Məhkəmə qərarları › İş №2(102)-1416/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1416/2023

02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1416/2023 02.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, FR/5094972 saylı güzəştli kredit müqaviləsinə əsasən, Bank tərəfindən iddiaçıya restrukturizasiya olunan əsas kredit borcunun qal ıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə illik 1% dərəcəsi ilə 3653.18 manat məbləğində kredit verilmişdir. Bankın müraciətinə əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 25 dekabr 2021-ci il tarixli, 8İ-25089 saylı icra qeydinə əsasən, iddiaçıdan Bankın xeyrinə həmin müqavilə üzrə vaxtında ödənilməmiş, 3044,13 manat və 20 manat dövlət rüsumu olmaqla, cəmi 3064.13 manat tutulmalıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə sözügedən icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2732/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olun masını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7497/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassa siya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddia tələbi notariusun icra qeydinin ləğv olunması formasında irəli sürülsə də, mahiyyətcə 3064,13 manat pulun tutulması ilə bağlıdır. Başqa sözlə iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi həmin məbləğdə pulun ondan tutulması barədə icra sənədinin icrasının qarşısını almaqdır. Bu baxımdan iddia tələbi qiymətləndirilən iddialar kateqoriyasına aid edilməli və iddianın qiyməti qüvvədən salınması barədə tələb irəli sürülmüş və qanuna əsasən icra sənədi hesab olunan icra qeydi ilə tutulmalı olan məbləğ əsasında müəyyən edilməlidir. Çünki MPM-in 112.1.11-ci maddəsinə əsasən tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda iddianın qiyməti barəsində mü bahisə edilən məbləğlə müəyyən edilir. Beləliklə, baxılan işdə iddiaçının mübahisələndirdiyi hissə (iddianın qiyməti) qanunvericilikdə nəzərdə tutulmuş 5000 manat məbləğdən az olduğundan, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2, 402 və 112-ci ma ddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-7497/2022 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar