Məhkəmə qərarları › İş №2(102)-1420/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1420/2023

27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1420/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-493/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 50000 manat məbləğində pulun, habelə mənəvi zərərin əvəzi kimi 2000 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş pul vəsaitinin əvəzi kimi isə 321 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-983/2022 nömrəli iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50000 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 200 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin e dilməmişdir.

3. Qətnamədən Cavabdeh1 18 aprel 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, qətnamə tərəfin nümayəndəsinin elektron kabinetinə yerləşdirildikdən 38 gün sonra verilmişdir. Bu qərardaddan da verilmiş şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4244/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayətinin ger i qaytarılması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(001)-983/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Daha sonra Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 təkrarən apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və şikayətə müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmişdir. Bu qərardaddan da verilmiş şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6023/2022 nömrəli iş üzrə 30 avqust 2022-ci il tarixli qərardadı ilə (h akimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 saylı iş üzrə 13 iyul 2022-ci il tarixli qərardadı ləğv olunmuş və iş, Cavabdeh1 nümayəndəsinin qətnamədən apellyasiya şikayəti verməsi üçün müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)983/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilm işdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Mülki iş apellyasiya şikayəti ilə birlikdə 12 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olduqdan sonra, məhkəmə kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir.

9. Bununla belə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-493/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) Bakı Apellyasiya Məhkəməsinin 2(001)-7244/2022 saylı iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 saylı iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərə findən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

10. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə sonucunun apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan müddətin bərpası barədə ərizəyə baxaraq işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

11. Apellyasiya instansiya məhkəməsi öz qərarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 361.1, 363.1.1, 363.1.2, 363.4, 364.1, 384.0.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin sonrakı prosessual hərəkətlərin yerinə yetiriməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində müəyyən edilmiş formaya riayət edilməklə verilmiş və heç bir pozuntuya yol verilməmişdir. Apellyasiya instansiyasının qərardadı qanuni deyildir, qüvvədə olan mülki-prosessual hüquq normalarının tələblərinin kobud surətdə pozulmas ı ilə çıxarılmışdır və buna görə də ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

16. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

17. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

18. Maddə 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zid d olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, apellyasiya şikayətinin forması haqqında Mülki Prosessual Məcəlləyə 2 nömrəli Əlavənin 6, 7 və 10-cu hissələrinə əsasən, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düz gün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər hissəsində isə məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməli və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir.

23. Apellyasiya şikayətində isə qeyd olunan məlumatlar yer almadığı üçün apellyasiya məhkəməsi şikayətin qeyri-mümkün olması qənaətinə gəlmişdir. Kassasiya məhkəməsi iş materiallarını nəzərdən keçirərək bu qənaətlə razılaşır v ə hesab edir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

24. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-493/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar