Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1424/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: çoxmənzilli yaşayış binasının idarə edilməsi üzrə mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “çoxmənzilli binanın idarəetməsindən kənarlaşdırılma və sair” tələbinə dair iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-5425/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, mənzil 27 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 2, M12, m3) 7 dekabr 2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Cavabdeh1 MTK-nın sakinlərə ünvanladığı məktubda qeyd edilmişdir ki, bloklarda istifadəyə verilən lift kartları liftlərə xidmət göstərən şirkət tərəfindən sistemə inteqrasiya olunaraq avtomatlaşdırılmışdır. Belə ki, lift kartının aktiv (işlək) olması bilavasitə xidmət haqqı borcu ödənişinə bağlanaraq kəna r müdaxilə olunmadan avtomatik şəkildə tənzimlənir.
3. İddiaçı "xxxx" MMC-yə ünvanladığı 29 mart 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında 12-ci mərtəbədə yerləşən 27 saylı mənzilin mülkiyyətçisidir. Mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının yaşayış sahələri mülkiyyətçilərinə təhvil verilərək çıxarışla təmin edilmişdir. Belə olan halda idarəedici təşkilat təyin olunmalıdır. Odur ki, ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasına dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayon Bələdiyyəsinə təhvil verilməsini xahiş edir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəx sinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən çoxmənzilli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. 15 may 2014-cü il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə dövlət komissiyasının aktı barədə məlumat mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, Cavabdeh1 MMCnin həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması, cavabdeh "xxxx" MMCnin ünvan 1 (yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında yerləşən çoxmə nzilli yaşayış binasının idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, Cavabdeh1 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə həvalə edilməsi, dövlət rüsumuna görə ödənilmiş 100 manat və hüquqi yardıma görə ödənilmiş 1000 manat pulun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 12-ci mərtəbədə yerləşən 27 saylı mənzil 7 dekabr 2023-cü il tarixdən mülkiyyət hüququ əsasın da iddiaçıya məxsusdur. Sonradan ona məlum olmuşdur ki, mənzilinin yerləşdiyi çoxmənzilli yaşayış binası heç bir qanuni əsas olmadan Cavabdeh1 MMC tərəfindən idarə olunur və həmin MMC-nin rəhbərliyinin mülahizəsinə görə sakinlərdən yaşayış sahəsinin hər kvadratmetrinə 1,30 manat məbləğində pul tələb olunur. MMC ilə müqavilə bağlamayan və kommunal ödənişi adı altında tələb edilən vəsaiti ödəməyən mülkiyyətçilərin və onların ailə üzvlərinin binanın liftindən istifadələrinə məhdudiyyətlər yaradılaraq lift kartları bloklanır. Bu halda, həmin sakinlər yuxarı mərtəbələrə piyada qalxmaq məcburiyyətində qalır. Həmçinin, mənzillərə verilmiş istilik sistemləri dayandırılır. Cavabdeh1 MMC bütün bu məhdudiyyətlərlə bina sakinlərinin öz mənzillərindən, eləcə də yaşadıqları binanın ümumi sahəsindən is tifadə etmələrinə süni maneələr yaradır ki, bunlar qanunazidd və yolverilməzdir. Əslində Cavabdeh1 MMC çoxmənzilli yaşayış binasına hər hansı aidiyyəti olmayan bir hüquqi şəxsdir və həmin binanın idarə edilməsi ilə bağlı apardığı fəaliyyətin özü qanunsuzdur. Çünki çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti ancaq binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilə bilər. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təm in etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi, idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Göründüyü kimi, çoxmənzilli yaşayış binası istənilən hər hansı şəxs tərəfindən deyil, məhz qanunvericiliyin müəyyən etdiyi qaydada, yəni sahə mülkiyyətçi lərinin ümumi yığıncağının qərarı əsasında təyin edilən idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Cavabdeh1 MMC isə bina mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında idaərəedici təşkilat kimi təyin edilməmişdir. Belə olan halda, onun fəaliyyəti qanunsuz hesab edilməli və binanın idarə etməsindən kənarlaşdırılmalıdır. Bundan başqa, sözügedən çoxmənzilli yaşayış binası Cavabdeh2 MTK tərəfindən inşa edilmişdir. Binadakı yaşayış sahələri payçıların mülkiyyətinə verilməsinə baxmayaraq, MTK ləğv edilməmiş və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməmişdir. Sadəcə MTK öz təşkilatı hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətinə çevrilmişdir. İdarəedici təşkilatın bələdiyyə tərəfindən seçilməsinə şərait yaradılması məqsədi ilə çoxmənzilli yaşayış binası na dair açarların, sənədlərin və aidiyyəti əmlakın bələdiyyəyə təhvil verilməsini "xxxx" MMC-dən tələb etsə də, MMC müraciətlərinə əhəmiyyət verməmişdir. Binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin bina nın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bütün bunlar baş vermədiyi halda isə çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlardan əlavə, nəzərə almaq lazımdır ki, ümumiyyətlə bina nın liftinə kart sistemi quraşdıraraq bina sakinlərinin, o cümlədən mənzil mülkiyyətçilərinin liftdən istifadəsini məhdudlaşdırmaq yolverilməzdir. Çünki, binanın lifti binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı hesab edilir. Ümumi mülkiyyətə sahiblik etmək, ondan istifadə etmək və bu mənzil və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüququ çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ayrılmaz hüququdur. Ona görə də, hər hansı kənar şəxs tərəfindən liftə onun istifadə edilməsinə məhdudiyyət yaradan qurğunun quraşdırılması qanuna uyğun hesab edilə bilməz və hazırkı halda liftə quraşdırılmış kart sistemi qurğusunun liftdən sökülməsi barədə tələbi də təmin edilməlidir.
7. Cavabdeh1 MMC etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, "xxxx" MMC 20 ilə y axın bir müddətdir ki, bir-birinə çevrilmə yolu ilə hüquqi varisləri tərəfindən yaradılmış hüquqi şəxs və onun idarə heyəti tərəfindən idarə olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin 141.8-ci maddəsində məhkəməyə müraciət hüququ verilsə də, bu hüququn hansı hallardan sonra yarandığını dolayı yolla bildirmişdir ki, sahə mülkiyyətçiləri tərəfindən belə bir idarə forması seçilməsin. Lakin “Yeni Həyat” Yaşayış Kompleksinin sahə mülkiyyətçiləri 20 ilə yaxındır ki, idarəedici təşkilat olaraq seçimlərini etmiş və Mənzil Məcəlləsinin 142-ci maddəsinə uyğun olaraq müqavilə bağlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi barədə sənədlər iş materiallarına əlavə edilməmiş, idarə edilm ə üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirilməsinə dair inzibati qaydada məhkəməyə hər hansı müraciət edilməmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(004)2333/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim K.Xudayev)
9. Qətnamə onunla əsaslandırılmışdır ki, çoxmənzilli binanın idarə edilməsi məqsədilə binanın sahə mülkiyyətçiləri üç idarəetmə formasından birini seçməyə borcludur və çoxmənzilli binanın idarəetmə üsulunu seçmək binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. Habelə Mənzil Məcəlləsində bələdiyyə tərəfindən binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həllinin şərtləri və qaydası öz əksini tapmışdır. Belə ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır. Mənzil Məcəlləsinin 141.4-141.6-cı maddələrindən də görünür ki, bələdiyyə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə vasitəçi rolunu oynayır. Bələdiyyə çoxmənzilli yaşayış binasının idarəetməsini həyata keçirən orqan deyildir.
10. Məhkəmə hesab etmişdir ki, qanunverici çoxmənzilli binanın idarəetməsini binanın sahə mülkiyyətçilərinin səlahiyyətlərinə aid etdiyi üçün İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı Cavabdeh1 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, Cavabdeh1 MMC-nin həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması, Cavabdeh2 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarəetməsindən kənarlaşdırılm ası, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” ilə bağlı iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Buna görə də, iddia göstərilən hissədə əsassızdır və təmin edilməməlidir.
11. Məhkəmə iddia tələbinin “Cavabdeh1 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə həvalə edilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, bu tələbin əsaslılığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçı mübahisəli çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə kart sisteminin quraşdırılıb-quraşdırılmaması, quraşdırılmışdırsa kimin tərəfindən quraşdırılması, həmin kart sisteminin vətəndaşın hüququnu pozub-pozmaması ilə bağlı heç bir dəlili məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.2.4, 109.3, 109.5, 119.1, 120.1, 141.2-141.6-cı və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın təmin edilməsi, apellyasiya instansiyası məhkəməsində hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 700 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 50 manat olmaqla, cəmi 750 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, göstərmişdir ki, iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə yanlışdır. Bundan əlavə, işdən o da görünür ki, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin faktiki halları və iddia tələbi tam uzlaşır. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından da göründüyü kimi, analoji işlərə yuxarı məhkəmələr tərəfindən baxılmış, çoxmənzilli binanın sahə mülkiyyətçisinin təkbaşına iddia qaldıraraq qanunsuz fəaliyyət göstərən təşkilatın binanın idarə edilməsindən kənarlaşdırılması və idarəedici təşkilatın bələdiyyə tərəfindən seçilməsinə dair iddia tələblərini irəli sürməyə dair subyektiv hüququnun olması müəyyən edilərək iddia tələbləri təmin edilmişdir. Lakin, nədənsə işə baxan məhkəmə nə mənzil qanunvericiliyinin tələblərini, nə də analoji işlərlə bağlı formalaşmış məhkəmə təcrübəsini nəzərə almamış, əksinə həmin mövqelərlə tanış olduğu halda, bilə-bilə həmin hüquqi mövqelərə zidd qətnamə çıxarmışdır. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı iddiaçının heç bir sübut təqdim etməməsini göstərsə də, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 8 may 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə liftlərdən istifadə etmə k üçün kartlara məhdudiyyətin qoyulmasının Cavabdeh1 MMC-yə qadağan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)141/2024 saylı qərardadını və həmin qərardadın icra edilməsinə dair 17 aprel 2024-cü il tarixli aktı məhkəməyə təqdim etmişdir. Sözügedən aktın məzmununda qeyd olunmuşdur ki, “icra sənədində qeyd olunan ünvana gəldik, borclu Cavabdeh1 MMC-nin direktoru X1 icra sənədinin tələbi izah və elan olundu. Borclu tərəfindən icra vərəqəsi icra olunmuş, tələbkarın iddiası təmin olunmuşdur.” Həmin akt icra məmuru Elşən Səfərli, «X3» MMC-nin direktoru Vidadi Məmmədov və hal şahidləri tərəfindən imzalanmışdır. Göründüyü kimi, 17 aprel 2024-cü il tarixli akt əsasında çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə kart sisteminin quraşdırılması və məhkəmə qərardadının icrası ilə əlaqədar Cavabdeh1 MMC tərəfindən karta qoyulmuş məhdudiyyətin aradan qaldırılması tam sübuta yetirildiyi halda, məhkəmə məqsədli şəkildə elektron kabinet vasitəsi ilə təqdim edilmiş həmin sübutları ümumiyyətlə işə əlavə etməmiş və öz qətnaməsində sübutlar siyahısında göstərməmişdir. Bu, bir daha hakimin işə qeyri-obyektiv baxmasını və iddianın məqsədli şəkildə rədd edilməsini təsdiq edir. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri ilə bağlı özünün apellyasiya instansiyası məhkəməsində müdafiə olunması məqsədi ilə vəkillə müqavilə bağlayaraq ona ödəniş etmək məcburiyyətində qalmışdır. Yəni ki, cavabdehlərin qanunsuz hərəkətləri iddiaçının əlavə məsrəflərinə (ziyana) səbəb olmuşdur. Bu səbəbdən hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bərabər həmçin in iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, həm də hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5425/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(004)-2333/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyəti qanunsuz hesab edilərək Cavabdeh1 və Cavabdeh2 MMC-nin həmin binanın idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, həmçinin Cavabdeh1 MMC-nin mübahisə predmeti olan yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyi cavabdehlərə həvalə edilməsi qət edilmişdir. (hakimlər F. Qasımov (məruzəçi), G. Axundova və X. Sarıyev)
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Bakı şəhər Yasamal Rayon Məhkəməsinin maddi hüquq normalarını pozaraq düzgün tətbiq etmədiyinə istinad edərək aşağıdakıları qeyd etmişdir.
17. İddia tələbi 3 hissədən ibarətdir: - Cavabdeh1 MMC-nin çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması, - Cavabdeh2 MMC-nin çoxmənzilli yaşayış binasının idarəetməsindən kənarlaş dırılması, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, - Cavabdeh1 MMC-nin çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə həvalə edilməsi. Cavabdehlər tərəfindən məhkəməyə Cavabdeh1 MMC-nin hansı əsaslarla binanın idarə edilməsinə dair fəaliyyət göstərməsi barədə heç bir sənəd təqdim olunmamışdır. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. İş materiallarının 31-ci səhifəsində olan, ********** nömrəli VÖEN üzrə vergi ödəyicisinin tarixçəsindən g örünür ki, "xxxx" MTK sonradan "xxxx" MMC-yə formasında fəaliyyət göstərmişdir, yəni, onun varisidir.
18. Məhkəmə kollegiyası iddianın əsasını çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi təşkil etdiyindən tələbin qanuni əsası kimi Mənzil Məcəlləsinin 141-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddəyə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın bu idarə edilməsi üsullarından birini seçməyə borcludur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; idarəedici təşkilat tərəfindən idarə edilmə. Hazırkı işin hallarını görünür ki, ilk 2 hal (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cə miyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə) mövcud deyildir. Çünki, MMMC yaradılmamışdır, MTK isə MMC formasında fəaliyyətini davam etdirir. Daha öncə qeyd olunduğu kimi, Cavabdeh1 MMC-nin hansı əsaslarla binanın idarə edilməsinə dair fəaliyyət göstərməsinə dair heç bir sənəd təqdim olunmasa da, faktiki olaraq hazırkı statusu 3-cü hala, yəni idarəedici təşkilat tərəfindən idarə edilməsi halına uyğun gəlir. İdarəçinin seçilməsi yalnız ümumi yığıncağın səlahiyyətində olan məsələdir və Mənzil Məcəlləsinin 127.2-ci maddəsində də qeyd olunmuşdur ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. Hazırda MMC yaradılmadığından ümumi yığıncaq qərarı mümkün deyil, buna görə də "xxxx" MMC-nin binanı əsas olmadan idarə etməsi qanunsuzdur. Bu səbəbdən, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi düzgün deyil və həmin hissədə iddianın təmininə hüquqi əsaslar var.
19. Birinci instansiya məhkəməsi ikinci tələbi rədd edərkən əsas kimi ona istinad etmişdir ki, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. Halbuki, bu mövqe Mənzil Məcəlləsinin 141.8-ci maddəsi ilə ziddiyyət təşkil edir. Həmin normada qeyd olunmuşdur ki, çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən həmin Məcəllənin 141.5-ci maddə sinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
20. Hazırkı vəziyyətdə nə Cavabdeh1 MMC-nin, nə də Cavabdeh2 MMC-nin binanı idarə etməyə qanuni əsası yoxdur. Çünki qanunvericiliyə əsasən, əgər 6 ay ərzində sahə mülkiyyətçiləri idarəetmə üsulunu seçməyibsə və ya qərar icra olunmayıbsa, bələdiyyə yığıncaq çağırmalı və Məcəllənin 141.5-ci maddəsi barədə məlumat verməlidir.
21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsində kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə, 393-1.2-ci maddəsində çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur.
22. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 128 nömrəli qərarı ilə “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası” d a təsdiq olunmuşdur.
23. Üçüncü tələb üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, liftlərdən istifadə etmək üçün kartlara məhdudiyyətin qoyulmasının Cavabdeh1 MMC-yə qadağan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadın icra edilməsinə dair xx.xx.2024-cü il tarixli akt mövcuddur. Həmin aktda qeyd olunmuşdur ki, “icra sənədində qeyd olunan ünvana gəldik, borclu Cavabdeh1 MMCnin direktoru X1 icra sənədinin tələbi izah və elan olundu. Borclu tərəfindən icra vərəqəsi icra olunmuş, tələbkarın iddiası təmin olunmuşdur.” Məhdudiyyətin qoyulması halı cavabdehlər tərəfindən də mübahisələndirilmədiyi halda birinci instansiya məhkəməsi tərəfindən bu hallara da qiymət verilməyərək iddianın bu hissədə rədd olunması qənaətinə gəlinmişdir.
24. İddiaçının liftdən istifadə hüququnun məhdudlaşdırılması onun mülkiyyət hüquqlarının pozulması deməkdir və bu əsasla iddianın həmin hissəsinin də təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, Cavabdeh1 MTK-nın sakinlərə ünvanladığı məktubda da qeyd edilmişdir ki, bloklarda istifadəyə verilən lift kartları liftlərə xidmət göstərən şirkət tərəfindən sistemə inteqrasiya olunaraq avtomatlaşdırılmışdır. Belə ki, lift kartının aktiv (işlək) olması bilavasitə xidmət haqqı borcu ödənişinə bağlanaraq kənar müdaxilə olunmadan avtomatik şəkildə tənzimlənir. Cavabdehlərin binanı qanunsuz idarə etmələri onlara liftdən istifadəyə qadağa qoymaq səlahiyyəti vermir. Qanunvericiliyə əsasən, binadakı lift bir neçə sahəyə xidmət etdiyindən ümumi paylı mülkiyyət hesab olunur və sahə mülkiyyətçilərin ə məxsusdur.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 43.1, 43.2.4, 109.5, 119.1, 119.2, 121.1, 122.1.1, 122.3, 122.4, 125.1, 125.4, 135.1, 135.2.3, 135.2.4, 136.2.1, 136.2.2, 137.4, 137.7, 137.10, 138.1 138.5, 141.1, 141.2, 141.3, 141.4, 141.5, 141.6, 141.7, 141.8, 141.9, 141.10, 141-1.1, 141-1.2, 141-1.3cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V. Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 218.3, 384.0.2, 385.1.1, 386-cı maddələrinə is tinad etmişdir.
26. İddiaçı daha sonra ərizə ilə müraciət edərək, apellyasiya instansiyası məhkəməsində vəkilə hüquqi yardıma görə 700 manat və dövlət rüsumuna görə 50 manat olmaqla, cəmi 750 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC-dən və "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5425/2024 nömrəli iş üzrə 21 yanvar 2025-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, apellyasiya instansiyası məhkəməsində hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 700 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat olmaqla, cəmi 750 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutul araq İddiaçı ödənilməsi qət edilmişdir.
28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 229.1.1, 229.1.2, 229.1.3, 229.2, 392-1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh "xxxx" MMC (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edərkən məhkəmə tərəflərin bərabərliyi, çəkişmə prinsipinə əməl etməmiş və yalnız iddiaçının istinad etdiyi hallar və hüquq normaları əsasında qətnamə qəbul etmişdir. İcarə müqaviləsi əsasında ünvan 1 (Yeni qaydalarla: AZ-1025, ünvan 2 ünvanında fəa liyyət göstərir. Həmin binanın mənzil mülkiyyətçiləri azad surətdə “X2“ MMC-yə müraciət edərək həmin ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsini təklif etmiş, müqavilə şərtlərini öz aralarında razılaşdıraraq 150-ə yaxın mənzil sahibi ilə müqavilə bağlamış və həmin müqavilə şərtləri əsasında binaya hazırkı vaxtadək xidmət göstərmişdir. Cavabdeh həm birinci instansiya məhkəməsinə, həm də apelyasiya məhkəməsinə bildirmişdir ki, “X2” MMC yaşayış binalarına xidmət göstərən idarəedici təşkilatdır və icarə müqaviləsi əsasında ünvan 1 (Yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında fəaliyyət göstərir. Həmin binanın mənzil mülkiyyətçiləri azad surətdə “X2“ MMC-ə müraciət edərək həmin ünvanda yerləşən çoxmənzilli binanın idarəedilməsini təklif etmiş, müqavilə şərtlərini öz aralarında razılaşdı raraq 150-ə yaxın mənzil sahibi ilə müqavilə bağlamış və həmin müqavilə şərtləri əsasında binaya hazırki vaxtadək xidmət göstərmişdir. Məhkəməyə həmin ünvanda yaşayan 10 nəfər mənzil sahibi ilə bağlanmış müqavilələr nümunə olaraq təqdim edilmişdir. 20 il ərzində etirazsız olaraq binaya xidmət göstərdiyi halda, yalnız bir nəfər sakinin iddiası ilə “X2” MMC-nin binanın idarə etməsindən kənarlaşdırılması digər mülkiyyətçilərin müqavilə azadlığı hüququnu pozur və həm sakinlərə, həm də “X2” MMC-ə qarşı ədalətsizdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
32. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.
33. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: - 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; -43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; -43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; -43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; -43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.
34. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
35. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismar ını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
36. Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.
37. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.
38. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır.
39. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilm ədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.
40. Maddə 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
41. Maddə 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər.
42. Maddə 141-1.1. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir;
43. Maddə 141-1.2. Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır;
44. Maddə 141-1.3. Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsind ə əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Qətnamədən cavabdehlərdən yalnız "xxxx"MMC kassasiya şikayəti verdiyindən qətnamə həmin kassasiya şikayətinin dəlilləri əsasında həmin cavabdehə münasibətdə iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən yoxlanılan hissədə qətnamədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh "xxxx" MMC ilə həmin binada yaşayan və qeyri-yaşayış sahələri olan mülkiyyətçilərin bir qisminin könüllü müqavilə bağlaması həmin MMC-yə bütünlükdə binan idarəetmə hüququ vermir. Belə ki, binanın idarəetmə üsulunun seçilməsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətindədir. Kassator isə həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında idarəedici təşkilat kimi seçilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, cavabdehin fəaliyyətinin qanunsuz olması və ona münasibətdə iddianın təmin edilməsi barədə apellyasiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" MMC-yə münasibətdə iddianın təmin edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-5425/2024 saylı qətnaməsi cavabdeh "xxxx" MMC-yə münasibətdə iddianın təmin edilən hissəsindədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.