Məhkəmə qərarları › İş №2(102)-1403/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1403/2020

12.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1403/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X18 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh X8 vəkili X13 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10568/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Fərrux Qasımov) xx xxx 2019-cu il tarixli 2(001)-45/2019 saylı qətnaməsi ilə İddiaçı ca vabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə və X10 qarşı müqavilənin və şəhadətnamənin ləğv olunaraq qeydiyyatdan çıxarılması barədə iddia tələbi rədd edilmişdir. Dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertizanın keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi,İsmayıl Xəlilov və Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Binəqədi rayon məhkəməsinin iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi qismən - iddia ərizəsinin təmin edilməmiş “DƏDRX tərəfindən X10 verilmiş ******* saylı, xx.xx.2007-ci il tarixi çıxarışın, xx.xx.2006-cı il tarixli reyestr nömrəsi **********11 olan şəhadətnamənin ləğv edilməsi” hissədə ləğv edilmiş və həmin hissədə işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi,İsmayıl Xəlilov və Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilməmiş - “bağın icarəyə verilməsi haqqında 205097 saylı müqavilənin ləğv ed ilməsi” hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə və X10 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə Fatmayı kəndində yerləşən 0,12 hektar ölçülü torpaq sahəsinə dair DƏDRX tərəfindən X10 verilmiş ******* saylı, xx.xx.2007-ci il tarixi çıxarışın, xx.xx.2006-cı il tarixli reyestr nömrəsi **********11 olan şəhadətnamənin və onun verilməsinə əsas olmuş “X11 və istismarı birliyi” ilə X14 arasında bağlanmış “bağın icarəyə verilməsi” haqqında 205097 saylı müqavilənin ləğv olunaraq qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,12 hektar torpaq sahəsi 1886-cı ildən üzüm bağlarının salınması məqsədilə dövlət tərəfindən onun ulu babası X1. X19 İdarəsinin 1588 saylı, xx xxxxxxx 1980-cı il tarixli müqaviləsi əsasında mərhum atası X15 verilmiş, daha sonra isə Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2006-cı il tarixli, 326 saylı sərəncamına əsasən X11 və İstismarı Birliyi ilə mərhum anası X5 arasında həmin, yəni 1427 saylı bağ sahəsinin icarəyə verilməsinə dair xx xxxxxx 2006-cı il tarixli, 11445 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən həmin torpaq sahəsi 10 il müddətinə mərhum anasının istifadəsinə verilmişdir. Torpaq sahəsi bu gün də onun ailəsinin istifadəsindədir. 1991-ci ilə kimi, yəni atası vəfat edənədək hə min torpaq sahəsi üzərində olan evində yaşamış, orada da vəfat etmişdir. Torpaq sahəsinin demək olar ki, tam hasara alınması, müxtəlif meyvə və dekorativ ağacların əkilməsini o, həyata keçirmiş, köhnə evin yerinə yeni ev tikilməsi üçün tikinti materiallarını öz hesabına almışdır. Bütün qonşular torpaq sahəsinə məhz onun tərəfindən qulluq və istifadə edildiyinə şahiddirlər. Lakin o, həmin torpaq sahəsinin özəlləşdirilməsi niyyəti ilə DƏDRX-a müraciət etdikdə həmin torpaq sahəsinin X14 adlı şəxsin adına rəsmiləşdirildiyi barədə məlumat almış, bu səbəbdən müraciətinə imtina cavabı verilmişdir. O, bununla bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə araşdırması zamanı torpaq sahəsinin hüquqi vəziyyəti barədə məlumat alınması üçün sorğu ilə DƏDRX-ə müraciət edilmiş, cavab məktubunda sözügedən torpaq sahəsinin X8 mülkiyyətinə 1427 saylı deyil 1429a saylı bağ sahəsi kimi qeydiyyata alındığı göstərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmdışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin onun iddiasının bir hissəsinin inzibati-iqtisad məhkəməsinə aid olması barədə gəldiyi nəticə əsassızdır. Çünki mübahi sələndirdiyi sənədlər inzibati akt deyildir. Məhkəmə iddia tələbinin digər hissədə isə bu əsasla rədd edərək düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa onların torpaq sahəsi ilə cavabdehin torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi qanunsuz yanaşmadır. Bir neçə dəfə ekspertiza təyin edilsə də, heç birində onların bağ sahəsinin faktiki olaraq harada yerləşməsi müəyyən edilə bilməmişdir. Məhkəmə qeyd olunan halları nəzərə almadığına görə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh X8 vəkili X22 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh X8 vəkili X13 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(001)-45/20 19 saylı qətnaməsi qismən-iddia ərizəsinin təmin edilməmiş “DƏDRX tərəfindən X10 verilmiş ******* saylı, xx.xx.2007-ci il tarixi çıxarışın, xx.xx.2006-cı il tarixli reyestr nömrəsi **********11 olan şəhadətnamənin ləğv edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilərək, iddiaçıya müvafiq tələblə aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İddianın qalan hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,xx xxxxxxxx 1988-ci il tarixli, 11445 nömrəli müqaviləyə əsasən, G öradil massivində 1588 nömrəli, 0,25 hektar sahəli bağ sahəsi X15 icarəyə verilmişdir. xx xxxxxx 1990-cı il tarixli, 20597 nömrəli müqavilədən görünür ki, Göradil qəsəbəsində 0,12 hektarlıq 1429 a saylı bağ sahəsi xx xxxxxx 1990-cı ildən xx xxxxxx 2000-ci ilədək X10 icarəyə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin xx xxxx 2016-cı il tarixli məktubundan görünür ki, Göradil qəsəbəsi, 1427 saylı bağ sahəsinin X8 mülkiyyətində olmasına dair məlumat idarənin arxivində aşkar olunmamışdır. İddiaçının göstərdiyi ərazi 1429a saylı bağ sahəsi kimi X8 adına xx xxxxxxxx 2007-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx xxxxxx 2018-ci il tarixli arxiv çıxarışından görünür ki, Bakı şəhəri X20 İcraiyyə Komit əsinin xx xxxxxx 1990-cı il tarixli, 7/439 saylı qərarına əsasən, Göradil massivində 1429A saylı bağ sahəsi X10 icarəyə verilmişdir. xx xxxxxx 2001-ci il tarixi, 20597 nömrəli “bağın icarəyə verilməsi haqqında’ müqavilədən görünür ki, Göradil qəsəbəsində 0,12 ha ölçülü 1429a saylı bağ sahəsi 10 il müddətinə X10 icarəyə verilmişdir. Azərbaycan Respublikası DƏDRX-in MH seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1429a saylı bağ xx xxxxxxxx 2007-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır. DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin xx xxxxxx 2015-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2006-cı il tarixli, 326 nömrəli sərəncamına əsasən keçmiş X11 və İstismarı Birliyi ilə X6 arasında Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0,12 hektardan ibarət 1427 saylı bağ sahəsinin icarəyə verilməsinə dair xx xxxxxx 2006-cı il tarixli, 11445 saylı müqavilə bağlanmışdır. DƏDRX-in xx xxxxxxxx 2017-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1588 nömrəli bağ sahəsi xx.xx.1965-ci il tarixli, 11445 nömrəli müqavilə ilə X15 icarəyə verilmişdir. İcarədarın vəfatından sonra sözügedən bağ sahəsinə dair keçmiş X11 və istismarı Birliyi ilə X5 arasında xx.xx.1995-ci il tarixli 11445 nömrəli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X7 inkişafı və istismarı Birliyinin xx xxxxxx 2006-cı il tarixli, 11445 saylı müqaviləsindən görünür ki, Goradil ərazisindəki 0,12 ha sahəli, 1427 nömrəli bağ sahəsi 10 il müddətinə X2 istifadəsinə ver ilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Başçısı X7 inkişafı və istismarı Birliyinin xx xxxxx 2006-cı il tarixli, 11445 saylı müqaviləsindən görünür ki, Goradil ərazisindəki 0,25 ha sahəli, 1588/1427 nömrəli bağ sahəsi 10 il müddətinə X2 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli 9138 nömrəli rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi Sabunçu İnzibati Ərazi Vahidliyinin hüdudları daxilindədir. Faktiki sahəsi 0,15 hektar olan mübahisəli torpaq sahəsinin 0,12 hektarına X8 adına verilmiş xx xxxxxx 2006-cı il tarixli, **********000015 nömrəli “Torpaq sahəsinin Kadastr planı” və reyestr nömrəsi **********11 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Mübahisəli torpaq sahəsi kateqoriya üzrə yaşayış məntəqələri torpaqlarına aiddir. “xxxx” MMC-nin arxiv və elektron bazasında 1427 saylı bağ sahəsinin harada yerləşməsi barədə məlumat olmadığına görə onun sərhədlərini və qonşuluğunda olan torpaq sahələrini, eləcə də həmin torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Faktiki sahəsi 0,15 hektar olan mübahisəli torpaq sahəsinin 0,12 hektarına X8 adına verilmiş xx xxxxxx 2006-cı il tarixli “Torpaq sahəsinin Kadastr plaru" və çıxarışın 1429a saylı bağ sahəsinin əsasında verildiyi müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 12767 saylı rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərifindən tərtib edilmiş **********56 saylı, xx xxxxxxx 2018-ci il tarixli rəyə əsasən 1429A saylı bağın sərhədləri şimaldan 1428-1428A, cənubdan 1430-1430A saylı bağlada qonşu olaraq keçməlidir. Kooordinatları verilmiş sahənin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında X9 adına 1429a saylı bağ sahəsi kimi qeydiyyata alındığı, şimaldan 1427a vc 1428a saylı, cənubdan 1430 və 1431 saylı bağlarla qonşu olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 1427 saylı bağın sərhədləri şimaldan 1426-1426A, cənubdar 1428-1428A saylı bağlarla qonşu olaraq keçməlidir. Mütəxəssis rəyinə əsasən, ərazidə hasarlanma işləri sxematik x əritəyə uyğun aparılmadığı üçün sözügedən bağsahələrinin sərhədlərinin mövcud olmasını və bir-biri ilə qonşuluqda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığı üçün və o cümlədən mülki iş materiallarında olan sxemə əsasən 1427 saylı bağ sahəsinin naturada yerini müəyyən etmək mümkün olmadığından, tədqiq olunan bağ sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu tarixli 33951 saylı rəyində göstərilmişdir ki, “xxxx” MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 20 saylı mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X7 inkişaf ı və istismarı birliyi ilə X14 arasında bağlanmış xx xxxxxx 2001-ci il tarixli, 20597 nömrəli müqaviləyə əsasən X10 Goradil qəsəbəsində ayrılmış 0,12 hektar sahəsi olan 1429A saylı bağ sahəsinin sərhədlərinin plan ölçü sənədinə və iş materiallarının204-cü səhifəsində olan, X21 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş sxemə əsasən mübahisəli torpaq sahəsinin sənədlərinə uyğun olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının BağlarTəsərrüfatının inkişafı və istismarı birliyi və X5 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 11445 nömrəli müqavilə ilə ƏliyevaBayramxanım Seyidəli qızına Goradil qəsəbəsində ayrılmış 0,12 hektar sahəsi olan 1427 saylı bağ sahəsinin sxeminə ayrıc aktı əlavə edilmədiyindən, ayrılmış torpaq sahəsinin hər-ha nsı tərpənməz nöqtəyə bağlılığı qeyd edilmədiyindən, həmin torpaq sahəsinin sərhədlərinin haradan keçməsini müəyyən etmək mümkün olmadı. xx xxxxxx 2019-cu il tarixli 20 saylı mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, Goradil qəsəbəsi ərazisində yerləşən bağ sahələrinin sxeminə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X7 inkişafı və istismarı birliyi ilə X14 arasında bağlanmış xx xxxxxx 2001-ci il tarixli 20597 nömrəli müqaviləyə əsasən X10 Goradil qəsəbəsində ayrılmış 0,12 hektar sahəsi olan 1429A saylı bağ sahəsi ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X7 inkişafı və istismar birliyi ilə X5 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 11445 nömrəli müqaviləyə əsasən X5 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 11445 nömrəli müqaviləyə əsasən X4 Goradil qəsəbəsində ayr ılmış 0,12 hektar sahəsi olan 1427 saylı bağ sahəsinin ümumi sərhədlərinin mövcud olmadığı və həmin torpaq sahələrinin qonşuluqda yerləşmədiyi müəyyən edilir. Mütəxəssis rəyində göstərilənlərə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X7 inkişafı və istismarı birliyi ilə X5 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 11445 nömrəli 0,12 hektar sahəsi olan 1427 saylı bağ sahəsinin sxeminə ayrıc aktı və ayrılmış torpaq sahəsinin hər-hansı bir tərpənməz nöqtəyə bağlılığı olmadığından və bununla əlaqədar 1427 saylı bağ sahəsinin konkret olaraq harada yerləşdiyi müəyyən olunmadığından həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1429a saylı bağ sahəsinə X8 adına tərtib olunmuş **********3000015 nömrəli X27 kitabında xx xxxxxx 2006-cı il tarixdə 621 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Kadastrı planında göstərilən koordinatlarla üst-üstə düşmədiyi müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, xx xxxxxx 2006-cı il tarixli 11445 saylı müqaviləyə əsasən iddiaçının mərhum anası X3 icarəsinə 0,12 ha 1427 saylı torpaq (bağ) sahəsi verilmişdir (mərhumərinin adına olan sahə onun adına rəsmiləşdirilmişdir). Eyni zamanda, xx xxxxxx 2001-ci il tarixi 20597 saylı müqaviləyə əsasən cavabdeh X8 icarəsinə 0,12 ha 1429a saylı torpaq (bağ) sahəsi verilmişdir. Hər iki torpaq sahəsi Göradil kəndində yaxın məsafələrdə yerləşir. Lakin movcud olan bir torpaq sahəsi var və hər iki tərəf iddia edir ki, həmin sahə ona ayrılmış bağ sahəsidir. Aparılmış ekspertiza tədqiqatları nəticəsi ndə müəyyən edilmişdir ki, mübahisəsi gedən torpaq sahəsi 1429a bağ sahəsi kimi X8 adına qeydə alınmışdır. İddiaçı isə hesab edir ki, DƏDRX həmin sahəni cavabdehin adına qeydə almaqda qanunsuzluq etmişdir, ona görə də çıxarış və plan və ölçü sənədi ləğv edilməlidir. Həmçinin, iddiaçı hesab edir ki, həmin çıxarış və plan və ölçü sənədinin verilməsinə əsas olmuş cavabdehlə bağlanmış icarə müqaviləsi də ləğv edilməlidir. Çıxarış və plan və ölçü sənədinin verilməsi mübahisəli torpaq sahəsinin DƏDRX tərəfindən cavabdehin adına qeydə alınmasından irəli gəldiyi, yəni iddiaçı həmin orqanın hərəkətlərini mübahisələndirdiyi üçün, həmin hissədə işin icraatına xitam verilmiş və iddiaçıya həmin məsələ ilə bağlı inzibati icraat qaydasında mübahisə açmaq hüququ izah olunmuşdur. İcarə müqaviləsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur, çünki cavabdehlə bağlanmış icarə müqaviləsi onun hüquqlarına toxunmur. Əksinə, iş materiallarında olan xx.xx.1990-cı il tarixli aktdan görünür ki, Goradil qəsəbəsində 0,12 ha sahəsi olan 1429a saylı bağ sahəsini uzun müddətdir X8 istifadə etməsi barədə tərtib olunmuş aktı təsdiq edənlərdən biri də 1427 saylı bağ sahəsinin icarədarı olmuşdur. Yəni, cavabdehin qonşuluqda bağ sahəsinin olmasını iddiaçının mərhum atası da təsdiq etmişdir.Bundan başqa, o da nəzərə alınmalıdır ki, 1429a saylı bağ sahəsi cavabdehin icarəsinə Bakı şəhəri X20 İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli 7/439 saylı qərarı əsasında verilmişdir və həmin qərar qüvvədə ola-ola onun əsasında bağla nmış icarə müqaviləsinin ləğv edilməsi mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, xx xxxxxx 1990-cı il tarixli 7/439 saylı qərar əsasında cavabdehə X27 kitabında xx xxxxxx 2006-cı il tarixdə 621 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Kadastrı planı işlənilib verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “bağın icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsinə aid hissədə iddianı rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnaməni həmin hissədə ləğv etmək üçün əsas vermir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 2 17 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində qeyd etdiyi hal, yəni apellyasiya instansiyası məhkəməsinin “DƏDRX tərəfindən X10 verilmiş ******* saylı, xx.xx.2007-ci il tarixi çıxarışın, xx.xx.2006-cı il tarixli reyestr nömrəsi **********11 olan şəhadətnamənin ləğv edilməsi” hissədə iş üzrə icraata verməsinin əsassız olması hazırki qətnamənin ləğv edilməsi üçün əsas deyildir. İddiaçı həmin qərardadı mübahisələndirə bilər. Lakin işdən görünür ki, iddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən (müddət ötürüldüyünə görə) apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmış, müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin hazırda mübahisələndirilən hissəsi ilə bağlı öz qəbul etdiyi qərardada istinad etdiyindən və bu hal məhkəmənin qətnamə üzrə gəldiyi nəticəyə təsir etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə qiymət verməyi zəruri hesab edir. İddiaçı kassasiya şikayətində mübahisələndirdiyi sənədlərin inzibati akt olmadığını iddia etmişdir. Məhkəmə kollehiyası bu dəlil ilə razılaşmır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt in zibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2-ci maddəsində isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etd iyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixi qərarının 31.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdi rərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarın 5.1-ci bəndinə görə, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati o rqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10568/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar