Məhkəmə qərarları › İş №2(102)-140/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-140/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-140/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" QSC, Cəbrayılov Ehtibar Böyükkişi oğlu, X7 və X3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-140/21 (Açar sözlər: maddi və mənəvi zərərin titilması, tələbin sübuta yetməməsi) Bakı şəhəri, 01 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil cavabdeh "xxxx" QSC-nin vəkili İsmayılov Ülvi Zahid oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" QSC, Cəbr ayılov Ehtibar Böyükkişi oğlu, X7 və X3 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1595/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh «xxxx» QSC-yə iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona qarşı olan və giriş kartının qanunsuz bağlanmasında, xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrdə barəsində yazılanlarda, rəsmi müraciətlərinin cavabsız qalmasında ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi; onun şərəf, ləyaqət, işgüzar nüfuzunun və səhhətini n pozulmasına görə «xxxx» QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovun, onun müavini Etibar Cəbrayılovun, şəxsi heyət üzrə köməkçi Eytiqam Məmmədovun və Personalla iş üzrə Baş İdarənin kadrlar mütəxəssisi Vidadi Mikayılovun üzr istəməsi; cavabdehin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrinin mətnində barəsində yazılanların təkzib edilməsi və bunun bütün şəxsi heyətə elan edilməsi və cavabdehdən ona vurulmuş maddi ziyana görə 10.000 manat, mənəvi ziyana görə isə 50.000 manat təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ərizə verib, iddia tələbi üzrə Cəbrayılov Ehtibar Böyükkişi oğlu, X4 və X2 da əlavə cavabdehlər kimi cəlb edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılıb ki, idd iaçı 2009-cu ildən «xxxx» QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsində kompüter operatoru kimi çalışır. Çalışdığı illər ərzində heç bir qüsura yol verməmiş, intizam tənbehi almamış və işini çox sevməklə bərabər hər zaman məsuliyyətlə çalışmışdır. Bu illər ərzində xxxx rəhbərliyi tərəfindən hər zaman əməyi yüksək qiymətləndirilmişdir. 4. 2019-cu ilin mart ayında Bakı şəhəri, Nizami rayonu ərazisində «Diglas» ticarət mərkəzində baş verən yanğından sonra İdarədə baş verən «daxili oyunlar»ın qurbanına çevrilmiş, bu əsnada ona qarşı törədilməyən qanunsuz, mənəviyyatsız, əsassız, habelə mənəvi təhqirlər və alçaltmalarla müşayiət olunan hərəkətlər qalmamışdır. Nəticədə o həddə mənəvi sarsıntı və iztirab keçirmişdir ki, həm sağlamlığına, həm də psixologiyasına ciddi zərər dəymişdir.

5. Bütün məs ələlər isə xronoloji ardıcıllıqla aşağıdakı kimi olmuşdur: «Diglas» TMdə baş verən yanğından sonra İdarənin növbə rəislərindən biri İsgəndər İsmayılın etik davranış qaydalarını pozaraq mətbuata müvafiq icra hakimiyyəti orqanlarına qarşı qərəzli, birtərəfli və aqressiv tonlarla müşayiət olunan müsahibə verməsi X1 və X11 Xidmətinin rəisi Azad Səmədovu narahat etmişdir. Xidmət rəisi bu müsahibədən narahatlığını İdarə rəhbərliyinə bildirmiş və İsgəndər İsmayılın strateji reyslərdən uzaqlaşdırılmasını məsləhət bilmişdir.

6. Bundan sonra İsgəndər İsmayıl səhvini etiraf edərək öz xahişi ilə işdən azad olunması barədə ərizə vermiş, sonra fikrini dəyişərək Azad Səmədova qarşı böhtanlar və şikayətlər yazmağa başlamış, şikayətlərində A.Səmədovun istədiyi kimi tabel cədvəllərini yazmasını, istədiyi şə xsi yazıb, istəmədiyini yazmamasını, iş və istirahət günlərinə müdaxilə etməsini göstərmişdir. 7. 2019-cu ilin yanvar-mart aylarına dair bütün tabellərə yoxlama keçirilmiş və orada 1 tabeldə texniki səhv olduğu aşkarlanmışdır. Bununla da ona qarşı davamlı və kütləvi təzyiqlər başlamışdır.

8. Əslində isə məsələ sifariş olduğuna görə əsas hədəf o, yox, onun rəisi Azad Səmədov idi, onun fəaliyyətinə kölgə salmaq və ona qarşı təzyiqlər etmək istəyirdilər.

9. Bununla bağlı onu rəhbərliyə çağırmış, izahatlarını almışlar.

10. O və birbaşa rəisi sənəd və sübutla təsdiq etmişlər ki, əslində tabel yazmaq onun vəzifə təlimatına daxil olmayıb və o, yazdığı tabellərin məlumatlarını bilavasitə xidmət rəisindən almışdır, yəni həmin şəxslər ona nə veriblərsə, o da texniki baxımdan həmin məlumatları yazı rb, özünün müdaxilə etmək imkanı və marağı olmayıb.

11. Buna baxmayaraq xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrdə barəsində tam yalan, iftira və böhtan xarakterli məlumatlar yazılmış və bu əmr İdarənin bütün şəxsi heyətinin nəzərinə çatdırılmaqla barəsində mənfi təəssürat yaradılmışdır. Təbii ki, bu yalan və böhtan xarakterli sözlərin müqabilində o ciddi sarsıntı keçirmişdir. 12. xx.xx.2019-cu il tarixdə saat 10.30-da onu İdarə rəhbərliyi bir daha çağırmış, orada 5 nəfərdən ibarət heyət ona ciddi psixoloji təzyiqlər edərək onun işinə layiq olmadığını, yararsız işçi olduğunu, barəsində rəhbərlikdə də mənfi fikirlər formalaşdığını bildirərək özünün könüllü ərizə yazaraq işdən çıxması barədə təzyiqlər etmişlər, əks halda isə onu əmək funksiyalarını pozduğuna görə Əmək Məcəlləsinin 70-ci madd əsinin «ç» bəndi ilə çıxaracaqları barədə hədələmişlər. Hətta ona bildirilmişlər ki, guya onun etdiyi əməl cinayətdir, buna cinayət işi düşür, sonuncular guya ona hörmət edirlər, sənədləri prokurorluğa göndərmirlər. və

13. Saat 14.00-a qədər ona təzyiqlər edilmişdir. Onda yüksək təzyiq və digər xəstəliklər olduğundan onları buraxmalarını, halının pisləşdiyini bildirmişdir, buna baxmayaraq 5 nəfər şəxs ona qarşı psixoloji təzyiqdən əl çəkməmişdir.

14. Sonda dözə bilməyib divana yıxılmış və huşunu itirmişdir, ayılanda isə görmüşdür ki, yaxası açılıb və ona su vururlar.

15. Vəziyyətini anladığından yalvarmışdır ki, həkim çağırsınlar, lakin həmin şəxslər öz etdikləri əməlin ifşa olunacağından qorxub həkim çağırmağa mane olmuşlar.

16. Həkim əvəzinə sonradan yalnız psixoloq gəlmiş və onu özünə g əlməsi üçün tualetə aparmışdır.

17. Bu vəziyyətin dözülməz olduğunu görüb həmin dəqiqə bildirmişdir ki, o, «xxxx» QSC-nin birinci vitse prezidentinin yanına gedir və bütün qanunsuzluqlar barədə şəxsən məruzə edəcək. Məhz bundan sonra ona qarşı növbəti qanunsuzluq edilmiş, onun giriş (iş) kartını bağlamış və onu ümumiyyətlə otaqdan çıxmağa qoymamışlar.

18. Soruşanda demişlər ki, guya direktorun göstərişidir, amma bunu göstərməmişlər.

19. Həmin gün o, dustaq kimi saat 20:00-a qədər işdə qalmağa məcbur olmuşdur. Halbuki, həmin gün bütün işçilər 18.00-da işdən çıxmışlar.

20. Özünü həmin quldurlar tərəfindən qanunsuz azadlıqdan məhrum edilən bir şəxs kimi hiss etmiş, həmin vaxt ərzində isə evdə iki azyaşlı övladı tək, ac və susuz, qulluqsuz qalmışlar. Bütün bu müddətdə də ciddi əsəb sarsıntısı keçirib, ağlayıb kömək istəmişdir.

21. Məsələnin belə olduğunu gördükdən sonra məcbur qalıb radiostansiya vasitəsi ilə şəxsən Elxan Orucovla əlaqə saxlamağa məcbur qalmışdır. Sonuncu məsələnin ciddiliyini görüb onu buraxmağı tapşırmış, amma kartı açılmamışdır.

22. Axşam saat 8-dən sonra işdən çıxanda əməkdaş Valeh Əliyev onu öz avtomobilində evə aparmış, həyətə çatanda isə həyat yoldaşına zəng etmişdir ki, gəlib onu aparsın. Yəni, evə getməyə taqəti belə olmamışdır.

23. Növbəti gün, xx.xx.2019-cu il tarixdə axşam aldığı mənəvi iztirablardan səhhəti pisləşmiş və həkim çağırmışdır. Həmin müayinədə də onun «güclü baş ağrısı, baş gicəllənmə, ürəkbulanma, halsızlıq, qulaqlarında küy» şikayətinin olması təsbit edilmişdir. Həmin gün göndərişlə xəstəxanaya yerləşdirilmişdir və bir aya yaxın müalic ə almışdır.

24. Xəstəxanada yatdığı müddətdə xxxx-ın birinci vitse-prezidentinə məktub ünvanlamış və bütün başına gələnləri və digər qanunsuzluqları qeyd etmişdir. Məktub xx.xx.2019-cu il tarixdə müvafiq ünvana çatmış, lakin bu günə qədər heç bir rəsmi cavab gəlməmişdir.

25. Hətta xəstəxanada müalicə aldığı müddətdə də Həmkarlar İttifaqı Komitəsinin sədri ona zəng edərək öz qanunsuz təzyiqlərini davam etdirmiş, guya onunla bağlı xxxx-ın birinci vitse-prezidentinin müvafiq darkənarının olduğunu, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə çıxaracaqlarını demiş, buna görə də «ağıllı» olmasını, gəlib özünün könüllü ərizə yazmasını təkid etmişdir. 26. xx.xx.2019-cu il tarixdə isə İdarənin rəisi Elxan Orucova şəxsən mobil telefondan öz nömrəsi vasitəsi ilə zəng vurmuş, ona laqeyd və hörmətsiz yanaşdığını gördükdən sonra isə ona SMS yazmış, qanunsuzluqları, xəstəxanada məhz İdarə rəhbərliyinin qanunsuzluğu nəticəsində yatdığını bildirmişdir. 27. xx.xx.2019-cu il tarixdə işə qayıdanda mənəvi sarsıntı ilə nəticələnən növbəti qanunsuzluqla qarşılaşmış, giriş kartının hələ də açılmadığının şahidi olmuşdur.

28. Bundan sonra 3 gün onu öz həmişəki iş otağına deyil, Daxili Təhlükəsizlik Xidmətində oturmağa məcbur etmişlər və tualetə belə müşayiətlə getmişdir. 29. xx.xx.2019-cu il tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclası olmuş və onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə çıxarılması müzakirə olunmuşdur. Həmin iclasda birbaşa rəisi Azad Səmədov iştirak etmiş və ona qarşı təzyiqlərə etiraz edərək hər hansı bir qərarın qəbuluna mane olmağa çalışmışdır. Azad Səmədov öz vəzifəsindən təxminən iki dərəcə aşağı işə, yəni xidmət rəisliyindən növbə rəisliyinə keçmək barədə ərizə verəndən sonra o, işə buraxılmış, amma kart yenə də açılmamışdır.

30. Giriş kartı xx.xx.2019-cu il tarixdə açılsa da, 29-xx xxx 2019-cu il tarixlərdə onu yenə də işə buraxmamış, heç bir səbəb, rəsmi sənəd də göstərməmişlər.

31. O, özünü bu vəziyyətdə tam alçaldılmış, təhqir olunmuş hesab etmişdir.

32. Bu hadisələrdən sonra düzəlməkdə olan səhhəti yenidən pisləşmiş, əsəb gərginliyindən təzyiqi qalxmış və ağırlaşmış, 03-05 iyun tarixlərdə 3 gün yenidən həkim müalicəsində olmuşdur.

33. Yuxarıda göstərilən aşkar faktlara, yəni dəfələrlə həkim müalicələrində olması, giriş kartının qanunsuz bağlanması, işdən çıxması üçün ona edilən təzyiqlər, habelə bu barədə zam anında vəzifəli şəxsləri rəsmi şəkildə məlumatlandırması və digər hallara əsasən ona qarşı uzun zaman ərzində qanunsuzluqlar, ayrıseçkilik, təhqir və böhtanlar, şəxsiyyətinin alçaldılması və ləyaqətdən salma kimi əməllər törədilmişdir.

34. Nəticədə ona qarşı maddi olmaqla bərabər və ondan dəfələrlə çox mənəvi iztirab və sarsıntıda ifadə olunan mənəvi ziyan dəymişdir.

35. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 46, Mülki Məcəllənin 23.1-ci maddələrinə istinad etmişdir.

36. Cavabdeh X7 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçıya həmişə hörmətlə yanaşmış, aralarında heç vaxt problem olmamışdır. Bir gün növbə rəisi olan İskəndər Həmidov gəlib Azad müəllimdən şikayət edərək Kəmalə xanıma böyük səlahiyyət verdiyini, onun da öz növbəsində özünü rə is kimi aparmasını, istədiyi adamı tabeldə xəstə kimi göstərərək onlara işə gəlməməyə şərait yaratmasını və s. bu kimi halların olduğunu bildirmişdir. Bu barədə yuxarı rəhbərliyə məruzə edərək belə şikayətin olmasını bildirdikdə 22-si apreldə altı nəfərdən ibarət komissiya yaradılması barədə göstəriş verilmişdir. Komissiyanın iclasında yalnız bir şikayət müzakirə edilmiş, digər məsələlərə toxunulmamış, araşdırmadan kənara çıxılmamışdır. İddiaçı komissiyada suallara cavab olaraq etiraf etmişdir ki, o, özü yazıb doldurmuşdur. Üzr istəyərək bir daha belə səhvə yol verməyəcəyini bildirmişdir.

37. Cavabdehlər "xxxx" QSC-nin nümayəndəsi X5, X6, Cəbrayılov Ehtibar Böyükkişi oğlu da iddia tələbini eyni əsaslarla qəbul etmədiklərini bildirmişlər..

38. Nəsimil Rayon Məhkəməsinin 2(006)-4774/2020 nöm rəli, 26 sentyabr 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Tağıyev)

39. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı 2009-cu ildən «xxxx» QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsində kompüter operatoru vəzifəsində işləmiş, iş yeri üzrə müsbət xarakterizə edilir, iddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edərkən cavabdeh QSC ilə əmək münasibətlərində olmuş, məhkəmə baxışı dövründə o cavabdehə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək onun əmək müqaviləsinə ştat vahidlərinin ixtisar ilə əlaqədar xəbərdarlıq müddəti əvəzinə öz razılığı ilə orta aylıq əmək haqqının 2 misli bir dəfəyə ödənilməklə 2019-cu ilin sentyabr ayının 09-dan xitam verilməsini xahiş etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçının əmək müqaviləsi ştatlar ixtisar edildiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xx.xx.2019-cu il tarixindən ləğv edilmişdir.

40. Məhkəmə qeyd edib ki, iddiaçı məhz cavabdehlə əmək münasibətində olan dövrdə ona qarşı mənəviyyatsız, əsassız, habelə mənəvi təhqirlər və alçaltmalarla müşayiət olunan hərəkətlərdən, bunun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməklə, həm sağlamlığına, həm də psixologiyasına ciddi zərər dəyməsindən şikayətlənmişdir.

41. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının əmək fəaliyyəti dövründə 2019-cu ilin yanvar-mart aylarına dair bütün tabellərə yoxlama keçirilmiş və orada 1 tabeldə texniki səhv olduğu aşkarlanmasına baxmayaraq, bu fakt araşdırılmış və araşdırma zamanı xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrdə əksini tapmış halların öz təsdiqini tapması aşlkar edilmiş, cavabdeh tərəfindən işçilərin iş vaxtının qeydiyyatı tabeli və nəzarətin gücləndirilməsi barədə bir sıra tədbirlərin görülməsi zəruri sayılmışdır.

42. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrin məzmununa əsasən müəyyən edib ki, cavabdeh tərəfindən əmək fəaliyyəti zamanı aşkar edilmiş nöqsanlar üzrə araşdırılma aparılması nəticəsində heç kim, o cümlədən iddiaçı intizam tənbehinə məruz qalmamışdır.

43. Birinci instansiya məhkəməsi qeyd edib ki, sözügedən əmrdə iddiaçının onun barəsində tam yalan, iftira və böhtan xarakterli məlumatlar yazılması və bu əmrin İdarənin bütün şəxsi heyətinin nəzərinə çatdırılmaqla barəsində mənfi təəssürat yaradılması halı öz təsdiqini tapmadığı üçün həmin əmrin mətnin də barəsində yazılanların təkzib edilməsi və bunun bütün şəxsi heyətə elan edilməsi dair iddia dəlilləri əsassızdır.

44. Məhkəmə sübutetmə ilə bağlı qeyd edib ki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bundan əlavə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və y a faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Çünki iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.

45. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 80-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

46. İddiaçı qətnamədən apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.

47. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırlmaqla, işin faktiki hallarına istinad edilib. 4

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1595/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4774/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi), Etibar Nəbiyev və Raqib Qurbanov)

50. Apellyasiya instansiyasının müəyyən etdiyi işin halına görə iddiaçı giriş kartının qanunsuz bağlanması halları, uzun zaman ərzində qanunsuzluqlar, ayrı-seçkilik, təhqir və böhtanlar, şəxsiyyətinin alçaldılması və ləyaqətdən salma kimi əməllərin törədilməsini göstərsə də bu halların baş verməsi və həqiqət olmasına dair məhkəməyə heç bir mötəbər və tutarlı sübut növü təqdim edə bilməmişdir.

51. İddiaçının xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrdə barəsində yazılanlarda, rəsmi müraciətlərinin cavabsız qalmasında ifadə olunan hərəkətlərinə dair dəlili ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı belə bir müraciətlərin rəhbərliyə yazılmasına dair əlyazma şəkilində olan ərizələrin surətlərini iş materiallarına əlavə etmək üçün təqdim etsə də, bu ərizələrin cavabdehin rəhbərliyinə çatdırılmasına dair sübutlar təqdim etməmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli əmrdə barəsində yazılanların həqiqətə uyğun olmaması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

52. Bununla da, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edib ki, iddiaçı əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmin halların iddia ərizəsində və izahatında sadaladığı hadisələr fonunda baş verməsini israrla bildirsə də, iddiaçı əvvəl ona qarşı baş vermiş qanunsuzluq hallarının həqiqətən də olmasını sübut etməli olduğu halda edə bilməmişdir. Bundan başqa iddiaçı ona cavabdehlər tərəfindən hansı formada 10000 manat məbləğində maddi ziyan vurulmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

53. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

54. Kassasiya şi kayətində apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

55. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

56. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

57. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" QSC-nin vəkili İsmayılov Ülvi Zahid oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

58. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər "xxxx" QSC-nin nümayəndəsi, Cəbrayılov Ehtibar Böyükkişi oğlu, X7 və X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin s əbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Mad di və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

60. Kassasiya şikayətində iddiaçı apelyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu bax ımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

63. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

64. İddia tələbi ilk növbədə cavabdehlərin iddia ərizəsində qeyd edilən hərəkətlərinin qanunsuz olması və bu hərəkətlər nəticəsində iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl dəyməsi barədədir. İşin bu halı təsdiq edildikdən sonra ilk tələbdən doğan dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələsi müzakirə edilməlidir.

65. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, iddiaçı istinad etdiyi hallara dair məhkəməyə heç bir m ötəbər və tutarlı sübut təqdim edə bilməmişdir.

66. Həmçinin iddiaçının istinad etdiyi xx.xx.2019-cu il tarixli əmrdə barəsində yazılanların həqiqətə uyğun olmaması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

67. Göründüyü kimi, iddiaçı cavabdehlərin iddia ərizəsində qeyd edilən hərəkətlərinin qanunsuz olması və bu hərəkətlər nəticəsində şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl dəyməsini işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarında sübuta yetirə bilməmişdir. Halbuki istinad edilən prosessual qanunvericiliyin təblərinə görə bunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşürdü.

68. Birinci tələb təmin edilmədiyindən, bundan doğan maddi və mənəvi zərər vurulması barədə tələbin təmin edilməsi də istisna edilir.

69. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normasının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etdiyi üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası qanunu nəticəyə gəlmişdir.

70. Apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

71. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 72 Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-1595/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar