il tarixli 2(075)-452/2020 saylı qətnaməsi ilə (hakim C.İmanov) müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2 “xxxx” ASC, Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı “Cavabdeh2 sifarişinə əsasən Cavabdeh3 MMC tərəfindən keçirilmiş 14 mart 2016-cı il tarixli xxxx saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında “xxxx” ASC-nin adına verilmiş 07 sentyabr 2016-cı il tarixli çıxar ışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti vermişdir.

14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1400/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tərəfindən verilmiş apel yasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 07 may 2020-ci il tаrixli, 2(075)452/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılması nı mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardad ın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir.(maddə 14.2)

24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

25. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

26. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

27. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut ed ilmir(maddə 82.3)

28. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Azərbaycan Respublikası MPM-i n 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2014-cü il tarixli Qərarının məzmununda qeyd edilmişdir ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə tərəflərin əvvəlki məhkəmə prosesində malik olduqları prosessual statusdan ( iddiaçı və ya cavabdeh qismində) asılı omayaraq, onların iştirakı ilə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmir və yenidən sübut edilmir Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxxx nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar