Məhkəmə qərarları › İş №2(102)-1426/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1426/2020

13.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1426/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(103)-10545/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(001)3629/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ə.Əliyev) İddiaçı cavabdeh “xxxx” MMC və digərlərinə qarşı “razılaşmanın, reyestr qeydiyyatının ləğv edilməsi, razılaşmanın bağlanması vəzifəsinin qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(103)-10545/2019 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, V.T.Həsənov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 22 oktyabr 2018-ci i l tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşmanın, həmçinin “xxxx” MMC adına qeydə alınmış “door.az” domen adın reyestrinin qeydiyyatının etibarsız hesab edilməsi, 17 sentyabr 2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşmanın hüquqi qüvvəsinin, “door.az” domen adın onun adına qeydiyyatının bərpa edilməsi, onun texniki müşayiətinin və istifadə hüququnun “xxxx” MMC tərəfindən təmin edilməsi və onun işgüzar nüfuzuna dəyən 23.315 manat maddi, mənəvi zərərin “xxxx” MMC tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya insta nsiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, ape llyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçı ilə “xxxx” MMC arasında “door.az” domen adına dair bağlanmış razılaşmanın birtərəfli şəkildə, yəni iddiaçının xidmət haqqını vaxtında ödəməməsi səbəbindən ləğv edilməsinə, həmin domen adın sərbəst qalmasına və müəyyən müddət sonra həmin domen adın “xxxx” MMC tərəfindən razılaşdırılaraq “xxxx” MMC istifadəsinə verilməsinə, onlar arasında müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilməsinə, “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış “door.az” “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşmanın, həmçinin “xxxx” MMC adına qeydə alınmış “door.az” domen adın reyestrinin qeydiyyatının etibarsız hesab edilməsi üçün əsasların olmamasına və beləliklə də iddia ərizəsini rədd etməklə birinci inst ansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, iddiaçı ilə “xxxx” MMC arasında “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” 17 sentyabr 2015-ci il tarixli razılaşmaya əsasən, “xxxx” MMC ilə iddiaçı arasında “door.az” domen adın onun istifadəsinə verilməsi və domen adların reyestrində qeydiyyata alınması barədə razılığa gəliblər. Müqavilənin müddəti 1 il müəyyən edilib. Eyni zamanda 22 oktyabr 2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşmaya əsasən, “xxxx” MMC ilə “xxxx” MMC arasında “door.az” domen adın onun istifadəsinə verilməsi və domen adların reyestrində qeydiyyata alınmasına dair razılığa gəliblər və müqavilənin müddəti 1 il müəyyən edilib. Həmçinin, 25 oktyabr 2018-ci il tarixdə iddiaçı tərəfindən “xxxx” MMC pretenziya məktubu gndərilib və məktubda “door.az” domen səhifəsinə daxil olan zaman həmin səhifədə “facebook.com” səhifəsinin açıldığı, orada “tepe safe” seyf qapılarının reklamının göstərildiyi və bu səbəbdən də baş verən bu xoşagəlməz halın aradan qaldırılması, onun “door.az” domen səhifəsinin bərpa edilməsi və bir gün ərzində bu hal aradan qaldırılmazsa, məhkəməyə müraciət olunacağı bildirilib. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, “door.az” domeni üçün iddiaçı tərəfindən 17 sentyabr 2015-ci il-17 sentyabr 2018-ci illər üçün hər il 20 manat pul köçürülüb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara istinad edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən xidmət haqqı ödənilmədiyi üçün onunla bağlanmış “door.az” domenin qeydiyyatı “xxxx” MMC tərəfindən ləğv edilib və 22 oktyabr 2018-ci il tarixdə “door.az” domen adı “xxxx” MMC istifadəsinə verilməklə adına qeydə alınıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin işin halları barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, əvvəla, iddiaçı ilə bağlanmış “Domen adların onlayn qeydiyyatı və tex niki müşayiəti haqqında” 17 sentyabr 2015-ci il tarixli razılaşma “xxxx” MMC tərəfindən 18 oktyabr 2018-ci il tarixdə birtərəfli qaydada ləğv edilib və işdə, iddiaçının bu barədə məlumatlandırılmasına dair heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, Mülki Məcəllənin 421.1-ci maddəsinin mənasına görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin Məcəllənin 422.2-ci maddəsində göstərilir ki, əgər tərəflər müqavilənin əhəm iyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi mülki qanunvercilikdə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin dəqiq prosedur qaydası müəyyən edilib göstərilib və mülki qanunvericiliyə görə, müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə o, vaxt yol verilir ki, müqavilə üzrə tərəflər müqavilənin əhəmiyyətli dərəcə də dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlsinlər, belə razılıq olmadıqda isə müqavilə yalnız maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Maraqlı tərəf isə, belə iddia ilə məhkəməyə o, vaxt müraciət edə bilər ki, müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını almış olsun və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ona cavab verilməmiş olsun. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, “xxxx” MMC tərəfindən iddiaçı ilə bağlınmış 17 sentyabr 2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşmanın birtərəfli qaydada ləğv edilməsinə əhəmiyyət vermədən, yalnız Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 25 fevral 2019-cu il tarixli, 63 saylı Qərarı ilə təsdiq edilmiş “Az” ölkə kodlu yüksək səviyyəli domen adların qeydiyyatı və istifadəsi Qaydaları”na istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsində göstərilir ki, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülki Məcəllənin yuxarıda göstərilən normalarından fərqli olaraq sözügedən “Qaydalar”da g östərilir ki, domen adın qeydiyyat müddətinin bitəcəyi tarixdən ən azı bir ay əvvəl qeydiyyatçı domen adının sahibinin elektron poçt ünvanına və (və ya) istifadəçi hesabına qeydiyyat müddətinin bitməsi barədə xəbərdarlıq və qeydiyyat müddətinin uzadılması barədə sorğu göndərir. Sorğunu qəbul edən domen adının sahibi qeydiyyat müddətinin uzadılması üçün qeydiyyat müddəti bitənədək qeydiyyatçıya müraciət edə bilər. Qeydiyyat müddətinin uzadılması həmin dövr üçün mövcud qeydiyyat müqaviləsinin şərtləri nəzərə alınmaqla həyata keçirilir. Qeydiyyat müddətinin uzadılması ilə bağlı sorğuya domen adının sahibi tərəfindən qeydiyyat müddəti bitənədək cavab verilmədikdə, qeydiyyat müddəti bitən domen adına texniki xidmət dayandırılır. Texniki xidmətin dayandırılmasından sonrakı 30 gün ərzində ödəni ş həyata keçirilmədikdə, domen adının qeydiyyatı ləğv olunur. Apellyasiya instansiyası məhkəməsi, hazırki mülki mübahisəyə Mülki Məcəllənin normalarını tətbiq etmək əvəzinə, onunla ziddiyyət təşkil edən sözügedən “Qaydalar”ın tələblərini tətbiq etməklə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərini pozmuşdur. Bundan başqa, iddiaçı ilə bağlanmış “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” 17 sentyabr 2015-ci il tarixli razılaşma “xxxx” MMC tərəfindən 18 oktyabr 2018-ci il tarixdən birtərəfli qaydada ləğv edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hazırki mülki mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2019-cu il tarixli, 63 saylı Qərarı ilə təsdiq edilmiş “Az” ölkə kodlu yüksək səviyyəli domen adların qeydiyyatı və istifadəsi Qaydaları”nın tələblərini tətbiq etməklə maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir. Belə ki, MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. MPM-nin 386, 418.1, 418.2-ci maddələrində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol verib və tətbiq edilməli olmayan normativ hüquqi aktı hazırki mülki mübahisəyə tətbiq edib, bu hal isə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün sözsüz əsasdır. Bundan başqa, işdən görünür ki, “xxxx” MMC iddiaçı ilə bağladığı “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında ” 17 sentyabr 2015-ci il tarixli razılaşmanı 18 oktyabr 2018-ci il tarixdə birtərəfli qaydada ləğv etdikdən sonra, digər cavabdeh “xxxx” MMC ilə “xxxx” MMC arasında 22 oktyabr 2018-ci il tarixli “door.az” “Domen adların onlayın qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşma bağlanmışdır. Mülki qanunvericilikdə əqdin etibarlılığı dedikdə- onun qanunun tələblərinə uyğun olaraq tərtib edilməsi və bağlanması başa düşülür ki, yalnız bu halda o, müəyyən hüquqi nəticə doğura bilər. Nəzərə almaq lazımdır ki, əqdə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Əqdin etibarlılığı üçün: əqdin subyektiv tərkibinin qanuniliyi; əqdin (qanuniliyi) məzmununun qanuniliyi; iradə və iradə ifadəsinin uyğunluğu; eləcə də əqdin formasının qanuniliyi şərtlərinin olması zəruridir. İ radə və iradə ifadəsinin vahidliyi olmadığı halda, əqd mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan belə etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin təqsiri üzündən iddiaçıya maddi, mənəvi zərərin dəyib-dəyməməsi, eləcə də cavabdehlər arasında “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” bağlanmış razılaşmanın etibarlılığı ilə bağlı heç bir araşdırma aparmadan və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etməd iyini qətnamədə göstərməyə borcludur. Digər tərəfdən, iddiaçı iddia edir ki, 2015-ci ildən “door.az” domen səhifəsi onun istifadəsindədir, həmin səhifəyə daxil olarkən onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “avropaqapilari.az” domen səhifəsi açılır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual n ormaların mənasına görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması yolverilməzdir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, məhkəmə aidiyyəti dedikdəmülki hüquq münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommesiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarlarından biri hüquq münasibətlərinin xarakteri, digəri isə mübahisənin yarandığı hüquq münasibətinin subyektiv tərkibi ilə bağlıdır. Buraya hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlı q fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə bilavasitə şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmış olsun. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələbləri baxımından da heç bir araşdırma aparmamış, iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə alıb hazırki mübahi sənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməmişdir. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci mad dələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(103)-10545/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar