Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1399/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, Əzizi-X3, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 cavabdeh “xxxx” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış binasının tikintisinin tamamlanması öhdəliyinin tikinti şirkətinin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa o ğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-1185/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X4, İddiaçı2, İddiaçı3, İddiaçı4, Əzizi-X5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 ilə “xxxx” MMC arasında bağlanmış ayrı-ayrı müqavilələrlə iddiaçılar cavabdeh MMC tərəfindən inşa edilmiş ünvan 1ndə yerləşən yaşayış binasında mənzillər almış və orada yaşayırlar. İş üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin ə məkdaşları tərəfindən tərtib edilmiş 17 iyul 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1ndə tikilməkdə olan “xxxx” MMC-yə aid çoxmərtəbəli yaşayış binasına vizual texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki: - 18 may 2010-cu il tarixli, TX-12-0059 saylı texniki şərtə əsasən mənzil lövhələri sayğaclarının binanın girişində quraşdırılması göstərilsə də, onlar mərtəbələrdə quraşdırılmışdır. Qeyri-yaşayış sahələrinin, işıqlanma, lift və s. kommunal istifadə olunan işlədicilər üçün sayğaclar quraşdırılmamışdır. Binanın birinci dərəcəli tələbatçıları üçün müvafiq gücdə avtomatik işə salınan dizel-generator qurğusu texniki şərtdə verilsə də, yerinə yetirilməmişdir. Binada müasir standartlara cavab verən sürətli yük və sərnişin liftlərinin işlək vəziyyətdə olduğu müşahidə edilmişdir. - Çoxmərtəbəli yaşayış binası “Azəriqaz” İB-nin 27 may 2019-cu il tarixli, 11181 saylı texniki şərtə uyğun qazlaşdırılmalıdır. Baxış zamanı xarici qaz təchizatına dair heç bir xətt yoxdur. Binada sadəcə natamam çəkilməmiş və birləşdirilmiş dayaqlar və sahənin ortasında quraşdırılmamış qaz tənzimləyici qurğu müşahidə olunmuşdur. Mənzillərə qaz xətti çəkilməmişdir. - Binanın həyətində yeraltı (V=210 kub.m. həcmində) su anbarı (yanğın və içməli su üçün) və nasosxana tikilmişdir. Nasosxanada 3 ədəd “Baymak 3KVC 85/120 TDT” markalı su nasosları quraşdırılmışdır. Onlardan 2 ədədi içməli su üçün nəzərdə tutulmuş, digər bir ədədi isə yanğın zamanı əlavə olaraq işə düşür. Nasoslar binada lazım olan təzyiqi təmin etməlidir. Hər bir nasosun məhsuldarlığı (Q=2-2,5.3 kub.m/saat H=8-10 bar) təşkil edir. Hər mərtəbənin pilləkən qəfəsində mərtəbədə yerləşən mənzillər üçün su sayğacları quraşdırılmışdır. Binanın pilləkən qəfəsində yanğın əleyhinə su dayağı quraşdırılmış, lakin yanğın kranları və onlar üçün nəzərdə tutulmuş şkaflar quraşdırılmamışdır. - Binanın mərkəzləşdirilmiş istilik sistemi yoxdur. Aparılmış texniki baxış zamanı məlum olmuşdur ki, bina istismara qəbul oluna bilməz. Yuxarıda göstərilən yerinə yetirilməmiş işlər layihəyə uyğun olaraq tam icra olunduqdan sonra binanın istismara qəbul olunmasına baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar X4, İddiaçı2, İddiaçı3, İddiaçı4, Əzizi-X5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 cavabdeh “xxxx” MMC-yə habelə mübahisə predmeti barəsində müstəqil təl əblər irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə cavabdeh tərəfindən inşa edilmiş binada müasir standartlara cavab verən sürətli yük və sərnişin liftlərinin, mərkəzləşdirilmiş istilik sisteminin, qəza elektrik təchizatı generatorlarının, mənzillərə suyun eyni təzyiqli verilməsi üçün nasosların, mənzillərin 3 günlük qəza su ehtiyatı ilə təmin edə biləcək su tutumlarının (su anbarının), yanğın sistemlərinin dərhal quraşdırılması, işıq, su, qaz təchizatının normal təchizatının təmin edilməsi və binanın yerləşdiyi ərazinin abadlaşdırılması, binanın istismara təhvil verilməsi vəziyyətinə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, məhkəməyə iddia verilməsi ilə əlaqədar iddiaçılar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar və “xxxx” MMC arasında müxtəlif tarixlərdə ünvan 1ndə tikilməkdə olan yaşayış evinin müvafiq mənzillərinə dair alqı-satqı müqavilələri bağlanmış, iddiaçılar tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, mənzillərin dəyəri tam ödənilmiş və bununla bağlı maliyyə arayışları tərtib edilmişdir. Hazırda iddiaçılar ailə üzvləri ilə birlikdə həmin binada məskunlaşmışlar. Özünü binanın komendantı və faktiki sahibi kimi təqdim edən xxx tərəfindən həmin binada sakinlərin hüquqları pozularaq, onlardan qanunsuz ödənişlər tələb edilmiş, binanın təmirli, təmiz və saz vəziyyətində saxlanılması və ərazinin abadlaşdır ılması üçün sakinlər tərəfindən ödənilmiş kommunal məbləğlər təyinatı üzrə istifadə olunmamış, bununla bağlı hər hansı tədbirlər görülməmişdir. Bundan əlavə, bina sakinlərinin normal su təchizatının təmin edilməsi məqsədi ilə su anbarının inşası başa çatdırılmamışdır. Belə ki, binanın ümumi girişinə sayğac qoyulmuş və həmin sayğacdan elektrik enerjisi mənzillərə paylanır, müqabilində isə bina rəhbərliyi sakinlərdən 1 kvt. elektrik enerjisinə görə 11 qəpik sərfiyyatı hesablamaqla onların hüquqları pozulur. Binada lift təchizatı ilə bağlı da vəziyyət təhlükəlidir. Belə ki, öncədən sərnişin və yük liflərinin qoyulması nəzərdə tutulmuş, lakin yük lifti quraşdırılmamış, sərnişin lifti isə qəzalı vəziyyətdədir. Həm yükün, həm də sərnişinlərin daşınmasında eyni liftdən istifadə edilir. 100-dən ço x ailənin yaşadığı binada 1 liftin bütün binanın yükünü daşıması, habelə həmin liftin saz vəziyyətdə olmaması çox təhlükəlidir və gələcəkdə ciddi fəlakətlə, insan ölümü və ya xəsarəti ilə nəticələnə bilər. Bina rəhbərliyi sakinlərin narazılıqlarına məhəl qoymamış, dəfələrlə edilən şifahi müraciət və etirazlara hər hansı müsbət reaksiya verilməmişdir. Bina sakinləri tərəfindən MMC-yə kommunal xidmətlərə görə mütəmadi qaydada ödənişlər olunmasına baxmayaraq, cavabdeh tərəfindən kommunal xidmətlərin haqqı lazımı qaydada ödənilmədiyindən, kommunal xidmətlərin göstərilməsində ciddi problemlər yaranır və bina sakinləri saatlarla işıqsız və susuz qalırlar. Binada yerləşən mənzillərin satışı həyata keçirilərkən müştərilərə xüsusi hazırlanmış bukletlər təqdim edilmiş, bukletlərdə binada “Montanari” markalı İtaliya istehsalı olan sürətli yük və sərnişin liflərinin, mərkəzləşdirilmiş istilik sisteminin, qəza elektrik təchizatı generatorlarının, mənzillərə suyun eyni təzyiqli verilməsi üçün Almaniya istehsalı olan nasoslarının (“Wilo-Almaniya”), mənzillərin 3 günlük qəza su ehtiyatı ilə təmin edə biləcək su tutumlarının quraşdırılması öhdəliyi cavabdeh tərəfindən öz üzərinə götürülmüş, lakin vəd olunmuş heç bir öhdəlik yerinə yetirilməmişdir. Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(012)-2030/2019 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-nin üzərinə ünvan 1ndə inşa edilmiş hündürmərtəbəli binada mərkəzləşdirilmiş istilik sisteminin, qəza elektrik təchizatı generatorlarının, mənzillərə suyun eyni təzyiqli verilməsi üçün nasosların, mənzillərin 3 günlük qəza su ehtiyatı ilə təmin edə biləcək su tutumlarının (su anbarının), yanğın sistemlərinin dərhal quraşdırılması, işıq, su, qaz təchizatının normal təchizatının təmin edilməsi və binanın istismara təhvil verilməsi vəziyyətinə gətirilməsi öhdəliyinin qoyulması, qalan hissədə iddianın təmin edilməməsi, ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçılara verilməsi qət edilmişdir Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 448.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, Abşeron rayon məhkəməsinin 2(012)-2030/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-1185/2020 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmiş, ünvan 1ndə inşa edilmiş hündürmərtəbəli binada mərkəzləşdirilmiş istilik sisteminin, qəza elektrik təchizatı generatorlarının, mənzillərə suyun eyni təzyiqli verilməsi üçün nasosların, mənzillərin 3 günlük qəza su ehtiyatı ilə təmin edə biləcək su tutumlarının (su anbarının), yanğın sistemlərinin dərhal quraşdırılması, işıq, su, qaz təchizatının normal təchizatının təmin edilməsi və binanın istismara təhvil verilməsi vəziyyətinə gətirilməsi öhdəliyinin qoyulması və dövlət rüsumunun tutulması tələbinə dair iddia tələbi rədd edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sübutetmə yükü daşıyan iddiaçılar hazırkı işdə cavabdeh təşkilatın iddiaçılar qarşısında tələbdə göstərilən öhdəliyin götürməsi, həmin öhdəliyin icra edilməməsi və ya pozulmasını təsdiq edən tutarlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar X4, İddiaçı4, Əzizi-X5 və İddiaçı 9 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)1185/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, çoxmənzilli yaşayış binasının istismara təhvil verilməsinin və bina sakinlərinə normal yaşayış şəraitinin yaradılmasının tikintini həyata keçirən icraçının vəzifə və öhdəliklərinə aid olması, iddiaçılara mənzillərin satışı zamanı xüsusi hazırlanmış bukletlərin təqdim olunması və həmin bukletlərdə yerinə yetirilməsi göstərilmiş tələblərin cavabdeh tərəfindən icra edilməməsi n əzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında kassatorların vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanu nvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, iddiaçılar tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirmişdir. Apellyasiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti təmin edilməklə, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv olunmuş və həmin hissədə də iddia təmin edilməmişdir. Kassasiya şikayətini iddiaçılardan dördü versələr də, tələb bölünməz olduğundan, kassasiya baxışının predmetini iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd olunmuş hissəsində maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlar ının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintis ini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquq u vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.2-ci maddəsinə əsasən şəxslərin qeyri-müəyyən dairəsinə ünvanl anmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsi nə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 7.0, 70.1 və 70.0.2-ci maddələrinə əsasən sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyətinin prinsiplərinə aiddir. 57.2-ci maddəsinə əsasən tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırı lmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edil məlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icr a hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məl umatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan hüquq norması tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olun duğu kimi iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın iddiaçılar qarşısında tələbdə göstərilən öhdəliyi üzərinə götürməsini, həmin öhdəliyin icra etməməsini və ya pozmasını təsdiq edən tutarlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin işin mübahisəsiz hallarından da müəyyən olunur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 iyul 2019-cu il tarixli mütəxəssis rəyi ilə cavabdeh tərəfindən tikilmiş bina texniki parametrlərinə görə qanunvericiliyin tələblərinə və layihəyə tam uyğun olmadığı üçün istismara qəbul oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi binanı istismara təhvil vəziyyətinə gətirilməsi öhdəliyinin tərəflər arasında bağlan mış müqavilədə öz əksini tapmamasını qeyd etsə də, nəzərə almamışdır ki, cavabdehin həmin öhdəliyi Şəhərsalma və Tikinti Məcəlləsinin və Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəalarından irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəlləsinin 178.8-ci maddəsinin yuxarıda qeyd olunan redaksiyası 01 iyul 2018-ci il tarixdən qüvvəyə minsə də, mübahisələndirilən bina istismara qəbul olunması vəziyyətinə cavabdeh tərəfindən hazıradək gətirilmədiyindən, həmin normanın hazırki mübahisəyə tətbiqi məsələsi müzakirə oluna bilər. Digər tərəfdən iddiaçılar yaşadıqları mənzillərin yerləşdiyi binanın iddialarında qeyd olunan texniki parametrlərlə tikiləcəyinin və müvafiq avadanlıqlarla təmin ediləcəyinin tikintini həyata keçirən MMC tərəfindən mənzillər satılarkən vəd olunduğunu və bununla bağlı onlara müvafiq bukletlərin təqdim edildiyini bildirmiş və həmin bukletin surətini iddia ərizələrinə əlavə etmişlər. Bukletdə inşa edilən binanın təsnifatlarına aşağıdakılar daxil edilmişdir: mənzillərin sərbəst daxili planlaşdırılması, seyf giriş qapıları, alman texnologiyası ilə hazırlanmış rəngli plastik qapı və pəncərələr, beynəlxalq teleproqramları qəbul etmək üçün mərkəzləşdirilmiş peyk antenaları, mərkəzləşdirilmiş telefon və internet xətləri, fasadın Avropa istehsalı olan materiallarla izolyasiya edilməsi, “Montanari” markalı İtaliya istehsalı olan sürətli yük və sərnişin liftləri, mərkəzləşdirilmiş istilik sistemi, qəza elektrik təchizatı generatorları, mənzillərdə suyun eyni təzyiqli verilməsi üçün Almaniya istehsalı olan nasoslar (Wilo-Almaniya), mənzilləri 3 günlük qəza su ehtiyatı ilə təmin edə biləcək su tutumları, 1 və 2-ci mərtəbələrdə ticarət və ofis fəaliyyəti üçün sahələr, zirzəmidə avtomobil dayanacaqları. Lakin apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən, iddiaçıların həmin dəlilini nəzərə almamış, iddiaçılara cavabdeh təşkilat tərəfindən təqdim olunan həmin bukletin mülki qanunvericiliyin tələblərinə uyğun müqavilənin bağlanması üçün təklif (oferta) və ya ofertaya təklif olub-olmaması, binanın göstərilən təsnifatlarının cavabdehin iddiaçılarla bağladığı müqavilələrin şərtlərinə aid olub-olmamaları və tikilən binanın qeyd olunan parametrlərə uyğunluğunun zəruri olub-olmamasına hüquqi qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə işə baxarkən qanunun yuxarıda göstərilən tələblərini pozaraq, qanunvericiliyin göstərilən tələblərinə uyğun həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət etməmişdir. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübah isəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar X4, İddiaçı4, Əzizi-X5 və İddiaçı9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-1185/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə m
Məhkəmə qərarları › İş №2(102)-1399/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1399/2021
12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver