Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1422/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2408/2019 saylı 03 may 2019-cu il tarixli qətnaməsi ilə iddia çı İddiaçı1 oğlunun iddiasının təmin edilməsi, 8.556 (səkkiz min beş yüz əlli altı) ABŞ dolları əmanət məbləğinin ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçı İddiaçı1 oğluna ödənilməsi, “xxxx” ASC-yə yerləşdirilmiş qeyd olunan əmanətin üzərində olan blokun götürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11548/2019 saylı 09 oktyabr 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.N.İmanov, hakimlər A.Q.Hüseynov və V.N.Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2408/2019 saylı 03 may 2019-cu il tarixli qətnaməsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılması q ət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İddiaçı1 oğlu cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-yə yerləşdirdiyi əmanət üzərindən blokun götürülməsi və ləğv prosesində olan “xxxx” ASC ilə bağladığı 29.01.2015-ci il tarixli depozit müqaviləsi əsasında Əmanətlərin Sığortalanması Fondu tərəfindən banka qoyduğu qorunan əmanətinin 100 % həcmində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı İddiaçı1 oğlu Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, “xxxx” ASC-yə yerləşdirdiyi əmanət üzərindən blokun götürülməsi və ləğv prosesində olan “xxxx” ASC ilə bağladığı 29.01.2015-ci il tarixli depozit müqaviləsi əsasında Əmanə tlərin Sığortalanması Fondu tərəfindən banka qoyduğu qorunan əmanətinin yerdə qalan 8.556 (səkkiz min beş yüz əlli altı) ABŞ dolları məbləğində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.1.2.1-ci, 2.1.2.9-cu və 2.1.2.10-cu maddələri ləğv edilmişdir. İddiaçı1 oğlunun mövcud əmanətinə münasibətdə “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.10-cu maddəsi tətbiq edilməlidir. Belə ki, məhkəmə öz qətnaməsində mübahisəli hüquq münasibə tinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına istinad etməli idi. Mübahisələndirilən əmanət və kredit müqavilələri sözügedən Qanunun müddəasının təsiri altına düşür. Həmçinin qeyd edirlər ki, apellyasiya şikayətinin dəlillərinin heç birinə məhkəmə hüquqi qiymət verməmiş, yalnız maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir. Maddi hüquq normalarının işin hansı faktiki halına tətbiq olunması məsələsi isə açıq qalmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11548/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11548/2019 saylı 09 o ktyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11548/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsini n tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələb lərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının «xxxx» ASC ilə bağladığı 29.01.2015-ci il tarixli depozit müqaviləsi əsasında həmin banka illik 9 % ödənilməsi şərti ilə 38700 ABŞ dolları məbləğində əmanət yerləşdirmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 27.01.2016-cı il tarixli 07/3 nömrəli qərarı ilə həmin bankın lisenziyası ləğv olunmuş və göstərilən tarixdə sığorta hadisəsi baş vermişdir. Apellyasiya kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçı İddiaçı1 oğlu ilə “xxxx” ASC arasında 29.01.2015-ci il tarixində depozit müqaviləsi bağlanmış və bu müqavi lənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən 38.700 ABŞ dolları məbləğində pul vəsaiti illik 9% dərəcəsi ilə depozit hesabına pul vəsaiti qoyulmuşdur. “xxxx” ASC-nin lisenziyası ləğv edilən tarixə, yəni, 2016-cı ilin yanvar ayında ABŞ dollarının manata məzənnəsi 1 ABŞ dolları = 1.602 manat təşkil edirdi. Buna görə də apellyasiya kollegiyası qeyd etmişdir ki, qeyd edilən məzənnəyə uyğun şəkildə iddiaçıya 10.161 ABŞ dolları deyil, 18.717 ABŞ dolları məbləğində kompensasiya ödənilməli idi. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh şikayətində iddiaçının ona məxsus olan əmanəti Soğlunun “xxxx” ASC-dən götürdüyü kreditə təminat kimi qeydə aldırdığını göstərsə də bu barədə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə heç bir sübut təqdim olunmamışdır. Apellyasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin apellyasiya şikayətinin məhkəmə aidiyyəti qaydalarının pozulması dəlili ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin istinad etdiyi dəlillər hazırki münasibətə şamil edilə bilməz. Belə ki, hazırki halda iddiaçı tələbini ləğv prosesində olan Banka qarşı deyil, Əmanətlərin Sığortalaması Fonduna qarşı irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbayc an Respulikası Mülki Məcəlləsinin 6.2, 385, 425.1, 944.1-ci maddələrinin və “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.1.1, 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.9, 2.1.11, 3, 4.1, 8.1.20, 26.1, 27.2, 28.3, 28.4, 31.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olduğundan və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iş üzrə maddi və prossesual hüquq normaları düzgün tətbiq edildiyindən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh şikayətində iddiaçının ona məxsus olan əmanəti Soğlunun “xxxx” ASC-dən götürdüyü kreditə təminat kimi qeydə aldırdığını göstərsə də bu barədə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə heç bir sübut təqdim edə bilməmişdir. Kassasiya şikayəti həmçinin,onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin dəlillərinin heç birinə məhkəmə hüquqi qiymət verməmiş, yalnız maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş, maddi hüquq normalarının işin hansı faktiki halına tətbiq olunması məsələsi isə açıq qalmışdır. Belə ki, İddiaçı1 oğlunun mövcud əmanətinə münasibətdə “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.10-cu maddəsi tətbiq edilməli idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlilinə və digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olm aq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11548/2019 saylı 09 oktyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1422/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1422/2020
11.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver