Məhkəmə qərarları › İş №2(102)-1419/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1419/2020

24.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1419/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)***/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim K.Əmirxanova) xx.xx.2019-cu il tarixli 2(005)-***/2019 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə “pul” tələbinə dair mülki iş üzrə məhkəmə-fonoskopik ekspertizasının təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim K.Əmirxanova) xx.xx.2019-cu il tarixli 2(005)-***/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-***/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim K.Əmirxanova) xx.xx.2019-cu il tarixli 2(005)-***/2019 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)***/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanması, şikayətin 2(005)-***/2019 nömrəli mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) xx.xx.2019-cu il tarixli 2(103)-***/2019 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-***/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və şikayətin mülki işlə birlikdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsin qaytarılması qərara alınmışdır. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadından kassasiya şika yəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi ekspertizanın keçirilməsi ilə bağlı kassasiya şikayətində qeyd edilən halları araşdırmamış, şikayətin mahiyyətini düzgün qəbul etməmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-***/2019 saylı qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Nərimanov rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh1, Cavabdeh2 MMC-nin və üçünc ü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsi verilmiş şikayətə xx.xx.2019-cu il tarixli qərardaddan verilən şikayət kimi baxmaqda haqlı olmamışdır. Belə ki, şikayət verilən aktın tarixi xx.xx.2019-cu il tarixli akt kimi qeyd edilmişdir. Məlum olur ki, iş materiallarında xx.xx.2019-cu il tarixli qərardad mövcud deyil, həmin tarixdə ümumiyyətlə heç bir prosessual hərəkət aparılmamışdır. Həmçinin şikayətin məzmununa nəzər saldıqda məzmunundan xx.xx.2019-cu il tarixli qərardaddan verilmiş şikayət olması tam müəyyən edilmir. Belə ki, şikayətin məzmunu qərardaddan verilmiş şikayətin geri qaytarılması ilə bağlı deyil, ekspertiza təyini ilə bağlı qərardadın mübahisələndirilməsi görünür. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-də ekspertiza təyin edilməsinə dair qərardadlardan şikayət verilməsi göstərilməmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə qərardad qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin hazırki şikayətə “şikayətin geri qaytarılmasına” dair xx.xx.2019-cu il tarixli qərardaddan verilmiş şikayət kimi baxması düzgün olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi hazırki şikayəti geri qaytarmalı olduğu halda baxaraq təmin etməmiş, apelyasiya instansiyasına göndərmiş, bununla da prosessu al qanunvericiliyin tələblərini pozmuşdur. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya kollegiyasının apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadında göstərdiyi xüsusatlar iş materialları ilə öz təsdiqini tapmaqdadır. Hazırda cavabdeh tərəfindən apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadından vermiş olduğu şikayət məzmun etibarilə apelyasiya şikayətinin qeyrimümkün hesab edilməsi barədə qərardaddan verilmiş şikayətə deyil, ekspertiza təyini ilə bağlı qərardadın mübahisələndirilməsindən ibarətdir. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-***/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar